Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-33/2026 13.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) cavabdeh Cavabdeh qarşı, cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə3 iştirakı ilə, Işin halları
1. Bərdə rayon Güloğlular bələdiyyəsinin iclas protokolundan çıxarışdan görünür ki, Bala Ərəblər kənd sakini “xxxx” kb təsərrüfatının başçısı Cavabdeh ərizəsinin nəzərə alınması, Bərdə rayonu IHB-nın ##.##.1998-ci il tarixli *** saylı sərəncamı ilə verilmiş 3 ha torpaq sahəsinin, kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə “xxxx” kəndli (fermer) təsərrüfatının uzunmüddətli (30 il müddətinə) istifadəsində saxlanılması qərara alınmışdır.
2. ##.##.2004-cü il tarixli sahəseçmə aktından görünür ki, “Torpaq Islahatı” haqqında qanunun 7-ci maddəsinə, Torpaq Məcəlləsinin 47-ci maddəsinə, Güloğlular bələdiyyəsinin ##.##.2004-cü il tarixli ** saylı qərarına əsasən Bərdə rayonu IHB-nın ##.##.1998-ci il tarixli *** saylı sərəncamı ilə Cavabdeh başçılığı ilə yaradılmış “xxxx” kəndli (fermer) təsərrüfatının istifadəsinə Güloğlular bələdiyyəsinin fondunda olan əkin sahəsindən verilmiş 3 ha torpaq sahəsinin, kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə “xxxx” kəndli (fermer) təsərrüfatının istifadəsində saxlanılmasına komissiya üzvləri etiraz etmir və məsləhət bilirlər. Həmin akta torpağın plan və ölçüsü sənədi əlavə edilmişdir.
3. Bərdə rayon Güloğlular bələdiyyəsi ilə Cavabdeh arasında ##.##.2004-cü il tarixdə bağlanmış torpaq icarə müqaviləsindən görünür ki, Cavabdeh Bərdə rayon Güloğlular bələdiyyəsi tərəfindən 3 hektar torpaq sahəsi icarəyə verilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə 30 il müddətinə bağlanıldığı göstərilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən icarə haqqı ## ##### 2004-cü il tarixdən hesablanır. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən göstərilmiş müddətdə icarəçi icarə haqqını ödəməzsə, hesablama günündən başlayaraq hər gün üçün 0.2% dayanıqsızlıq ödəyir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ qeydiyyat nömrəli çıxarışından görünür ki, Bərdə rayonu Güloğlular kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4.17 ha torpaq sahəsi Bərdə rayonu Güloğlular bələdiyyəsinin mülkiyyətindədir və bələdiyyəyə torpaq sahəsinin planı və ölçü sənədi verilmişdir.
5. Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları və Bərdə rayonu Güloğlular bələdiyyəsinin sədri tərəfindən tərtib edilmiş ## #### 2024-cü il tarixli aktan görünür ki, Bərdə rayon Güloğlular kəndi ərazisində, bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı, əkin üqodiyalı 4.17 ha torpaq sahəsini (x:687170.94 y:4480802.99) Bərdə rayon Bala Ərəblər kənd sakini Cavabdeh heç bir mülkiyyət, icarə və ya istifadə hüququ olmadan istifadə edərək əkin əkmişdir. X2 torpaq qanunvericiliyinin tələblərinin pozulduğu izah edilmişdir.
6. Bərdə rayonu Güloğlular bələdiyyəsinin Bərdə rayonu Bala Ərəblər kənd sakini Cavabdeh göndərdiyi ##.##.2021-ci il, ##.##.2021-ci il, ##.##.2021-ci il, ##.##.2023-ci il tarixli məktublarından görünür ki, bələdiyyə tərəfindən icarəçiyə icarə haqqı borcunun ödənilməsi, ödənilmədiyi təqdirdə tərəflər arasında bağlanmış ##.##.2004-cü il tarixli ** saylı icarə müqaviləsinə xitam verilməsi üçün müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
7. Bərdə rayonu Güloğlular bələdiyyəsinin Cavabdeh ünvanladığı ##.##.2023-cü il tarixli məktubundan görünür ki, bələdiyyə icarəçiyə borcun ödənilməsini və gələcəkdə keçiriləcək hərrac və müsabiqədə iştirak edə bilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
8. Bərdə rayonu Güloğlular bələdiyyəsinin ## #### 2024-cü il tarixli ** saylı iclas protokolundan çıxarışdan görünür ki, Bərdə rayon Bala Ərəblər kənd sakini Cavabdeh 3 ha torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi barədə bələdiyyənin ##.##.2004-cü il tarixli ** nömrəli qərarının ləğv edilməsi, həmin qərar əsasında bağlanmış ##.##.2004-cü il tarixli icarə müqaviləsinin ləğvi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi qərara alınmışdır.
9. Cavabdeh məxsus ödəniş qəbzlərindən görünür ki, ##.##.2012-ci il tarixdə 60 manat, ##.##.2013-cü il tarixdə 60 manat, ##.##.2014-cü il tarixdə 60 manat, ##.##.2022-ci il tarixdə 250 manat, ##.##.2023-cü il tarixdə 150 manat, ##.##.2023-cü il tarixdə 560 manat ödəniş edilmişdir.
10. ##.##.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Bərdə raroynu Güloğlular bələdiyyəsi ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış müqaviləyə əsasən Bərdə raroynu Güloğlular kəndində yerləşən ümumi sahəsi 4.17 ha olan torpaq sahəsi cavabdehə illik 574,20 manat icarə haqqı ödəməklə ##.##.2044-cü il tarixədək icarəyə verilmişdir.
11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə raroynu Güloğlular kəndində yerləşən ümumi sahəsi 4.17 ha olan torpaq sahəsinə icarə hüquqları qediyyata alınmış, plan və ölçü sənədi verilmişdir.
12. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli rəyindən görünür ki, elektron məlumat bazasına əsasən bələdiyyə mülkiyyətində olmaqla Daşınmaz Əmlakın Dövlət Reyestrindən ************ reyestr nömrəli çıxarışla 4.17 ha torpaq sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 20 illik icarəyə verilmişdir və həmin torpaq sahəsi cavabdeh tərəfindən bütünlüklə naturada istifadə edilir.
13. ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh Bərdə rayonu Güloğlular bələdiyyəsinə qarşı verdiyi şikayət üzrə toplanmış materal üzrə cinayət işinin başlanması rədd edilmişdir.
14. İddiaçı 2004-2024-cü illərdə Cavabdeh istifadə etdiyi Güloğlular kəndinin torpaq icarə haqqının hesablanmış məbləği ilə bağlı məlumatdan görünür ki, 2004-cü il tarixdən hər il 60 manatdan hesablanmaqla 2024-cü il tarixədək 1080 manat illik icarə haqqı, 0,2% olmaqla 6942 manat faiz borcu olmaqla 8022 manat borc qeyd edilmiş, icarəçi tərəfindən ödənilən məbləğin 1140 manat olması, həmin ödənilən məbləğin əsas və faiz borcunun cəmindən çıxılmaqla 6882 manat borc məbləğinin qalması göstərilmişdir.
15. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ##.##.2020-ci il tarixdə qətnamə qəbul edilərək iddia tələbi təmin olunmamışdır, qətnamədən apellyasiya şikayəti verilməmişdir və qətnamə qanuni qüvvəsini almışdır.
16. ## ####### 2024-cü il tarixli, **-VIIQD nömrəli “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununa əsasən Cəyirli, Divanlı, Gərənə, Güloğlular və Şorəlli kəndləri üzrə Gərənə bələdiyyəsi təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat
17. Iddiaçı nümayəndə2 iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayon Güloğlular bələdiyyəsinin xüsusi mülkiyyətində olan 4,17 ha torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılması, ##.##.2004-cü il tarixli ** saylı müqavilənin ləğv edilməsini xahiş etmişdir.
18. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Güloğlular bələdiyyəsinin xüsusi mülkiyyətində olan 3 ha torpaq sahəsi ##.##.2004-cü il tarixli ** saylı müqavilə ilə 30 il müddətində Bərdə rayonu Bala Ərəblər kənd sakini hazırkı iş üzrə cavabdeh Cavabdeh istifadəyə verilmişdir. Müqavilə əsasında icarəçiyə 3 ha torpaq sahəsi verilsə də cavabdeh bələdiyyənin mülkiyyətinə verilmiş 4,17 ha torpaq sahəsini zəbt etmişdir. Cavabdeh iki il müddətində icarə haqqı ödəmişdir. Sonrakı illər ona icarə haqqını ödəməyi barədə dəfələrlə rəsmi məlumat versə də ödənişlər edilməmişdir. Bərdə rayonu Güloğlular bələdiyyəsinin ## #### 2024-cü il tarixli ** saylı iclasının qərarına əsasən Cavabdeh istifadəsinə verilmiş 3 ha torpaq sahəsinin 30 il icarəyə verilməsi barədə ##.##.2024-cü il tarixli ** saylı qərarı ilə bələdiyyənin ##.##.2024-cü il tarixli qərarı ləğv edilmişdir. Lakin cavabdeh buna razı olmayaraq torpaq sahəsindən çıxamayacağını bildirmiş, həmin torpaq sahəsindən istifadə edərək gəlir əldə etmişdir. Bələdiyyə həmin torpaq sahəsindən istifadə edə bilmir, torpaq sahəsini tələb etdikdə isə cavabdeh qaytarmaqdan imtina edir.
19. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.
20. Gəncə Kommersiya Məhkəməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Bundan başqa iddiaçı nümayəndə2 əsl iddiaçı İddiaçı ilə (Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının ## ###### 2024-cü il tarixli qərarına əsasən Bərdə rayonu Güloğlular bələdiyyəsi Gərənə bələdiyyəsinə birləşdirildiyindən) əvəz edilmişdir.
21. Bundan sonra iddiaçı Gəncə Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayon Güloğlular bələdiyyəsi ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2004-cü il tarixli ** saylı icarə müqaviləsinin ləğv edilməsi, ödənilməmiş 6882 manat icarə haqqının cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi və cavabdehin istifadəsində olan 4,17 ha bələdiyyə torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Iddia tələbi belə əsaslandırılmışdır ki, Bərdə rayonu Güloğlular bələdiyyəsinin mülkiyyətində olan 3 ha torpaq sahəsi ##.##.2004-cü il tarixli ** saylı icarə müqaviləsi əsasında 30 il müddətinə Bərdə rayon Bala Ərəblər kənd sakini Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh Güloğlular bələdiyyəsi ilə 3 ha torpaq sahəsinə icarə müqaviləsi bağladığı halda bələdiyyə torpağını zəbt edərək 3 ha torpaq sahəsindən deyil, 4,17 ha torpaq sahəsindən istifadə etmişdir. Icarə müqaviləsi bağladıqdan sonra bir neçə dəfə icarə haqqını ödəmiş, ancaq ötən illər ərzində cavabdehin bələdiyyə büdcəsinə 6882 manat borcu olmuş, aparılmış tədbirlərə baxmayaraq borcunu ödəməmişdir. Cavabdeh icarəsinə verilmiş torpaq sahəsinə dövlət reyestrindən şəhadətnamə belə almamışdır. Bərdə rayon Gərənə bələdiyyəsi tərəfindən aparılmış tədbirlərə baxmayaraq cavabdeh Cavabdeh bələdiyyəyə olan borcunu ödəməmiş, zəbt etdiyi torpaqdan çıxmamışdır.
23. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Bərdə rayon Güloğlular bələdiyyəsi tərəfindən hesablanmış 6132 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonu, Güloğlular bələdiyyəsinin sədri nümayəndə2 bundan əvvəl iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək ona qarşı 30 illik bağlanmış icarə müqaviləsinin və ##.##.2004-cü il tarixdə sahəseçmə aktının etibarsız hesab edilməsinə və onun 3 hektar torpaq sahəsindən çıxarılmağına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ancaq məhkəmə tərəfindən onun iddiası əsassız olduğu müəyyən edilmiş və iddiası Bərdə Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-****/** saylı qətnaməsi ilə rədd edilmişdir. Indi isə hansı hesabla, hansı mənbədən əldə olduğu məlum olmayan 6132 manat məbləğində vəsait onun hesabına borc kimi yazılmışdır. Belə ki, elektron ödəniş sistemini yoxladan zaman onun adına bələdiyəyə borcu görünür. Bələdiyyə tərəfindən onun ünvanına ##.##.2023-cü il tarixdə ** saylı məktub göndərilərək Güloğlulalar bələdiyyəsinin BEF torpaq sahəsindən ##.##.2004-cü il tarixdə ** saylı qərarla 3 ha torpaq sahəsi ayrılaraq onun icarəsinə verildiyini və ötən illər ərzində icarə haqqını ödəmədiyinə görə 6632 manat borcu yarandığını qeyd etmişdir. Məhkəməyə təqdim etdiyi qəbzlərin surətindən də, görünür ki, o ##.##.2012-ci il tarxidə 60 manat, ##.##.2013-cü il tarixdə 60 manat, ##.##.2014-cü il tarxidə 60 manat ##.##.2021-ci il tarixdə 150 manat, ##.##.2022-ci il tarxidə 250 manat, ##.##.2023-cü il tarixdə isə 560 manat məbləğində bələdiyyə büdcəsinə ödəniş etmişdir. Bələdiyyə tərəfindən ona ünvanlanan ##.##.2023-cü il tarixli məktubdan görünür ki, onun güya bələdiyyəyə ##.##.2006-cı il tarixli qərarla icarəsinə verilmiş 3 ha torpaq sahəsinə görə 6632 manat borcu yazılmışdır. Ancaq o icarə haqqını ödəyə-ödəyə necə ola bilər ki, bu qədər borc yazılsın. Onlar arasında olan müqaviləyə görə hər ay cəmi 60 manat icarə haqqı ödəməlidir. Bundan başqa bu günə kimi bələdiyyə tərəfindən ona borcu olduğu barədə heç bir məlumat verilməmişdir. Həm də ki, məhkəməyə təqdim etdiyi qəbzlərdən də, görünür ki, o daimi olaraq icarə haqqını ödəyir. Bələdiyyə heç bir əsaslı hesablama aparmadan ona qarşı qərəzli münasibət bəsləyərək 6132 manat məbləğdə pulu əsassız hesablamış və müqavilə öhdəliklərinə əməl etməmişdir. Buna görə də, bələdiyyənin hesabladığı məbləğ silinməlidir.
25. Daha sonra qarşılıqlı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bərdə rayonu Gərənə (Güloğlular) bələdiyyəsi tərəfindən hesablanmış 6882 manat məbləğində faiz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə ərizə ilə müracət edərək bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bərdə ərazi idarəsinə müraciət etmiş, keçirilən torpaq hərracının qalibi olmuş, hərracın nəticəsinə görə 4.17 ha torpaq sahəsi tələb olunan bütün hüquqi sənədləri almış, bağlanmış müqaviləyə əsasən illik icarə haqqını da (575 manat) ödəmiş, lakin bu günə kimi həmin torpaq sahəsindən istifadə etməsinə şərait yaradılmamışdır. Məhkəmədən onun haqlı tələbini nəzərə alaraq 4.17 ha torpaq sahəsindən istifadə etməsinə şərait yaradılmasını xahiş etmişdir.
26. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iş üzrə cavabdehlə görüşmüş, ondan hansı əsasla torpaqdan istifadə etdiyini soruşanda ona müqavilə təqdim edilmişdir, hansı ki, həmin müqavilə 1998-ci ildə bağlanmışdır və həmin vaxt bələdiyyə olmamışdır. Müvafiq hüquq mühafizə orqanları bu iş üzrə araşdırma aparmışdır. Belə ki, cavabdeh onun barəsində müvafiq orqanlara şikayət yazmışdır. Həmin torpaq sahəsi üzrə müvafiq sənədləşmə aparmaq üçün cavabdehi bələdiyyəyə dəvət etsə də gəlməmişdir. Müqavilə daşınmaz əmlakda qeydiyyatda yoxdur. Həmin torpaq daşınmaz əmlakda qeydiyyata alınmamışdır. Əvəllər çıxarış əvəzinə şəhadətnamə verirdilər, cavabdeh tərəf heç şəhadətnamə də almamışdır. Cavabdeh tərəf MMC yaradaraq istifadə etdikləri 15 hektar torpağa çıxarış almış, lakin 3 hektara çıxarış almamışdır, həmin 3 hektar da öz istifadəsindədir. 6 dəfə akt tərtib edilmişdir ki, tərəfin hüquqmüəyyən edici sənədi olmadan torpaqdan istifadə edir. Sahəsindən asılı olmayaraq torpaqlar hərraca çıxarılır. 7-8 dəfə o qarşı tərəfə məktub yazmış, torpağın hərraca çıxarıldığını bildirmişdir. O cavabdehə 8 dəfə məktub yazmışdır ki, gəlsin icarə haqqını ödəsin, daha sonra hərracda iştirak etsin. Hərrac və müsabiqə yolu ilə müqavilə bağlamağı cavabdehə təklif etsə də təklifə cavab verməmişdir. 4.17 hektar bələdiyyənin torpağıdır, həmin torpağın 3 hektarı müqavilə ilə, 1.7 hektarı müqaviləsiz cavabdehin istifadəsindədir. Indiyədək torpaq qarşı tərəfin istifadəsindədir. Həmçinin cavabdeh əkin əkib, torpaqdan istifadə etmişdir, ancaq icarə haqqını ödəməmişdir. Cavabdeh 2004-cü ildən hər il üçün 60 manat ödəniş etməli idi. Cəmi 2023-cü ilədək 3 il ərzində 60 manat torpağa görə icarə haqqı ödənişdir. Cavabdeh digər ödənişləri 2022-ci ildən etmişdir. Ona görə 2023-cü ilədək olan borcu tələb edirlər. Cavabdehin təqdim etdiyi qəbzlərdən başqa ödənişi yoxdur. Icarə haqqı ödənilmədiyi üçün müqavilə ləğv olunmalıdır. Bundan başqa 6942 manatı tərəflər arasında olan müqaviləyə əsasən hesablanan penyaya görə istəyir. Icarə müqaviləsi ilə tərəflər üzərinə öhdəlik götürmüşdür ki, 2 faiz dayanıqlıq ödəsinlər. Dayanıqlıq odur ki, ödəniş edilmədiyi üçün borc hesablanır. Odur ki, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında bildirmişdir ki, 1 il yarımdan çoxdur ki, torpaq sahəsi ilə bağlı hərracda qalib gəlmiş, icarə müqaviləsi də bağlamış, hüquqlarını da dövlət deydiyyatına aldırmışdır. Lakin torpaqdan istifadə edə bilmir. O, başqa şəxsin həmin torpaq sahəsinə müqaviləsinin olması barədə məlumatı olmamışdır. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır.
28. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə3 izahatında bildirmişdir ki, onlar torpağı 2000-ci ildə götürmüşlər və atası bələdiyyə ilə icarə müqaviləsi bağlamışdır. Daha sonra bələdiyyə və icra hakimiyyətinin möhrü ilə təsdiqlənərək əkin məqsədi ilə 30 il müddətinə 3 hektar torpaq sahəsi onlara verilmişdir. Veriləndən sonra onun tam vergisini də ödəmişdir. Əvvəllər icarə haqqı olaraq illik 20 manat ödəyiridilər, sonra da 50 manat ödəməyə başladılar. 2024-cü ilə kimi ödənişlərlə bağlı qəbzləri mövcuddur. 1 hektara görə 50 manat ödəniş edirdilər. Illik 60 manat ödəniş etməli idilər. Bugünədək beş bələdiyyə sədri olmuşdur, əvvəlki dörd sədrin heç biri borcun olduğunu bildirməmişdir. Təzə bələdiyyə seçiləndən sonra onların borcu olduğunu bildirdi. Onların müqaviləsi olduğuna görə bələdiyyə ilk əvvəl onlara təklif göndərməli idi. Atasının 75 yaşı və o həmişə maldarlıqla məşğul olmuşdur. Daşınmaz əmlakın reyestri və asan xidmət o torpağı icarəyə götürdükdən sonra yaranmışdır və atasının bunlardan xəbəri olmamışdır. Daşınmaz əmlaka rəsmi müraciəti var. Çıxarış almaqdan ötrü daşınmaz əmlakdan ona bildirdilər ki, arxivdən əvvəlki müqaviləni gətirsin ya da bələdiyyə ilə yeni müqavilə bağlasın, bələdiyyə isə onunla müqavilə bağlamadı. 4.17 hektar torpaq sahəsinin hamısı onların istifadəsində deyildir. 1.17 hektar torpaq sahəsi onların istifadəsində deyildir. Həmin hissədən istifadə etmirlər. Üçüncü şəxsin əlində olan çıxarışın ləğv edilməsi üçün inzibati məhkəməyə müraciət etmişdir. Bundan başqa elə olmuşdur ki, bələdiyyənin istəyi ilə atası müəyyən işlərin görülməsində bələdiyyəyə kömək etmiş, onun əvəzində həmin ilin icarə haqqını ödəməmişdir. Belə ki, əvvəlki bələdiyyə sədrləri onlardan kənddə görülməli olan hər hansı işlərin görülməsinə görə kömək istəyirdilər, onlar da həmin işləri illik ödənişlərin müqabilində yerinə yetirirdilər. Ödənişlərin nəzərə alınaraq borcundan silinməsini xahiş edir. Digər etdiyi ödənişlərlə bağlı qəbzləri elektron sistemə daxil etmişdir. Ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
29. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Gülnaz Quliyeva) ilə, ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə cavabdeh Cavabdeh Bərdə rayon Güloğlular bələdiyyəsinin mülkiyyətində olan 1.17 (bir hektar on yeddi sot) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, iş üzrə məhkəmə-tikinti texniki ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci ilk iddia üzrə cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X3, kodu:210005, VÖEN: 1401555071, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:1700326621, hesab AZ34CTRE00000000000002088501) ödənilməsi, ilk iddia üzrə cavabdeh Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
30. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, icarə müqaviləsində hansı məbləğdə icarə haqqı ödənilməsi nəzərdə tutulmamışdır. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icarə müqaviləsi bağlandığı vaxt və sonra qüvvədə olan müddəalarına əsasən icarəçiyə 2004-cü il tarixdən 2022-ci il tarixədək hər il üçün 60 manatdan icarə haqqı hesablanmışdır. Həmin məbləğ isə cəmi 1080 manat təşkil etmiş, icarəçi tərəfindən isə ##.##.2012-ci il tarixdən ##.##.2023-cü il tarixədək 1140 manat icarə haqqı ödənilmişdir ki, həmin məbləğ bələdiyyə tərəfindən hesablanmış icarə haqqı məbləğindən artıqdır. Düzdür həmin məbləğin böyük qismi 2022-2023-cü illər ərzində ödənilsə də tam olaraq icarə haqqı ödənilmişdir. Həmçinin iş materiallarında olan bələdiyyə tərəfindən icarəçiyə göndərilmiş bildirişlərdən görünür ki, icarə haqqının ödənilməsi tələbi ilə bağlı bələdiyyə ancaq 2021-ci il tarixdən sonra icarəçiyə bildirişlər göndərmişdir. Ondan əvvəl isə bununla bağlı hər hansı bildiriş göndərilməmişdir. 2021-ci il tarixdən sonra da icarəçi illik icarə haqqını tam olaraq ödəmişdir. Bələdiyyə həmçinin 2004-cü il tarixdən müqavilə üzrə 0,2% fazi məbləğində faiz borcunun da icarəçi tərəfindən ödənilməli olduğunu qeyd etmişdir ki, faiz borcunun ödənilməsi ilə bağlı icarə müqaviləsində hər hansı bir müddəa yoxdur. Faiz borcu olaraq 6942 manat hesablanması qanunsuz və əsassızdır. Göründüyü kimi icarəçi icarə haqqlarını hazırkı vaxta tam oalarq ödəmiş, onun icarəyə verənə icarə haqqı borcu qalmamışdır. Bu əsasla həmin icarə müqaviləsi ləğv edilə bilməz.
31. Bundan başqa məhkəmə bildirmişdir ki, icarə müqaviləsinə əsasən 3 ha torpaq sahəsinin icarəçinin istifadəsinə və sahibliyinə verilmişdir. Faktiki olaraq isə 4.17 ha torpaq sahəsi icarəçinin sahiblik və istifadəsindədir. Ilk iddia tələbində cavabdehin torpaq sahəsindən çıxarılması ilə bağlı tələb qoyulduğundan və icarəçinin qanuni istifadəsində olan torpaq sahəsi 3 ha təşkil etdiyindən, cavabdeh sahiblik və istifadəsində olan 1.17 ha torpaq sahəsindən çıxarılmalıdır.
32. Ona görə də məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur, həmin hissədə, həmçinin cavabdehin 3 ha torpaq sahəsindən çıxarılması hissəsində və icarəçiyə əlavə olaraq hesablanmış faiz borcunun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilə bilməz.
33. Qarşılıqlı iddia ilə bağlı məhkəmə bildirmişdir ki, icarəçi ona əsassız olaraq hesablanmış borcun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bir daha qeyd etmişdir ki, icarəçi icarə haqlarını tam olaraq ödəmişdir. Olmayan borcun silinməsindən də söhbət gedə bilməz. Ona görə də qarşılıqlı iddia da təmin edilməməlidir.
34. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 685.1, 700.1, 700.2, 706.1, 719.1 və 719.7-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası qanununun 18, 19 və 22-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
35. Iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini, ilkin iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Həmçinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini, ilkin iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
37. Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, mübahisələndirilən müqavilənin həqiqiliyi şühbə altındadı. Həmin müqavilənin sürəti cavabdehdən başqa heç yerdə, yəni nə rayon nə də ki, bələdiyyənin arxivində yoxdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, həmin müqavilə mövcud olsa belə, müqavilə daşınmaz əmlakda qeydiyyatda yoxdur. Həmin torpaq daşınmaz əmlakda qeydiyyata alınmamışdır. Əvəllər çıxarış əvəzinə şəhadətnamə verirdilər, cavabdeh tərəf heç şəhadətnamə də almamışdır. Cavabdeh tərəf MMC yaradaraq istifadə etdikləri 15 hektar torpağa çıxarış almış, lakin 3 hektara çıxarış almamışdır. Lakin DƏDRX-nin məlumatlarından görünür ki, bu hüquq qeydiyyata alınmayıb. Digər bir məsələdə ondan ibarətdir ki, cavabdeh icarə haqqını da vaxtı-vaxtında ödəməmiş və ona görədə borcu yaranmışdır ki, bu da icarə müqaviləsinin ləğv edilməsi üçün əsasdır. Həmçinin qeyd etmək istərdi ki, bələdiyyə aid torpaq sahələri sahəsindən asılı olmayaraq hərraca çıxarılır. Iddiaçı 7-8 dəfə qarşı tərəfə məktub yazmış, torpağın hərraca çıxarıldığını bildirmişdir. Həmçinin cavabdehə 8 dəfə məktub yazmışdır ki, gəlsin icarə haqqını ödəsin, daha sonra hərracda iştirak etsin. Hərrac və müsabiqə yolu ilə müqavilə bağlamağı cavabdehə təklif etsə də təklifə cavab verməmişdir. Bundan sonra həmin torpaq sahəsi hərraca çıxarılmış, hərracın nəticəsinə uyğun olaraq ##.##.2024-cü il tarixdə Bərdə raroynu Güloğlular bələdiyyəsi ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında icarə müqaviləsi bağlanmış icarə müqaviləyə əsasən Bərdə raroynu Güloğlular kəndində yerləşən ümumi sahəsi 4.17 ha olan torpaq sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs illik 574,20 manat icarə haqqı ödəməklə ##.##.2044-cü il tarixədək icarəyə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə raroynu Güloğlular kəndində yerləşən ümumi sahəsi 4.17 ha olan torpaq sahəsinə icarə hüquqları qediyyata alınmış, plan və ölçü sənədi verilmişdir. Göründüyü kimi artıq həmin torpaq sahəsi çıxarışa əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qanuni istifadəsinə verilsədə sonuncu həmin torpaq sahəsindən istifadə edə bilmir ki, buda həm bələddiyənin mülkiyyət hüququqnu həm də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadə hüququnu pozur.
38. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işin hallarını nəzərə almadan, qeyd edilən maddi hüququ normalarının tələblərini pozmuş, onun qanuni istifadəsinə verilən torpaq sahəsindən cavabdehi çıxartmamışdır. O 1 il yarımdan çoxdur ki, torpaq sahəsi ilə bağlı hərracda qalib gəlmiş, icarə müqaviləsi də bağlamış, hüquqlarını da dövlət deydiyyatına aldırmışdır. Lakin, torpaqdan istifadə edə bilmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
40. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
41. Iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş, teleqarmlarla məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Iddiaçının nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə sübut təqdim etmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxmışdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
42. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
43. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
44. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
45. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
“Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu (Azərbaycan Respublikasının ## ###### 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
46. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
47. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
48. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır.
49. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
50. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
51. Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
52. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
53. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
54. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
55. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.”
56. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
57. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
58. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
59. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
60. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
61. Maddə 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər.
62. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
63. Maddə 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
64. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
65. Maddə 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.
66. Maddə 719.7. Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. Icarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
67. Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları Hissə 1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Bənd 2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Bənd 3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Bənd 4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər.
68. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
69. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
70. Maddə 18. Azərbaycan Respublikasında torpağı icarəyə vermək hüququ mülkiyyətçilərə, onların vəkil etdiyi orqanlara, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. Xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçilər həyata keçirirlər.
71. Maddə 19. Icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək icarəyəverənin hüquqlarına aid edilmişdir.
72. Maddə 22. Torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək icarəçinin hüquqdur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
73. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
77. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
78. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
79. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
80. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
81. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
82. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
85. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qətnamənin – ilkin iddianın təmin edilməmiş hissəsini mübahisələndirirlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını ilkin iddianın təmin edilməmiş hissəsinə münasibətdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
86. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
87. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
88. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
89. Ilkin olaraq, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.
90. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.
91. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
92. Iddiaçı müqavilə predmeti olan malların cavabdehə satılmış olduğunu əsas gətirərək malların dəyərinin sonuncu tərəfindən ödənilməsini tələb edir.
93. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.
94. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).
95. Məhkəmənin qənaətinə görə, tərəflər arasında bağlanmış müqavilənin bütün şərtləri, o cümlədən tərəflər arasındakı münasibətlər sistemli şəkildə təhlil edilməlidir.
96. Belə ki, işin halları ondan ibarətdir ki, ##.##.2004-cü il tarixdə sahəseçmə komissiyası tərəfindən Güloğlular bələdiyyəsinin fondunda olan əkin sahəsindən kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə 3 ha torpaq sahəsinin “xxxx” kəndli (fermer) təsərrüfatının istifadəsinə verilməsinə razılıq verilmiş, Bərdə rayon Güloğlular bələdiyyəsinin qərarı ilə isə Cavabdeh ərizəsi nəzərə alınaraq kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə 3 ha torpaq sahəsi 30 il müddətinə “xxxx” kəndli (fermer) təsərrüfatına istifadəyə verilməsi qərar alınmışdır. Bundan sonra Bərdə rayon Güloğlular bələdiyyəsi ilə Cavabdeh arasında ##.##.2004-cü il tarixdə icarə müqaviləsi bağlanmış, 3 hektar torpaq sahəsi 30 il müddətinə ona icarəyə verilmiş, icarə haqqı ## ##### 2004-cü il tarixdən hesablanması, göstərilmiş müddətdə icarəçi icarə haqqını ödəməzsə, hesablama günündən başlayaraq hər gün üçün 0.2% dayanıqsızlıq ödəməsi ilə bağlı tərəflər razılaşmışlar. Müqavilə üzrə icarəçidən tutulmalı olan icarə haqqının məbləği icarə müqaviləsində göstərilməmişdir. Həmçinin icarə müqaviləsinin müddəti bitməmiş və icarə hüquqları dövlət qeydiyyatına alınmamışdır. Dövlət qeydiyyatı üçün müraciət edilmiş, lakin imtina edildiyi üçün məhkəmə qaydasında mübahisələndirilir. Eyni zamanda, icarəyə verən 2004-cü il tarixdən 2024-cü il tarixədək olan müddət ərzində hər il üçün 60 manat icarə haqqı hesablamış, icarəçi də icarə haqqı olaraq illik 60 manat ödəməli olduğunu məhkəmədə qeyd etmişdir.
97. Məlumdur ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (MM – maddə 700.1).
98. MM-in 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
99. Belə ki, MM-in 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə görə isə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş iradə ifadəsidir. Iş materiallarından görünür ki, tərəflər arasında ##.##.2004-cü il tarixli torpaq icarə müqaviləsi bağlanmış, həmin müqavilə əsasında cavabdehə 3 hektar torpaq sahəsi uzunmüddətli istifadəyə verilmişdir. Müqavilə ilə bağlı sahəseçmə aktı, bələdiyyə qərarı və digər sənədlər iş materiallarında mövcuddur. Müqavilənin etibarsız hesab edilməsi barədə qanuni qüvvəyə minmiş hər hansı məhkəmə aktı müəyyən edilməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasında hüquqi icarə münasibətlərinin mövcud olması nəticəsinə gəlmişdir.
100. Icarə müqaviləsinin mövcudluğu və torpaq sahəsinin bələdiyyə tərəfindən cavabdehə icarəyə verilməsi mübahisə predmetini təşkil etmir. Belə ki, iddiaçı belə, müqavilənin həqiqiliyini qəbul edir və yalnız öhdəliklərin icra edilməməsinə görə icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini arzulayır.
101. Eyni zamanda məhkəmə qeyd edir ki, apellyasiya şikayətində müqavilənin arxiv sənədlərində olmaması və dövlət qeydiyyatına alınmaması barədə göstərilən hallar özlüyündə müqavilənin etibarsızlığı üçün əsas deyildir. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Iş materiallarından görünür ki, tərəflər torpaq sahəsinin predmeti, istifadənin məqsədi və müddəti barədə razılığa gəlmiş, uzun illər ərzində həmin müqaviləni faktiki icra etmişlər. Cavabdehin torpaq sahəsindən istifadəsi və bələdiyyənin müəyyən dövrlərdə ondan ödəniş qəbul etməsi tərəflərin müqavilə münasibətlərini qarşılıqlı şəkildə tanıdıqlarını təsdiq edir.
102. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə görə borclu müəyyən hərəkəti etməli, kreditor isə həmin öhdəliyin icrasını tələb etmək hüququna malik olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən isə tərəflər hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlı davranmalıdırlar. Eyni zamanda, Mülki Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları təsbit edilmişdir. Iş materialları ilə müəyyən olunur ki, cavabdeh uzun illər ərzində torpaq sahəsindən açıq şəkildə istifadə etmiş, bələdiyyə isə həmin istifadəyə etiraz etməmiş, müəyyən ödənişləri qəbul etmişdir. Bu baxımdan tərəflər arasında formalaşmış hüquq münasibətlərinin sonradan yalnız formal əsaslarla tam etibarsız sayılması vicdanlılıq və hüquqi müəyyənlik prinsipləri ilə uzlaşmır. Apellyasiya şikayətində cavabdehin icarə haqqını vaxtında ödəmədiyi və bu səbəbdən müqavilənin ləğv edilməli olduğu göstərilsə də, kollegiya həmin dəlili əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan hesablamalardan görünür ki, bələdiyyə tərəfindən 2004- 103.illər üzrə ümumilikdə 1080 manat əsas icarə haqqı hesablanmış, cavabdeh tərəfindən 2024-cü isə 1140 manat ödəniş edilmişdir. Bu səbəbdən cavabdehin əsas icarə haqqı üzrə borcunun mövcud olmaması birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir.
104. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin lazımınca icra edilməməsi onun pozulması hesab olunur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən isə öhdəliyin müəyyən edilmiş müddətdə icra edilməməsi və ya kreditorun xəbərdarlığından sonra da icra edilməməsi icranın gecikdirilməsi sayılır. Lakin iş materiallarından görünür ki, bələdiyyə tərəfindən əsasən 2021-ci ildən sonra cavabdehə bildirişlər göndərilmiş, bundan sonra cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir. Bundan əlavə, Mülki Məcəllənin 719.7-ci maddəsinə əsasən icarə müqaviləsinin dərhal ləğvi üçün icarə haqqının və ya onun mühüm hissəsinin üç aydan artıq müddətdə ödənilməməsi müəyyən edilməlidir. Hazırkı iş üzrə isə əsas icarə haqqının tam ödənildiyi müəyyən olunduğundan müqavilənin həmin əsasla ləğvi üçün qanuni əsas mövcud olmamışdır.
105. Işin mübahisələndirilən hallarından görünür ki, iddiaçı bələdiyyə cavabdeh tərəfindən icarə haqqının vaxtında və tam ödənilmədiyini əsas gətirərək tərəflər arasında bağlanmış torpaq icarə müqaviləsinin ləğv edilməsini tələb etmiş və bildirmişdir ki, 2004-cü ildən 2024-cü ilədək hər il üçün 60 manat olmaqla ümumilikdə 1080 manat əsas icarə haqqı, əlavə olaraq gündəlik 0,2 faiz hesablanmaqla 6942 manat faiz borcu müəyyən edilmiş, cavabdeh tərəfindən ödənilmiş 1140 manat məbləğ ümumi borcdan çıxıldıqdan sonra 6882 manat borc qalmışdır.
106. Məhkəmə hesab edir ki, iddiaçının həmin dəlilləri iş materialları və tətbiq edilməli maddi hüquq normaları ilə təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə isə müqavilənin mühüm şərtləri tərəflər arasında razılaşdırılmalıdır. Iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış ##.##.2004-cü il tarixli torpaq icarə müqaviləsində icarə haqqının konkret məbləği və faiz məsuliyyətinin tətbiqi barədə hər hansı şərt nəzərdə tutulmamışdır.
107. Məhkəmə göstərir ki, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən cavabdehə 2004-cü ildən 2022-ci ilədək hər il üçün 60 manat olmaqla ümumilikdə 1080 manat icarə haqqı hesablanmışdır. Eyni zamanda iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən ##.##.2012-ci il tarixdən ##.##.2023-cü il tarixədək ümumilikdə 1140 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, cavabdeh tərəfindən ödənilmiş məbləğ iddiaçı tərəfindən hesablanmış əsas icarə haqqı məbləğini üstələmişdir.
108. Məhkəmə nəzərə alır ki, ödənişlərin əsas hissəsi 2022-2023-cü illər ərzində həyata keçirilsə də, nəticə etibarilə əsas icarə haqqı üzrə öhdəlik tam icra edilmişdir. Iş materiallarında olan bildirişlərdən də görünür ki, bələdiyyə tərəfindən cavabdehə icarə haqqının ödənilməsi ilə bağlı əsasən yalnız 2021-ci ildən sonra rəsmi bildirişlər göndərilmiş, bundan əvvəlki dövrlərdə belə tələb irəli sürülməmişdir. Cavabdeh isə həmin bildirişlərdən sonra hesablanmış illik icarə haqqını tam şəkildə ödəmişdir.
109. Mülki Məcəllənin 719.7-ci maddəsinə əsasən icarə müqaviləsinin dərhal ləğvi üçün icarə haqqının və ya onun mühüm hissəsinin üç aydan artıq müddətdə ödənilməməsi müəyyən edilməlidir. Hazırkı iş üzrə isə cavabdehin əsas icarə haqqı üzrə borcunun mövcud olmadığı müəyyən edilmişdir. Bu baxımdan müqavilənin həmin əsasla ləğvi üçün qanuni əsas yaranmamış və müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə cavabdeh tərəfindən pozulması hallarına yol verilməmişdir.
110. Iddiaçı tərəfindən əlavə olaraq 6942 manat məbləğində faiz borcunun hesablanması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən tərəfin məsuliyyəti yalnız mövcud öhdəlik çərçivəsində müəyyən edilə bilər. Halbuki, tərəflər arasında bağlanmış müqavilədə gecikdirilmiş ödənişə görə gündəlik 0,2 faiz hesablanmasını nəzərdə tutan hər hansı müddəa mövcud deyildir. Müqavilədə nəzərdə tutulmayan maliyyə məsuliyyətinin birtərəfli qaydada hesablanaraq cavabdehə tətbiq edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış 6942 manat faiz borcu qanunsuz və əsassızdır.
111. Eyni zamanda, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu müəyyən edilməlidir. Müqavilənin şərtlərindən belə nəticəyə gəlmək olmur ki, tərəflər qeyri-müəyyən və həddindən artıq maliyyə məsuliyyəti barədə razılığa gəlmişlər. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin məbləğin tutulması barədə tələbi əsassız hesab etmişdir.
112. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, cavabdeh əsas icarə haqqı üzrə öhdəliyini tam icra etmiş, mübahisələndirilən dövrə icarəyə verən qarşısında icarə haqqı borcu qalmamışdır. Bu səbəbdən tərəflər arasında bağlanmış torpaq icarə müqaviləsinin yalnız icarə haqqının ödənilməməsi əsası ilə ləğv edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır.
113. Digər tərəfdən iş üzrə müəyyən edilmişdir ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi müqavilədə nəzərdə tutulmuş 3 hektardan artıq olmaqla 4,17 hektar təşkil etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması qanunla qadağandır. Həmin Məcəllənin 111.2-ci maddəsinə görə özbaşına tutulmuş torpaq sahələri aidiyyəti üzrə geri qaytarılmalıdır. Iş üzrə ekspertiza rəyi ilə cavabdehin müqavilə ilə müəyyən olunmuş həddən artıq – yəni 1,17 hektar torpaq sahəsindən hüquqi əsas olmadan istifadə etdiyi müəyyən edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin yalnız artıq istifadə etdiyi 1,17 hektar torpaq sahəsindən çıxarılması nəticəsinə gəlmişdir.
114. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində torpaq üzərində istifadə və icarə hüququna xitam verilməsinin əsasları müəyyən edilmişdir. Həmin normaya əsasən istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, yaxud icarə haqqı üzürlü səbəb olmadan ödənilmədikdə torpaq hüquqlarına xitam verilə bilər. Lakin, hazırkı iş üzrə 3 hektar torpaq sahəsinə dair əsas icarə haqqının tam ödənildiyi müəyyən edilmiş, müqavilənin ləğvi üçün zəruri olan hüquqi əsaslar sübuta yetirilməmişdir. Buna görə də həmin hissədə ilkin iddianın rədd edilməsi qanuni və əsaslı olmuşdur.
115. Məhkəmə həmçinin nəzərə alır ki, sonradan həmin 4,17 hektar torpaq sahəsinin üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hərrac vasitəsilə icarəyə verilməsi əvvəlki müqavilə münasibətlərinə avtomatik xitam vermir. Cavabdehin 3 hektar torpaq sahəsinə dair hüquqları qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyindən və etibarsız hesab olunmadığından həmin hüquqlar qüvvədə qalmaqda davam edir.
116. Bunlardan başqa məhkəmə iddiaçı bələdiyyənin ## #### 2024-cü il tarixli ** saylı qərarına da qiymət verilməsini zəruri hesab edir. Belə ki, Bərdə rayonu Güloğlular bələdiyyəsinin ## #### 2024-cü il tarixli ** saylı iclas protokolundan çıxarışdan görünür ki, Bərdə rayon Bala Ərəblər kənd sakini Cavabdeh 3 ha torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi barədə bələdiyyənin ##.##.2004-cü il tarixli ** nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
117. “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 2-ci bəndində əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. 4-cü bəndinə əsasən, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.
118. Qeyd olunmalıdır ki, bələdiyyənin başqa şəxslərin hüquqlarına toxunan qərarları onun özü tərəfindən ləğv edilə bilməz və bu qəbildən olan qərarların hüquqi əhəmiyyəti yoxdur.
119. Belə ki, V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2010-cu il tarixli qərarında göstərilmişdir edilmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən “Bələdiyyələrin statusu haqqında” qanunun 48-ci maddəsinin 4-cü bəndinə istinadla əsaslandırılması mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Istinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi, qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz.
120. Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqedən çıxış edərək məhkəmə hesab edir ki, cavabdehə torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş qərarın sonradan bələdiyyənin özü tərəfindən ləğv edilməsi qanunvericiliyə uyğun olmamış və həmin qərarın mübahisələndirilib-mübahisələndirilməməsindən asılı olmayaraq hüquqi qüvvəsi yoxdur.
121. Eyni zamanda iddiaçı ## #### 2024-cü il tarixli ** saylı qərarını qəbul etməklə bələdiyyənin ##.##.2004-cü il tarixli ** nömrəli qərarının mövcudluğunu və həqiqiliyini özü də qəbul etmişdir.
122. Bunlardan başqa məhkəmə üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə də qiymət verərək hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qəbul edilmiş məhkəmə aktının ləğvi üçün yetərli deyildir.
123. Belə ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, o, 1 il yarımdan çoxdur ki, torpaq sahəsi ilə bağlı hərracda qalib gəlmiş, icarə müqaviləsi də bağlamış, hüquqlarını da dövlət deydiyyatına aldırmışdır. Lakin, torpaqdan istifadə edə bilmir.
124. Bununla bağlı qeyd edilməlidir ki, Torpaq icarəsi haqqında Qanunun 20-cı maddəsinə əsasən, icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək icarəyəverənin vəzifəsidir.
125. Bundan başqa icarəyəverən başqa şəxslərin hüquqlarından azad əşyanın icarəyə verilməsini təmin etməlidir ki, hazırki iş üzrə icarəyə verilmiş torpaq sahəsi cavabdehin icarə hüquqları ilə yüklü olmuşdur.
126. Belə olan halda üçüncü şəxs ona dəymiş maddi zərərin ödənilməsini icarəyəverən bələdiyyədən tələb edə bilər.
127. Sonda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin ##.##.1998-ci ildə qəbul edilmiş redaksiyasına əsasən, torpaq icarəsi müqaviləsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatına alınmamış icarə müqaviləsi etibarsız sayılır. Dövlət və bələdiyyə torpaqlarının icarəçilərinə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr verilir.
128. Bundan sonra qeyd edilən maddənin “Dövlət qeydiyyatına alınmamış icarə müqaviləsi etibarsız sayılır” cümləsi # ###### 2001-ci il tarixli **-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə maddədən çıxarılmışdır.
129. ## ##### 2002-ci il tarixli ***-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 12-ci maddəyə "Torpağa icarə hüququ həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır" yeni cümlə əlavə edilmiş və ikinci cümlə üçüncü cümlə hesab edilmişdir.
130. Bu müddəaların qüvvədə olduğu dövrdə, yəni 2004-cü ildə iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır ki, 2004-cü ildə Dövlət qeydiyyatına alınmamış icarə müqaviləsinin etibarsız sayılmasına dair müddəa qanunvericilikdə mövcud olmamış, bağlanmış müqavilə tərəflərin iradə ifdadəsinə uyğun olmuş, cavabdeh icarəyə götürdüyü torpaq sahəsindən təyinatına uyğun istifadə edərək icarə haqqı ödəmiş və tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamışdır.
131. Iddiaçı cavabdehlə icarə münasibətlərinin bitməsini gözləmədən torpaq sahəsini üçüncü şəxsə icarəyə vermişdir ki, bunda da haqlı olmamışdır.
132. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
133. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilə bilər.
134. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Iddiaçı İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.