Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-48/2026 13.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Müzadil oğluna qarşı iş üzrə Işin halları
1. Tərəflər arasında ## #### 2023-cü il tarixli, DT****** saylı distribyutorla xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı yəni Iddiaçı MMC istehsal, idxal və ya digər formada ticarət predmeti olan məhsulların distribyutora çatdırılmasını öz üzərinə götürür. Distribyutor isə həmin malı qəbul edib əvəzində müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.4.1 ci bəndinə əsasən distribyutor sifarişlərin lazımi qaydada təsdiq etmək, malı qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində haqqını tam ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən malın satış qiyməti satıcı tərəfindən vahid qiymət üzrə təyin edilir. Malın qiymətinə bütün xərclər (daşınma və.s) daxildir. Distribyutor satıcıya çatdırılmış malın dəyərini satıcının hesabına nəğd və ya köçürmə yolu ilə ödəməklə həyata keçirilir. Ödənişlər malın çatdırıldığı (təhvil verildiyi) gündən etibarən növbəti ayın 10 dan gec olmayaraq 30 təqvim günü ərzində ödənilməlidir.
2. Tərəflər arasında ##.##.2023-cü il tarixdə MB****** saylı mövcud borcun etirafı və öhdəliyin öz üzərinə götürmək haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən borclu olan cavabdeh etiraf edir ki, tələbkar və borclu arasında bağlanmış ##.##.2023-cü il tarixli, DT****** nömrəli distribyutorla xidmət müqaviləsinə əsasən borclunun tələbkar qarşısında hazırkı tarixə 99900 manat məbləğində ümumi borcu yaranmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən borclu öz öhdəsinə götürür ki, mövcud borcun tam məbləğini bu müqavilənin 3cü bəndi ilə müəyyən olunmuş qaydada ödəyəcəkdir və hazırkı müqavilə müddəti ərzində götürülmüş öhdəliklərin yerinə yetirilməsinə bütün gücünü sərf edəcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən borclu tələbkara olan ümumi borc məbləğini hər ay üçün minimum 5550 manat məbləğində olmaqla 18 ay müddətinə tam ödəyəcəkdir. Müqavilənin 3.2-ci bəndinə əsasən borc məbləği müqavilənin qüvvəyə mindiyi andan etibarən hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə müqavilənin tərkib hissəsi olan * saylı əlavədə qeyd olunmuş tarixlərdə müntəzəm olaraq ödənilir.
3. Mövcud borcun etirafı və öhdəliyin öz üzərinə götürmək haqqında ##.##.2023-cü il tarixli, MB****** saylı müqaviləyə ** saylı əlavədən görünür ki, ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə hissə-hissə borc məbləğinin ödənilməsi ilə bağlı tərəflər razılığa gəlmişlər.
4. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli ****/***/***** saylı məktubu və hesabdan çıxarışa əsasən, cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək “xxxx” ASC vasitəsilə iddiaçının hesabına 41769 manat məbləğində pul köçürülmüşdür.
5. Iddiaçı xəbərdarlıqla cavabdehə müraciət edərək yaranmış borc ilə bağlı məlumat vermiş və məsuliyyəti barədə ona xəbərdarlıq etməsinə baxmayaraq tərəflər arasında mübahisə məhkəmədən kənar həllini tapmadığından iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 99900 manat borcun və ödənilmiş 389,70 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.
7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Iddiaçı MMC ilə cavabdeh Cavabdeh Müzadil oğlu arasında ##.##.2023-cü il tarixli DT****** nömrəli distribyutorla xidmət müqaviləsi bağlanmışdır. Adıçəkilən müqavilənin 1.1-ci bəndinə əsasən satıcı, yəni Iddiaçı MMC istehsal, idxal və ya digər formada ticarət predmeti olan məhsulların distribyutora çatdırılmasını (təhvil verilməsini) öz üzərinə götürür. Distribyutor isə həmin malı qəbul edib əvəzində müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.4.1 ci bəndinə əsasən distribyutor sifarişlərin lazımi qaydada təsdiq etmək, malı qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində haqqını tam ödəməyi öz üzərinə vəzifə olaraq qoyulmuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən malın satış qiyməti satıcı tərəfindən vahid qiymət üzrə təyin edilir. Malın qiymətinə bütün xərclər (daşınma və.s) daxildir. Distribyutor satıcıya çatdırılmış (təhvil verilmiş) malın dəyərini satıcının hesabına nəğd və ya köçürmə yolu ilə ödəməklə həyata keçirilir. Ödənişlər malın çatdırıldığı (təhvil verildiyi) gündən etibarən növbəti ayın 10 dan gec olmayaraq 30 təqvim günü ərzində ödənilməlidir. Bundan başqa cavabdeh Cavabdeh Müzadil oğlu ilə iddiaçı Iddiaçı MMC arasında ##.##.2023-cü il tarixli MB****** saylı mövcud borcun etirafı və öhdəliyin öz üzərinə götürmək haqqında müqavilə bağlanmışdır. Adıçəkilən müqavilənin 1-ci bəndinə əsasən borclu etiraf edir ki, tələbkar və borclu arasında bağlanmış ##.##.2023-cü il tarixli DT****** nömrəli distribyutorla xidmət müqaviləsinə əsasən borclunun tələbkar qarşısında hazırkı tarixə 99900 manat məbləğində ümumi borcu yaranmışdır. Qeyd edilən müqavilənin 2-ci bəndinə əsasən borclu öz öhdəsinə götürür ki, mövcud borcun tam məbləğini bu müqavilənin 3-cü bəndi ilə müəyyən olunmuş qaydada ödəyəcəkdir və hazırkı müqavilə müddəti ərzində götürülmüş öhdəliklərin yerinə yetirilməsinə bütün gücünü sərf edəcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən borclu tələbkara olan ümumi borc məbləğini hər ay üçün minimum 5550 manat məbləğində olmaqla 18 ay müddətinə tam ödəyəcəkdir. Müqavilənin 3.2-ci bəndinə əsasən borc məbləği müqavilənin qüvvəyə mindiyi andan etibarən hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə müqavilənin tərkib hissəsi olan * saylı əlavədə qeyd olunmuş tarixlərdə müntəzəm olaraq ödənilir. Göründüyü kimi yuxarıda sadalanan müqavilələr ilə cavabdehin üzərinə bir sıra öhdəliklər qoyulmuşdur. Lakin həmin öhdəliklər bu günə kimi cavabdeh tərəfindən icra edilməmişdir. Yəni cavabdeh tərəfindən almış mallar üzrə iddiaçıya hər hansı pul ödənişi edilməmişdir.
8. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## #### 2022-ci ildə Mülki Məcələnin 340.2-ci maddəsinin şərh edilməsinə dair qərar qəbul edib. Həmin qərarda əsas məqamlar aşağıdakılardır: Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarı). Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### və T.Qasımovanın şikayəti üzrə 2020-ci il # ###### tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmələr əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakımünasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### və N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarlar). Həmçinin həmin qərarda qeyd edilib ki, məhkəmələr tərəfindən işlərə baxılarkən o da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcələsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021ci il # ##### tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsdəli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il ## #### və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcələnin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: 1) - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; 2) - gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; 3)- yanlış təsəvvür yaratmaq niyyəti tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Hazırkı iş materiaları ilə iddiaçının iradə ifadəsinin olmadığı əqdlərə istinad edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin tələbi əsassızdır, rədd edilməlidir.
9. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, üzləşmə aktında yazılan tarixdən sonra “xxxx” vasitəsi ilə öz adından Iddiaçı MMC-nin hesabına ödəniş etmiş, etdiyi ödənişlər borc məbləğindən çox olmuşdur. Həmçinin iddiaçı ilə işləyən vaxt ona idarə edilməsi üçün Ford markalı nəqliyyat vasitəsi verilmiş, həmin nəqliyyat vasitəsinə görə 22000 manat məbləğ hesablanmış, qeyd edilən məbləğ də ona borc olaraq hesablanmışdır. Sonra isə həmin nəqliyyat vasitəsi ondan götürülmüşdür. Nəqliyyat vasitəsinə hesablanan məbləğ müqavilədə göstərilməsə də 99000 manat pulun içinə daxildir. Lakin həmin müqavilədə qeyd edilən məbləğ də onun boynunda qalmışdır. O borcun etirafı haqqında müqavilədə göstərilən tarixdən sonra iddiaçıdan mal almamışdır. Iddiaçı MMC şirkət kimi əvvəl Gəncə şəhərində fəaliyyət göstərmiş, bir aydan sonra isə burdakı fəaliyyətlərini dayandırmışlar. Şirkət ona bildirmişdir ki, malları ona aşağı qiymətə verəcək, o da bununla razılaşmış, hesab etmişdir ki, malları satıb işçilərin maşını da verəcək, maşınların icarə haqqlarını da. Anbarı isə o icarəyə götürmüş, lakin icarə müqaviləsi olmamışdır. Işçilər bir ay Iddiaçı MMC-nin rəsmi işçiləri olmuşdur, ondan sonra qeyri-rəsmi işləmişlər. Pərviz Əliyev onlarda satış təmsilçisi, Elşən Salmanov malları təhvil verən şəxs olmuşdur. Ramin Əliyev, Azad Musayev onlarla alqı-satqı etmiş, onlara da mal verilmişdir. Müqavilə Iddiaçı MMC ilə müştərilərin arasında bağlanmış, malları isə o müştərilərə vermiş, müştərilər də pulu olduqları yerdən ödəmişlər. Müştərilərlə o işlədiyinə görə malları o vermişdir. O iddiaçıya qeyd ediləndən artıq məbləğdə ödəniş etmişdir. Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazın dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, borcun etirafi müqaviləsi qurma bir müqavilədir, bu müqaviləni mal verdikləri hər kəslə bağlamışlar. Bu müqavilə yalançı bir müqavilədir, bu müqaviləni mal vermək məqsədi ilə əvvəlcədən bağlamışlar. Iddiaçı qeyd edir ki, cavabdeh borcun etirafı barədə sənədə imza çəkdikdən sonra heç bir ödəniş etməmişdir. Bankdan gələn sənəd təsdiq edir ki, iddiaçının göstərdikləri düzgün deyil. Həmçinin iddiaçıya ödənişləri cavabdehin tapşırığı ilə başqa şəxslər də etmişdir. Iddia tələbi əsassızdır, iddiaçının istinad etdiyi müqavilə etibarsız bir müqavilədir, bu müqavilə tərəflərin iradə ifadəsini özündə əks etdirmir, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında şahid qismində ifadə verən Əlı yev Ramı n Vaqı f oğlu ifadəsində göstərmişdir ki, işlədikləri vaxt Iddiaçı MMC-ni Cavabdeh təmsil edirdi, ondan mal almışdır və ödənişini etmişdir. Iddiaçı MMC ilə spirtli içki almaq üçün müqaviləni təxminən 2023-cü ildən əvvəl bağlamışlar. Bu işləri mühasib aparmışdır. Ödənişləri Iddiaçı MMC ilə bağladıqları müqavilə əsasında spirtli içkilərə görə ödəmişlər. Işləri onun əvəzinə qardaşı apardığı üçün tam məlumatlı deyildir. Malları o deyil, qardaşı Həsən qəbul etmişdir. Təhvil-təslim aktına qardaşı Həsən imza çəkmişdir. Hesab nömrəsini o vaxtlar deyəsən Cavabdeh vermişdi. Ödənişləri bankdan köçürmə yolu ilə çox vaxt o etmişdir. Cavabdeh malları satan zaman onların obyektinə gəlmişdir. Iddiaçı MMC-nin məhsullarının hamısını Orxandan almışlar.
12. Məhkəmə iclasında şahid qismində ifadə verən şahid3 ifadəsində göstərmişdir ki, o Azad Musayevin oğludur, “Milli Market”də o icraçı direktor işləyir. Atası yaşlı olduğu üçün məhkəməyə gələ bilməmişdir. VÖEN X2 adınadır, elektron sistemdə onu işə götürən olaraq o qeyd edilmişdir. Cavabdeh 13-14 ildir ki tanıyır, onların mağazasına yaxınlaşıb Iddiaçı MMC-nin mallarını təqdim etmişdi, onda onu tanıdığı, etibar etdiyi üçün onunla işləməyə razılaşmışdır. Birinci şifahi razılaşmışlar, sonra da müqavilə bağlamışlar. Müqaviləni bağlamağı o özü təklif etmişdi ki, o ancaq rəsmi işləyir. Müqaviləni Iddiaçı MMC Bakıdan hazırlayıb göndərmişdir. Iddiaçı MMC ilə 2023-cü ildə müqavilə bağlamışdırlar, onların tərəfdən müqaviləyə o imza çəkmişdir. Müqaviləyə əsasən Iddiaçı MMC-dən spirtli içkilər alırdılar. Cavabdeh onlar malı rəsmi qaydada alırdılar, malları öz maşınları ilə həmişə 2 nəfər gətirirdilər. Malları qaimə-faktura əsasında anbardarları təhvil alırdı. Malları ona Orxan göndərirdi. 16400 manatlıq mal almışdılar və rəsmi qayda da ödənişlərini etmişdirlər. Ödənişləri elektron qaimə əsasında edirdilər. Elektron qaimələri onlara Iddiaçı MMC göndərirdi. Mallar Iddiaçı MMC-yə məxsus olduğu üçün ödənişləri onun hesabına edirdilər. Onlara malları sürücülər Iddiaçı MMC-nin Orxana verdiyi malların olduğu anbardan gətirirdilər. Malları Orxandan gəldiyini təsdiq edən sənəd onlarda yoxdur. Malları onlara Samir adlı şəxs verirdi, pulun ödənilməsini də o gəlib xahiş edirdi. Elə olurdu Orxan özü zəng etdiyindən ödənişi edirdi. O Iddiaçı MMC-dən heç kəsi tanımır, o Orxanı tanımışdır. Malları onlara təhvil verən də Orxanın işçiləri olmuşdur. Işçilər özü deyirdi ki, onların müdiri Orxandır. Iddiaçı MMC-nin onlara qarşı hər hansı iddia tələbi olmamışdır.
13. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, Iddiaçı MMC ilə əmək müqaviləsi olmuş, vəzifəsi satış təmsilçisi idi. Iddiaçı MMC-nin sistemində bir ay rəsmi işçi olmuşdur. O, Orxan müəllimin işçisi olmuşdur, 2021-2022-ci ildən 2023-cü ilin axırlarına kimi işləmişdir. Il yarımdan artıqdır ki, işdən çıxmışdır. Işlədikləri müddətdə müştərilərə mallar vermişlər. Mallar Bakıdan gəlmış, onların Gəncədəki anbarına yığılmış, müştərilərin sifarişi əsasında malları aparıb vermişlər. Müqavilələri olanlara müqavilə əsasında, olmayanlara da müqaviləsiz malları vermişlər. Apardığı malları Iddiaçı MMC-yə məxsus blanklar müşaiət edirdi. Təhvil verəndə həmin blankalara imza çəkdirirdilər. Elektron qaiməni Bakıdan Iddiaçı MMC özü göndərirdi. Ödənişlər Iddiaçı MMC-nin hesabına edilirdi. Cavabdeh mallar Iddiaçı MMC-dən gəlirdi. Anbara gələn maldan aparıb müştərilərə verirdilər. Cavabdeh onların müdiri idi. Anbardarları Elyar malları qəbul edirdi. Birdəfəyə nə qədər mal gəldiyini anbardar bilirdi. O mağazalara daxil olub müştərilərdən sifariş alırdı, gəlib ofisdə yazırdı, sürücülər Ford maşınları ilə aparıb çatdırırdılar. Malları sürücü aparıb verirdi. Onun işi mallara müştəri tapmaq, malları satmaq idi. Aradabir özü də mal aparıb müştəriyə təhvil vermişdir. Mallar Iddiaçı MMC-dən gəlirdi. Anbara gələn mallar Iddiaçı MMCnin malları idi. Malların Cavabdeh satılması barədə məlumatı yoxdur. Anbara nəzarəti Orxan edirdi. Işçiləri Orxan təyin edirdi. Iddiaçı MMC Orxanı rəhbər təyin etdiyi üçün mallar ora gəlirdi. Orxanı Iddiaçı MMC-nin təyin etdiyi rəhbər kimi tanıyırdılar. Iddiaçı MMC-nin mallarını ancaq Orxandan götürmüşlər. Rafael topdana, Cəsur marketə və çox mağazaya mal vermişdirlər. Orxandan 100000 manat ətrafı mal satmışdırlar. Malları aparanda, satanda Orxanla əlaqə saxlayırdılar. Onun maaşını Orxan müəllim əlbəəl vermişdir.
14. Məhkəmə iclasında şahid qismində ifadə verən şahid2 Mayıl oğlu ifadəsində göstərdi ki, bir ay rəsmi müqaviləsi olmuş, sonradan əmək müqaviləsi olmadan çalışmış, həm sürücü, həm də fəhlə kimi işləmişdir. Sürücü olaraq Orxan müəllimlə işləmiş, rəsmi əmək müqavilsi olmamış, Ford maşınını sürmüşdür. Həmin maşını icarəyə götürmüşdülər. Anbarı Orxan müəllim tutmuş, mallar Bakıdan gəlmiş, malları anbardarıları təhvil almışdır. Elə ay olmuşdur ki, Bakıdan 2 dəfə mal gəlmişdir. Bakıdan malları Orxan müəllimə göndərirdilər. Nəzarəti, Bakı ilə danışıqları Orxan müəllim edirdi. Malları gəlib anbardan götürmüşdür. Mal onlara ambardan qaimələr əsasında təhvil verilmişdir. Anbara yığılan malı Orxan müəllimin malı kimi tanıyırıdılar. Onlara göstərişi Orxan müəllim verirdi. Malı Ford maşını ilə aparırdılar, həmin maşın təxminən bir ton mal tuturdu. Elə olurdu 300 manatlıq, ele olurdu 1000 manatlıq mal aparırdılar. Ümumilikdə cəmi nə qədər mal təhvil verdiklərini bilmir. Ən çox Şəmkirə Həsən topdana mal aparmışdırlar. Bundan əlavə Şəmkirdə El topdana da mal aparırdılar.
15. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, sonuncunun nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir.
16. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim G.Quliyeva) ilə, iddianın qismən təmin edilməsi, Iddiaçı ilə Cavabdeh Müzadil oğlu arasında bağlanmış ## #### 2023cü il tarixli distribyutorla xidmət müqaviləsinə əsasən 58131 (əlli səkkiz min yüz otuz bir) manat borc və 264 (iki yüz altmış dörd) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumunun cavabdeh Cavabdeh Müzadil oğlundan alınaraq iddiaçı Iddiaçınə verilməsi qət edilmişdir.
17. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, istər distribyutorla xidmət müqaviləsi, istərsə də mövcud borcun etirafı və öhdəliyin öz üzərinə götürmək haqqında müqaviləsinin etibarsızlığına dəlalət edən hər hansi bir hal müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə bildirmişdir ki, iddiaçı iddia tələbində cavabdehdən 99900 manat borcun tutulmasını xahiş etsə də cavabdeh müqavilələr bağlandığı tarixdən sonra iddiaçının hesabına 41769 manat ödəniş etmişdir. Odur ki, 99900 manat borcdan ödənilmiş 41769 manat pul çıxılmaqla 58131 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının ona verdiyi mallardan başqa şəxslərə mal verdiyini, həmin şəxslərin də iddiaçıya ödəniş etdiyini bildirmişdir. Bununla bağlı məhkəmə bildirmişdir ki, digər şəxslərə məhz cavabdehə verilmiş 99900 manat məbləğində maldan satılması öz təsdiqni tapmır. Dindirilmiş şahidlər də malları iddiaçı təşkilatla bağladıqları müqavilə əsasında malları müşaiət edən qaimə-faktura üzrə aldıqlarını, müqavilə əsasında iddiaçı təşkilat tərəfindən göndərilmiş elektron qaimələr əsasında həmin təşkilata ödəmələr apardıqlarını bildirmişlər. Iddiaçı MMC ilə Cavabdeh Müzadil oğlu arasında bağlanmış müqavilələrdən isə görünür ki, alınmış malın dəyərinin məhz Cavabdeh Müzadil oğlu tərəfindən Iddiaçı MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur.
18. Həmçinin cavabdeh iddiaçı tərəfindən ona nəqliyyat vasitəsi verildiyini, həmin nəqliyyat vasitəsinin dəyərinin də borca daxil edildiyini, sonradan isə nəqliyyat vasitəsinin iddiaçı tərəfindən geri qaytarıldığını bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
19. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2 və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
20. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## #### 2022-ci ildə Mülki Məcələnin 340.2-ci maddəsinin şərh edilməsinə dair qərar qəbul edib. Həmin qərarda əsas məqamlar aşağıdakılardır: Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:- əqdin subyekt tərkibinə dair şərtlər;- əqdin məzmununa dair şərtlər;- əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər;- əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarı). Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### və T.Qasımovanın şikayəti üzrə 2020-ci il # ###### tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmələr əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### və N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarlar). Həmçinin həmin qərarda qeyd edilmişdir ki, məhkəmələr tərəfindən işlərə baxılarkən o da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcələsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəlişəkildə şərh edilməsinə dair” 2021ci il # ##### tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsdəli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il ## #### və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcələnin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: 1)- görüntüdə bağlanan əqd və ya pərdələyən əqd- tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; 2)- gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; 3)- yanlış təsəvvür yaratmaq niyyətitərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Hazırkı iş materiaları ilə iddiaçının iradə ifadəsinin olmadığı əqdlərə istinad edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin tələbi əsassızdır, rədd edilməlidir. Iddiaçının nümayəndəsi heç bir məhkəmə iclasında iştirak etməyib və onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əksinə Məhkəmə iclasında sübut olunub ki, tərəflər arasında olan münasibətlər daha çox əmək münasibətlərindən irəli gələn münasibətlər olub və cavabdeh Cavabdeh Müzadil oğlu iddiaçıya məxsus malların satışını təşkil edib. Qeyd edilən xüsusatalrı şahidlərdə təsdiq edib. Işin halları ilə tam sübut olunur ki, cavabdeh Cavabdeh Müzadil oğlu tərəfindən iddiaçıya iddia tələbində qeyd olunan məbləğdən çox pul ödənilib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, kommersiya məhkəməsində xxxxdan ödədiklərinin yarısı çıxarılmışdır. Üstəlik pulların qəbzlərini onların vatsaplarına göndərmişdir. Onların bi necə rayonu əhatə edən vatsap qrupları olmuşdur. O pulları onlar dediyi kartlara göndərmişdir. Həmin prosesler zamanı istifadə etdiyi telefonu xarab olduğundan çekləri çıxarda bilməmişdir. Müqavilədə göstərilən məbləğ tam ödənilmiş və sonra yeni mallar götürülmüşdür. Hətta işlədiyi dövrdə onlara Ford markalı maşın verilmiş və maşının qiymətidə o məbləğə salınmışdır. Lakin iş qutaranda maşını almışlar və maşının pulunu borcdan çıxmamışlar. Iddiaçı tərəf korobka, butılka, probka almışdır və ona göndərmişlər ki, onların kartına pul göndərsin. O, vapsapda olan qəbzləri aça bilmir ki, çekləri təqdim etsın. Pulun göndərilməsi üçün kartları onlar göndərirdi ki, məsələn 6000 və 10000 min manatı filankəsin kartına vur onlarda pulu göndərmişlər. Savadsızlıqdan pulları onların dediyi kartlara vurmuşlar. Müştərilərin VÖEN-ləri olmadığından mallar onun adına yazılmış, lakin müştəri pulu birbaşa iddiaçıya ödəmişdir. O, bütün pulları ödəmişdir. Pullar zavodun əməkdaşları Nail, Məhəmməd və Kənanın kartlarına köçürülmüşdür. Buna görə də onun iddiaçıya borcu yoxdur.
24. Iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndələrinin iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
30. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
31. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
35. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
36. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
39. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
40. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
41. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
48. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
49. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
51. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
52. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
55. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, iddianın təmin edilmiş hissəsini mübahisələndirir və iddianın rədd olunmuş hissəsi onun maraqlarına toxunmur. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını yalnız iddianın təmin edilmiş hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
57. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
59. Ilkin olaraq məhkəmə qeyd edir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.
60. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.
61. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
62. Iddiaçı müqavilə predmeti olan malların cavabdehə satılmış olduğunu əsas gətirərək malların dəyərinin sonuncu tərəfindən ödənilməsini tələb edir.
63. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.
64. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).
65. Məhkəmənin qənaətinə görə, tərəflər arasında bağlanmış müqavilənin bütün şərtləri, o cümlədən tərəflər arasındakı münasibətlər, tərəflərin müqaviləyə qədərki danışıqları və onların sonrakı hərəkətləri sistemli şəkildə təhlil edilməlidir.
66. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər bağlanmış müqavilənin adını “distribyutorla xidmət müqaviləsi” adlandırsalar da tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmışdır.
67. Belə ki, tərəflər arasında ## #### 2023-cü il tarixli, DT****** saylı distribyutorla xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı yəni Iddiaçı MMC istehsal, idxal və ya digər formada ticarət predmeti olan məhsulların distribyutora çatdırılmasını öz üzərinə götürmüş, distribyutor isə həmin malı qəbul edib əvəzində müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4.1 ci bəndinə əsasən distribyutor sifarişlərin lazımi qaydada təsdiq etmək, malı qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində haqqını tam ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən malın satış qiyməti satıcı tərəfindən vahid qiymət üzrə təyin edilir. Malın qiymətinə bütün xərclər (daşınma və.s) daxildir. Distribyutor satıcıya çatdırılmış malın dəyərini satıcının hesabına nəğd və ya köçürmə yolu ilə ödəməklə həyata keçirilir. Ödənişlər malın çatdırıldığı (təhvil verildiyi) gündən etibarən növbəti ayın 10 dan gec olmayaraq 30 təqvim günü ərzində ödənilməlidir.
68. Bundan sonra eyni tarixdə, yəni ##.##.2023-cü il tarixdə tərəflər arasında MB****** saylı mövcud borcun etirafı və öhdəliyin öz üzərinə götürmək haqqında müqavilə bağlanmışdır ki, cavabdeh distribyutorla xidmət müqaviləsinə əsasən ##.##.2023-cü il tarixə iddiaçıya 99900 manat məbləğində ümumi borcunun olması etiraf etmiş və borcun ödənilmə qaydası və müddəti ilə bağlı üzərinə öhdəlik götürmüşdür.
69. Məlumdur ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (MM – maddə 567).
70. Iş materiallarından göründüyü kimi, tərəflər arasında ##.##.2023-cü il tarixdə, nisyə alğı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı satıcı qismində malları cavabdehə verməyi, cavabdeh isə alıcı kimi həmin malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.
71. Məhkəmə araşdırması zamanı cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə eyni zamanda müəyyən edildiyi kimi cavabdeh, iddiaçı tərəfindən müəyyən çeşiddə malların ona təhvil verildiyini və onun tərəfindən borcun hamısının iddiaçıya ödənildiyini bildirir.
72. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə görünüş yaratmaq və ya hər hansı üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq məqsədi ilə bağlanmamış və həqiqi hüquqi nəticələr yaratmışdır.
73. Belə olan halda cavabdehin apellyasiya şikayətinin dəlili olan müqavilənin etibarsızlığına dair dəlilləri əsassızdır. Tərəflərin aralarında olan nisyə alğı-satqıya dair iradə ifadəsi əsasında aralarında alğı-satqı baş tutmuş və bununla bağlı razılaşmaları etibarsız olmamışdır.
74. Bundan başqa cavabdeh məhkəmə iclasında müqavilədə göstərilən malların dəyərinin ödənildiyinə, yenidən başqa malların alındığına və borcun tam ödənildiyinə dair izahatına münasibətdə qeyd edilməlidir ki, hər bir şəxs istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır (MPM maddə - 77.1).
75. Sübutetmə yükünün bölgüsü baxımından malların təhvil verilməsi və borcun məbləğini iddiaçı, borcun qaytarıldığını isə cavabdeh sübut etməlidir.
76. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı tərəfindən ümumi dəyəri 99900 manat məbləğində olan mallar cavabdehə verilmiş və cavabdeh borcun etirafına dair müqavilə ilə borcun hissə-hissə ödənilməsinə dair öhdəliyi öz üzərinə götürmüşdür.
77. Bu hal iddiaçının malların verilməsini və cavabdehin borcunun olmasına dair dəlillərini təsdiq etsə də cavabdeh malların dəyərinin tam ödənilməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.
78. Birinci instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli ****/***/***** saylı məktubu və hesabdan çıxarışı ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək “xxxx” ASC vasitəsilə iddiaçının hesabına 41769 manat məbləğində pul köçürülmüş və cavabdehin ödənilməmiş 58131 manat borcu qalmışdır.
79. Bu hal cavabdehin bildirdiklərini qismən təsdiq etsə də borcun tam ödənilməsinə dair sonuncunun dəlillərini təsdiq etmir.
80. Cavabdeh məhkəmə iclasında satılmış malların dəyərini iddiaçının Nail, Məhəmməd və Kənan adlı əməkdaşlarının kart hesablarına və bunu iddiaçının tapşırığı əsasında küçürüldüyünü iddia etsə də bu halları təsdiq edəcək sübutlar mövcud deyildir.
81. Bundan başqa belə sübutlar mövcud olsa belə iddiaçının pulların məhz borcun müqabilində və iddiaçının tapşırığı əsasında həmin şəxslərin kart hesabına köçürülməsinə dair göstərişinin olması ilə bağlı etirafı olmadığı halda cavabdehi iddiaçı qaşısında öhdəliyin icrasından azad etmir və cavabdeh həmin şəxslərə qarşı müstəqil iddia vasitəsi ilə məhkəmədə iddia irəli sürmək hüququna malikdir.
82. Bunlardan başqa cavabdeh işə başladığı zaman onlara Ford markalı iddiaçı tərəfindən nəqliyyat vasitəsinin verildiyini və nəqliyyat vasitəsinin dəyərinin borc məbləğinə qeyd edildiyini, işlər bitdikdən sonra nəqliyyat vasitəsinin geri alındığını və onun dəyərinin borcdan çıxılmadığını iddia etsə də tərəflərin yazılı razılaşmalarında bu halı təsdiq edəcək şərtlər və ya müddəalar nəzərdə tutulmamış və bu halı təsdiq edəcək digər sübutlar mövcud deyildir.
83. Qeyd edilməlidir ki, bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
84. Sonda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən dindirilmiş şahidlərin ifadələrinin hazırki mübahisənin həllinə təsiri yoxdur.
85. Belə ki, hazırki mübahisənin həlli yalnız rəsmi sübutlar (müqavilə, qaimələr, köürmə sənədləri, qəbzlər, üzləşmə aktları və s.) əsasında mümkündür ki, borc tələbinə dair mübahisələrə baxılması zamanı şahid ifadələrinin mübahisənin həllinə təsiri yoxdur.
86. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
87. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
88. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
89. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
90. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh Cavabdeh Müzadil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi – iddianın təmin edilmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.