Məhkəmə qərarları › İş №2-2(3-7)-71/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-7)-71/2026

05.05.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-71/2026 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Işin halları

1. İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli SHBO-**** saylı kredit müqaviləsindən görünür ki, cavabdeh1 36 ay müddətinə illik 5 faiz olmaqla 15000 manat kredit verilmişdir.

2. ##.##.2023-cü il tarixli SHBO-**** saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh2 tərəflər arasında bağlanmış kredit limitinin ayrılmasına dair razılaşma üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür.

3. İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli SHBO**** saylı kredit limitinin ayrılmasına dair müqaviləsindən görünür ki, cavabdeh1 84 ay müddətinə illik 30 faizdən olmaqla 100000 manat kredit limiti ayrılmışdır.

4. ##.##.2023-cü il tarixli SHBO-**** saylı zaminlik müqavilələrindən görünür ki, cavabdeh2 və cavabdeh3 tərəflər arasında bağlanmış kredit limitinin ayrılmasına dair müqavilə üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər.

5. ##.##.2023-cü il tarixli SHBO-**** saylı kredit razılaşmasından görünür ki, cavabdeh1 36 ay müddətinə illik 20 faiz olmaqla 20000 manat kredit verilmişdir.

6. ##.##.2026-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, cavabdeh1 ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə ##.##.2026-ci il tarixinə banka 8815,52 manat əsas, 516,33 manat faiz, 999,70 manat cərimə borcu olmaqla, cəmi 10331,55 manat borcu var.

7. ##.##.2026-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, cavabdeh1 ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə ##.##.2026-ci il tarixə 14103,17 manat əsas, 2929,06 manat faiz olmaqla, cəmi 17032,23 manat borcu var.

8. Kreditor tərəfindən borcalan və zaminlərə ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, borcalana və zaminlərə ##.##.2023-cü il tarixli SHBO-**** saylı kredit müqaviləsi üzrə bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəmək təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir (faiz borcu 208,53 manat göstərilmişdir).

9. Kreditor tərəfindən borcalan və zaminlərə ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, borcalana və zaminlərə ##.##.2023-cü il tarixli SHBO-**** saylı kredit razılaşması üzrə bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəmək təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir (faiz borcu 1167,31 manat göstərilmişdir).

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 kredit verilməsinə dair ##.##.2023-cü il tarixli SHBO-**** saylı razılaşma üzrə əsas borca görə 10555,52 manat, faiz borcuna görə 208,53 manat, cərimə borcuna görə 114,8 manat olmaqla, cəmi 10878,85 manat borcun və bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun, cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 ##.##.2023-cü il tarixli SHBO- **** saylı kredit razılaşmasına əsasən əsas borca görə 14103,17 manat, faiz borcuna görə 1167,31 manat olmaqla, cəmi 15270,48 manat borcun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və iddia ərizəsinin qaldırılması üçün ödənilmiş 169 manat dövlət rüsumunun tutulması, tələblərin tam mülkiyyət hüququ ilə cavabdeh2 məxsus olan ünvan 1 ünvanında 0,13 ha torpaq sahəsində 83,1 kv.m ümumi, 44,2 kv.m yaşayış, 38,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli (tərkibi: tövlə 220.6 kv.m,çardaq 163,5 kv.m, hasar 3.3 kv.m, darvaza 1.8 kv.m olan) fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməklə hərracda satılması və əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun müvafiq olaraq cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Daha sonra iddiaçı bank iddia tələbinin azaldırlması ilə bağlı ərizə verərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 kredit verilməsinə dair ##.##.2023-cü il tarixli SHBO- **** saylı razılaşma üzrə əsas borca görə 8815,52 manat, faiz borcuna görə 516,33 manat, cərimə borcuna görə 999,7 manat olmaqla, cəmi 10331,55 manat borcun və bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun, cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 ##.##.2023-cü il tarixli SHBO-**** saylı kredit razılaşmasına əsasən əsas borca görə 14103,17 manat, faiz borcuna görə 2929,06 manat olmaqla, cəmi 17032,23 manat borcun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və iddia ərizəsinin qaldırılması üçün ödənilmiş 173 manat dövlət rüsumunun, məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması üçün ödənilmiş xərcin tutulması, tələbin tam mülkiyyət hüququ ilə cavabdeh2 məxsus olan ünvan 1 ünvanında 0,13 ha torpaq sahəsində 83,1 kv.m ümumi, 44,2 kv.m yaşayış, 38,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli (tərkibi: tövlə 220.6 kv.m,çardaq 163,5 kv.m, hasar 3.3 kv.m, darvaza 1.8 kv.m olan) fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməklə hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Iddiaçı bank məhkəməyə ərizə verərək, iş üzrə əmlakın qiymətləndirilməsi barədə təyin edilmiş ekspertizanın keçirilməsi üçün xidmət haqqı olaraq 370 manat məbləğində pulun İddiaçı ASC tərəfindən ödənildiyini nəzərə alaraq, həmin məbləğin cavabdehlərdən iddiaçının xeyrinə tutulması məsələsinin yekun məhkəmə qərarı qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir.

13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şəmkir filialı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli SHBO-**** saylı kredit müqaviləsinə əsasən illik 5% dərəcəsi olmaqla, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi cavabdeh2 ilə ##.##.2023-cü il tarixli SHBO-**** saylı zaminlik müqaviləsi bağlanılmış, həmçinin cavabdeh2 məxsus olan Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0,13 ha torpaq sahəsində ümumi sahəsi 83,1 kv.m, yardımçı sahəsi 38,9 kv.m, yaşayış sahəsi 44,2 kv.m olan 1 mərtəbəli, 2 otaqlı (tərkibi: tövlə 220.6 kv.m, çardaq 163,5 kv.m, hasar 3.3 kv.m, darvaza 1.8 kv.m olan) fərdi yaşayış evi iddiaçı qarşısında ##.##.2023-cü il tarixli SHBO-**** nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Ipoteka predmeti notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa İddiaçı ASC-nin Şəmkir filialı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli SHBO**** saylı kredit verilməsinə dair əsas şərtlər üzrə razılaşmaya əsasən müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən bağlanacaq ayrıca razılaşmalar üzrə verilə biləcək kreditin maksimal məbləği 100000 manat, maksimal tələb edilə biləcək faiz dərəcəsi 30%, kreditin maksimal qaytarılma müddəti isə 84 ayadək təşkil edir. ##.##.2023-cü il tarixli SHBO-**** nömrəli razılaşmaya əsasən illik 20% dərəcəsi olmaqla, 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Razılaşmaya əsasən öhdəliklərinin icrasının təmini üsulu kimi cavabdeh2 və cavabdeh3 ilə ##.##.2023-cü il tarixli SHBO-**** saylı zaminlik müqavilələri bağlanılmışdır. cavabdeh2 məxsus olan ünvan 1 ünvanında 0,13 ha torpaq sahəsində 83,1 kv.m ümumi, 44,2 kv.m yaşayış, 38,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli (tərkibi: tövlə 220.6 kv.m, çardaq 163,5 kv.m, hasar 3.3 kv.m, darvaza 1.8 kv.m olan) fərdi yaşayış evi iddiaçı qarşısında ##.##.2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Kredit verilməsinə dair əsas şərtlər üzrə razılaşmanın şərtlərinə görə cavabdeh cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.

14. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Gülnaz Quliyeva) iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli SHBO-**** saylı kredit müqaviləsinə əsasən 8815 manat 52 qəpik əsas borc, 208 manat 53 qəpik faiz borcu, 450 manat cərimə borcu olmaqla, cəmi 9474 (doqquz min dörd yüz yetmiş dörd) manat 05 (beş) qəpik borc və bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumun cavabdehlər cavabdeh1 və cavabdeh2 tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında bağlanmış ##.##.2023cü il tarixli SHBO-**** saylı kredit razılaşmasına əsasən 14103 manat 17 qəpik əsas borc, 1167 manat 31 qəpik faiz borcu olmaqla, cəmi 15270 (on beş min iki yüz iyirmi yeddi) manat 48 (qırx səkkiz) qəpik borc, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsum və iddia ərizəsinin qaldırılması üçün ödənilmiş 164 (bir yüz altmış dord) manat 24 (iyirmi dörd) qəpik dövlət rüsumu, ekspertiza keçirilməsi üçün ödənilmiş 370 (üç yüz yetmiş) manat xidmət haqqının cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; Tələb üzrə tutmanın cavabdeh cavabdeh2 məxsus olan ünvan 1 ünvanında 0,13 ha torpaq sahəsində yerləşən 83,1 kv.m ümumi, 44,2 kv.m yaşayış, 38,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli (tərkibi: tövlə 220.6 kv.m,çardaq 163,5 kv.m, hasar 3.3 kv.m, darvaza 1.8 kv.m olan) fərdi yaşayış evinə yönəldilməsi; Həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 57900 (əlli yeddi min doqquz yüz) manat həddində müəyyən edilməsi; Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh cavabdeh2 qaytarılması; Ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğlərinin ##.##.2023-cü il tarixli SHBO-**** saylı razılaşmasına əsasən cavabdehlər cavabdeh1 və cavabdeh2, ##.##.2023-cü il tarixli SHBO- **** saylı kredit razılaşmasına əsasən cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 tutularaq iddiaçı xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; Iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 319.1, 385.1, 386.1, 421.1, 421.2, 421.3, 442, 445.1, 445.2, 448.1, 448.2, 460.1, 462.1, 467, 470.1, 472.2, 739.1, 739.2 və 743.1-ci maddələrinə, «Ipoteka haqqında» Qanunun 34.1.1-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3 və 218.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ##.##.2023-cü il tarixli SHBO-**** saylı kredit müqaviləsi və ##.##.2023-cü il tarixli SHBO-**** saylı kredit razılaşması üzrə əsas və faiz borclarına dair hissədə iddianın qismən təmin edilməsini xahiş etmişdir.

17. Cavabdeh cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ##.##.2023-cü il tarixli SHBO-**** saylı kredit müqaviləsi və ##.##.2023- cü il tarixli SHBO-**** saylı kredit razılaşması üzrə əsas və faiz borcu çox hesablanmışdır. Məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək, borcun məbləği müəyyən edilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Iddiaçı bank “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə2 da “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, kredit müqavilələri üzrə borc məbləğinin hesablanması üçün mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları məhkəmə iclasına gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

25. Maddə (əvvəlki redaksiya) 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

36. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.

37. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.

38. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

39. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, iddiaçı bank, borclu cavabdeh1 və digər zamin cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər. Yalnız cavabdeh cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, qətnamə kredit müqavilələri üzrə əsas və faiz borcu məbləğlərinə dair hissədə mübahisələndirilmişdir.

40. Həmçinin, nəzərə alınmalıdır ki, qətnamədən borclu cavabdeh1 və zamin cavabdeh3 apellyasiya şikayəti vermədiyindən qətnamə onlara aid hissədə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminlərə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, zamin cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən qətnamənin bütünlüklə, əsas borcluya və apellyasiya şikayəti verməyən digər zaminə münasibətdə yoxlanılması onların hüquqlarına toxunan hal kimi qiymətləndirilir.

41. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yalnız apellyatora münasibətdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə cavabdeh cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ASC ilə cavabdeh1 arasında ##.##.2023-cü il tarixli SHBO-**** saylı kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən borcalan cavabdeh1 36 ay müddətinə illik 5 faiz olmaqla 15000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bankla cavabdeh2 arasında ##.##.2023-cü il tarixli SHBO-**** saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan əlavə, kreditor İddiaçı ASC ilə cavabdeh1 arasında ##.##.2023-cü il tarixli SHBO**** saylı kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış, bu müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi bankla cavabdeh2 və cavabdeh3 arasında ##.##.2023-cü il tarixli SHBO-**** saylı zaminlik müqavilələri bağlanmışdır. ##.##.2023-cü il tarixli SHBO-**** saylı kredit razılaşması əsasında da borcalan cavabdeh1 36 ay müddətinə illik 20 faiz olmaqla 20000 manat kredit verilmişdir. Buna baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmişdir. Borcalana və zaminlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

44. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası olan kreditor və borcalan arasında bağlanmış kredit və zaminlik müqavilələri dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda cavabdehlərdən əsas və ona hesablanmış faiz borcu tələb edir və əsas kimi göstərir ki, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmişdir. Zamin cavabdeh2 da kredit borcunu inkar etməyərək, sadəcə əsas və faiz borc məbləğinin düzgün hesablanmamasını mübahisələndirmişdir.

45. Mülki Məcəllənin 421.3-cü maddəsinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

46. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, HYPERLINK "https://e-qanun.az/framework/46944" \o "Azərbaycan Respublikası Mülki Məcəlləsi" \t "_blank" Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

47. Borcalana ##.##.2023-cü il tarixli SHBO-**** saylı kredit müqaviləsi üzrə borcun tam ödənilməsi barədə son xəbərdarlıq məktubu ##.##.2025-ci il tarixdə, ##.##.2023-cü il tarixli SHBO-**** saylı kredit razılaşması üzrə borcun tam ödənilməsi barədə son xəbərdarlıq məktubu isə ##.##.2025-ci il tarixdə göndərilmişdir. Bununla da iddiaçı bank müqavilənin hissəhissə icrasından birtərəfli imtina etmiş, nəticədə isə həmin vaxtdan tərəflər arasında bağlanmış müqavilələr ləğv edilmişdir.

48. Nəzərə almaq lazımdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

49. Şərh edilənləri ümumiləşdirərək kollegiyanın qənaəti bundan ibarətdir ki, iddiaçı bank kredit müqavilələrinin qüvvədə olduğu vaxtadək faiz borcu hesablamaq hüququna malik olmuşdur. Kredit müqavilələri üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubunda ##.##.2023-cü il tarixli SHBO-**** saylı kredit müqaviləsi üzrə faiz borcu 208,53 manat, ##.##.2023-cü il tarixli SHBO-**** saylı kredit razılaşması üzrə faiz borcu 1167,31 manat məbləğdə göstərilmişdir. Bu halda da, birinci instansiya məhkəməsi haqlı olaraq kredit müqavilələri üzrə faiz borcu məbləğini xəbərdarlıq məktubunda göstərilən məbləğdə müəyyən etmişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, borcalan kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də əsas və faiz borcunun ödənilməsinin tələb edilməsi qanuni və əsaslıdır.

51. Əsas və faiz borcunun düzgün hesablanmaması barədə apellyatorun dəlili ilə bağlı kollegiya göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdeh cavabdeh2 subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Mülki Prosessual Məcəllənin 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir.

52. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə isə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

54. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir. Halbuki, iş materiallarında olan maliyyə arayışı ilə kredit müqavilələri üzrə əsas və faiz borcu məbləği dəqiqliklə göstərilmişdir. Bir sözlə, həmin maliyyə arayışının mötəbərliyini şübhə altına alacaq əsas olmamaqla məsələnin həlli baxımından hər hansı xüsusi biliyin tətbiqinə də (mühasibatlıq ekspertizasının təyin olunmasına) zərurət yoxdur.

55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Işə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə apellyatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə cavabdeh cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar