Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2-2(3-8)-33/2026 05.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Suleimanov Maftunun, cavabdeh Cavabdeh nümayəndəsi vəkil Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. İstifadəyə verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə istifadəçi Cavabdeh arasında bağlanmış ## ###### 2024-cü il tarixli 01-İS/24 nömrəli avadanlıqların istifadəyə verilməsi barədə müqaviləyə əsasən istifadəyə verən ona məxsus Samux rayonu, Sərkar kəndi ərazisində quraşdırılmış quşçuluq kompleksini, bu müqaviləyə əlavədə göstərilən 6 dəst broyler saxlama və yetişdirmə avadanlıqlarını bir il müddətinə istifadəçinin istifadəsinə verir.
2. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə aylıq ödəniş 4000 (dörd min) manat (vergi və rüsum xaric) olmaqla, 1 illik ümumi istifadə haqqı 48000 (qırx səkkiz min) manat (vergi və rüsum xaric) təşkil edir.
3. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən 1 (bir) ay ödənişə möhlət verilir.
4. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən istifadəçi bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş məbləğdə istifadə haqqını hər növbəti ayın 1-dək ödənilməsini təmin edir.
5. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən istifadəçi istifadəyə verənin razılığı olmadan istifadəyə götürülmüş avadanlıq kompleksində heç bir əlavə tikinti və quraşdırma işləri aparmır.
6. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən istifadə haqqı vaxtında ödənilmədikdə müəyyən edilmiş müddətdən keçən hər gün üçün istifadəçi tərəfindən istifadə haqqının 0,2 faizi həcmində cərimə ödənilir.
7. "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş ## ###### 2024-cü il tarixli broyler saxlama və yetişdirmə avadanlıqlarının təhviltəslimi aktından görünür ki, Samux rayonu ərazisində quraşdırılmış 6 dəst broyler saxlama və yetişdirmə avadanlıqları tam saz və işlək vəziyyətdə Cavabdeh təhvil verilmişdir.
8. İddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş ## ###### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, ## ###### 2024-cü il tarixli 01- İS/24 nömrəli müqavilə üzrə cavabdeh Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 12000 manat məbləğində ödəniş etmiş, onun 36000 manat məbləğində əsas borcu, 4392 manat məbləğində cərimə borcu qalmışdır. Cavabdeh əməkdaşları tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş ## ###### 2024cü il 9.tarixli qüsur aktında göstərilir ki, Cavabdeh Samux rayonu ərazisində yerləşən toyuq termolarına baxış keçirilmiş və aktda qeyd olunan elektrik avadanlıqlarının və ehtiyyat hissələrinin alınıb quraşdırılması vacib bilinmişdir.
10. Cavabdeh əməkdaşları tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş ## ###### 2024cü il tarixli alış aktında göstərilir ki, müəssisəyə baxış keçirildikdən sonra aktda göstərilən 81087 manat məbləğində müxtəlif ehtiyat hissələri topdan və pərakəndə satış məntəqələrindən alınmışdır.
Birinci instansiya məhkəməsində icraat 11.İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “pul tələbi" barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 36000 (otuz altı min) manat məbləğində əsas borc, 4392 (dörd min üç yüz doxsan iki) manat məbləğində cərimə və 211,18 (iki yüz on bir manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 40603,18 (qırx min altı yüz üç manat on səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2024-cü il tarixli 01-İS/24 nömrəli müqaviləyə əsasən iddiaçıya məxsus quşçuluq kompleksi, müqaviləyə əlavədə göstərilən 6 dəst broyler saxlama və yetişdirmə avadanlıqları cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Həmin müqavilə üzrə sözügedən 6 dəst broyler saxlamanın və yetişdirmə avadanlıqlarının istifadə edilməsinə görə bir il müddətinə, hər ay 4000 (dörd min) manat olmaqla, ümumilikdə 48000 (qırx səkkiz min) manat məbləğində haqq müəyyən olunmuşdur. Cavabdeh müqavilə üzrə iddiaçıya 12000 (on iki min) manat məbləğində ilkin odəniş ödəniş etmiş, onun 36000 (otuz altı min) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən istifadə haqqı üzürsüz səbəbdən vaxtında ödənilmədikdə müəyyən edilmiş müddətdən keçən hər gün üçün istifadəçi tərəfindən icarə haqqının 0,2 faizi həcmində cərimə ödənilir. Buna əsasən hazırkı dövrədək olan əsas borcun məbləği 36000 (otuz altı min) manat və gecikdirilmiş günlər üzrə hesablanmış cərimənin məbləği isə 4392 (dörd min üç yüz doxsan iki) manat təşkil etmişdir.
13. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 36000 (otuz altı min) manat məbləğində əsas borc, 1800 (min səkkiz yüz) manat məbləğində cərimə və 203,4 (iki yüz üç manat qırx qəpik) manat məbləğidə dövlət rüsumu olmaqla, cəmi 38003,4 (otuz səkkiz min üç manat qırx qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Həlimə Alıyeva).
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında ## ###### 2024-cü il tarixli 01-İS/24 nömrəli avadanlıqların istifadəyə verilməsi barədə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən istifadəyə verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ona məxsus Samux rayonu, Sərkar kəndi ərazisində quraşdırılmış quşçuluq kompleksini, 6 dəst broyler saxlama və yetişdirmə avadanlıqlarını tam saz və işlək vəziyyətdə istifadəçi Cavabdeh təhvil vermişdir. İddiaçı müqavilədən irəli gələn üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh istifadə haqqını tam və vaxtında ödəməməklə, öhdəliklərini lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh müqavilə əsasında iddiaçıdan əmlakı istifadəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında istifadə haqqının iddiaçıya ödənilməsinə dair vəzifələrin də daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında avadanlıqların istifadəyə edilməsinə barədə dair hüququndan istifadə etmiş olsa da, istifadə haqqını tam ödəməməklə, tərəflər arasında bağlanmış müqavilə şərtləri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Odur ki, iddiaçı sözügedən müqavilə üzrə ödənilməmiş istifadə haqqı borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 4392 (dörd min üç yüz doxsan iki) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 1800 (min səkkiz yüz) manat məbləğində cərimə tutulmalıdır.
15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 462.1, 465.2, 467, 675, 700.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 64.1, 77.1, 88, 107, 119.1,218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, AR MM-nin 676-cı maddəsinin tələblərinin iddiaçı tərəfindən aşkar pozulmasını təsdiq edən sübutlar-qüsur aktı, həmin qüsurların aradan qaldırılmasını təqsdiq edən alış aktı və ona əlavə edilmiş çoxsaylı qaiməfaktura ödəniş sənədləri məhkəmə tərəfindən araşdırılmamışdır. Müqavilə imzalandıqdan sonra avadanlıq və qurğuların işlək vəziyyətdə olması yoxlanılmadan iddiaçı tərəfindən formal tərtib edilmiş aktı imza edən cavabdeh qəbul etdiyi texnikaların yoxlanışı zamanı tamamilə fərqli mənzərə ilə rastlaşmışdır. Avadanlıqlar və qurğuların əksəriyyəti texniki cəhətdən nasaz və ya yararsız, elektrik xətləri isə ümumiyyətlə bərbad vəziyyətdə olmuşdur. Fəaliyyətə başlamaq üçün qüsur aktında qeyd olunanların aradan qaldırılması təxirəsalınmaz addımların atılmasını zəruri etmişdir. Belə ki, həmin dövrdə sifariş verilərək dəyəri tam ödənilmiş 100 minlərlə cücə mütləq qaydada sexlərə yerləşdirilməli idi. Bu səbəbdən də cavabdeh istehsal üçün nəzərdə tutulmuş pul vəsaitini gözləmədiyi halda qüsurların aradan qaldırmasına sərf etmək məcburiyyətində qalmışdır. İddiaçı bu xərclərin qarşılığında icarə haqqını aşağı salacağına söz verdiyindən həmin dövrdə cavabdeh məhkəməyə müraciət etməmişdir. Qətnamədən də görünür ki, cavabdeh istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, lakin məhkəmə həmin sübutları qəbul etsə də, onlara qeyri-obyektiv yanaşmış və düzgün hüquqi qiymət verməmişdir. Belə ki, müqavilənin 2.1.1.-ci bəndində göstərilənlərin əksinə olaraq iddiaçı avadanlıqları müqavilə şərtlərinə tam uyğun şəkildə istifadəyə verməli olduğu halda bunu etməmişdir. Cavabdeh tərəfindən aidiyyatı sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən buna əhəmiyyət verilməmişdir. İddiaçı məhkəməyə ##.##.2024-cü il tarixli müqavilə, ##.##.2024-cü il tarixli akt və ##.##.2024-cü il tarixli maliyyə arayışından başqa heç bir sənəd təqdim etməmişdir. Etirazlarının inkar edilməsi üçün faktiki istifadəyə verilmiş avadanlıqların işlək vəziyyətdə olmasını təsdiq edən heç bir video görüntü və aidiyyatı mütəxəssislərin iştirakı ilə tərtib edilmiş akt olmamışdır. Məhkəməyə təqdim edilmiş qüsur aktı və həmin aktda göstərilənlərin aradan qaldırılması üçün alınmış avadanlıq, ehtiyat hissələri və onların quraşdırılmasını, alınmasını və görülmüş işlərə görə ödənilmiş pul vəsaitlərini təsdiq edən sənədlərin adı qətnamədə ötəri olaraq sadalansa da, faktiki həmin sənədlərə heç bir hüquqi qiymət verilməmişdir. Görülmüş işlər nəticəsində fəaliyyətə ciddi əngəl olan problemlər aradan qaldırılmış, həmin işlər nəticəsində obyektin fəaliyyət qabiliyyəti əhəmiyyətli yüksəlmişdir. Gələcəkdə müqavilənin pozulacağı təqdirdə cavabdeh tərəfindən görülmüş işlərin sökülərək aparılması, digər sahədə quraşdırılması praktik cəhətdən mümkün deyildir. Cavabdehin apardığı işlərin nəticəsi olaraq iddiaçı əsassız varlanmışdır. Çünki həmin işlərin nəticəsi olaraq sahənin icarəyə verilmə haqqı artacaqdır.
Apellyasiya şikayətinə etiraz
18. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 2024-cü il ## ###### tarixli, 01-İS/2024 nömrəli nömrəli müqavilə 2024-cü il ## ###### tarixli AKT əsasında 6 dəst broyler saxlama və yetişdirmə avadanlıqları tam, saz və işlək vəziyyətdə təhvil verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 2024-cü il ## ###### tarixli, 01-İS/2024 nömrəli nömrəli müqavilənin 2.2.5-ci bəndinə əsasən, "İstifadəçi” "İstifadəyə verən"in razılığı olmadan istifadəyə götürülmüş istixana kompleksində heç bir əlavə tikinti və quraşdırma işləri aparmır. Bununla əlaqədar iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan xərclər barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət olunmamış və həmin işlərin yerinə yetirilməsi ilə bağlı hər hansı razılıq əldə olunmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.8-ci bəndi “İstifadəçi” tərəfindən qəbul edilmiş avadanlıqlarda sonradan yaranmış çatışmazlıqlar barədə “İstifadəyə verən” qarşısında məsuliyyət daşıyır. Mübahisə predmeti olan avadanlıqlar 2024-cü il ## ###### tarixli AKT əsasında tam, saz və işlək vəziyyətdə təhvil verilmiş, çəkilmiş xərclər isə göründüyü kimi sonradan yaranmış çatışmazlıqlarla bağlıdır. Avadanlıq kompleksində yaranmış çatışmazlıqlar barədə tərtib olunmuş qüsur AKT-ları birtərəfli, yəni iddiaçı Cavabdeh əməkdaşlarının iştirakı ilə tərtib olunmuşdur. Halbuki avadanlıq kompleksi üzrə müstəsna mülkiyyət hüququ İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olduğu halda, iddiaçı tərəfindən yaranmış çatışmazlıqların aktlaşdırılması zamanı iddiaçı tərəfindən hər hansı məlumat və müraciət olunmamışdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 680.1.1-ci bəndinə əsasən binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri əvəzi ödənilən xərclərə aid deyildir. Bundan başqa həmin Məcəllənin 1090.2-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın (İddiaçı ASC-nin) mənafeyinə uyğun gəlmirsə (bu işlər üçün əvvəlcədən razılıq verilməyibsə və ya müqavilə şərtlərinə ziddirsə), icraçı yalnız sahibkarın bu işlər nəticəsində varlandığı halda xərclərin əvəzini tələb edə bilər.
İşdə iştirak edən şəxslərin izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Suleimanov Maftun apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
157.6-ci maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (istifadəyə verən) kirayəçiyə (icarəçiyə) istifadəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi istifadəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab etmişdir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında ## ###### 2024-cü il tarixdə avadanlıqların istifadəyə verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin icrası olaraq ## ###### 2024-cü il tarixli təhvil-təslim aktı əsasında müqavilə predmeti olan 6 dəst broyler saxlama və yetişdirmə avadanlığı cavabdehə təhvil verilmişdir. Həmin akt tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Cavabdeh avadanlıqları qəbul edərkən onların vəziyyəti ilə bağlı hər hansı qeyd, irad və ya etiraz bildirməmiş, aktın etibarsızlığını və ya təzyiq altında imzalandığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Buna görə də təhvil-təslim aktı avadanlıqların cavabdeh tərəfindən qəbul edilməsini və onların istifadəyə yararlı vəziyyətdə təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilməlidir.
25. Məhkəmə kollegiyası cavabdehin avadanlıqlarda qüsurların mövcud olması və həmin qüsurların aradan qaldırılması üçün əhəmiyyətli məbləğdə xərc çəkməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan qüsur aktı və alış aktı cavabdehin öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş,həmin sənədlərin tərtib edilməsində iddiaçının iştirakı təmin edilməmiş, ona qüsurların mövcudluğu barədə məlumat verilməsi və ya onların aradan qaldırılması üçün tədbir görmək imkanının yaradılması sübuta yetirilməmişdir. Bundan əlavə, cavabdeh təqdim olunmuş qaimə-fakturalar və digər ödəniş sənədləri ilə çəkilmiş xərclərin məhz müqavilə predmeti olan avadanlıqlardakı ilkin qüsurların aradan qaldırılması ilə bağlı olmasına dair sübutları təqdim etməmişdir.
26. Əgər cavabdeh iddiaçıya məxsus əmlakda zəruri xərclər çəkmişdirsə, bununla əlaqədar zəruri məsrəflərin əvəzini Mülki Məcəllənin 157.6-cı maddəsinə əsasən müvafiq qaydada iddia qaldırmaqla mülkiyyətçidən tələb edə bilər.
27. Yuxarıdakı xüsusatlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.