Məhkəmə qərarları › İş №2-2(3-9)-27/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-27/2026

29.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-27/2026 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, cavabdeh Cavabdeh, onun vəkili, eyni zamanda nümayəndəsi vəkil1 iştirakları ilə, Işin halları: Iddiaçı İddiaçı (bundan sonra mətndə “xxxx” MMC) cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 85225 manat məbləğində borcun və 345,68 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında # #### 2023-cü il tarixli, DT****** №-li distribyutorla xidmət müqaviləsi bağlanmışdır. Adıçəkilən müqavilənin 1.1-ci bəndinə əsasən satıcı, yəni iddiaçı istehsal, idxal və ya digər formada ticarət predmeti olan məhsulların distribyutora çatdırılmasını öz üzərinə götürür. Distribyutor isə həmin malı qəbul edib əvəzində müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.4.1-ci bəndinə əsasən sifarişləri lazımi qaydada təsdiq etmək, malı qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində haqqını tam ödəmək vəzifə olaraq distribyutorun üzərinə qoyulmuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən malın satış qiyməti satıcı tərəfindən vahid qiymət üzrə təyin edilir. Malın qiymətinə bütün xərclər (daşınma və.s) daxildir. Distribyutor satıcıya çatdırılmış (təhvil verilmiş) malın dəyərini satıcının hesabına nəğd və ya köçürmə yolu ilə ödəməklə həyata keçirir. Ödənişlər malın çatdırıldığı gündən etibarən növbəti ayın 10 dan gec olmayaraq 30 təqvim günü ərzində ödənilməlidir. Bundan başqa cavabdeh ilə iddiaçı arasında # #### 2023-cü il tarixli, MB****** saylı mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında müqavilə bağlanmışdır. Adıçəkilən müqavilənin 1-ci bəndinə əsasən borclu etiraf edir ki, tələbkar və borclu arasında bağlanmış # #### 2023-cü il tarixli, DT****** №-li distribyutorla xidmət müqaviləsinə əsasən borclunun tələbkar qarşısında hazırkı tarixə 99900 manat məbləğində ümumi borcu yaranmışdır. Qeyd edilən müqavilənin 2-ci bəndinə əsasən borclu öz öhdəsinə götürür ki, mövcud borcun tam məbləğini bu müqavilənin 3-cü bəndi ilə müəyyən olunmuş qaydada ödəyəcəkdir və hazırkı müqavilə müddəti ərzində götürülmüş öhdəliklərin yerinə yetirilməsinə bütün gücünü sərf edəcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən borclu tələbkara olan ümumi borc məbləğini hər ay üçün minimum 5550 manat məbləğində olmaqla 18 ay müddətinə tam ödəyəcəkdir. Müqavilənin 3.2-ci bəndinə əsasən borc məbləği müqavilənin qüvvəyə mindiyi andan etibarən hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə müqavilənin tərkib hissəsi olan * saylı əlavədə qeyd olunmuş tarixlərdə müntəzəm olaraq ödənilir. Göründüyü kimi sadalanan müqavilələr ilə cavabdehin üzərinə bir sıra öhdəliklər qoyulmuşdur. Lakin həmin öhdəliklər bu günə kimi cavabdeh tərəfindən icra edilməmişdir. Yəni cavabdeh tərəfindən alınmış mallar üzrə iddiaçıya hər hansı pul ödənişi edilməmişdir. Yuxarıda qeyd edilən hallarla bağlı iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən pretenziya məktubuna heç bir cavab verilməmişdir. Bu səbəbdən də iddiaçı hazıkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Iddiaçı hesab edir ki, cavabdehlə aralarında bağlanmış # #### 2023-cü il tarixli, DT****** №-li distribyutorla xidmət müqaviləsi və # #### 2023-cü il tarixli, MB****** saylı mövcud borcun etirafı və öhdəliyin öz üzərinə götürmək haqqında müqavilə üzrə yaranmış 85225 manat məbləğində borc cavabdehdən alınaraq xeyrinə ödənilməlidir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat Cavabdehin vəkili, eyni zamanda nümayəndəsi vəkil1 iddianın əsassız olduğunu bildirib, çoxsaylı ödəniş qəbzlərini məhkəməyə təqdim etmiş, iddianın rədd olunmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin olunaraq, 85225 manat məbləğində borcun və 345,68 manat məbləğində ödənimiş dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almayıb ki, “Distribyutorla xidmət müqaviləsi” ilə yanaşı, eyni zamanda # #### 2023-cü il tarixli, MB****** saylı mövcud borcun etirafı müqaviləsində tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlılıq yoxdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## #### 2022-ci ildə Mülki Məcələnin 340.2-ci maddəsinin şərh edilməsinə dair qərar qəbul edib. Həmin qərarda isə əsas məqamlar aşağıdakılardır: Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: Əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarı). Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### və T.Qasımovanın şikayəti üzrə 2020-ci il # ###### tarixli Qərarları). Məhkəmə tərəflərindən təqdim edilmiş ödəniş qəbzlərinə düzgün hüquqi qiymət və münasibət bildirməyib. Məhkəmə tərəflərindən təqdim edilmiş ödəniş qəbzlərinə düzgün hüquqi qiymət və münasibət bildirməməklə yanaşı, iddia tələbinin istinad edildiyi müqavilənin etibarsız əqd olduğuna fikir verməyib. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh Cavabdeh və onun vəkili eyni zamanda nümayəndəsi vəkil1 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, təqdim olunmuş qəbzlərə əsasən iddiaçının tələb etdiyi borc məbləği artıqlaması ilə ödənilmişdir. # #### 2023-cü il tarixli, MB****** saylı mövcud borcun etirafı müqaviləsi bağlanandan sonra iddiaçı təşkilatdan cavabdeh mal almamışdır. Iddiaçı “xxxx” MMC-nin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə iştirakı olmadan baxılmasını, təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin məhkəmənin sorğusuna “Elektron məhkəmə” informasiya sistemi üzərindən cavab verərək bildirmişdir ki, # #### 2023-cü il tarixindən sonra cavabdehlə hər hansı bir müqavilə münasibətləri mövcud olmamış, ona hər hansı bir mal təqdim edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın rəddini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarına əlavə olunan sənədlərlə aşağıdakılarn müəyyən olunur. Cavabdeh (borclu) Cavabdeh ilə iddiaçı (tələbkar) “xxxx” MMC arasında bağlanmış # #### 2023-cü il tarixli MB****** saylı “mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında” müqaviləyə əsasən, borclu tələbkar qarşısında 85225 manat məbləğində borcun yarandığını tam etiraf edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən borclu tələbkara ümumi borc məbləğini hər ay minimum 4735 manat məbləğində olmaqla 18 ay müddətində tam ödəyəcəkdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən borc məbləği bu müqavilənin qüvvəyə mindiyi andan etibarən hər təqvim ayın 15-dən gec olmamaq şərti ilə bu müqavilənin tərkib hissəsi olan * saylı əlavədə qeyd olunmuş tarixlərdə müntəxəm olaraq ödənilir. # #### 2023-cü il tarixli MB****** saylı “mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında” müqaviləyə əlavə nömrə 1-ə əsasən borclu Cavabdeh müqavilə üzrə yaranan öhdəliklərini ## #### 2023-cü il tarixindən başlayaraq ## ###### 2024-cü il tarixinədək hər ay 4735 manat, sonuncu ay isə 4730 manat məbləğlərində ödənişlər etməklə icra etməlidir. Apellyasiya baxışı zamanı “xxxx” MMC-yə ünvanlanmış # #### 2026-cı i tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, hazırki iş üzrə cavabdeh ilə # #### 2023-cü il tarixdən sonra hər hansı bir müqavilə münasibəti mövcud olmamış, ona hər hansı bir mal təqdim edilməmişdir. ##.##.2023-cü il tarixli ***** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 3450 manat ödəniş etmişdir (cild 2, səhvə 69). ##.##.2023-cü il tarixli ***** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşqma hesabına 3360 manat ödəniş etmişdir (cild 2, səhvə 206). ##.##.2023-cü il tarixli ***** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 3000 manat ödəniş etmişdir (cild 1, səhvə 145). ##.##.2023-cü il tarixli ***** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx”MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 2000 manat ödəniş etmişdir (cild 2, səhvə 72). ##.##.2023-cü il tarixli ***** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx”MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 210 manat ödəniş etmişdir (cild 2, səhvə 195). ##.##.2023-cü il tarixli ***** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 1326 manat ödəniş etmişdir (cild 1, səhvə 140). ##.##.2023-cü il tarixli **** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx”MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 2000 manat ödəniş etmişdir (cild 2, səhvə 58). ##.##.2023-cü il tarixli ***** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 16876 manat ödəniş etmişdir (cild 2, səhvə 151). ##.##.2023-cü il tarixli ***** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 3500 manat ödəniş etmişdir (cild 2, səhvə 82). ##.##.2023-cü il tarixli **** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 4735 manat ödəniş etmişdir (cild 2, səhvə 101). ##.##.2023-cü il tarixli **** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 2500 manat ödəniş etmişdir (cild 2, səhvə 221). ##.##.2023-cü il tarixli ***** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 9215 manat ödəniş etmişdir (cild 2, səhvə 221). ##.##.2023-cü il tarixli *** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 3000 manat ödəniş etmişdir (cild 2, səhvə 174). ##.##.2023-cü il tarixli *** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 5100 manat ödəniş etmişdir (cild 2, səhvə 246). ##.##.2023-cü il tarixli **** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 8440 manat ödəniş etmişdir (cild 2, səhvə 142). ##.##.2023-cü il tarixli ***** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 1485 manat ödəniş etmişdir (cild 2, səhvə 113). ##.##.2023-cü il tarixli ***** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) 962 manat ödəniş etmişdir (cild 2, səhvə 91). ##.##.2023-cü il tarixli ***** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 4000 manat ödəniş etmişdir (cild 2, səhvə 120). ##.##.2024-cü il tarixli ***** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 10000 manat ödəniş etmişdir (cild 1, səhvə 153). ##.##.2024-cü il tarixli ***** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 4920 manat ödəniş etmişdir (cild 2, səhvə 3). ##.##.2024-cü il tarixli **** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 500 manat ödəniş etmişdir (cild 2, səhvə 177). ##.##.2024-cü il tarixli ***** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 2880 manat ödəniş etmişdir (cild 2, səhvə 43). ##.##.2024-cü il tarixli ***** saylı qəbzdən görünür ki, Cavabdeh “xxxx” MMC-yə (VÖEN **********) məxsus AZ39AIIB400400D9445086889229 (AZN) hesablaşma hesabına 1100 manat ödəniş etmişdir (cild 2, səhvə 56). Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 882.1.-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2.-ci maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri 2 hissədən ibarətdir: Birincisi tərəflər arasında bağlanmış “# #### 2023-cü il tarixli, MB****** saylı mövcud borcun etirafı müqaviləsi”ndə tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlılıq yoxdur. Həmin əqd etibarsızdır; Ikincisi birinci instansiya məhkəməsi tərəflərindən təqdim edilmiş ödəniş qəbzlərinə düzgün hüquqi qiymət verməmiş və münasibət bildirməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər ziddiyyətli olmaqla, bir-birini inkar edirlər. Belə ki, bir tərəfdən əqdin etibarsızlığına istinad olunur, bu zaman etibarsızlığın özünü nədə ifadə etməsinə dair əsaslandırma verilmir, sadəcə Konstitusiya Məhkəməsinin Plenum qərarlarından sitatlar gətirilir. Digər tərəfdən isə etibarsız hesab olunması istənilən əqd üzrə edilmiş ödəniş qəbzləri təqdim olunaraq öhdəliyin artıqlaması ilə icra olunduğu bildirilir. Əvvəla cavabdehin etibarsız hesab olunmasını istədiyi “# #### 2023-cü il tarixli, MB****** saylı mövcud borcun etirafı müqaviləsi”ndə əqdin subyekt tərkibinə, məzmununa, iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə, formasına dair şərtlərə əməl edilmiş, əqdin arzu olunan hüquqi nəticəyə səbəb olmasının qarşısını alacaq hal iş materialları ilə müəyyən olunmur. Bundan başqa cavabdeh özü əqd bağlanandan sonra üzərinə götürmüş olduğu öhdəlikləri icra edərək müvafiq ödənişlər etmişdir. Işin müəyyən olunan hallarına əsasən tərəflər arasında # #### 2023-cü il tarixli, MB****** saylı mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında müqavilə bağlanmış, cavabdeh iddiaçıya 85225 manat borcunun yarandığını etiraf etmiş və həmin borcu 18 ay müddətində hər ay 4735 manat məbləğində ödənişlər etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Iddiaçı istinad olunan müqaviləyə əsaslanaraq cavabdeh tərəfindən ödəniş edilmədiyini bildirərək 85225 manat məbləğində borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılmışdır. Cavabdeh birinci instansiya məhkəməsində hazırlıq mərhələsində iddianın əsassız olduğunu bildirməklə, çoxsaylı ödəniş qəbzlərini təqdim etmişdir. Qətnamənin iş materiallarına əlavə olunan sənədlər bölməsində istinad olunan ödəniş qəbzləri ilə # #### 2023-cü il tarixindən sonra cavabdeh tərəfindən bilavasitə iddiaçının bank hesabına ümumilikdə 94559 manat məbləğində ödəniş edildiyi açıqca görünür. Tərəflər arasında # #### 2023-cü il tarixdə həmçinin DT****** saylı “distribyutorla xidmət müqaviləsi” bağlandığından, həmin tarixdən sonra cavabdeh tərəfindən edilmiş ödənişlərin məhz yeni bağlanmış bu müqavilə üzrə verilən malların dəyərinin olub-olmaması sual yaradır. Məhz bu məsələnin aydınlaşdırılması məqsədilə apellyasiya baxışında iddiaçı təşkilata sorğu verilmiş, alınan cavabla müəyyən edilmişdir ki, # #### 2023-cü il tarixdən sonra cavabdehlə hər hansı bir müqavilə münasibəti mövcud olmamış, ona hər hansı bir mal təqdim edilməmişdir. Belə olan halda isə iddiaçının 85225 manat pul tələbinin qarşılığında cavabdeh tərəfindən 94559 manat ödəniş edildiyindən, # #### 2023-cü il tarixli, MB****** saylı mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında müqavilə üzrə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin qalmadığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.1, 392, 393 və 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid Imanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar