Məhkəmə qərarları › İş №2-2(3-9)-56/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-9)-56/2026

31.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-2(3-9)-56/2026 31.03.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının hakimləri Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qərardadından (hakim Namidar Misirzadə) cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı Müəssisəsinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 47194,10 manat əsas, 7078,5 manat cərimə olmaqla, ümumilikdə 54272,6 manat məbləğində borcun, habelə iddia qaldırmaqla əlaqədar rüsum olaraq ödənilmiş 253 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin # ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 47194,1 manat əsas borc, 2360 manat cərimə olmaqla, cəmi 49554,1 manat məbləğində pul vəsaitinin və 238,66 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh MMC-dən alınaraq iddiaçı İddiaçı Müəssisəsinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxaırşa əsasən qətnamə # ###### 2025-ci ildə tərəflərin, o cümlədən cavabdeh Cavabdeh MMC-nin elektron kabinetə yerləşdirilmişdir. ## ###### 2025-ci il tarixdə qətnamədən cavabdeh Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Kommersiya Məhkəmənin ## ###### 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Cavabdeh MMC ## ###### 2026-cı il tarixdə qətnamədən yenidən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə (vəsatət) ilə məhkəməyə müraciət etmişdir. Ərizə (vəsatət) onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin rəhbəri və cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik edən şəxs X2 ##.##.2025-ci il tarixində Azərbaycan Respublikasını tərk etmiş, ##.##.2026-cı il tarixində isə ölkəyə geri qayıtmışdır. Qeyd edilən dövrdə Cavabdeh MMC-nin rəhbəri X3 ölkə xaricində olması səbəbindən apellyasiya şikayətinin hazırlanması, sənədlərin toplanması, hüquqi mövqenin formalaşdırılması və vəkil ilə müqavilə bağlanması obyektiv olaraq mümkün olmamışdır. Beləliklə, apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi Cavabdeh MMC-nin səhlənkarlığı nəticəsində deyil, tərəfin iradəsindən asılı olmayan obyektiv səbəblər ucbatından baş vermişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı tarixli qərardadı ilə cavabdeh Cavabdeh MMC-nin prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Qərardaddan cavabdeh Cavabdeh MMC şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi ##.##.2025-ci il tarixdə ölkə xaricinə getmiş, ##.##.2026-cı il tarixdə qayıtdıqdan sonra ona məlum olmuşdur ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il e-2-2(121)-3045/2025 sayı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Dərhal apellyasiya şikayəti verə bilməmişdir. Belə ki, apellyasiya şikayətinin hazırlanması, sənədlərin toplanması, hüquqi mövqenin formalaşdırılması və vəkil ilə müqavilə bağlanması üçün müəyyən vaxt lazım idi. Bütün bu işləri görmək üçün 9 gün vaxt sərf etməli olmuşdur. Həmin 9 günün də 4 günü qeyri-iş (12; 17; 18 və 20 yanvar tarixləri) gününə düşmüşdür. Belə ki, apellyasiya şikayətinin müvafiq təlimata uyğun hazırlanması tələb olunduğundan, şikayəti hazırlatdırıb elektron qaydada göndərilməsi üçün hüquqşünasa müraciət etməli olduğundan və hüquqşünasla da yalnız iş günləri əlaqə saxlaya bildiyindən apellyasiya ikayətini ##.##.2026-cı il tarixdə göndərə bilmişdir. 9 gün müddət apellyasiya şikayətinin hazırlanması, sənədlərin toplanması və.s. üçün elə də çox müddət hesab edilməməli, yuxarıda göstərilən dəlillər prosessual müddətin bərpası üçün əsas hesab edilməlidir. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən olunur ki, cavabdeh Cavabdeh MMC-nin rəhbəri X2 ##.##.2025-ci il tarixində Azərbaycan Respublikasını tərk etmiş, ##.##.2026-cı il tarixində isə ölkəyə geri qayıtmış olsa da, mövcud apellyasiya şikayəti onun qayıtmasından 9 gün sonra, yəni ##.##.2026-cı il tarixdə verilmişdir. Bundan başqa, cavabdeh nə mövcud şikayətinə, nə də prosessual müddətin bərpa edilməsinə dair ərizəsinə (vəsatətinə) pasportun surətindən və biletin portaldan çıxarışından başqa hər hansı bir sənəd əlavə etməmişdir. Həmin sənədlərin “Elektron məhkəmə” informasiya sisteminə yüklənməsi üçün isə, 9 gün müddət deyil, çox qısa bir müddət kifayət edir. Yəni, qeyd edilən sənədlərin həmin gün ərzində də “Elektron məhkəmə” informasiya sisteminə yüklənməsi mümkün olduğu halda, cavabdeh qətnamədən apellyasiya şikayəti verilmə müddətini üzrsüz səbəbdən ötürmüş və bu əsasla da prosessual müddətin bərpa edilməsinə dair ərizəsi (vəsatəti) rədd edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 131.1-ci maddəsinə əsasən iş üzrə icraat dayandırıldıqda qurtarmayan bütün prosessual müddətlərin axımı dayandırılır; 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2007-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Yuxarıda sadalanan prosessual normaların məzmunundan göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, qətnamənin rəsmi qaydada tərəfə verildiyi andan başlayır və yalnız qətnamənin rəsmi qaydada verildiyi andan keçən bir ay müddətində apellyasiya şikayəti verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Hazırki halda iş materiallarına əsasən qətnamə rəsmən cavabdehin elektron kabinetinə # ###### 2025-ci il tarixdə yerləşdirilmişdir. Belə olan halda isə qətnamədən şikayət verilməsi müddəti həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək səlahiyyəti vardır. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün gətirilən arqumentlər üzürlü səbəb kimi qəbul oluna, buraxılmış prosessual müddətin bərpasının əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi buraxılmış prosessual müddəti bərpa etməməkdə haqlı olmuşdur. Əvvəla ona görə ki, birinci dəfə apellyasiya şikayəti prosessual müddət çərçivəsində verilmiş olsa da, şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması və qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsi əsasları ilə geri qaytarılmışdır. Cavabdeh həmin qərardadı mübahisələndirməmiş, qərardad qanuni qüvvəyə minmişdir. Hərçəndki, cavabdeh verilən apellyasiya şikayəti üzrə prosessual hərəkətləri nəzarətdə saxlaya, zəruri hallarda bunu etibarlı nümayəndəsinə həvalə edə və zamanında zəruri addımlar ata bilərdi. Bundan başqa apellyasiya şikayətinin qaytarılmasına dair qərardad cavabdehin elektron kabinetinə ## ###### 2025-ci ildə yerləşdirilmişdir ki, cavabdeh elektron kabinetinə daxil olan yazışmaları izləməli idi. Bundan da başqa, buraxılmış prosessual müddətin bərpasına dair ərizə hüquqi mövqenin formalaşdırılması, vəkillə müqavilə bağlanmasının zəruriliyi və buna müəyyən zamanın tələb olunması ilə əsaslandırılsa da, şikayət vəkil tərəfindən tərtib edilməmiş, ümumiyyətlə hüquqi mövqenin formalaşdırılması üçün vəkillə müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar