Məhkəmə qərarları › İş №2-2(3-9)-57/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-9)-57/2026

18.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(3-9)-57/2026 18.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli e-2-2(121)-611/2025 saylı qətnaməsindən (hakim Rəmzi Nəbiyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC (“Sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında bağlanmış olan 22 noyabr 2021-ci il tarixli 19/M21 saylı xidmət müqaviləsinə əsasən 23000 (iyirmi üç min) əsas borcun və ödəniş gecikdirildiyi üçün 1150 (bir min bir yüz əlli) manat faiz pulunun, ümumilikdə isə 24150 (iyirmi dörd min bir yüz əlli) manat borc məbləğinin, 162,45 (yüz altımış iki manat, qırx beş qəpik) manat dövlət rüsumunun və hüquq xidmətləri üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqının cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbinin həcmini artıraraq Cavabdeh MMC (“Sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında bağlanmış olan 22 noyabr 2021-ci il tarixli, 19/M21 saylı xidmət müqaviləsinə əsasən 23000 əsas borcun, 4140 manat ƏDV məbləğinin və ödəniş gecikdirildiyi üçün 2300 manat faiz pulunun, ümumilikdə isə 29440 manat borc məbləğinin, 178,32 manat dövlət rüsumunun və hüquq xidmətləri üçün ödənilmiş 320 manat xidmət haqqının cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli e-2-2(121)-611/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh MMC-dən 4140 manat ƏDV, 23000 əsas borc və 2300 manat illik 5 faizlə hesablanan gecikdirmə faizi olmaqla, ümumilikdə 29440 (iyirmi doqquz min dörd yüz qırx) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 178,32 (bir yüz yetmiş səkkiz manat, otuz iki qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 1000 (bir min) manat ekspertiza xərcinin Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, ləğv edilməsi və iddia tələbinin rədd edilmə barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları 12 mart 2026-cı il tarixdə apellyasiya şikayəti ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə müvafiq olaraq apellyasiyanın mümkünlüyü yoxlanılarkən cavabdeh tərəfindən qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumunun ödənilmədiyi müəyyən edilmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3.-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırki halda iddia tələbinin həcmi artırılandan sonra ödənilməli olan dövlət rüsumunun məbləği 29440 manat məbləğində iddiaya münasibətdə 178,32 manat müəyyən olunur. Belə olan halda isə qətnamədən apellyasiya şikayəti verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 89,16 manat təşkil etməlidir. Lakin cavabdeh tərəfindən 82,82 manat məbləğində rüsum ödənilmişdir, üstəgəl ödənişin təsdiqi kimi təqdim olunan qəbzdən həmin rüsumun Şirvan Apellyasiya Məhkəməsi üçün ödənildiyi müəyyən olunmur. Qeyd olunan çatışmamazlığın aradan qaldırılmasından ötrü 13 mart 2026-cü il tarixdə cavabdehə məsus elektron kabinetə bilridiş yerləşdirillmiş, həmçinin həmin tarixdə cavabdehə rəsmi bildiriş göndərilərək 18 mart 2026-cı il tarixinədək çatışmamazlığın aradan qaldırılması xahiş olunmuş, əks halın apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi ilə nəticələnəciyi cavabdehin nəzərinə çatdırılmışdır. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə nümayəndəsi vasitəsiilə təmsil olunmamış, çatışmamazlığın aradan qaldırılmasına dair məlumat təqdim edilməmişdir və məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Cavabdehin apellyasiya şikayətinə qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz (X2 vasitəsilə Şirvan Apellyasiya Məhkəməsi üçün 89,16) əlavə edilməmişdir. Qeyd edilən hala isə birinci instansiya məhkəməsi tərəfindən diqqət yetirilməyərək, Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq apelyasiya şikayətini geri qaytarmalı olduğu halda, qəbul edərək işlə birlikdə baxılmasından ötrü apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apelyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da, qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin 23 dekabr 2025ci il tarixli e-2-2(121)-611/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Kommersiya Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli e-2-2(121)-611/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qərardad qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar