Məhkəmə qərarları › İş №2-2(3-9)-62/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-62/2026

07.05.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-62/2026 07.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və s. tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və s. tələbi. Şirvan şəhəri, # ### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, Cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və s. tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsindən (hakim: Z.Abbasov) cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər cavabdeh1, cavabdeh3, cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə ***R********** saylı krеdit razılaşması üzrə 25376.05 manat məbləğində krеdit bоrcu, 2384.49 manat məbləğində faiz bоrcu və 893.24 manat məbləğində cərimə borcu olmaqla, cəmi 28653.78 manat, ***R********** saylı krеdit razılaşması üzrə 16866.4 manat məbləğində krеdit bоrcu, 1584.99 manat məbləğində faiz bоrcu və 593.7 manat məbləğində cərimə borcu olmaqla, cəmi 19045.09 manat, ümumilikdə cəmi 47698 manat 87 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 233.1 manat məbləğində dövlət rüsumunun tutulması; tutmanın Abdullayev Rafiq Əli oğluna məxsus olan **TM*** qeydiyyat nişanlı Mercedes Benz 1840 Yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və ümumilikdə cəmi 47698 manat 87 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 233.1 manat məbləğində dövlət rüsumunun **TM*** qeydiyyat nişanlı Mercedes Benz 1840 Yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh1, cavabdeh3, cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Abdullayev Rafiq Əli oğlu və zaminlər cavabdeh3, cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Abdullayev Rafiq Əli oğluna 120 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Abdullayev Rafiq Əli oğlu İddiaçı QSC ilə ##.##.2023-cü il tarixli ***R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Abdullayev Rafiq Əli oğlu götürdüyü krеdit bоrcundan 4623.95 manat ödəmiş, onun 25376.05 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Abdullayev Rafiq Əli oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2024-cü il tarixə 176 gün üçün hesablanmış faiz borcu 2384.49 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2024-cü il tarixə 176 gün üçün hеsablanmış cərimə 893.24 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Abdullayev Rafiq Əli oğlu İddiaçı QSC ilə ##.##.2023-cü il tarixli ***R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2023cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Abdullayev Rafiq Əli oğlu götürdüyü krеdit bоrcundan 3133.6 manat ödəmiş, onun 16866.4 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Abdullayev Rafiq Əli oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2024-cü il tarixə 176 gün üçün hesablanmış faiz borcu 1584.99 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2024-cü il tarixə 176 gün üçün hеsablanmış cərimə 593.7 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Abdullayev Rafiq Əli oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh ipoteka verən Abdullayev Rafiq Əli oğlu ilə Bank arasında bağlanılmış ##.##.2023-cü il tarixli ***M************ saylı ipoteka müqaviləsi (Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilib) əsasında **TM*** qeydiyyat nişanlı Mercedes Benz 1840 Yük markalı yəhərli dartıcı iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. DİN BDYPİ Qeydiyyat İmtahan Şöbəsi tərəfindən verilmiş № ****** saylıçıxarışa əsasən Abdullayev Rafiq Əli oğluna məxsus olan **TM*** qeydiyyat nişanlı Mercedes Benz 1840 Yük markalı yəhərli dartıcı Abdullayev Rafiq Əli oğlunun kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsianı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq ##.##.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə təqdim olunmuş və ərizə ##.##.2024-cü il tarixində BDYPİ-nin QİŞ-də qeydə alınmışdır. İpoteka verən Abdullayev Rafiq Əli oğlunun həyat yoldaşı cavabdeh1 ##.##.2023cüc il tarixində Bakı şəhəri ** saylı notariat ofisinə ərizə ilə müraciət edərək, Abdullayev Rafiq Əlioğluna məxsus olan **TM*** qeydiyyat nişanlı Mercedes Benz 1840 Yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsinin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir (Razılıq ərizəsinin surətiərizəyə əlavə olunur). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən alınmış arayışdan borclu Abdullayev Rafiq Əli oğlunun vəfat etdiyiİddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından vərəsəlik işinin açıldığı və ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə cavabdeh1 Abdullayev Rafiq Əli oğlunun vərəsəsi olduğu görünür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı İddiaçı QSC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər cavabdeh1 və cavabdeh3 izahatlarında iddia tələbini qismən qəbul etdiklərini və ekspert rəyi ilə razı olduqlarını bildirmişdirlər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh cavabdeh2 məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 müştərək qaydada ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 25328,31 manat məbləğində əsas borc, 2384,49 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 16839,57 manat məbləğində əsas borc, 1584,99 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə borcu və ödənilmiş 233,1 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 46450,46 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan, **TM*** qeydiyyat nişanlı Mercedes Benz 1840 Yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsinə yönəldilməsi, **TM*** qeydiyyat nişanlı Mercedes Benz 1840 Yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 16000 manat məbləğində müəyyən edilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilərək Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın bütünlükdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında bağlanmış kredit münasibətlərindən cavabdehlər cavabdeh3 və cavabdeh2 xəbəri olmamış, eyni zamanda borclu şəxs vəfat etdikdən sonra qanunvericiliyə əsasən zaminlik münasibətləri qüvvədən düşməli olduğu halda məhkəmə bu halı nəzərə almamışdır. Bundan əlavə qeyd edilir ki, məhkəmə sübutları kifayət qədər hərtərəfli və obyektiv araşdırmamış, tətbiq edilməli hüquq normalarını düzgün müəyyən etməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinin məzmununa uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh cavabdeh2 apellyasiya şikayətində apellyasiya şikayətinin təmin edilərək Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın bütünlükdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1), girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın (269.7.), ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır (307.6), ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir (307.7.), daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır (309.1), borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (317.1), satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (317.2). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34-cü maddəsində nəzərdə tutulmuşdur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ** saylı, ##.##.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Abdullayev Rafiq Əli oğlu və zaminlər cavabdeh3, cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, Abdullayev Rafiq Əli oğluna 120 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmışdır. Eyni zamanda, zaminlər cavabdeh3, cavabdeh2 qeyd edilən kredit limiti müqaviləsi üzrə borcalan Abdullayev Rafiq Əli oğlu ilə birlikdə kreditin ödənilməsi ilə bağlı öhdəlik götürmüşlər. İş materiallarında olan İddiaçı QSC ilə Abdullayev Rafiq Əli oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən, Bank məbləği 30000 manat olan krediti aylıq faiz dərəcəsi 1,5% olmaqla 36 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Abdullayev Rafiq Əli oğlunun bank hesabına ##.##.2023- cü il tarixdə 30000 manat məbləğində pul (kredit) köçürülmüşdür. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən ##.##.2024-cü il tarixə əsas borc 25376,05 manat, faiz borcu 2384,49 manat, cərimə borcu 893,24 manat məbləğində olmaqla, cəmi borc məbləği 28653,78 manat təşkil edir. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, ##.##.2023-cü il tarixli ***R********** nömrəli krеdit razılaşması üzrə son ödəniş tarixi ##.##.2026-cı il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı QSC ilə Abdullayev Rafiq Əli oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən, Bank məbləği 20000 manat olan krediti aylıq faiz dərəcəsi 1,5% olmaqla 36 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Abdullayev Rafiq Əli oğlunun bank hesabına ##.##.2023- cü il tarixdə 20000 manat məbləğində pul (kredit) köçürülmüşdür. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən ##.##.2024-cü il tarixə əsas borc 16866,4 manat, faiz borcu 1584,99 manat, cərimə borcu 593,7 manat məbləğində olmaqla, cəmi borc məbləği 19045,09 manat təşkil edir. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, ##.##.2023-cü il tarixli ***R********** nömrəli krеdit razılaşması üzrə son ödəniş tarixi ##.##.2026-cı il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh X2 arasında bağlanmış ##.##.2023cü il tarixli, ***M************ nömrəli ipoteka müqaviləsindən görünür ki, **TM*** qeydiyyat nişanlı, Mercedes Benz 1840 Yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 21.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxşıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şərur rayon * saylı Notariat Ofisi tərəfindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Aysəl Əhmədovaya ünvanlanmış ##.##.2024-cü il tarixli, ** nömrəli məktubun surətindən görünür ki, ##.##.2024-cü il tarixli **VB-**/** nömrəli məktuba cavab olaraq bildirmişlər ki, ##.##.2023-cü il tarixdə vəfat etmiş Abdullayev Rafiq Əli oğlunun barəsində Şərur rayon * saylı Notariat Ofisində ##.##.2023-cü il tarixdə 2V-149 reysterə qeydə alınmış və vərəsəsi həyat yoldaşı ünvan 1 ünvanında qeydiyyatda olan cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan ##.##.2024-cü il tarixli bildirişin surətindən görünür ki, iddiaçı İddiaçı QSC cavabdeh cavabdeh1 “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı ##.##.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC ilə Abdullayev Rafiq Əli oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən yaranmış 28653,78 manat məbləğində (25376,05 manat əsas, 2384,49 manat faiz, 893,24 manat cərimə) borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqavilələrinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilələr üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı ##.##.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC ilə Abdullayev Rafiq Əli oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən yaranmış 19045,09 manat məbləğində (16866,40 manat əsas, 1584,99 manat faiz, 593,70 manat cərimə) borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqavilələrinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilələr üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e*- *(***)-****/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının */**** nömrəli, ##.##.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı QSC ilə cavabdeh Abdullayev Rafiq Əli oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən Abdullayev Rafiq Əli oğlunun ##.##.2024-cü il tarixə əsas borc üzrə 25328,31 manat, faiz borcu üzrə 2520,17 manat, ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən Abdullayev Rafiq Əli oğlunun ##.##.2024-cü il tarixə əsas borc üzrə 16839,57 manat, faiz borcu üzrə 1667,12 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e*- *(***)-****/**** nömrəli qərardadı ilə ipoteka predmeti daşınar əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair ##.##.2024-cü il tarixli qiymətləndirmə hesabatı ilə cavabdeh1 məxsus, AR DİN BDYPİ Qİİ ünvanında qeydiyyata alınmış, qeydiyyat nişanı **-TM-*** olan, 1 ədəd ** TM *** olan Mercedes Benz 1840 Yük maşının ##.##.2024-cü il tarixə bazar dəyəri 16.000 manat məbləğində olması müəyyən olunmuşdur. İş materiallarında olan “ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, Abdullayev Rafiq Əli oğlu ##.##.2023-cü il tarixində vəfat etmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh cavabdeh2 narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi zaminlik münasibətlərinin hüquqi nəticələrini düzgün tətbiq etməmiş, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında bağlanmış kredit münasibətlərindən cavabdehlər cavabdeh3 və cavabdeh2 xəbəri olmamış, eyni zamanda borclu şəxs vəfat etdikdən sonra qanunvericiliyə əsasən zaminlik münasibətləri qüvvədən düşməli olduğu halda məhkəmə bu halı nəzərə almamışdır. Bundan əlavə qeyd edilir ki, məhkəmə sübutları kifayət qədər hərtərəfli və obyektiv araşdırmamış, tətbiq edilməli hüquq normalarını düzgün müəyyən etməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. İşin hallarından görünür ki, İddiaçı QSC ilə Abdullayev Rafiq Əli oğlu və zaminlər cavabdeh3, cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, Abdullayev Rafiq Əli oğluna 120 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmışdır. Eyni zamanda, zaminlər cavabdeh3, cavabdeh2 qeyd edilən kredit limiti müqaviləsi üzrə borcalan Abdullayev Rafiq Əli oğlu ilə birlikdə kreditin ödənilməsi ilə bağlı öhdəlik götürmüşlər. Qeyd edilən kredit xətt müqaviləsinə əsasən iddiaçı İddiaçı QSC ilə Abdullayev Rafiq Əli oğlu arasında ##.##.2023cü il tarixli və ##.##.2023-cü il tarixli kredit müqavilələri bağlanmış, həmin müqavilələr əsasında müvafiq olaraq 30.000 manat və 20.000 manat məbləğində kredit vəsaitləri borcalanın hesabına köçürülmüşdür. Eyni zamanda, cavabdeh3 və cavabdeh2 həmin öhdəliklərin icrasını təmin etmək məqsədilə zamin qismində çıxış etmiş və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasına görə borcalanla birlikdə birgə məsuliyyət daşımağı üzərlərinə götürmüşlər.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, borcalan kredit müqavilələrinin şərtlərini pozaraq ödənişləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə ##.##.2024-cü il tarixə əsas və faiz borcları formalaşmışdır. Bu borcların məbləği məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə də təsdiq olunmuş, həmçinin cavabdehlərdən cavabdeh1 və cavabdeh3 məhkəmə iclasında iddianı qismən qəbul etdiklərini və ekspert rəyinə etiraz etmədiklərini bildirmişlər. Digər cavabdeh cavabdeh2 isə məhkəmə iclasında iştirak etməmiş və borcun mövcudluğunu təkzib edən hər hansı sübut təqdim etməmişdir.

3. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, kredit müqavilələri üzrə öhdəliklər iddiaçı tərəfindən yerinə yetirildiyi halda, borcalan və zaminlər tərəfindən həmin öhdəliklər icra edilməmişdir. Bu isə Mülki Məcəllənin borc və öhdəlik hüquq münasibətlərini tənzimləyən müddəalarına əsasən kreditorun borcun tutulmasını tələb etmək hüququnu yaradır. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları, kredit müqavilələrini, maliyyə arayışlarını, hesab çıxarışlarını və ekspert rəyini MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli və obyektiv qiymətləndirmişdir.

4. Apellyasiya şikayətində irəli sürülən əsas dəlillərdən biri ondan ibarət olmuşdur ki, guya zaminlər kredit müqavilələrindən xəbərdar olmamış və borcalanın vəfat etməsi ilə zaminlik münasibətlərinə xitam verilməli olmuşdur. Lakin iş materialları bu iddiaları təkzib edir. Belə ki, zaminlər kredit və təminat müqaviləsində şəxsən iştirak etmiş, həmin müqavilə ilə borcalanın öhdəliklərinin icrasına görə bank qarşısında birgə məsuliyyət daşıdıqlarını qəbul etmişlər. Müqavilənin müvafiq bəndlərində zaminlərin kredit alanın bütün öhdəliklərinə görə tam məsuliyyət daşıması açıq şəkildə təsbit olunmuşdur.

5. Bundan əlavə, apellyasiya şikayətində istinad edilən Mülki Məcəllənin 472.4-cü maddəsi yalnız subsidiar məsuliyyət hallarında zaminin məsuliyyətinin müəyyən müddətə dayandırılmasını nəzərdə tutur. Halbuki, konkret iş üzrə bağlanmış müqavilədə zaminlərin məsuliyyəti subsidiar deyil, birgə (solidar) xarakter daşıyır və bu hal birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Bu səbəbdən borcalanın vəfat etməsi zaminlərin öhdəlikdən azad olunmasının əsasını təşkil etmir.

6. Apellyator qeyd etmişdir ki, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında bağlanmış kredit münasibətlərindən cavabdehlər cavabdeh3 və cavabdeh2 xəbəri olmamışdır. Lakin iş materialları ilə müəyyən olunur ki, həmin cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışlar. Həmçinin cavabdehlər cavabdeh2 və cavabdeh3 məhkəmə iclaslarında iştirak etmişlər. Apellyasiya şikayətində həmçinin məhkəmənin sübutları tam araşdırmaması və prosessual normaları pozması barədə ümumi xarakterli iddialar irəli sürülmüşdür. Lakin iş materialları göstərir ki, məhkəmə tərəfindən bütün zəruri sübutlar toplanmış, ekspertiza təyin edilmiş, tərəflərin izahatları dinlənilmiş və nəticə bu sübutların məcmusuna əsaslanaraq çıxarılmışdır. Apellyasiya şikayətində isə bu nəticələri təkzib edən konkret və mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda, ipoteka predmeti olan nəqliyyat vasitəsinin mövcudluğu, onun üzərində ipoteka qeydiyyatının aparılması, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarının gözlənilməsi də iş materialları ilə təsdiq olunur və bu hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğundur. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi: Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar