Məhkəmə qərarları › İş №2(3-1)-106/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(3-1)-106/2026

08.07.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-106/2026 08.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası Iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı “xxxx” MMC-yə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbinə dair və cavabdeh-iddiaçı “xxxx” MMC-nin iddiaçı-cavabdeh İddiaçı qarşı şirkətə vurulmuş 20000 (iyirmi min) manat məbləğində ziyanın İddiaçı tutularaq “xxxx” MMC-yə ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar söz: məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və X7 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, iddiaçı-cavabdeh İddiaçı, iddiaçı-cavabdehin vəkil-nümayəndəsi vəkil1 Heydər oğlunun və cavabdeh-iddiaçı təşkilatın nümayəndəsi nümayəndə1 iştirakları ilə, iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı “xxxx” MMC-yə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbinə dair və cavabdeh-iddiaçı “xxxx” MMC-nin iddiaçı-cavabdeh İddiaçı qarşı şirkətə vurulmuş 20000 (iyirmi min) manat məbləğində ziyanın İddiaçı tutularaq “xxxx” MMC-yə ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı-cavabdehin vəkili və nümayəndəsi vəkil1 və cavabdeh-iddiaçı “xxxx” MMC-nin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. Işin halları

1. Iş materiallarında olan əmək kitabçasının surətində əsasən İddiaçı ##.##.2014cü il tarixdə **/k nömrəli əmrlə “Gəmiqaya”xxxx"xxxx") Məhdud Məsuliyyətli Cəmiyyətinə yardımçı təsərrüfatına bölgə rəisi vəzifəsinə işə qəbul edilmiş, ##.##.2024-cü il tarixdə *** nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə işdən azad edilmişdir.

2. Iş materiallarında olan ##.##.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişə əsasən ##.##.2024-cü ildə İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 69.3 maddəsinə əsasən xitam verilmişdir. Bu barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2024-cü il tarixli, *** saylı əmr verilmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı-cavabdeh İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2015-2024-cü illərdə işlədiyi müddətdə istifadə edilməyən məzuniyyət pulunun və son hesabın hesablanaraq “xxxx” MMC-dən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Iddiaçı-cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ## ####### 2014-cü il tarixdən etibarən "xxxxn MMС"-də yardımcı təsərrüfatına bölgə rəisi vəzifəsində işə başlamışdır. # ###### 2023-cü il tarixdə "xxxx”xxxx"xxxx MMC" adlandırılmışdır. 2024-cü ilin ########ın ##-si AR Əmək Məcəlləsinin 69.3 bəndinə əsasən səhətini nəzərə alıb bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 2014-2024-cü illər ərzində əmək məzuniyyətindən istifadə etməmişdir və istifadə etmədiyi məzuniyyət günlərinə görə məzuniyyət pulu ödənilməmişdir. Eyni zamanda son hesabın ödənilməsi pulu qalır və 2014-2024-cü illər ərzində istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabı ödənilmədiyinə görə məcbur qalıb məhkəməyə müraciət edir.

5. Mülki iş üzrə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ##.##.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi təqdim edərək iddiaçı İddiaçı şirkətə vurmuş olduğu 20000 (iyirmi min) manat məbləğindəki ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh-iddiaçının nümayəndəsi X1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin iddia ərizəsində qeyd etdiyi iddialar tamamilə əsassızdır və cavabdeh əmək fəaliyyətini həyata keçirdiyi zaman şirkətə vurmuş olduğu maddi zərəri kompensasiya etməlidir. Belə ki, cavabdehin şirkətdəki son iş günü Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişindən göründüyü kimi (qoşma 1) ## ###### 2024-cü il olmuşdur. ##.##.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə *** nömrəli əmrə (qoşma 2) əsasən, cavabdehlə şirkət arasında olan əmək müqaviləsinə, AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, öz ərizəsi əsasında ##.##.2024-cü il tarixdə xitam verilmişdir. Cavabdeh əmək müqaviləsi bağlandığı tarixdən Babək şəhəri, Naxçıvan-Ordubad magistral yolunun 3.3cü kilometrliyində yerləşən bağ sahəsinin (bundan sonra “bağ sahəsi”) sahə rəisi vəzifəsində çalışmışdır. Cavabdehin əsas vəzifəsi Babək şəhəri, Naxçıvan-Ordubad magistral yolunun 3.3cü kilometrliyində yerləşən bağ sahəsinə, ordakı meyvə ağaclarına qulluq etməkdən, ağacların lazımi qaydada dərmanlanmasına, sulanmasına və.s xidmətlərin göstərilməsinə nəzarət etməkdən ibarət olmuşdur. Belə ki, “xxxx” MMC və "xxxx" MMC arasında ## ###### 2023-cü il tarixli, AXM-***/** nömrəli Xidmət müqaviləsinə əsasən (qoşma 3) "xxxx" MMC bağ sahəsinə aqrotexniki xidmətlərin göstərilməsini öhdəsinə götürmüşdür və bu vəzifənin həyata keçirilməsi üçün həmin bağ sahəsinin sahə rəisi İddiaçı tapşırılmışdır. Lakin, İddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək həmin bağ sahəsindəki ağaclara ziyan vurmuşdur. Şirkət rəhbərliyi tərəfindən vurulmuş maddi ziyanla bağlı təftiş komissiyası yaradılmış və komissiya üzvlərinə tapşırılmışdır ki, cavabdehin əmək fəaliyyəti dövrü təftiş edilərək nəticəsi barədə akt tərtib olunsun. Komissiya üzvləri tərəfindən müvafiq qaydada araşdırma aparılaraq ## ######## 2024-cü il tarixində cavabdehin yol verdiyi pozuntularla barədə akt (qoşma 4) tərtib edilmiş, həmin aktla cavabdehin əmək funksiyalarını yerinə yetirdiyi öhdəliklərini layiqincə yerinə yetirmədiyindən bağ sahəsində olan ağacların əksəriyyətinə ziyan vurduğu müəyyən olunmuşdur. Cavabdehin vurduğu ziyanın dəqiqliklə müəyyən edilməsi üçün "Arkoz Inşaat Şirkət" MMС tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfat Nazirliyinə ## ###### 2024-cü il tarixli, *** nömrəli məktubla (qoşma 5) müraciət olunaraq Babək şəhəri, Naxçıvan-Ordubad magistral yolunun 3.3-cü kilometrliyində yerləşən bağ sahəsində ekspertiza keçirilərək müvafiq rəyin verilməsi xahiş edilmişdir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfat Nazirliyinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-****/**** nömrəli müraciətə baxılması nəticəsi haqqında cavab məktubunda (qoşma 6) müraciətdə qaldırılan məsələnin həlli ilə bağlı köməklik göstərilməsi Nazirliyin səlahiyyəti xaricində olduğu bildirilmişdir. Siyahı üzrə cavabdeh tərəfindən vurulan ziyanın həcmi ağlabatan olaraq 20 000,00 AZN həcmində təqribi olaraq müəyyən edilmişdir.

7. Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı şirkətə vurmuş olduğu 20000 (iyirmi min) manat məbləğindəki ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qarşılıqlı iddiası icraata qəbul edilməklə iddia tələbinə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbi, həmçinin cavabdeh-iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı-cavabdeh İddiaçı qarşı şirkətə vurulmuş 20000 (iyirmi min) manat məbləğindəki ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi çərçivəsində baxılmasına qərar verilmişdir.

8. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağacların mövcud vəziyyətinin müəyyən edilməsi barədə ## ### 2025-ci il tarixli rəyə əsasən, ## ### 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” MMC-yə məxsus meyvə bağında baxış keçirilmişdir. Sözügedən əraziyə baxış keçirilən zaman meyvə bağında ağacların yaş vəziyyətdə olduğu müəyyən edilmişdir. Iddia olunan ərazidə ağacların quruma halları müşahidə edilməmişdir. Həmçinin, ərazidə kütləvi halda qurumuş ağacların qalaqlanması faktı qeydə alınmamışdır.

9. Birinci instansiya məhkəməsində mütəxəssis X2 verdiyi izahatında əraziyə baxış keçirilən zaman ərazidə ağacların əkildiyini, köhnədən qalan ağaclar olduğunu, 90 faiz ağacın köhnə ağaclar olduğunu, quru ağac görmədiklərini, quruyan ağacların olmadığını, bu barədə rəyin təqdim ediləcəyini bildirmişdir.

10. Birinci instansiya məhkəməsində mütəxəssis X4 verdiyi izahatında baxış keçirilən zaman ərazidə qurumuş ağacların olmadığını bu barədə mütəxəssis rəyinin təqdim ediləcəyini bildirmişdir.

11. Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi və cavabdeh-iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı-cavabdeh İddiaçı qarşı şirkətə vurulmuş 20000 (iyirmi min) manat məbləğindəki ziyanın İddiaçı tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin olunmuş, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, *** saylı məhkəmə ekspertizasına dair rəyində qeyd olunmuşdur ki, təqdim olunmuş hesabdan çıxarış məlumatlarına və iddiaçıcavabdeh İddiaçı ilə cavabdeh-iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə əsasən 2015-2024-cü illərdə işlədiyi müddətdə 9 il 10 ay üçün hesablanmış 225 gün orta günlük əməkhaqqı olan 49,35 manata vurulmuş və 11103,75 (225x49,35) (on bir min yüz üç manat yetmiş beş qəpik) manat məzuniyyət pulu əvəzi olması müəyyən edilmişdir.

12. Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi və cavabdeh-iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı-cavabdeh İddiaçı qarşı şirkətə vurulmuş 20000 (iyirmi min) manat məbləğindəki ziyanın İddiaçı tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi tələbinə dair mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, lakin Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-mühasibat ekspertizasının aparılmasından imtina etmişdir.

13. Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdeh-iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı-cavabdeh İddiaçı 2024-cü il üzrə istifadə edilməyən məzuniyyət olaraq kompensasiya məbləği olan 938.57 (doqquz yüz otuz səkkiz manat əlli yeddi qəpik) manat pulun alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsi, məhkəmə mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 60 (altmış) manatın cavabdeh-iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq X5 MR Idarəsinə ödənilməsi (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ**NABZ******************** SWIFT BIK NAXCAZ21) qət edilmişdir. III. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir:

14. Naxçıvan MR X12 ##.##.2024-cü il tarixli, *** nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsində Işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağan olunmuşdur. Bu maddənin 2-ci hissəsində qeyd olunur ki, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq işçinin əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məktubda müraciətrdənə tələbi ilə bağlı Əmək Məcəlləsinin tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etməyi tövsiyə edilmişdir.

15. Iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ##.##.2024-cü il tarixli, *-**-*-*/*-M*****/**** saylı məktubunda bildirilmişdir ki, müraciətdə qaldırılan məsələyə münasibət bildirilməsi və müvafiq sənədlərin təqdim olunması məqsədi ilə Cəmiyyətə sorğu göndərilmişdir. Sorğuya əsasən Cəmiyyət tərəfindən təqdim olunan sənədlərə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən bağlanılmış # ####### 2014-cü il tarixli əmək müqaviləsinə ## ###### 2024-cü il tarixdə işdən çıxma ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildiyi müəyyən edilmişdir. Bununla yanaşı təqdim edilən sənədlərdən əmək müqaviləsinə xitam verildikdən sonra əmək haqqının gecikdirilərək ödənildiyi məlum olmuşdur. Aşkar edilmiş pozuntuda inzibati xəta əlamətləri olduğundan Cəmiyyətin işəgötürəni barəsində ## ####### 2024-cü il tarixli, MN № ******* nömrəli “Inzibati xəta haqqında Protokol” tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, törədilmiş xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməsi məqsədilə # ###### 2024-cü il tarixli, MN N ******* nömrəli "Inzibati tənbeh vermə haqqında Qərar" qəbul edilmişdir. Həmçinin bildirilmişdir ki, Cəmiyyətdə bölgə rəisi vəzifəsində işlədiyi dövrlər üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi və bu barədə Xidmətə məlumat verməsi məqsədilə Cəmiyyətin işəgötürəninə göstəriş verilmişdir. Bununla yanaşı iddiaçıya məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

16. Iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfat Nazirliyinin ## ###### 2024-cü il tarixli *-**-**/*-****/**** saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı məktubunda bildirmişdir ki, Meyvə bağının mövcud vəziyyəti ilə bağlı mütəxəssis rəyinin verilməsi barədə 2024-cü il ## ###### tarixli, ***/**** nömrəli müraciətə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il ## ######## tarixli, 201-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 1-ci hissəsinə müvafiq olaraq Nazirlik muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu həyata keçirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu səbəbdən müraciətdə qaldırılan məsələnin həlli ilə bağlı köməklik göstərilməsi Nazirliyin səlahiyyətləri xaricindədir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 60-cı maddəsinə görə qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Belə ki, mülki mübahisəyə məhkəmə icraatı qaydasında baxılarkən iş üzrə zəruri hesab edilən hallarla bağlı müvafiq rəy verilməsi üçün məhkəmənin qərardadı əsasında Nazirliyin nümayəndəsinin iştirakı təmin edilə bilər.

17. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ##.##.2022-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Babək şəhəri Naxçıvan-Ordubad magistral yolunun 3.3-cü kilometrliyində olan 25.0708 ha. torpaq sahəsində yerləşən 14710.02 kv.m əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə “xxxx” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində */* nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. IV. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyası tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş bir illik iddia müddətini 2024-cü il istisna olmaqla qalan müddət üçün ötürmüşdür. Tərəflər arasında cari iş ilinin istifadə edilməmiş məzuniyyətinin növbəti ilə ötürülməsi barədə razılıq olmamış və iddiaçının bu barədə təşəbbüsü olmamışdır. Həmçinin ötən illər ərzində istifadə edilməmiş məzuniyyət əvəzinə kompensasiya ödənilməsi də həyata keçirilməmişdir. Istifadə edilməmiş əmək məzuniyyəti ilə bağlı sənədləşmə qaydalarının pozulmasına baxmayaraq iddiaçı 9 il müddətində etirazını bildirməmiş, həmin illər üzrə kompensasiya tələbi ilə müraciət etməmişdir. Hər iş ilinin istifadə edilməmiş məzuniyyəti üçün pul əvəzinin ödənilməsi və ya həmin məzuniyyət günlərinin növbəti ilə ötürülməsinin razılaşdırılması həmin iş ilinin sonunda həyata keçirilməli olduğundan, il sonunda bu hərəkətlərin edilməməsi məzuniyyətlə bağlı müddəaların pozulması hesab edilir. Belə olan halda, növbəti ilə keçdikdə artıq iddiaçının məzuniyyət əvəzinə kompensasiya ödənişinin həyata keçirilməsi tələbi üçün iddia müddətinin axımı başlamış olur və hər növbəti ilin məzuniyyət pulu tələbi üçün iddia müddətinin hesablanması eyni qaydada həyata keçirilir. Belə olduğu halda, iddiaçının 2023-cü ilə qədər məzuniyyət pulu tələbi üçün iddia müddətinin axımı da 2024-cü ilin sonunda bitmişdir. Ondan əvvəlki illərin məzuniyyət pulu əvəzi isə əvvələ təsadüf etmişdir. Hər iş ili üçün əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin, yəni məzuniyyət və son haqq hesabla bağlı müddəaların işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən pozulması faktı iddiaçıya aydın olduğundan, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsindəki 1 (bir) illik iddia müddəti 2015-2023-cü illərə münasibətdə ötürülmüşdür. Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər ki, qanunvericilikdə nəzərdə tutulmuş belə məhdudiyyətlərdən biri də iddia müddətidir. Hüquqi müəyyənliyin və qətiliyin təmin edilməsi, cavabdehin “köhnəlmiş” tələblərdən müdafiə edilməsi və məhkəmənin uzaq keçmişdə baş verən hadisələrlə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısının alınması məqsədi ilə iddia müddətinin tətbiq edilməsi zəruridir. (AR Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin AR Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair KM-nin Plenum qərarı, ##.##.2023). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnu pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Beləliklə, iddiaçının işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyanın hesablanıb verilməsi tələbi üzrə iddia müddəti ötmüşdür. Mübahisə tərəfi olan cavabdeh təşkilatın nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Bu halı nəzərə alan məhkəmə iddia müddətinin tətbiq edilərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul kompensasiyasının məbləğinə münasibətdə hesab etmişdir ki, bununla bağlı ekspert rəyi kifayət qədər tam və aydın olmadığından təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilsə də rəy verilməkdən imtina edilərək ekspertiza icrasız qalmışdır. Məhkəmə sadəcə 2024-cü il üzrə iddiaçıya kompensasiya hesablanaraq verilməsinin mümkün olması barədə mövqeyini yuxarıda əsaslandırdığından hesab etmişdir ki, artıq bir neçə ay üçün istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməsi əmək qanunvericliyində nəzərdə tutulmuş qaydada sadə hesablama yolu ilə mümkündür və bununla bağlı xüsusi bilik tələb edilmir. Məhkəmə tərəfindən bu sadə hesablama aparılaraq kompensasiya məbləği hesablana bilər. Iş materiallarında olan əmək müqaviləsindən aydın olmuşdur ki, iddiaçının məzuniyyət günü 21 gün təşkil etmiş, əlavə olaraq iş stajına görə 4 gün əlavəsi olmuşdur. Iddiaçı İddiaçı aylıq əmək haqqı 1500 (bir min beş yüz) manat təşkil etmiş, bank çıxarışlarından aydın olur ki, 2024-cü ilin ## ######, 01 mart, 18 mart, 19 mart, 10 may, 25 iyun, 09 avqust, 02 sentyabr tarixlərində hər ay 1500 manat, 16 sentyabr tarixində isə 1227.24 manat əmək haqqı kartına pul yüklənmişdir. Lakin İddiaçı hesablanmış əmək haqqından aydın olur ki, 2024-cü ilin yanvariyul ayları müddətində 1717.92 (bir min yeddi yüz on yeddi manat doxsan iki qəpik), avqust ayı üzrə 1402.59 (bir min dörd yüz iki manat əlli doqquz qəpik) əmək haqqı hesablanmışdır. Iddiaçıya 2024-cü il ərzində ümumi olaraq işlədiyi müddətdə 13428.03 (on üç min dörd yüz iyirmi səkkiz manat üç qəpik) manat əmək haqqı verilmişdir. Iddiaçıya ödənilən əmək haqqına münasibətdə onun bir günlük əmək haqqısının hesablanması aparılaraq ümumi əmək haqqı işlədiyi dövrə bölünərək işlədiyi faktiki aylar üzrə tam ay-8 ay nəzərə alınaraq hesablanmış və müəyyən edilmişdir ki, bir günə düşən əmək haqqı 55.21 (əlli beş manat iyirmi bir qəpik) manat hesablanır (13428.03:8=1678.50:30.4 =55.21). Iddiaçının bir gününə düşən əmək haqqı müəyyən edildiyindən onun tam ay üzrə işlədiyi dövr nəzərə alınmalı, əmək müqaviləsində nəzərdə tutulan 21 gün məzuniyyət müddəti 12 aya bölünməklə faktiki istifadə edilməyən məzuniyyət müddəti hesablanmalıdır ki, bu müddət 14 gün təşkil edir (21:12=1.75x8=14 gün). Iddiaçının əlavə məzuniyyət müddətinin 4 gün olması nəzərə alınmaqla 4 gün məzuniyyət müddəti 12 aya bölünməklə faktiki istifadə edilməyən məzuniyyət müddəti hesablanmalıdır ki, bu müddət 3 gün təşkil edir. Beləliklə iddiaçının 2024-cü il ərzində istifadə etmədiyi məzuniyyət günlərinin sayı 14+3=17 gün olaraq nəzərə alınmalı, bir gün düşən əmək haqqı həmin günə vurulmalı və ödənilməli olan kompensasiya məbləği müəyyən edilməlidir ki, bu məbləğ 938.57 (doqquz yüz otuz səkkiz manat əlli yeddi qəpik) manat təşkil etmişdir (55.21x17=938.57). Məhkəmə qarşılıqlı iddia tələbini rədd edərkən mövqeyni belə əsaslandırmışdır ki, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmışdır. Məhkəmə hesab etmişdir ki, mülki işin materiallarında olan ********** nömrəli, ##.##.2022-ci il tarixli Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa, əsasən, Babək şəhəri, Naxçıvan Ordubad magistral yolunun 3.3-cü kilometrliyi ərazisini mülkiyyətçisi “xxxx” MMC-dir. Buna görə də, “xxxx”xxxx“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia qaldırdıqdan və iddia təmin edilərək müvafiq məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı qarşı reqress qaydada iddia qaldıra bilər. Yəni həmin ərazinin mülkiyyətiçisi cavabdeh-iddiaçı olmadığına görə əraziyə vurulan ziyana görə də “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin birbaşa iddia qaldırmaq hüququ məhduddur.

V. Apellyasiya şikayətləri və ona etirazın dəlilləri, izahatlar a) Iddiaçı-cavabdehin apellyasiya şikayətinin dəlilləri

19. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iş üzrə iddiaçı-cavabdeh İddiaçı vəkil-nümayəndəsi vəkil1 vasitəsilə apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Iddiaçı-cavabdehin vəkil-nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, heç bir əsas olmadan İddiaçıla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə ## ######## 2024-cü il tarixində xitam verilmişdir. O, işlədiyi 2014-2024cü illər ərzində əmək məzuniyyətinə çıxarılmamışdır və istifadə etmədiyi məzuniyyət illərinə görə məzuniyyət pullarının ödənilməklə, onunla son hesablaşmanın aparılmasını tələb etməkdədir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ##.##.2024-cüil tarixli *-**-*-*/*-M*****/**** nömrəli məktubundan aydın olur ki, iddiaçının Cəmiyyətdə bölgə rəisi vəzifəsində işlədiyi dövrlər 2014-2024-cü illər üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin ödənilmədiyi öz təsdiqini tapmaqdadır. Naxçıvan MR X12 ##.##.2024-cü il tarixli *** nömrəli məktubundan isə məlum olur ki, qanunun tələbinə görə iddiaçının istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ona ödənilməlidir. Nəticə etibarı ilə işəgötürən işçini uzun illər məzuniyyətə buraxmayıbsa, bu artıq qanun pozuntusudur. Istifadə olunmamış məzuniyyətə görə kompensasiya hüququ işdən çıxarılan anda yaranmışdır. Məzuniyyət pulu üçün yalnız son ilə görə deyil, bütün illər üzrə istifadə olunmamış məzuniyyətlər (əsas və əlavə) birlikdə nəzərə alınmaqla ödənilməlidir. Hesab edirlər ki, əmək məzuniyyəti iddiaçının sosial təminat hüququdur. Əmək məzuniyyəti nəticəsində iddiaçıya ödənilməli olan kompensaiya şəklindəki pul vəsaiti onun artıq mülkiyyətidir və bu hüququnun ayrı-ayrı illərə bölünərək, iddia müddəti ilə məhdudlaşdırılması qanunun pozulmasıdır. Qeyd olunan halları nəzərə almadan iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini, məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması və məqsədyönlü olması nəticəsində verilmiş bir qərar olduğunu hesab edirlər. Məhkəmə qeyd olunan halları (işin faktiki hallarını, sübutları) tam, hərtərəfli və obyektiv araşdırmadan bir sıra maddi və prosessual normaların tələblərini işin dəlillərinə münasibətdə aşkkar şəkildə düzgün tətbiq etməmişdir. Məhkəmə tərəfindən iddiaçının hüququnun realizə edilməməsi, yəni kompensasiya hüququnu ayrı-ayrı illərə bölməklə, bu hüququn iddia müddəti ilə məhdudlaşdırılması, düzgün ekspertiza keçirilməməsi, səlahiyyət həddindən kənara çıxılmaqla müvafiq bilik tələb edilən araşdırmanın məhkəmə tərəfindən öz mülahizələrinə uyğun aparılması ilə hesablamalar aprılması və həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadan sübutların əldə olunmasına köməklik göstərilmədən aparılması iddiaçının əmək hüququnu birmənalı şəkildə pozulmasıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının mübahisəli məsələ ilə bağlı prinsipini, sosial və humanist mövqeyini düzgün qiymətləndirməyərək, Konstitusiyada ən azı 21 təqvim günü ödənişli məzuniyyət hüququnun təsbit olunması bu hüququn yalnız həmin hədd çərçivəsində konstitusion müdafiə olunması kimi başa düşülməməlidir qənaətinə gəlmişdir. Məhkəmə Konstitusiya ödənişli məzuniyyət hüququnun minimum həddini bəyan etməklə belə təminatın qanunvericiliklə artırılmasını nəinki istisna etmir, əksinə, bu təminatların gücləndirilməsi məhz konstitusion prinsiplərlə şərtlənməsini, Qanunla işçilərə verilən əlavə məzuniyyət günlərinin məqsəd və təyinatı nəzərə alınmaqla göstərilməlidir ki, bu hüququn verilməsi də bilavasitə Konstitusiyadan irəli gələn sosial ədalət və bərabərlik prinsiplərinə əsaslanmasını göstərərək, Belə ki, əlavə məzuniyyət institutunun tətbiqi işçilər arasında bərabərliyin formal xarakter daşımamasına, ağır və ya riskli şəraitdə çalışan şəxslərin faktiki vəziyyətindəki fərqlər nəzərə alınmaqla onların mənafelərinin ədalətli və balanslı şəkildə qorunmasına yönəlmişdir kimi əsaslandırsa da fərqli nəticəyə gəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsinə dair” 2000-ci il ## ###### tarixli Qərarında da əlavə məzuniyyət hüququna əmək məzuniyyətinin tərkib hissəsi kimi yanaşmış, həmin hüququn icra mexanizminə münasibətdə bərabərlik hüququnun pozulmasının yolverilməz olduğunu qeyd etmişdir. Məhkəmə əsassız şəkildə hesab etmişdir ki, iddiaçı işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyası tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş bir illik iddia müddətini 2024-cü il istisna olmaqla qalan müddət üçün ötürmüşdür. Məhkəmənin mövqeyinə, əsaslandırmasına münasibətdə vurğulayırlar ki, əmək müqaviləsinə xitam verilərkən işçiyə istifadə etmədiyi bütün məzuniyyət günlərinə görə pul kompensasiyası ödənilməlidir. Burada qanun “bütün istifadə olunmamış məzuniyyətlər” ifadəsini işlətməkdədir. Əmək Məcəlləsi açıq aydın ifadə edir ki, “yalnız son il deyil, bütün illər üzrə istifadə olunmamış məzuniyyətlər nəzərə alınmaqla” ödənişlər aparılmalıdır. Istifadə olunmamış məzuniyyətə görə kompensasiya hüququ işçinin işdən çıxdığı və ya çıxarıldığı andan yaranmış olur. Yəni 2014-2024-cü illərdə iddiaçıya məzuniyyət verilməsə də, onun kompensasiya hüququ işdən azad olunduğu 2024-cü ildə yaranmış olmuşdur. Məhkəmə tərəfindən iddia müddətinin tətbiqi, “hər iş ili üçün ayrı-ayrılıqda iddia müddəti (bir il) tətbiqi” anlayışı qanunda birmənalı olaraq nəzərdə tutulmamışdır və məhkəmə tərəfindən tətbiq edilməsi düzgün hüquqi yanaşma deyildir. Məhkəmənin icraatında olan hazırki, mübahisə 1 illik müddət pozulmadan verilmişdir. Iddiaçı işdən azad olunduqdan dərhal sonra mediasiyadan keçməklə, 3 ay 10 gün içərisində məhkəməyə müraciət etmişdir. Bu isə hazırkı, mübahisə üzrə tətbiq edilən 1 illik müddətin ötməməsi deməkdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, hər kəsin Əsas Qanunla bəyan olunan istirahət, o cümlədən əmək məzuniyyəti hüququndan istifadənin qayda və şərtləri ilə bağlı tənzimetməyə dair qanunvericinin müəyyən etdiyi məhdudiyyət yalnız o halda əsaslandırılmış və yolverilən hesab edilə bilər ki, bu məhdudiyyət legitim məqsədlərə nail olmaq üçün tətbiq edilsin, onun əsas mahiyyətinə toxunmayaraq məzmununun itirilməsinə gətirib çıxarmasın və mütənasiblik prinsipinin tələblərinə cavab vermiş olsun. Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci, istərsə də 144-cü maddəsinin 3-cü hissəsində göstərilən şəxslər oxşar vəziyyətdə olmaqla, müvafiq hüququ, yəni kompensasiya almaq hüququnu iki əsas meyara görə əldə edirlər: əmək məzuniyyəti hüququna malik olma; həmin hüquqdan hər hansısəbəbdən istifadəedə bilməmə. Bu iki qrup arasında yeganə fərq birinci qrup işçilərin əmək münasibətlərini davam etdirməsi, digər qrupa aid şəxslərin isə əmək müqaviləsinə xitam verilməsidir. Lakin bu xüsusiyyət işçilərə münasibətdə fərqli rəftarın göstərilməsi, yəni birinci halda istifadə edilməmiş həm əsas, həm əlavə məzuniyyətə görə, ikinci halda isə yalnız əsas məzuniyyətə kompensasiyanın verilməsi ilə bağlı tənzimləmə aparılması üçün obyektiv və ağlabatan əsas kimi qiymətləndirilə bilməz. Digər tərəfdən nəzərə alınmalıdır ki, əmək müqaviləsinə xitam verilən işçilərə münasibətdə də qanunvericilik fərqli qaydalar müəyyən etmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Əmək Məcəlləsinin 143-cü maddəsinə görə müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə əmək müqaviləsinə xitam verildikdə (həmin Məcəllənin 70-ci maddəsinin “a” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla) işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və bu halda işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. Yəni əmək müqaviləsinə xitam veriləcəyinə və artıq həmin müəssisədə fəaliyyət göstərməyəcəyinə baxmayaraq işçinin istəyi ilə ona həm əsas, həm də əlavə məzuniyyət günləri verilərək həmin dövrlər üçün müvafiq ödənişlər həyata keçirilir. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsi ilə bağlı onu da qeyd edirlər ki, bu maddə əmək müqaviləsinə xitam verilərkən işçilərin istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətinə görə kompensasiyanın verilməsini nəzərdə tutduğundan, həmin müddəanın qüvvədən düşmüş hesab edilməsi işçilərin əsas məzuniyyətə görə də kompensasiya almaq imkanından məhrum olmasına və hüquqlarının pozulmasına gətirib çıxarmış olardı. Mülki iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, *** saylı məhkəmə ekspertizasına dair rəyindən məlum olmuşdur ki, təqdim olunmuş hesabdan çıxarış məlumatlarına və iddiaçı-cavabdeh İddiaçı ilə cavabdehiddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə əsasən 2015-2024-cü illərdə işlədiyi müddətdə 9 il 10 ay üçün hesablanmış 225 gün orta günlük əməkhaqqı olan 49,35 manata vurulmuş və 11103,75 (225x49,35) (on bir min yüz üç manat yetmiş beş qəpik) manat məzuniyyət pulu əvəzi olması müəyyən edilmişdir. Lakin məhkəmə əsasız və qanunun tələbindən kənar suallar qoyaraq yenə təkrar ekspertiza təyin edərək ekspert qarşısında iddiaçı-cavabdeh İddiaçı ilə cavabdeh-iddiaçı “xxxx “ MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən 2015-2024-cü illərdə işlədiyi müddətdə hər il üzrə ayrıayrılıqda hesablanmaqla hesablanmalı olan məzuniyyət pulu nə qədərdir? kimi sual qoymuşdur. Aparılmış ekspertiza, məhkəmənin hesablamaları tam, hərtərəfli və obyektiv aparılmamış, nəticədə tam və düzgün olmayan rəy verilməklə səhv hesablama aparılmaqla qanuni qətnamə verilməmişdir. Ekspert tərəfindən iddiaçının 2014-2024-cü illər üzrə istifadə edilməmiş əsas məzuniyyət pulları ilə bərabər, əlavə məzuniyyət pullarının da dəqiq şəkildə hesablamaqla rəy verdikdən sonra məhkəmənin nəticəyə gəlməsi qanuni və əsaslı olardı. Bu səbəbdən də hazırda təkrar ekspertiza keçirilməsi zəruridir. Məhkəmə tərəfindən sadə hesablama aparılması əsassız olmuşdur. Məhkəmə “iki dəfə” məhkəmə mühasibatlıq ekspertizası təyin etməklə, işin mürəkkəbliyini və özünün xüsusi biliklərinin yetərli olmadığını təsdiq edərək qəbul etmişdir. Məhkəmənin sonradan ekspertizadan kənar və ya başqa ekspertiza qrumuna göndərmədən, Mülki Prosessual Məcəllənin 14-cü maddəsinin tələbini pozaraq “sübutların əldə olunmasına köməklik etmədən”, özünün hesabla aparması ziddiyyətli olmaqla, məhkəmənin gəldiyi nəticəni sual altına almaqla əsaslandırılmamış olmasına səbəb olmaqdadır. Məhkəmə tərəfindən aparılmış sadə hesablamalar zamanı aşağıdakı hallar müəyyən edilməmişdir.

1. Dəqiqliklə orta aylıq əmək haqqı,

2. Ödənilməli olan əlavələr,

3. Istifadə olunmamış məzuniyyət günlərinin dəqiq sayı və sair hallar. Məhkəmə mühasibatlıq üzrə xüsusi bilik tələb edən mübahisə üzrə mütləq idi ki, Mülki Prosessual Məcəllənin 97-ci maddəsinin tələblərinə riayət etsin. Lakin məhkəmə göstərilən normanın tələbini pozmaqla, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan öz mülahizələrinə əsaslanaraq əsassız və qanunsuz nəticəyə gəlmişdir. b) Cavabdeh-iddiaçının apellyasiya şikayətinin dəlilləri

21. Həmçinin həmin qətnamədən narazı qalan cavabdeh-iddiaçı “xxxx” MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il, *(***)-***/**** nömrəli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Cavabdeh-iddiaçının nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə qarşılıqlı iddianın predmeti bağ sahəsində ağaclara ziyan vurulubvurulmaması, ziyanın səbəbləri və həcmi xüsusi bilik tələb edən məsələlərdir. Bu səbəbdən tərəflərindən ekspertiza təyin olunması barədə vəsatət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin tələblərinə əsasən, iş üzrə xüsusi bilik tələb edən halların müəyyən edilməsi üçün məhkəmə ekspertiza təyin etməli, vəsatət rədd edildiyi halda isə bu barədə mütləq əsaslandırılmış qərardad qəbul etməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən tərəflərindən verilmiş ekspertiza təyin edilməsi barədə vəsatət heç bir hüquqi əsas göstərilmədən təmin edilməmiş, eyni zamanda qanunun imperativ tələbini kobud şəkildə pozaraq bu barədə ayrıca əsaslandırılmış qərardad qəbul edilməmişdir. Məhkəmənin bu hərəkətsizliyi faktiki olaraq tərəflərinin sübutetmə hüququnun məhdudlaşdırılması, çəkişmə prinsipinin pozulması və işin hərtərəfli, obyektiv və tam araşdırılması vəzifəsindən yayınması ilə nəticələnmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, mübahisə predmeti üzrə müəyyən edilməli olan hallar yalnız xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilmədən iş üzrə nəticəyə gəlinməsi hüquqi baxımdan əsassız olmaqla yanaşı, çıxarılmış məhkəmə qərarını da qanunsuz və əsassız edir. Məhkəmə mübahisəli əraziyə yerində baxış keçirmiş və hazırki nəticəyə gəlmişdir. Halbuki ağacların zədələnməsi, ziyanın səbəbləri və miqyası kimi məsələlər yalnız müvafiq sahə üzrə ekspert tərəfindən müəyyən edilə bilər. Yerində baxış ekspert rəyini əvəz etmir və bu şəkildə nəticə çıxarılması sübutların düzgün qiymətləndirilməməsidir. Iş materiallarında mövcud olan təftiş aktı, ağaclara ziyan vurulması ilə bağlı faktlar məhkəmə tərəfindən tam qiymətləndirilməmişdir. Məhkəmə iş üzrə ziyanın faktiki mövcudluğunu müəyyən etmədən, həmçinin müvafiq subyektiv hüquqa malik olub-olmamasına və həmin hüququn pozulub-pozulmamasına hüquqi qiymət vermədən nəticəyə gəlmişdir. Halbuki, mülki mübahisənin düzgün həlli üçün məhkəmə ilk növbədə ziyanın mövcudluğunu, səbəbli əlaqəni və tərəflərin hüquq və vəzifələrini müəyyən etməli, yalnız bundan sonra iddia tələblərinə qiymət verməlidir. Bu hallar araşdırılmadan qəbul edilmiş qərar qanuni və əsaslı hesab edilə bilməz. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh-iddiaçı tərəfindən verilən apellyasiya şikayətini isə qəbul etmədiyini bildirmişdir.

25. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçı-cavabdehin vəkilnümayəndəsi vəkil1 cavabdeh-iddiaçı tərəfindən verilən apellyasiya şikayətini qəbul etmədiklərini bildirərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh-iddiaçı təşkilatın nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətlə oxşar məzmunda ifadə vermiş və Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il, *(***)-***/**** nömrəli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçı-cavabdeh tərəfindən verilən apellyasiya şikayətini isə qəbul etmədiklərini bildirmişdir. VI. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

b) Azərbaycan Respublikası Əmək Məcəlləsi

28. 2-ci (1-3 hissələr) maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında “bu Məcəllə”) əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

29. 3-cü (3-cü hissə) maddəsinə əsasən Işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsdir.

30. 3-cü (4-1-ci hissə) maddəsinə əsasən əmək münasibətləri -əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir

31. 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur.

32. 83-cü (4-cü hissə) maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

33. 135-ci (2-ci hissə) maddəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Yəni bu normaya görə müvafiq iş ilində əmək məzuniyyətindən istifadə edə bilməyən işçiyə hər hansı fərq qoyulmadan həm əsas, həm də əlavə məzuniyyətlə əlaqədar kompensasiya almaq imkanı tanınır.

34. 144-cü (2-ci hissə) maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmçinin Məcəllənin 140-cı maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən verilir.

35. 191-ci (1-ci hissə) maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

36. Maddə 192-ci (1-ci hissə) maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

37. 296-cı (3-cü hissə) maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

38. 296-cı (4-cü hissə) maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. e) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

42. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

44. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır

49. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. VII. Apellyasiya baxışının hədləri

50. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Kollegiya qeyd edir ki, iddiaçı-cavabdeh İddiaçı vəkil-nümayəndəsi vəkil1 şikayətində Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini, cavabdeh-iddiaçı “xxxx” MMC-nin nümayəndəsi isə şikayətində Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etdiyindən qətnamə apellyasiya şikayətləri həddində-yəni mübahisələndirilən hissələrdə yoxlanılmışdır. VIII. Məhkəmə kollegiyasının mövqeyi

53. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmiş və haqlı olaraq ilkin iddianı qismən təmin etmin etmiş, qarşılıqlı iddianı isə rədd etmişdir. Tərəflərin verdikləri apellyasiya şikayətlərində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

54. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

55. Işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı-cavabdeh İddiaçı ## ####### 2014-cü il tarixdən əvvəlki adı "xxxx"xxxx"xxxx" MMC olaraq dəyişdirilmiş cəmiyyətlə bağlanmış əmək müqaviləsi əsasında yardımçı təsərrüfat üzrə bölgə rəisi vəzifəsində əmək fəaliyyətinə başlamış, ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əmək müqaviləsinə öz ərizəsi əsasında xitam verilmişdir. Tərəflər arasında əmək münasibətlərinin mövcudluğu, əmək müqaviləsinə göstərilən əsasla xitam verilməsi, habelə iddiaçının həmin tarixədək cavabdeh cəmiyyətdə işləməsi iş materiallarında olan əmək kitabçasının surəti, əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş, əmrlər və digər yazılı sübutlarla təsdiq olunur.

56. Eyni zamanda mübahisə doğurmayan digər hal ondan ibarətdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən ona istifadə edilməmiş əmək məzuniyyətlərinə görə hər hansı kompensasiya ödənilməmişdir. Bu hal həm işəgötürən tərəfindən təqdim edilmiş sənədlərlə, həm də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaX6 Xidmətinin ## ###### 2024-cü il tarixli məktubu ilə təsdiqini tapmışdır. Həmin məktubda iddiaçının işlədiyi dövrlər üzrə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə pul əvəzinin ödənilmədiyi göstərilmişdir.

57. Həmçinin tərəflər arasında mübahisə doğurmayan hal kimi müəyyən edilir ki, cavabdeh-iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsinə əsasən Babək şəhəri, Naxçıvan–Ordubad magistral yolunun 3,3-cü kilometrliyində yerləşən meyvə bağında aqrotexniki xidmətlərin göstərilməsi öhdəliyi mövcud olmuş, iddiaçı həmin xidmətlərin təşkilinə nəzarət edən sahə rəhbəri kimi fəaliyyət göstərmişdir.

58. Mülki işin mübahisəli halları isə ilk növbədə iddiaçının 2015–2024-cü illər üzrə istifadə etmədiyi bütün əmək məzuniyyətlərinə görə kompensasiya almaq hüququnun olub-olmaması, həmin tələbə münasibətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş iddia müddətinin tədbiqinin mümkünlüyü və bu müddətin ötürülübötürülməməsi ilə bağlıdır.

59. Mübahisə doğuran digər məsələ istifadə edilməmiş əmək məzuniyyətlərinə görə ödənilməli kompensasiyanın məbləğinin müəyyən edilməsidir. Bu baxımdan tərəflər birinci instansiya məhkəməsinin məhkəmə ekspertizasının nəticələrini nəzərə almadan kompensasiyanı müstəqil hesablamasını, həmçinin təkrar ekspertizanın keçirilməməsinin hüquqi nəticələrini fərqli qiymətləndirirlər.

60. Digər mübahisəli məsələ cavabdeh-iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddiası üzrə iddiaçı-cavabdehin əmək vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində bağ sahəsindəki ağaclara maddi zərər vurub-vurmaması, belə zərərin mövcud olub-olmaması, onun məbləği, zərərlə iddiaçının davranışı arasında səbəbli əlaqənin müəyyən edilməsi, habelə cavabdeh-iddiaçının həmin zərərin əvəzinin ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malik olub-olmaması məsələləridir.

61. Iddia tələblərinin mahiyyətindən müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçı-cavabdeh əmək münasibətlərinə xitam verilərkən ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq istifadə etmədiyi bütün iş illərinə görə əmək məzuniyyəti kompensasiyasının və son hesablaşmanın ödənilmədiyini bildirərək həmin pul vəsaitlərinin cavabdehdən tutulmasını xahiş etmişdir.

62. Qarşılıqlı iddia üzrə isə cavabdeh-iddiaçı "xxxx" MMC iddiaçının əmək funksiyalarını lazımi qaydada yerinə yetirməməsi nəticəsində şirkətə məxsus xidmət göstərilən bağ sahəsində ağaclara zərər vurduğunu iddia edərək həmin zərərin 20.000 manat məbləğində işçidən tutulmasını, zərərin dəqiq müəyyən edilməsi məqsədilə ekspertiza keçirilməsini və ekspertiza nəticəsindən asılı olaraq tələbin təmin edilməsini xahiş etmişdir.

63. Apellyasiya instansiyası məhkəməsi ilkin iddia üzrə iddiaçı-cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlillərini iş materialları, tətbiq edilməli maddi və prosessual hüquq normaları, habelə mübahisənin faktiki halları ilə qarşılıqlı qiymətləndirərək hesab edir ki, həmin şikayət təmin edilməməlidir.

64. Belə ki, apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş bütün iş illəri üzrə əmək məzuniyyətinə görə kompensasiya hüququ vahid hüquq kimi yaranmış, buna görə də iddia müddəti əmək müqaviləsinə xitam verildiyi andan hesablanmalı olduğu halda, birinci instansiya məhkəməsi əsassız olaraq hər iş ili üzrə ayrıca iddia müddətinin tətbiq edilməsi qənaətinə gəlmişdir.

65. Məhkəmə kollegiyası həmin arqumentlə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin dördüncü hissəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hüquqlarının və qanuni mənafelərinin pozulması ilə bağlı fərdi əmək mübahisələri üzrə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ili ərzində məhkəməyə müraciət edə bilər.

66. Həmin norma əmək münasibətlərindən irəli gələn bütün pul tələblərinə münasibətdə ümumi iddia müddətini müəyyən etməklə yanaşı, iddia müddətinin başlanğıcını (tələb hüququnu) hüququn pozulduğu və ya işçinin həmin pozuntunu bildiyi, yaxud bilməli olduğu anla əlaqələndirmişdir.

67. Iş materiallarından müəyyən olunur ki, iddiaçı uzun illər ərzində əmək fəaliyyətini davam etdirmiş, hər iş ili başa çatdıqdan sonra ona növbəti əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş məzuniyyətin növbəti iş ilinə keçirilməsi və ya bununla bağlı hər hansı sənədləşmənin aparılmamasına etiraz etməmiş, işəgötürənə yazılı müraciət etməmiş, əmək münasibətləri davam etdiyi müddətdə hüququnun müdafiəsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş vasitələrdən istifadə etməmişdir.

68. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən əmək məzuniyyətinin verilməsi işəgötürənin vəzifəsi olmaqla yanaşı, işçinin istirahət hüququnun təmin edilməsinə xidmət edir və məzuniyyət hüququnun həyata keçirilməsi hər bir iş ili üzrə ayrıca hüquqi münasibət kimi formalaşır. Hər iş ilinin sonunda işçinin həmin iş ili üzrə məzuniyyətdən istifadə edib-etmədiyi, istifadə edilməmiş məzuniyyətin növbəti ilə keçirilməsi üçün qanuni əsasların mövcudluğu, yaxud kompensasiya ödənilməsini tələb etmək hüququnun yaranması işçiyə məlum olan hallardır.

69. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin başlanğıcının yalnız əmək müqaviləsinə xitam verilən tarixlə əlaqələndirilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin hüquqi mahiyyətinə uyğun deyildir.

70. Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

71. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

72. Qanunun məzmunundan da göründüyü kimi, mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir.

73. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli Qərarı, H. Həşimov və qeyrilərinin şikayəti üzrə ## #### 2005-ci il, R. Salamovun şikayəti üzrə ## ####### 2007-ci il, X. Xəlilovun şikayəti üzrə ## ###### 2009-cu il tarixli Qərarları və s.).

74. Qeyd olunmalıdır ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Iddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2001-ci il tarixli qərarı).

75. Iddia müddətinin məqsədi ilə bağlı Insan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə ## #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

76. Avropa Insan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin Ispaniyaya qarşı iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

77. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, əmək münasibətlərindən irəli gələn pul tələbləri üzrə iddia müddətinin tətbiqi zamanı iddianın məhkəməyə verildiyi tarixdən geriyə doğru yalnız son bir illik dövr iddia müddətinin tətbiqindən kənarda qalır və həmin tarixdən əvvəlki dövrlər üzrə isə iddia müddəti tətbiq edilməlidir. Belə ki, işçi real olaraq məzuniyyət hüququnun pozulduğunu və buna görə kompensasiya tələb etmək hüququnun olduğunu bildiyi və ya bilməli olduğu halda, iddianın məhkəməyə verildiyi tarixdən bir ildən əvvəlki dövr üzrə mübahisə qaldırmaması həmin dövr üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş iddia müddətinin ötürülmüş hesab edilməsi üçün əsasdır və bu halda son bir ildən əvvəlki dövrlərə dair tələbin təmin edilməsi qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmiş olar. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli məhkəmə təcrübəsinin vahidliyini təmin edən 3 (üç) ulduzlu qərarında uyğun hüquqi mövqe formalaşdırılmışdır)

78. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mövcud ekspert rəyini nəzərə almamış, təkrar ekspertiza nəticəsiz qaldıqdan sonra isə xüsusi bilik tələb edən hesablamanı özü aparmışdır.

79. Iş materiallarından görünür ki, birinci ekspertiza rəyi ilə yalnız 2015–2024-cü illər üzrə ümumi məzuniyyət pulu hesablamış, lakin hər iş ili üzrə ayrıca hesablamalar aparılmamış, orta əməkhaqqının hesablanması üçün istifadə olunmuş ilkin mühasibat sənədləri tam həcmdə tədqiq edilməmişdir. Məhz həmin səbəbdən birinci instansiya məhkəməsi təkrar ekspertiza təyin etmək qərarına gəlmişdir. Sonradan təyin edilmiş təkrar ekspertizanın aparılması isə ekspert tərəfindən tələb olunan mühasibat sənədlərinin təqdim edilməməsi səbəbindən mümkün olmamışdır.

80. Belə olan halda birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqinə dair gəldiyi hüquqi nəticəni nəzərə alaraq yalnız 2024-cü il üzrə kompensasiyanın hesablanmasını zəruri hesab etmiş və həmin hesablamanı iş materiallarında mövcud olan əmək müqaviləsi, əməkhaqqı barədə bank çıxarışları və əməkhaqqı hesablanmaları əsasında aparmışdır.

81. Apellyasiya şikayətində həmin hesablamanın konkret hansı hissəsinin riyazi və ya hüquqi baxımdan səhv aparıldığı əsaslandırılmamış, yalnız ümumi qaydada bu hesablamanın aparılması üçün xüsusi bilik tələb olunduğu göstərilmişdir.

82. Lakin məhkəmə kollegiyası hesab edir ki, mövcud halda kompensasiyanın yalnız 2024-cü il üzrə hesablanması üçün zəruri olan ilkin məlumatlar iş materiallarında mövcud olduğundan və həmin hesablamanın aparılması xüsusi bilik tələb edən hesablama deyil, sadə riyazi hesablamalardan ibarət olduğundan birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz.

83. Apellyasiya şikayətində göstərilən digər arqumentlər də əsasən birinci instansiya məhkəməsində irəli sürülmüş dəlillərin təkrarından ibarət olmaqla, məhkəmənin gəldiyi nəticələrin qanunsuz və ya əsassız olduğunu təsdiq edən yeni hüquqi və ya faktiki hallar müəyyən etmir.

84. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı-cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsasları yaratmır.

85. Məhkəmə kollegiyası cavabdeh-iddiaçı "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini də iş materialları ilə qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, həmin şikayət də təmin edilməməlidir.

86. Belə ki, apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə bağ sahəsində ağaclara vurulduğu iddia edilən ziyanın müəyyən edilməsi üçün ekspertiza təyin olunması barədə vəsatəti təmin etməmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsinin tələblərini pozmuş, nəticədə işin hallarını tam və hərtərəfli araşdırmadan qarşılıqlı iddianı rədd etmişdir.

87. Ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mühakimə icraatında sübutetmə yükü həmin hüquqi nəticənin baş verməsində maraqlı olan tərəfin üzərinə düşür. Bu baxımdan qarşılıqlı iddia üzrə iddiaçı olan "xxxx" MMC iddia etdiyi ziyanın mövcudluğunu, həmin ziyanın məhz İddiaçı təqsirli hərəkətləri nəticəsində baş verdiyini, zərərlə işçinin davranışı arasında səbəbli əlaqənin mövcudluğunu, eləcə də ziyanın məbləğini mötəbər sübutlarla təsdiq etməli idi.

88. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa bütün digər hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsində sadalanan hallarda, o cümlədən maddi məsuliyyət barədə müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

89. Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. Işəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir.

90. Digər tərəfdən, Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin hansı hallarda tam maddi məsuliyyət daşıdığı müəyyən edilir. Tam maddi məsuliyyət, yəni vurulmuş ziyanın tam həcmdə ödənilməsini nəzərdə tutur. Vurulmuş ziyanın tam həcmdə ödənilməsi o, halda işçinin üzərinə qoyula bilər ki, bu ziyan Əmək Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş olsun. Yəni, qanunverici tam maddi məsuliyyəti müəyyən edərkən müxtəlif xarakterli şəraiti, əmlakın dəyərini, işçinin hərəkət və hərəkətsizliyində ictimai təhlükəlilik dərəcəsini və sair halları nəzərdə tutur.

91. Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsində göstərilir ki, işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda.

92. Normanın mənasından da göründüyü kimi, işçinin maddi məsuliyyətinin yaranması üçün ilk növbədə bu maddədə sadalanan halları qanuna zidd şəkildə törədilməsi müəyyən edilməlidir.

93. Lakin iş materialları göstərir ki, cavabdeh-iddiaçı tərəfindən təqdim edilmiş yeganə əsas sübut şirkətin daxili komissiyası tərəfindən ## ######## 2024-cü il tarixdə tərtib edilmiş akt olmuşdur. Həmin akt işəgötürənin öz təşəbbüsü ilə yaradılmış komissiya tərəfindən tərtib edilmiş birtərəfli sənəd olmaqla, özlüyündə iddia edilən ziyanın mövcudluğunu və onun səbəblərini qəti şəkildə təsdiq edən mötəbər sübut hesab edilə bilməz.

94. Əksinə, birinci instansiya məhkəməsinin qərardadı əsasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ## ### 2025-ci il tarixdə mübahisəli əraziyə baxış keçirilmiş və tərtib olunmuş rəyə əsasən meyvə bağında ağacların yaş vəziyyətdə olduğu, ərazidə ağacların quruması hallarının müşahidə edilmədiyi, həmçinin kütləvi şəkildə qurumuş ağacların mövcud olmadığı müəyyən edilmişdir.

95. Məhkəmə iclasında dindirilmiş mütəxəssislər Şükür Nəbiyev və Kərəm Rəhimov da verdikləri izahatlarda baxış zamanı bağda qurumuş ağaclara rast gəlinmədiyini, ağacların böyük əksəriyyətinin sağlam vəziyyətdə olduğunu təsdiq etmişlər.

96. Beləliklə, iş üzrə mövcud olan sübutlar cavabdeh-iddiaçının daxili aktında göstərilən halları təsdiq etməmiş, əksinə, həmin aktın məzmununu təkzib etmişdir.

97. Bu şəraitdə məhkəmə kollegiyası hesab edir ki, ekspertiza təyin edilməsi barədə vəsatətin təmin olunmaması özlüyündə qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Çünki ekspertiza artıq mövcud olan sübutların əvəz edilməsi vasitəsi deyil, yalnız xüsusi bilik tələb edən halların müəyyən edilməsinə xidmət edən prosessual hərəkətdir. Iş üzrə isə ilk növbədə ziyanın mövcudluğu belə etibarlı sübutlarla təsdiq edilməmişdir.

98. Digər tərəfdən, iddia edilən pozuntuların 2024-cü ilin avqust ayında baş verdiyi bildirildiyi halda, mütəxəssislər tərəfindən baxış 2025-ci ilin may ayında keçirilmiş və həmin vaxt bağın faktiki vəziyyəti müəyyən edilmişdir. Cavabdeh-iddiaçı isə bu müddət ərzində hansı konkret ağacların məhv olması, onların növü, sayı, bazar dəyəri, aqrotexniki vəziyyəti və ya bərpası mümkün olmayan ziyanın mövcudluğu barədə heç bir ilkin sənəd, inventar siyahısı, foto və ya digər obyektiv sübut təqdim etməmişdir. Belə olan halda, yalnız ehtimallara əsaslanaraq ekspertiza keçirilməsi zəruri hesab edilə bilməzdi.

99. Apellyasiya şikayətində həmçinin göstərilir ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin subyektiv hüququnun mövcudluğunu düzgün qiymətləndirməmişdir.

100. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli bağ sahəsinin mülkiyyətçisi "xxxx" MMC-dir. Bununla belə, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı yalnız bu əsasla rədd etməsi tam düzgün hüquqi əsaslandırma hesab edilə bilməz.

101. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsinə əsasən cavabdeh-iddiaçı həmin bağda aqrotexniki xidmətlərin göstərilməsi üzrə müqavilə öhdəliyi daşımışdır. Müəyyən hallarda xidmət göstərən şəxs müqavilə üzrə daşıdığı məsuliyyət çərçivəsində işçinin təqsiri nəticəsində ona dəymiş zərərin ödənilməsini əmək qanunvericiliyinin normalarına uyğun olaraq tələb etmək hüququna malik ola bilər.

102. Lakin göstərilən hal qarşılıqlı iddianın təmin olunması üçün kifayət etmir.

103. Belə ki, əmək münasibətlərindən irəli gələn maddi məsuliyyətin tətbiqi üçün işçinin hüquqazidd davranışı, təqsiri, faktiki ziyanın mövcudluğu, həmin ziyanın məbləği və işçinin davranışı ilə zərər arasında səbəbli əlaqə məcmu şəkildə sübuta yetirilməlidir.

104. Hazırkı iş üzrə isə sadalanan hüquqi faktların heç biri mötəbər və kifayət edən sübutlarla təsdiq olunmamışdır.

105. Cavabdeh-iddiaçı ziyanın məbləğini 20.000 manat olaraq yalnız təxmini müəyyən etdiyini bildirmiş, həmin məbləğin hesablanmasına dair heç bir iqtisadi əsaslandırma təqdim etməmiş, zərərin faktiki həcmi isə ümumiyyətlə müəyyən edilməmişdir.

106. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianın təmin edilməsi üçün zəruri olan hüquqi əsaslar mövcud olmadığından, birinci instansiya məhkəməsi nəticə etibarilə qarşılıqlı iddianı düzgün olaraq rədd etmişdir.

107. Bu səbəbdən məhkəmə kollegiyası cavabdeh-iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin şikayətin də təmin edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsasların müəyyən edilmədiyi qənaətinə gəlir.

108. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddia tələblərinin mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri təsdiq olunmadığından, eyni zamanda qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı-

109. İddiaçı cavabdeh-iddiaçı “xxxx” MMC-yə qarşı istifadə edilməyən iş illərinə görə cavabdeh məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbinə dair və cavabdeh-iddiaçı “xxxx” MMCnin iddiaçı-cavabdeh İddiaçı qarşı şirkətə vurulmuş 20000 (iyirmi min) manat məbləğində ziyanın İddiaçı tutularaq “xxxx” MMC-yə ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı-cavabdehin vəkil-nümayəndəsi vəkil1 və cavabdeh-iddiaçı “xxxx” MMC-nin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

110. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

111. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar