Məhkəmə qərarları › İş №2(3-1)-11/2026

Ali Məhkəmə Qərardad — İş №2(3-1)-11/2026

22.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(3-1)-11/2026 22.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, 2(079)-564/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması haqqında Babək Rayon Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2(079)-564/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması haqqında qərardaddan şikayət) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Babək Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, 2(079)-564/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması haqqında Babək Rayon Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2(079)-564/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilən şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat və məhkəmə aktı

1. İddiaçı 14 avqust 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6188 (altı min bir yüz səksən səkkiz) manat 95 (doxsan beş) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 32 (otuz iki) AZN məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Babək Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, 2(079)-564/2025 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan iş üzrə iddiaçı təşkilat 15 dekabr 2025-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş və Babək Rayon Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2(079)-564/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1 və 363.1.1-ci maddələrinin tələblərinə uyğun verilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır.

4. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya şikayətini və “Elektron məhkəmə” informasiya sisteminin məlumatlarını nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, şikayətin məzmununda onun iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verildiyi qeyd olunsa da, əslində Nümayəndə2 tərəfindən imzalanmışdır. Buna baxmayaraq şikayətə nümayəndənin əsas iş yerinin həmin hüquqi şəxs olması barədə sənədlər əlavə olunmamışdır.

5. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1, 69.2, 361.2, 363.1, 363.1.1, 363.2, 363.3 və 363.4-cü maddələrinə istinad etmişdir. İİ. Şikayət və ona etirazın dəlilləri

6. İddiaçının nümayəndəsi 26 dekabr 2025-ci il tarixdə məhkəməyə şikayətlə müraciət edərək Naxçıvan MR Babək Rayon Məhkəməsinin 2(079)- 564/2025 nömrəli, 17 dekabr 2025-ci il tarixli qərardadının ləğv edilərək, a pellyasiya şikayətinin materiallarla birlikdə Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Şikаyət оnunlа əsаslаndırılmışdır ki, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. AR Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə və 10-1.2-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elek tron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Apellyasiya şikayəti elektron qaydada imzalanmış və göründüyü kimi imzalayan şəxs İddiaçı MMC-dir. Qanunvericiliyin tələblərinə uyğun olaraq elektron kabinetə yüklənilməsinə baxmayaraq qərəzli olaraq apellyasiya şikayəti geri qaytarılmışdır. Naxçıvan MR Babək Rayon Məhkəməsinin AR Mülki Prosessual Məcəlləsinin 361 və 363cü maddələrinə istinad edərək qərardad qəbul etməsi qanuna ziddir və əsassızdır.

8. Babək Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(079)-564/2025 nömrəli qərardadı ilə şikаyət əsаslı hesab edilməyərək, şikаyətin mülki işlə birlik də bаxılmаsı üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. İİİ. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

10. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.

11. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

12. Maddə 10-1.2. Mə hkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

13. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

14. Mad də 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir.

15. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır.

16. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

17. Maddə

400. Apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərd ə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. İV. Məhkəmə kollegiyasının mövqeyi

18. Kollegiya iş materiallarını, şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərardadının qanuniliyini və əsaslılığını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı tam ləğv edilməli və iş prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

19. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyanın ödənilməsi ilə bağlı qaldırdığı tələb Babək Rayon Məhkəməsinin qətnaməsi ilə rədd edilmiş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı təşkilat qanunvericiliklə müəyyən edilmiş qaydada apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

20. Lakin birinci instansiya məhkəməsinin qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1 və 363.1.1-ci maddələrinə istinad edilərək geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin mətnində şikayətin iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verildiyi göstərilsə də, faktiki olaraq şikayət Nümayəndə2 tərəfindən imzalanmış, lakin şikayətə həmin şəxsin iddiaçı hüquqi şəxsdə əsas iş yerinin olmasını təsdiq edən sənədlər əlavə e dilməmişdir (bax bənd 4).

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi qanunvericiliyin tələblərinə uyğun deyil və formal yanaşma xarakteri daşıyır.

22. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti yalnız o halda geri qaytarıla bilər ki, şikayət imzalanmamış olsun və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmış olsun, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilsin. İş materiallarından isə aydın olur ki, apellyasiya şikayəti imzalanmışdır və imza hüququna malik olan şəxs tərəfindən verilmişdir.

23. Belə ki, iş üzrə müəyyən olunmuşdur ki, İddiaçı hüquqşünası Nümayəndə2 iddiaçı təşkilatın səlahiyyətli şəxsi tərəfin dən qanunvericiliyin tələblərinə uyğun olaraq etibarnamə verilmiş (bax səh. 166), həmin etibarnamə ilə o, iddiaçının nümayəndəsi qismində bütün məhkəmə aktlarından, o cümlədən qətnamə və qərardadlardan şikayət vermək səlahiyyətinə malik olmuşdur. Bu hal iş materialları ilə təsdiq edilir.

24. Eyni zamanda, apellyasiya şikayətinin elektron formada “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edildiyi, sistemdə elektron imza ilə təsdiq olunduğu və imzalayan subyektin İddiaçı MMC olduğu, şikayəti imzalayan şəxsin isə həmin subyektin etibarnamə ilə təsdiqlənmiş nümayəndəsi K.M.Məmmədov olduğu açıq şəkildə görünür. Bu isə apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirildiyini bir daha təsdiq edir.

25. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 10-1.9-cu maddəsinə tələbinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə işdə iştirak edən şəxslərin, o cümlədən nümayəndələrin məlumatlarının sistemə yerləşdirilməsi işə baxan məhkəmənin vəzifəsidir. Birinci instansiya məhkəməsi, əgər şikayət üzrə nümayəndənin statusu ilə bağlı tərəddüd yaranmışdırsa, həmin şəxsi elektron sistemə iddiaçının nümayəndəsi qismində əlavə etməklə bununla bağlı məlumatları dəqiqləşdirmək imkanına malik olmuşdur.

26. Mülki Prosessual qanunvericiliyin tələbinə uyğun olaraq apellyasiya instansiyasında şikayətə baxılarkən həmin şəxs iddiaçının nümayəndəsi kimi “Elektron məhkəmə” informasiya sisteminə əlavə edilmiş və onun əmək müqaviləsi məlumatlarından aydın olmuşdur ki, Nümayəndə2 İddiaçı MMC-də hüquqşün as vəzifəsində çalışır və onun əsas iş yeri məhz həmin hüquqi şəxsdir. Bu isə birinci instansiya məhkəməsinin apellyasiya şikayətini geri qaytarmaq üçün əsas götürdüyü arqumentlərin əsassız olduğunu göstərir.

27. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin məzmununa və təqdim olunma formasına münasibətdə qanunvericiliyin tələblərini düzgün şərh etməməklə, işin mahiyyəti üzrə apellyasiya instansiyasında baxılmasını gecikdirmişdir. Halbuki, mülki prosesual qanunvericiliyin məqsədi tərəflərin prosessual hüquqlarının texniki səbəblərdən məhdudlaşdırılması deyil, əksinə, onların məhkəmə müdafiəsindən real və effektiv şəkildə istifadə etməsinin təmin edilməsidir. Həmçinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prez identinin 13 fevral 2014-cü il tarixli Sərəncamında da qeyd olunmuşdur ki, bu sistemin yaradılmasının məqsədi məhz məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və suiistifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət etməkdir.

28. Bu baxımdan qeyd olunmalıdır ki, nümayəndənin əsas iş yerinin iddiaçı təşkilat olmaması ilə bağlı formal yanaşma (halbuki EMİS məlumatlarından bu halın dəqiqləşdirilməsi mümkündür) iş üzrə apellyasiya instansiyasında işə vaxtında baxılma imkanının itirilməsi, prosesin süni şəkildə uzadılması və nəticə etibarilə işin m ahiyyəti üzrə baxılmasının ləngidilməsi ilə nəticələnə bilər.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0, 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

30. Beləliklə məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаnları prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayət təmin edilməli, Babək Rayon Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2(079)564/2025 nömrəli qərardadı tam ləğv edilməli və iş prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2 63, 264, 398.0, 398.0.2, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Babək Rayon Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2(079)-564/2025 nömrəli qərardadı tam ləğv olunsun. Prosessual hərəkətlərin aparılması üçün iş Babək Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar