Məhkəmə qərarları › İş №2(3-1)-131/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(3-1)-131/2026

03.07.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-131/2026 03.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya Mülki işin apellyasiya baxışından çıxarılaraq aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsi haqqında İddiaçı cavabdeh2 və cavabdeh1 qarşı torpaq sahəsinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair cavabdeh1 adına aparılmış qeydiyyatın, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, daşınmaz əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə payların bərabər şəkildə müəyyən edilməsi tələbi (Açar sözlər: işin apellyasiya baxışından çıxarılması, mülki işin birinci instansiya məhkəməsinə qaytarılması, icraata qəbul qərardadının ləğv edilməsi, məhkəmə işinin tamlığı) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Quliyev Vüqar Kərim oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh2 və cavabdeh1 qarşı torpaq sahəsinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair cavabdeh1 adına aparılmış qeydiyyatın, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, daşınmaz əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə payların bərabər şəkildə müəyyən edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işin apellyasiya baxışından çıxarılması məsələsinə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan baxıb müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı.

1. Iddiaçı İddiaçı ## ####### 2025-ci il tarixdə iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhəri, 6-cı məhəllə 4/26A ünvanında yerləşən torpaq sahəsinə dair Naxçıvan Regional "ASAN xidmət" Mərkəzinin Notariat ofisinin ## ###### 2024-cü il tarixli, *Ə-**** nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair cavabdeh1 adına aparılmış qeydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, Naxçıvan şəhəri, 6-cı məhəllə 4/26A ünvanında yerləşən daşınmaz əmlakın cavabdeh cavabdeh2 ilə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə paylarının bərabər şəkildə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iş vərəqə 01-07).

2. Şərur Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 arasında Naxçıvan şəhəri, 6-cı məhəllə 4/26A ünvanında yerləşən torpaq sahəsinə dair Naxçıvan Regional "ASAN xidmət" Mərkəzinin Notariat ofisində bağlanılmış ## ###### 2024-cü il tarixli, *Ə-**** nömrəli “Bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi, cavabdeh1 Ruslan oğlunun adına Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində həmin müqavilə əsasında aparılmış ## ###### 2024-cü tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi, Naxçıvan şəhəri, 6-cı məhəllə 4/26A ünvanında yerləşən ## ##### 2023-cü il tarixli ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən cavabdeh2 məxsus daşınmaz əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə İddiaçı və cavabdeh2 hər birinə 1/2 (ikidə bir) pay müəyyən edilməsi qət edilmişdir (iş vərəqə 176-191).

b) Məhkəmə aktından verilən apellyasiya şikayəti.

3. Mülki iş materiallarına əsasən Şərur Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh cavabdeh1 ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, sözügedən qətnamənin tam ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi (iş vərəqə 202-216).

II. Apellyasiya instansiyası məhkəməsində işin apellyasiya baxışından çıxarılması əsaslarının yoxlanılması.

4. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “02” iyul 2026-cı ildə daxil olmuş və kollegiyanın ## #### 2026-cı il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti mümkün hesab edilərək işin apellyasiya qaydasında şifahi icraatla baxılması təyin edilmişdir.

5. Kollegiya qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının ## #### 2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh1 apellyasiya şikayəti mümkün hesab edilsə də, işin icraata qəbulundan qısa müddət sonra mülki işin materiallarını "Elektron məhkəmə" informasiya sistemində olan işə dair sənədlərlə ətraflı nəzərdən keçirilərkən yeni prosessual faktlar aşkar edilmişdir. Belə ki, sistem üzərindən aparılan yoxlama zamanı birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsindən iş üzrə digər cavabdeh cavabdeh2 tərəfindən də apellyasiya şikayəti verildiyi müəyyən olunmuşdur.

6. Araşdırma nəticəsində məlum olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işin həm elektron, həm də fiziki (kağız) daşıyıcıda komplektləşdirilməsi və rəsmiləşdirilməsi zamanı ciddi prosessual nöqsanlara yol verilmişdir. Belə ki, "Elektron məhkəmə" informasiya sistemində işin "şikayət" bölməsinə yalnız cavabdeh cavabdeh2 apellyasiya şikayəti əlavə edildiyi halda, apellyasiya instansiyası məhkəməsinə göndərilmiş işin fiziki cildinə yalnız digər cavabdeh cavabdeh1 apellyasiya şikayəti tikilmişdir. Nəticə etibarilə, iş üzrə verilmiş apellyasiya şikayətləri fiziki iş materiallarında tam şəkildə öz əksini tapmamışdır.

7. Buna müvafiq olaraq, birinci instansiya məhkəməsi tərəfindən mülki iş fiziki qaydada yuxarı instansiya məhkəməsinə göndərilərkən sənədlərin inventarlaşdırılmasına lazımi diqqət yetirilməmiş və işdə olan vərəqlərin sayı aidiyyəti üzrə düzgün göstərilməmişdir. Kollegiya hesab edir ki, sadalanan bu texniki və prosessual çatışmazlıqlar mülki işin apellyasiya instansiyasında bütöv şəkildə araşdırılmasına, eləcə də işdə iştirak edən şəxslərin verilmiş bütün şikayətlərlə tanış olmaq və onlara etiraz bildirmək kimi qanuni hüquqlarının təmin edilməsinə birbaşa maneə yaradır.

8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya hesab edir ki, mülki işin həm elektron, həm də fiziki materiallarının komplektləşdirilməsində yol verilmiş və məhkəmə işinin tamlığına xələl gətirən prosessual çatışmazlıqlar hər iki cavabdehin verdiyi şikayətlərə mahiyyəti üzrə baxılmasını qeyrimümkün 9. edir.

10. Bu səbəbdən, ## #### 2026-cı il tarixli apellyasiya şikayətinin mümkün hesab edilməsi haqqında qərardad ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və müvafiq prosessual nöqsanların aradan qaldırılması (apellyasiya şikayətlərinin həm fiziki cildə, həm də "Elektron məhkəmə" informasiya sisteminə tam şəkildə əlavə edilməsi, vərəqlərin sayının dəqiqləşdirilərək müvafiq rəsmiləşdirmənin aparılması) üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

12. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

III. Apellyasiya instansiyası məhkəməsinin işin apellyasiya baxışından çıxarılması üzrə gəldiyi nəticə. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq,

qərar verdi:

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli "Apellyasiya şikayətinin mümkün hesab edilməsi haqqında" qərardadı ləğv edilsin. İddiaçı cavabdeh2 və cavabdeh1 qarşı torpaq sahəsinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair cavabdeh1 adına aparılmış qeydiyyatın, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, daşınmaz əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə payların bərabər şəkildə müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətləri üzrə mülki iş apellyasiya baxışından çıxarılsın. Mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən prosessual çatışmazlıqların aradan qaldırılması məqsədilə aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərardadından şikayət verilməzsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zamiq Əliyev Hakimlər: Vüqar Quliyev və Mehdi Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar