Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(3-1)-14/2026 26.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbi (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, sübutların siyahısı, prosessual formalizm, qanunun aliliyi, iddia ərizəsinin məzmununa dair imperativ tələblər) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim) Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(078)-1813/2025 nömrəli qərardadından iddiaçının vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı
1. İddiaçı “23” dekabr 2025-ci ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurduğu maddi zərərin 165.000 (bir yüz altmış beş min) manatın tam məbləğdə və 455 (dörd yüz əlli beş) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 01-04).
2. Naxçıvan Şəhər Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(078)-1813/2025 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdı (iş vərəqə 105-107).
3. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmasını iddiaçının Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmunun a riayət edilmədən iddia verməsi, yəni onda öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməməsi ilə əsaslandırmışdı. b) Məhkəmə aktından verilən şikayət
4. İddiaçı vəkil-nümayəndəsi Vəkil 29 dekabr 2025-ci il tarixdə məhkəməyə şikayətlə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(078)1813/2025 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 111-117).
5. İddiaçı tərəf şikayətini əsaslandıraraq qeyd etmişdi ki, İddiaçı ilə Cavabdeh arasında 2021-ci ildən etibarən etimada, qarşılıqlı razılaşmaya və faktiki şəriklik münasibətlərinə əsaslanan ticarət əlaqələri formalaşmışdı. Bu münasibətlər yazılı müqavilə ilə deyil, tərəflər arasında yaranmış qarşılıqlı etibar və razılaşma əsasında qurulmuşdu ki, bu da mülki dövriyyədə geniş yayılmış və hüquqla qorunan faktiki münasibətlər kateqoriyasına daxildir.
6. Məhz cavabdehin təşəbbüsü ilə iddiaçı tərəfindən ticarət fəaliyyəti məqsədilə dükan açılmış, iddiaçı öz şəxsi vəsaiti hesabına mərhələli şəkildə ümumilikdə 36.481 manat dəyərində müxtəlif növ malları cavabdehə təhvil vermişdir. Cavabdeh həmin malları qəbul edərək, onlardan istifadə etməklə müstəqil qaydada ticarət fəaliyyətinə başlamışdı. Malların cavabdehə verilməsi faktı iddiaçı tərəfindən təqdim edilən malların siyahıları, təhvil-təslim qeydləri və uçot sənədləri ilə təsdiq olunur.
7. Sonrakı mərhələdə iddiaçının əvvəlki şərikinin fəaliyyəti dayandırmaq istəməsi ilə əlaqədar tərəflər arasın da əlavə razılaşma əldə edilmiş, dükanın mövcud mal qalığı faktiki olaraq siyahı üzrə sayılaraq Cavabdeh təhvil verilmişdi. Həmin dövrdə dükanın faktiki mal qalığı 150.000 manatdan artıq məbləğdə qiymətləndirilmişdi. Bu təhvil-təslim prosesi sənədlərlə rəsmiləşdirilmiş, lakin həmin sənədlər cavabdehin özündə saxlanılmışdır. Buna baxmayaraq, iddiaçı tərəfindən həmin sənədlərin mövcudluğunu təsdiqləyən sübutlar və izahatlar məhkəməyə təqdim edilmişdi. Tərəflərin razılaşmasına əsasən, iddiaçının qoyduğu sərmayəyə mütənasib olaraq cavabdehin də 36.481 manat məbləğində mal gətirməsi və şəriklik balansının qorunması nəzərdə tutulmuşdur. Lakin faktiki vəziyyət tamamilə fərqli olmuşdur. Aparılmış dəqiqləşdirmələr nəticəsində cavabdehin yalnız 20.000 manatlıq mal gətirdiyi müəyyən edilmişdir. Bu ha l cavabdehin öz izahatları, təqdim edilmiş sənədlər və uçot qeydləri ilə təsdiqlənmişdir. Bununla da cavabdeh şəriklik münasibətlərində üzərinə düşən əsas öhdəliyi yerinə yetirməmiş, balansı pozmuş və iddiaçının əmlak maraqlarına zərər vurmuşdur.
8. Tərəflər arasında razılaşmaya əsasən, cavabdehin kassadan yalnız gündəlik zəruri ehtiyaclar üçün 200-300 manat məbləğində vəsait götürməsi mümkündür. Lakin sonradan cavabdehin kassadan dəfələrlə normadan artıq, heç bir əsaslandırma olmadan böyük məbləğlər götürdüyü, bu səbəbdən kassada ciddi kəsirlərin yarandığı müəyyən edilmişdir. Bu kəsirlər tərəflər arasında aparılmış həftəlik və aylıq üzləşmələr zamanı üzə çıxmış, nisyə dəftərləri, kassa qeydləri və bank çıxarışları ilə obyektiv şəkildə təsdiq edilmişdir. Bununla yanaşı, cavabdeh iddiaçıya məxsus dükana aid vəsaitlər hesabına avtomobil aldığı, habelə öz xalası oğlu ilə birlikdə həyata keçirdiyi restoran tikintisinin sənədləşdirilməsi üçün 1600 manat məbləğində vəsaiti dükan kassasından götürdüyünü açıq şəkildə etiraf etmişdir. Bu faktlar cavabdehin öz izahatları və iddiaçı tərəfindən təqdim edilmiş yazılı sübutlarla təsdiqlənmişdir və həmin vəsaitlərin heç birinin dükanın fəaliyyətinə xidmət etmədiyi açıq-aşkardır.
9. Eyni zamanda, Şahtaxtı istiqamətinə göndərilməsi nəzərdə tutulan bir sıra malların oğurlandığı, dükan kartından qanunsuz pul çıxarışlarının aparıldığı, nisyə dəftərlərində isə cavabdehin yaxın qohumlarının adına əsassız və saxta qeydlər aparıldığı müəyyən edilmişdir. Nisyə dəftərlərinin surətləri və bank sənədləri bu halların mövcudluğunu dəqiq şəkildə ortaya qoyur və cavabdehin sistemli şəkildə dükana məxsus vəsaitləri şəxsi maraqları üçün istifadə etdiyini sübut edir. İddiaçı bütün bu hallar fonunda cavabdehin dəfələrlə verdiyi vədlərə inanaraq uzun müddət dözümlülük nümayiş etdirmiş, lakin cavabdeh nə götürdüyü vəsaitləri qaytarmış, nə də üzərinə düşən öhdəlikləri icra etmişdir. Nəticədə cavabdeh Naxçıvan Muxtar Respublikası ərazisini tərk edərək Bakı şəhərinə getmiş və faktiki olaraq iddiaçının hüquqlarının bərpasını mümkünsüz vəziyyətə salmışdır.
10. Yuxarıda göstərilən bütün faktlar əsasında iddiaçı tərəfindən cavabdehin əsassız varlanması nəticəsində ümumilikdə 165.000 manat məbləğində maddi zərərin dəydiyi hesablanmışdır. Bu hesablamanın əsasını təşkil edən malların siyahıları, bankdan götürülmüş kredit sənədləri, nisyə dəftərlərinin s urətləri, bank çıxarışları və digər yazılı sübutlar iddia ərizəsinə əlavə edilərək "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi iddia ərizəsinə əlavə edilmiş sübutların mövcudluğunu və məzmununu araşdırmadan, onların iş üçün əhəmiyyətini qiymətləndirmədən, sübutların yetərliliyini yalnız məhkəmə baxışı mərhələsində müəyyən etməli olduğu halda, prosessual qənaət prinsipini formal şəkildə tətbiq edərək, iddia ərizəsini geri qaytarmışdır. Bu isə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təmin olunmuş məhkəməyə müraciət etmək hüququnun mahiyyət etibarilə məhdudlaşdırılması ilə nəticələnmişdir.
11. Beləliklə, apellyasiya şikayəti verən şəxs birinci instansiya məhkəməsinin işin faktiki hallarını ara şdırmadığını, təqdim edilmiş sübutlara hüquqi qiymət vermədiyini, sübutların olub-olmaması məsələsini mahiyyəti üzrə baxış mərhələsindən əvvəl həll etməklə MülkiProsessual Məcəllənin tələblərini kobud şəkildə pozduğunu əsaslandırılmış şəkildə mübahisələndirir və bu nöqsanların apellyasiya instansiyası tərəfindən aradan qaldırılmasını zəruri hesab edir.
12. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərardadın əsaslandırılmasından açıq şəkildə görünür ki, məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə nəticəyə gələrkən iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halların heç birini aydınlaşdırmamış, təqdim edilmiş materialları araşdırmamış və işin mahiyyəti ilə bağlı ilkin hüquqi qiymətləndirmə belə aparmamışdır. Halbuki, iddia ərizəsinin məhkəmə icraatına qəbul edilib-edilməməsi m əsələsi həll edilərkən, iddiaçının təqdim etdiyi fakt və halların mövcudluğu və onların iddianın predmetinə aidiyyəti yoxlanılmalı, lakin sübutların yetərliliyi və inandırıcılığı məsələsi yalnız işə mahiyyəti üzrə baxış zamanı müəyyən edilməlidir. Məhkəmə iddia ərizəsində açıq şəkildə göstərilmiş və işin düzgün həlli üçün mühüm əhəmiyyət daşıyan aşağıdakı faktiki halları ümumiyyətlə aydınlaşdırmamışdır.
13. İlk növbədə, məhkəmə iddiaçı ilə cavabdeh arasında faktiki şəriklik və etimada əsaslanan ticarət münasibətlərinin mövcudluğu faktını araşdırmamışdır. Halbuki, bu hal mübahisənin hüquqi mahiyyətinin, yəni münasibətlərin müqavilə öhdəliyi, yoxsa əsassız varlanma institutuna aid olmasının müəyyən edilməsi üçün əsas başlanğıc nöqtəsidir. Tərəflər arasında faktiki şəriklik münasibətlərinin m övcud olub-olmaması cavabdehin dükana aid əmlak və vəsaitlər üzərində hansı hüquqi əsasla sərəncam verdiyini müəyyən etmək baxımından həlledici əhəmiyyət daşıyır.
14. Məhkəmə, iddiaçı tərəfindən cavabdehə 36.481 manat dəyərində malların verilməsi faktının mövcudluğunu və bu faktı təsdiq edən sənədlərin iddia ərizəsinə əlavə edilibedilmədiyini araşdırmamışdır. Bu hal mühüm əhəmiyyət kəsb edir, çünki cavabdehin həmin malları hüquqi əsas olmadan əldə edib-etmədiyi və sonradan onlardan şəxsi maraqları üçün istifadə etməsi məhz bu faktın mövcudluğundan asılıdır. Malların verilməsi faktı aydınlaşdırılmadan əsassız varlanmanın mövcudluğu barədə hər hansı nəticəyə gəlmək mümkün deyildir.
15. Məhkəmə tərəfindən aydınlaşdırılmayan digər mühüm hal cavabdehin kassadan normadan artıq və icazəsiz vəsa itlər götürməsi faktıdır. İddia ərizəsində bu hal konkret olaraq göstərilmiş, həmin vəsaitlərin kassadan çıxarılması nisyə dəftərləri və bank çıxarışları ilə əsaslandırılmışdır. Bu faktın araşdırılmaması məhkəmənin gəldiyi nəticə üçün xüsusilə mühüm əhəmiyyət daşıyır, çünki kassadan icazəsiz pul götürülməsi cavabdehin iddiaçının əmlakı hesabına varlanmasının əsas mexanizmini təşkil edir.
16. Bununla yanaşı, məhkəmə cavabdehin dükana məxsus vəsaitlər hesabına avtomobil alması faktını və bu vəsaitlərin hüquqi əsasının olub-olmamasını da araşdırmamışdır. Bu hal mübahisənin predmetinə birbaşa aid olub, cavabdehin əldə etdiyi əmlakın qaytarılmalı olub-olmaması məsələsinin həllində mühüm rol oynayır. Avtomobilin hansı mənbədən alınması aydınlaşdırılmadan iddiaçının tələbinin əsassız hesab edilmə si hüquqi cəhətdən mümkün deyildir.
17. Eyni şəkildə, cavabdehin restoran tikintisinin sənədləşdirilməsi üçün dükana məxsus 1600 manat vəsaiti götürməsi faktı məhkəmə tərəfindən tamamilə diqqətdən kənarda saxlanılmışdır. Halbuki bu fakt cavabdehin dükana aid vəsaitlərdən şəxsi məqsədlərlə istifadə etdiyini göstərən açıq sübutlardan biridir və əsassız varlanma tələbinin əsaslandırılmasında mühüm rol oynayır.
18. Məhkəmə tərəfindən aydınlaşdırılmayan digər mühüm faktiki hal Şahtaxtı istiqamətinə göndərilməsi nəzərdə tutulan malların oğurlanması və dükan kartından qanunsuz pul çıxarışlarının aparılmasıdır. Bu hallar iddiaçı tərəfindən konkret faktlarla göstərilmiş və bank sənədləri ilə əsaslandırılmışdır. Həmin faktların araşdırılmaması iddiaçının iddiasının süni şəkildə formal əsaslarla arad an qaldırılmasına gətirib çıxarmışdır.
19. Bundan əlavə, məhkəmə nisyə dəftərlərində aparılmış saxtalaşdırmaların, cavabdehin yaxın qohumlarının adına əsassız nisyələrin yazılmasının mövcudluğunu araşdırmamışdır. Bu hal cavabdehin dükana məxsus vəsaitləri sistemli şəkildə mənimsədiyini göstərən əsas faktiki hallardan biridir və mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə, eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutların – malların siyahılarının, nisyə dəftərlərinin surətlərinin, bank kredit sənədlərinin və bank çıxarışlarının – faktiki olaraq mövcud olub-olmadığını yoxlamadan, onları ümumiyyətlə qiymətləndirmədən iddia ərizəsinin geri qaytarılması barədə nəticəyə gəlmişdir. Halbuki, sübutların mövcudluğu və onların iddianın predmetinə aidiyyəti məsə ləsi aydınlaşdırılmadan iddia ərizəsinin bu əsasla geri qaytarılması Mülki Prosessual Məcəllənin 149 və 152-ci maddələrinin mahiyyətinə ziddir.
20. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmadan, iddiaçının təqdim etdiyi materialları araşdırmadan və işin mahiyyəti üzrə baxış imkanını əsassız şəkildə aradan qaldırmaqla, nəticəyə gəlmişdir. Bu isə məhkəmənin gəldiyi nəticənin həm faktiki, həm də hüquqi baxımdan əsassız olmasına səbəb olmuş, iddiaçının məhkəməyə müraciət etmək hüququnun səmərəli həyata keçirilməsini mümkünsüz etmişdir.
21. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxararkən, öz nəticəsini müəyyən faktiki halların mövcudluğu barədə formalaşdırdığı qənaət üzərində qurmuşdur. Lakin həmin halların heç biri qanunvericiliyin tələblərinə uyğun sübutlarla təsdiq edilməmiş, əksinə, məhkəmə tərəfindən sübutetmə yükü və sübutların qiymətləndirilməsi qaydaları kobud şəkildə pozulmuşdur.
22. Məhkəmə iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə cavab vermədiyi qənaətinə gəlmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları təqdim etməmişdir. Lakin məhkəmə bu qənaətini heç bir obyektiv sübutla əsaslandırmamış, iddiaçı tərəfindən təqdim edilmiş materialların mövcudluğunu və məzmununu araşdırmamışdır. Beləliklə, məhkəmə tərəfindən “iddia ərizəsinə heç bir sübut əlavə edilməməsi” halı müəyyən edilmişdir. Halbuki, bu hal işin materialları ilə təkzib olunur. İddiaçı tərəfindən iddia ərizəsinə nisyə dəftərlərinin surətləri, bankdan götürülmüş kreditə dair sənədlər, cavabdehə verilmiş malların siyahıları və digər yazılı sübutlar əlavə edilmişdir. Məhkəmənin bu sənədləri araşdırmadan, onların mövcudluğunu belə müəyyən etmədən, əksinə, mövcud olmayan fakt kimi təqdim etməsi sübutetmə hüququnun əsas prinsiplərinə ziddir.
23. Məhkəmə iddiaçı tərəfindən sübutların təqdim edilməməsi halını sübut etməli olduğu halda, bu qənaətini yalnız öz subyektiv ehtimalına əsaslandırmışdır. Halbuki MülkiProsessual Məcəlləyə əsasən, hər hansı faktın mövcudluğu və ya mövcud olmaması yalnız qanunla nəzərdə tutulmuş sübut vasitələri ilə təsdiq edilə bilər. Məhkəmə isə iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısını tərtib etməmiş, onların "Elektron məhkəmə " informasiya sistemində mövcud olub-olmadığını yoxlamamış və bu barədə heç bir prosessual sənəd qəbul etməmişdir.
24. Bununla yanaşı, məhkəmə faktiki olaraq sübutların yetərli olub-olmaması məsələsini iddia ərizəsinin qəbul edilməsi mərhələsində həll etmişdir. Halbuki bu məsələ yalnız işə mahiyyəti üzrə baxılarkən, sübutların tərəflərin iştirakı ilə tədqiqindən sonra qiymətləndirilə bilər. Bu yanaşma ilə məhkəmə sübutların qiymətləndirilməsi institutunu prosessual mərhələlər üzrə bölünməsi prinsipinə zidd şəkildə tətbiq etmişdir.
25. Məhkəmə tərəfindən sübut edilməmiş digər mühüm hal iddiaçının iddiasının əsassız olması barədə formalaşdırılmış nəticədir. Məhkəmə bu nəticəni irəli sürərkən nə cavabdehin izahatını, nə də iddiaçının təqdim etdiyi sübutların etibarlılığını yoxlamışdır. Belə o lan halda, iddianın əsassız olması barədə nəticə qeyri-mötəbər və sübutsuz qənaət kimi çıxış edir. Bundan əlavə, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutların aidiyyətsiz, qeyri-mötəbər və ya ziddiyyətli olduğunu göstərən hər hansı hüquqi əsas irəli sürməmişdir. Əksinə, məhkəmə ümumiyyətlə sübutların məzmununa toxunmamış, onları qiymətləndirmədən mövcud olmadıqları nəticəsinə gəlmişdir. Bu isə sübutların tədqiqi və qiymətləndirilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş tələblərin tamamilə pozulması deməkdir.
26. Məhkəmə, həmçinin, sübutların hansı formada təqdim edilməli olduğu barədə iddiaçıya hər hansı izahat verməmiş, mümkün nöqsanların aradan qaldırılması üçün əlavə müddət təyin etməmişdir. Halbuki Mülki-Prosessual Məcəllənin mahiyyətindən irəli gələrək, məhkəmə formal nöqsanl ar mövcud olduqda onların aradan qaldırılması üçün tərəfə real imkan yaratmalıdır. Bu edilmədən iddia ərizəsinin geri qaytarılması ədalətli məhkəmə araşdırması prinsipinə ziddir.
27. Nəticə etibarilə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş “iddiaçı tərəfindən sübutların təqdim edilməməsi” halı nə qanunla nəzərdə tutulmuş sübutlarla təsdiq edilmiş, nə də iş materialları ilə əsaslandırılmışdır. Bu hal yalnız fərziyyə xarakteri daşıyır və hüquqi qüvvəyə malik hesab edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan halların sübut edilmədiyi barədə nəticəyə gəlmiş, lakin həmin nəticəni sübut edən heç bir mötəbər, aidiyyəti və qanuni sübut təqdim etməmişdir.
28. Bu isə məhkəmənin qərardadının faktiki və hüquqi baxımdan əsassız olmasına, eləcə də iddia çının məhkəməyə müraciət etmək hüququnun səmərəli həyata keçirilməsinə maneə törədilməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə iş üzrə iddiaçı tərəfindən göstərilmiş faktiki hallarla, təqdim edilmiş materiallarla və tərəflər arasında mövcud olmuş real münasibətlərin hüquqi mahiyyəti ilə uyğunluq təşkil etmir. Məhkəmə faktiki halları düzgün müəyyən etmədən və bu hallardan düzgün hüquqi nəticə çıxarmadan, formal yanaşma əsasında səhv nəticəyə gəlmişdir. Məhkəmə öz qərardadında iddia ərizəsinin Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə cavab vermədiyini və iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar təqdim etmədiyini qeyd etmişdir. Lakin b u nəticə işin real hallarına uyğun deyildir. Çünki iddia ərizəsində tərəflər arasında mövcud olmuş faktiki şəriklik münasibətləri, cavabdehin dükana aid əmlak və vəsaitlər üzərində sərəncam verməsi, bu vəsaitlərin şəxsi məqsədlərlə istifadə edilməsi və nəticədə iddiaçıya maddi zərərin vurulması ardıcıl və sistemli şəkildə izah edilmişdir.
29. Məhkəmənin səhv nəticəyə gəlməsinin əsas səbəbi, tərəflər arasında mövcud olmuş münasibətlərin hüquqi mahiyyətinin düzgün müəyyən edilməməsidir. Məhkəmə faktiki olaraq iddiaçının təqdim etdiyi halları sübutların yetərli olmaması kimi qiymətləndirmiş, halbuki söhbət sübutların qiymətləndirilməsindən deyil, iddianın mahiyyəti üzrə baxış mərhələsinə keçidin mümkün olub-olmamasından gedirdi. Bu isə məhkəmənin prosessual mərhələləri bir-biri ilə qarışdır dığını göstərir.
30. İşin hallarından aydın olur ki, iddiaçı ilə cavabdeh arasında yazılı müqavilə olmasa da, etimada və qarşılıqlı razılaşmaya əsaslanan faktiki münasibətlər mövcud olmuşdur. Cavabdeh iddiaçıya məxsus malları qəbul etmiş, həmin mallarla ticarət fəaliyyəti aparmış, kassaya nəzarət etmiş və dükana aid vəsaitlər üzərində faktiki sərəncam səlahiyyəti əldə etmişdir. Bu hallar iddianın hüquqi əsasını təşkil edir və məhz bu faktlardan cavabdehin əsassız varlanması barədə nəticə çıxarılmalıdır. Məhkəmə isə bu münasibətləri nəzərə almadan, yalnız sübutların guya təqdim edilməməsi arqumentinə istinad etmişdir. Məhkəmənin gəldiyi nəticə, tərəflər arasında ümumiyyətlə hüquqi mübahisənin mövcud olmadığı təəssüratını yaradır. Halbuki işin hallarından görünür ki, tərəflər arasında əmlak münasibətləri mövcud olmuş, bu münasibətlər çərçivəsində cavabdeh iddiaçının əmlakı hesabına varlanmış və iddiaçıya ciddi maddi zərər vurmuşdur. Bu faktlar nəzərə alınmadan iddia ərizəsinin geri qaytarılması, mübahisənin mahiyyətinin süni şəkildə inkar edilməsidir.
31. Bundan əlavə, məhkəmə səhvən belə nəticəyə gəlmişdir ki, iddiaçı öz tələblərini təsdiq edən sübutları ümumiyyətlə təqdim etməmişdir. Halbuki iddiaçı tərəfindən nisyə dəftərlərinin surətləri, bank kreditinə dair sənədlər, malların siyahıları və digər yazılı materiallar məhkəməyə təqdim edilmişdir. Məhkəmənin bu sübutları mövcud olmayan kimi qiymətləndirməsi, faktlardan hüquqi nəticəyə gəlmə prosesində açıq uyğunsuzluq yaratmışdır. Məhkəmə faktiki hallardan belə bir nəticə çıxarmışdır ki, iddia ərizəsi prosessual baxımdan qüsu rludur və məhkəmə icraatına qəbul edilə bilməz. Lakin işin hallarına uyğun olaraq, mümkün olan yeganə hüquqi nəticə iddia ərizəsinin icraata qəbul edilməsi və sübutların məhkəmə baxışı zamanı araşdırılması olmalı idi. Çünki iddia ərizəsində mübahisənin predmeti, tərəflər, tələb, hüquqi əsaslar və faktiki hallar kifayət qədər aydın göstərilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv hüquqi nəticəyə gəlmiş, işin real hallarını formal yanaşma ilə əvəz etmiş və mübahisənin mahiyyəti üzrə baxılmasını əsassız olaraq istisna etmişdir. Bu uyğunsuzluq məhkəmənin nəticələrinin işin hallarına uyğun gəlmədiyini açıq şəkildə göstərir və qərardadın ləğv edilməsi üçün müstəqil əsas təşkil edir.
32. Şikayəti edən işə baxan birinci instansiya məhkəməsinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 8, 157, 422, 1097 və 1099-cu maddələrinə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 151, 152, 263-268-ci maddələrinə istinad etmişdi. c) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə
33. Naxçıvan Şəhər Məhkəməsinin 30 dekabr 2025-ci il tarixli, 2(078)-1813/2025 nömrəli qərardadı ilə iddiaçının vəkili-nümayəndəsi Vəkil Naxçıvan Şəhər Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(078)-1813/2025 nömrəli qərardadından verdiyi şikayət əsaslı hesab edilməd iyindən məhkəmə aktı ləğv olunmamış və şikayətin işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır (iş vərəqə 123-130)
34. X1 Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “08” yanvar 2026- cı ildə daxil olmuşdur. İİ. Şikayətə qarşı etirazın dəlilləri.
35. Şikayətə qarşı etiraz daxil olmamışdır. İİİ. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri
36. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə kollegiya ilk olaraq işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.
37. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.
38. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellya siya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası m əhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, iddiaçının vəkil və nümayəndəsi Vəkil müraciəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır. İV. Tətbiq edilən hüquqi aktlar a) Azərbaycan Respublikası Konstitusiyası: 40. - 60-cı maddəsinin İ hissəsində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. b) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 41. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 42. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 43. -149.2-ci maddəsinin mahiyyətindən görünür ki, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahis ənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir; 44. -151.1 və 151.2-ci maddələrinin tələbinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər; 45. -151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır; 46. - 152.1 və 152.1.1-ci maddələrinin mənasından aydın olur ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 47. - 259.0 və 259.0.12-ci maddələrinin mahiyyətindən müəyyən edilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır; 48. -384.0 və 384.0.5-ci maddələrinin mahiyyətinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 49. - 387. 2 və 387.2.8-ci maddələrindən görünür ki, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir; 50. - 387.3-cü maddəsinə əsasən Bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir; 51. - 394.1-ci maddəsinə görə işə apellyasiya qaydasında baxan məhkəmə Mülki Prosessual Məcəllənin 265.4-cü və 265.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər. V. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi
52. Kollegiya işin materialları ilə tanış olub, şikayətin dəlillərini müzakirə və tətbiq edilməli olan qanunvericiliyi təhlil edərək bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ dedikdə, hər kəsin pozulmuş və ya mübahisə edilən hüquqlarının bərpası məqsədilə səlahiyyətli məhkəməyə müraciət etmək və işinin həmin məhkəmədə ədalətli araşdırılması hüququnun olması başa düşülür.
53. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qo runan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
54. Qeyd edilən prosessual normanın tələbindən də görünür ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, yəni bu hüququn məhdudiyyətə məruz qalması istisna edilmir.
55. Bu hüququn mütləq olmamasını Mülki-Prosessual Məcəllənin 151.1-ci maddəsinin məzmunundan da müəyyən etmək mümkündür ki, sözügedən prosessual normaya görə iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
56. Göründüyü kimi bu hüquqa olan məhdudiyyətlərin əsasını şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə məhkəməyə müraciət etməsi təşkil edir.
57. İddia ərizəsinin qanunvericiliyin tə ləblərinə əməl edilməklə verilməsi şərtlərini mülki prosessual qanunvericiliyin normaları əsasında qruplaşdırdıqda, bunlara iddia ərizəsinin aidiyyətinin düzgün seçilməsi, icraatın başlanmasına səbəb olan prosessual sənədin (ərizənin, iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin) mülki prosessual qanunvericiliklə müəyyən edilmiş formada və məzmunda tərtibi, həmçinin ona əlavə olunması zəruri olan sənədlərin iddia ərizəsinə əlavə edilməsini aid etmək olar.
58. İddia ərizəsinin verilməsinin qanunauyğun qaydada həyata keçirilməsinin yoxlanılması məqsədi ilə mülki prosessual qanunvericilik məhkəmə üçün 5 günlük müddət müəyyən edir (MPM maddə 151.3).
59. Qeyd edilənlərin ümumi nəticəsindən görünür ki, məhkəməyə iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda haki m onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır.
60. Naxçıvan Şəhər Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(078)-1813/2025 nömrəli qərardadında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin geri qaytarılma əsası kimi icraatın başlanmasına səbəb olan prosessual sənədin-iddia ərizəsinin məzmununa əməl edilməməsi, yəni həmin sənəddə sübutların siyahısının qeyd olunmaması göstərildiyindən və şikayət edən tərəf bu əsasla razılaşmadığından kollegiya bildirir ki, hüquq və mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs iddia ərizəsinin forma və məzmunu ilə bağlı Mülki-Prosessual Məcəllənin tələblərinə əməl etməlidir.
61. Belə ki, Mülki-Prosessual Məcəllənin 149-cu maddəs ində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Qeyd edilən prosessual normanın tələbindən görünür ki, həmin maddədə olan məlumatların qeyd edilməsini qanunvericilik imperativ qaydada müəyyən edib. Yəni iddia ərizəsi mülki işin başlanmasına səbəb olan prosessual sənədlərdən biri sayılmaqla, yuxarıda qeyd edilən məlumatları mütləq özündə əks etdirməlidir.
62. Kollegiya bildirir ki, qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Belə ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüks əkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.
63. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.
64. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquq i aktların qəbul edilməsini, qanunların icra edilməsi və onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir. 65. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 99-cu maddəsi ilə hakimlərin vəzifəsi kimi, ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etmək, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etmək, ədalətli və qərəzsiz olmaq müəyyən edilmişdi.
66. Qeyd edilən hüquq normalarına əsaslanmaqla kollegiya bildirir ki, qanunun aliliyi prinsipi özündə hüquqların müdafiəsini ehtiva etdiyi halda, prosessual formalizm prinsipi bu hüquqların qanunla müəyyən edilmiş prosessual qaydalara qeyd-şərtsiz riayət olunmaqla həyata keçirilməsini nəzərdə tutur. Həmçinin qanunun aliliyi tələb edir ki, qanun hər kəs üçün bərabər və proqnozlaşdırıla bilən olsun.
67. Göstərilənləri rəhbər tutmaqla kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 149.2.3-cü maddəsi imperativ (məcburi) normadır. Əgər iddiaçı minlərlə manat maddi zərər tələb edirsə, o, bu iddianı sadəcə təsvir etməli deyil, qanunun tələb etdiyi sübutların dəqiq siyahısını ərizənin daxilində sistemli şəkildə göstərməlidir. Sübutların yalnız sistemə yüklənməsi kifayət deyil, iddia ərizəsinin mətni elə tərtib olunmalıdır ki, cavabdeh hansı faktın hansı sübutla təsdiq olunduğunu dərhal anlasın və müdafiə oluna bilsin.
68. Şikayətdə qeyd olunan "sübutların yetərliliyinin qiymətləndirilməsi" arqumenti ilə bağlı kollegiya bildirir ki, iddia ərizəsinin icraata qəbulu mərhələsində məhkəmənin vəzifəsi sübutların kifayət qədər v ə ya yetərli olub-olmamasını deyil, onların təqdim edilibedilməməsini və ərizənin formasına riayət olunmasını yoxlamaqdır. Sübutların işin həlli üçün yetərli olub-olmaması məsələsi yalnız işin mahiyyəti üzrə baxışı zamanı, tərəflərin iştirakı ilə və çəkişmə prinsipi əsasında qiymətləndirilə bilər. Birinci instansiya məhkəməsi də sübutların keyfiyyətini deyil, onların prosessual təqdim edilmə formasını yoxlamışdır.
69. Naxçıvan Şəhər Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(078)-1813/2025 nömrəli qərardadından verdiyi şikayətinin dəlillərindən biri kimi iddiaçı tərəf, sübutların siyahısını ərizəyə əlavə edilən sənədlərin siyahısında göstərdiyini vurğuladığından, kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllənin mahiyyətinə əsasən iddiaçı tərəf iddia ərizəsində tələbinin əsası kimi qey d etdiyi halları təsdiq edən sübutları həmin prosessual sənəddə qeyd etməli, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməli, onu icraatına qəbul edən məhkəmə bundan sonra məhz iddiaçının tələbində qeyd etdiyi sübutları qarşı tərəfə göndərərək, iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etmək hüququnu izah etməlidir. Yəni cavabdehə özünü müdafiəsinə hazırlaşmaq, həmçinin iddia tələbinə qarşı etiraz etmək imkanı yaradılır. Elə bu səbəbdən də qanunvericilik prosessual sənəd kimi iddia ərizəsinin, özündə cavabdehə qarşı olan tələbin əsaslandırılmasını və bunu təsdiq edəcək sübutları əks etdirməli olduğunu nəzərdə tutur. Sübutların siyahısının göstərilməməsi isə məhkəmə tərəfindən cavabdehə göndərilməli olan sübutların dairəsinin müəyyən edilməsində çətinlik yaratması ilə yanaşı, iddia tələbinin yönəldiyi şəxsin hansı sübutun hansı faktı təsdiq etməsindən və onu iddia tələbinə qarşı vaxtında etiraz etmək imkanından da məhrum edir (Mülki Prosessual Məcəlləsinin 149.2, 149.2.3, 150.1.5 və 154.1-ci maddələri).
70. Qanunvericilik iddiaçının öz tələbinin əsası kimi sübut hesab etdiyi, cavabdehə göndərilməli olan sübutlarının dairəsinin dəqiq müəyyən edilməsi üçün iddia ərizəsinə əlavə edilən sənədlərin dairəsi ilə, sübutların siy ahını fərqləndirir. Çünki iddia ərizəsinə əlavə edilən hər bir sənəd nəticə etibarı ilə iddiaçının öz tələbinin əsaslandıran halın təsdiqi ilə bağlı sübut olmaya bilər. Bunu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü və 149.2.5-ci maddələrindən də açıq-aydın müəyyən etmək olar. (09 iyul 2021-ci il tarixli, 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş əlavəyə əsasən).
71. İddia ərizəsinə əlavə edilən sənədlərin iddiaçının öz tələbini əsaslandıran halın təsdiqi ilə bağlı sübut kimi qəbul edilməsi qarşı tərəfin hüququnun pozulması ilə yanaşı, məhkəmənin qərəzsiz olması prinsipi ilə ziddiyyət təşkil edir.
72. Belə ki, "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbay can Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
73. Azərbay can Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsindən də müəyyən edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
74. İddiaçı tərəfin birinci instansiya məhkəməsinin iddia ərizəsini yuxarıda sözügedən əsasla geri qaytarılmasını "səhv hüquqi nəticəyə gəlmiş" kimi qəbul etməsinə gəldikdə isə kollegiya buna hüquqi qiymət verilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən 384.0, 384.0.5, 387.2 və 387.2.8, 387.3 və 394.1-ci maddələrinin mahiyyətinə görə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan verilmiş iddia ərizəsinin icraata qəbul edilməsi, gələcəkdə mübahisə üzrə qəbul edilmiş yekun məhkəmə aktının ləğv edilməsi, ərizənin baxılmamış saxlanılması və hakimin barəsində xüsusi qərardad çıxarılması üçün əsasdır.
75. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsindən, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərməməsi müəyyən edildiyindən, bu hal isə özlüyündə iddia ərizəsinin məzmununa əməl edilməsini ehtiva etdiyindən kollegiya bildirir ki, Mülki-Prosessual Məcəllənin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
76. İddia ərizəsinin geri qaytarılmasının əsaslarını tənzimləyən prosessual hüquq normalarını (MPM maddə 152) ərizənin baxılmamış saxlanılması əsaslarını (MPM maddə 259) tənzim edən prosessual hüquq normaları ilə qarşılıqlı şəkildə nəzərdən keçirdikdə aydın olur ki, ərizənin baxılmamış saxlanılmasının bir çox hüquqi əsası, mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verilmiş iddia tələbini əsas olmadan icraata qəbul etmiş məhkəmənin, sonradan bu qanunauyğun olmayan davranışını aradan qaldırmasına yönəlmiş prosessual addımdır. Bunlardan birini isə məhz Mülki-Prosessual Məcəllənin 259.0.12-ci maddəsində qeyd edilən əsas təşkil edir, qanunvericilik prosessual qənaət prinsipi baxımından burada iddiaçının da mənafeyini (qanunauyğun olmayan iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı aparılmış prosessual hərəkətlərə sərf edilmiş müddəti, habelə yenid ən iddia qaldırmağın müəyyən vaxt aparmasını) nəzərə alaraq, icraata qəbul edilməli olmayan (geri qaytarılmalı) iddia ərizəsini icraatına qəbul etmiş məhkəmənin, həmin prosessual sənəddə olan nöqsanların aradan qaldırması üçün iddiaçıya müddət müəyyən edilməsini özündə ehtiva edir.
77. Göründüyü kimi, iddia ərizəsinin mülki prosessual qanunvericiliyin tələbinə uyğun verilməməsi, icraata qəbul edilməsi ərəfəsində onun geri qaytarılması, səhvliklə icraata qəbul etdikdə isə ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Hazırkı mülki iş üzrə iddiaçı tərəfin mübahisələndirdiyi prosessual hərəkət iddia ərizəsinin icraata qəbul edilməsi ərəfəsində olduğundan, bu zaman ona hər hansı müddətin verilməsindən söhbət gedə bilməz. Bunun üçün qanunvericilik nöqsanların aradan qaldırılaraq yenidən ümumi qaydada məhkəməyə müraciət etməsini nəzərdə tutur.
78. Qeyd edilənlərin məcmusu kollegiyanı belə bir nəticəyə gətirir ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərardad işin materiallarına və mülki prosessual qanunvericiliyin tələblərinə tam uyğundur. İddiaçı tərəfindən iddia ərizəsində sübutların siyahısının göstərilməməsi sadə bir texniki nöqsan deyil, cavabdehin müdafiəsini qurmasına və məhkəmənin çəkişmə prinsipini təmin etməsinə mane olan fundamental prosessual qüsurdur.
79. Bununla yanaşı, prosessual qənaət və məhkəməyə müraciət hüququnun səmərəli həyata keçirilməsi prinsiplərini rəhbər tutaraq kollegiya qeyd edir ki, iddiaçı yenidən məhkəməyə müraciət etmək hüququnu həyata keçirərkən mübahisənin predmeti olan münasibətlərin (faktiki şəriklik, ticarət dövriyyəsi və mənfə ət bölgüsü və s.) hüquqi təbiətini və tərəflərin subyekt tərkibini ("Elektron məhkəmə" informasiya sistemində olan məlumatlara əsasən hər iki tərəfin sahibkarlıq statusu mövcuddur) yenidən təhlil etməlidir. Mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlılığı diqqətlə aydınlaşdırılması, gələcəkdə işin aidiyyəti üzrə göndərilməsi və ya iddia ərizəsinin yenidən geri qaytarılması kimi prosessual ləngimələrin qarşısını almağa xidmət edər.
80. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiya Naxçıvan Şəhər Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(078)-1813/2025 nömrəli qərardadında iddia ərizəsinin geri qaytarılma əsası kimi göstərilən "iddia ərizəsinin məzmununa əməl edilməməsi" ilə bağlı əsası qanuni, iddiaçı tərəfin şikayətində bununla bağlı qeyd etdiyi dəlilləri isə əsassız hesab edir.
81. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.
82. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 83. -İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(078)-1813/2025 nömrəli qərardadından verilmiş şikayət təmin edilməməli; 84. - Naxçıvan Şəhər Məh kəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(078)-1813/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
85. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu M əcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
86. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
87. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaları n tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir. Vİ. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(078)-1813/2025 nömrəli qərardadından verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(078)-1813/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.