Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-149/2026 04.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və X2 ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, iddiaçı Cəfərova (Abbasova) Səbinə Fazil qızının, cavabdehlər cavabdeh2 və cavabdeh1 və cavabdeh cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçı Cəfərova (Abbasova) Səbinə Fazil qızının cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı torpaq sahəsinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair cavabdeh1 adına aparılmış qeydiyyatın, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, həmin daşınmaz əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə payların bərabər şəkildə müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, 6-cı məhəllə 4/26A ünvanında yerləşən torpaq sahəsinə dair Naxçıvan regional "ASAN xidmət" mərkəzinin notariat ofisinin ##.##.2024-cü il tarixli, *Ə-**** nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrinde həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair cavabdeh1 adına aparılmış qeydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, Naxçıvan şəhəri, 6-cı məhəllə 4/26A ünvanında yerləşən daşınmaz əmlakın cavabdeh cavabdeh2 ilə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə paylarının bərabər şəkildə müəyyən edilməsi, məhkəməyə müraciət etmək üçün ödədiyi 200 (iki yüz) manat dövlət rüsumunun əvəzinin cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər – cavabdeh2 və cavabdeh1 arasında Naxçıvan şəhəri, 6-cı məhəllə, 4/26A ünvanında yerləşən torpaq sahəsinə dair Naxçıvan regional "ASAN xidmət" mərkəzinin notariat ofisində bağlanılmış ##.##.2024-cü il tarixli, *Ə**** nömrəli “Bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi, cavabdeh1 Ruslan oğlunun adına Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Dövlət reyestrində həmin müqavilə əsasında aparılmış ##.##.2024 tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi, Naxçıvan şəhəri, 6-cı məhəllə 4/26A ünvanında yerləşən ##.##.2023-cü il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən cavabdeh2 məxsus daşınmaz əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə İddiaçı və cavabdeh2 hər birinə 1/2 (ikidə bir) pay müəyyən edilməsi, cavabdehlər – cavabdeh2 və cavabdeh1 müştərək qaydada iddiaçı İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin olunması, Şərur Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin olunması, Şərur Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. ## ######## 2026-cı il tarixdə apellyasiya şikayətinə baxılarkən tərəflər məhkəmə iclasında kollegiyaya barışıq sazişi təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdirlər. Kollegiyaya təqdim olunmuş tərəflər arasında bağlanmış barışıq sazişinin məzmunu aşağıdakı kimi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı torpaq sahəsinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair cavabdeh1 adına aparılmış qeydiyyatın, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, həmin daşınmaz əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə payların bərabər şəkildə müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar aşağıdakı qaydada barışıq sazişi bağlayırıq:
1. Mən iş üzrə iddiaçı İddiaçı cavabdeh cavabdeh2 tərəfindən mənə Naxçıvan şəhəri, 6-cı məhəllə, 4/26A ünvanında yerləşən 0.04 ha torpaq sahəsindən mənə çatan ½ hissədə pay hüququmdan 30000 (otuz min) manat məbləğində kompensasiya verilməsi, həmin məbləğin tam həcmdə ## ###### 2026-cı il tarixədək ödənilməsi müqabilində tələbimdən imtina edirəm. Bu razılıq şərti əsasında mübahisəli torpaq sahəsinin (Naxçıvan şəhəri, 6-cı məhəllə, 4/26A ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin) hazırkı hüquqi vəziyyətdə qalmasına etirazımın olmadığını bildirirəm. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirəm.
2. Mən iş üzrə cavabdeh cavabdeh2 iddiaçı İddiaçı Naxçıvan şəhəri, 6-cı məhəllə, 4/26A ünvanında yerləşən 0.04 ha. torpaq sahəsindən ona çatası 1\2 hissədə pay hüququn bu razılıq şərti əsasında mübahisəli torpaq sahəsinin (Naxçıvan şəhəri, 6cı məhəllə, 4/26A ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin) hazırkı hüquqi vəziyyətdə qalması qarşılığında ona ## ###### 2026-cı il tarixədək birdəfəlik 30000 manat məbləğində pul verilməyimi öhdəmə götürürəm. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirəm.
3. Mən iş üzrə cavabdeh cavabdeh1 oğlum cavabdeh2 tərəfindən iddiaçı İddiaçı Naxçıvan şəhəri, 6-cı məhəllə, 4/26A ünvanında yerləşən 0.04 ha. torpaq sahəsindən ona çatası 1\2 hissədə pay hüququn bu razılıq şərti əsasında mübahisəli torpaq sahəsinin (Naxçıvan şəhəri, 6-cı məhəllə, 4/26A ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin) hazırkı hüquqi vəziyyətdə qalması qarşılığında ## ###### 2026-cı il tarixədək birdəfəlik 30000 manat məbləğində pul verilməsi şərti ilə razılaşıram. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirəm.
4. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirik. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr bizə aydındır. Barışıq sazişinin təsdiq olunaraq mülki işin icraatına xitam verilməsinin hüquqi nəticələri bizə izah olundu və razıyıq. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında yuxarıda qeyd olunan məzmunda bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu Məcəllənin 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Kollegiya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar fikirlərini dinləyərək belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə sazişin təsdiq olunmaması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci və 191.4-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil, ona görə də tərəflər arasında ## #### 2026-cı il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən normanın tələbinə uyğun olaraq kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə ********** nömrəli ## ####### 2025-ci il tarixli qəbzlə ödənilmiş 100 (bir yüz) manat və həmçinin “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə ********** nömrəli ## ####### 2025-ci il tarixli qəbzlə ödənilmiş 100 (bir yüz) manat, ümumilikdə 200 (iki yüz) manat dövlət rüsumu iddiaçıya, eyni zamanda apellyasiya şikayəti verilərkən cavabdeh cavabdeh1 tərəfindən “Birbank” tətbiqi vasitəsilə “xxxx” ASC-nin Naxçıvan şəhər filialına ## #### 2026-cı il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh cavabdeh1 və cavabdeh cavabdeh2 tərəfindən “Birbank” tətbiqi vasitəsilə “xxxx” ASC-nin Naxçıvan şəhər filialına ## #### 2026-cı il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh cavabdeh2 geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 384.0.5, 400, 402.2.4, 405.0.2 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya
qərara alır:
Iddiaçı Cəfərova (Abbasova) Səbinə Fazil qızı, cavabdehlər cavabdeh2 və cavabdeh1 arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:
1. Mən iş üzrə iddiaçı İddiaçı cavabdeh cavabdeh2 tərəfindən mənə Naxçıvan şəhəri, 6-cı məhəllə, 4/26A ünvanında yerləşən 0.04 ha torpaq sahəsindən mənə çatan ½ hissədə pay hüququmdan 30000 (otuz min) manat məbləğində kompensasiya verilməsi, həmin məbləğin tam həcmdə ## ###### 2026-cı il tarixədək ödənilməsi müqabilində tələbimdən imtina edirəm. Bu razılıq şərti əsasında mübahisəli torpaq sahəsinin (Naxçıvan şəhəri, 6-cı məhəllə, 4/26A ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin) hazırkı hüquqi vəziyyətdə qalmasına etirazımın olmadığını bildirirəm. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirəm.
2. Mən iş üzrə cavabdeh cavabdeh2 iddiaçı İddiaçı Naxçıvan şəhəri, 6-cı məhəllə, 4/26A ünvanında yerləşən 0.04 ha. torpaq sahəsindən ona çatası 1\2 hissədə pay hüququn bu razılıq şərti əsasında mübahisəli torpaq sahəsinin (Naxçıvan şəhəri, 6-cı məhəllə, 4/26A ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin) hazırkı hüquqi vəziyyətdə qalması qarşılığında ona ## ###### 2026-cı il tarixədək birdəfəlik 30000 manat məbləğində pul verilməyimi öhdəmə götürürəm. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirəm.
3. Mən iş üzrə cavabdeh cavabdeh1 oğlum cavabdeh2 tərəfindən iddiaçı İddiaçı Naxçıvan şəhəri, 6-cı məhəllə, 4/26A ünvanında yerləşən 0.04 ha. torpaq sahəsindən ona çatası 1\2 hissədə pay hüququn bu razılıq şərti əsasında mübahisəli torpaq sahəsinin (Naxçıvan şəhəri, 6-cı məhəllə, 4/26A ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin) hazırkı hüquqi vəziyyətdə qalması qarşılığında ## ###### 2026-cı il tarixədək birdəfəlik 30000 manat məbləğində pul verilməsi şərti ilə razılaşıram. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirəm.
4. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirik. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr bizə aydındır. Barışıq sazişinin təsdiq olunaraq mülki işin icraatına xitam verilməsinin hüquqi nəticələri bizə izah olundu və razıyıq. Şərur Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Iddiaçı Cəfərova (Abbasova) Səbinə Fazil qızı tərəfindən iddia ərizəsi verilərkən “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə ********** nömrəli ## ####### 2025-ci il tarixli qəbzlə ödənilmiş 100 (bir yüz) manat və həmçinin “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə ********** nömrəli ## ####### 2025-ci il tarixli qəbzlə ödənilmiş 100 (bir yüz) manat ümumilikdə 200 (iki yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Eyni zamanda cavabdeh cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərkən “Birbank” tətbiqi vasitəsilə “xxxx” ASC-nin Naxçıvan şəhər filialına ## #### 2026-cı il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh cavabdeh1, cavabdeh cavabdeh2 tərəfindən “Birbank” tətbiqi vasitəsilə “xxxx” ASC-nin Naxçıvan şəhər filialına ## #### 2026-cı il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh cavabdeh2 geri qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.