Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(3-1)-15/2026 11.02.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar söz: pul tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(110)-127/2025 nömrəli qətnaməsindən İddiaçı vəkil-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında b axaraq, müəyyən etdi: İ. İşin halları
1. İş materiallarında olan Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivində yaşayan İddiaçı ərizə ilə Nərimanov rayon Polis İdarəsinə müraciət edərək göstərmişdir ki, Cavabdeh1, X4 və Cavabdeh2 ona hədə-qorxu gələrək itmiş qızıl-zinət əşyalarının əvəzinə 28000 manat dəyərində "BMW" markalı avtomobilini Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsində yerləşən “Şərq Bazarı"nın qarşısında ələ keçirmiş və həmin avtomobilə görə Cavabdeh2 mülki etibarnamə vermişdir.
2. Materiala əlavə edilmiş qəbzin surəțindən görünür ki, X4 tərəfindən İddiaçı dəymiş ziyan bütövlükdə ona qaytarılmışdır və ona görə də İddiaçı heç kimdən şikayət və tələbi yoxdur. Beləliklə, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus "BMW" markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə Cavabdeh2 adına etibarnamə vermiş, sonuncu tərəfindən həmin avtomobil "Turbo.az" saytına elan yerləşdirməklə satılmış, lakin sonradan İddiaçı dəymiş ziyan bütövlükdə ona qaytarılmışdır və ona görə də İddiaçı heç kimdən şikayət və tələbi yoxdur.
3. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İİ. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş olan 30000 (otuz min) manat ziyanın Cavabdeh1, X4 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənil məsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İşin məhkəmədə baxılması zamanı iddiaçının vəkili və nümayəndəsi X5 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh X4 ilə iddiaçı arasında razılıq əldə olunmuş, bu səbəbdən də iddiaçı həmin cavabdehə qarşı tələbindən imtina edir.
6. Şərur Rayon Məhkəməsi tərəfindən işə dəqiqləşdirilmiş tələblər çərçivəsində-ona dəymiş 30.000 manat məbləğində maddi ziyanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması tələbi üzrə baxılması məhkəmədən xahiş olunmuş, məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla işə dəyişdirilmiş iddia tələbləri hüdudunda baxılması qərara alınmışdır.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlərin rəhbərlik etdiyi "xxxx" MMC-də “Laçın” T icarət Mərkəzində usta kimi çalışmış, iş prosesində cavabdehlərin göstərişi ilə bütün avadanlıqlarla birlikdə Nərimanov rayonu ərazisində yerləşən “Şərq bazarı”na köçürülmüşdür. O, köçürülmə zamanı ona həvalə olunmuş dəyəri 38.000 manat olan qızılı (xam malı) dəzgahın alt bölməsində saxlamış, lakin köçürülmə bitdikdən sonra həmin qızılın itməsi aşkar edilmişdir. İddiaçının bildirdiyinə görə, o, itkinin kim tərəfindən törədildiyini müəyyən etmək üçün kamera görüntülərinə baxmaq istəmiş, lakin cavabdehlər buna mane olmuşlar. “Şərq bazarı” ərazisində yerləşən sexdə kamera olmadığından, dəzgahın alt bölməsini sonuncu dəfə kimin açdığı məlum olmamışdır. İddiaçı hadisə barədə polisə müraciət edəcəyini bildirdikdə, cavabdehlər onu bu addımdan çəkindirmiş, əksinə, itmiş qızılın dəyərini ondan tələ b etmiş, onu hədələyərək 38.000 manat ödəməyə məcbur etmişlər. İddiaçının dediyinə görə, cavabdehlər tərəfindən ona psixoloji təzyiq göstərilərək **-UN-*** dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı "BMW" markalı avtomobilini təhvil verməyə məcbur edilmiş, Cavabdeh2 onu notariat ofisinə apararaq həmin avtomobilə dair mülki etibarnamə almışdır. Cavabdehlərin geniş maddi imkanlara malik olduqlarını və ona qarşı təhdidlər irəli sürdüklərini nəzərə alaraq, iddiaçı iş yerini itirməmək məqsədilə 30.000 manat məbləğində pulu da onlara verməyə razılaşmış, pulu ödədikdən sonra avtomobilini cavabdehlərdən istəmiş, lakin cavabdehlər onun avtomobilini geri qaytarmaqdan imtina etmişlər. Bundan sonra o, avtomobilinin hədə-qorxu ilə ondan alınması ilə bağlı polisə müraciət etmiş, Nərimanov rayon Polis İdarəsində aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən avtomobil “Turbo.az” saytında satışa çıxarılmış və cavabdeh Cəfərov Çingiz tərəfindən 20.000 manata satılmışdır. Cəfərov Çingiz polis idarəsində avtomobilin satış məbləğini ona ödəmiş, nəticədə avtomobilə dair mübahisə aradan qalxmışdır. Lakin cavabdehlər tərəfindən ondan alınmış 30.000 manat məbləğində pulun geri qaytarılması təmin edilməmişdir. İddiaçı qeyd etmişdir ki, cavabdehlərin ondan hədə-qorxu və təzyiq altında 30.000 manat alması faktını şahidlər-X6 və X7 təsdiq edə bilərlər.
8. Müvafiq məhkəmə tapşırığı əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, İddiaçı onun qızının əridir, cavabdehləri isə yalnız bir dəfə görmüşdür. Onlara qarşı hər hansı qərəzli mövqeyi, düşmənçiliyi yoxdur. İddiaçı cavabdehlərlə birlikdə işləyən zaman müəsisənin köçə-köç vaxtı cavabdehlərə məxsus 38000 manat dəyərində məhsul yoxa çıxmışdır. Həmin məhsul Şəadət Məmmədovun cavabdehliyində olduğundan, cavabdehlər məhsulun dəyərini İddiaçı tələb etmişdirlər. Pulu ödəyənə qədər İddiaçı avtomobilini aralarında olan şifahi razılaşmaya əsasən etibarnamə verməklə girov kimi saxlamışlar. Eyni zamanda şahid bildirmişdir ki, həmin məhsulun itdiyi yerdə görüntü kamerası olduğundan İddiaçı polisə müraciət edilərək həmin kameralar baxılmasını tələb etsədə, cavabdehlər bundan imtina etmişdir. Lakin bildirmişdir ki, əgər məhsul tapılarsa onun pulunu cavabdehlər tərəfindən qaytaracağlarına söz vermişdirlər. Bundan sonra İddiaçı 30.000 manat məbləğində kredit götürərək cava bdehlərə vermişdir, lakin cavabdehlər avtomobili qaytarmaqdan imtina etmişdirlər. Bundan sonra cavabdehlər İddiaçı adamları ilə görüşməyi təklif etmişlər, bu məqsədlə o, Şadətin əmisi və Şadət olmaqla cavabdehlərlə 8-ci km ərazisi deyilən yerdə görüşmüşdürlər. Həmin görüşdə onlar cavabdehlərdən maşını qaytarmasını, həmçinin video kamera üzrə görüntüləri çıxarılmasını tələb etmişlər, lakin cavabdehlər bundan imtina etmişdirlər. Bundan sonra onlar polisə müraciət etmişdirlər. Polisə çağrılan zaman məlum olmuşdur ki, cavabdehlər iddiaçıya məxsus avtomobili 28000 manata satmışdırlar. Həmin pulun 8000 manat olan hissəsini cavabdehlər götürmüş, 20000 manat olan hissəsini isə İddiaçı qaytarmışdırlar.
9. Müvafiq məhkəmə tapşırığı əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində şahid qismində dindi rilmiş X6 verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı onun qardaşı oğludur, cavabdehləri isə İddiaçı iş yoldaşları kimi tanıyır. Onlara qarşı hər hansı qərəzli mövqeyi, düşmənçiliyi yoxdur. Qardaşı oğlunun işlədiyi yerdə 38000 manat dəyərində qızıl itdiyindən və həmin qızıl qardaşı oğlu tərəfindən istehsal etməli olduğundan qızıl itən zaman qardaşı oğlunda olmuşdur. Buna görə də cavabdehlər həmin pulu İddiaçı tələb etmiş, şifahi razılağa əsasən isə qardaşı oğlunun avtomobilini etibarnamə alaraq girov götrmüşdürlər. Bundan sonra İddiaçı bankdan 30000 manat məbləğində pulu kredit götürərək cavabdehlərə ödəmiş olsada, cavabdehlər avtomobili İddiaçı geri qaytarmamışdır. Sonradan cavabdehlərin etibarnamədən istifadə edərək avtomobili başqa bir şəxsə satmış olduğlarını öyrənmişlər. Əslində o, id diaçıya cavabdehlərə pul ödəməməyi məsləhət görmüşdür, beləki, qızılın oğurlandığı yerdə kamera görüntülərə baxılmış, qızılın qardaşı oğluna verildiyi kamera görüntüsündə olsa da, qızılın oğurlanması kamera görüntülərinə düşməmişdir. İddiaçı tərəf cavabdehlərin maşının qaytarılmadığını gördükdə polisə müraciət etmiş, polisdə müəyyən edilmişdir ki, cavabdelər 40.000 manat qiyməti olan avtomobili 28.000 manata satmış, 8000 manatı hissəsini özlərinə götürmüş, 20.000 manat olan hissəni isə iddiaçıya qaytarmışdırlar.
10. Şərur Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(110)-127/2025 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı cavabdehlərin rəhbərlik etdiyi "xxxx" MMC-də usta kimi çalışmış, həmin MMC-nin faktiki rəhbəri və mülkiyyətçisi X4 olmuşdur. İş prosesində MMC-yə məxsus 38.000 manat dəyərində qızıl xammalı itib və bu səbəbdən iddiaçı, öz izahatına əsasən, həmin zərərin əvəzi kimi mülkiyyətçiyə – X2 30.000 manat məbləğində vəsait ödəmişdir. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" MMC-nin istehsal və idarəetmə fəaliyyətinə rəhbərlik edən şəxs məhz X4 olmuş, digər cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 isə sadəcə həmin MMC-də işləyən şəxslər olmuşlar. İtmiş qızılın mülkiyyətçisi MMC və onun sahibi olduğundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, zərər yalnız hüquqla müdafiə edilən şəxsə – yəni mülkiyyətç iyə vurulmuş hesab edilə bilər. Bu baxımdan, əgər işçi tərəfindən mülkiyyətçiyə məxsus əmlaka zərər vurulmuşdursa belə, zərər yalnız mülkiyyətçiyə ödənilməlidir; digər işçilərə və ya üçüncü şəxslərə qarşı bu məbləğin ödənilməsi hüquqi cəhətdən mümkün deyil. İş materiallarından və şahid ifadələrindən göründüyü kimi, iddiaçı tərəfindən ödənilən 30.000 manat məbləğində pul məhz MMC-nin sahibi X2 verilmişdir. Bu isə o deməkdir ki, iddiaçı zərəri birbaşa zərərçəkənə – mülkiyyətçiyə ödəməklə öz öhdəliyini icra etmişdir. Belə olan halda, iddiaçının həmin məbləği digər işçilər – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməsi hüquqi əsasa malik deyil. Çünki bu şəxslər iddiaçı ilə eyni səviyyədə əmək münasibətlərində olan işçilər olmuş, nə mülkiyyətçi, nə də hüquqi varis statusuna malik deyildirlər. Onların zərərçəkən və ya varlanmış şəxs kimi qəbul edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Beləliklə, iddiaçının 30.000 manat məbləğində pulu işçilər deyil, məhz MMC-nin sahibi X2 verməsi müəyyən edilmişdir. Bu hal onun hüquqi münasibətinin yalnız mülkiyyətçi ilə mövcud olduğunu göstərir. Məhkəmə eyni zamanda nəzərə almışdır ki, iddiaçı məhkəmə baxışı dövründə cavabdeh X4 ilə razılıq əldə etmiş və ona qarşı verdiyi iddiadan imtina etmişdir. Bu isə o deməkdir ki, iddiaçı zərərin ödənilməsi ilə bağlı əsas subyektlə – mülkiyyətçi ilə münasibətini tənzimləyərək mübahisəni aradan qaldırmış, nəticədə iddia predmeti tamamilə aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.5-ci maddəsinə əsasən, əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşdursa, onun əvəzinin ö dənilməsindən imtina edilə bilər. Bu işdə iddiaçı özü etiraf edir ki, 30.000 manat pulu könüllü şəkildə, qarşı tərəfə dəymiş ziyanın əvəzində, öz razılığı ilə vermişdir. İş materiallarında iddiaçının bu məbləği “hədə-qorxu” və ya “məcburiyyət” altında verdiyini təsdiqləyən heç bir obyektiv sübut yoxdur. İddiaçı tərəf cavabdehlərin onunla hüquqi münasibət qurduğunu, ondan pul aldığını və ya onların əsassız varlanmasını təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə əsasən, “əsassız varlanma” yalnız o halda mövcuddur ki, əmlak başqa şəxsin hesabına qanunsuz və hüquqi əsas olmadan əldə edilsin. Halbuki, bu işdə pulun verilməsi qanuni əsasla – yəni mülkiyyətçiyə vurulmuş zərərin könüllü ödənilməsi şəklində həyata keçirilmişdir. Buna görə də cavabdeh lərin varlanması (əgər ümumiyyətlə belə hal olubsa) əsassız varlanma kimi qiymətləndirilə bilməz. İş materiallarında cavabdehlər tərəfindən iddiaçıya qarşı zərər vurulması, onun pulunun ələ keçirilməsi və ya qeyri-qanuni hərəkətlərin edilməsi halları sübuta yetirilməmişdir.
12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092, 1096, 1097.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
13. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı vəkili və nümayəndəsi Nümayəndə vasitəsilə apellyasiya şikayəti verərək Şərur Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(110)-127/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini, 180 (bir yüz səksən) və 90 (doxsan) manat dövlət rüsumlarının cavabdehlərə aid edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən yalnız cavabdehlərin mülahizələrinə əsaslanmış, şahid ifadələrini nəzərə almamışdır. Cavabdeh X4 ilə “whatsapp” mobil tətbiqində aralarında olan yazışmalar və səs yazıları mövcud olmuşdur (həmin yazışmaları və səs yazılarını məhkəməyə təqdim edir). Lakin mobil telefon həmin ərəfələrdə işləməmiş və təmirə ehtiyacı olmuşdur. Bunu məhkəmədə bildirməyinə baxmayaraq məhkəmə bu halı nəzərə almamışdır. Məhkəmə qətnamədə yalnız cavabdehlərin mülahizələrinə əsaslanan nəticəyə gəlməklə on un Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsində nəzərdə tutulan “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır” konstitusion hüququnu pozmuşdur. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə əsasən, “əsassız varlanma” yalnız o halda mövcuddur ki, əmlak başqa şəxsin hesabına qanunsuz və hüquqi əsas olmadan əldə edilsin. Halbuki, bu işdə pulun verilməsi qanuni əsasla – yəni mülkiyyətçiyə vurulmuş zərərin könüllü ödənilməsi şəklində həyata keçirilmişdir. Buna görə də cavabdehlərin varlanması (əgər ümumiyyətlə belə hal olubsa) əsassız varlanma kimi qiymətləndirilə bilməz. Halbuki o, həmin pulu hədə-qorxu yolu ilə ondan alınmış **-UN-*** dövlət qeydiyyat nişanlı, 2015-ci il bu raxılışı olan "BMW" markalı avtomobilini geri almaq məqsədilə cavabdeh X2 vermişdir. Bu hal onun oğurluq faktını öz təqsiri kimi qəbul etməyi halını təsdiq etmir. Sonradan ona məlum olmuşdur ki, maşını cavabdehlər tərəfindən satılmışdır. Məhkəmə tərəfindən istinad etdiyi halları təsdiqləyən şahid qismində cəlb olunan şəxslərin ifadələri nəzərə alınmamış, hüquqlarını pozan qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 şikayəti qəbul etmədiklərini bildirərək, Şərur Rayon Məhkəməsin 25 sentyabr 2025-ci il tarixli, 2(110)-127/2025 nömrəli nömrəli qətnaməsinin dəyişdirilm ədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmiş, lakin iddiaçının vəkil-nümayəndəsi Nümayəndə tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə kollegiyanın ünvanına ərizə daxil olmuş, ərizədə məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəkləri (üzrlü səbəbə dair hər hansı sübut təqdim edilməmişdir), növbəti məhkəmə iclasında sübutları məhkəməyə təqdim edəcəkləri göstərilmiş, bu səbəbdən də məhkəmə baxış iclasının təxirə salınmasını xahiş et mişdir.
18. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
21. Maddə 1091.2. Əsassız v arlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
23. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Ma ddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 372.1. Apellya siya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
32. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. c) Avropa İnsan Hüquqları Məhkəməsinin “M ahmudov Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı Rusiya
34. Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər V. Apellyasiya baxışının hədləri
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsin ə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vəkil-nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddianın tə min edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Vİ. Məhkəmə kollegiyasının mövqeyi
40. Məhkəmə kollegiyası cavabdehlərin vəkil-nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
41. Kollegiya ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ona dəymiş olan 30000 (otuz min) manat ziyanın Cavabdeh1, X4 və Cavabdeh 2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (bax bənd 4). İşin məhkəmədə baxılması zamanı iddiaçının vəkili və nümayəndəsi X5 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək cavabdeh X4 ilə iddiaçı arasında razılıq əldə olunduğunu, bu səbəbdən də iddiaçının həmin cavabdehə qarşı tələbindən imtina etdiyi bildirilmiş, bu səbəbdən məhkəmə tərəfindən işə dəqiqləşdirilmiş tələblər çərçivəsində- dəymiş 30.000 manat məbləğində maddi ziyanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması tələbi üzrə baxılmasını məhkəmədən xahiş etmiş, Şərur Rayon Məhkəməsinin protokol qaydasında qəbul etdiyi qərardadı ilə işə dəyişdirilmiş iddia tələbləri hüdudunda baxılması qərara alınmışdır (bax bənd 5-6).
42. Bununla bağlı məhkəmə k ollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin bu prosessual hərəkəti qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Belə ki, iddiaçının cavabdeh X2 qarşı tələbdən imtina etməsi ilə əlaqədar həmin cavabdehə münasibətdə iş üzrə icraata xitam verilməsi barədə ayrıca qərardad qəbul edilməli olduğu halda, birinci instansiya məhkəməsi (sabiq hakim S.Qarayev) bu məsələni ayrıca prosessual aktla həll etməmiş, yalnız işə dəyişdirilmiş iddia tələbləri hüdudunda baxılması barədə qərar qəbul etməklə kifayətlənmişdir.
43. Bununla belə, kollegiya qeyd edir ki, iddiaçının vəkili və nümayəndəsi X3 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmunundan aydın olur ki, onun hüquqi niyyəti iş üzrə cavabdeh X2 qarşı tələbdən imtina ediməsi ilə əl aqədar olmuş, işə baxan hakim tərəfindən yuxarıda qeyd olunan prosessual pozuntuya yol verilsə də, iddiaçının hüquqi niyyətinə uyğun olaraq həmin cavabdehə münasibətdə iş üzrə icraata xitam verilmiş və digər cavabdehlərə münasibətdə işə baxılması davam etdirilmişdir. Beləliklə qeyd olunan prosessual pozuntu iş üzrə qəbul edilmiş yekun nəticənin mahiyyətinə təsir göstərməmiş, bu səbəbdən də pozuntu qətnamənin bu əsasla ləğvi üçün əsas hesab edilmir.
44. İş materiallarından və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı "xxxx" MMC-də usta kimi çalışmış, iş fəaliyyəti zamanı MMC-yə məxsus 38.000 manat dəyərində qızıl xammalının itməsi faktı baş vermişdir. İddiaçının öz izahatından, eləcə də şahid ifadələrindən aydın olur ki, sözügedən qızıl xammalı bilavasitə iddia çının cavabdehliyi altında olmuşdur və həmin itki ilə əlaqədar olaraq MMC-nin faktiki sahibi X4 iddiaçıdan maddi ziyanın ödənilməsini tələb etmişdir.
45. İddiaçı öz izahatlarında 30.000 manat məbləğində pulu məhz "xxxx" MMC-nin faktiki rəhbəri və sahibi olan X2 verdiyini etiraf etmişdir. İddiaçı tərəfindən həmin məbləğin Cavabdeh1 və ya Cavabdeh2 verilməsi nə iddia ərizəsində, nə məhkəmə baxışı zamanı, nə də apellyasiya şikayətində konkret və aydın şəkildə göstərilmiş, bu hal hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. Əksinə, iş materialları iddiaçının pul vəsaitini birbaşa X2 təqdim etdiyini göstərir.
46. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində X4 ilə razılıq əldə etdiyini bildirərək ona qarşı irəli sürdüyü tələbdən imtina etmişdir. Bununla da iddia çı pul vəsaitini verdiyini bildirdiyi əsas şəxsə münasibətdə hüquqi mübahisəni aradan qaldırmışdır.
47. Mülki işin tədqiq olunuş halları, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin məlumatlarından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" MMC-nin rəhbər şəxsi və ya işçisi olması faktı öz təsdiqini tapmamışdır. İddiaçı ilə hazırki cavabdehlər arasında 30.000 manat məbləğində hər hansı mülki-hüquqi öhdəliyin yaranmasını təsdiq edən sübut təqdim edilməmişdir. İddiaçı həmin şəxslərin ondan pul aldıqlarını, yaxud pulun onların sərəncamına keçdiyini, iddia edilən pulun özü tərəfindən həmin şəxslərə verildiyini belə bildirməmişdir.
48. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddia çı isə digər cavabdehlərin əsassız varlanması, yaxud ona qarşı hüquqazidd hərəkət etməsi barədə iddialarını sübuta yetirə bilməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
49. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, itmiş qızılın mülkiyyətçisi "xxxx" MMC olmuş, MMC-nin istehsal və idarəetmə fəaliyyətinə isə məhz X4 rəhbərlik etmişdir. Bu hal istər iddiaçının öz izahatları ilə, istərsə də şahid ifadələri ilə öz təsdiqini tapır. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, zərər yalnız hüquqla müdafiə edilən şəxsə – yəni mülkiyyətçiyə vurulmuş hesab edilə bilər. Digər cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 isə nə mülkiyyətçi, nə də zərərçəkən şə xs statusuna malik olmamışlar. Belə olan halda, iddiaçının həmin məbləği digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməsi hüquqi əsasdan məhrumdur.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində iddiaçı tərəfin qeyd etdiyi “WhatsApp” yazışmaları ilə bağlı ilk olaraq qeyd edir ki, şikayətin məzmunundan da göründüyü kimi, apellyator həmin yazışmaların X4 ilə aparıldığını özü qeyd edir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, həmin şəxsin cavabdeh kimi işdə iştirakına xitam verilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsində toplanmış sübutlar əsasında baxır və bir qayda olaraq, yeni sübutları qəbul etmir. Yeni sübutlar yalnız o halda qəbul edilə bilər ki, həmin sübutların birinci instansiya məhkəməsinə təqdim olunmasının mümkün olmaması əsaslandırılsın və bu mümkünsüzlük tərəfdən asılı olmayan səbəblərlə bağlı olsun.
51. Hazırkı iş üzrə iddiaçı “WhatsApp” yazışmalarını apellyasiya şikayətinə əlavə etsə də, həmin sübutların birinci instansiya məhkəməsinə vaxtında təqdim edilməməsinin üzrlü səbəblərini məhkəməyə təqdim etməmişdir. İddiaçının mobil telefonun işləməməsi və təmirə ehtiyacı olması barədə izahatı bu halın obyektiv və aradan qaldırılması mümkün olmayan səbəbdən irəli gəldiyini təsdiqləyən hər hansı rəsmi sənəd və ya digər mötəbər sübutla təsdiqlənməmişdir.
52. Bundan əlavə, iddiaçı birinci instansiya məhkəməsində belə yazışma və səs yazılarının mövcudluğunu bildirmiş olsa belə, onların əldə edilməsi və təqdim olunması üçün pros essual vəsatət qaldırmamış, sübutların təmin edilməsi və ya tələb olunması barədə məhkəməyə müraciət etməmişdir.
53. Bu baxımdan, apellyasiya instansiyası hesab edir ki, apellyasiya mərhələsində təqdim olunmuş qeyd olunan materiallar yeni sübut xarakteri daşıyır və onların birinci instansiya məhkəməsinə təqdim edilməməsi üzrlü səbəblərlə əsaslandırılmadığından, həmin sübutlara apellyasiya instansiyası tərəfindən qiymət verilə bilməz.
54. Beləliklə, apellyasiya şikayətinə əlavə edilmiş “WhatsApp” yazışmaları iş üzrə qətnamənin qanuniliyinə və əsaslılığına təsir edən hal kimi nəzərə alınmır.
55. Apellyasiya şikayətində göstərilən, məhkəmənin şahid ifadələrini və digər halları nəzərə almaması barədə dəlillər də iş materialları ilə təsdiqini tapmır. Çünki şahidlərin verdiyi izahatlara diqqət y etirilən zaman aydın olur ki, onlar hadisələrin şəxsən şahidi və iddiaçının irəli sürdüyü faktların bilavasitə iştirakçısı olmamışlar. Şahidlər belə verdikləri izahatlarda iddiaçının iddia etdiyi pul məbləğinin hazırki cavabdehlərə verilməsini bildirməmişdirlər.
56. Həmçinin iddiaçının pul vəsaitini hədə-qorxu altında verməsi barədə obyektiv və mötəbər sübutlar təqdim olunmamışdır. Apellyasiya instansiyası iddiaçının 30.000 manat məbləğində pul vəsaitini hədə-qorxu və psixoloji təzyiq altında verməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində göstərmişdir ki, pul vəsaitini cavabdehlərin təhdidi və təzyiqi nəticəsində verməyə məcbur olmuşdur. Lakin mülki prosessual qanunvericiliyin əsas prinsiplərinə görə, hər bir tərəf istinad etdiyi ha lları sübuta yetirməlidir. Yəni pulun hədə-qorxu və ya məcburiyyət altında verildiyini iddia edən şəxs bu halı təsdiq edən mötəbər və obyektiv sübutlar təqdim etməlidir.
57. İş materiallarında iddiaçının pul vəsaitini real, bilavasitə və hüquqazidd təhdid altında verdiyini təsdiq edən hər hansı sübut mövcud deyildir. Şahid ifadələri də bu halı birbaşa və konkret şəkildə təsdiqləmir, yalnız tərəflər arasında yaranmış mübahisə və razılaşma barədə ümumi məlumatlar verir. Hədə-qorxu və ya zor tətbiqi kimi ciddi hüquqi nəticələr doğuran halların sübut edilməsi üçün isə daha aydın və inandırıcı dəlillər tələb olunur.
58. Eyni zamanda diqqətə alınmalıdır ki, iddiaçı avtomobilin etibarnamə əsasında verilməsi və sonradan satılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Lakin iş mat eriallarından görünür ki, həmin müraciətlər zamanı 30.000 manat məbləğində pulun hədə-qorxu yolu ilə alınması barədə mövqe sərgilənməmiş, bununla bağlı müraciəti olmamışdır. Kollegiya hesab edir ki, əgər iddiaçı həqiqətən də pul vəsaitini təhdid altında vermiş olsaydı, bu halı dərhal hüquq-mühafizə orqanlarının diqqətinə çatdırmalı idi. Belə bir davranışın olmaması iddiaçının hazırkı mərhələdə irəli sürdüyü iddiaların inandırıcılığını azaldır.
59. Bundan başqa, işin hallarından görünür ki, tərəflər arasında itmiş qızılın dəyərinin ödənilməsi ilə bağlı mübahisə mövcud olmuş və iddiaçı həmin məbləği zərərin əvəzi kimi (işdə cavabdeh olmayan X2) ödədiyini özü də etiraf etmişdir. Bu hal pulun mübahisəli hüquq münasibətləri çərçivəsində verildiyini göstərir və onun sırf hədə-qorxu nəticəsində verilməsi barədə deyilənləri təkzib edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pul vəsaitini hədə-qorxu altında verməsi barədə iddiaları subyektiv xarakter daşıyır, obyektiv sübutlarla təsdiqlənmir və işin digər halları ilə uzlaşmır. Mülki hüquq münasibətlərində iradə azadlığı əsas prinsipdir və bu iradənin pozulması iddia edildikdə, həmin hal aydın və inandırıcı sübutlarla təsdiq olunmalıdır. Hazırkı iş üzrə isə belə sübutlar təqdim edilməmişdir.
60. Bu səbəbdən apellyasiya instansiyası iddiaçının pul vəsaitini hədə-qorxu və məcburiyyət altında verməsi barədə dəlillərini əsassız və inandırıcı olmayan hesab edir.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosess ual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
62. Eyni zamanda, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən i ş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MülkiProsessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələ rində göstərilən hallar təşkil edir.
63. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
64. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, hə mçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
65. Kollegiya həmçinin qeyd edir ki, əsassız varlanmanın mövcudluğu üçün əmlakın başqa şəxsin hesabına hüquqi əsas olmadan əldə edilməsi zəruridir. Halbuki, bu işdə pulun verilməsi iddiaçının öz izahatına əsasən, itmiş əmlakın əvəzi kimi və mülkiyyətçiyə vurulmuş zərərin kompensasiyası məqsədilə həyata keçirilmişdir. Bu isə cavabdehlərin əsassız var lanması kimi qiymətləndirilə bilməz.
66. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
68. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 25 s entyabr 2025-ci il tarixli, 2(110)-127/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.