Məhkəmə qərarları › İş №2(3-1)-16/2026

Ali Məhkəmə Qərardad — İş №2(3-1)-16/2026

17.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(3-1)-16/2026 17.02.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbi (Açar sözlər: apellyasiya şikayətindən imtina edilməsi və onun qəbulu) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2(078)-852/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində ic raat. a) Məhkəməyə müraciət

1. İddiaçı “26” may 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 61980 (altmış bir min doqquz yüz səksən) manat pulun, vəkil xidmət haqqı üçün ödədiyi 350 (üç yüz əlli) manat məhkəmə xərcinin və dövlət rüsumu olaraq ödədiyi 276 (iki yüz yetmiş altı) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 01-05). b) İddia tələbinin əsaslandırılması

2. İddiaçının tələbinin mahiyyəti ondan ibarət olmuşdu ki, 2017-ci ilin oktyabr ayında ünvan 1 ünvanında yerləşən mənzili 60 000 manata satın almış, lakin həmin vaxt bəzi səbəblərə görə və aralarındakı qohumluq (kirvəlik) münasibətlərinə görə Cavabdeh etibar edərək, əmlakı onun adına sənədləşdirmişdir. Mənzil cavabdehin adın a olsa da, həmin vaxtdan etibarən onu özü idarə etmiş və kirayəyə vermişdir. 2021-ci ildə mənzili qızı Şahid8 adına keçirmək qərarına gəldikdə, cavabdeh sənədləşmə xərcləri adı ilə ondan müxtəlif vaxtlarda (forma 1 arayışı, yeni layihə və s. bəhanələrlə) ümumilikdə 1980 manat (100 + 680 + 1200 manat) pul almış, lakin prosesi süni şəkildə uzadaraq onu aldatmışdır. 2025-ci ilin mart ayında məlum olmuşdur ki, cavabdeh iddiaçının xəbəri olmadan mənzili ipotekaya qoyaraq 100 000 manat kredit götürmüş və borcu ödəyə bilmədiyi üçün mənzil artıq onun mülkiyyətindən çıxmışdır. Cavabdeh mülkiyyət hüququnu və özünün ona olan etibarını sui-istifadə edərək, ona məxsus vəsaiti mənimsəmiş və vicdanlılıq prinsipini pozmuşdur. Bu səbəbdən də mənzil üçün ödənilmiş 60 000 manat və sənədləşmə adı ilə mənimsən ilmiş 1980 manatın (cəmi 61 980 manat), habelə məhkəmə xərclərinin geri qaytarılmasını tələb edir. c) Tələb üzrə qəbul edilən məhkəmə aktı

3. Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2(078)-852/2025 nömrəli qətnaməsi ilə iddia əsassız olduğundan rədd edilmişdi (mülki iş İ cild, iş vərəqə 171-179). İİ. Apellyasiya icraatı a) Məhkəmə aktından verilən apellyasiya şikayəti

4. İddiaçı 11 dekabr 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2(078)-852/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (mülki iş İ cild,iş vərəqə 189-197). b) Apellyasiya şikayətinin əs aslandırılması

5. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 2017-ci ilin oktyabr ayında o, etibar edib, güvəndiyi Cavabdeh vasitəçiliyi ilə ona 60000 manat pul verməklə ünvan 2 ünvanında yerləşən mənzili satın alıb. Lakin həmin vaxt həmin yoldaşı əlil, müharibə veteranı, həmçinin ev növbəsində olduğundan evi öz adlarına yox, yaxın olduqları, inandıqları kirvələri Cavabdeh adına sənədləşdirmək qərarına gəliblər. Həmin evi cavabdehin adına qeydiyyata salıblar. Evi satın almağı üçün o və həyat yoldaşı Cavabdeh 60000 (altmış min) manat pul verərək evin Cabirin adına sənədləşməsinə razılıq veriblər. Həmin vaxt Cabir bildirmişdir ki, "siz nə vaxt istəsəniz öz adınıza salacam".

6. Ev alınan bir gündən evin bütün mülkiyyət sənədləri özündə olmuşdur. Həmin vaxtdan sonra 8 il o, ünvan 2 ünvanında yerləşən mənzili kirayəyə verib və kirayə haqqını alıb. 2021-ci ildə həmin mənzili qızı Şahid8 adına keçirmək qərarına gəliblər. Cabirlə danışıb və evin sənədlərini ona veriblər ki, daşınmaz əmlaka yaxınlaşsın həmin evi qızının adına keçirsin. Cabir də razılaşmış və onlar daşınmaz əmlaka yaxınlaşmışlar. Həmin vaxt onlardan forma 1 arayışı istənilib. Arayışı aldıqdan sonra Cabir evi sənədləşdirmək üçün 2000 (iki min) manat pulun lazım olduğunu bildirib. Lakin həmin vaxt onun maddi imkanı pis olduğundan həmin məbləği Cabirə verə bilməyib. Bu səbəbdən də sənədləşmə işləri yarımçıq saxlanılıb və bir müddət uzanıb. Daha sonra 2023-cü il tarixdə yenidən evi qızı Leylanın adına sənədləşdirmək üçün daşınmaz əmlaka yaxınlaşıblar, onlara həmin evin sənədinin daşınmaz əmlakda olm adığı bildirilib. Bu hadisədən sonra o, Naxçıvan Asan Xidmət Mərkəzinə yaxınlaşıb. Orada evin sənədinin yenidən çıxarılması üçün 96 manat rüsum ödəməli olduğu bildirilib. O, Cabirlə danışıb və ona 100 manat pul verib. Daha sonra Cabir ona evi sənədləşdirmək üçün daşınmaz əmlakda yenidən lahiyə hazırlanmalı olduğunu və 680 (altı yüz səksən) manat ödəniş etməli olduğunu bildirib. O həmin məbləği də Cabirə verib. 2023-cü ilin dekabr ayının 27-də Cabir ona zəng vuraraq evi qızı Leylanın adına sənədləşdirmək üçün ondan əlavə 1200 (bir min iki yüz) manat pul istəyib. O həmin vaxt ona 1200 (bir min iki yüz) manat pul verib. Həmin tarixdən sonra o dəfələrlə Cabirə evin sənədinin niyə hazır olmadığını, sənədi onlara niyə təhvil vermədiyini soruşduqda müxtəlif bəhanələrlə bu gün, sabah həll edəcəyin i bildirərək onu aldatmağa davam edib. 2025-ci ilin mart ayında isə artıq o öyrənib ki, Cavabdeh ona məxsus evi ipotekaya qoyaraq 100000 (bir yüz min) manat məbləğində pul götürmüşdür. Sonra o pulu ödəyə bilmədiyindən həmin ev də onun adından çıxarılaraq başqa şəxsin adına salınmışdır. Evi artıq müxtəlif adamlara satdığından cavabdehdən ev almaq üçün ödədiyi pulunun özünə qaytarılmasını tələb etsə də Naxçıvan Şəhər Məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan tələbini rədd etmişdir.

7. Məhkəmə araşdırması zamanı cavabdehin məhkəmədə verdiyi ifadəsi iş üzrə şahid ifadələri və digər sübutlarla əlaqəli şəkildə araşdırılaraq qiymətləndirilməmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında evin ona məxsus olduğunu, evi Rəşad adlı şəxsə kirayə verib pulunu aldığını, kirayə verdiyi şəxslərlə müqavilə bağladığını desə də iş üzrə şahid qismində ifadə verən Şahid4 ifadəsində iddiaçının həyat yoldaşı Sevindiyin ona kirayə verdiyini, evin kira pulunu iddiaçının həyat yoldaşına verdiyini, evin sahibi kimi Sevindik və Zəkiyənin olduğunu bildiyini demiş, heç bir müqavilə bağlamadığını, Cabirin ona zəng edərək evdən çıxmasını istədikdə Zəkiyə xalagilin özlərinin deyə bilmədiklərini, kirvələri Cabirin vasitəsi ilə çıxmaq istədiklərini dedirtdiklərini düşünürək evdən çıxdığını bildirmişdir. Cabiri mülk sahibi kimi tanımadığını, ona heç bir vəsait vermədiyini göstərmişdir. Cabir isə izahatında Rəşadı evə özünün kirayə qoyduğunu, ayda ondan kira pulunu aldığını, müqavilə bağladığını bildirmişdir. Əlavə olaraq Cabir ifadəsində onlarla müqavilə bağladığını, onlardan 1980 manat kira pulu aldığını qeyd etmişdir. Lakin müqavilələrin heç birini məhkəməyə təqdim etməmişdir. Təkcə bu ziddiyyət Cavabdeh verdiyi ifadənin yalan olduğunu aşkar şəkildə təsdiq etməkdədir. Lakin məhkəmə ümumiyyətlə belə hallara heç bir diqqət salmayaraq, araşdırmamış işin heç bir ziddiyətli halına toxunmamışdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmə aparmadan qətnamə qəbul etmişdir.

8. Cavabdeh üzərinə düşən öhdəliyini icra etməkdən yayınmış ona ev almaq üçün verdiyi 60000 manat pulu və yaxud əmlakı (evi) özünə qaytarmamaqla öhdəlik şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsi isə bu hala qiymət verməyərək normanın tələbini pozmuşdur.

9. Cavabdeh hazırda vicdanlılığın tələb etiyi davranışları nümayiş etdirməyərək öhdəliyini yerinə yetirməkdən əsassız şəkildə yayınmaqdadır. Məhkəmə isə onun bu hərəkətlərinə haqq qazandırmaqla normanın tələbini pozmuşdur.

10. Bütün şahid ifadələri, cavabdehin məsuliyyətdən yayınmaq baxımından verdiyi ifadələrdən, habelə cavabdehin həyat yoldaşı Şahid1 səs yazılarından tam şəkildə aydın olur ki, cavabdeh iddiaçıya ev almaq məqsədi ilə ona verdiyi 60000 manat pul ilə onun razılığı ilə öz adına ev almış, sonra isə həmin evi onu aldadaraq başqasına satmışdır. Hazırda nə evini, nə də pulunu özünə qaytarmamaqla əsassız varlanmaqdadır. Bütün bunlara isə məhkəmə nəzər yetirmədən normanın tələbini pozmaqdadır.

11. Cavabdehlə aralarında olan razılamaya uyğun olaraq özü ona verdiyi 60000 manat pul ilə əvvəlcədən gedib baxıb razılaşdıqları ünvanda onun pulu ilə öz adına ev alıb, istədiy i vaxt özünün və ya onun dediyi şəxsin adına saldıracağını bildirmişdir. Lakin cavabdeh onların razılığından (aralarındakı şifahi müqavilə şərtlərindən) kənar hərəkətlər etməklə heç bir qanuni və müqavilə əsası olmadan varlanmağa cəhd etməkdədir.

12. Heç bir əsaslı hal olmadan cavabdeh işin bitdiyi məhkəmə prosesində hələ bu proseslər başlamadan öncə əldə edərək özündə saxladığı onun həyat yoldaşı Sevindiyin səs yazısını məhkəməyə təqdim etmişdir. Etirazına baxmayaraq həmin səs yazısını məhkəmə əsaslı sübut kimi qəbul edib qiymətləndirmişdir.

13. Cavabdeh barəsində aparılan məhkəmə proseslərindən məlumatlı ola-ola dəfələrlə saymazyanalıq nümayiş etdirərək keçirilmiş məhkəmə proseslərinə gəlməmiş, yalnız bir hazırlıq prosesində gəlib sonradan şahid izahatları və sübutlar ilə təkzib olunan z iddiyətli izahat vermişdir. Sonradan təxminən 6 dəfə keçirilmiş məhkəmə proseslərinə gəlməmiş, dəfələrlə iş üzrə şahid qismində çağırılan anasını, həyat yoldaşı Səadəti və uşaqlarını məhkəməyə gələrək izahat verməkdən yayındırmışdır. Həmin şəxslərin məhkəməyə gətirilməsi üçün məhkəmə 3 dəfə məcburi gətirilmə barədə qərar qəbul etmişdir. Yalnız sonuncu məhkəmə baxışında heç bir əsaslı sübut ortaya qoymadan məhkəməyə iddiaçı tərəfindən şahid qismində qoyulan şəxsin səs yazısını vermiş, hakim isə həmin səs yazısını qəbul edərək sübut kimi istinad edərək normanın tələbini pozmuşdur.

14. İlk öncə qeyd edir ki, məhkəmə cavabdeh tərəfindən qanunsuz olaraq məhkəməyə təqdim edilmiş səs yazısına istinad edərək nəticəyə gəldiyi halda tərəfindən prosessual normalara uyğun məhkəməyə təqdim etdiyi cavab dehin həyat yoldaşının mübahisə ilə bağlı olan səs yazılarını tam olaraq araşdırmayaraq, ümumiyyətlə qiymətləndirməkdən yayınmışdır.

15. Məhkəməyə təqdim olunmuş səs yazılarından aydın olur ki, cavabdehin yoldaşı Səadət məhkəmə zalında verdiyi izahatdan fərqli olaraq iddiaçının ailə üzvləri, qızları ilə danışıqları zamanı Cabirlə onlara məxsus evi iddiaçının qızı Leylanın adına keçirməsi üçün çalışdıqlarını, Cabirin evi onların adına keçirməməsindən iddiaçı və ailə üzvlərinə yalan danışdığından narahat olduğu görünməkdədir.

16. Cabirin həyat yoldaşı Səadətin iddiaçının qızı Aytaca göndərdiyi 1 dəqiqə 27 saniyəlik səs yazısında qeyd edir ki, “ay bala mən də sizin kimi narahatam”. Günün pis keçdiyini qeyd edərək bildirir ki, "kaş elə mən ölərdim belə bir şey olmazdı, mən sizdən utanıram, mam andan da utanıram, səndən də utanıram. Yaqubdan da utanıram, hamınızdan utanıram. Mən kiməm ki, sənin dalında durum, Aytac, Allah adamın dalında dursun. Allah görür ki, haqq kimindir, ev kimindir, mən ora əlimi-qolumu sallıyıb pul verməmişəm. Ya Cabirin əli-qolu ağrıyıb oraya pul verməyibdir. İnşallah ki, gələr şey eləyər. O da indi.....,Allah onların evini yıxsın. Getdilər qoydular ora. Mənim evim bankda olmasaydı, elə bunu da götürmüşdülər, bundan xəbərim yoxdur. İnşallah ki, düzələcək. İstəyir 3 ay, istəyir 5 ay olsun o ev düzələcəkdir.”

17. İş üzrə şahid, cavabdehin qızı Aysun Aytaca göndərdiyi 1 dəqiqə 13 saniyə səs yazısında bildirir ki, “Allaha and olsun deyirəm Aytac nəsə əlimizdən gəlirsə, Quran haqqı həmin dəqiqə elə, o evi sizə qaytarardıq. Biz nətəri eləyək Zəkiyyə xala (yəni, iddiaçı) deyir zəng vur. Zəng vururuq açmır, nə bilim əmimə deyirik. Əmim o gün ölüb qalmışdı. Nəsə olsa uşaqları bizim yaxamızdan tutacaq. Onsuz dediyimizi demişik bilirlər. Onlara ikinci dəfə deyəndə deyirlər biz neyniyək. Allaha and olsun əlimizdən bir şey gəlsə, anında eliyib o evi sizə qaytararıq. Leyla olmasın inan mən olum. Mənə o şeyi etsələr mən dözərəm, mən qalaram. İnşallah bilmiyə-bilmiyə gələr, bu düzələr söhbətdə böyüməz. Quran haqqı o qədər pis oluram. İnşallah Allaha dua edək. Tez qayıtsın. Onsuzda qız Bakıda bizim yanımızda deyilki hər dəqiqə deyək ki, düzəlt, belə de səhv eləmisən. Gedib oturub onun yanında. Heç burdan da zəng vururuq açmır”. 18. 1 dəqiqə 32 saniyəlik Səadətin iddiaçıya (Zəkiyəyə) atdığı səs yazısında qeyd edir ki, “elə bildim burdasan, Aysu dedi Zəkiy ə xala burdadısa mama de gedək oturaq. Birdə Cabir sənlə danışdı, danışmadı. Bayaq gəlmişdi evə, dedi ki, bacımla danışmışam, zəng vurmuşdu, dedi axı bu gün evi saldıracağıq, nə edəcəyik. Ə yox saldıracağam, sənədləri hazırlayıram. O ki, pul varı idi e, dediyinə görə, deyir mənə cərimə vurublar o, pul, ona görə evi keçirdə bilmirəm. Dedi ki, cəriməm 1500 manatdı. Onu da şey eliyecek adam var onun adına saldırıram ki, çevirəm onun adına zəng vuram gələlər saldıram adına. Amma görürəm də düşüb işin üstünə, maraqlanır orayla burayla, sən də əlindən ötürmə, sən də arada zəng vur, şey elə, ya Leyla zəng vursun arada kirvə nə vaxt gəlim şəhərə. Dedim mən Leylaya demişəm ki, səhər deyəcəm gəl şəhərə ki, şeydi mən özüm demişəm ki, çağıracağam. Sən özün əlindən vermə yanı qoy şey eləsin, görürəm dü şüb üstünə, kiminsə adına saldırmaq istəyir ki, dedi 1500 manat cəriməsi qalıb. Onu saldıracam kimin üstünə ki evi saldıram. Dedi ona görə saldıra bilmirəm. səndə əlindən ötürmə”. 19. 2 dəqiqə 30 saniyəlik səs yazısında cavabdehin həyat yoldaşı Şahid1 iddiaçıya səs ataraq deyir ki, “Bacı axşamın xeyir, kirvə nətəridi. Bacı Cabir bu gün gəlibdi. Olar yarım saat, əyin-başın, pal-paltarın dəyişib eliyib bir də qayıtdı. Sunay getdi yanında nə danışdılar getdi. Evə qayıdıb gəlsə sənə mən yazacam tezden dur gəl, amma aman günüdü bacı mənim səsimi zadımı şey eliyərsən. Birdən deyərsən bacım yazıb hökm eliyər deyər birinci düşmanım sənsən. Leyla bir səs atsın başqa bir nömrə ilə desin ki, səhər gəlirəm, desə burda yoxam desin bugün canlı açmışdın, görmüşəm ki, gəlmisən Naxçıvana. Nə Sədoşla nədə k i qaqaşla yəni deməsin mən ev ilə danışmışam. Desin canlı açmışdın bayaq Rahib gördü. Elə səs atsın desin kirvə mənim evimə qan düşüb xahiş edirəm. Gəlirəm mənim evimi saldır adıma desin səhər tezdən çıxıram zəngdə vururam indi Sədoş xalagilə ki, səhər gəlsin evi salsın mənim adıma evdə qan düşməsin. Bax belə desin. İndi baxacağam qayınanama zəng vurdum dedim gəldi evə. Sunaya deyib ki, mən birdə Bakıya gedirəm bilmirəm yalan gerçək bilmirəm. Sunay mənə xəbər verdi ki atam deyir gedirəm Bakıya. Onu qayınanam danışdı dedi ki Nubara deyərsən zəng vurub ki, gəlirəm sizə. Evə gəlib çatsa sənə mən yazacam tezdən dur gəl. Leyla da belə bir səs atsın səhər gəlməsin. Vüqarın sözü olmasın sən gəl bu götür nağdı sonra deyen Leylaya da çatır. Sonra Leylaya zəng vurarsan gəl”.

20. Evdə 3 il kira qalan Şahid10 səs ataraq deyib ki, “dünən yox o biri gün bu lombard sahibi kimdi Mikayıl adında biridi gəlibdi ki, ev sahibiyəm deyr. Bu neçə gün bundan əvvəl gəlmişdi durub qarşımda deyir ki ev sahibiyəm, mən də deyirəm ki mən səni tanımıramda. Tanıdığım insan Seyiddi. (burada Seyid dediyi iddiaçının qızı Aytacın həyat yoldaşıdır) 3 ildi ondan açarı alıb, kiranı ona ödəmişəm. Deyir iki aydı evi almışam. Cabirdə keçən dəfə gəlmişdi dedi bunlar pasport üçün gəliblər evin sənədi itib yeni sənəd çıxardır”.

21. Cavabdehin həyat yoldaşı Səadət 3 dəqiqə 10 saniyəlik səs yazısında qeyd edir ki, Aysuna “Siz bizə gələndə zorrama ayaq üstə gəzirdi. Sifəti qızılca kimiydi. Zəng eləmişəm ki, nə edirsən et elə bugün özünü Naxçıvana çatdır. Baxıb çıxıbdı ki bir kəlmə yazıb ki, Sarvana de aparsın. Bu ilin 11 ayını Bakıda olub 1 ayın burda. Gecədəngecəyə gəlib gedib evə. Gəl uşağı aparaq həkimə. Məndə anasına bayaq deyirəm. Leyla zəng vurur açmıram. O qədər əsəbləşirəm ki, inanırsan heç kimin telefonunu açmaq istəmirəm. Çünki, tək sən deyilsən, mamam da zəng edir Sədoş nə xəbər. Maması vurur deyirəm açmır mənə söz demir ki, qayınanam deyir ki, qısnamayaq, görəkdə elə dinir deyirəm yaxşı. And olsun allaha sizin bu işiniz olmasaydı həzrəti abbas haqqı onda yer qoymazdım. Bir dənə sizin bu işiniz olmaya şey eliyəm. Savaşaram. Deyirəm əşi eybi yox inadıma salmayım. Acığa düşər deyər get otur qoy görək da Naxçıvana çatan kimi ay toba o bir qardaşımın canı yazacam ki, Leyla burdadı”. 22. 3 dəqiqəlik 5 saniyəlik yazıda Səadət qeyd edir ki, “inşallah ki, yaxşı olacaq. Leyla o barədə demədim deyək kim çağıran kimi telefonu söndürür elə indi də çığırır. Axşam gəlsə yazacam səhər zəng elə dağdan zaddan gəlmir bunun ən uzağı getdiyi yer sex olur. Kirvə get orda şey elə. Qoy görək əslində nə ilə gələcək, pul ilə gələcək gəlməyəcək gözləyəcəyəm. Gəlsə sənə yüz faiz yazacam. Səni başa düşürəm. Bilirəm ki nə vəziyətdəsən qəşəng başa düşürəm insanamda məndə, gözləyək”. 23. 1 dəqiqə 24 saniyəlik səs yazısında Səadət Leylaya səs atır ki, gəlib çıxmayıblar. Atana de bu zəng vursun desin ki, bankdan zəng gəlir, Leyla neylesin. Mən dünən savaşdım. Tik-tok səhvəsinə yazmışam ki, çıx gəl xalxın bankının vaxtı çatıbdı. Vallah Leyla onsuzda sizin evə görə onla danışıram, daha açmır. 24. 0.43 saniyəlik Səadətin Leylaya atdığı səs yazısında deyir ki, “özü zəng vurmuşdu deyir ki mənə 2-3 gün möhlət versin lər. 2-3 gün möhlət ver görək nə olur. Vallah sıxıntıdan ölürəmdaha. Bəlkə də mən, səndən çox sıxılıram. Allah haqqı deyir mənə 2-3 gün möhlət versin. Yəni daha 100 faiz deyir ki arxayın olsun da. Rahibə də deyən kirakeşin çıxıb bu ayı ötüşdürün. 3-4 günə kimi həll eliyəcək bilmirəm ki, mənə də belə deyir vallah”. 25. 2 dəqiqə 21 saniyəlik Səadət Leylaya atdığı səs yazısında deyir ki, "nə olur olsun olacaq bu ipin ağzındadır. Bir xırdada döz. Bircə o evi saldıraq sənin adıva”. 26. 1 dəqiqə 30 saniyəlik Səadət Leylaya atdığı səs yazısında deyir ki, "gedib Bakıya zəng çatmır. Qoy görək nə vaxt qayıdacaq, qaqaş zadda deyir nə olur olsun başa salacağıq evi saldıracağıq Leylanın adına, deyir de sıxılmasın. Səhərə birigünə qaqaş and içir ki, duracağıq üstünə salacağıq onun adına”.

27. Bütün bu s əs yazıları məhkəmə tərəfindən araşdırılmayıb. Məhkəmə zalında cavabdehin həyat yoldaşı Səadət şahid qismində izahat verərkən ona məxsus səslərin dinlənilməməsini dəfələrlə israr edərək məhkəmədən istəmişdi. Məhkəmə bir, iki səs yazısı açıb dinləmiş və hər şeyin hakimə aydın olduğunu bildirərək, yerdə qalan, iş üzrə mühüm əhəmiyyətə malik olan səs yazılarını səsləndirməyərək tədqiq olunmamışdır. Halbuki səs yazıları işin mahiyyətini gözlər önünə qoyaraq, iddiaçının haqlı olduğunu təsdiq etməkdədir. Ümumiyyətlə məhkəmə qətnamədə cavabdehin həyat yoldaşı Səadətin səs yazılarına toxunmamış, səs yazılarına heç bir hüquqi qiymət verməmişdir.

28. Bütün bunlar işin məhkəmə tərəfindən hər tərəfli və obyektiv araşdırma aparılmamasını təsdiq edir. Hakim mübahisəni araşdırmayıb, işin cavabdehin xeyri nə həll üçün prosessual normanın tələblərini pozaraq yekun məhkəmə prosesini cavabdehdən sübut kimi işin mahiyyəti ilə bağlı flaşkart alaraq həmin flaşkartdakı səsləri əsas götürmüşdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, tam baxmadığı kimi, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş üzrə zəruri sübutları hərtərəfli araşdırmadan yekun nəticəyə gələrək normanın tələbini pozmuşdur.

29. Şikayət edən apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 1091.1, 1091.2, 1092.1-ci və 1092.2-ci maddələrinə, prosessual əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 78-ci və 88-ci maddələrinə istinad e tmişdi. c) Apellyasiya şikayətinin icraata qəbulu 30.Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “08” yanvar 2026-cı ildə daxil olmuşdur. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. İzahatlar və işin gedişatı.

32. Apellyasiya şikayətinə baxılması ilə bağlı 17 fevral 2026-cı il tarixdə keçirilən məhkəmə baxışı iclası zamanı İddiaçı ərizə ilə kollegiyaya müraciət edərək, Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2(078)-852/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyini, həmin apellyasiya şikayətindən imtina etdiyini və bunun nəzərə alınmaqla apellyasiya icraatına xitam verilməsi barə də qərardad qəbul edilməsini xahiş etmişdir.

33. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi.

34. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. İV. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətindən imtinanı qiymətləndirməsi və onun həllinə dair kollegiyanın mövqeyi

35. İddiaçı tərəfin Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2(078)-852/2025 nömrəli qət naməsindən verdiyi apellyasiya şikayətindən imtina etməsinin hüquqi həlli ilə bağlı kollegiya qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipinə əsasən tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, hüququna toxunan məhkəmə aktından şikayət etmək, ondan imtina etmək və ya onu geri götürmək, bir sözlə tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bu prinsipdən irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır.

36. Apellyasiya şikayətindən imtina edilməsinin prosessual qaydası, onun hüquqi həlli və nəticələri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369-cu maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 369.2-ci və 369.3-cü maddələrinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.

37. Yuxarıda qeyd edilən prosessual norma blanket xarakterli olmaqla, həmin Məcəllənin 191-ci maddəsinə göndərsə də, sonuncu qeyd edilən prosessual normanın mahiyyətinə nəzər yetirdikdə aydın olur ki, o apellyasiya şikayətindən imtinanın qəbul edilib-edilməməsinin hüquqi əsaslarını yox, 369-cu maddə kimi müvafiq müraciətdən imtina edilməsinin prosessual qaydasını, onun hüquq i həllini və nəticələrini müəyyən edir.

38. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə nəzər yetirdikdə aydın olur ki, iddiadan imtina olunmasının qəbul edilməzliyinin hüquqi əsasları həmin Məcəllənin 52.5-ci maddəsində öz əksini tapıb.

39. Belə ki, həmin prosessual normaya əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

40. Göründüyü kimi mülki prosessual qanunvericilik iddiadan, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 365 və 369.3-cü maddələrinin tələbi baxımından apellyasiya şikayətindən imtinanın qəbul olunma zlığını əsasən iki hüquqi əsasla: 41. - onun qanuna zidd olması; 42. - hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması ilə şərtləndirmişdi.

43. İddiaçı Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2(078)852/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinasını yuxarıda qeyd edilən hüquqi meyarlar üzrə tədqiq etdikdə aydın olur ki, hazırda apellyasiya şikayətindən imtinanın qəbul edilməməsinə əsas verən Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyil. Buna görə də kollegiya belə hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qəbul olunmalı, İddiaçı münasibətdə sözügedən prosessual müraciət üzrə apellyasiya icraatına xitam verilməli və bununla bağlı qərardad qəbul edilmə lidir. Çünki MülkiProsessual Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

44. Kollegiya Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2(078)852/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfin verdiyi apellyasiya şikayətindən imtinasını qəbul etdiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə əsaslanmaqla belə hesab edir ki, işdə iştirak edən şəxsə apellyasiya şikayətindən imtina etməsinin hüquqi nəticəsi izah edilməlidir.

45. Sözügedən halın hüquqi nəticəsi isə Mülki-Prosessual Məcəllənin 369.1-ci maddəsində öz əksini tapıb ki, həmin normaya görə işdə iştirak edən şəxsi n apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

46. Yekunda kollegiya onu da bildirir ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 114.1-ci və 114.1.6-cı maddələrinin mahiyyətindən həmin Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə ödənilmiş dövlət rüsumunun geri qaytarılmalı olması aydın olur.

47. Bu səbəbdən də kollegiya belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2(078)-852/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə bağlı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 08 dekabr 2025-ci il tarixli, ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödədiyi 138 (bir yüz otuz səkkiz) manat məbləğində rüsum onun özünə geri qaytarılmalıdır.

48. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsin də nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

49. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

50. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkə mə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir. V. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.2, 11.1, 12.2, 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2(078)-852/2025 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətindən imtina qəbul edilsin və İddiaçı münasibətdə apellyasiya şikayəti üzrə icraata хitam verilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 08 dekabr 2025-ci il tarixli, ********** nöm rəli qəbzlə dövlət büdcəsinə ödədiyi 138 (bir yüz otuz səkkiz) manat məbləğində rüsum ona geri qaytarılsın. İşdə iştirak edən şəxslərə izah edilsin ki, Mülki-Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar