Məhkəmə qərarları › İş №2(3-1)-20/2026

Ali Məhkəmə Qərardad — İş №2(3-1)-20/2026

29.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(3-1)-20/2026 29.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(110)-1000/2025 nömrəli qərardadından cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət (Açar sözlər: qərardaddan şikayət) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(110)-1000/2025 nömrəli qərardadından cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilən şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inziba ti binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat və məhkəmə aktı

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sığorta ASCdən 1600 manat dəymiş maddi zərər, 3840 manat dəbbə pulu, qüsur aktının alınmasına ödənilmiş 50 manat olmaqla cəmi 5490 (beş min dörd yüz doxsan) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 74.90 (yetmiş dörd manat doxsan qəpik) manat pulun Cavabdeh Sığorta ASC sığorta şirkəti tərəfindən ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh Sığorta ASC sığorta şirkətinə qarşı iddia qaldırdığını, ərizəsində mexaniki səhvlik edərək cavabdehi Cavabdeh Sığorta ASC Şərur Rayon filialı kimi qeyd et diyini, odur ki, ərizəsinə dəqiqləşdirmə verdiyini, əsl cavabdehin Cavabdeh Sığorta ASC (Bakı şəhəri, AZ1110, Nəsib bəy Yusifbəyli küçəsi 75 B) olaraq oxunmasını və 1600 manat dəymiş maddi zərər, 3840 manat dəbbə pulu, qüsur aktının alınmasına ödənilmiş 50 manat olmaqla, cəmi 5490 (beş min dörd yüz doxsan) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 74.90 (yetmiş dörd manat doxsan qəpik) manat pulun Cavabdeh Sığorta ASC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair iddiaçının ərizəsi məhkəmənin 24 oktyabr 2025-ci il tarixli, 2(110)-1000/2025 nömrəli qərardadı ilə təmin edilərək, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nin Şərur rayon filialına qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh Sığorta Şirkət i ASC-nin Şərur rayon filialı əsl cavabdehlə Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilmişdir.

4. Mülki iş üzrə cavabdeh təşkilatın nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə vəsatət verərək, İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı iddia ərizəsinin cavabdehin hüquqi ünvanı üzrə (ünvan: Bakı şəhəri, Səbail rayonu, Sabir, ev-3) baxılması üçün aidiyyatı üzrə Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, məhkəmə vəsatəti əsassız hesab edərək vəsatətin rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardad qəbul etmişdir.

5. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 35.1 və 35.2-ci maddələrinə əsasən, ümumi qayda olaraq iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə veri lir. Lakin həmin qayda mütləq xarakter daşımır və Mülki Prosessual Məcəllənin 36-cı maddəsində iddiaçıya alternativ (seçim) aidiyyət hüququ tanınmışdır. İş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə icbari sığorta münasibətlərindən irəli gəlir və iddiaçı cavabdeh sığorta şirkətindən sığorta ödənişinin, dəbbə pulunun və digər xərclərin tutulmasını tələb edir. Bu baxımdan mübahisə istehlakçı münasibətləri xarakteri daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, xidmətlərdən şəxsi tələbatın ödənilməsi məqsədilə istifadə edən şəxs istehlakçı hesab olunur. İddiaçı sığorta xidmətindən şəxsi əmlakına dəymiş zərərin ödənilməsi məqsədilə istifadə etdiyindən, o, istehlakçı statusuna malikdi r, cavabdeh isə xidmət göstərən icraçı qismində çıxış edir. Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin normaya uyğun olaraq iddiaçının bu iş üzrə iddianı öz yaşadığı yer üzrə məhkəməyə vermək hüququ qanunla birbaşa tanınmışdır. Mülki Prosessual Məcəllənin 36.13-cü maddəsinə əsasən, işin aid olduğu bir neçə məhkəmə arasından seçmək hüququ müstəsna olaraq iddiaçıya məxsusdur. İddiaçı tərəfindən bu seçim hazırkı məhkəmənin xeyrinə edilmişdir və qanunvericilik cavabdehə bu seçimi öz xeyrinə dəyişmək səlahiyyəti vermir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş sonradan başqa məhkəməyə aid olsa belə, mahiyyəti üzrə həmin məhkəmədə baxılmalıdır. İşin materiallarından cavabdehin iddia ərizəsinin icraata qəbul edildiyi vaxt aidiyyət qaydalarının pozulması halının mövcud olmadığı da müəyyən edilir. Bundan əlavə, cavabdeh tərəf vəsatətində Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə (iddianın cavabdehin olduğu yerə görə verilməsi) istinad etsə də, həmin maddə yalnız "Qanunla başqa hal nəzərdə tutulmamışdırsa" şərti ilə tətbiq olunur. Hazırkı iş üzrə isə MPM-nin 36.9 və 35.2-ci maddələri məhz həmin "başqa halları" (alternativ aidiyyəti) müəyyən edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehin nümayəndəsinin ərazi aidiyyətinin dəyişdirilməsi barədə vəsatəti Mülki Prosessual Məcəllənin 35, 36.9 və 44.1-ci maddələrinin tələblərinə zidd olmaqla əsassızdır və təmin edilməməlidir.

6. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.2, 36.9, 36.13, 39.1, 39.2, 39.3, 45.1 və 45.2-ci maddələrinə istinad etmişdir. İİ. Şikayət və ona etirazın dəlilləri a) Şikayətinin dəlilləri

7. Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2025- ci il tarixdə Şərur Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(110)-1000/2025 nömrəli qərardadından şikayət verilərək, Şərur Rayon Məhkəməsinin 2(110)-1000/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək, işin ərazi aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.

8. Şikаyət оnunlа əsаslаndırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə m ünasibətləri mövcud olmamışdır. Tərəflər arasında sığorta müqaviləsi bağlanmamış, cavabdeh sığorta şirkəti tərəfindən iddiaçıya hər hansı mal satılmamış, iş görülməmiş və ya xidmət göstərilməmişdir. İddiaçıya dəymiş zərər cavabdeh sığorta şirkətinin hərəkət və ya hərəkətsizliyi nəticəsində deyil, zərərvuran şəxsin hüquqa zidd hərəkətləri nəticəsində yaranmışdır. Sözügedən zərər delikt xarakterlidir və iddiaçının tələbi bilavasitə zərərvurana yönəlməli olduğu halda, yalnız zərərvuranın mülki məsuliyyətinin cavabdeh sığorta şirkətində sığortalanması səbəbindən sığortaçıya qarşı irəli sürülmüşdür. Bu baxımdan, tərəflər arasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanununda nəzərdə tutulan istehlakçı münasibətlərinin mövcudluğu üçün zəruri olan hüquqi əlamətlər mövcud deyildir. Belə ki, iddiaçı şəxsi tələbatını ödəmək məqsədilə cavabdehdən hər hansı mal, iş və ya xidmət almamış, sifariş verməmiş və ya almaq niyyətində olmamışdır. Nəticə etibarilə, mövcud mübahisə istehlakçı münasibətlərindən deyil, delikt öhdəliklərindən irəli gəlir və buna görə də MPM-in 36.9-cu maddəsinin tətbiqi üçün hüquqi əsaslar mövcud deyildir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında AR Qanunun aəsasən, istehlakçı dedikdə, şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs başa düşülür. İstehsalçı dedikdə isə, mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraqsatış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar başa düşülür. İstehlakçı və is tehsalçı münasibətlərinin yaranması üçün tərəflər arasında hadisədən əvvəl şəxsi tələbatın ödənilməsinə yönəlmiş mal, iş və yaxidmətin təqdim olunmasını nəzərdə tutan hüquqi münasibət (şifahi və ya yazılı əqd) mövcud olmalıdır. Halbuki, cavabdeh sığorta şirkəti iddiaçı ilə yalnız sığorta hadisəsinin baş verməsindən sonra, delikt öhdəliyindən irəli gələn tələbin icrası çərçivəsində münasibətə daxil olmuşdur ki, bu da istehlakçı münasibəti kimi qiymətləndirilə bilməz. Bu kateqoriyadan olan işlər üzrə formalaşmış məhkəmə təcrübəsi mübahisənin ərazi aidiyyəti baxımından cavabdehin hüquqi ünvanı üzrə məhkəmədə baxılmasını tələb edir. Cavabdeh Sığorta Şirkətinin hüquqi ünvanı ünvan 2 ərazi aidiyyatı qaydasına riayət edilməmiş, cavabdehin vəsatəti nəzərə alınmamış və bu hal aydınlaşdırılmamışdır.

9. Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(110)-1000/2025 nömrəli qərardadı ilə şikаyət təmin edilməyərək, şikаyətin mülki işlə birlikdə bаxılmаsı üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. b) Etirazın dəlilləri

10. Şikayətə qarşı İddiaçı tərəfindən yazılı etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, o, sığorta ödənişini Cavabdeh Sığorta ASC Şərur filialında ödəmişdir. Həmçinin onun nəqliyyat vasitəsilə bağlı zərər təcrübəyə görə sürücünün olduğu yerdə verilir. Bunlar onu deməyə imkan verir ki, bugün müqavilənin icra yeri Naxçıvan Muxtar Respublikasının Şərur rayon ərazisidir. Belə olan halda o, niyə iddianı Bakı şəhərində qaldırmalıdır. Həmçinin ola bilsin ki, məhkəmə burada Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsini qeyd eləməsin, lakin prosse sual normanın tələblərini yoxlamaq məhkəmənin səlahiyyətindədir. Xahiş edir ki, aiddiyyət məsələsi ciddi şəkildə araşdırılsın. Bu onun seçimidir o, istəyir ki, burada baxılsın. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinin tələblərinə görə şəxsin razılığı olmadan onun işinin başqa məhkəmədə baxılmasına yol verilmir. O, istehlakçını ümumi qaydada qeyd etmiş, lakin Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən tələbinə burada baxılmalıdır. Əgər istehlakçılar kimi yanaşılmazsa müqavilə kimi yanaşılsın. Onun imkanı hüquqi şəxsin imkanlarından geniş deyil, burda hüquqi şəxsin əmlak vəziyyəti imkan verir ki, təmsil olunsun ancaq onun imkanı yoxdur ki, Bakı şəhərinə gedib çıxsın. Bununla bağlı bildirir ki, cavabdehin nümayəndəsi Nümayəndə yazdıqları məhkəmə qərardadını s adəcə şübhə altına almaqdan başqa bir şey deyildir. Məhkəmə işə baxıb qərardad çıxaran zaman normanın tələblərini pozmamış və baxılan iş üzrə tam düzgün tətbiq etmişdir. İddiaçı etirazının əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 31, 36.9 və 36.11-ci maddələrinə istinad etmişdir.

11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. İİİ. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

12. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.

13. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

14. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

15. Maddə 35.2 Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.

16. Maddə 44.2.Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: - 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;

17. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyət i ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır.

18. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

19. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır.

20. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

21. Maddə

400. Apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. İV. Məhkəmə kollegiyasının mövqeyi

22. Kollegiya iş materiallarını, şikayət dəlillərini və birinci instansiya məhkəməsinin qərardadını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı tam ləğv edilməli və iş baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməlidir.

23. Kollegiya ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququnun mühüm tərkib hissələrindən biri işə qanunla müəyyən edilmiş məhkəmə tərəfindən baxılmasıdır. Bu prinsip Mülki Prosessual Məcəllənin aidiyyət institutu nda öz əksini tapmışdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmadıqda iddia cavabdehin olduğu yer üzrə məhkəməyə verilir. Bu norma ümumi qaydanı müəyyən etsə də, yalnız qanunla birbaşa nəzərdə tutulmuş hallarda alternativ aidiyyətin tətbiqinə yol verilir.

25. Birinci instansiya məhkəməsi alternativ aidiyyətin əsaslarından biri kimi MPM-in 36.9-cu maddəsində nəzərdə tutulan istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı iddialar kimi qiymətləndirmişdir. Lakin kollegiya hesab edir ki, hazırkı mübahisə birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi istehlakçı hüquqlarının müdafiəsi deyil, müqavilə öhdəliklərindən irəli tələb kimi çıxış edir.

26. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərba ycan Respublikasının Qanununun giriş hissəsində aydın şəkildə ifadə olunur ki, bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını, habelə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını və mexanizmini müəyyənləşdirir. Maddənin məzmunundan da göründüyü kimi bu qanun istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında olan münasibətlərin hüquqi əsaslarını və mexanizmini müəyyənləşdirir. Həmin ifadələrin anlayışı bu Qanunun 1-ci maddəsində belə verilmişdir; istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs; istehsalçı - mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar; icraçı - iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar; satıcı - alğı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkar;

27. Hazırki iddia tələbinin əsaslarından və predmetindən, həmçinin iş materiallarından aydın olur ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” müqavilə bağlanmış (iş səh.20), həmin müqavilənin bitmə müddəti xx.xx.2025-ci il tarixi müəyy ən olunmuşdur. Müqavilənin qüvvədə olduğu müddətdə, yəni 13 dekabr 2024-cü il tarixdə sığorta hadisəsinin olduğu iddia olunmuş və iddiaçı tərəfindən cavabdeh təşkilata qarşı bu əsasla iddia qaldırılaraq ona sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi xahiş edilmişdir. 28. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun 1.1.19-cu maddəsinə görə sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal, həmin Qanunun 1.1.3-cü maddəsinə görə sığortaçı – bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs, 1.1.5-ci maddəsinə görə isə sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxsdir.

29. Göründüyü kimi (yuxarıda qeyd olunan ifadələrin hüquqi mənası və digər hallar əsas götürülməklə) hazırkı iddia tələbi tərəflər arasında müqavilə öhdəliklərindən yaranan tələbdir, onlar arasında yaranan münasibətlər istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında yaranmış münasibətlərdən doğan tələb deyil, cavabdeh təşkilatın iddiaçı qarşısında iddia olunan öhdəliyi birbaşa müqavilə öhdəliyindən irəli gələn tələ bdir. Çünki əgər hazırda iddiaçı istehlakçı kimi qəbul olunarsa belə cavabdeh təşkilat istehsalçı qismində qəbul oluna bilməz. Belə ki, yuxarıda da qeyd olunduğu kimi istehsalçı mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkardır. Hazırki halda isə cavabdeh (sığortaçı) olan Cavabdeh Sığorta Şirkəti ASC satış üçün mal istehsal edən sahibkar deyil, sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan hüquqi şəxsdir.

30. Bu halda cavabdeh sığorta şirkəti iddiaçı qarşısında mülki məsuliyyətinin sığortaçısı kimi çıxış edir. Həmçinin cavabdehin iddiaçı ilə münasibəti sığorta ha disəsi baş verdikdən sonra yaranmışdır ki, bu da istehlakçı hüququnun pozuntusu kimi qiymətləndirilə bilməz. 31. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 dekabr 2021-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, “...Konstitusiya Məhkəməsinin Plenumu apellyasiya instansiyası məhkəməsinin sığorta müqaviləsinin və ya sığortaçının müqavilədən irəli gələn fəaliyyətinin xidmət müqaviləsi və ya xidmət kimi təfsir oluna bilməməsi mövqeyi ilə bağlı bildirir ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.9-cu maddəsində göstərilmi şdir ki, sığorta risklərinin və zərərlərin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması, həmçinin zərərlərin tənzimlənməsi ilə bağlı xidmətlər sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən həyata keçirildikdə də, bu fəaliyyət sığorta xidmətlərinin tərkib hissəsi hesab edilir. Sığorta fəaliyyətinin mahiyyət etibarı ilə xidmət olduğu şübhəsizdir. Belə ki, mülki dövriyyədə həyata keçirilən fəaliyyətlər ya əmtəə istehsalı, ya da xidmət göstərilməsi şəklində təzahür edir. Sığorta fəaliyyəti əmtəə istehsalı olmadığından, xidmət sahəsinə aid fəaliyyət olaraq qiymətləndirilməlidir.”

32. Belə olan halda isə kollegiya hesab edir ki, hazırkı tələbə MPM-in 36.9-cu maddəsinin müddəaları tədbiq olunmaqla iddia tələbinin istehlakçı hüququnun müdafiəsi kimi qiymətləndi rilməsi və bu əsasla iddiaçının seçməsinə görə ərazi aidiyyətinin dəyişdirilməsi yolverilməzdir. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normaları səhv tətbiq etməklə düzgün olmayan nəticəyə gəlmişdir.

33. Bu baxımdan, hazırkı halda mübahisəyə Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş ümumi ərazi aidiyyəti qaydası tətbiq edilməlidir ki, həmin maddənin tələbinə görə, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

34. Həmçinin iddiaçı tərəfindən şikayətə qarşı etiraz daxil olduğundan kollegiya etirazda göstərilən dəlillərə də qiymət verməyi zəruri hesab edir.

35. Yuxarıda da qeyd olunduğu kimi (bax bənd 10) İddiaçı etirazında bildirir ki, “...sığorta ödənişi Cavabdeh Sığorta ASC-nin Şərur filialında həyata keçirildiyindən və zərərə görə münasibətlər faktiki olaraq hadisənin baş verdiyi yer üzrə icra olunduğundan, müqavilənin icra yeri Naxçıvan Muxtar Respublikasının Şərur rayonudur. Bu səbəbdən iddianın Bakı şəhərində qaldırılması əsassızdır. Belə olan halda niyə o, iddianı Bakı şəhərində qaldırmalıdır. Həmçinin ola bilsin ki, məhkəmə burada Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsini qeyd etməsin, lakin prossesual normanın tələblərini yoxlamaq məhkəmənin səlahiyyətindədir.”

36. Kollegiya ilk olaraq qeyd edir ki, iş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta şəhadətnaməsi”nin surətindən (bax səh 20) aydın şəkildə görünür ki, Cavabdeh Sığorta ASC-nin hüquqi ünvanı ünvan 3əxs olan sığortaçı ilə bağlanmışdır və müqavilədən irəli gələn əsas öhdəlik sığo rta ödənişinin verilməsi məhz bu hüquqi şəxsin mərkəzi orqanı tərəfindən həyata keçirilir. Filialın mövcudluğu isə müstəqil hüquqi şəxs yaratmadığından, müqavilənin icra yerinin avtomatik olaraq filialın yerləşdiyi ərazi hesab edilməsinə hüquqi əsas vermir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2024-cü il tarixli qərarında da hüquq mövqe ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şə xsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. İddiaçının etirazda istinad etdiyi MPM-nin 36.11-ci maddəsinin tələbi baxımından icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddiaların müqavilənin icra yerinə görə də verilə bilməsinə dair dəlilinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta şəhadətnaməsi”nin məlumatlarında müqavilənin icra yeri öz əksini tapmamış, Cavabdeh Sığorta ASC-nin hüquqi ünvanı isə Bakı şəhəri, Səbail rayonu, Sabir küçəsi, ev 3 kimi göstərilmişdir.

37. Beləliklə kollegiya idd iaçının diqqətinə çatdırır ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh Sığorta Şirkəti ASC Bakı şəhəri, Səbail rayonu, Sabir küçəsi, ev 3 ünvanında yerləşir (iş səh.84). Belə olan halda isə mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. Çünki yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmadıqda iddia cavabdehin olduğu yer üzrə məhkəməyə verilir.

38. Birinci instansiya məhkəməsi mübahisənin hüquqi mahiyyətini düzgün müəyyən etməmiş və nəticədə ərazi aidiyyəti qaydalarının pozulmasına yol vermişdir. Bu isə öz növbəsində prosessual hüquq normasının pozuntusudur. Azərbaycan Pespublikası Mülki Prosessual Məcəllənin 385.1, 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

39. Azərbaycan Pespublikası Mülki Prosessual Məcəllənin 398.0, 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

40. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuа l hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayət təmin edilməli, Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(110)1000/2025 nömrəli qərardadı tam ləğv edilməli və mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0, 398.0.3, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(110)-1000/2025 nömrəli qərardadı tam ləğv olunsun. Mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar