Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-26/2026 20.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya iddiaçı3, iddiaçı2, iddiaçı1, iddiaçı5 və iddiaçı4 Cavabdeh qarşı mülkiyyətlərində olan torpaq sahəsində qeyri-qanuni inşa edilmiş tikilinin sökülməsi tələbi (Açar sözlər: Mülkiyyət hüququnun müdafiəsi, torpaq islahatı, qeyri-qanuni tikilinin sökülməsi hüquq münasibətlərinin yarandığı dövrə uyğun olmayan maddi hüquq normasının tətbiqi, dövlət rüsumundan azad olma, iddia həddindən kənara çıxma, daşınmaz əmlakın dövlət reyestri) iddiaçılar iddiaçı3, iddiaçı1 və cavabdeh Cavabdeh iştirakları ilə, iddiaçı3, iddiaçı2, iddiaçı1, iddiaçı5 və iddiaçı4 Cavabdeh qarşı mülkiyyətlərində olan torpaq sahəsində qeyri-qanuni inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Culfa Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. iddiaçı3, iddiaçı2, iddiaçı1, iddiaçı5 və iddiaçı4 "03" sentyabr 2025-ci ildə iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətlərində olan torpaq sahəsində qeyriqanuni inşa edilmiş tikilinin cavabdeh tərəfindən sökülməsi və dövlət rüsumu olaraq ödənilən 100 (bir yüz) manatın cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər (mülki iş İ cild, iş vərəqə 01-04).
b) Iddia tələbinin əsaslandırılması.
2. Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Ərəzin kəndində yerləşən 0.01 hektar torpaq sahəsi, Culfa Rayon Aqrar Islahat Komissiyasının 15 aprel1997-ci il tarixli, ** nömrəli qərarı ilə birgə mülkiyyət əsasında iddiaçıların xüsusi mülkiyyətinə verilmişdir. Lakin mülkiyyətçilər bu barədə yalnız 8 ay əvvəl məlumat tutmuşlar. Buna qədər onlar yalnız fərdi yaşayış evlərinin yerləşdiyi sahəyə sahib olduqlarını düşünmüş, sözügedən əlavə torpaq sahəsinin varlığından xəbərsiz olmuşlar. Mülkiyyətçilər torpaq sahəsinin onlara məxsus olduğunu öyrəndikdən sonra apardıqları araşdırma zamanı müəyyən etmişlər ki, torpaq sahəsi üzərində qeyri-qanuni şəkildə qeyri-yaşayış sahəsi (tikili) inşa edilmişdir. Həmin tikilinin kənd sakini Cavabdeh tərəfindən inşa edildiyi və hazırda da onun faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları əraziyə cəlb edilmiş, müvafiq xəritə və sxemlər əsasında torpaq sahəsinin məhz iddiaçılara məxsus olduğu rəsmən təsdiqini tapmışdır.
c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.
3. Culfa Rayon Məhkəməsinin (sədrlik edən hakim Mehrab Məmmədov) ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Culfa Rayon Aqrar Islahat Komissiyasının ## ##### 1997-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçı3, iddiaçı2, iddiaçı1, iddiaçı5 və iddiaçı4 mülkiyyətinə verilmiş, Culfa rayonu, Ərəzin kəndində yerləşən 0,01 hektar həyətyanı torpaq sahəsi (KOD 10602018, JN-***E nömrəli) üzərində inşa edilmiş tikililərin cavabdeh Cavabdeh tərəfindən sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir (mülki iş İ cild, iş vərəqə 100-104).
ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.
4. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, Culfa rayonunun əmlak idarəsi mütəxəssisinin yerində apardığı ölçmələr və təqdim etdiyi rəy nəticəsində cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş tikilinin koordinatları ilə iddiaçıların mülkiyyət şəhadətnaməsindəki (JN-208E) torpaq sahəsinin tam eynilik təşkil etdiyi, yəni tikintinin məhz iddiaçılara məxsus ərazidə aparıldığı rəsmən təsdiqlənmişdir.
II. Apellyasiya icraatı. a) Apellyasiya şikayətinin predmeti.
5. Culfa Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə vasitəsi ilə ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət etmiş, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 111-117).
b) Apellyasiya şikayətinin əsaslandırılması.
6. Cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Culfa rayonu, Ərəzin kəndində yerləşən torpaq sahəsi ## ##### 1997-ci il tarixli, ** nömrəli Aqrar Islahat Komissiyasının qərarı ilə 0.17 hektar həyətyanı torpaq sahəsi mərhum anası X6 adına verilmişdir. Həmin torpaq sahəsinin üzərində ev və digər yardımçı tikililəri olmuşdur. Torpaq sahəsi onların ata-baba torpağı olmuşdur, 1997-ci ildə Aqrar Islahat Komissiyasının qərarı ilə həmin torpaq onların sərhədləri daxilində olmuşdur. Onların torpaq sahəsi Culfa rayonu, Ərəzin kənd poçt mərkəzinin binası ilə həmsərhəd olub həmin binaların arasında ona məxsus yardımçı bina tikilmişdir. Iddiaçılara məxsus (yaşayış torpaq sahəsi) torpaq sahəsi onun torpaq sahəsindən təxminən 1000 metrə yaxın ara məsafədə yerləşir. Lakin 2025-ci il tarixdə iddiaçılar JN-***E nömrəli şəhadətnamə ortalığa çıxarmaqla onun torpaq sahəsi daxilində 0.01 hektar torpaq sahəsinin onlara aid olduğunu bildirirlər. Hələ o, islahat aparılmamışdan qabaq tikililəri tikib. Daha sonra anası X6 adına Aqrar Islahat Komissiyasının qərarı ilə özəlləşdirmə aparılmış, həmin torpaq sahəsi anasının adına olduğundan sənəddə həmin ərazi zəbt olaraq göstərilmişdir. Qeyd olunan torpaq sahəsi rabitə nazirliyinin balansında olmuş, daha sonra nazirliyin işçilərinə verilmişdir. 2008-ci ilə kimi rabitə nazirliyinin balansında olmuşdur. Bina söküldükdən sonra Culfa rayonu, Ərəzin kənd icra nümayəndəsi həmin torpaq sahəsinin kəndin zibilxanası olacağını, heç kimə məxsus olmadığını bildirmişdir. Bundan sonra yenə poçt binasının ərazisi onun sərhədləri daxilində olmuşdur, poçt binası ilə onun yardımçı tikilisi həmin ərazidə 1993-cü ildən tikildiyindən özünə məxsus olmuşdur. Torpaq sahəsi üzərində tikililəri tikən zaman ona həmin sahənin heç kimə məxsus olmadığından buna görə də yardımçı tikililəri tikib. Iddiaçı X8 qardaşı torpaq islahatı komissiyasının üzvü olmuş, həmin torpaq sahəsi iddiaçının adına sonradan sənədləşdirilmişdir. 1997-ci il tarixdə Aqrar Islahat Komissiyasının qərarı ilə iddiaçıların mülkiyyətində olduğu öz əksin tapır. O bu faktları məhkəməyə çatdırsa da məhkəmə bunlara düzgün qiymət verməmişdir.
7. Şikayət edən tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157ci maddəsinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1-ci və 88-ci maddələrinə istinad etmişdi.
c) Işin apellyasiya icraatına qəbulu
8. Apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “22” yanvar 2026-cı ildə daxil olmuş və kollegiyanın ## ###### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
9. Iddiaçı iddiaçı3 tərəfindən ## ###### 2026-cı il tarixdə poçt vasitəsi ilə apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Iddiaçı apellyasiya şikayətinə qarşı etirazda qeyd etmişdir ki, şikayətdə Cavabdeh həmin mübahisəli torpaq sahəsinin 2008-ci ilə qədər rabitə nazirliyinin balansında olduğunu bildirsə də, Aqrar Islahat Komissiyasının qərarı ilə ## ##### 1997-ci ildə həmin 0.1 hektar torpaq sahəsi ona və ailə üzvlərinə verilmişdi. 1997-ci ilə qədər yəni, aqrar islahat aparılan zaman həmin mübahisə olunan torpaq sahəsində heç bir tikinti olmamışdır. Islahat aparılan zaman Culfa rayon torpaq şöbəsində Cəlal adlı şəxs torpaq bölgüsündə şəxsən özü iştirak edirdi. Haliyyədə həmin şəxs Babək rayon torpaq şöbəsində işləyir. Cavabdeh apellyasiya şikayətində qardaşı X4 həmin dövrdə sovxoz direktoru işlədiyindən qanunsuz olaraq həmin torpağın iddiaçıya verildiyini bildirir. Bildirir ki, mübahisə olunan torpaq sahəsi Hüseyn Cavid adına sovxozun balansında olub, 1997-cı ildə aqrar islahat aparılan zaman ona verilmişdir.
10. Yuxarıda qeyd etdiklərini və məhkəməyə təqdim olunan sənədlərə hüquqi qiymət verilərək cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, Culfa Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir.
III. Izahatlar və prosesin gedişi.
11. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, verdiyi izahatında bildirmişdi ki, mübahisə predmeti olan ərazidə yerləşən tikilinin 1/3 hissəsi keçmiş dövrdə tikilmişdir və onlar həmin sahəni əl damı kimi istifadə etmişlər. Iddiaçının böyük qardaşı vaxtilə sovxoz direktoru vəzifəsində işləmişdir. Iddiaçıların mübahisə predmeti olan torpaq sahəsinin şəhadətnaməsindən uzun müddət məlumatları olmamışdır. Bir müddət öncə qarşı tərəf kənd icra nümayəndəsi ilə birlikdə yaxınlaşaraq həmin ərazinin özlərinə aid olmasını onlara bildirmişdir. 2008-ci ildə həmin ərazidə yerləşən poçt məntəqəsi sökülən zaman icra nümayəndəsi oranın kəndin zibilxanası olacağını, həmin yeri bağlamalarını və sənədləşmə işlərində köməklik edəcəyini bildirmişdir. Torpaq islahatları keçirilən zaman islahatı həyata keçirən komissiyanın üzvləri iddiaçı iddiaçı3 qardaşı və kəndin icra nümayəndəsi olmuşdur. Torpaqların paylanması zamanı icra nümayəndəsinin iştirakı olmadan heç kimə torpaq verilmirdi. Onlar əvvəlcədən tikilmiş tikilinin də, poçt binasının yerinin də özlərinə aid olduğunu düşünmüşlər. Keçmiş tikilinin tikintisi üçün sovxoz direktoru ondan iki ədəd heyvan almışdı. Lakin keçən il iyulun 7-də onun oğlu ona 250 manat pul göndərərək, həmin vəsaitin atasına verilmiş heyvanların pulu olduğunu bildirmişdir. Mübahisə predmeti olan ərazinin özlərinə aid olduğundan əmin olmuşlar. O, veterandır və veteranlıqla bağlı aldığı pulla həmin ərazidə hörgü hörən zaman qarşı tərəf buna etiraz etməmişdi. Mübahisə predmeti olan ərazinin şəhadətnaməsi iddiaçılarda deyil, iddiaçı iddiaçı3 qardaşında olmuşdur. Onun övladları isə ona ərazinin özlərinə aid olmasını, tikilini sökməməsini, torpağın şəhadətnaməsini əmiləri iddiaçı3 verdiklərini, əvəzində əmilərinin onlara pul verəcəyini bildirmişlər. Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edən zaman onlara xəritəçəkmə komitəsinin verdiyi koordinatlar əsasında planların tərtib edildiyi, əgər həmin ərazi pay torpağı kimi verilibsə, oradan həyətyanı sahə kimi istifadə edilməsinin mümkün olmadığı bildirilmişdir.
12. Cavabdeh ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, torpaq şöbəsinin tərtib etdiyi sənədlərdən məlumatı olmadığı üçün onları mübahisələndirməmişdir. Əmlak Məsələləri Dövlət Xidmətində onlara həmin torpağın şəhadətnaməsini məhkəməyə müraciət edərək ləğv etdirə biləcəkləri bildirilmişdir. Sovxoz direktorunun mübahisə predmeti olan ərazini ona verməsi ilə bağlı rəsmi sənədi yoxdur. Mübahisə predmeti olan torpaqlar bugünkü gün onun sahibliyindədir, orada yerləşən tikilidən anbar kimi istifadə etməsi üçün mağaza sahibinə də özü icazə verib. Həmin torpaq sahəsində 10 metr uzunluğunda, 5 metr enində tövlə və 4 metr uzunluğunda, 5 metr enində olan anbar tikib və o, bu tikintiləri aparan zaman qarşı tərəf ona heç bir etiraz etməmişdi. Anbar 2 ildir tikilib, tövlə isə 2008-ci ildə tikilmişdir.
13. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş əvvəlki məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında bildirmişdi ki, mübahisə predmeti olan torpağın aidliyi ilə bağlı dəqiqləşdirmə 2006-cı ildə aparılmışdır. Onların həmin ərazidə tikilisi olsa da, o zaman həmin tikili xəritədə qeyd edilməmişdir. Mübahisə predmeti olan əraziyə verilmiş çıxarışı mübahisələndirmək üçün inzibati məhkəməyə müraciət etsə də, torpaq anasının mülkiyyətində olduğundan, qardaşının adına rəsmiləşdirdikdən sonra iddia qaldıra biləcəyi bildirilmişdir. Anaları 2020-ci ildə vəfat etmişdir və həmin dövrdə qardaşı mirası qəbul etməmişdi.
14. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddiaçı3 apellyasiya şikayətini qəbul etməyərək, verdiyi izahatında bildirmişdi ki, mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş tikintinin sökülməsi tələbi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. Iddia tələbi qanuni olduğundan Culfa Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Qarşı tərəf apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin 2008-ci ilə qədər rabitənin balansında olduğunu bildirmişdir. X1 Komissiyasının ## ##### 1997-ci il tarixli qərarı ilə həmin 0.1 hektar torpaq sahəsi ona və ailə üzvlərinə verilmişdir. Həmin islahatlar aparılana qədər mübahisəli torpaq sahəsində heç bir tikili mövcud olmamışdır. Islahatlar aparılan zaman Culfa Rayon Torpaq şöbəsində Cəlal və Qadir adlı şəxslər nümayəndə qismində torpağın ölçülməsində iştirak etmişlər. Cavabdeh, iddiaçının qardaşı X4 həmin dövrdə sovxoz direktoru işlədiyi üçün mübahisə predmeti olan torpağı ona verdiyini bildirir. O, izahatında qardaşına iki heyvan verdiyini desə də, iddiaçı sadəcə bir çəpiş verdiyini eşitmişdir. Mübahisə predmeti olan torpaq sahəsi Hüseyn Cavid adına sovxozun və kənd nümayəndəliyinin balansında olmuşdur. Bu, o zamankı qaytanlanmış kitabda da öz əksini tapmışdır. Mübahisə predmeti olan torpaq sahəsində yerləşmiş rabitə binası 1997-ci ildən əvvəl yeni tikilmiş binaya köçmüşdür. O, rabitəyə aid olan butkanı deyil, özünə aid olan torpağı tələb edir. Qarşı tərəfin ona aid olan torpaq sahəsini uzun müddət istifadə etdiyini nəzərə alaraq ondan 2000 manat təzminat istəyir. Cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Culfa Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Iddiaçı iddiaçı3 ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, cavabdeh ona aid olan torpaq sahəsini uzun müddət istifadə etmiş, oranı mağaza sahibinə ya satmış, ya da anbar kimi kirayə vermişdir. Məhz bu səbəbdən ondan 2000 manat məbləğində təzminat tələb edir. Özünün həyətyanı sahəsi az olduğundan, həmin dövrdə sovxoz direktoru işləmiş Mamed həkimdən torpaq istəyən zaman ona torpaq verilməyəcəyi bildirilmiş, bundan sonra icazə alaraq yaşadığı yerin ətrafındakı boş torpaq sahələrində kiçik tikililər həyata keçirmişdir. Torpaqlarla bağlı ona vahid şəhadətnamə deyil, bir neçə şəhadətnamə verilmişdir. Mübahisəli torpaq sahəsinin onlara aid olması barədə bir il əvvəl məlumatı olmuşdur. Əvvəllər həmin torpaq sahəsi cavabdehin istifadəsində olmuş və o, orada tövlə tikmişdir. Tövlənin tikilməsindən təxminən 10 il keçdiyini, ondan öncə isə həmin yerdə rabitə binasının olduğunu qeyd etmişdir. Hal-hazırda mübahisə predmeti olan torpaqda tikilmiş anbarı mağaza sahibi istifadə edir. Cavabdeh tərəfindən həmin anbara çıxarış almaq üçün müraciət edilən zaman ona torpağın iddiaçıya məxsus olduğu bildirilmiş və iddiaçı da bu barədə məhz həmin vaxt məlumat almışdır. 208 A nömrəli şəhadətnamədə göstərilmiş torpaq sahəsi 208 E nömrəli şəhadətnamədə əks olunmuş torpaq sahəsindən kənarda yerləşir. Qarşı tərəf anbarı tikən zaman həmin torpağın onlara məxsus olduğunu bilməmişdir. Qarşı tərəflə hər hansı razılığa gəlmək fikrində deyildir. Mübahisə predmeti olan torpaq bütünlüklə cavabdehin sahibliyində olmuşdur. Mağaza sahibi cavabdehin sözünə əsasən anbarı sökəcəyini bildirdiyi üçün iddiaçı ona qarşı iddia qaldırmamışdır.
16. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı1 verdiyi izahatında bildirmişdi ki, özləri bu barədə məlumatlı olmasalar da, qarşı tərəf mübahisəli torpaq sahəsinin iddiaçılara aid olmasını öncədən bilmişdir. Mağaza sahibi həmin anbarı ona satmağı onlara təklif etsə də, onlar oranı satmamaq qərarına gəlmişlər. Mağaza sahibinə tikinti aparmamasını bildirdikdə, o, cavabdehin sözü ilə orada tikinti apardığını ifadə etmişdir. Qarşı tərəfdən onlara məxsus ərazidə olan tikilinin sökülməsini tələb edir.
17. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçılar iddiaçı2, iddiaçı5, iddiaçı4, cavabdehin nümayəndəsi Nümayəndə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi.
18. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi.
IV. Işin halları:
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:
20. - Verilmə tarixi ## #### 2006-cı il olan Torpağın mülkiyyətə verilməsinə dair JN-208E seriyalı, ******** nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən Culfa rayonu, Ərəzin kəndində yerləşən 0.01 hektar həyətyanı torpaq sahəsinin Culfa Rayon Aqrar Islahat Komissiyasının ## ##### 1997-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçı3, iddiaçı2, iddiaçı1, iddiaçı5 və iddiaçı4 ümumi mülkiyyətinə verilməsi (mülki iş İ cild, iş vərəqə 14);
21. - Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Culfa rayon şöbəsinin mütəxəssisi tərəfindən verilmiş rəydə *(***)-***/**** nömrəli mülki işlə əlaqədar daşınmaz əmlaka ## ####### 2025-ci il tarixdə mütəxəssis (Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Culfa rayon şöbəsinin müdiri) tərəfindən naturada baxış keçirilməsi, qeyd olunan torpaq sahəsinin iddiaçılar və cavabdehin iştirakı ilə yerində ölçülməsi, ölçmə zamanı iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1, iddiaçı5 və iddiaçı4 məxsus torpaq sahəsi ilə cavabdeh Cavabdeh inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin eynilik təşkil etməsi (mülki iş İ cild, iş vərəqə 76);
22. - Apellyasiya şikayətinə baxılması zamanı cavabdehin kollegiyaya təqdim etdiyi Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## ###### 2026-cı il tarixli, **/** nömrəli məktubunda Culfa rayonu, Ərəzin kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında iddiaçı3 adına 0.12 hektar hüquqi torpaq sahəsi qeyd olunması, Culfa Rayon Aqrar Islahat Komissiyasının ## ##### 1997-ci il tarixli ** nömrəli Qərarına əsasən JN-208A kadastr nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə 958,55 kvadratmetr həyətyanı torpaq sahəsinin iddiaçı3 və ailə üzvlərinin (cəmi 5 nəfər) mülkiyyətinə verilməsi, mülkiyyət sənədlərindəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2006-cı ildə Culfa rayonunun Ərəzin kəndində torpaq sahələrinin sərhədləri yenidən dəqiqləşdirilməsi, iddiaçı3 və ailə üzvlərinin faktiki istifadəsində olan 626,98 kvadratmetr torpaq sahəsinə dair JN-208A, 255,24 kvadratmetr torpaq sahəsinə dair JN-208B, 78,00 kvadratmetr torpaq sahəsinə dair JN-208C, 33,00 kvadratmetr torpaq sahəsinə dair JN-208D və 72,0 kvadratmetr torpaq sahəsinə dair JN-208E kadastr nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamələr verilməsi, Culfa rayonu, Ərəzin kəndində torpaq islahatı aparılan zaman JN-265A kadastr nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə ilə X6 mülkiyyətinə verilmiş torpaq sahəsinin qonşuluğunda yerləşən, müraciətdə qeyd olunan torpaq sahəsi uçota alınmaması, lakin kənddə dəqiqləşdirmə işləri aparılan zaman bəhs edilən torpaq sahəsinin iddiaçı3 və ailə üzvlərinin istifadəsində olan torpaq sahəsi kimi uçota alınması, 72,0 kvadratmetr torpaq sahəsinə dair JN-208E kadastr nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə hazırlanaraq onlara təqdim olunmasının qeyd edilməsi (mülki iş İ cild, iş vərəqə 170);
23. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ## ##### 2026-cı il tarixli, *** nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyində Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Culfa rayon şöbəsinin müdiri Ə.Kərimovun şəxsi imza ilə təsdiq edilmiş ## ##### 2026-cı il tarixli mütəxəssis rəyinə əsasən Culfa rayonu, Ərəzin kəndində yerləşən JN-208E kadastr nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsinin sərhəd ölçüləri faktiki istifadə vəziyyəti ilə eynilik təşkil etməsinin, mübahisəli tikili (qeyri-yaşayış sahəsi - yardımçı tikili) faktiki olaraq JN-208E kadastr nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin sərhədləri daxilində yerləşməsinin və mübahisəli tikilinin 70,98 kvadratmetr ərazini əhatə etməsinin müəyyən edilməsi və torpaq sahəsinin təyinatı üzrə istifadəsinə maneə yaratmasının qeyd olunması (mülki iş II cild, iş vərəqə 01-06);
24. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ## ##### 2026-cı il tarixli, *** nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əlavə edilmiş sxemdən mübahisəli ərazidə olan tikilinin ölçülərinin şimal tərəfdən 13,4 metr, cənub tərəfdən 14,27 metr, şərq tərəfdən 5,1 metr və qərb tərəfdən 5,32 metr olması aydın olur (mülki iş II cild, iş vərəqə 07).
V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7ci maddələr).
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Culfa Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini yalnız cavabdeh tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının cavabdeh tərəfin mübahisələndirilən hissəsi təşkil edir. Həmin tərəfin verdiyi apellyasiya şikayətindən aydın olur ki, sözügedən qətnamə tam mübahisələndirilir.
28. Cavabdehin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır.
VI. Tətbiq edilən maddi və prosessual hüquq normaları.
a) ## #### 1965-ci ildən ## ######## 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin:
29. - 87-ci maddəsinə görə mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir;
30. - 100-cü maddəsinə əsasən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində aşağıdakılar ola bilər: torpaq sahələri, yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı, şəxsi istehlak predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri, sair qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində və sahibkarlıq fəaliyyətinin başqa sahələri üzrə müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və digər istehsal vasitələri, habelə vətəndaşa və hüquqi şəxslərə məxsus ola bilməməsi qanunvericilik aktlarında nəzərdə tutulmuş əmlakdan başqa istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı istənilən əmlak;
31. - 111-ci maddəsində qeyd edilir ki, əmlak ümumi mülkiyyət hüququ əsasında iki və ya bir neçə kolxoza və kooperativ və ya sair ictimai təşkilatlara, yaxud dövlətə və bir və ya bir neçə kolxoza və ya kooperativ və sair ictimai təşkilatlara, yaxud iki və ya bir neçə vətəndaşa məxsus ola bilər. Ümumi mülkiyyətin paylar məlum olan (paylı mülkiyyət) və paylar məlum olmayan (birgə mülkiyyət) növləri vardır;
32. -142-ci maddəsinin tələbinə görə mülkiyyətçinin, başqasının qanunsuz sahib olduğu öz əmlakını tələb etməyə hüququ vardır.
b) "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun:
33. - 4-cü maddəsində qeyd edilir ki, torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər;
34. - 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir;
35. -10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir;
36. - 17-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Torpaq mülkiyyətçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Torpaq məcəlləsi və digər normativ hüquqi aktlar ilə tənzimlənir.
37. - Qanuna ## ##### 2006-cı il tarixdə edilmiş dəyişikliklərin mahiyyətindən aydın olur ki, daşınmaz əmlakın özəlləşdirilməsi zamanı torpağın təyinatından asılı olaraq fərqli sənədlər tələb edilirdi. Belə ki, fərdi yaşayış evləri və həyətyanı sahələrin özəlləşdirilməsini təsdiq edən əsas sənəd kimi "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə", digər təyinatlı torpaq sahələri üçün isə müvafiq təyinatı göstərilməklə "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" təqdim olunurdu.
c) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
38. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;
39. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;
40. -9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir;
41. -76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;
42. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
43. - 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;
44. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
45. - 217.1 və 217.2-ci maddələrində göstərilir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;
46. - 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər;
47. - 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
48. Kollegiya qeyd edir ki, mülkiyyət hüququ şəxsin əmlaka öz mülahizəsinə görə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan ən geniş hüquqi hakimiyyətidir. Bu hüquq öz təbiətinə görə mülkiyyətçi tərəfindən bu hüququn həyata keçirilməsinə mane olan hər bir kəsdən pozuntunun aradan qaldırılmasını tələb etmək imkanı verir.
49. Eyni zamanda, mülkiyyət hüququ məhdud əşya hüquqlarından fərqli olaraq, əşya üzərində tam hüquqi hökmranlığı təmin etsə də, qanunla müəyyən edilmiş hədlərdə digər şəxslərin də bu hüquqa hörmətlə yanaşmaq və onu pozmamaq öhdəliyini yaradır. Mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququ beynəlxalq konvensiyalar və ölkə konstitusiyası ilə təminat altına alınmış fundamental bir hüquqdur.
50. Kollegiya hesab edir ki, mübahisənin düzgün hüquqi həlli üçün ilkin olaraq tərəflər arasında hüquq münasibətlərinin yaranma vaxtı dəqiq müəyyən edilməli və tətbiq edilməli olan maddi hüquq normaları məhz həmin dövrün qanunvericiliyinə müvafiq olaraq seçilməlidir.
51. Iş materiallarından göründüyü kimi, iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasına əsas verən inzibati akt - Culfa Rayon Aqrar Islahat Komissiyasının ** nömrəli qərarı ## ##### 1997-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu səbəbdən, tərəflər arasındakı münasibətlərin hüquqi mahiyyəti hazırkı Mülki Məcəllə ilə deyil, 1997-ci ildə qüvvədə olmuş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan SSR-in 1965-ci il redaksiyalı Mülki Məcəlləsinin normaları ilə qiymətləndirilməlidir.
52. Iddiaçıların mülkiyyət hüququnun yaranma əsasına gəldikdə isə, JN-***E nömrəli torpaq şəhadətnaməsi 1997-ci il tarixli Aqrar Islahat Komissiyasının qərarı əsasında tərtib edilmiş və dövlət tərəfindən təsdiq olunmuşdur. Bu sənəd mülkiyyətçilərin torpaq sahəsinin sərhədlərini, ölçüsünü (0.01 ha) və hüquqi statusunu müəyyən edən rəsmi sənəddir.
53. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş əmlak hüquqlarının, o cümlədən mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də əmlak hüququ sahiblərinin mənafelərinin qorunması baxımından vacibdir. Bu qeydiyyat nəticəsində şəxsin qanunla müəyyən edilmiş qaydada və əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka dair hüquqlarının tanınması bu hüquqların pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair hüquqları təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
54. Cavabdeh Cavabdeh apellyasiya şikayətinin əsas dəlilləri kimi irəli sürdüyü mübahisəli ərazinin onun "ata-baba torpağı" olması, tikililərin hələ 1993-cü ildən mövcudluğu və torpağın iddiaçılara saxta yolla verilməsi barədə iddialarına münasibətdə kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
56. Lakin cavabdeh tərəf nə birinci instansiya, nə də apellyasiya məhkəməsində bu iddiaları təsdiq edən hər hansı mötəbər sübut (rəsmi arxiv sənədi, mülkiyyət və ya istifadə hüququnu təsdiq edən akt və s.) təqdim etməmişdir.
57. Şəhadətnamənin etibarsızlığı ilə bağlı dəlillərə gəldikdə isə kollegiya vurğulayır ki, iddiaçıların mülkiyyət hüququnu təsdiq edən JN-208E seriyalı şəhadətnamə səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş və qüvvədə olan inzibati aktdır. Qanunçuluq prizmasından yanaşdıqda, mülkiyyət sənədi qanunla müəyyən edilmiş qaydada (inzibati və ya məhkəmə qaydasında) ləğv edilmədiyi və ya etibarsız sayılmadığı müddətcə, o, hüquqi qüvvəsini saxlayır və mülkiyyətçiyə öz hüquqlarını hər kəsdən müdafiə etmək səlahiyyəti verir. Cavabdehin sənədin "saxtalığı" barədə subyektiv mülahizələri hüquqi fakt kimi qəbul edilə bilməz və dövlət tərəfindən verilmiş sənədin hüquqi qüvvəsini sarsıtmır.
58. Iddiaçıların mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mövcudluğu və bu hüququn dövlət tərəfindən təsdiq olunması faktı öz təsdiqini tapdığından, növbəti mərhələdə həmin mülkiyyət hüququna cavabdeh tərəfindən hər hansı qeyri-qanuni müdaxilənin olub-olmaması və mülkiyyətçinin pozulmuş hüquqlarının bərpa üsulu qiymətləndirilməlidir. Mülkiyyət hüququnun xarakteri hər hansı kənar şəxs tərəfindən bu hüquqa qeyri-qanuni müdaxiləni birbaşa qadağan edir və mülkiyyətçiyə öz əmlakından maneəsiz istifadə imkanı yaradır. Işin halları və toplanmış sübutlar göstərir ki, cavabdeh iddiaçılara məxsus torpaq sahəsini hər hansı hüquqi əsas (mülkiyyətçinin razılığı, müqavilə və ya məhkəmə qərarı) olmadan zəbt edərək orada tikinti işləri aparmışdır. Bu hərəkətlər mülkiyyətçinin sahiblik imkanlarını məhdudlaşdırdığı üçün mülkiyyət hüququna qarşı birbaşa qeyri-qanuni müdaxilə kimi qiymətləndirilməlidir.
59. Həmçinin bu müdaxilə iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının ## ##### 2026-cı il tarixli, *** nömrəli rəyi ilə də tam təsdiqini tapmışdır. Belə ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli tikili (qeyri-yaşayış sahəsi - yardımçı tikili) faktiki olaraq JN- 208E kadastr nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin sərhədləri daxilində yerləşir və 70,98 kvadratmetr ərazini əhatə edir. Tikilinin ölçüləri (şimal tərəfdən 13,4 metr, cənub tərəfdən 14,27 metr, şərq tərəfdən 5,1 metr və qərb tərəfdən 5,32 metr) mülkiyyətçilərə məxsus sahə ilə tam kəsişərək, torpağın təyinatı üzrə istifadəsinə aşkar maneə yaradır.
60. Kollegiya vurğulayır ki, Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətçiyə öz hüquqlarının bərpası üçün kifayət qədər geniş təminat imkanları (vindikasiya, neqator iddialar, tanınma) yaradır. Mülkiyyətçi öz mülkiyyətinə olan hər bir qəsdi və ya maneəni aradan qaldırmağı tələb edə bilər. Mövcud işdə cavabdeh tərəfindən torpağın qanunsuz zəbt edilməsi və orada icazəsiz tikilinin ucaldılması faktı təsdiq edildiyi üçün, iddiaçıların sökülməyə dair tələbi hüquqi cəhətdən əsaslıdır və tam təmin edilməlidir.
61. Iddia tələbinin mahiyyətcə əsaslı olmasına baxmayaraq, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsində bir sıra maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyi qənaətindədir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququ 1997-ci ildə yarandığı üçün məhkəmə hüquqi əsaslandırmasını hazırda qüvvədə olan Mülki Məcəllənin 157-ci maddəsi ilə deyil, həmin dövrdə qüvvədə olmuş 1965-ci il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin (məsələn, 142-ci maddə) normaları ilə aparmalı idi.
62. Digər tərəfdən, Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, məhkəmə iddiaya iddiaçının verdiyi tələb həcmində baxır və qanunda nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, iddia tələbindən kənara çıxa bilməz. Iş materiallarından görünür ki, iddiaçıların tələbi yalnız qeyri-qanuni inşa edilmiş tikilinin sökülməsindən ibarət olmuşdur. Lakin birinci instansiya məhkəməsi tələb həddini aşaraq, qətnamənin nəticə hissəsinə iddiaçıların tələb etmədiyi "ərazinin əvvəlki vəziyyətinə qaytarılması" vəzifəsini də əlavə etmişdir ki, bu da prosessual hüquq normasının pozulmasıdır.
63. Məhkəmə kollegiyası həmçinin bildirir ki, sökülməli olan tikilinin parametrlərinin qətnamədə dəqiq göstərilməməsi gələcəkdə icra zamanı qeyri-müəyyənlik yarada bilər. Ekspert rəyi ilə sökülməli olan sahənin 70,98 kvadratmetr olduğu və dəqiq ölçüləri (şimal 13,4 m, cənub 14,27 m, şərq 5,1 m, qərb 5,32 m) müəyyən edildiyi halda, birinci instansiya məhkəməsi bu texniki göstəriciləri qətnamədə konkretləşdirməmişdir.
64. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilməli olan maddi hüquq normasının (1965-ci il Mülki Məcəlləsi) tətbiq edilməməsi, habelə Mülki- Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbi pozularaq iddia həcmindən kənara çıxılması həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinin mənasında məhkəmə aktının ləğv edilməsi üçün əsas olan hüquq normalarının pozulması halıdır.
65. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini yekunlaşdıraraq bildirir ki, şikayətin iddianın mahiyyəti üzrə rədd edilməsi barədə tələbi tamamilə əsassızdır. Lakin cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə gətirdiyi ümumi dəlillər, kollegiya tərəfindən Mülki-Prosessual Məcəllənin 372.7-ci maddəsi qaydasında aparılmış yoxlama zamanı aşkar edilmiş hüquqi xətalar (tələb həddinin aşılması, tətbiq edilməli olan qanunun tətbiq edilməməsi) baxımından əsaslı hesab edilir. Məhz bu hüquqi əsaslarla qətnamənin cavabdehin vəziyyətini ağırlaşdıran prosessual xətalar hissəsində ləğv edilməsi apellyasiya şikayətinin qismən təmin edilməsi üçün hüquqi zəmin yaradır.
66. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
67. Kollegiya müəyyən edir ki, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq norması pozuntusu yalnız yuxarıda qeyd edilənlərlə məhdudlaşmır, eyni zamanda məhkəmə xərclərinin bölüşdürülməsində prosessual hüquq normasının pozulmasına yol verilmişdi.
68. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
69. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
70. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;
71. -119.5-ci maddəsində qeyd edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür;
72. - 124.3-cü maddəsinin tələbinə görə iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır.
73. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsində isə göstərilir ki, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
74. Kollegiya müəyyən edir ki, cavabdeh Cavabdeh müharibə veteranı statusu "Elektron məhkəmə" informasiya sistemində olan məlumatlarla öz təsdiqini tapmışdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinin tələbi imperativ xarakter daşıyır və bu kateqoriyadan olan şəxslərin məhkəmədə tərəf qismində çıxış edərkən dövlət rüsumunu ödəməkdən azad olunmasını birbaşa şərtləndirir (mülki iş İ cild, iş vərəqə 172).
75. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən bu faktı nəzərə almamışdı. Bu isə Mülki-Prosessual Məcəllənin 386-cı maddəsində nəzərdə tutulan "tətbiq edilməli olan qanunun tətbiq edilməməsi" halıdır və qətnamənin bu hissədə ləğvi üçün mütləq əsasdır. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamədə rüsumun cavabdehdən tutulması barədə gəlinən nəticə, maddi hüquq normasının yanlış tətbiqi ilə yanaşı, həm də dövlətin bu qrup şəxslər üçün müəyyən etdiyi sosial-hüquqi təminatların mahiyyətinə ziddir.
76. Göstərilənlərə əsaslanıb kollegiya bildirir ki, iddiaçılar tərəfindən iddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddianın mahiyyəti üzrə təmin edildiyini nəzərə alaraq, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən tutulmalı idi. Lakin cavabdeh Cavabdeh "Dövlət rüsumu haqqında" Qanunun 9.1.20-ci maddəsinə əsasən rüsumdan azad olması bu məbləğin ondan tutulmasını qeyrimümkün edir. Bu halda, iddiaçılar tərəfindən ödənilmiş rüsumun cavabdehdən tutulması tələbi əsaslı sayılmamalı və həmin məsrəf iddiaçıların özlərinə aid edilməklə dövlət büdcəsinin hesabına saxlanılmalıdır.
77. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumuna gəldikdə iaə kollegiya müəyyən edir ki, cavabdeh müharibə veteranı statusuna görə bu rüsumu ödəməkdən tam azad olduğu halda, həmin məbləği dövlət büdcəsinə ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Bu səbəbdən, cavabdeh tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun ona geri qaytarılması qərara alınmalıdır.
78. Iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 300 (üç yüz) manat məbləğində xərcin ödənilməsi məsələsinə münasibətdə kollegiya hesab edir ki, Mülki- Prosessual Məcəllənin 107-ci və 115-ci maddələrinin mənasına görə, ekspertiza xərcləri də məhkəmə xərclərinə daxildir və işin nəticəsindən asılı olaraq bölüşdürülməlidir. Ekspertiza cavabdehin iddialarını (tikilinin sahəsi və yeri ilə bağlı) təkzib etdiyi və iddianın təmin edilməsi üçün texniki baza yaratdığı üçün bu xərc cavabdehin üzərinə aid edilməlidir. Çünki cavabdehin dövlət rüsumundan azad olması onu ekspertiza xərclərindən (və ya digər prosessual fəaliyyət xərclərindən) azad etmir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilən imtiyaz yalnız dövlət rüsumuna şamil olunur. Odur ki, ekspertizanın keçirilməsi üçün çəkilmiş 300 (üç yüz) manat xərc cavabdeh Cavabdeh tutularaq ekspertiza idarəsinin hesabına ödənilməlidir.
79. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
80. - cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli;
81. - Culfa Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı;
82. - iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1, iddiaçı5 və iddiaçı4 cavabdeh Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməli;
83. - Culfa rayonu, Ərəzin kəndində yerləşən, iddiaçı3, iddiaçı2, iddiaçı1, iddiaçı5 və iddiaçı4 məxsus JN-***E nömrəli (KOD 10602018) torpaq şəhadətnaməsi ilə müəyyən edilmiş 0.01 hektar torpaq sahəsi daxilində cavabdeh Cavabdeh tərəfindən inşa olunmuş, ümumi sahəsi 70,98 kvadratmetr olan (ölçüləri: şimal tərəfdən 13,4 metr, cənub tərəfdən 14,27 metr, şərq tərəfdən 5,1 metr və qərb tərəfdən 5,32 metr olan) yardımçı tikili (anbar və tövlə) cavabdeh Cavabdeh hesabına sökülməli;
84. - apellyasiya şikayəti iddianın rədd edilməsinə dair hissədə əsassız hesab edilməli;
85. - cavabdeh Cavabdeh dövlət rüsumu ödəməkdən azad olunduğundan iddianın verilməsi bağlı iddiaçı3 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməli;
86. - cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalı;
87. - məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün çəkilmiş 300 (üç yüz) manat məbləğində ekspertiza xərci cavabdeh Cavabdeh tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, X3 MR Idarəsi, müxbir hesab AZ88NABZ01451700000000012944, SWIFT BIKNAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi 0200003621 Hesab AZ21NABZ12360100000000005944) köçürülməlidir.
88. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq
qət etdi:
Cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1, iddiaçı5 və iddiaçı4 cavabdeh Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilsin. Culfa rayonu, Ərəzin kəndində yerləşən, iddiaçı3, iddiaçı2, iddiaçı1, iddiaçı5 və iddiaçı4 məxsus JN-***E nömrəli (KOD 10602018) torpaq şəhadətnaməsi ilə müəyyən edilmiş 0.01 hektar torpaq sahəsi daxilində cavabdeh Cavabdeh tərəfindən inşa olunmuş, ümumi sahəsi 70,98 kvadratmetr olan (ölçüləri: şimal tərəfdən 13,4 metr, cənub tərəfdən 14,27 metr, şərq tərəfdən 5,1 metr və qərb tərəfdən 5,32 metr olan) yardımçı tikili (anbar və tövlə) cavabdeh Cavabdeh hesabına sökülsün. Apellyasiya şikayəti iddianın rədd edilməsinə dair hissədə əsassız hesab edilsin. Cavabdeh Cavabdeh dövlət rüsumu ödəməkdən azad olunduğundan iddianın verilməsi bağlı iddiaçı3 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün çəkilmiş 300 (üç yüz) manat məbləğində ekspertiza xərci cavabdeh Cavabdeh tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, X3 MR Idarəsi, müxbir hesab AZ88NABZ01451700000000012944, SWIFT BIKNAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi 0200003621 Hesab AZ21NABZ12360100000000005944) köçürülsün. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.