Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(3-1)-3/2026 10.02.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi (Açar sözlər: zərərin ödənilməsi, yol-nəqliyyat hadisəsi, barışıq sazişi, icraata xitam verilməsi və dispozitivlik prinsipi) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, 2(078)-1105/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat a) Məhkəməyə müraciət
1. İddiaçı “22” iyul 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinə Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona vurulmuş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-03).
2. İddiaçı 03 sentyabr 2025-ci ildə işə baxan birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək nəqliyyat vasitəsinə vurulmuş 7420 (yeddi min dörd yüz iyirmi) manat maddi ziyanın Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir (iş vərəqə 69). b) Tələb üzrə qəbul edilən məhkəmə aktı
3. Naxçıvan Şəhər Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, 2(078)- 1105/2025 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Aslan Heydərov) iddia qismən təmin edilmiş, İddiaçı məxsus avtomobilə dəymiş zərərə görə 6409 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 82 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (H/h:AZ16NNİCB**********0001A35090, "xxxx"ASC, KOD:507064, Müxbir hesab:AZ98NABZ********************, SWİFT KOD: NİCBAZ22, VÖEN **********) hesabına köçürülməsi qət edilmişdi (iş vərəqə 115-122). İİ. Apellyasiya icraatı. a) Apellyasiya şikayətinin predmeti
4. Cavabdeh 24 dekabr 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkə məsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, 2(078)-1105/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 127-134). b) Apellyasiya şikayətinin əsaslandırılması
5. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 2025-ci ilin mart ayında baş vermiş hadisədən sonra o, iddiaçı Coşqunla birlikdə usta Rəsulun yanına getmiş, usta maşındakı zədəni (sensor vasitəsilə) 500 manata tam düzəldəcəyini və zəmanət verəcəyini bildirsə də, iddiaçı təmirə imkan verməyərək əsassız olaraq yeni qapı alınmasını tələb etmişdir.
6. Şikayətçi vurğulamışdır ki, iş materiallarında avtomobilə dəymiş zərərin məbləği ilə bağlı kəskin fərqlənən dörd fərqli qiymət ləndirmə mövcuddur. Belə ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 500 manat, müstəqil ekspert Elçin Allahverdiyev tərəfindən 1330 manat, iddiaçının təqdim etdiyi "xxxx" MMC-nin daxili sənədinə əsasən 7420 manat və məhkəmə ekspertizası (X1) tərəfindən 6409 manat müəyyən edilmişdi.
7. Cavabdeh qeyd etmişdir ki, hadisə nəticəsində "Ford Transit" markalı avtomobilin yalnız arxa qapısında 30-40 sm-lik batıq yaranmışdır və işdəki fotoşəkillər zərərin ciddi olmadığını təsdiq edir. Bazar dəyəri təxminən 15.000-20.000 manat olan 10 ilin (2015-ci il) istehsalı olan avtomobilin kiçik bir zədəsi üçün 7000 manata yaxın vəsaitin tutulması real zərərə uyğun deyil və iddiaçının əsassız varlanmasına xidmət edir.
8. Bundan əlavə, cavabdeh məhkəmənin qərəzli yanaşdığını, işin hallarını səthi araşdırdığını, xüsusilə də sığorta şirkəti tərəfindən zərərçəkmişə ödənilmiş 2000 manat pul vəsaitinin yekun məbləğdən çıxılmamasının hüquqi əsassız olduğunu bildirmişdir. O, mülki qanunvericiliyin tələblərinə görə zərərin yalnız faktiki miqdarda ödənilməli olduğunu, təmir zamanı hissələrin köhnəlmə faizinin mütləq nəzərə alınmalı olduğunu və iddiaçının öz hüquqlarından sui-istifadə edərək şişirdilmiş tələb irəli sürdüyünü qeyd etmişdi.
9. İddiaçı öz tələblərini heç bir mötəbər sübutla təsdiq edə bilməmiş, zərərin məbləği barədə təqdim olunan dörd fərqli və ziddiyyətli qiymətləndirmə real zərər miqdarını əks etdirməmişdir. Şikayətçinin qənaətinə görə, məhkəmə iş üzrə sübutlara obyektiv və hərtərəfli qiymət verməmiş, qanunvericiliyə əsasən 5000 (beş min) manatadək olan zərərin sığorta təşkilatı tərəfind ən qarşılanmalı olduğu halı araşdırılmamış və ödənilməli olan sığorta ödənişi yekun məbləğdən çıxılmamışdır.
10. Şikayətçi həmçinin vurğulamışdır ki, məhkəmə avtomobilin hadisədən əvvəlki texniki vəziyyətini, real təmir xərclərini və bazar qiymətlərini nəzərə almadan yalnız formal ekspert rəyinə istinad etmişdir. Halbuki, ekspert rəyi məhkəmə üçün mütləq sübut hesab olunmur və qabaqcadan müəyyən edilmiş qüvvəyə malik deyildir. Ekspert tərəfindən ehtiyat hissələrinin qiyməti bazar dəyərindən xeyli yüksək götürülmüş, təmir xərcləri süni şəkildə artırılmış və 10 illik istismar müddəti olan avtomobilə dair köhnəlmə əmsalı tətbiq edilməmişdir. Cavabdeh hesab edir ki, dəymiş zərərin məbləği real və əsaslandırılmış sübutlarla təsdiq edilmədiyindən, məhkəmə ekspert rəyini tənqidi qiymətləndirməli, təkrar və ya əlavə ekspertiza təyin etməli idi. Ciddi zədəsi olmayan nəqliyyat vasitəsi üçün şişirdilmiş ekspert rəyi əsasında vəsaitin tutulması ədalətli məhkəmə araşdırması hüququnun və maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir.
11. Şikayət edən apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 24-cü maddəsinin İİİ hissəsinə, 60-cı maddəsinə, Mülki Məcəllənin 16.1, 1091.2 və 1115-ci maddələrinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 14.1, 88, 101.7, 102.2, 103.1, 103.2 və 217-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il, 30 iyun 2011-ci il tarixli qərarlarına istinad etmişdi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
12. Apell yasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) İşin apellyasiya icraatına qəbulu 13.Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “06” yanvar 2026-cı ildə daxil olmuşdur. İİİ. İzahatlar və prosesin gedişi
14. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək, mübahisəni həll edərək aralarında razılığa gəldiklərini və bu səbəbdən də aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər: 15. -"Ford" markalı, "Transit custom yük" modelli, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 2000 (iki min) manat sığorta ödənişinin verilməsi nəzərə alınmaqla, Cavabdeh tərəfindən İddiaçı 2026-cı ilin fevral ayının 28-dək 250 (iki yüz əlli) manat və 2026-cı ilin mart ayının 31-dək 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat miqdarında zərər ödəməyi öhdəsinə götürür. 16. -İddiaçı Cavabdeh tərəfindən 500 manatın yuxarıdakı qaydada ödənilməsini qəbul edir. Bu ödəniş tam yerinə yetirildikdən sonra, o, sözügedən nəqliyyat vasitəsi qəzası və dəymiş zərər ilə bağlı cavabdehə qarşı gələcəkdə hər hansı maddi və ya mənəvi tələb irəli sürməyəcəyini bəyan edir. İV. Apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında bağlanmış barışıq sazişinin qiymətləndirməsi və onun həllinə dair kollegiyanın mövqeyi
17. İddiaçı və Cavabdeh tərəfindən imzalanaraq kollegiyaya təqdim edilmiş barış ıq sazişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 18. - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 19. - 5.4-cü maddəsində qeyd edilir ki, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; 20. - 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 21. - 52.5- ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 22. - 191.1-ci maddəsinin mahiyyətinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin media siya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 23. - 370.1 və 370.2-ci maddələrinə görə apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
24. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən mülki məhkəmə icraatı tərəflərin dispozitivliyi pr insipi əsasında həyata keçirilir. Bu prinsipə görə, mülki prosesin tərəfləri öz maddi və prosessual hüquqlarından öz mülahizələrinə görə istifadə etməkdə, o cümlədən mübahisəni məhkəmə çəkişməsi yolu ilə deyil, qarşılıqlı razılaşma (barışıq sazişi) yolu ilə həll etməkdə sərbəstdirlər. Tərəflərin barışıq sazişi bağlamaq iradəsi məhz qanunvericiliklə təsbit olunmuş bu fundamental prinsipdən irəli gəlir.
25. Mülki işin apellyasiya instansiyası məhkəməsində araşdırılması zamanı tərəflər qarşılıqlı güzəştlər əsasında razılığa gələrək barışıq sazişi bağlamış və yazılı şəkildə rəsmiləşdirərək təsdiq olunması üçün məhkəməyə təqdim etmişlər.
26. Mülki-Prosessual Məcəllənin 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olmazsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmazsa, məhkəmə onu təsdiq edir.
27. Hazırkı işdə İddiaçı və Cavabdeh dəymiş zərərin ödənilməsi barədə könüllü razılığa gəlmişlər və bu razılaşma imperativ hüquq normalarını pozmur. Sazişin şərtləri üçüncü şəxslərin hüquq və qanuni mənafelərinə toxunmur. İşdə iştirak edən şəxslərin hüquqları bu sazişlə məhdudlaşdırılmır, əksinə mübahisənin bu şəkildə həlli tərəflər arasındakı hüquqi münaqişəni tam aradan qaldırır. Bu səbəbdən də kollegiya belə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiqlənməsinə hər hansı qanuni maneə mövcud deyil.
28. Kollegiya sözügedən barışıq sazişinin təsdiq edilməli nəticəsinə gəldiyindən bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin hüquqi nəticələri elə həmin prosessual norma ilə tənzimlənir.
29. Belə ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0-cı və 261.0.5-ci maddələrinin mahiyyətindən də görünür ki, tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir.
31. Həmçinin həmin Məcəllənin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
32. Bundan başqa Mülki-Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddələrinin mahiyyətindən aydın olur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələr inə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.
33. Göstərilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, 2(078)-1105/2025 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
34. Məhkəmə xərclərinə münasibətdə kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 36. -119.4-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdür ülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir; 37. - 122.3-cü maddəsi ilə müəyyən edilir ki, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür.
38. Hazırkı mübahisə üzrə məhkəməyə təqdim edilmiş barışıq sazişinin şərtlərindən aydın olur ki, məhkəmə xərci onu çəkmiş tərəflərin özünə aid edilir.
39. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 40. - Naxçıvan Şəhər Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, 2(078)-1105/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli; 41. - İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış "10" fevral 2026-cı il tarixli barı şıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməli; 42. --"Ford" markalı, "Transit custom yük" modelli, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 2000 (iki min) manat sığorta ödənişinin verilməsi nəzərə alınmaqla, Cavabdeh İddiaçı 2026-cı ilin fevral ayının 28-dək 250 (iki yüz əlli) manat və 2026-cı ilin mart ayının 31-dək 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat miqdarında zərər ödəməyi öhdəsinə götürür; 43. --İddiaçı Cavabdeh tərəfindən 500 (beş yüz) manatın yuxarıda göstərilən qaydada ödənilməsini qəbul edir. Bu ödəniş tam yerinə yetirildikdən sonra, iddiaçı sözügedən nəqliyyat vasitəsi qəzası və dəymiş zərər ilə bağlı cavabdehə qarşı gələcəkdə hər hansı maddi və ya mə nəvi tələb irəli sürməyəcəyini bəyan edir; 44. -tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməli; 45. - İddiaçı və Cavabdeh çəkdiyi məhkəmə xərcləri barışıq sazişinin şərtlərinə uyğun olaraq onu çəkmiş tərəfin özünə aid edilməli; 46. -tərəflərə barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasının istisna edilməsi izah edilməlidir.
47. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kolleg iyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bil məsi qeyd edilib.
48. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. V. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 03 de kabr 2025-ci il tarixli, 2(078)-1105/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış "10" fevral 2026-cı il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1. "Ford" markalı, "Transit custom yük" modelli, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 2000 (iki min) manat sığorta ödənişinin verilməsi nəzərə alınmaqla, Cavabdeh İddiaçı 2026-cı ilin fevral ayının 28-dək 250 (iki yüz əlli) manat və 2026-cı ilin mart ayının 31-dək 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat miqdarında zərər ödəməyi öhdəsinə götürür.
2. İddiaçı Cavabdeh tərəfindən 500 (beş yüz) manatın yuxarıda göstərilən qaydada ödənilməsini qəbul edir. Bu ödəniş tam yerinə yetirildikdən sonra, o, sözügedən nəqliyyat vasitəsi qəzası və dəymiş zərər ilə bağlı cavabdehə qarşı gələcəkdə hər hansı maddi və ya mənəvi tələb irəli sürməyəcəyini bəyan edir. Tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı və Cavabdeh çəkdiyi məhkəmə xərcləri barışıq sazişinin şərtlərinə uyğun olaraq onu çəkmiş tərəfin özünə aid edilsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan, o işdə iştirak ed ən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərardadından şikayət verilməzsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.