Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-49/2026 21.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya X20 Naxçıvan Muxtar Respublikası X45 “X38 Institutu” publik hüquqi şəxsə qarşı işə bərpa tələbi (Açar sözlər: işə bərpa, əmək müqaviləsinə xitam, əmək vəzifələrinin kobud şəkildə pozulması, yazılı izahatın alınmaması, əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırılmaması, Daxili Intizam Komissiyasının rəyi, sübutların rəsmiləşdirilməsi qaydası) iddiaçı X20 və cavabdeh Naxçıvan Muxtar Respublikası X45 “X38 Institutu” publik hüquqi şəxsin vəkili-nümayəndəsi X9 iştirakları ilə, X20 Naxçıvan Muxtar Respublikası X45 “X38 Institutu” publik hüquqi şəxsə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehin vəkili-nümayəndəsi X9 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. X20 "28" avqust 2025-ci ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Naxçıvan Muxtar Respublikasının X45 “X38 Institutu” publik hüquqi şəxsin ## ###### 2025-ci il tarixli, *-*K-** nömrəli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 01-03).
b) Iddia tələbinin əsaslandırılması.
2. Iddiaçı X20 iddia ərizəsində göstərmişdir ki, o ## ### 2024-cü il tarixli əmrlə müəssisənin baytarlıq sanitariya ekspertizası işinin təşkili bölməsinə baytar texniki vəzifəsinə qəbul edilmişdir. 2025-ci ilin iyul ayında digər baytar texniklərinə müvafiq vəsaitlər ödənilsə də, ona qarşı ayrı-seçkilik edilərək həmin vəsait ödənilməmişdir. Rəhbər şəxslər (şöbə müdiri və nazir köməkçisi) bunu iddiaçının xidməti texnikasının olmaması ilə əsaslandırmağa çalışsalar da, iddiaçı digər texnikasız işçilərə ödəniş edildiyini və özünün şəxsi vəsaiti hesabına xidməti yoxlamalara getdiyini bildirmişdir. ## #### 2025-ci il tarixdə izahatı alınan zaman müəssisənin hüquqşünası Səyyub Kərimov tərəfindən ona qarşı qeyri-etik rəftar edilmiş, təzyiq göstərilmiş və fiziki zor tətbiqi cəhdi (yumruq qaldırmaq) olmuşdur. Nəticədə iddiaçı emosional stress və səhhətində yaranan narahatlıq səbəbindən müdafiə xarakterli reaksiya vermişdir. Münaqişə iddiaçının həyat yoldaşına qarşı da davam etdirilmişdir. O, ## ###### 2025-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi (əmək vəzifələrinin kobud şəkildə pozulması) ilə işdən azad edilmişdir. Hesab edir ki, o, əmək vəzifələrini kobud pozmamışdır, işdən azad edilməsi intizam icraatı qaydaları pozulmaqla (lazımi izahat alınmadan və qərəzli şəkildə) həyata keçirilmişdir. Bu səbəbdən, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməsini və pozulmuş əmək hüquqlarının bərpa olunmasını xahiş edir.
c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.
3. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Gülsüm Əliyeva) ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Naxçıvan Muxtar Respublikası X45 “X38 Institutu” publik hüquqi şəxsin ## ###### 2025-ci il tarixli, *-*K-** nömrəli əmrinin ləğv edilməsi, X20 həmin publik hüquqi şəxsin Analitik Ekspertiza Mərkəzində Baytarlıq-sanitariya ekspertizası işinin təşkili bölməsinin baytar mütəxəssisi vəzifəsinə bərpa olunması, publik hüquqi şəxs tərəfindən X20 məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir (mülki iş II cild, iş vərəqə 36-58).
ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.
4. Işə baxan birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "ç" bəndi ilə xitam verilməsi üçün kifayət qədər hüquqi əsaslar mövcud deyil. Məhkəmənin mövqeyinə görə cavabdeh tərəf iddiaçının əmək vəzifələrini məhz hansı "kobud" formada pozduğunu və bu pozuntunun işəgötürənin fəaliyyətinə vurduğu zərərin ağırlığını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 182-ci maddəsinin tələblərinə tam riayət edilməmiş, işçinin intizam xətasına görə izahatının alınması prosesində qərəzli və subyektiv amillərə yol verilmişdir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında yaranmış insident (suyun üzə atılması və s.) əsasən xidməti vəsaitlərin ödənilməməsi ilə bağlı yaranmış mübahisə və qarşı tərəfin (hüquqşünas Səyyub Kərimovun) təzyiqedici hərəkətləri nəticəsində baş vermişdir. Bu hal təkbaşına əmək müqaviləsinin 70-ci maddənin "ç" bəndi ilə ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Digər analoji vəzifədə çalışan işçilərə xidməti ezamiyyə və ya nəqliyyat xərcləri ilə bağlı vəsaitlərin ödənildiyi halda, iddiaçıya münasibətdə fərqli yanaşmanın tətbiq edilməsi işəgötürənin qərəzli mövqeyini və iddiaçıya qarşı qeyribərabər münasibətini göstərir. II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.
5. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası X45 “X38 Institutu” publik hüquqi şəxs ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin olunması, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir (mülki iş II cild, iş vərəqə 64-69).
b) Apellyasiya şikayətinin əsaslandırılması.
6. Cavabdehin vəkili-nümayəndəsi X9 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, R.Mikayılova ## ### 2024-cü il tarixli, ** nömrəli əmrlə həmin tarixdən 3 ay sınaq müddəti tətbiq edilməklə “X38 Institutu” publik hüquqi şəxsinin Baytarlıq-sanitariya ekspertizası işinin təşkili bölməsinə baytar texnik vəzifəsinə təyin edilmişdi. Işlədiyi az müddət ərzində iddiaçı özünü lazımi şəkildə doğrultmamış və nəticədə Naxçıvan Muxtar Respublikası X45 “X38 Institutu” publik hüquqi şəxsinin ## ###### 2024-cü il tarixli, K/** nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, əmək intizam qaydalarını pozduğuna görə ona töhmət elan edilmişdir. Bundan sonrakı müddətlərdə isə yenə iddiaçı ona edilmiş töhmət və sonrakı xəbərdarlıqlardan nəticə çıxarmamış işçi olaraq əmək qanunvericiliyinin tələblərini pozması səbəbindən cavabdeh tərəfindən barəsində bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərar qəbul edilmişdi. Hansı ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə səbəb qeyd edilən Əmək Məcəlləsinin müddəalarına onun tərəfindən riayət edilməməsi olmuşdur. Təqdim edilmiş sənədlər məhkəmə tərəfindən yetərli qədər araşdırılmamış, işlədiyi az müddət ərzində istər kollektiv daxilində münasibətləri qura bilməməsi, istərsə də münasibətdə olduğu sahibkarlıq subyektləri tərəfindən onun barəsində narazılıq və şikayətlərin olması iddiaçının işdən azad edilməsinə zəmin yaratmışdır. Belə ki, işçi ilə bağlamış olduğu əmək müqaviləsinə xitam vermək işəgötürənin əsas vəzifəsidir. Düzdür işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əmək qanunvericiliyinin tələblərinə riayət edilməli və müvafiq əmr əsaslandırılmalıdır. Işəgötürən tərəfindən isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas iddiaçıya işlədiyi az müddət ərzində töhmətin elan edilməsi, onun işlədiyi ərazidə barəsində şikayət və narazılıqların olması, kollektiv daxilində nüfuza malik olmayaraq onlara qarşı kobud və əxlaqa zidd davranışlarının olması olmuşdu.
7. Məhkəmənin gəldiyi mövqeyə əsasən iddiaçı barəsində tərtib edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, iddiaçı X20 əmək fəaliyyəti zamanı hansı kobud səhvlərə yol verməsi, həmçinin həmin hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, iddiaçının fəaliyyətində hansı nöqsanların aşkarlandığı əmrdə qeyd olunmamışdır. Iş üzrə dindirilmiş şahidlər iddiaçının öz iş yoldaşlarına qarşı etik qaydalara riayət etməyərək kobud ifadələr işlətməsini, onun barəsində işlədiyi ərazi üzrə şikayətlərin və narazılıqların olması eyni zamanda barəsində töhmət barədə əmrin olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, iddiaçının təhkim olunduğu ərazi üzrə Şahbuz rayonu, Kolanı kəndində fərdi təsərrüfat sahibinə qarşı, Şahbuz şəhərində yerləşən “Yeni Batabat” şadlıq sarayında qeyri-
8. hərəkətləri ilə bağlı agentliyə məlumatın daxil olmasını, sahibkarlıq subyektlərinə qarşı etik davamlı olaraq yol verdiyi nöqsanlar səbəbindən ərizəçinin ##.##.2024, ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərdə izahatlarının alınmasını eyni zamanda onun fəaliyyətinin nəzarətə götürülməsi, vəzifə və funksiyalarının bir daha ona izah edilməsi, gələcəkdə hər hansı bir intizamsızlığa təkrar yol verilərsə, haqqında daha ciddi cəza tədbirləri görüləcəyi barədə xəbərdarlıq edilməsi məhkəmənin diqqətindən yayınmışdır.
9. Iddia tələbinə görə iddiaçı guya onunla olan əmək müqaviləsinə əsassız olaraq xitam verildiyini iddia etsə də, əslində onun işdən azad edilməsinə işə qəbul edildikdən bir müddət sonra ona töhmət elan edilməsini, işində aşkar edilmiş nöqsanlarla bağlı ona dəfələrlə şifahi xəbərdarlıqların edilməsini, bununla bağlı izahatının alınmasını məhkəməyə bildirməmişdir. Eyni zamanda sonuncu dəfə iclas məqsədilə işlədiyi idarəyə dəvət edildiyi vaxt özündən vəzifədə yüksək şəxslərə qarşı kobudluq etməsi və nalayiq ifadələr işlətməsi də məhz onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslardan biridir. Lakin iddia tələbi üzrə işə baxılarkən qeyd edilən nüanslara diqqət edilməmişdir. Iddiaçının işdən azad edilməsinin əsas səbəbi də ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmaması, eyni zamanda əmək və icra intizamına riayət etməməsi olmuşdur. Bu faktı isə məhkəmədə şahid qismində iştirak etmiş şəxslər tərəfindən verilmiş ifadələr ilə təsdiq olur. Eyni zamanda iddiaçı R.Mikayılova barəsində qəbul edilmiş əmr məhz qeyd edilənlərə uyğun, yəni iddiaçının əvvəlki davranışları nəzərə alınmaqla, daxili intizam komissiyasının rəyi də nəzərə alınmaqla əsaslandırılmışdır. Buna görə də məhkəmənin iddiaçı barəsində qəbul edilmiş əmrin əsaslandırılamaması ilə bağlı mövqeyinin tərəflərindən sübut edilməməsi qənaətindədirlər.
10. Iş materiallarının məzmunundan belə görünür ki, baş vermiş hadisədən sonra iddiaçı peşman olmuş və üzr istəməyə hazır olduğunu işlədiyi orqanın əməkdaşına bildirmişdir. Belə anlaşılır ki, iddiaçı səhv davranış sərgilədiyinin fərqindədir.
11. Şikayət edən tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10 və 12-ci maddələrinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Mülki-Prosessual Məcəllənin 9, 14, 88 və 217-ci maddələrinə istinad etmişdi.
c) Apellyasiya şikayətinin icraata qəbulu.
12. Apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “26” fevral 2026-cı ildə daxil olmuş və kollegiyanın "03" mart 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
13. Iddiaçı X20 ## ##### 2026-cı ildə apellyasiya şikayətinə qarşı etiraz ərizəsi ilə kollegiyaya müraciət etsə də, həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsində qeyd edilən 20 günlük müddətə əməl etməklə verilmədiyindən, apellyasiya şikayətinə qarşı etiraz kollegiya tərəfindən nəzərə alınmamışdı.
III. Izahatlar və işin gedişatı.
14. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası X45 “X38 Institutu” publik hüquqi şəxsin vəkilinümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında bildirmişdi ki, iddiaçı qısa müddət öncə cavabdeh qurumda əmək fəaliyyətinə başlamış və yol verdiyi nöqsanlara görə ona töhmət elan olunmuşdur. Sonrakı mərhələdə isə baş vermiş hadisələrlə əlaqədar olaraq əmək intizamını pozması səbəbindən onun barəsində Əmək Məcəlləsinin müvafiq maddəsi ilə işdən çıxarılması barədə qərar qəbul edilmişdir. Iddiaçı barəsində əmək funksiyalarının pozulması ilə bağlı töhmət elan edilmiş, o isə bundan nəticə çıxarmamış və sonda əmək fəaliyyəti ilə məşğul olduğu orqanda törətdiyi kobud pozuntu nəticəsində onun əmək müqaviləsinə xitam verilmişdir. Qənaətinə görə, cavabdeh qurumun müvafiq əmri qanuni və əsaslı olmuşdur, lakin iddiaçının tələbinə Naxçıvan Şəhər Məhkəməsində baxılarkən onun iddiası təmin edilmiş və işə bərpa olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyildirlər, çünki iddiaçı işlədiyi dövrdə əmək funksiyalarını vaxtında icra etməmiş və onun barəsində digər subyektlər tərəfindən şikayətlər olmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçı barəsində qəbul edilmiş əmrin qüvvədə saxlanılması daha məqsədəmüvafiq olar. Sonda vəkil apellyasiya şikayətinin təmin edilməsini və Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti verən şəxsin nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, cavabdeh qurum Naxçıvan Muxtar Respublikasında yeni yaradılmış təsisat olduğu üçün iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin əsaslandırılması zəif olmuşdur. Iddiaçı barədə komissiyanın qəbul etdiyi kollegial qərarı bir nəfər imzalaya bilməzdi. Son mərhələdə baş vermiş hadisə ilə bağlı iddiaçının dəvət edilməsi və ya izahatının alınması barədə tam məlumatı yoxdur, iddiaçı ilə bağlı baş vermiş hadisə əsasında hazırda xüsusi ittiham qaydasında icraat aparılır.
16. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X20 apellyasiya şikayətini qəbul etməyərək, verdiyi izahatında bildirmişdi ki, qarşı tərəf apellyasiya şikayətində onun dəfələrlə kobud pozuntular törətdiyini qeyd etsə də, əslində belə bir hal baş verməmişdir. Yoxlanış zamanı baş vermiş hadisələrlə bağlı Razi Novruzova məlumat versə də, qarşı tərəf bununla bağlı hər hansı tədbir görməmişdi. O, bütün məsələləri ərizə ilə X45 bildirmişdir. Qarşı tərəfin onun cavabdeh qurumda mübahisə yaratması ilə bağlı iddiaları həqiqəti əks etdirmir. Hadisə ayın 30-da kartlara əlavə xərclərlə bağlı pulların ödənilməsi zamanı baş vermişdir. Öz kartına pul ödənilmədiyini gördükdə Əziz müəllimlə, daha sonra isə şöbə müdiri Kazım müəllimlə əlaqə saxlamış, lakin hər iki şəxs məsələni bir-birinin üzərinə atmışdır. Səfəralı müəllimin köməkçisi isə ona xidməti avtomobili olmadığı üçün əlavə ödənişin verilməyəcəyini bildirmişdir. Iddiaçı isə avtomobili olmamasına baxmayaraq taksi vasitəsilə yoxlanışlara getdiyini qeyd etmişdir. Ertəsi gün hesabat üçün idarəyə gəldikdə, ona hesabat verməyəcəyi və yuxarı mərtəbəyə qalxmalı olduğu bildirilmişdir. Səyyub Kərimlinin otağına daxil olduqda, sonuncu ondan hansı yolla işə daxil olduğunu soruşmuş, iddiaçı isə imtahan verərək qəbul olunduğunu bildirmişdir. Səyyub Kərimli əlini və yumruğunu stola vuraraq sualları təkrar etmiş, onun su içməsinə icazə verməmiş və kadrlar şöbəsinin əməkdaşı Samir müəllimi çağıraraq eyni məsələni araşdırmasını tələb etmişdir. Iddiaçı otaqdan çıxdıqdan sonra vəziyyəti pisləşmiş, iş yoldaşları ona su gətirmişlər. Bu zaman Səyyub Kərimli qapının ağzında ona yumruq göstərmiş, pilləkənlərlə aşağı endirilən zaman isə foyedə dayanaraq "buraxın ölsün" ifadəsini işlətmişdir. Hadisədən sonra həyat yoldaşı gəlmiş, lakin Səyyub Kərimli onun da üzərinə qalxmışdır. Ertəsi gün X45 zəng edilərək öz ərizəsi ilə işdən çıxması təklif olunmuş, o, bundan imtina etdikdə isə Əmək Məcəlləsinin 72-ci maddəsinin "ç" bəndi ilə işdən azad edildiyi bildirilmişdir. Daha sonra məsul şəxslər gələrək ondan möhürü tələb etmiş və o, möhürü təhvil vermişdir. O, işə bərpa olunması üçün məhkəməyə müraciət etdikdən sonra Səyyub Kərimli onun barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdir. Lakin sonra Səyyub müəllim tərəfindən ona apellyasiya şikayətindən imtina ediləcəyi, işə bərpa olunacağı və pullarının ödəniləcəyi vədi verilmişdir. Aprel ayının 17-də Naxçıvan Şəhər Məhkəməsinə gəldikdə isə ondan həm işindən, həm də əmək haqqından imtina etməsi barədə ərizə yazması tələb olunmuşdur. Aldadıldığını anladığından ərizəni yazmaqdan imtina etmişdir. Sonda o, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
17. Iddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, ## ###### 2024-cü il tarixdə ona verilmiş töhmətin nə ilə bağlı olduğundan məlumatı yoxdur, çünki onu dəvət edərək töhməti elan etməyiblər. O, barışığa razı olsa da, qarşı tərəfin onu aldadaraq işdən çıxması və əmək haqqından imtina etməsi ilə bağlı ərizə yazdırmağa çalışdığını qeyd etmişdir. Barəsində xüsusi ittiham qaydasında aparılan məhkəmə icraatı hazırda davam edir. Qarşı tərəfin barışıq barədə hazırkı fikirlərinin nədən ibarət olması barədə məlumatı yoxdur. Şahbuz rayonunda yerləşən qurum regional quruma tabedir. Iddiaçı həmçinin vurğulamışdır ki, başqalarının pul alaraq rəhbərliyə verməsi barədə hər hansı ifadə işlətməmişdir. O, sadəcə digər işçilərə əlavə xərclərlə bağlı pul ödənilməsinə baxmayaraq, nəyə görə məhz özünə pul ödənilmədiyini soruşmuşdur.
IV. Işin halları:
18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:
19. - Naxçıvan Muxtar Respublikasının X45 “X38 Institutu” publik hüquqi şəxsinin ## ### 2024-cü il tarixli, K/** nömrəli əmrindən 3 (üç) ay sınaq müddəti tətbiq edilməklə X20 ## ### 2024-cü il tarixdən “X38 Institutu” publik hüquqi şəxsin baytarlıq-sanitariya ekspertizası işinin təşkili bölməsinə baytar texnik vəzifəsinə təyin edilməsi (mülki iş İ cild, iş vərəqə 150);
20. - Işəgötürən Naxçıvan Muxtar Respublikasının X45 “X38 Institutu” publik hüquqi şəxslə işçi X20 arasında bağlanılmış ## ### 2024-cü il tarixli əmək müqaviləsindən tərəflər arasında X20 cavabdeh təşkilatın analitik ekspertiza mərkəzinin baytarlıq-sanitariya ekspertizası işinin təşkili bölməsinin baytar mütəxəssisi vəzifəsinə təyin olunması barədə müddətsiz əmək müqaviləsinin bağlanması (mülki iş İ cild, iş vərəqə 139-148);
21. - Naxçıvan Muxtar Respublikasının X45 “X38 Institutu” publik hüquqi şəxsinin ## ###### 2024-cü il tarixli, K/** nömrəli əmrindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, əmək intizam qaydalarını pozduğuna görə institutun baytar-texniki X20 "töhmət" elan edilməsi və gələcəkdə belə hallar təkrar baş verərsə qanunvericiliyə əsasən ona qarşı daha ciddi cəza tədbiri görüləcəyinin işçinin nəzərinə çatdırılmasının əmr edilməsi (mülki iş İ cild, iş vərəqə 151);
22. - Naxçıvan Muxtar Respublikasının X45 “X38 Institutu” publik hüquqi şəxsinin ## #### 2025-ci il tarixli, *-*Ü-** nömrəli əmrindən “X38 Institutu” publik hüquqi şəxs üzrə daxili intizam qaydalarının təsdiq edilməsi və institut əməkdaşlarının daxili intizam qaydalarına riayət etmələrinə ciddi nəzarət olunmasını təmin etmək məqsədilə komissiyanın sədri hüquqşünas X21, komissiyanın üzvləri Analitik Ekspertiza Mərkəzinin müdiri X29, Satınalma üzrə mütəxəssis X13, təlim sektorunun müdiri X14 və ümumi bölmənin müdiri-keyfiyyətə nəzarət üzrə mütəxəssis X8 ibarət tərkibdə fəaliyyət göstərən daxili intizam komissiyasının yaradılmasının əmr edilməsi (mülki iş İ cild, iş vərəqə 158-159);
23. - Agentliyin Aparat rəhbəri X2, sədrin köməkçisi şahid8, Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri X10, həmin şöbənin ümumi işlər və kadrlar sektorunun müdiri X1, baş məsləhətçisi şahid7 Mirəbi oğlu, Hüquqi təminat, audit və daxili nəzarət sektorunda baş məsləhətçi-daxili audit üzrə məsul şəxs X3, Qida zəncirinə nəzarət şöbəsinin böyük məsləhətçisi X11, Maliyyə və təminat sektorunun müdiri X4, həmin sektorda satınalmalar üzrə baş məsləhətçi X15 tərəfindən tərtib edilmiş ## #### 2025-ci il tarixli aktda, “X38 Institutu” publik hüquqi şəxsin baytar mütəxəssisi X20 2025-ci ilin ## #### tarixində sədrin köməkçisi şahid8 qarşı telefonla zəng edərək böyük rayonların baytar mütəxəssislərinin topladıqları xidmət haqları və digər ödənişlərin 3-5 manat qismində olan hissəsini instituta təqdim etdikləri, qalan hissəsini isə yayındırdıqları barədə iddia etməsi, böhtan və təhdid xarakterli digər ifadələr işlətməsi ilə bağlı xidməti araşdırma aparılması məqsədi ilə ## #### 2025-ci il tarixində agentliyə çağırılması, sözügedən məsələ ilə bağlı Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri X10 məsələyə aydınlıq gətirilməsi məqsədi ilə R.Mikayılovadan məlumat almaq istədikdə sonuncunun danışmaqdan imtina etməsi və təhdidlərə başlaması, daha sonra “gör başınıza nə oyun açacağam” deyərək, qışqır-bağır salaraq otaqdan çölə çıxması, qapısı açıq olan qarşı otağa keçərək orada stul arxasında əyləşməsi, agentliyin əməkdaşı O.Rəhimovun R.Mikayılovanın su istədiyini nəzərə alaraq ona stəkanda su gətirməsi, R.Mikayılovanın sudan bir az içərək həmin radələrdə otağa daxil olan şöbə müdiri S.Kərimovun üzərinə atması, daha sonra yenə təhqiredici sözlərdən istifadə etməsi, R.Mikayılovanın otağı tərk edərək pilləkənlərdən aşağı enərkən yenə təhqir, böhtan və təhdid edici sözlər işlədərək “sənin şalvarını əynindən çıxardacağam, başınıza oyun açacağam, məni şantaj edirsiniz, hamınız şərəfsizsiniz” kimi təhqiredici sözlər işlədərək idarəni tərk etməsi, daha sonra əri ilə yenidən qayıdaraq hər ikisinin təhqir və təhdid dolu ifadələr işlətmələri, mübahisələrin yenidən S.Kərimovun otağında Agentliyin aparat rəhbəri Vasif Orucovun iştirakı ilə davam etməsi, R.Mikayılovanın və əri şahid11 S.Kərimovu təhdid edərək “başınıza oyun açacağam” deyərək idarəni tərk etmələrinin qeyd edilməsi (mülki iş İ cild, iş vərəqə 171-172);
24. - Komissiya sədri kimi Həbib Məmmədov tərəfindən imzalanmış Naxçıvan Muxtar Respublikası X45 “X38 Institutu” publik hüquqi şəxsinin ## #### 2025-ci il tarixli, *-*Ü-** nömrəli əmri ilə yaradılmış Daxili intizam komissiyasının baytar mütəxəssis X20 daxili intizam qaydalarını kobud şəkildə pozması ilə bağlı ## ###### 2025-ci il tarixli rəyində, Institutun Baytarlıq sanitariya və ekspertizası işinin təşkili bölməsinin baytar mütəxəssisi X20 tərəfindən intizam qaydalarının kobud şəkildə pozulması, Naxçıvan Muxtar Respublikası X45 vəzifəli şəxslərinə qarşı qeyri - etik davranışlara yol verilməsi ilə əlaqədar Agentliyin Hüquq, kadrlar və icraya nəzarət şöbəsinin müdiri X10 ## #### 2025-ci il tarixli xidməti məruzəsinə Agentliyin sədri cənab Səfəralı Nəsirovun 2025-ci il ## ###### tarixli dərkənarının (əvvəlki xəbərdarlıqlardan nəticə çıxarılmadığı, nöqsanların aradan qaldırılmadığı və 31 iyul tarixində yol verdiyi qeyri-etik davranışı nəzərə alaraq əmək müqaviləsinə xitam verilsin) icrasını təmin etmək məqsədilə Institutun Daxili intizam komissiyası tərəfindən baxılaraq protokollaşdırılması, baytar mütəxəssis X20 ## #### 2025-ci il tarixində Agentlik sədrinin köməkçisi şahid8 telefonla zəng edərək böyük rayonların baytar mütəxəssislərinin topladıqları xidmət haqları və digər ödənişlərin 3-5 manat qismində olan hissəsini Instituta təqdim etdikləri, qalan hissəsini isə yayındırdıqları barədə iddia etməsi, böhtan və təhdid xarakterli digər ifadələr işlətməsi ilə bağlı xidməti araşdırma aparılması məqsədilə ## #### 2025-ci il tarixində Agentliyə çağırılmış, məsələyə aydınlıq gətirməsi üçün Agentliyin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri X10 qəbulunda olması, qəbul zamanı Rəna Mikayılova tərəfindən daxili intizam qaydaları kobud şəkildə pozularaq etikadan kənar ifadələr işlədildiyi və hərəkətlərə yol verildiyinin müəyyən edilməsi, baş vermiş hadisənin Agentliyin bir qrup vəzifəli şəxsləri tərəfindən aktlaşdırılması, sədrin köməkçisi tərəfindən geniş məzmunda izahat verilməsi, işlədiyi müddət ərzində həm sahibkarlarla, həm də vətəndaşlarla ünsiyyət zamanı qeyri-etik və kobud rəftara yol verməsi, qarşı tərəfin hüquq və ləyaqətinə hörmətsizlik nümayiş etdirməsi, bununla yanaşı, əmək kollektivində də iş yoldaşları ilə münasibətlərində etik davranış qaydalarına və peşəkar ünsiyyət normalarına riayət etməməsi, əmək mühitində qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinin pozulmasına səbəb olması, bütün bunlarla yanaşı dəfələrlə qeyri-etik hərəkətlərə yol vermiş X20 öz izahatlarında bu hərəkətlərə təkrar yol verməyəcəyini bildirməsi, R.Mikayılovanın ## ##### 2025-ci il tarixli izahatına X33 sədrinin dərkənarı ilə onun fəaliyyətinin nəzarətə götürülməsi, vəzifə və funksiyalarının ona bir daha izah edilməsi, gələcəkdə hər hansı bir intizamsızlığa təkrar yol verərsə, haqqında daha ciddi cəza tədbirləri görüləcəyi barədə şifahi xəbərdarlıq edilməsi, yuxarıda qeyd olunanlardan, X20 izahatlarından və şifahi xəbərdarlıqdan nəticə çıxarmaması, komissiyanın bu davranışları-intizam qaydalarının təkrar kobud şəkildə pozulmasını, Agentliyin vəzifəli şəxslərinə qarşı qeyri-etik davranışlara yol verilməsini qəbuledilməz hesab etməsi, bu səbəbdən baytar mütəxəssis X20 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” və onunla bağlanmış ## ### 2024-cü il tarixli əmək müqaviləsinin 3.3-cü bəndlərinin tələblərini kobud şəkildə pozduğunu nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilməsinin komissiya tərəfindən məqsədəuyğun hesab etməsinin qeyd edilməsi (mülki iş İ cild, iş vərəqə 156-157);
25. - Naxçıvan Muxtar Respublikasının X45 “X38 Institutu” publik hüquqi şəxsinin ## ###### 2025-ci il tarixli, *-*K-** nömrəli əmrində Institutun Analitik Ekspertiza Mərkəzində Baytarlıq-sanitariya ekspertizası işinin təşkili bölməsinin baytar mütəxəssisi X20 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "e" bəndinin və onunla bağlanmış ## ### 2024-cü il tarixli əmək müqaviləsinin 3.3-cü bəndinin tələblərini kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ## ###### 2025-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış ## ### 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsinin qeyd edilməsi, əsas olaraq isə Naxçıvan Muxtar Respublikası X45 Hüquq, kadrlar və icraya nəzarət şöbəsinin müdiri X10 ## #### 2025-ci il tarixli xidməti məruzəsi, Naxçıvan Muxtar Respublikası X45 ## #### 2025-ci il tarixli aktı, Institutun ## #### 2025-ci il tarixli *-*Ü-** nömrəli əmri ilə yaradılmış daxili intizam komissiyasının ## ###### 2025-ci il tarixli rəyinin göstərilməsi aydın olur (mülki iş İ cild, iş vərəqə 138).
26. Bundan başqa birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş:
27. - Naxçıvan Muxtar Respublikasının X45 “X38 Institutu” publik hüquqi şəxsdə baytar mütəxəssis vəzifəsində işləyən X22 ifadəsində hadisə olan günü hesabat günləri olduğunu, onları qəbul etdiklərini, onlarla danışdıqlarını, sonra onlar çölə çıxandan sonra Rəna xanımı qəbul etdiklərini, içəridə səs-küy olduğunu eşitdiklərini, ancaq nə olduğunu bilmədiklərini, Rəna xanımın ağlaya-ağlaya çölə çıxdığını, iş yoldaşının su gətirib verdiyini, sonra Səyyub müəllimlə Rəna xanım arasında mübahisə olduğunu, Rəna xanımın suyu Səyyub müəllimin üzərinə atdığını, sonra da özlərinin çıxdığını, başqa da heç bir şey görmədiyini, iclasda Rəna xanımın əmək funksiyasını pozması ilə bağlı heç bir şey deyilmədiyini, Ordubadın baytar mütəxəssisi və onu birlikdə qəbul etdiklərini, daha sonra Rəna xanımı qəbul etdiklərini, əmək haqqından narazı olduqlarını, onunla bağlı danışdıqlarını, özlərini buna görə çağırdıqlarını, qarşılıqlı mübahisə etdiklərini, yumruq qaldırmağını görmədiyini, ancaq Səyyub müəllimin hücum edər kimi otağa daxil olduğunu;
28. - Naxçıvan Muxtar Respublikasının X45 “X38 Institutu” publik hüquqi şəxsdə baytar mütəxəssis vəzifəsində işləyən X5 ifadəsində onları iclasa çağırdıqlarını, onları öz tabe qurumlarından çağırdıqlarını, hesabat üçün çağırıldıqlarını, qəbzləri təqdim etdiklərini, Rəna xanımı Agentliyin binasına dəvət etdiklərini, Rəna xanımın hüquqşünasın qəbuluna getdiyini, onları hüquqşünasın qəbul etmədiyini, Rəna xanımı ayrıca qəbul etdiklərini, oradan çıxıb gəlib kabinetdə əyləşdiyini, içəridə nə olduğunu bilmədiyini, Rəna xanım narahat olduğu üçün onu çölə çıxardığını, başqa da heç nə görmədiyini, söz-söhbət olduğunu, hüquqşünasla Rəna xanımın mübahisə etdiyini, ancaq tam olaraq nə olduğunu bilmədiyini, özünün Səyyub müəllimin yumruq qaldırılmadığını görmədiyini, ancaq Rəna xanımın su atdığını gördüyünü, Rəna xanımın niyə su atdığını bilmədiyini, özünün heç bir çaxnaşma görmədiyini;
29. - Naxçıvan Muxtar Respublikasının X45 “X38 Institutu” publik hüquqi şəxsdə baytar mütəxəssis vəzifəsində işləyən şahid4 ifadəsində özünün hadisənin şahidi olmadığını, hadisənin agentlikdə baş verdiyini, özünün isə həmin vaxtı institutda olduğunu, Rəna xanımın ona zəng edib üzr istəmək istədiyini bildirdiyini, özünün də bunu rəhbərliyə bildirdiyini, rəhbərliyin gəlməsini dediyini, Rəna xanımın “gələcəyəm” deyib gəlmədiyini, Şahbuza gedib Rəna xanımdan möhürləri təhvil alıb idarəyə gəldiyini;
30. - Naxçıvan Muxtar Respublikasının X45 idarə rəisi vəzifəsində işləyən X16 ifadəsində möhürün Rəna xanımdan təhvil alınması prosesində iştirak etdiyini, sonra Rəna xanımın ona zəng edib “üzr istəmək lazımdırsa, istəyə bilərəm” dediyini, Kolanıda 2025-ci ilin Qurban bayramında Rəna xanımla qəssabın problemi olduğunu, özünün də Rəna xanımın oradan uzaqlaşmasını dediyini, çünki həmişə qəssablarla işləyən əməkdaşlara diqqət etmələrini dediyini, başqa heç bir hadisədən məlumatı olmadığını;
31. - Naxçıvan Muxtar Respublikasının X45 sürücü vəzifəsində işləyən X6 ifadəsində agentliyin binasında koridorda səs-küy eşitdiyini, otaqdan çıxdığını, Rəna xanımın nalayiq ifadələr işlətdiyini, “şərəfsizlər, alçaqlar, rüşvətxorsan, boynun eşşəyin boynundan yekədir” kimi ifadələr işlətdiyini, bir də Səyyub müəllimin üstünün su olduğunu, tarixi xatırlamadığını, yay fəsli olduğunu, Rəna xanımın hər hansı əmək funksiyasını pozmasını görmədiyini, niyə söyüş söydüyünü bilmədiyini;
32. - Naxçıvan Muxtar Respublikasının X45 saxlama mütəxəssisi vəzifəsində işləyən X15 ifadəsində agentliyin binasında otaqda olduğunu, koridorda səs-küy eşitdiyini, otaqdan çıxdığını, hüquqşünasın üstünün su olduğunu gördüyünü, başqa heç nə görmədiyini, Səyyub müəllimin Rəna xanıma yumruq qaldırmasını, ya da nalayiq ifadə işlətməsini görmədiyini;
33. - Naxçıvan Muxtar Respublikasının X45 baş məsləhətçi vəzifəsində işləyən şahid7 Mirəbi oğlu ifadəsində hadisə baş verəndə orada olduğunu, səs-küy yarandığını, Rəna xanımın nalayiq ifadələr işlətdiyini, onun narahat olduğunu, ona su gətirdiklərini, suyu Səyyub müəllimə tulladığını, “sənin başına oyun açacam, şalvarını çıxaracam” dediyini, Səyyub müəllimin baytar mütəxəssisi qəbul etdiyini, sonra da Rəna xanımı dəvət etdiyini, suyu otaqda atdığını, Rəna xanımın Rəsul müəllimlə telefon danışığı olduğunu, onunla bağlı, bir də mükafat verilməməsi məsələsinə görə Rəna xanımı dəvət etdiklərini, problemin həlli məqsədilə çağırıldığını, səs-küy yarandığını görəndə otağından çıxdığını, Rəna xanımın narahat olduğunu gördüyünü, Orxan müəllimin su gətirdiyini, mübahisə olduğunu, ancaq nə deyildiyini eşitmədiyini, suyu atandan sonra Rəna xanımın koridorda nalayiq ifadələr işlətdiyini, sonra bir də narahat olduğunu;
34. - Naxçıvan Muxtar Respublikasının X45 mühasib vəzifəsində işləyən şahid1 ifadəsində hadisə olan günü otaqda olduğunu, koridorda səs-küy olduğunu, Rəna xanımın çığıraraq pilləkəndən aşağı endiyini gördüyünü, özünün otaqdan çıxmadığını, sadəcə otaqlar yan-yana olduğu üçün qapını açdıqlarında gördüyünü, Səyyub müəllimin də üzərinin su olduğunu gördüyünü;
35. - Naxçıvan Muxtar Respublikasının X45 mühasib vəzifəsində işləyən X4 ifadəsində səs-küy eşitdiklərini, koridora çıxdığını, Rəna xanımın pilləkəndan danışa-danışa aşağı endiyini gördüyünü, “görün, sizə nə edəcəm” dediyini, Rəna xanımın əmək funksiyasını pozması, ya da onunla bağlı hər hansı tənbeh tətbiq edildiyini görmədiyini;
36. - Naxçıvan Muxtar Respublikasının X45 sektor müdiri vəzifəsində işləyən X1 ifadəsində şöbə müdiri Səyyub müəllimin onu otağına çağırdığını, Rəna xanımın işə girərkən imtahandan keçib-keçməməsi barədə soruşduğunu, özünün də məlumatı olmadığını bildirdiyini, sonra Rəna xanımın narahat olduğunu bildirib qarşı otağa keçdiyini, özlərinin də həmin otağa keçdiklərini, Rəna xanımın Səyyub müəllimin üstünə su çırpdığını, başqa da heç nə bilmədiyini, Rəna xanımın suyu niyə çırpdığını bilmədiyini;
37. - Naxçıvan Muxtar Respublikasının X45 baş məsləhətçi vəzifəsində işləyən X7 ifadəsində ##.##.2025-ci il tarixdə sədrin tapşırığı ilə X17 xanımı bir gün qabaq törətdiyi əmələ görə dəvət etdiyini, Rəna xanımın mükafat almadığı üçün köməkçini təhqir etdiyini, mükafat məsələsinin araşdırıldığını, Rəna xanıma verilməyən mükafat olmadığını, mükafatla bağlı qeyd etdiklərinin yalan olduğunu, səs-küy yarandığını, hamının çölə çıxdığını, Rəna xanımın narahat olduğunu, su verdiklərini, Rəna xanımın kollektivi təhqir etdiyini, “şərəfsizlər, vicdansızlar, boynunuz yoğunlayır, mənimsəyirsiz, sizin şalvarınızı çıxartdıracam” kimi sözlər işlətdiyini, Orxan müəllimin stəkanda su gətirdiyini, Rəna xanımın suyu içdiyini, yarısını da Səyyub Kərimovun üzərinə çırpdığını, sonra Rəna xanımın narahat olduğunu, sonra yoldaşının gəldiyini, sədrin otağına icazəsiz olaraq girmək istədiklərini, 30 ildən çoxdur dövlət qulluqçusu olduğunu, özünün indiyə qədər baş idarədə belə bir hal görmədiyini, möhürü təhvil verməsini istədiklərini, onu da vermədiyini, Rəna xanımla Səyyub Kərimov söhbət edəndə özünün də orada olduğunu;
38. - Naxçıvan Muxtar Respublikasının X45 sədrin köməkçi vəzifəsində işləyən şahid8 ifadəsində Rəna xanımın 30 iyul tarixində ona zəng etdiyini, qəbul da olduğu üçün aça bilmədiyini, sonra Rəna xanıma zəng etdiyini, Rəna xanımın 2 aydır ona mükafat verilmədiyini bildirdiyini, özünün məlumatı olmadığını dediyini, Rəna xanıma araşdıracağını deyib bu məsələni sədrə məruzə etdiyini, ona 2025-ci ildə Qurban bayramında Kolanı kəndində Rəna xanımın nöqsanı olduğunun bildirildiyini, Rəna xanıma zəng edib bu halları bildirdiyini, “nizamintizamlı olsanız sizə də mükafat nəzərdə tutular” dediyini, Rəna xanımın daha sonra “3-5 manat gətirib sizə verirlər bəzilərinin nöqsanlarından keçirsiniz” dediyini, “Cəhridə də müəyyən məsələlər olmuşdu, üzərindən keçilib” dediyini, özünün də məsələnin daxili nəzarətə verilib araşdırılması məqsədilə idarəyə yaxınlaşıb yazılı şəkildə dediklərini bildirməsini dediyini, Rəna xanımın gəlməyəcəyini bildirdiyini, özünün təkrarən dediyini, “mən imtahan vermişəm, əziyyət çəkib gəlmişəm” dediyini, özünün də sədrə məlumat verdiyini, daha sonra sədrin tapşırığı ilə Səyyub müəllimin Rəna xanımı qəbul etdiyini, səs-küy olduğunu, otaqdan çıxdığını, Rəna xanımın pilləkəndən endiyini gördüyünü, nalayiq ifadə işlətdiyini, Səyyub müəllimin üzərinin su olduğunu gördüyünü, suyu Səyyub müəllimə Rəna xanımın atdığını bildirdiklərini, suyu niyə atdığını bilmədiyini, atmasını da görmədiyini, sadəcə sonradan bildiyini;
39. - Naxçıvan Muxtar Respublikasının X45 “X38 Institutu” publik hüquqi şəxsdə baytar mütəxəssis vəzifəsində işləyən X11 ifadəsində hadisənin özlərinin otağında olduğunu, özünün başqa otaqda olduğunu, X18 xanımın görüşdüyünü, sonra birdən səs-küy olduğunu, su istədiklərini, su gətirdiyini, Rəna xanımın söyüş söydüyünü, Səyyub Kərimovun gəlib “yalan deyir, narahat deyil” dediyini, həmin vaxtı Rəna xanımın da suyu götürdüyünü, Səyyub Kərimovun sifətinə çırpdığını və nalayiq ifadələr işlətdiyini, “qurumsaq, oğraş, boynuyoğun, rüşvətxor” kimi sözlər işlətdiyini, Səyyub Kərimovun əl-qol atmadığını, sadəcə “mən sənə nə etmişəm ki, belə edirsən?” dediyini, Rəna xanımın niyə su atdığını bilmədiyini, özünün ümumiyyətlə mübahisə etdiklərini bilmədiyini, sadəcə Rəna xanımın narahat olduğunu bildiyini;
40. - Naxçıvan Muxtar Respublikasının X45 şöbə müdiri vəzifəsində işləyən X10 ifadəsində Rəna xanıma qarşı əvvəlcədən şəxsi qərəzi olmadığını, sədrin tapşırığı ilə araşdırma aparmaq üçün Rəna xanımı dəvət etdiklərini, ondan əvvəl də müəyyən tapşırıqlarla bağlı baytar mütəxəssisləri qəbul etdiklərini, şahid8 xidməti məruzəsində qeyd edilən məsələləri aydınlaşdırdıqlarını, mükafat məsələsində iddiaçının dediyi məsələnin öz əksini tapmadığını, əlavə ödənişlər olduğunu, onların da Rəna xanıma da ödənildiyini, toplanan xərclərin cüzi bir miqdarının büdcəyə ödənilməsi məsələsi olduğunu, Rəna xanımdan faktlarla bağlı sübut istədiyini, heç bir sübut təqdim edə bilmədiyini, sonra nalayiq ifadələr işlətdiyini, narahat olduğunu deyib, çölə çıxdığını, Orxanın su gətirdiyini, Rəna xanımın “şərəfsizlər, alçaqlar, şalvarını çıxardacam” kimi ifadələr dediyini, özünün “niyə belə edirsən? deyəndə suyu üzünə atdığını, köynəyinin su olduğunu, sonra yenə də nalayiq ifadələr işlədib binadan çıxdığını, müvafiq aydınlaşma aparılması nəzarətinin öz şöbələrində olduğu üçün özünün Rəna xanımı dəvət etdiyini, məsələnin bundan ibarət olduğunu, sədrin köməkçisinə müraciət etdiyi, subordinasiya qaydalarını pozduğu üçün Rəna xanımın dəvət edildiyini, aparat, struktur bölmələri və tabe olmayan qurumlarda etik davranış qaydalarına nəzarət etdiklərini, tabeli qurumda icraat başlandığını, ## ######## 2024-cü il tarixli, ** nömrəli əmrlə Daxili Intizam qaydalarının müəyyən edildiyini, Rəna xanımın təhqir, tənqid etdiyini, şərəf və ləyaqətini alçaltdığını, etik davranış qaydalarını pozduğunu, sədrin humanist yanaşmasına görə Rəna xanıma qarşı xüsusi ittiham qaydasında müraciət etmədiklərini, özlərinin müvafiq çıxarış aldıqlarını, orada heç bir mükafat kəsilməsinin müəyyən edilmədiyini, Hikmət müəllim işə yeni qəbul olunduğu üçün ona əlavə pul verildiyini, sadəcə müəyyən araşdırma aparmaq üçün Rəna xanımı dəvət etdiklərini, sədrin də əgər üzr istəsə onu bağışlaya biləcəyini dediyini, ona yumruq qaldırmadığını qeyd etmişlər.
V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
41. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini cavabdeh Naxçıvan Muxtar Respublikası X45 “X38 Institutu” publik hüquqi şəxs mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının cavabdeh tərəfdən mübahisələndirilən hissəsi təşkil edir.
44. Naxçıvan Muxtar Respublikası X45 “X38 Institutu” publik hüquqi şəxsin verdiyi apellyasiya şikayətindən aydın olur ki, həmin tərəf sözügedən qətnaməni tam mübahisələndirir.
45. Cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır.
VI. Apellyasiya şikayətinin həlli ilə bağlı tətbiq edilən hüquqi aktlar.
a) Azərbaycan Respublikası Konstitusiyasının:
46. -35-ci maddəsinin müddəalarına görə hər bir şəxsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, heç kəs zorla işlədilə bilməz, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
b) Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
47. - 2-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir;
48. - 68-ci maddəsinin mahiyyətinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarına a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar aiddir;
49. – 70-ci maddəsinin tələbindən görünür ki, əmək müqaviləsinə işəgötürən tərəfindən a) müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda xitam verilə bilər;
50. - 71-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır;
51. -72-ci maddəsinin tələbinə əsasən a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; g) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir;
52. -76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər;
53. - 80-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur;
54. - 83-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir;
55. - 84-cü maddəsinin mahiyyətindən aydın olur ki, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda işəgötürən dövlət və ya bələdiyyə orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir: Bu məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər;
56. -186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək növündə intizam tənbehlərindən birini verə bilər;
57. - 186-cı maddəsinin 3-cü hissəsinə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır;
58. -187-ci maddəsinin tələbindən görünür ki, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir. Intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz;
59. -190-cı maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi (bu Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən verilən intizam tənbehi istisna olmaqla) verilən gündən altı ay müddətində qüvvədə olur.
60. - 288-ci maddəsinin "a" və "d" bəndlərinin mahiyyətindən aydın olur ki, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi və əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisəsinin predmetidir;
61. - 294-cü maddəsinin 1 və 2-ci hissələrinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır;
62. -300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər;
63. - 301-ci maddəsinin 1-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir.
c) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
64. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;
65. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;
66. - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir;
67. - 76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;
68. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
69. - 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;
70. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
71. - 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
72. Kollegiya iş materiallarını, verilmiş apellyasiya şikayətini qanunvericiliyin tələbləri ilə qarşılıqlı şəkildə öyrənərək qeyd edir ki, Azərbaycan Respublikasında işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətləri, o cümlədən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ona xitam verilməsi qaydaları əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
73. Əmək Məcəlləsinin normaları əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyini, mənafelərinin ədalətli qorunmasını və qanunun aliliyini təmin etmək məqsədi daşıyır. Bu qanunvericilik aktı işçinin əmək hüquqlarını müdafiə etməklə yanaşı, işəgötürənə də müəssisə daxilində intizamı qorumaq üçün müəyyən səlahiyyətlər verir.
74. Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qanunverici əmək müqaviləsinə xitam verilməsinin hər bir əsası (tərəflərin təşəbbüsü, ştatların ixtisarı, əmək vəzifələrinin pozulması və s.) üçün xüsusi prosedur qaydalar, şərtlər və işçinin sosial təminatlarını nəzərdə tutmuşdur.
75. Işə bərpa tələbi ilə bağlı fərdi əmək mübahisələrinə baxılarkən məhkəmələr tərəfindən müəyyən edilməli olan ən mühüm məqam işəgötürənin xitam barədə əmrinin həm maddi, həm də prosessual hüquq normalarının tələblərinə cavab verib-verməməsidir.
76. Əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ayrıca və imperativ qaydalar müəyyən etməsi təsadüfi deyil, bu işçinin əmək hüquqlarının işəgötürənin subyektiv mülahizələrindən və mümkün sui-istifadə hallarından qorunması məqsədini daşıyır. Bu qaydaların mövcudluğu işəgötürənin özbaşınalığının qarşısını alır, xitama səbəb olan halların obyektivliyini təmin edir və hər bir əsas üzrə qanunla müəyyən edilmiş sosial-hüquqi təminatların (məsələn: xəbərdarlıq müddəti, işdənçıxarma müavinəti, həmkarlar ittifaqının razılığı və s.) reallaşmasına hüquqi zəmin yaradır.
77. Hazırkı mülki iş üzrə iddiaçı X20 ilə bağlanılmış əmək müqaviləsinə cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir.
78. Sözügedən maddəyə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən əmək müqaviləsinə xitam vermək təşəbbüsü ilə çıxış edə bilər.
79. Iddiaçının tələbinin qanuniliyini və cavabdehin tətbiq etdiyi intizam tənbehinin (işdən azad etmə) qanunauyğunluğunu müəyyən etmək üçün Əmək Məcəlləsinin 71.2-ci maddəsinin tələbləri rəhbər tutulmalıdır. Həmin normaya görə, 70-ci maddənin "ç" bəndi ilə xitam o halda mümkün hesab edilir ki, işçi qəsdən və ya səhlənkarlıqla əmək vəzifələrini yerinə yetirməsin və bu hərəkət nəticəsində iş yerində əmək intizamının normal ahəngi pozulmuş olsun və ya müəssisənin qanuni mənafelərinə ziyan dəymiş olsun.
80. Eyni zamanda, Əmək Məcəlləsinin 71.3-cü maddəsi işəgötürənin üzərinə xitamın zəruriliyini əsaslandırmaq vəzifəsini qoyur. Bu o deməkdir ki, məhkəmə işçinin hərəkətində intizam xətasının olub-olmaması ilə yanaşı, həm də işəgötürənin tətbiq etdiyi tənbehin (işdən azad etmənin) törədilmiş xətanın ağırlıq dərəcəsinə mütənasib olub-olmadığını yoxlamalıdır.
81. Kollegiya iş materiallarında olan sübutları və cavabdehin apellyasiya şikayətinin dəlillərini Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq müəyyən edir ki, cavabdeh tərəfindən intizam tənbehinin tətbiqi qaydaları kobud şəkildə pozulmuşdur.
82. Belə ki, Əmək Məcəlləsinin 187.1-ci maddəsinin imperativ tələbinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməlidir. Bu norma işçinin özünü müdafiə etmək, hadisənin baş vermə səbəblərini və təqsir dərəcəsini izah etmək hüququnun təminatıdır.
83. Iş materiallarının araşdırılması zamanı məlum olur ki, cavabdeh tərəf iddiaçının ## ###### 2025-ci il tarixli xitam əmrinə əsas olan hərəkətləri (mübahisə və etik qaydaların pozulması) ilə bağlı ondan yazılı izahat almamışdır. Iş materiallarında mövcud olan ## #### 2025-ci il tarixli aktda iddiaçının izahat verməkdən imtina etməsi barədə qeyd isə xitam əmrinə əsas verən hadisəyə deyil, iddiaçının ondan əvvəl telefon danışığı zamanı köməkçiyə dediyi fikirlərə (maddi vəsaitlərin yayındırılması barədə iddialara) aiddir.
84. Kollegiya vurğulayır ki, hər bir intizam xətası üzrə ayrıca izahat tələb olunmalıdır. Əvvəlki bir hərəkətlə bağlı izahatdan imtina, sonradan baş vermiş və xitama birbaşa əsas götürülmüş münaqişəli hadisə üzrə izahatın alınması zəruriliyini aradan qaldırmır. Iddiaçının xidməti otaqda baş vermiş mübahisəli hadisə üzrə öz arqumentlərini bildirmək imkanı yaradılmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 187ci maddəsinin ruhuna və tələbinə tamamilə ziddir.
85. Digər tərəfdən, cavabdehin istinad etdiyi şahid ifadələri tərəflər arasında kəskin münaqişənin və qarşılıqlı ittihamların olduğunu təsdiq edir. Belə bir gərgin şəraitdə, tərəflərdən birinin (hüquqşünas Səyyub Kərimovun) həm münaqişə tərəfi, həm də iddiaçı barəsində intizam icraatını aparan və aktı tərtib edən şəxs olması obyektivlik və qərəzsizlik prinsiplərini şübhə altına alır.
86. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsi imperativ qaydada tələb edir ki, əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməlidir. Həmçinin, Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmrin məzmununda xitamın əsası, həmin əsasın nəzərdə tutulduğu müvafiq maddə, hissə və bənd dəqiq göstərilməlidir.
87. Kollegiya qeyd edir ki, əmrin "əsaslandırılması" dedikdə, sadəcə qanun maddəsinə istinad edilməsi deyil, işçinin hansı konkret əmək funksiyasını və ya əmək müqaviləsi üzrə hansı öhdəliyini, nə vaxt və hansı şəraitdə pozduğunun əmrdə aydın şəkildə əks olunması başa düşülür.
88. Mübahisəli ## ###### 2025-ci il tarixli xitam əmrinin təhlili göstərir ki, cavabdeh tərəfindən iddiaçı X20 əmək vəzifələrini məhz hansı formada "kobud" şəkildə pozması əmrin mətnində fərdiləşdirilməmişdir. Əmrdə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə və 72-ci maddəsinin "e" bəndinə ümumi istinad edilmiş, lakin iddiaçının baytar texniki kimi yerinə yetirməli olduğu hansı xidməti vəzifəsinin (məsələn: baytarlıq-sanitariya ekspertizasının aparılmaması, hesabatların təqdim edilməməsi və s.) icrasından imtina etdiyi və ya onu pozduğu göstərilməmişdir.
89. Həmçinin Əmək Məcəlləsinin 71.3-cü maddəsinə görə, işəgötürən əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Hazırkı halda, iddiaçı ilə şöbə müdiri arasında baş vermiş etik münaqişənin iddiaçının peşə fəaliyyəti və əmək funksiyası ilə birbaşa əlaqəsi əmrdə sübuta yetirilməmişdir. Iş materiallarından görünür ki, iddiaçıya qarşı intizam tənbehi onun baytarlıq texniki kimi işinə görə deyil, idarədaxili mükafatların bölüşdürülməsi ilə bağlı qaldırdığı etiraza görə yaranmış insidentə əsasən tətbiq edilmişdir.
90. Məhkəmə kollegiyası hesab edir ki, əmək vəzifələrinin pozulmasına dair konkret faktlara söykənməyən, yalnız ümumi hüquqi normaların sadalanması ilə kifayətlənən əmr Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə cavab vermir. Belə əmr qeyri-müəyyən xarakter daşıyır və işçinin işdən azad edilməsinin real səbəblərini gizlətməyə xidmət edir.
91. Beləliklə, cavabdehin xitam əmrinin həm maddi-hüquqi (əsaslandırmanın olmaması), həm də prosessual (izahatın alınmaması) baxımdan qüsurlu olması onun ləğv edilməsi üçün mütləq əsasdır.
92. Işəgötürənin tətbiq etdiyi intizam tənbehindəki bu ciddi prosessual nöqsanlar, yalnız izahatın alınmaması ilə məhdudlaşmır, eyni zamanda xitam əmri üçün əsas götürülmüş sənədlərin rəsmiləşdirilməsi qaydasında da özünü qabarıq göstərir. Belə ki, iş materiallarında olan ## ###### 2025-ci il tarixli rəyin təhlili göstərir ki, iddiaçı X20 əmək müqaviləsinə xitam verilməsi üçün əsas götürülmüş bu sənəd kollegial orqan tərəfindən qəbul edilsə də, rəsmiləşdirilmə qaydaları kobud şəkildə pozulmuşdur.
93. Cavabdeh müəssisənin ## #### 2025-ci il tarixli əmri ilə yaradılmış Daxili Intizam Komissiyası kollegial orqandır və onun tərkibi sədr də daxil olmaqla 5 nəfərdən ibarət müəyyən edilmişdir. Kollegiallıq prinsipi tələb edir ki, komissiyanın qərarı (rəyi) onun iclasında iştirak edən bütün üzvlər tərəfindən müzakirə olunsun və yekun sənəd həmin üzvlərin hər biri tərəfindən imzalanmaqla təsdiq edilsin. Lakin mülki iş materiallarında olan ## ###### 2025ci il tarixli rəy yalnız bir nəfər - komissiyanın sədri Həbib Məmmədov tərəfindən imzalanmışdır. Komissiyanın digər 4 üzvünün imzası sənəddə mövcud deyil. Bu hal sözügedən rəyin kollegial şəkildə qəbul edildiyini şübhə altına alır və sənədin hüquqi etibarlılığını aradan qaldırır.
94. Məhkəmə kollegiyası vurğulayır ki, işçinin taleyini həll edən və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi kimi ağır nəticəyə səbəb olan sənədin bu dərəcədə qeyriciddi rəsmiləşdirilməsi yolverilməzdir. Bir nəfərin imzası ilə kollegial orqan adından rəy verilməsi həm inzibati kargüzarlıq qaydalarının, həm də obyektiv araşdırma prinsiplərinin pozulmasıdır.
95. Bu baxımdan, hüquqi qüvvəsi olmayan, kollegial tərkib tərəfindən imzalanmayan rəy əmək müqaviləsinə xitam verilməsi üçün mötəbər əsas hesab edilə bilməz. Işəgötürənin (Institutun) ## ###### 2025-ci il tarixli xitam əmrinin məhz bu qeyri-qanuni rəyə istinadən verilməsi əmrin özünün də qanunsuzluğunu bir daha təsdiq edir.
96. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə görə, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Formasına və rəsmiləşdirilmə qaydasına görə hüquqi standartlara cavab verməyən rəy məhkəmə tərəfindən iddiaçıya qarşı sübut kimi qəbul edilə bilməz.
97. Cavabdeh tərəf apellyasiya şikayətində iddiaçının əvvəllər də intizam qaydalarını pozduğunu və ona ## ###### 2024-cü il tarixli əmrlə "töhmət" verildiyini iddia edərək, xitamın qanuniliyini əsaslandırmağa çalışmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, sözügedən töhmət hazırkı mübahisə kontekstində hüquqi əhəmiyyət kəsb etmir.
98. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190.1-ci maddəsinə əsasən, intizam tənbehi (xitam istisna olmaqla) verildiyi gündən altı ay müddətində qüvvədə olur. Əgər işçi həmin müddət ərzində yeni intizam xətası törətmirsə, o, intizam tənbehi almamış hesab olunur.
99. Iddiaçıya verilmiş töhmət ## ###### 2024-cü il tarixlidir. Mübahisəli xitam əmri isə bir il sonra, yəni ## ###### 2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi, xitam əmri verilən vaxt əvvəlki töhmətin hüquqi qüvvədə olma müddəti çoxdan bitmişdir və qanunvericiliyin tələbinə görə iddiaçı həmin vaxt intizam tənbehi olmayan şəxs hesab edilməli idi. Bu səbəbdən cavabdehin iddiaçının "əvvəlki tənbehlərdən nəticə çıxarmaması" barədə dəlil hüquqi əsasdan məhrumdur.
100. Bundan başqa cavabdeh tərəf apellyasiya şikayətində iddiaçının sistematik olaraq intizamı pozduğunu əsaslandırmaq üçün müvafiq tarixlərdə (##.##.2025, ##.##.2025, ##.##.2025 və ##.##.2025) alınmış izahatlara istinad etmişdir. Lakin məhkəmə kollegiyası müəyyən edir ki, sözügedən izahatlar üzrə heç bir xidməti araşdırma aparılmamış və iddiaçıya qarşı irəli sürülən ittihamların əsaslılığı sübuta yetirilməmişdir.
101. Belə ki, ##.##.2025 və ##.##.2025-ci il tarixli izahatlar Şahbuz rayonu, Kolanı kəndində qəssablarla iddiaçı arasında yaranmış narazılığa aiddir. Lakin iş üzrə dindirilmiş şahid Razi Novruzovun ifadəsinin mahiyyətindən aydın olur ki, ərazidə qəssablarla işləmək problemlidir. Işəgötürən bu münaqişədə iddiaçının izahatını alsa da, intizamı pozan kənar şəxslərin izahatını ya alınmamış, ya da məhkəməyə təqdim edilməmişdi. Bu isə o deməkdir ki, işəgötürən tərəfindən həyata keçirilən araşdırma birtərəfli aparılmış, iddiaçının təqsiri obyektiv faktlarla dürüstləşdirilməmişdir. Müvafiq intizam tənbehi ilə nəticələnməyən və qanunvericiliyin tələblərinə uyğun olaraq sübuta yetirilməyən köhnə izahatların aylar sonra əmək müqaviləsinə xitam verilməsi üçün "sistematik pozuntu" kimi əsas götürülməsi hüquqi cəhətdən yolverilməzdir.
102. Həmçinin, ##.##.2025-ci il tarixli izahatda "Böyük Batabat" restoranının müdiri ilə iddiaçı arasında baş vermiş mübahisəyə toxunulsa da, işəgötürən tərəfindən bu mübahisənin həqiqətən işçinin xidməti fəaliyyəti ilə bağlı olması, yoxsa iddiaçının həyat yoldaşı ilə restoran müdiri arasındakı şəxsi münasibətlərdən qaynaqlanması araşdırılmamışdır. Əksinə, mülki iş materiallarının İ cildinin 120-ci iş vərəqəsində olan ## ###### 2024-cü il tarixli, *-**-****-**** nömrəli məktubdan aydın olur ki, Şahbuz Rayon Kommunal Müəssisələri Kombinatının müdiri C.F.Mikayılov tərəfindən həmin restoranın rəhbərliyinə qalıq qalan tullantı haqqının ödənilməsi üçün rəsmi müraciət edilmişdir. Bu fakt tərəflər arasındakı gərginliyin iddiaçının şəxsi intizamsızlığından deyil, məhz onun həyat yoldaşının qanuni xidməti fəaliyyəti çərçivəsində irəli sürdüyü tələblərdən qaynaqlandığını ehtimal etməyə ciddi əsaslar verir. Işəgötürən tərəfindən bu xüsusat nəzərə alınmamış, kənar şəxslərin (restoran müdirinin) subyektiv şikayəti heç bir qarşılıqlı üzləşdirmə və ya obyektiv araşdırma aparılmadan işçinin əleyhinə "intizam pozuntusu" kimi qiymətləndirilmişdir. Beləliklə, xidməti fəaliyyətlə birbaşa əlaqəsi sübuta yetirilməyən və aylar öncə baş vermiş şəxsi xarakterli mübahisələrin işəgötürən tərəfindən öz mövqeyini bərkitmək üçün sübut kimi istifadə edilməsini təsdiq edir. Kollegiya bildirir ki, xidməti fəaliyyətlə əlaqəsi olmayan şəxsi münaqişələrin işçinin əmək vəzifələrini pozması kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ruhuna ziddir.
103. Kollegiya onu da vurğulayır ki, işçidən sadəcə izahat alınması və ya onun barəsində şikayətin olması intizam xətasının mövcudluğu demək deyil. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə görə işəgötürən xitamın zəruriliyini əsaslandırmalıdır. Şikayətlərin daxil olduğu tarixlərdə (mart, aprel, iyun ayları) cavabdeh tərəf heç bir araşdırma aparmamış, şahidləri dindirməmiş və iddiaçının təqsirini təsdiq edən intizam tənbehi tətbiq etməmişdir.
104. Xüsusilə qeyd edilməlidir ki, iddiaçının ##.##.2024-cü il tarixli izahatı üzrə ona ##.##.2024-cü il tarixli əmrlə "töhmət" intizam tənbehi verilsə də, sonradan müxtəlif tarixlərdə (mart-iyun 2025-ci il) alınmış digər izahatlar üzrə ona qarşı hər hansı bir intizam tənbehi tətbiq edilməmişdir. Bu isə onu deməyə imkan verir ki, işəgötürən həmin vaxtlarda iddiaçının hərəkətlərində əmək müqaviləsinə xitam verilməsi və ya digər tənbeh növünün tətbiqi üçün kifayət edəcək dərəcədə hüquq pozuntusu aşkar etməmişdir. Bu şikayət və izahatların törədildiyi iddia edilən vaxtda hüquqi qiymət verilmədən aylar sonra "yığılaraq" xitam ərəfəsində ortaya çıxarılması, onların işəgötürən tərəfindən öz mövqeyini bərkitmək üçün sübut kimi istifadə edilməsindən başqa bir şey deyildir. Qanunvericiliyin tələbinə görə, vaxtında araşdırılmayan və intizam tənbehi ilə nəticələnməyən müraciətlər sonradan işçinin əleyhinə "sistematik pozuntu" arqumenti kimi irəli sürülə bilməz.
105. Cavabdeh tərəfin iddiaçıya ## ###### 2024-cü il tarixdə verdiyi töhmətə gəldikdə isə, Əmək Məcəlləsinin 190.1-ci maddəsinə əsasən həmin tənbeh 6 aydan sonra (yəni ## ###### 2025-ci il tarixdə) öz hüquqi qüvvəsini itirmişdir. Qüvvədən düşmüş tənbehə və araşdırılmamış şikayətlərə istinad etməklə əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassızdır. Kollegiya vurğulayır ki, işçinin hər hansı bir intizam xətası törətməsi ehtimalı və ya bu xətanın ağırlıq dərəcəsi işəgötürəni əmək qanunvericiliyinin imperativ prosedur qaydalarına riayət etmək öhdəliyindən azad etmir.
106. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə dindirilmiş şahidlərin mütləq əksəriyyəti cavabdeh müəssisənin (“X38 Institutu” PHŞ və Agentliyin) hazırda fəaliyyət göstərən əməkdaşlarıdır və onların bir çoxu birbaşa münaqişə tərəfi olan, intizam icraatını həyata keçirən şöbə müdiri Səyyub Kərimovun xidməti tabeçiliyindədirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara (o cümlədən şahid ifadələrinə) obyektiv və qərəzsiz qiymət verməlidir. Işəgötürəndən xidməti və maddi asılılığı olan şəxslərin ifadələri, işçinin əmək hüquqlarının pozulması ilə bağlı mübahisələrdə birtərəfli xarakter daşıya bilər. Bu səbəbdən, prosessual qaydaların (izahatın alınmaması, rəyin yanlış rəsmiləşdirilməsi) kobud pozulduğu bir şəraitdə, yalnız maraqlı tərəf olan işəgötürənin işçilərinin ifadələrinə istinad edilməsi xitamın qanuniliyini sübut etmək üçün yetərli və mötəbər əsas hesab oluna bilməz. Başqa sözlə, iddiaçının davranışında etik normaların pozulması elementlərinin olubolmamasından
107. asılı olmayaraq, işəgötürən tərəfindən izahatın alınmaması, xitam əmrinə zərurətin konkret faktlarla əsaslandırılmaması və kollegial orqanın (komissiyanın) rəyinin qanunsuz rəsmiləşdirilməsi xitam əmrini kökündən qanunsuz edir. Prosessual qaydalar pozulmaqla həyata keçirilən işdənçıxarma faktı, törədilmiş pozuntunun mahiyyəti ilə qanuniləşdirilə bilməz.
108. Kollegiya cavabdehin iddiaçının "peşman olması və üzr istəməyə hazır olduğunu bildirməsi" barədə dəlilinə münasibətdə bildirir ki, bu hal iddiaçının intizam xətası törətdiyini birmənalı təsdiq edən hüquqi fakt kimi deyil, əksinə, tərəflər arasında yaranmış gərginliyin işçi tərəfindən sülh yolu ilə aradan qaldırılmasına cəhd kimi də qiymətləndirilə bilər. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə görə, işəgötürən intizam tənbehi verərkən işçinin şəxsiyyətini və törədilmiş xətanın xarakterini nəzərə almalıdır. Iddiaçının hadisədən dərhal sonra üzr istəməyə hazır olması onun kollektiv daxilində münasibətləri bərpa etmək iradəsini göstərir. Belə bir halda, işəgötürənin bu humanist yanaşmanı nəzərə almadan birbaşa ən ağır intizam tənbehinə (işdən azad etməyə) əl atması tətbiq edilən tənbehin törədilmiş hərəkətin ağırlıq dərəcəsinə mütənasib olmadığını bir daha təsdiq edir. Digər tərəfdən, "üzr istəməyə hazır olmaq" işçinin yazılı izahatının alınması kimi imperativ prosessual vəzifəni əvəz edə bilməz.
109. Yekunda kollegiya bildirir ki, fərdi əmək mübahisələri üzrə məhkəmə nəzarətinin əsas məqsədi işçinin hərəkətlərinə mənəvi qiymət vermək deyil, işəgötürən tərəfindən tətbiq edilən sanksiyanın qanunvericiliyin imperativ tələblərinə uyğunluğunu yoxlamaqdan ibarətdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən intizam icraatının gedişində yol verilmiş ciddi prosessual nöqsanlar (yazılı izahatın alınmaması, xitam əmrinin fərdiləşdirilməməsi və kollegial rəyin qeyri-qanuni rəsmiləşdirilməsi) tətbiq edilmiş intizam tənbehində qanunçuluq prinsipini kökündən sarsıdır. Qanunun aliliyi prinsipi tələb edir ki, hətta işçi tərəfindən kobud pozuntuya yol verildiyi iddia edildiyi halda belə, işəgötürən öz səlahiyyətlərini qanunla müəyyən edilmiş prosedurlar çərçivəsində həyata keçirməlidir. Prosessual qaydalar pozulmaqla həyata keçirilən işdənçıxarma faktı, törədilmiş pozuntunun mahiyyəti ilə qanuniləşdirilə bilməz və bu, məhkəmənin işə bərpa barədə yekun qənaətinə təsir edən əsas hüquqi faktordur.
110. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını mahiyyəti üzrə düzgün tətbiq etmişdir. Cavabdeh tərəfindən təqdim edilən apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas vermir.
111. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək kollegiya belə hesab edir ki, cavabdeh Naxçıvan Muxtar Respublikasının X45 “X38 Institutu” publik hüquqi şəxsin Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassız sayılmaqla, təmin edilməməlidir.
112. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.
113. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
114. -119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
115. - 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
116. Bu prosessual normaların mahiyyətinə görə, apellyasiya şikayəti təmin edilmədiyi üçün Naxçıvan Muxtar Respublikası X45 “X38 Institutu” publik hüquqi şəxsin çəkdiyi bütün məhkəmə xərcləri cavabdehin özünə aid edilməlidir.
117. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
118. - Cavabdeh Naxçıvan Muxtar Respublikası X45 “X38 Institutu” publik hüquqi şəxsin vəkili-nümayəndəsi X9 Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməməli;
119. - Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə (tam mübahisələndirmə) dəyişdirilmədən saxlanılmalı;
120. - Cavabdeh Naxçıvan Muxtar Respublikası X45 “X38 Institutu” publik hüquqi şəxsin apellyasiya şikayəti verərkən ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.
121. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə.
Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq
qət etdi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının X45 “X38 Institutu” publik hüquqi şəxsin vəkili-nümayəndəsi X9 Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə (tam mübahisələndirmə) dəyişdirilmədən saxlanılsın. Cavabdeh Naxçıvan Muxtar Respublikasının X45 “X38 Institutu” publik hüquqi şəxsin apellyasiya şikayəti verərkən ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.