Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(3-1)-5/2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar söz: pul tələbi) 02.02.2026 Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X10 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(090)-211/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. İş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2(090)-272/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Şahbuz rayon Qeydiyyat şöbəsində 01 aprel 2008-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikahın pozulmasından sonra 01 may 2006-cı ildə doğulmuş X7, 21 yanvar 2008-ci ildə doğulmuş X9 və 25 aprel 2010-cu ildə doğulmuş X11 ataları Cavabdeh yanında saxlanılmaları qət edilmişdir.
2. Şahbuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(090)-257/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 25 aprel 2010-cu ildə doğulmuş X11 və 21 yanvar 2008-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşaq üçün hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat olmaqla, ümumi likdə 260 (iki yüz altmış) manat miqdarında alimentin alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
3. Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(090)- 84/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, 21 yanvar 2008-ci ildə doğulmuş X4 anası İddiaçı yanında saxlanılması qət edilmiş, qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. İİ. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Şahbuz Rayon Məhkəməsində iddia qaldıraraq onun tərəfindən cavabdehə ödənilmiş ümumilikdə 1040 (bir min qırx) manat aliment məbləğinin geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə 01 aprel 2008-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuş, bu nikahdan 01 may 2006-cı il təvəllüdlü X 8, 21 yanvar 2008-ci il təvəllüdlü X9 və 25 aprel 2010-ci il təvəllüdlü X11 anadan olmuş, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(090)-272/2023 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında 01 aprel 2008-ci il tarixdə 05 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 01 may 2006-cı il təvəllüdlü X8, 21 yanvar 2008-ci il təvəllüdlü X9 və 25 aprel 2010-ci il təvəllüdlü X11 ataları Cavabdeh yanında saxlanılmışdır. X3 2024-cü ilin iyun ayından onun yanında qalır, buna görə də məhkəmədə iddia qaldıraraq qızının atadan alınaraq ona verilməsi və yanında saxlanılmasını xahiş etmiş, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(090)- 84/2025 nömrəli qətnaməsi ilə iddiası təmin edilərək, 21 yanvar 2008-ci ildə doğulmuş X9 onun yanında saxlanılmışdır. X3 onun y anında qalmasına və onun bütün xərclərinin özü tərəfindən ödənilməsinə baxmayaraq 2025-ci ilin yanvar ayından avqust ayınadək onun əmək haqqısından aylıq 130 (bir yüz otuz) manat cəmi 1040 (bir min qırx) manat məbləğində pul tutularaq cavabdehə ödənilmişdir. Beləliklə, o uşağı faktiki olaraq yanında yaşadığı dövr ərzində həmin uşağa görə əsassız şəkildə aliment ödəməyə məcbur olmuşdur ki, bu səbəbdən də ödədiyi aliment məbləğinin geri qaytarılmasını tələb edir.
6. Şahbuz Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(090)-211/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 1040 (bir min qırx) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəti cəni belə əsaslandırmışdır ki, iş üzrə İddiaçı cavabdeh H.X2 üçün ödədyi alimentin geri tələb etmişdir və iddiasının əsası kimi qızının 2024-cü il iyun ayında onun yanında yaşamasını, qızının bütün tələbatlarının onun qarşıladığını göstərmişdir. Həmin halın sübutu kimi Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(090)-84/2025 nömrəli qətnaməsini göstərmişdir. Həmçinin həmin qətnamə ilə müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından olan X9 faktiki olaraq 2024-cü ilin noyabr ayından hazırki iş üzrə İddiaçı yanında yaşamışdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məh kəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh iddiaçının tələb etdiyi məbləğin ona ödənilmədiyini göstərsə də, həmin halları təkzib edəcək sübutları məhkəmə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilən Şahbuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli arayışa əsasən Şahbuz Rayon Məhkəməsinin 2(090)-257/2024-12 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İddiaçı əməkhaqqısından məhkəmənin müəyyən etdiyi vaxtdan xx.xx.2025-ci il tarixədək aşağıdakı qaydada Cavabdeh xeyrinə pul tutulmuşdur: 1. xx.xx.2025-ci il üçün 291.06 manat 2. xx.xx.2025-ci il üçün 291.06 manat 3. xx.xx.2025-ci il üçün 291.06 manat 4. xx.xx.2025-ci il üçün 291.06 manat 5. xx.xx.2025-ci il üçün 134.32 manat 6. xx.xx.2025-ci il üçün 151.20 mana t 7. xx.xx.2025-ci il üçün 151.20 manat 8. xx.xx.2025-ci il üçün 151.20 manat Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, 21 yanvar 2008-ci ildə doğulmuş X1 üçün Şahbuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(090)-257/2024 nömrəli qətnaməsi ilə anası İddiaçı alınıb atası Cavabdeh verilməsi uşağın atanın yanında olması əsasında verilsə də, sonradan Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(090)-84/2025 nömrəli qətnaməsi ilə 21 yanvar 2008-ci ildə doğulmuş X9 anası İddiaçı yanında saxlanılması qət edilməsinə, yəni yuxarıda göstərilən əsas aradan qalmasına baxmayaraq İddiaçı alimentin tutulması və Cavabdeh ödənilməsi davam etmişdir. Yəni hüquqi əsas aradan qalxmasına baxmayaraq Cavabdeh aliment almaqda davam etmişdir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 1040 (bir min qırx) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia verilən zaman ödənilən dövlət rüsumu iddiaçıya aid edilməlidir.
8. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.7, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə istinad etmişdir. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
9. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Şahbuz Rayon Məhkəməsinin 04 dekabr 20 25-ci il tarixli, 2(090)-211/2025 nömrəli qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X15 Rayon Məhjkəməsində iddia qaldıraraq onun tərəfindən ödənilmiş 1040 (min qırx) manat aliment məbləğininin geri ödənilməsini tələb etmişdir. Əsas gətirmişdir ki, məhkəmənin xx.xx.2023cü il tarixli qətnaməsi ilə onun himayəsinə verilmiş 2008-ci il təvəllüdlü qızı Vüsalə Ocaxquliyeva 2024-cü ilin iyun ayından onun yanında qalır, lakin 2024-cü ilin noyabr ayından ona aylıq 130 manat olmaqla aliment ödəmiş, bu səbəbdən ödənilmiş aliment məbləği ona qaytarılmalıdır. xx.xx.2025-ci il tarixdə məhkəmənin qətnaməsi ilə qızı Vüsalə anasının himayəsinə verildiyindən alimentin ödənilməsi dayandırılmışdır. Apellyator qeyd e tmişdir ki, qızı Vüsalə Ocaxquliyevaya görə ona xx.xx.2025-ci il tarixdə 291 manat, həmin tarixdə təkrar 291 manat, xx.xx.2025-ci il tarixdə 291 manat və xx.xx.2025-ci il tarixdə 291 manat aliment ödəmişdir. Həmin məbləğ iki uşağa görə eyni zamanda oğlu Lətif Ocaxquliyevə görə ödənilib. İddiaçı ərizəsində 2024-cü ilin noyabr ayından 2025-ci ilin avqust ayınadək qızı Vüsaləyə görə ümumilikdə 1040 manat aliment ödədiyini iddia etsə də, məhkəmə icra bölməsindən verilən arayış və bank çıxarışları ilə bunu təsdiq etməmişdir. Şahbuz Rayon Məhkəməsi iddia ərizəsi ilə bağlı düzgün olmayan qətnamə qəbul etmişdir. Bundan əlavə qızı Vüsalənin qeyd olunan dövr ərzində onun yanında qaldığını isbat edən sübutları təqdim etməyinə baxmayaraq məhkəmədə baxılmamışdır. Bu səbəbdən də o, məhkəmənin qətnaməsin i əsassız və ədalətsiz hesab edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən Cavabdeh verdiyi izahatında yalnız dörd ay üzrə ona bir uşaq üçün artıq aliment ödənişi aparıldığını, bunun da 520 manat təşkil etdiyini, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının təqdim etdiyi arayışın hərtətəfli araşdırılmadığını və nəticədə 1040 manat pulun ondan tutulması qənaətinə gəlindirini bildirərək Şahbuz Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(090)-211/2025 nömrəli qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən İddiaçı apellya siya şikayətini qəbul etməyərək, Şahbuz Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(090)-211/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Konstitusiyası 14. 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. b) Azərbaycan Respublikası Ailə Məcəlləsi
15. Maddə 29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.
16. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
17. Maddə 75.1. Valideynlər uşaqlarını saxlam ağa borcludurlar.
18. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. c) Azərbaycan Respublikası Mülki Məcəlləsi 19. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
22. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni ə sas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
23. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
24. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
25. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. d) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 2
7. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
33. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Maddə 385.1.2-385.1.3. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
35. Maddə 402.1. M ülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. e) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019- cu il 18 mart tarixli qərarı 36. “....Hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetm ə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”. f) Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı Rusiya
37. Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “a ffirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir- birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. V. Apellyasiya baxışının hədləri
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyas iya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiy a instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Vİ. Məhkəmə kollegiyasının mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə tamamilə ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir.
44. İlk növbədə qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutl arla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
45. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarında n irəli gələ bilər.
47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
48. Beləliklə tədqiq olunmuş iş materiallarına əsasən iddia tələbinin mahiyyəti ondan ibarət olmuşdur ki, İdd iaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən cavabdehə ödənilmiş 1040 manat artıq aliment məbləğinin geri qaytarılmasını xahiş etmiş, iddiaçı tələbinin əsasını tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan X4 faktiki olaraq 2024-cü ildən etibarən onun yanında yaşaması, uşağın saxlanması və bütün maddi təminatının iddiaçı tərəfindən həyata keçirilməsi təşkil etmişdir. Bu halda, uşağın atanın yanında saxlanılması barədə əvvəl mövcud olmuş hüquqi əsasın sonradan aradan qalxmasına baxmayaraq, icra icraatı çərçivəsində iddiaçının əməkhaqqından aliment tutulmasının davam etdirildiyini, nəticədə cavabdehin hüquqi əsas olmadan aliment məbləği əldə etdiyini göstərmiş, bununla əlaqədar olaraq iddiaçı cavabdeh tərəfindən əsassız əldə edilmiş hesab etdi yi 1040 (bir min qırx) manat məbləğində aliment vəsaitinin ondan alınaraq özünə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
49. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrkən iş üzrə toplanmış sübutlara istinad etmiş, tərəflərin izahatlarını qiymətləndirmiş və işin faktiki hallarının müəyyən edildiyini hesab etmişdir. Məhkəmə icra orqanı tərəfindən təqdim edilmiş arayışa əsaslanaraq iddiaçının əməkhaqqından müəyyən dövrlərdə aliment məbləğlərinin tutulduğunu, göstərilən tutulmaların hüquqi əsası aradan qalxdığı halda davam etdirildiyini müəyyən etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçının tələb etdiyi məbləğin ona ödənilmədiyi barədə etirazlarını əsassız hesab etmişdir.
50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi nin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İş materialları ilə müəyyən olunur ki, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(090)-257/2024 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan X1 atası Cavabdeh həvalə edilmiş və bu əsasla İddiaçı aliment tutulması barədə icra sənədi verilmişdir. Həmin icra sənədi üzrə iddiaçının əməkhaqqısından müxtəlif tarixlərdə aliment məbləğləri tutulmuşdur.
51. Eyni zamanda, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(090)84/2025 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmayan X4 anası İddiaçı yanında saxlanılması müəyyən edilmişdir. Bu qətnamə ilə uşağın saxlanılmasına dair əvvəlki hüquqi əsas aradan qalxmış və həmin tarixdən sonra adıçəkilən uşaq üçün aliment tutulması mümkün o lmamışdır.
52. Yuxarıda da qeyd edildiyi kimi birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsasən icra orqanı tərəfindən təqdim edilmiş arayışa istinad etmiş və iddiaçı tərəfindən ödənildiyi iddia olunan 1040 manat məbləğin cavabdeh tərəfindən əsassız əldə edildiyi qənaətinə gəlmişdir. Lakin apellyasiya instansiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, icra sənədinə əsaslanaraq verilmiş arayışda göstərilən tutulmaların mahiyyətini və hansı uşağa aid olduğunu dəqiqləşdirməmiş, ümumiyyətlə gəldiyi nəticə üzrə heç bir əsaslanma aparmamış, iş üzrə mövcud olan faktlar qətnamədə sübutlarla təsdiq edilməmişdir.
53. Belə ki, iş üzrə Cavabdeh izahatından belə məlum olmuşdur ki, iddiaçının sübut qismində təqdim etdiyi arayışda göstərilən 291,06 m anat məbləğində tutulmalar iki uşağa görə müəyyən edilmiş aliment məbləğidir. Cavabdehin izahatlarından və iş materiallarından aydın olur ki, xx.xx.2025-ci il tarixində iki dəfə tutulmuş 291,06 manat məbləğləri iddiaçının əməkhaqqının gec verilməsi ilə əlaqədar olaraq əvvəlki ayın aliment ödənişlərini əhatə etmiş, xx.xx.2025-ci il tarixli tutulma mart ayına, xx.xx.2025-ci il tarixli tutulma isə aprel ayına aiddir. Həmin aylarda aliment iki uşaq üçün tutulduğundan, göstərilən məbləğin yalnız 130 manat hissəsi X5 aid edilə bilər.
54. Bu baxımdan, 291,06 manat məbləğin dörd dəfə tutulması üzrə yalnız qətnamə ilə müəyyən olumuş hər ay üçün 130 manat hissə olmaqla, cəmi 520 manat məbləğində vəsaitin həmin uşaq üçün iddiaçıdan cavabdehin xeyrinə tutulması öz təsdiqini tapır. Bu hal Şahbuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli arayışla və iş üzrə Cavabdeh apellyasiya baxışı zamanı verdiyi izahata əsasən sübut olunur. İddiaçı tələbinin əsasını təşkil edən sübut növü kimi təqdim etdiyi həmin arayışda göstərilən digər aylar üzrə aparılan aliment ödəmələri isə yalnız atanın yanında qalan digər bir uşaq üçün nəzərdə tutulmuş aliment məbləğləridir. Həmin aylar üzrə iddiaçıdan onun öz yanında qalan X9 üçün hər hansı tutulmanın aparılması öz təsdiqini tapmır.
55. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən iddia edilən 1040 manat məbləğin məhz X5 görə hüquqi əsas aradan qalxdıqdan sonra cavabdehə ödənildiyini təsdiq edən mötəbər və dəqiq süb utlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almadan, yalnız icra arayışına formal yanaşmaqla və gəldiyi nəticəyə hər hansı aydınlıq gətirmədən iddianı tam təmin etmişdir.
56. Bundan əlavə bir daha qeyd olunmalıdır ki, xx.xx.2025-ci il tarixindən sonrakı dövrdə iddiaçının əməkhaqqısından tutulan məbləğlər artıq digər yetkinlik yaşına çatmayan uşaq – X11 üçün müəyyən edilmiş aliment öhdəliyindən irəli gəlmişdir. Bu halda aliment tutulmasının hüquqi əsası aradan qalxmamış, əksinə, digər uşaq üzrə qüvvədə olan məhkəmə qətnaməsinə uyğun olaraq davam etdirilmişdir. Bu səbəbdən, xx.xx.2025-ci il tarixindən sonrakı dövr üzrə tutulmuş aliment məbləğlərinin X5 görə əsassız əldə edilmiş vəsait kimi qiymətləndirilməsi üçün hüquqi əsas mövcud deyildir.
57. Məhkəmə kolle giyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
59. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə gös tərilən hallar işin materiallarına uyğun olsun.
60. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməs i özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. 61. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
62. Beləliklə yuxarıda göstərilən xüsusatl arı nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(090)-211/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(090)-211/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməlidir.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1 və 385.1.3-cü maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.
64. Bu Məcəllənin 389-cu maddəsinin mənasına görə məhkəmə tərəfin dən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
65. Həmin Məcəllənin 384.0 və 384.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
66. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
67. Kollegiya belə qəna ətə gəlir ki, Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edildiyindən, apellyasiya şikayəti verilməsi ilə bağlı olaraq onun tərəfindən ödənilmiş 16 (on altı) manat məbləğində dövlət rüsumunun yarısı 8 (səkkiz) manat İddiaçı alınaraq Cavabdeh verilməlidir.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.2, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(090)-211/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. Cavabdeh 520 (beş yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Apellyasiya şikayəti və iddia tələbi qalmış hissədə təmin olunmasın. Apellyasiya şikayəti verilərkən Cavabdeh tərəfindən ödənilmiş 16 (on altı) manat məbləğində dövlət rüsumunun 8 (səkkiz) manat hissəsi İddiaçı alınaraq Cavabdeh verilsin. Bu qətnamədən kassasiya şikayəti