Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-66/2026 13.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar söz: qanunsuz sahiblikdən geri qaytarılma tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İ. Işin halları
1. Iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən, Şərur rayon Yengicə kəndində yerləşən 0,***3 ha. torpaq sahəsinin X4 adına ##.##.2016-cı il tarixdə 1216008629 qeydiyyat nömrəsi ilə qeydə alındığı aydın olur.
2. Iş materiallarında olan ##.##.2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, ##.##.2016-cı il tarixdə Naxçıvan MR DƏTMDK Idarəsi tərəfindən X4 verilmiş Şərur rayonunun Yengicə kəndində yerləşən 0,***3 ha torpaq sahəsi İddiaçı satılmışdır.
3. Iş materiallarında olan ##.##.2025-ci il tarixli akta əsasən, Naxçıvan Muxtar Respublikası ƏMDX-nin əməkdaşları və Şərur Rayon Icra Hakimiyyətinin əməkdaşı, Şərur rayon Yengicə kənd IƏD nümayəndəsi və kənd bələdiyyəsinin sədri və digər şəxslərin iştirakı ilə Yengicə kəndində yerləşən və İddiaçı məxsus torpaq sahəsi və digər qonşu torpaq sahələrinin sərhədləri düzgün olmadığından naturada xəritə əsasında yoxlama aparıldığı, aparılmış yoxlama zamanı 4,40 metr hissəsi qonşu Cavabdeh, Cavabdeh məxsus torpaq sahəsinin 4,60 metr hissəsi C.Sadiqova və C.Sadiqova məxsus torpaq sahəsinin 2,80 metri isə Ə.Əhmədova məxsus torpaq sahəsinin sərhədləri daxilində olması qeyd olunmuşdur.
4. Iş materiallarında olan Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şərur ərazi bölməsinin baş mütəxəssisinin rəyində qeyd olunmuşdur ki, iddiaçı İddiaçı məxsus Şərur rayon Yengicə kəndində yerləşən ************ Reyestr nömrəli torpaq sahəsinə baxış keçirilmişdir və qeyd olunan ərazidə vəziyyət aşağıdakı kimi olmuşdur: - Iddiaçı İddiaçı Şərur rayon * saylı NO-nin ##.##.2017-ci il tarixli, 4Ə-*** qeydiyyat nömrəli alğı-satqı müqaviləsi əsasında əldə etdiyi, Şərur rayon Yengicə kəndində yerləşən 0,***3 ha torpaq sahəsi ilə cavabdeh Cavabdeh mülkiyyətində olan torpaq sahəsi arasında yerləşən hasar İddiaçı məxsus torpaq sahəsində yerləşir. - Iddiaçıya məxsus olan Şərur rayonu, Yengicə kəndində yerləşən 0,***3 ha torpaq sahəsində Cavabdeh tərəfindən hasar çəkilmişdir. Həmin hasar iddiaçının torpaqdan istifadəsinə maneə yaradır. - Iddiaçı İddiaçı məxsus olan, Şərur rayonu, Yengicə kəndindəı yerləşən 0,***3 ha torpaq sahəsi sənədi üzrə müəyyən olunmuş koordinatlar daxilində yerləşmir. - Iddiaçı İddiaçı məxsus olan, Şərur rayonu, Yengicə kəndindəı yerləşən 0,***3 ha torpaq sahəsinin faktiki ölçüləri sənəd üzrə ölçülərinə uyğun gəlmir. Belə ki, Cavabdeh tərəfindən torpaq sahəsinin şimal və cənub istiqamətindən 4,40 metr məsafədə İddiaçı torpaq sahəsinə keçmiş və həmin ərazidə hasar çəkmişdir. - Cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi sənəd üzrə koordinatları daxilində yerləşmir. II. Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ## ###### 2017-ci il tarixli, AN1 ******* nömrəli alğı-satqı müqaviləsi əsasında aldığı Şərur rayon Yengicə kənd ərazisində yerləşən ***** nömrəli, ***3 kv.m həyətyanı torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması və dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat pulun Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şərur rayon Yengicə kənd ərazisində yerləşən ***** nömrəli ***3 m² həyətyanı torpaq sahəsini 2017-ci ildə Şərur rayon Yengicə kənd sakini X4 ## ###### 2017-ci il tarixli, AN-1 ******* nömrəli alğı-satqı müqaviləsi əsasında 12000 manat pul ödəyərək almışdır. Mülkiyyət barədə ona hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlkın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarış və ************ Reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü barədə şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsini bu günə kimi o öz mülkiyyətinə sənədləşdirə bilməmişdir. Buna səbəb isə onun torpaq sahəsinin 4.40 metr eninində, 34 metr uzunluğunda olan hissəsinin cavabdeh Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsidir. O, məsələ ilə bağlı Naxçıvan MR ƏMDX-nin Şərur rayon şöbəsinə müraciət etmişdir. Onlar tərəfindən ## ###### 2025-ci il tarixli akt tərtib edərək cavabdehin 4.40 m enində onun aldığı həyətyanı torpaq sahəsinə qanunsuz sahiblik etdiyi müəyyən olunmuşdur. Məsələ ilə bağlı o, Cavabdeh ilə dəfələrlə söhbətlər aparsa da, müsbət nəticə əldə olunmamışdır. Belə olan halda cavabdehin ## ###### 2017-ci il tarixli, AN-1 ******* nömrəli alğı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsindən məcburi çıxarılması qərarına gəldiyini bildirmişdir.
7. Şərur Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(110)-410/2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, müvafiq ekspertiza məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır.
8. Məhkəmə tikinti-texniki ekspertizası üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekispertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, *** nömrəli rəyində aparılmış ekspert tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, - Iddiaçı İddiaçı Təvəkül oğlunun Şərur rayon * saylı NO-nun ##.##.2017-ci il tarixli, 4- *** qeydiyyat nömrəli alğı-satqı müqaviləsi əsasında əldə etdiyi, Şərur rayon Yengicə kəndində yerləşən 0.***3 ha torpaq sahəsi ilə cavabdeh Cavabdeh mülkiyyətində olan torpaq sahəsi arasında yerləşən hasar iddiaçı İddiaçı məxsus olan torpaq sahəsi daxilində yerləşir (Qərardadın 1-ci sualı üzrə), - Şərur rayon Yengicə kəndində yerləşən 0.***3 ha torpaq sahəsində cavabdeh Cavabdeh tərəfindən hasar çəkilmişdir, sözügedən hasar divar iddiaçının torpağından istifadəsinə maneə yaradır (Qərardadın 2-ci sualı üzrə), - Iddiaçı İddiaçı Təvəkül oğluna məxsus olan, Şərur rayon Yengicə kəndində yerləşən 0.***3 ha həyətyanı torpaq sahəsi sənəd üzrə müəyyən olunmuş koordinatlar çərçivəsində yerləşmir (Qərardadın 3-cü sualı üzrə), - Iddiaçı İddiaçı Təvəkül oğluna məxsus olan, Şərur rayon Yengicə kəndində yerləşən 0.***3 ha torpaq sahəsinin faktiki ölçüləri sənəd üzrə ölçülərinə uyğun gəlmir, belə ki, cavabdeh Cavabdeh tərəfindən torpaq sahəsinin şimal ve cənub istiqamətindən 4.40 metr məsafədə iddiaçı İddiaçı Təvəkül oğlunun torpaq sahəsinə keçmiş və həmin ərazidə hasar çəkilmişdir (Qərardadın 4-cü sualı üzrə), - Cavabdeh Cavabdeh faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatları çərçivəsində yerləşmir (Qərardadın 5-ci sualı üzrə).
9. ##.##.2025-ci il tarixdə tərəflərin və mütəxəssis qismində Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şərur ərazi bölməsinin əməkdaşı X1, o cümlədən Şərur rayon Yengicə kənd IƏD nümayəndəsi X2 iştirakı ilə hadisə yerində məhkəmə tərəfindən yerində müayinə həyata keçirilmiş, Şərur rayon Yengicə kəndində yerləşən 0.***3 ha torpaq sahəsinin faktiki ölçülərinin sənəd üzrə ölçülərinə uyğun gəlmədiyi, sürüşmələr olduğu aşkarlanmış, həmçinin yerində müayinə zamanı müəyyən olunmuşdur ki, müşahidə edilən torpaq sürüşmələri nəticəsində yalnız iddiaçı İddiaçı Təvəkül oğlunun torpaq sahəsində azalma olmuş, digər qonşuların torpaq sahələrinin faktiki ölçüləri sənəd üzrə ölçülərinə uyğun olmuş, cavabdeh də daxil olmaqla, heç bir qonşunun torpaq sahəsində iddiaçının çatışmayan torpaq sahəsi hesabına artım olmamışdır.
10. Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə məhkəmə tikintitexniki ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun iddiaçı İddiaçı alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş üzrə toplanmış sübutlar, o cümlədən yazılı sənədlər, mütəxəssis rəyləri, məhkəmə-tikinti texniki ekspertizasının rəyi və yerində müayinənin nəticələri ilə müəyyən edilmişdir ki, mübahisəli ərazidə torpaq sahələrinin faktiki sərhədləri ilə dövlət reyestrində qeydə alınmış sərhədlər arasında uyğunsuzluqlar mövcuddur və bu uyğunsuzluqlar yalnız iddiaçı İddiaçı məxsus torpaq sahəsində azalma ilə nəticələnmişdir. Eyni zamanda, iş materiallarından və xüsusilə ##.##.2025-ci il tarixli aktdan, həmçinin məhkəmə-tikinti texniki ekspertizasının ##.##.2025-ci il tarixli rəyindən və yerində müayinənin nəticələrindən görünür ki, iddiaçının torpaq sahəsindən itkin düşmüş 4,40 metrlik hissəsi (şimal və cənub istiqamətindən 4.40 metr) cavabdehin hasarı daxilindədir, cavabdehin torpaq sahəsində iddiaçının itkin düşmüş torpaq sahəsi hesabına sahə artımı yaranmamış, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin də sənəd üzrə müəyyən edilmiş koordinatlar çərçivəsində yerləşmədiyi, cavabdeh Cavabdeh torpaq sahəsinin 4,60 metrlik hissəsinin (şimal və cənub istiqamətindən 4.60 metr) digər qonşu X3 məxsus torpaq sahəsinin ərazisinə düşdüyü, həmin torpaq sahəsinin sağ tərəfində isə eni təqribən 3,4 metr olan boş ərazinin mövcud olduğu aşkar edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunan faktiki hallardan görünür ki, cavabdeh iddiaçının torpaq sahəsi hesabına əsassız olaraq zənginləşməmiş, əksinə, onun öz torpaq sahəsi də sənəd üzrə müəyyən edilmiş sərhədlərdən kənara çıxaraq qonşu əraziyə daxil olmuşdur. Məhkəmə belə hesab etmişdir ki, mübahisəli ərazidə yaranmış faktiki vəziyyət cavabdehin iddiaçının torpaq sahəsini qəsdən və təqsirli şəkildə zəbt etməsi nəticəsində deyil, torpaq sahələrinin ilkin olaraq yerində müəyyən edilməsi zamanı reyestr məmuru tərəfindən döngə nöqtələrinin düzgün nişanlanmaması və nəticədə torpaq sahələrinin faktiki istifadəsində “sürüşmələrin” yaranması ilə bağlıdır. Bu hal həm mütəxəssis və ekspert rəyləri, həm də tərəflərin və qonşuların ifadələri ilə təsdiq olunur. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, iddiaçının tələbinin (hasarın sökülməsi və çıxarılma) təmin edilməsi "zəncirvari" xarakter daşıyan daha böyük mülkiyyət pozuntularına yol aça bilər. Belə ki, cavabdehin hasarının geri çəkilməsi onun mülkiyyət sahəsinin əsassız azalmasına səbəb olacaq ki, bu da onu digər qonşuya qarşı iddia qaldırmağa məcbur edəcəkdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, digər qonşuların ərazisində artıq yaşayış evləri tikilmişdir və bu zənciri bərpa etmək yaşayış binalarının sökülməsi kimi mütənasib olmayan ağır nəticələrə səbəb ola bilər. Bununla yanaşı, məhkəmə belə hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində yaranmış kəsir, sağ tərəfdə mövcud olan 3,4 metrlik boş ərazi və ya dövlət orqanlarının yol verdiyi səhv nəticəsində dəymiş ziyanın kompensasiyası mexanizmləri çərçivəsində həll edilməlidir. Məhkəmə həmçinin hazırki iddia tələbinin rədd edilməsi ilə bağlı qərara gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarında ifadə olunmuş hüquqi yanaşmanı nəzərdən keçirməklə yanaşı, hesab etmişdir ki, həmin mövqenin hazırkı mübahisəyə tətbiqi üçün zəruri olan faktiki və hüquqi şərtlər mövcud deyildir. Belə ki, Ali Məhkəmənin qeyd olunan qərarında hüquqi mövqenin formalaşdırılması cavabdehin digər şəxsə məxsus torpaq sahəsində yerləşən tikilini və ya onun bir hissəsini açıqaşkar, qəsdən və sənədlərlə müəyyən edilmiş sərhədlərdən kənarda inşa etməsi faktı ilə bağlı olmuşdur. Həmin iş üzrə cavabdehin torpaq sahəsinin sərhədləri dövlət reyestri sənədləri ilə dəqiq müəyyən edilmiş, tikilinin isə bu sərhədləri aşmaqla qonşu torpaq sahəsində yerləşdiyi birmənalı şəkildə sübuta yetirilmişdir. Digər tərəfdən, Ali Məhkəmə həmin işdə cavabdehin davranışında qanunsuz sahibliyin subyektiv elementi – təqsir və iradə amilinin mövcudluğunu xüsusi olaraq vurğulamışdır. Hazırkı iş üzrə isə məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar tamamilə fərqli hüquqi vəziyyətin mövcudluğunu göstərir. Iş üzrə toplanmış sübutlar, o cümlədən məhkəmətikinti texniki ekspertizasının rəyi, mütəxəssis rəyi və yerində baxışın nəticələri ilə müəyyən edilmişdir ki, mübahisəli ərazidə yaranmış vəziyyət cavabdehin iddiaçının torpaq sahəsini qəsdən və ya bilərəkdən zəbt etməsi nəticəsində deyil, torpaq sahələrinin ilkin olaraq yerində müəyyən edilməsi zamanı dövlət reyestri üzrə döngə nöqtələrinin düzgün nişanlanmaması səbəbindən yaranmış faktiki uyğunsuzluqların nəticəsidir. Bundan əlavə, Ali Məhkəmənin qeyd olunan qərarında cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin artımı baş vermiş, yəni digər şəxsin əmlakı hesabına faktiki zənginləşmə halı mövcud olmuşdur. Hazırkı iş üzrə isə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi iddiaçının torpaq sahəsi hesabına artmamış, əksinə, onun öz torpaq sahəsinin bir hissəsi də digər qonşu torpaq sahəsinə daxil olmuşdur. Bu hal cavabdehin iddiaçının əmlakı hesabına əsassız zənginləşməsi ehtimalını tamamilə istisna edir. Bu baxımdan, məhkəmə hesab etmişdir ki, Ali Məhkəmənin təqdim edilmiş qərarında formalaşdırılmış hüquqi mövqe faktiki halların və hüquqi münasibətlərin eyniliyi prinsipi baxımından hazırkı işə tətbiq oluna bilməz. Çünki həmin mövqenin tətbiqi üçün zəruri olan cavabdehin təqsirli hərəkətləri, qanunsuz sahibliyi və iddiaçının əmlakı hesabına yaranmış real sahə artımı kimi hallar bu iş üzrə sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdeh Cavabdeh mübahisəli torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə tələbi üzrə cavabdehin təqsirli hərəkətləri sübuta yetirilmədiyindən, iddia tələbi əsassızdır və təmin edilməməlidir. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
12. Iş üzrə iddiaçının nümayəndəsi X6 qətnamədən apellyasiya şikayəti verərək Şərur Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını və iddiasının təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şərur Rayon Məhkəməsi sübutlara hüquqi qiymət verməyərək mülkiyyət hüququnun pozulmasına şərait yaratmışdır. Belə ki, hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Burada isə tamamilə tərsinə mövqe tutmuşdur. Yalnız Azərbayacan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(102)-1116/2025-ci il tarixli qərarında ifadə olunmuş hüquqi yanaşmasını mübahisəyə tətbiq edərək qətnamə çıxarmışdır. Halbuki, həmin qərarda da, məhkəmə zəbt olunmuş torpağın əvəzinə iddiaçıya kompensasiya verilməsinə baxmayaraq həmin məbləğin artırılması şikayətini təmin etmişdir. Bu yanaşmasında belə ədalətli mövqe tutmadığını düşünür. Ali Məhkəmənin qərarını təhrif etmişdir. Həmin qərar kompensasiya ödənilməsi ilə əlaqədar qərardır. Məhkəmə Naxçıvan MR ƏMDX-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyini, Şərur Rayon Icra Hakimiyyətinin aktını və Naxçıvan MR Məhkəmə Ekspertiza Mərkəzinin rəyini sübut kimi qəbul etməmişdir. Öz mülahizəsinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(102)-1116/2025-ci il tarixli qərarına istinad edərək qərar çıxarmışdır. Məhkəmə prosesi dəfələrlə qanunsuz uzadılmışdır. Mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Məhkəmə Hüquq Şurasına müraciətindən sonra, qanunsuzluq hakimin diqqətinə çatdırılmış, bir daha belə hallara yol verilməməsi üçün tədbir görülməsi ilə bağlı cavab gəlmişdir. Bundan sonra hakim qərardadla düzəliş etmiş və Naxçıvan MR Məhkəmə Ekspertiza Mərkəzinə göndərmişdir. Ekspert rəyi məhkəməyə daxil olduqdan 2 ay sonra məhkəmə prosesini təyin etmiş, həmin gün də həmin əraziyə yerində baxış keçirmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində yaranmış kəsir, sağ tərəfdə mövcud olan 3,4 metrlik boşərazi və ya dövlət orqanlarının yol verdiyi səhv nəticəsində dəymiş ziyanın kompensasiyası mexanizmləri çərçivəsində həll edilməlidir. Kompensasiya məsələsini də məhkəmə həll etməli idi. Lakin heç bir tədbir görməmişdir. Hətta cavabdehə bildirmişdir ki, iddiaçıya kompensasiya əvəzinə 1 qəpik də ödəmə. Məhkəmə həmin ərazinin başqa kəndə məxsus (Şəhriyar) bələdiyyəyə aid olmasını bildiyi halda həmin ərazini boş ərazi kimi qeyd etmişdir. O, həmin torpaq torpaq sahəsini qonşulardan daha öncə almış və nişanlamışdır. Yerə baxış keçirilərkən orada iştirak edən şəxslərin iştrakı ilə akt tərtib edilmişdir. Həmin aktda da ərazinin zəbt olunması qeyd olunmuşdur. Yəni ki, inzibati orqanın səhvi deyil cavabdehin bilincli olaraq ərazisini zəbt etməsi təsdiqini tapıb. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, Şərur Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını və iddiasının təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi X6 və cavabdeh Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikasının Konstitusiyası
17. 13-cü maddənin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. 29-cu maddənin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.
19. 29-cu maddənin VI hissəsinə əssən sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
20. 60-cı maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati
21. qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
b) Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
24. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
25. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
29. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
c) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları
30. 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
31. 1.3. Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir.
32. 5.1-ci bəndinin müddəalarında göstərilmişdir ki, çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur.
33. 5.2-ci bəndinə əsasən ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır.
34. 5.2-ci bəndinə əsasən sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. d) Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
35. Maddə 43.
1. Yerquruluşu-torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.
2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.
3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: -torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi. e) “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu
36. Maddə 1. Yerquruluşu-torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir.
37. Maddə 4. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri aşağıdakı prinsiplərə əsaslanır:
38. dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin sənədləşdirilməsinin vahid sistem üzrə aparılmasının zəruriliyi.
39. Maddə 17. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: - torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması.
f) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
V. Apellyasiya baxışının hədləri
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
51. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
54. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Belə ki, mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.
57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin belə tələbin təmin edilməsi üçün aşağıdakı şərtlərin eyni zamanda mövcud olması zəruridir: - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - cavabdeh əşya üzərində faktiki sahibliyə malik olmalıdır; - cavabdehin həmin əşya üzərində sahibliyi qanunsuz olmalıdır.
58. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki iş materiallarına əsasən iddiaçı İddiaçı mübahisəli torpaq sahəsini ##.##.2017-ci il tarixdə Şərur rayon Birinci Dövlət notariat kontorunda X4 5000 (beş min) manata almış, lakin həmin əmlakı daşınmaz əmlakın Dövlət reyestrində öz adına qeydiyyata aldırmamışdır. Buna baxmayaraq iddia tələbinin əsasını sahiblik və istifadəyə olan maneənin aradan qaldırılması təşkil etdiyindən kollegiya hesab edir ki, hazırki halda iddiaçının bu tələbə münasibətdə subyektiv hüquqları mövcuddur.
59. Beləliklə mübahisə üzrə iş materiallarının məcmu araşdırılması göstərir ki, tərəflər arasında əsas hüquqi mübahisə iddiaçı İddiaçı məxsus Şərur rayonu Yengicə kəndində yerləşən 0,***3 ha həyətyanı torpaq sahəsinin faktiki sərhədlərinin pozulub-pozulmaması, cavabdeh Cavabdeh qəsdi ilə əhatə olunan həmin torpaq sahəsinə müdaxilə edib-etməməsi və bunun nəticəsində iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılıbməhdudlaşdırılmaması ilə bağlıdır.
60. Iş üzrə müəyyən olunmuş mübahisəsiz hallardan görünür ki, sözügedən torpaq sahəsi ilkin olaraq X4 adına ##.##.2016-cı il tarixdə dövlət reyestrində qeydiyyata alınmış, sonradan isə ##.##.2017-ci il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi əsasında İddiaçı 5000 manat müqabilində satılmışdır. Həmçinin mübahisəsiz hal kimi müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmış ölçüləri ilə faktiki naturadakı vəziyyəti arasında uyğunsuzluq mövcuddur və həmin uyğunsuzluq nəticəsində torpaq sahəsinin ölçüsü sənəddə göstərilən ***3 kv.m ölçüdən daha az olmuşdur. Eyni zamanda həm inzibati araşdırma aktları, həm mütəxəssis rəyi, həm də məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən çəkilmiş hasar iddiaçının müqavilə əsasında əldə etdiyi torpaq sahəsinin daxilində yerləşir və həmin hasar iddiaçının torpaqdan istifadəsinə maneə yaradır.
61. Bununla yanaşı, mübahisəli hal ondan ibarətdir ki, həmin vəziyyətin cavabdehin qəsdən və qanunsuz zəbt etməsi nəticəsində yaranıb-yaranmaması, yaxud torpaq sahələrinin ilkin kadastr qeydiyyatı və koordinatlarının müəyyən edilməsi zamanı dövlət orqanları tərəfindən yol verilmiş texniki səhvlərin nəticəsi olub-olmaması məsələsi tərəflər arasında əsas hüquqi mübahisə predmetini təşkil edir.
62. Eyni zamanda iş materialları üzrə müəyyən edilmişdir ki, torpaq sahələrinin sərhədlərində “sürüşmə” xarakterli uyğunsuzluqlar mövcuddur: - iddiaçının torpaq sahəsinin təxminən eni 4,40 metr hissəsi cavabdehin istifadə etdiyi ərazi daxilində yerləşir; - cavabdehin torpaq sahəsinin bir hissəsi isə digər qonşu torpaq sahəsinə düşür; - cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsində iddiaçının torpaq sahəsi hesabına ümumi sahə artımı yaranmamışdır; - torpaq sahələrinin yerləşməsindəki uyğunsuzluqlar yalnız cavabdehlə deyil, digər qonşu torpaq sahələri ilə də əlaqədardır və ardıcıl xarakter daşıyır;
63. Hazırkı mübahisənin əsas mahiyyəti ondan ibarətdir ki, iddiaçı cavabdehin onun torpaq sahəsini qanunsuz zəbt etdiyini və həmin torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən məcburi çıxarılmalı olduğunu iddia edir.
64. Lakin iş üzrə toplanmış sübutlar həmin nəticəyə birmənalı şəkildə gəlməyə imkan vermir.
65. Belə ki, həm ##.##.2025-ci il tarixli akt, həm mütəxəssis rəyi, həm də məhkəmə ekspertizasının rəyi göstərir ki, ərazidə yaranmış vəziyyət təkcə cavabdehin hərəkətləri ilə bağlı deyil, torpaq sahələrinin ilkin koordinatlarının naturada düzgün tətbiq edilməməsi və sonradan elektron kadastr məlumatları ilə faktiki vəziyyət arasında yaranmış fərqlərlə əlaqədardır.
66. Bundan başqa, mülki iş kollegiyanın icraatına daxil olduqdan sonra Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu məktubu göndərilmiş, məktubda baxılan mülki işin hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” ilə müəyyən olunmuş qaydalara uyğun mübahisəli torpaq sahəsinin elektron kadastr məlumatları əsasında sistemə ərazi vahidləri üzrə layihələr əsasında dürüstləşdirilmiş məlumatların daxil edilibedilməməsi və Dövlət reyestrində mövcud olan hazırkı hüquqi vəziyyət barədə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına məlumat verilməsi xahiş olunmuşdur.
67. Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə təqdim etdiyi rəsmi cavabdan məlum olmuşdur ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2017-ci ildə Şərur rayonu, Yengicə kəndində həyətyanı torpaq sahələrinin sərhədlərinin yenidən dəqiqləşdirilməsi məqsədilə planalma işləri həyata keçirilmiş, mübahisə predmeti olan torpaq sahəsi 1103,68 kv.m uçota alınmışdır. Torpaqların faktiki istifadə vəziyyətinə uyğun aparılan ölçmə-dəqiqləşdirmə işləri nəticəsində əldə edilmiş məlumatlar “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”nə (TEKUIS) daxil edilmişdir. Ibrahim Bağırov JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş ***3,05 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ##.##.2016-cı il tarixli, ********** nömrəli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri Dövlət Komitəsinə müraciət etmişdir. Həmin dövrdə Şərur rayonu, Yengicə kəndində həyətyanı torpaq sahələrinin sərhədlərinin yenidən dəqiqləşdirilməsi məqsədilə planalma işləri həyata keçirilmədiyindən Ibrahim Bağırovun mülkiyyətində olan həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən ölçülər əsasında ##.##.2016-cı il tarixdə onun adına qeydiyyata alınmışdır. İddiaçı ## ###### 2017-ci il tarixli, AN1 ******* nömrəli alğı-satqı müqaviləsi əsasında əldə etdiyi, Yengicə kənd ərazi vahidinin sərhədləri daxilində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ***3 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
68. Həmçinin cavab məktubuna Şərur rayonunu, Yengicə kəndində torpaq sahələrinin torpaq islahatı zamanı tərtib edilmiş yerquruluşu planından çıxarış əlavə olunmuş, həmin çıxarışdan aydın olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsinin əvvəlki ölçüsü ***3,05 kv.m olmuş, faktiki ölçüsü isə 1103,68 kv.m müəyyən edilmişdir. Bu məlumatlar “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”nə daxil edilmişdir.
69. Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın 5.1-ci bəndinə əsasən, torpaq sahələrinin faktiki yerləşmə vəziyyəti ilə hüquqmüəyyənedici sənədlərdə əks olunan məkan göstəriciləri müqayisə edilməli, uyğunsuzluqlar müəyyənləşdirilməli və aradan qaldırılması üçün ərazi vahidləri üzrə layihələr hazırlanmalıdır.
70. Həmin Qaydaların 5.2-ci bəndində isə birbaşa göstərilmişdir ki, torpaq sahələrinin sərhəd, yerləşmə və konfiqurasiya fərqləri yerquruluşu qaydasında aradan qaldırılmalıdır. Beləliklə, istinad olunan Qanunun mənasından da göründüyü kimi normativ tənzimləmə özü belə halları şəxsin qəsdən torpaq sahəsini zəbt etməsi kimi deyil, texnikikadastr71.uyğunsuzluğu və yerquruluşu problemi kimi qiymətləndirir.
72. Iş materiallarından görünür ki, X4 torpaq sahəsi ##.##.2016-cı ildə dövlət reyestrində qeydiyyata alınarkən dövlət reyestrində JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən ölçülər nəzərə alınmış, həmin vaxt ərazidə sonradan aparılmış elektron kadastr dəqiqləşdirmə işləri hələ həyata keçirilməmişdir. Lakin sonradan Fərmanın icrası çərçivəsində aparılmış ölçmə işləri nəticəsində isə torpaq sahəsinin faktiki ölçüsünün ***3,05 kv.m deyil, 1103,68 kv.m olduğu müəyyən edilmiş və “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”nə bu məlumatlar daxil edilmişdir.
73. Beləliklə, hazırkı mübahisədə əsas hüquqi əhəmiyyət daşıyan hal ondan ibarətdir ki, torpaq sahəsində yaranmış təxminən 150 kv.m fərq cavabdehin torpaq sahəsini özbaşına genişləndirməsi nəticəsində deyil, dövlət tərəfindən aparılmış son elektron kadastr ölçmələri zamanı müəyyən edilmiş faktiki yerləşmə vəziyyətindən irəli gəlmişdir. Bu isə onu göstərir ki: - torpaq sahəsinin faktiki azalması mövcuddur; - həmin azalmanın səbəbi koordinat və yerləşmə uyğunsuzluqlarıdır; - cavabdehin bu prosesdə qəsdli və təqsirli davranışı sübuta yetirilməmişdir; - cavabdehin torpaq sahəsində iddiaçının hesabına real sahə artımı müəyyən edilməmişdir.
74. Əksinə, iş üzrə müəyyən edilmişdir ki, cavabdehin torpaq sahəsinin də bir hissəsi digər qonşu torpaq sahəsinə düşür. Bu hal isə mübahisənin fərdi qanunsuz zəbt deyil, ümumi kadastr və sərhəd sürüşməsi problemi olduğunu təsdiq edir.
75. Bundan əlavə, iddiaçının tələb etdiyi müdaxilə üsulu cavabdehin məcburi çıxarılması və hasarın sökülməsi faktiki vəziyyət nəzərə alınmadan tətbiq edilərsə, bu, digər qonşu torpaq sahələrinin sərhədlərinin də dəyişməsinə, artıq mövcud tikililərin hüquqi vəziyyətinin pozulmasına və ardıcıl şəkildə yeni mübahisələrin yaranmasına səbəb ola bilər. Halbuki yuxarıda qeyd olunan məktubun məzmunundan da aydın olur ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2017-ci ildə artıq Şərur rayonu, Yengicə kəndində həyətyanı torpaq sahələrinin sərhədlərinin yenidən dəqiqləşdirilməsi məqsədilə planalma işləri həyata keçirilmiş, torpaqların faktiki istifadə vəziyyətinə uyğun aparılan ölçmə-dəqiqləşdirmə işləri nəticəsində əldə edilmiş məlumatlar “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”nə daxil edilmişdir.
76. Bu səbəbdən, iş üzrə müəyyən edilmiş hallar cavabdehin iddiaçının torpaq sahəsini qəsdən və qanunsuz olaraq zəbt etməsi nəticəsinə gəlməyə kifayət etmir. Əksinə, iş materialları göstərir ki, mövcud vəziyyət torpaq sahələrinin ilkin yerləşdirilməsi və sonradan aparılmış elektron kadastr dəqiqləşdirmələri arasındakı fərqlərdən irəli gəlmişdir.
77. Apellyasiya şikayətinin dəlillərinə gəlincə şikayətdə göstərilən “Şərur Rayon Məhkəməsinin sübutlara hüquqi qiymət verməyərək mülkiyyət hüququnun pozulmasına şərait yaratmasına, yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(102)- 1116/2025-ci il tarixli qərarında ifadə olunmuş hüquqi yanaşmasını mübahisəyə tətbiq edərək qətnamə çıxarmasına, həmin qərarda da, məhkəmənin zəbt olunmuş torpağın əvəzinə iddiaçıya kompensasiya verilməsinə baxmayaraq həmin məbləğin artırılması şikayətini təmin etdiyinə, bu yanaşmasında belə ədalətli mövqe tutmadığını düşündüyünə” dair dəlilə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etməmiş, əksinə iş üzrə toplanmış bütün sübutları məcmu halında qiymətləndirmişdir. Qətnamənin məzmunundan görünür ki, məhkəmə ##.##.2025-ci il tarixli aktı, Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyini, məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2025-ci il tarixli rəyini, yerində baxışın nəticələrini, tərəflərin izahatlarını və torpaq sahələrinin faktiki vəziyyətini araşdıraraq hüquqi nəticəyə gəlmişdir.
78. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli ərazidə yaranmış vəziyyət cavabdehin qəsdən və təqsirli şəkildə iddiaçının torpaq sahəsini zəbt etməsi ilə deyil, torpaq sahələrinin ilkin ölçülərinin naturada düzgün tətbiq edilməməsi, sonradan aparılmış elektron kadastr dəqiqləşdirmələri və torpaq sahələrinin yerləşməsində yaranmış “sürüşmə” xarakterli uyğunsuzluqlarla bağlı olmuşdur. Bu hal həm inzibati aktlarla, həm ekspertiza rəyi ilə, həm də yerində baxış zamanı müəyyən edilmiş faktiki vəziyyətlə təsdiq edilmişdir.
79. Azərbaycan Respublikası MPM-in sübutların qiymətləndirilməsini tənzimləyən müddəalarına əsasən məhkəmə heç bir sübutu əvvəlcədən müəyyən edilmiş üstün qüvvəyə malik hesab etmədən, sübutları daxili inam əsasında, tam, obyektiv və hərtərəfli araşdırmaqla qiymətləndirir. Hazırkı iş üzrə də məhkəmə məhz həmin prinsiplərə uyğun olaraq sübutları məcmu şəkildə təhlil etmişdir.
80. Iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025ci il tarixli qərarı isə fərqli faktiki və hüquqi vəziyyətə aid olmuşdur. Həmin işdə cavabdehin digər şəxsə məxsus torpaq sahəsində yerləşən tikilini bilərəkdən və sənədlərlə müəyyən edilmiş sərhədləri aşmaqla inşa etdiyi, nəticədə iddiaçının torpaq sahəsi hesabına cavabdehin faktiki sahə artımının yarandığı müəyyən edilmişdir. Buna görə də Ali Məhkəmə həmin işdə kompensasiya məsələsini müzakirə etmişdir.
81. Hazırkı iş üzrə isə belə hallar müəyyən edilməmişdir. Əksinə, iş materialları ilə müəyyən olunur ki, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsində iddiaçının torpaq sahəsi hesabına real artım yaranmamış, cavabdehin torpaq sahəsinin bir hissəsi də digər qonşu torpaq sahəsinə düşmüşdür. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Ali Məhkəmənin qeyd olunan qərarında ifadə edilən hüquqi mövqe hazırki işə tətbiq edilə bilməz.
82. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız formal şəkildə Ali Məhkəmə qərarına əsaslanmamış, əksinə iş üzrə araşdırılmış sübutların məcmu qiymətləndirilməsi nəticəsində qəbul edilmişdir və iddiaçının bu hissədəki apellyasiya dəlilləri qətnamənin ləğvi üçün əsas hesab oluna bilməz.
83. Şikayətdə həmçinin qeyd olunur ki, birinci instansiya məhkəməsi sağ tərəfdə yerləşən 3,4 metrlik ərazini “boş sahə” kimi qiymətləndirmiş, halbuki həmin ərazi Şəhriyar kənd bələdiyyəsinə məxsus olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin xüsusat hazırkı mübahisənin mahiyyətinə həlledici təsir göstərmir. Belə ki, birinci instansiya məhkəməsi həmin əraziyə dair mülkiyyət hüququ müəyyən etməmiş, yalnız mübahisəli torpaq sahələrinin yerləşmə vəziyyətini və faktiki sərhədlər arasındakı uyğunsuzluğu qiymətləndirmişdir. Həmin ərazinin hüquqi statusundan asılı olmayaraq, iş üzrə müəyyən edilmiş əsas hal ondan ibarətdir ki, mübahisəli yaşayış massivində torpaq sahələrinin faktiki yerləşmə vəziyyəti ilə hüquqmüəyyənedici sənədlərdə göstərilən koordinatlar arasında ümumi uyğunsuzluqlar mövcuddur və bu uyğunsuzluqlar yalnız tərəflərə deyil, digər qonşu torpaq sahələrinə də təsir etmişdir.
84. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, eyni zamanda qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz.
85. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
87. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə uyğun olaraq onun özünə aid edilməlidir.
88. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.