Məhkəmə qərarları › İş №2(3-1)-82/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(3-1)-82/2026

22.04.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-82/2026 22.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı-cavabdeh Iddiaçı cavabdeh-iddiaçı “xxxx” MMC-yə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbinə dair və cavabdeh-iddiaçı “xxxx” MMC-nin iddiaçı-cavabdeh Iddiaçı qarşı şirkətə vurulmuş 20000 (iyirmi min) manat məbləğində ziyanın Iddiaçı tutularaq “xxxx” MMC-yə ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı-cavabdehin vəkili və nümayəndəsi vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya baxışından çıxarılması məsələsinə baxaraq m ü ə y y ə n e t d i: Iddiaçı-cavabdeh Iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2015-2024-cü illərdə işlədiyi müddətdə istifadə edilməyən məzuniyyət pulunun və son hesabın hesablanaraq “xxxx” MMC-dən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ##.##.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi təqdim edərək iddiaçı Iddiaçı tərəfindən cavabdeh qismində onlara qarşı “istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbi” barədə qaldırdığı iddianın əsassız olduğundan rədd olunması, cavabdehin şirkətə vurmuş olduğu 20000 (iyirmi min) manat məbləğindəki ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, şirkətə vurmuş olduğu ziyanın hesablanması üçün Babək şəhəri, Naxçıvan Ordubad magistral yolunun 3.3-cü kilometrliyində yerləşən bağ sahəsində ekspertiza keçirilərək müvafiq rəy verilməsi tələbinin təmin edilməsi və şirkətə vurmuş olduğu ziyanın məbləği hesablandıqdan sonra şirkətin hesabına ödənilməsi barədə qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Iddiaçı qarşı şirkətə vurmuş olduğu 20000 (iyirmi min) manat məbləğindəki ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qarşılıqlı iddiası icraata qəbul edilməklə iddia tələbinə iddiaçı Iddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbi və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Iddiaçı qarşı şirkətə vurmuş olduğu 20000 (iyirmi min) manat məbləğindəki ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdeh-iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı-cavabdeh Iddiaçı 2024-cü il üzrə istifadə edilməyən məzuniyyət olaraq kompensasiya məbləği olan 938.57 (doqquz yüz otuz səkkiz manat əlli yeddi qəpik) manat pulun alınaraq iddiaçı-cavabdeh Iddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsi, məhkəmə mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 60 (altmış) manatın cavabdeh-iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq X2 MR Idarəsinə ödənilməsi (Kod: 502906 VÖEN: 9900071001, müxbir hesab № AZ**NABZ******************** SWIFT BIK NAXCAZ21) qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iş üzrə iddiaçı-cavabdeh Iddiaçı vəkilnümayəndəsi vəkil1 vasitəsilə apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli qərardadı ilə mümkün hesab edilərək baxılması üçün ## ### 2026-cı il tarixə, saat 0930-a təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına ## ##### 2026-cı il tarixdə daxil olmuş Naxçıvan Şəhər Məhkəməsinin müraciətində sözügedən mülki iş üzrə ## ##### 2026-cı il tarixdə elektron kabinet vasitəsilə cavabdeh-iddiaçı “xxxx” MMC-nin nümayəndəsi tərəfindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə göndərildiyi, bu səbəbdən məhkəmə tərəfindən müvafiq prosessual hərəkətlərin aparılması məqsədilə mülki işin Naxçıvan Şəhər Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh-iddiaçı “xxxx” MMC-nin nümayəndəsi tərəfindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə birinci instansiya məhkəməsi tərəfindən baxılması üçün iş apellyasiya baxışından çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh-iddiaçı “xxxx” MMC-nin nümayəndəsi tərəfindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə məhkəməyə daxil olan zaman mülki iş artıq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində olmuş və bu səbəbdən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd edilmiş tələblərinə əməl edə bilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya belə hesab edir ki, yuxarıda qeyd olunan xüsusatlar baxımından iddiaçıcavabdeh Iddiaçı cavabdeh-iddiaçı “xxxx” MMC-yə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbinə dair və cavabdeh-iddiaçı “xxxx” MMCnin iddiaçı-cavabdeh Iddiaçı qarşı şirkətə vurulmuş 20000 (iyirmi min) manat məbləğində ziyanın Iddiaçı tutularaq “xxxx” MMC-yə ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı-cavabdehin vəkili və nümayəndəsi vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə zəruri prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılmaqla Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 364.1, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: Iddiaçı-cavabdeh Iddiaçı cavabdeh-iddiaçı “xxxx” MMC-yə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbinə dair və cavabdeh-iddiaçı “xxxx” MMC-nin iddiaçı-cavabdeh Iddiaçı qarşı şirkətə vurulmuş 20000 (iyirmi min) manat məbləğində ziyanın Iddiaçı tutularaq “xxxx” MMC-yə ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı-cavabdehin vəkili və nümayəndəsi vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*- *)-**/**** nömrəli qərardadı ləğv edilsin. *(*-*)-**/**** nömrəli mülki iş apellyasiya baxışından çıxarılsın və cavabdeh-iddiaçı “xxxx” MMC-nin nümayəndəsi tərəfindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair verilmiş ərizə üzrə zəruri prosessual hərəkətlərin yerinə yetirilməsi məqsədilə Naxçıvan Şəhər Məhkəməsinə qaytarılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar