Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-83/2026 03.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası Iddiaçı iddiaçı4 və digərlərinin cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması, qanunsuz tikililərin və hasar divarın sökülməsi tələbinə dair mülki iş üzrə (Açar söz: torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması, qanunsuz tikililərin və hasar divarın sökülməsi tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, iddiaçı və iddiaçıların nümayəndəsi iddiaçı1, iddiaçı iddiaçı1 vəkil-nümayəndəsi Vəkil/Nümayəndə, cavabdeh Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İ. Işin halları
1. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş *****3040773-***** reyestr nömrəli, ##.##.2023-cü il tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.2701 hektar olan torpaq sahəsi və onun üzərində olan 207.19 m2 fərdi yaşayış evinin iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 mülkiyyətində olması aydın olur.
2. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, *****3001339-***** reyestr nömrəli çıxarışa əsasən Babək rayonu, Şıxmahmud kəndində 98.02 m2 fərdi yaşayış evinin yerləşdiyi 762.9 m2 torpaq sahəsinin Cavabdeh mülkiyyətində olması aydın olur.
3. Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh cavabdeh Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx" X4rşı "Babək rayon Aqrar Islahat Komissiyasının ## ######## 1999-cu ** nömrəli qərarı ilə iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 mülkiyyətinə verilmiş 0.27 hektar torpaq sahəsinə aid torpağın mülkiyyətə verilməsinə dair JN-***A nömrəli şəhadətnamənin Cavabdeh verilmiş ************-***** nömrəli Daşınmaz əmlakın texniki pasportunda "ödənişdə qalan hissə" kimi qeyd olunan 450.46 m² torpaq sahəsinə münasibətdə qismən etibarsız hesab olunması, bu barədə aparılmış qeydiyyatın qismən ləğv olunması, həmin 0.27 hektar torpaq sahəsindən 450.46 kvadrat metr ödənişli sahənin Cavabdeh adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.
4. Naxçıvan MR Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2- *(***)- ***/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması müəyyən olunur. II. Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı və digər iddiaçıların nümayəndəsi iddiaçı1 “29” may 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Cavabdeh tərəfindən paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan Babək rayon Şıxmahmud kəndində yerləşən daşınmaz əmlakın (torpaq sahəsinin) 0.2701 ha. hissəsinin onlara aid 450 kv.m olan hissəsinə münasibətdə onun tərəfindən istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması, həmin torpaq sahəsinin 450 kv.m olan hissəsində cavabdeh Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikililərin və hasar-divarın cavabdehin öz vəsaiti hesabına məcburi qaydada sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir Babək rayon Şıxmahmud kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. Hamin fərdi yaşayış evi 0.2701 ha torpaq sahəsinin üzərində yerləşir və həm torpaq sahəsi, həm də həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə onlara məxsusdur. Buna dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmış və onlara bərabər paylarda hüquq sahibi olaraq çıxarış verilmişdir. Lakin iddiaçılar torpaq sahələrinin 450 kv.m hissəsindən istifadə edə bilmirlər və həmin torpaq sahəsi hazırki iş üzrə cavabdeh olan qonşuları Cavabdeh qanunsuz istifadəsindədir və eyni zamanda onun tərəfindən həmin torpaq sahəsində qanunsuz tikililər aparılmışdır. Onlar torpaq sahələrinin həmin hissəsindən heç bir halda istifadə edə bilmirlər və cavabdeh tərəfindən onlara maneələr yaradılır. Ona dəfələrlə müraciət və xəbərdarlıqlar etsələr də, bunun bir nəticəsi olmamış və onlar son nəticədə məhkəməyə müraciət etməli olmuşdurlar. Yuxarıda qeyd etdikləri kimi torpaq sahəsinin təxminən 450 kv.m olan hissəsi sadəcə kağız üzərində onların torpaq sahəsi olaraq görünsə də, faktiki olaraq qonşuları Cavabdeh istifadəsindədir və hesab edirlər ki, bu mülkiyyət hüquqlarının kobud şəkildə pozulması deməkdir. Onlar Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon Idarəsinin müvafiq əməkdaşlarını həmin torpaq sahəsinə yerində baxışa dəvət etsələr də, bundan imtina olunaraq yalnız məhkəmənin müvafiq göstərişi ilə yerində baxışın mümkün ola biləcəyi bildirilmişdir. Onlar torpaq sahələrindən istifadəyə olan maneənin aradan qaldırılmasını, həmçinin həmin hissədə tikilmiş qanunsuz tikililərin və hasar divarın sökülməsini istəyirlər.
7. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə təqdim etdiyi ərizədə bildirmişdir ki, iddia edilən 450 m2 torpaq sahəsi onun torpaq sahəsinin əhatəsində yerləşir, sökülməsi tələb olunan hasar 30 il əvvəl inşa edilmişdir, özü hər hansı hasar tikməmişdir, bu fakt iddiaçılara da bəllidir, həmçinin iddia tələbləri üzrə iddia müddəti keçmişdir və bu ərizə nəzərə alınmaqla iddia müddəti tətbiq olunmaqla iddia rədd olunmalıdır.
8. Mütəxəssis Mütəxəssis məhkəmə iclaslarında verdiyi izahatında mübahisəli torpaq sahəsinə yerində baxış keçirildiyini, tərəflərin mülkiyyətində və faktiki istifadəsində olan torpaq sahəsinin sərhədlərinin müəyyən olunduğunu, mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyyətində olduğunu, dövlət reyestrində texniki yanlışlıqla həmin hissənin ödənişli torpaq sahəsi kimi göstərildiyini, cavabdehin torpaq sahəsini alğı-satqı müqaviləsi əsasında əldə etdiyini və müqavilədə qeyd olunan torpaq sahəsinin ölçülərinə uyğun olaraq dövlət qeydiyyatına alındığını, cavabdeh tərəfin ödənişli qalan hissə ilə bağlı heç bir ödəniş etmədiyini, ümumiyyətlə də həmin torpaq sahəsinin cavabdehə satılmasının qeyri-mümkün olduğunu, cavabdehə 762.90 m2 torpaq sahəsinin verildiyini, bunun torpaq sahəsinin planölçüsündə də qeyd olunduğunu, eynilə dövlət reyestrindən çıxarışda da öz əksini tapdığını, texniki pasportun texniki sənəd olduğunu, onun üzərində düzəliş və ya dəyişiklik etməyin mümkün olduğunu, əsas rəsmi sənədin dövlət reyestrindən verilmiş çıxarış olduğunu və həmin sənəddə də cavabdehin mülkiyyətində olan torpaq sahəsinin 762.90 m2 qeyd olunduğunu, evin dam örtüyünün mübahisəli torpaq sahəsinə keçmədiyini, sanitar qovşaq və qapının bir hissəsinin iddiaçıların mülkiyyətində olan mübahisəli torpaq sahəsində yerləşdiyini bildirmişdir.
9. Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi (işə baxan hakim Ismayıl Günay) ilə iddianın qismən təmin olunması, ümumi mülkiyyət hüququ ilə iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 məxsus olan Babək rayon Şıxmahmud kəndində yerləşən 0.2701 ha torpaq sahəsinin Cavabdeh adına ##.##.2008ci il tarixdə tərtib olunmuş 192 inventar nömrəli texniki pasportda “ödənişdə qalan sahə” olaraq işarələnmiş koordinatlar daxilində 450,46 m2 olan hissəsinə istifadəyə və sahibliyə Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 məxsus olan Babək rayon Şıxmahmud kəndində yerləşən 0.2701 ha torpaq sahəsinin 450 m2 olan hissəsində cavabdeh Cavabdeh tərəfindən qanunsuz aparılmış yardımçı tikililərin (01 ədəd sanitar qovşaq və 01 ədəd toyuq hini) cavabdeh Cavabdeh öz vəsaiti hesabına məcburi qaydada sökülməsi, iddianın qalmış hissədə rədd edilməsi, iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq iddiaçılara verilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin mübahisəli halı Cavabdeh adına tərtib olunmuş 192 inventar nömrəli texniki pasportda “ödənişdə qalan sahə” kimi qeyd olunmuş 450,46 m² torpaq sahəsinin mülkiyyət hüququnun kimə məxsus olması, həmin sahənin cavabdehin sahibliyində olub-olmaması, olduğu təqdirdə buna haqq qazandıran qanuni əsasın olub-olmaması, həmin sahədə cavabdeh tərəfindən tikilinin ucaldılması halında sökülməsi üçün əsasların olub-olmaması və kim tərəfindən sökülməli olması ilə bağlıdır. Məhkəmə bildirmişdir ki, mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiəsinin üsullarından biri əşya-hüquqi müdafiə üsuludur. Bu müdafiə üsulu isə 3 növ iddianın verilməsi ilə həyata keçirilə bilər ki, bunlardan da biri vindikasiya iddiasıdır. Yəni mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ekspert verdiyi rəydə o qənaətə gəlmişdir ki, Cavabdeh hazırda istifadəsində olan və onun adına tərtib olunmuş 192 inventar nömrəli texniki pasportda qeyd olunmuş 450,46 m² "geri qaytarılması mümkün olmayan torpaq sahəsi" iddiaçı iddiaçı4 və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçıların mülkiyyətində olan 0,2701 hektar torpaq sahəsinin faktiki istifadə vəziyyəti mülkiyyət sənədlərində göstərilən ölçülərlə uyğunsuzluq təşkil edir, bu uyğunsuzluq həmin torpaq sahəsinin qərb istiqamətindəki qonşuluğunda yerləşən Cavabdeh məxsus əmlaka dair tərtib olunmuş 192 inventar nömrəli texniki pasportda qeyd olunmuş 450,46 m² torpaq sahəsi ilə bağlıdır. Həmçinin ##.##.2025-ci il tarixdə tərtib olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, Cavabdeh adına tərtib olunmuş *** nömrəli texniki pasportda qeyd olunmuş 450,46 m² mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətidir. Belə ki, dövlət reyestrindən çıxarışların verilməsi üçün ilkin əsas təşkil etmiş JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən Babək Rayon Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli qərarı ilə Babək rayonu Şıxmahmud kəndində 0.27 ha. fərdi yaşayış evi təyinatlı torpaq sahəsinin iddiaçıların ümumi mülkiyyətinə verildiyi müəyyən olunur. Ona əlavə olunmuş həyətyanı sahənin qaiməsində ümumi sahənin 2701.2 m2 olduğu qeyd olunur. Həmçinin JN- ***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən Babək rayon Notariat Kontorunun ##.##.2005-ci il tarixli qərarı ilə Babək rayonu Şıxmahmud kəndində 0.08 ha. fərdi yaşayış evi təyinatlı torpaq sahəsinin X1 mülkiyyətinə verildiyi müəyyən olunur. Ona əlavə olunmuş həyətyanı sahənin qaiməsində ümumi sahənin 762.9 m2 olduğu qeyd olunur. Mülki iş materiallarından məlum olmuşdur ki, cavabdeh ##.##.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsi əsasında anası X1 miras qalmış 0.0762 ha. torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini qəbul etmişdir. Məhkəmə mübahisə predmeti olan 450.46 m² tоrpаq sаhəsinin iddiaçıların ümumi mülkiyyətində olmasını və cavabdeh Cavabdeh sözügedən torpaq sahəsinə hüququnu müəyyən edən hər hansı əsasın müəyyən edilmədiyini nəzərə alaraq iddianı cavabdehin həmin hissəyə istifadə və sahibliyə yaratdığı maneənin aradan qaldırılmasına dair hissədə əsaslı hesab etmişdir. Torpaq sahəsinin ona məxsus olması barədə cavabdehin etirazları ilə bağlı məhkəmə qeyd etmişdir ki, sözügedən halı təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin cavabdeh tərəf izahatında torpaq sahəsini alarkən çıxarışda göstərilmiş 762.9 m2 torpaq sahəsi üçün ödəniş etdiklərini və işarələnmış 450 m2 hissənin yalnız gələcəkdə əvəzi ödənildiyi təqdirdə mülkiyyətə verilə biləcəyini və daha sonra həmin hissəni əvəzli əldə etmədiklərini bildirmişdir. Beləliklə iddiaçılar məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmiş dövlət reyestrinin məlumatlarına güvənməkdə və mülkiyyət hüququna müdaxilənin aradan qaldırılmasını tələb etməkdə haqlı olmuşlar. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən tikilmiş qanunsuz tikililər və hasar divarın cavabdehin hesabına sökülməsinə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə fasiləsiz audio-video yazısı aparılan məhkəmə iclasında iddiaçı hasarın cavabdeh tərəfindən tikilməməsi faktını etiraf edərək “torpaq sahələri arasında hasarın 1999-cu ildə ora gəldikləri zaman artıq inşa edilmiş olduğunu”, cavabdeh tərəf isə “torpaq sahəsini alarkən hasarın mövcud olduğunu və hasara bitişik tövlə olduğunu, həmin tövləni sökdüklərini, orada setkadan toyuq hini quraşdırdıqlarını və 2016-2017-ci illərdə sanitar qovşaq inşa etdiklərini” bildirmişdir. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, həmin torpaq sahəsini özü Rusiyadan gəldikdən sonra anası üçün almışdır və torpaq sahəsini alarkən “ödənişdə qalan sahə” üçün hər hansı ödəniş etməmiş, səlahiyyətli orqanın nümayəndələri onlara “gələcəkdə pulu ödənilərsə alına bilər” demişdir. Belə olan halda cavabdeh həmin torpaq sahəsində tikili apararkən həmin hissənin öz mülkiyyətində olmadığını bilmişdir. Göründüyü kimi cavabdeh əldə etdiyi çıxarış və texniki pasporta əlavə olunmuş plan-sxemlə öz torpaq sahəsinin sərhədlərini dəqiq müəyyən etmək imkanına malik olduğu halda başqasının mülkiyyətində olan torpaq sahəsində tikili ucaltmaqla onun mülkiyyət hüquqlarına müdaxilə etmişdir və məhkəmə hesab etmişdir ki, həmin köməkçi tikililər cavabdehin hesabına sökülməklə ilkin vəziyyət bərpa olunmalı, iddiaçının mülkiyyət hüququna aparılmış tikililərlə edilmiş müdaxilə həmin tikililərin cavabdehin öz hesabına sökülməsi yolu ilə aradan qaldırılmalıdır. Həmçinin torpaq sahəsinin üzərində tikili aparılmasına mülkiyyətçinin razılıq verməsi faktı müəyyən edilməmişdir. Cavabdeh tikili aparılarkən iddiaçıların etiraz etmədiyini bildirsə də, sözügedən hal sübut olunmamışdır. Bununla belə cavabdehin hesabına sökülməsi tələb olunan torpaq sahələri arasında inşa edilmiş hasar divarın cavabdeh tərəfindən inşa olunmadığı müəyyən olunduğundan mübahisəlli hasarın cavabdeh tərəfindən sökülməsindən söhbət gedə bilməz. Beləliklə işin yuxarıda şərh olunan hallarını ümumiləşdirərək məhkəmə yuxarıda qeyd olunan (bax bənd 9) nəticəyə gəlmişdir.
III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
11. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və tələbin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə ilə nəinki həqiqətin müəyyən edilməsi təmin edilməmiş, əksinə həqiqətin ört-basdır edilməsi üçün bütün imkanlardan istifadə edilmişdir. Məhkəmədə verdikləri vəsatət hakim tərəfindən qəbul edilsə də, müzakirə edilməmiş və vəsatət haqqında hakimin nə qərar qəbul etməsi açıqlanmamışdır. Digər tərəfdən məhkəməyə verdikləri etiraz hakim tərəfindən qəbul edilsə də, qətnamədə bu etirazın dəlilləri demək olar ki, şərh edilməmişdir. Təkcə bu iki fakt hakimin cavabdehə münasibətdə qərəzli mövqeyini təsdiq edir. Qətnamənin əsaslandırıcı hissəsində qeyd edilir ki, “Hazırki vəziyyətdə cavabdeh mülkiyyət və digər əsaslara dayanan qanuni sahiblik hüququ olmadan, mənafe üstünlüyü müəyyən olunmadan özgəsinin mülkiyyətində olan torpaq sahəsində hasar çəkməklə iddiaçının mülkiyyət hüququna müdaxilə etmişdir. Belə ki, cavabdehin əşya və müqavilə hüququna söykənən qanuni sahibliyinin mövcudluğu müəyyən olunmamış, o hasarladığı torpaq sahəsinin mülkiyyətçisi olmamışdır”. Daha sonra qeyd edilir ki, “Bununla belə cavabdehin hesabına sökülməsi tələb olunan torpaq sahələri arasında inşa edilmiş hasar divarın cavabdeh tərəfindən inşa olunmadığı müəyyən olunduğundan həmin hissənin cavabdeh tərəfindən sökülməsindən söhbət gedə bilməz”. Göründüyü kimi 8-ci vərəqin 1-ci abzasda hasarın onun tərəfindən çəkilməsi birmənalı olaraq vurğulansa da, sonrakı 3-cü abzasda bu fakt məhkəmə tərəfindən inkar edilir. Qətnamənin əsaslandırıcı hissəsindəki “Cavabdeh tikili aparılarkən iddiaçıların etiraz etmədiyini bildirsə də, sözügedən hal sübut olunmamışdır” cümləsində məhkəmə yəqin ki, tikili yox, tikinti demək istəmişdir. Həmin halın sübutu isə iddiaçıların susması və tikintinin aparılmasına qarşı aidiyyəti orqanlara şikayət etməmələridir. Yenə də qətnamənin əsaslandırıcı hissəsində qeyd edilir ki, “... məhkəmə iclasında iddiaçı hasarın cavabdeh tərəfindən tikilməməsi faktını etiraf edərək “torpaq sahələri arasında hasarın 1999-cu ildə ora gəldikləri zaman artıq inşa edilmiş olduğunu” ... bildirmişdir. Bu isə o deməkdir ki, iddiaçılar hələ hazırda məskunlaşdıqları ünvana gəlməmişdən qabaq mübahisəli ərazi qonşularında olan şəxslərin etirazsız istifadəsində olmuşdur. Məhkəmə işin bu mühüm halına düzgün hüquqi qiymət verməmişdir. Yuxarıda şərh edilənlərlə birmənalı olaraq sübut olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bu tələbinə də əməl edilməmiş və buna görə də mübahisələndirilən qanunsuz, əsassız və qeyri-obyektiv məhkəmə aktı çıxarılmışdır. Hazırda ona məxsus yaşayış evini köməkçi tikililəri və 0,08 ha həyətyanı torpaq sahəsi ilə birlikdə mərhum anası X1 ## ###### 2005-ci il tarixdə X5 Babək rayon Notariat Kontorunun *Ə-*-** nömrəli alğı-satqı müqaviləsi əsasında satın almışdır. Köməkçi tikililər-1 yan damı, təndir; 2 hamam və 1 tövlədən ibarətdir. Həm yaşadıqları ev, həm də köməkçi tikililər alğı-satqı obyekti olmuş, onun tərəfindən həmin tikililər inşa edilməmiş və hasar da çəkilməmişdir. Bundan başqa 2008-ci ildən Babək rayonu Şıxmahmud kənd Bələdiyyəsi ilə (sədr-X2) 400 kv.m torpaq sahəsinə icarə müqaviləsi bağlamış və onlar icarəyə götürülən torpaq sahəsinə görə bu günə qədər həmin bələdiyyəyə hər il icarə haqqı ödəyirlər. Deməli, tərəfindən iddiaçılara məxsus torpaq sahəsini zəbt etməyi birmənalı şəkildə təkzib edilir. Buna görə də Şıxmahmud kənd Bələdiyyəsi ilə bağladığı mübahisəli torpaq sahəsinə dair “Torpaq icarəsi müqaviləsi” qanuni və əsaslıdır. Hesab edir ki, mübahisəli torpaq sahəsinin Qarayevlər ailəsinin mülkkiyyətinə verilməsinin həqiqət olmadığı Şıxmahmud kənd Bələdiyyəsinin onlarla bağladığı bu müqavilə ilə də təsdiq edir. Əks təqdirdə Şıxmahmud kənd Bələdiyyəsi 2008-ci il də daxil olmaqla 18 il ərzində həmin torpağa görə onlardan icarə haqqı almazdı. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin eksperti Həsən Babayevin ## ###### 2025-ci il tatixli, **** №-li rəyinin nəticə hissəsinə görə: “...cavabdeh qismində olan Cavabdeh hazırda istifadəsində olan və onun adına tərtib edilmiş 192 inventar nömrəli texniki pasportda qeyd olunmuş 450,46 kv.m “geri qaytarılması mümkün olmayan torpaq sahəsi” iddiaçı iddiaçı4 və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində yerləşir”. Ekspert daha sonra bu nəticəni təkzib edərək qeyd edir ki, “ Cavabdeh Cavabdeh istifadəsində olan və onun adına tərtib edilmiş *** saylı inventar nömrəli texniki pasportda “geri qaytarılması mümkün olmayan torpaq sahəsi”nin 450,45 kv.m.-lik hissəsinə dair koordinatlar və digər zəruri məlumatlar (ölçülər, uzunluq, en sahə və s.) göstərilmədiyindən, həmin sahənin iddiaçının adına rəsmiləşdirilmiş 2501 inventar nömrəli texniki pasportda qeyd olunmuş 2701,2 kv.m torpaq sahəsinin hansı hissəsində yerləşdiyini müəyyən etmək mümkün deyil”. Bir halda ki, mübahisəli torpaq sahəsinin yerini koordinatlarının olmaması səbəbindən müəyyən etmək mümkün deyilsə, onda həmin sahənin iddiaçılar iddiaçı4 və digərlərinin mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi barədə çıxarılan nəticə də absurddur. Bu da ekspertin tərtib etdiyi mübahisəli rəyin doğruluğuna əsaslı şübhə yaradır.
13. Sonda apellyator dəlillərini ümumiləşdirərək Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və tələbin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh Cavabdeh şikayətini müdafiə edərək, Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və tələbin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə da apellyasiya şikayətini müdafiə edərək, Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçı və iddiaçıların nümayəndəsi iddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçı iddiaçı1 vəkilnümayəndəsi Vəkil/Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikasının Konstitusiyası
20. 13-cü maddənin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. 29-cu maddənin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.
22. 60-cı maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
23. 71-ci maddənin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
24. 71-ci maddənin II hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
b) Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
26. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
27. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
28. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
32. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. c) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları
33. 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
34. 1.3. Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir.
35. 5.1-ci bəndinin müddəalarında göstərilmişdir ki, çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur.
36. 5.2-ci bəndinə əsasən ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır.
37. 5.2-ci bəndinə əsasən sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. d) Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
38. Maddə 43.
1. Yerquruluşu-torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.
2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.
3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: -torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi. e) “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu
39. Maddə 1. Yerquruluşu-torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir.
40. Maddə 4. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri aşağıdakı prinsiplərə əsaslanır:
41. dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin sənədləşdirilməsinin vahid sistem üzrə aparılmasının zəruriliyi.
42. Maddə 17. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: - torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması.
f) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
49. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
52. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
53. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. V. Apellyasiya baxışının hədləri
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
55. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
56. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
58. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi
59. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını, birinci instansiya məhkəməsinin gəldiyi nəticələri və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək hesab edir ki, Babək Rayon Məhkəməsinin qətnaməsi mübahisəli torpaq sahəsinə istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması və hasar divarının cavabdehin öz vəsaiti hesabına sökülməsi hissəsində qanuni və əsaslı olsa da, cavabdeh tərəfindən inşa edilmiş yardımçı tikililərin (sanitar qovşaq və toyuq hini) cavabdehin vəsaiti hesabına sökülməsi hissəsində düzgün nəticəyə gəlinməmişdir.
60. Belə ki, mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.
61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin belə tələbin təmin edilməsi üçün aşağıdakı şərtlərin eyni zamanda mövcud olması zəruridir: - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - cavabdeh əşya üzərində faktiki sahibliyə malik olmalıdır; - cavabdehin həmin əşya üzərində sahibliyi qanunsuz olmalıdır.
62. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd edir ki, iddiaçılar cavabdeh tərəfindən istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması, həmin torpaq sahəsinin 450 kv.m olan hissəsində cavabdeh Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikililərin və hasar-divarın cavabdehin öz vəsaiti hesabına məcburi qaydada sökülməsini istədiyi daşınmaz əmlakın mülkiyyətçisidir, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, iddiaçıların cavabdehə qarşı olan iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.
63. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
64. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır. Deməli, vindikasiya iddiası ilə mülkiyyətçinin üçlük (sərəncam, sahiblik, istifadə) səlahiyyətinin hamısı, başqa sözlə desək, onun əşya üzərində mülkiyyət hüququ bütovlükdə müdafiə olunur.
65. Iş materialları ilə müəyyən olunur ki, Babək rayonu Şıxmahmud kəndində yerləşən 0.2701 ha. torpaq sahəsi və həmin sahə üzərində yerləşən fərdi yaşayış evi dövlət reyestrindən verilmiş çıxarış əsasında iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 ümumi paylı mülkiyyətindədir. Həmçinin müəyyən olunur ki, cavabdeh Cavabdeh mülkiyyətində 762.9 m² torpaq sahəsi və həmin sahədə yerləşən yaşayış evi vardır. Cavabdehin adına tərtib olunmuş 192 inventar nömrəli texniki pasportda əlavə olaraq 450.46 m² torpaq sahəsi “ödənişdə qalan sahə” kimi göstərilmiş, lakin həmin sahəyə görə hər hansı ödəniş edilməmiş və həmin hissə cavabdehin adına dövlət qeydiyyatına alınmamışdır. Iş üzrə alınmış ekspert və mütəxəssis rəyləri, həmçinin yerində baxış nəticələri ilə həmin 450.46 m² torpaq sahəsinin iddiaçıların mülkiyyətində olan 0.2701 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən həmin hissədə sanitar qovşaq və toyuq hini (sim çəpərlə) inşa edilmişdir.
66. Tərəflər arasında əsas mübahisə cavabdehin istifadəsində olan və texniki pasportda “ödənişdə qalan sahə” kimi qeyd edilmiş 450.46 m² torpaq sahəsinin hüquqi mənsubiyyəti, cavabdehin həmin sahəyə qanuni hüququnun olub-olmaması, həmin hissədə aparılmış tikililərin qanuni sayılıb-sayılmaması, habelə iddiaçıların mülkiyyət hüquqlarına maneənin mövcud olub-olmaması ilə bağlıdır. Cavabdeh həmin hissənin uzun müddət istifadəsində olduğunu, hasarın əvvəldən mövcud olduğunu və iddia müddətinin keçdiyini bildirsə də, iddiaçılar həmin torpaq sahəsinin onların mülkiyyətində olduğunu və cavabdehin qanunsuz istifadə etdiyini göstərmişlər.
67. Kollegiya ilk olaraq qeyd edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş tələb üç hissədən ibarət olmuşdur: - Cavabdeh Cavabdeh tərəfindən iddiaçılara məxsus Babək rayonu Şıxmahmud kəndində yerləşən 0.2701 ha torpaq sahəsinin 450 m² hissəsinə istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması; - Həmin 450 m² torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin (sanitar qovşaq və toyuq hini) cavabdehin öz vəsaiti hesabına sökülməsi; - Mübahisəli torpaq sahəsində mövcud olan hasar-divarın cavabdehin vəsaiti hesabına sökülməsi.
68. Birinci instansiya məhkəməsi iddiaçıların cavabdeh tərəfindən onların mülkiyyətində olan 450 m² torpaq sahəsinə istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması barədə tələbini, habelə həmin hissədə cavabdeh tərəfindən inşa edilmiş sanitar qovşağın və toyuq hininin cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə tələbini əsaslı hesab edərək təmin etmiş, hasar-divarın cavabdehin hesabına sökülməsi barədə tələbi isə həmin hasarın cavabdeh tərəfindən inşa edilməməsi müəyyən olunduğundan əsassız sayaraq rədd etmişdir.
69. Bir daha vurğulanmalıdır ki, birinci instansiya məhkəməsi istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması hissəsində və mübahisəli torpaq sahəsində mövcud olan hasar-divarın cavabdehin vəsaiti hesabına sökülməsi hissəsində düzgün nəticəyə gəlmiş, həmin 450 m² torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin (sanitar qovşaq və toyuq hini) cavabdehin öz vəsaiti hesabına sökülməsi hissəsində isə düzgün nəticəyə gəlməmişdir.
70. Belə ki, dövlət reyestrindən verilmiş çıxarışlar, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr, həyətyanı sahələrin qaimələri, ekspert və mütəxəssis rəyləri, həmçinin yerində baxış materialları ilə mübahisəli 450.46 m² torpaq sahəsinin iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi təsdiq edilir. Cavabdeh isə həmin torpaq sahəsinə münasibətdə hər hansı mülkiyyət, istifadə və ya digər əşya hüququnun mövcudluğunu təsdiq edən hüquqmüəyyənedici sənəd təqdim etməmişdir.
71. Iş materiallarından görünür ki, cavabdehin mülkiyyət hüququ yalnız 762.9 m² torpaq sahəsinə şamil edilmişdir. Texniki pasportda “ödənişdə qalan sahə” kimi qeyd olunan hissə isə hüquq yaradan sənəd deyil və həmin sahənin cavabdehin mülkiyyətinə keçməsini təsdiq etmir. Əksinə, cavabdeh tərəfin öz izahatlarından da müəyyən olunur ki, həmin hissəyə görə hər hansı ödəniş edilməmiş və gələcəkdə ödəniş edilməklə əldə edilə biləcəyi bildirilmişdir. Lakin bu illər ərzində müvafiq dövlət qurumuna müraciət edərək həmi torpaq sahəsini adına sənədləşdirmək istəsə də, bundan imtina olunmuşdur.
72. Kollegiya onu da qeyd edir ki, mülki iş kollegiyanın icraatına daxil olduqdan sonra Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu məktubu göndərilmiş, məktubda baxılan mülki işin hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” ilə müəyyən olunmuş qaydalara uyğun mübahisəli torpaq sahəsinin elektron kadastr məlumatları əsasında sistemə ərazi vahidləri üzrə layihələr əsasında dürüstləşdirilmiş məlumatların daxil edilib-edilməməsi və Dövlət reyestrində mövcud olan hazırkı hüquqi vəziyyət barədə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına məlumat verilməsi xahiş olunmuşdur.
73. Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə təqdim etdiyi rəsmi cavabdan məlum olmuşdur ki, Babək rayon Şıxmahmud kəndində 762,9 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 98,02 m2 olan fərdi yaşayış evi JN-***A-A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında ##.##.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyata alınmışdır. Həmin şəhadətnaməyə əsasən Banı Qasımovanın mülkiyyətində olan torpaq sahəsi 762,9 m2 olmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Babək rayonu, Şıxmahmud kəndində həyətyanı torpaq sahələrinin sərhədlərinin yenidən dəqiqləşdirilməsi məqsədilə planalma işləri həyata keçirilən zaman JN- 570A-A kadastr nömrəli torpaq sahəsi faktiki istifadə vəziyyətinə əsasən 1213,36 m2 olaraq uçota alınmışdır. Cavabdeh ##.##.2023-cü il tarixdə Naxçıvan şəhər * saylı notariat ofisində qeydiyyata alınan *V-* saylı vərəsəlik şəhadətnaməsi əsasında əldə etdiyi 762,9 m2 torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ##.##.2023-cü il tarixli müraciətinə əsasən istifadəsində olan 1213,36 m2 torpaq sahəsinin hüquqi sənədlərdə göstərilən 762,9 m2 hissəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun adına qeydiyyata alınmışdır. JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən iddiaçı4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2701,2 m2 torpaq sahəsinin 450,46 m2 hissəsi Cavabdeh istifadəsində olduğundan onun adına tərtib edilmiş 192 inventar nömrəli “Daşınmaz əmlakın texniki pasportu”nda hüquqi torpaq sahəsindən artıq torpaq sahəsi (ödənişdə qalan torpaq sahəsi) kimi göstərilmişdir. Cavabdeh adına tərtib edilmiş 192 inventar nömrəli “Daşınmaz əmlakın texniki pasportu”nda ödənişdə qalan torpaq sahəsi kimi göstərilmiş və onun istifadəsində uçota alınan mübahisə predmeti olan 450,46 m2 torpaq sahəsi JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən iddiaçı4 və ailə üzvlərinin mülkiyyətinə verildiyindən daşınmaz əmlakın dövlət reyestrində iddiaçı4 və ailə üzvlərinin adına qeydiyyata alınmışdır.
74. Birinci instansiya məhkəməsi yekun qərarında hesab etmişdir ki, cavabdeh başqasının mülkiyyətində olan torpaq sahəsində sanitar qovşaq və toyuq hini inşa etməklə iddiaçıların mülkiyyət hüquqlarına müdaxilə etmişdir. Mülkiyyətçinin razılığı olmadan aparılmış həmin tikililər qanunsuz tikili hesab olunmalı və cavabdehin vəsaiti hesabına sökülməlidir.
75. Bu hissə ilə bağlı birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqa şəxs tərəfindən tikili inşa edildikdə, mülkiyyətçi öz mülkiyyət hüququnun müdafiəsi qaydasında həmin tikilinin sökülməsini, torpaq sahəsinin boşaldılmasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, belə tələblərə baxılarkən yalnız mülkiyyətçinin hüquqları deyil, tikilini inşa etmiş şəxsin qanunla qorunan əmlak mənafeləri, onun davranışının vicdanlı və ya vicdansız xarakter daşıyıb-daşımaması, eləcə də tərəflər arasında formalaşmış faktiki münasibətlər və uzun müddət ərzində yaranmış hüquqi vəziyyət də nəzərə alınmalıdır.
76. Iş materiallarından görünür ki, cavabdeh mübahisəli torpaq sahəsinə bitişik daşınmaz əmlakı qanuni əsaslarla əldə etmiş, həmin əmlak üzrə tərtib olunmuş 192 inventar nömrəli texniki pasportda 450,46 kv.m torpaq sahəsi “ödənişdə qalan sahə” kimi göstərilmişdir. Həm birinci instansiya məhkəməsində, həm də məhkəmə iclaslarında verilmiş izahatlarla müəyyən olunmuşdur ki, cavabdeh və onun hüquq sələfi həmin hissədən uzun müddət faktiki istifadə etmiş, sanitar qovşaq və toyuq hini də bu istifadə dövründə (tərəflərin izahatına görə 2017-ci ildə) inşa edilmişdir.
77. Iş üzrə dindirilmiş mütəxəssisin izahatından da görünür ki, dövlət reyestrində və texniki sənədlərdə mövcud olan uyğunsuzluq texniki xarakterli yanlışlıq nəticəsində yaranmış, cavabdeh isə əldə etdiyi sənədlərə və mövcud faktiki vəziyyətə əsaslanaraq həmin torpaq sahəsindən istifadə etmişdir. Eyni zamanda iş materialları ilə cavabdehin tikililəri inşa edərkən həmin torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olduğunu bildiyi və ya bilməli olduğu, habelə iddiaçıların tikinti aparıldığı zaman buna dərhal və qəti etiraz etdiyi sübuta yetirilməmişdir.
78. Əksinə, müəyyən olunur ki, mübahisəli vəziyyət uzun illər ərzində mövcud olmuş, iddiaçılar isə yalnız sonradan dövlət qeydiyyatı sənədlərinə əsaslanaraq həmin hissəyə dair hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmişlər. Belə şəraitdə cavabdehin mövcud hüquqi və faktiki vəziyyətə etimad edərək istifadə etdiyi torpaq sahəsində yardımçı tikililər inşa etməsi onun vicdansız sahib hesab olunmasına əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçinin hüquqlarının müdafiəsi ilə yanaşı, uzun müddət ərzində mövcud olmuş hüquqi və faktiki vəziyyətə etimad göstərərək tikili inşa etmiş şəxsin əmlak mənafeləri arasında da ədalətli tarazlıq təmin edilməlidir. Mülkiyyət hüququnun müdafiəsinə dair normalar tətbiq edilərkən, həmin normalar hüquqdan suiistifadəyə
79. və ya digər şəxsin hesabına əsassız varlanmaya səbəb olacaq şəkildə şərh edilə bilməz.
80. Hazırkı işdə iddiaçılar mübahisəli torpaq sahəsinin onlara qaytarılmasını və həmin sahədən istifadəyə yaradılmış maneənin aradan qaldırılmasını tələb etməkdə haqlı olsalar da, cavabdehin uzun müddət ərzində istifadə etdiyi və öz vəsaiti hesabına inşa etdiyi yardımçı tikililərin onun öz vəsaiti hesabına sökülməsi tələbinin təmin olunması mübahisənin konkret halları baxımından mütənasib müdaxilə hesab edilə bilməz.
81. Kollegiya nəzərə alır ki, cavabdehin həmin tikililəri inşa etməsi dövlət orqanlarının rəsmiləşdirdiyi sənədlərdə mövcud olan qeyri-müəyyənlik və faktiki istifadənin uzun müddət davam etməsi şəraitində baş vermişdir. Bu səbəbdən onun davranışını açıq-aşkar qanunsuz və ya qəsdən özgə torpaq sahəsini zəbt etməyə yönəlmiş hərəkət kimi qiymətləndirmək mümkün deyildir.
82. Belə ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə və ya mövcud tikili söküldükdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini, torpaq sahəsinin geri qaytarılmasını və mövcud tikilinin sökülməsi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları qanunla tanınır.
83. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsinin tutulub zəbt olunması, inşaat aparılması və ya tikilinin sökülməsi mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır.
84. Lakin sözügedən işdə, yuxarıda da qeyd olunduğu kimi müəyyən olunur ki, mübahisəli vəziyyət uzun illər ərzində mövcud olmuş, iddiaçılar isə yalnız sonradan dövlət qeydiyyatı sənədlərinə əsaslanaraq həmin hissəyə dair hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmişlər. Belə şəraitdə cavabdehin mövcud hüquqi və faktiki vəziyyətə etimad edərək istifadə etdiyi torpaq sahəsində yardımçı tikililər inşa etməsi onun vicdansız sahib hesab olunmasına əsas vermir.
85. Belə olan halda mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, müvafiq rəftar və şəraitə güvənərək tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də gözardı edilməməlidir. Çünki, sözügedən tikilinin sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, tikili sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
86. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur.
87. O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahibin daşınmaz əşyaya etdiyi yaxşılaşdırmaların əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəsinə malik olduğu mülki hüquq ədəbiyyatında da qəbul edilir.
88. Beləliklə, göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır.
89. Məhkəmə kollegiyasə vurğulayır ki, şəxsin əvvəl yaranmış qanuna uyğun şəraitə etimad etməklə tikili inşa etdiyi halda onun çəkdiyi xərc nəzərə alınmadan, iddiaçının yalnız özünün mülkiyyət hüququna istinadən üzərində cavabdehin tikililəri öz hesabına sökməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir.
90. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
91. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir.
92. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
93. Elmi ədəbiyyatda “əsassız tikinti” adlandırılan belə vəziyyətlər üç qrupda təsnif edilir: 1)şəxsin özünə məxsus material ilə başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparması; 2)şəxsin başqasına məxsus material ilə öz mülkiyyətində olan torpaq sahəsində inşaat aparması; 3)şəxsin başqasına məxsus material ilə başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparması.
94. Əsassız tikintini çıxıntılı binadan və özbaşına tikilidən fərqləndirmək lazımdır. Belə ki, çıxıntılı binada torpaq mülkiyyətçisinin öz ərazisində inşa etdiyi binanın və ya qurğunun bir hissəsi qonşunun torpaq sahəsinə keçir. Bu halda tikili eyni anda iki qonşu sahə üzərində yerləşir, başqa əraziyə keçmiş çıxıntı tərkib hissəsi olduğu bina ilə qırılmaz fiziki bağlantıda olur. Əsassız tikintidə isə binanın tamamı qonşunun və ya başqa şəxsin ərazisində inşa edilir. Əsassız tikinti isə torpaq sahəsinin mülkiyyətçisi ilə inşaatı öz hesabına aparmış şəxs arasında yaranan mülki hüquq münasibətləri ilə bağlıdır.
95. Hazırkı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından belə görünür ki, cavabdeh özünə məxsus material ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşaat aparmışdır. Bu hal bir şəxsin özünə məxsus materiallarla başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparması vəziyyətinə uyğun gəlir.
96. Mülki Məcəllənin 172.3-cü maddəsində qeyd olunmuşdur ki, “Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir”
97. Göründüyü kimi, bu normada qonşu torpaq sahəsinin sərhədlərinin qərəzsiz şəkildə pozulması ilə tikinti aparıldıqda buna dərhal etiraz etməyən torpaq mülkiyyətçinin həmin pozuntuya dözmək, pozuntuya yol vermiş mülkiyyətçinin isə müvafiq pul kompensasiyası ödəmək öhdəlikləri nəzərdə tutulmuşdur.
98. Normanın zidd mənasından isə aydın olur ki, inşaat zamanı qonşu sahənin sərhədləri qərəzli şəkildə pozularsa (yəni tikinti aparan şəxs sərhəddi pozduğunu bilirsə və ya bilməlidirsə), yaxud müdaxiləyə məruz qalmış torpaq mülkiyyətçisi pozuntuya dərhal etiraz edərsə, tikilinin sökülməsini, hətta sözügedən pozuntu delikt təşkil etdiyi üçün zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
99. Bu qayda binanın və ya qurğunun tamamının qonşu mülkiyyətçinin torpaq sahəsində inşa edildiyi hallara aid olduğu kimi, qonşu olmayan başqa bir şəxsin torpaq sahəsində qərəzsiz şəkildə (o cümlədən, torpaq mülkiyyətçisinin şifahi razılığı ilə) öz vəsaiti hesabına aparılmış inşaata da aid edilə bilər.
100. Məhkəmə təcrübəsində özünün torpaq sahəsində başqasının tikinti aparmasına razılıq vermiş, bununla da həmin şəxsin tikintiyə münasibətdə vicdanlı sayılmasına öz davranışı ilə səbəb olmuş mülkiyyətçinin sonradan əvvəlki rəftarına zidd şəkildə, müvafiq kompensasiya vermədən həmin tikilinin sökülməsi barədə tələbləri əsassız sayılır. Belə yanaşma, hüquqdan sui-istifadə qadağasına uyğun olduğu kimi (MM, m. 560.1- 560.2, 560.3.4), tikili sökülmədən torpağın tərkib hissəsi kimi qaldıqda isə torpaq mülkiyyətçisinin tikili hesabına əsassız varlanmasının da qarşısını alır.
101. Bu halda torpaq sahəsinin mülkiyyətçisinin ödədiyi kompensasiya müqabilində inşaat aparmış şəxsin tikili üzərindəki hüququ aradan qalxır, torpaqla möhkəm bağlı olan həmin tikili bir iqtisadi dəyər olaraq əvəzini ödəmiş mülkiyyətçiyə qalır.
102. Bununla yanaşı, əksinə bir vəziyyətin meydana çıxması da istisna edilmir. Yəni, göstərilən şərtlər daxilində başqasının ərazisində vicdanlı şəkildə tikili inşa edildikdə və torpaq mülkiyyətçisi də buna dözməyə məcbur olduqda, inşaat aparmış şəxsə həmin torpaq sahəsi üzərində hüququn verilməsi, əvəzində isə ərazinin mülkiyyətçisinə kompensasiya ödənilməsini tərəflərdən birinin tələb etməsi də mümkündür.
103. Apellyasiya şikayətinin dəlillərinə gəlincə birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində 8-ci vərəqəsinin 1-ci abzasında qeyd olunmuş “cavabdehin hasarladığı torpaq sahəsi” ifadəsi məhkəmənin ümumi məntiqi və qətnamənin digər hissələri ilə birlikdə qiymətləndirildikdə texniki ifadə səhvi kimi qəbul edilməlidir. Həmin hissədə məhkəmə cavabdehin özgəsinin mülkiyyətində olan torpaq sahəsinə hüquqi əsas olmadan faktiki sahiblik etməsini və həmin sahədən istifadəsini nəzərdə tutmuşdur.
104. Qətnamənin davamında isə məhkəmə ayrıca olaraq hasar-divarın kim tərəfindən inşa edilməsini araşdırmış və iş materialları, tərəflərin izahatları, o cümlədən iddiaçıların öz etirafları ilə hasarın cavabdeh tərəfindən tikilmədiyini müəyyən etmişdir. Məhz buna görə də məhkəmə hasar-divarın cavabdehin vəsaiti hesabına sökülməsi hissəsində tələbi təmin etməmişdir. Beləliklə, məhkəmənin nəticələri arasında ziddiyyət mövcud deyil. Məhkəmə bir tərəfdən cavabdehin özgə torpaq sahəsindən hüquqsuz istifadə etməsini müəyyən etmiş, digər tərəfdən isə hasarın onun tərəfindən inşa olunmamasını nəzərə alaraq həmin hissədə iddianı rədd etmişdir.
105. Bundan əlavə, cavabdehin vəsatətlərinin və etirazlarının nəzərə alınmaması barədə dəlillər də iş materialları ilə təsdiq olunmur. Belə ki, cavabdehin birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi ilə bağlı vəsatət vermişdir. Lakin, hazırkı mübahisə iddiaçıların mülkiyyət hüququnun müdafiəsi, onların torpaq sahəsindən istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması ilə bağlıdır. Mülkiyyət hüququnun müdafiəsinə dair neqator xarakterli tələblər hüquq pozuntusu davam edən müddətdə irəli sürülə bilər və bu cür tələblərə iddia müddəti tətbiq edilmir.
106. Şikayətdə qeyd olunan “...məhkəmə iclasında iddiaçı hasarın cavabdeh tərəfindən tikilməməsi faktını etiraf edərək “torpaq sahələri arasında hasarın 1999-cu ildə ora gəldikləri zaman artıq inşa edilmiş olduğunu”...bildirdiyini, iddiaçıların hələ hazırda məskunlaşdıqları ünvana gəlməmişdən qabaq mübahisəli ərazi qonşularında olan şəxslərin etirazsız istifadəsində olduğuna, məhkəmənin işin bu mühüm halına düzgün hüquqi qiymət vermədiyinə” dair göstərdiyi dəlilə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, torpaq sahələri arasındakı hasarın iddiaçıların həmin ünvana köçməsindən əvvəl mövcud olması yalnız hasarın əvvəlcədən inşa edildiyini təsdiq edir, lakin bu hal özlüyündə cavabdehin və ya onun hüquq sələflərinin mübahisəli 450.46 m² torpaq sahəsinə münasibətdə hər hansı mülkiyyət və ya istifadə hüququnun yaranmasına əsas vermir.
107. Birinci instansiya məhkəməsi haqlı olaraq mübahisənin həllində tərəflərin faktiki istifadəsini deyil, hüquqmüəyyənedici sənədləri əsas götürmüşdür. Iş üzrə təqdim olunmuş dövlət reyestrindən çıxarışlar, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr, həyətyanı sahələrin plan-ölçüləri və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, mübahisəli 450.46 m² torpaq sahəsi iddiaçıların mülkiyyətində olan 0.2701 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Cavabdeh tərəf isə həmin hissəyə dair hər hansı hüquq yaradan sənəd təqdim edə bilmir.
108. Qanunvericiliyin tələbinə görə daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatı ilə yaranır və həmin hüquqlar yalnız qanunda nəzərdə tutulmuş əsaslarla əldə edilə bilər. Bu baxımdan torpaq sahəsindən uzun müddət faktiki istifadə edilməsi və ya əvvəlcədən hasarlanmış vəziyyətdə olması həmin torpaq sahəsinə mülkiyyət hüququ yaratmır.
109. Həmçinin cavabdehin Şıxmahmud kənd Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsi də mübahisəli torpaq sahəsinə hüquq yaradan əsas kimi qiymətləndirilə bilməz. Belə ki, iş üzrə müəyyən edilmişdir ki, mübahisəli 450.46 m² torpaq sahəsi dövlət reyestrində iddiaçıların mülkiyyətində olan 0.2701 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Qanunvericiliyin tələbinə görə xüsusi mülkiyyətdə olan torpaq sahəsi bələdiyyə tərəfindən üçüncü şəxslərə icarəyə verilə bilməz. Bu baxımdan bələdiyyə ilə bağlanmış müqavilənin mövcudluğu özlüyündə həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını və ya cavabdehin həmin sahəyə qanuni hüququnun yaranmasını təsdiq etmir. Həmçinin vurğulanmalıdır ki, cavabdeh həmin mübahisəli sahəyə dair 2008-ci ildən icarə müqaviləsi bağlanıldığını bildirsə də, birinci instansiya məhkəməsinə yalnız 11 aylıq icarə müqaviləsinin bağlanmasını təsdiq edən sənəd təqdim etmişdir. Halbuki bir daha qeyd olunmalıdır ki, xüsusi mülkiyyətdə olan torpaq sahəsi bələdiyyə tərəfindən üçüncü şəxslərə icarəyə verilə bilməz.
110. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması və mübahisəli torpaq sahəsində mövcud olan hasar-divarın cavabdehin vəsaiti hesabına sökülməsi hissəsində düzgün nəticəyə gəlmiş, 450 m² torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin (sanitar qovşaq və toyuq hini) cavabdehin öz vəsaiti hesabına sökülməsi hissəsində isə düzgün nəticəyə gəlməmişdir.
111. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı iddiaçı4 və digərlərinin cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması, qanunsuz tikililərin və hasar divarın sökülməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməməli, Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən- qanunsuz tikililərin (sanitar qovşaq və toyuq hini) cavabdehin öz vəsaiti hesabına sökülməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
112. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
113. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən-qanunsuz tikililərin (sanitar qovşaq və toyuq hini) cavabdehin öz vəsaiti hesabına sökülməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd olunsun. Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.