Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-91/2026 08.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı hasarın sökülməsi, torpaq sahəsindən çıxarılma və sahənin təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar söz: hasarın sökülməsi, torpaq sahəsindən çıxarılma və sahənin təhvil verilməsi tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı hasarın sökülməsi, torpaq sahəsindən çıxarılma və sahənin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları
1. Iş materiallarında olan ## #### 2008-ci il tarixli, ************ reyestr nömrəli, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Naxçıvan şəhəri, Xətai məhəlləsi 1/30A ünvanında yerləşən 300.00 kv.m torpaq sahəsi fərdi ev tikintisi məqsədilə X3 adına qeydiyyata alınmışdır.
2. Iş materiallarında olan ## ###### 2015-ci il tarixli Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Naxçıvan şəhəri, Xətai məhəlləsi, 1/30A ünvanında yerləşən, 0.03 ha torpaq sahəsi ##.##.2015-ci il tarixdə, 1215010587 qeydiyyat nömrəsi ilə, daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının **** nömrəli vərəqində, xüsusi mülkiyyət hüququ əsasında tam payla X3 adına qeydiyyata alınmışdır.
3. Iş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin hüquqların Dövlət qeydiyyatı haqqında ## ##### 2019-cu il tarixli çıxarışına əsasən, Naxçıvan şəhəri, Xətai məhəlləsi, 1/30A ünvanında yerləşən, 0.0313 ha. torpaq sahəsi ##.##.2019-cu il tarixdə, 104013010407 qeydiyyat nömrəsi ilə, daşınmaz əmlakın dövlət reyestrində **/** nömrəli reyestr kitabının **** nömrəli vərəqində, xüsusi mülkiyyət hüququ əsasında tam payla İddiaçı adına qeydiyyata alınmışdır.
4. Iş materiallarında olan ## #### 2016-cı il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən, X4 şəhəri, Xətai məhəlləsi, döngə 1, ev 30C-də 0.0221 ha. torpaq sahəsində yerləşən (ümumi sahəsi 97.01 kv.m, yaşayış sahəsi 39.63 kv.m, yardımçı sahəsi 57.38 kv.m olan 3 otaqlı) fərdi yaşayış evini tam mülkiyyət üzrə Əliyev Bəxtiyar Müseyib oğluna alğı-satqı və ipoteka müqaviləsi əsasında satmışdır.
5. Iş materiallarında olan ## ###### 2024-cü il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin İddiaçı vəkili Vəfadar Fətullayevə ünvanlanladığı **/F-** nömrəli məktuba əsasən, İddiaçı torpaq sahəsinin 313.0 m2 olduğu qeyd olunmuş, lakin torpağa hasar çəkilən zaman sərhəd döngə nöqtələrində qismən dəyişiklik edilmiş, nəticədə torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında 3.58 kv.m fərq yaranmışdır.
6. Iş materiallarında olan Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı ünvanlanladığı ## #### 2025-ci il tarixli məktubuna əsasən, X5 məxsus torpaq sahəsinin 12.65 m2 hissəsi Səriyyə Fərzəliyevanın, Səriyəyə Fərzəliyevaya məxsus həyətyanı torpaq sahəsinin isə 14.09 m2 hissəsi Cavabdeh həyətyani torpaq sahəsinin texniki sənədlərində göstərilən sərhədləri daxilində yerləşir.
7. Iş materiallarında olan Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” X6 mütəxəssis rəyində göstərilmişdir ki: - Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 1, ev 30 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrində 104013010407 reyestr nömrəsi ilə X10 adına qeydiyyata alınmış torpaq sahəsinin sərhəd ölçüləri həmin çıxarışa əlavə edilmiş "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən ölçülərlə uyğunsuzluq təşkil edir. Mövcud olan uyğunsuzluq X10 həyətyanı torpaq sahəsinin cənub istiqamətində X5 həyətyanı torpaq sahəsinin 12,65 m² hissəsi X10 torpaq sahəsində, X10 14,09 m² hissəsi isə şimal istiqamətində Cavabdeh həyətyanı torpaq sahəsindədir. - ünvan 3 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrində 104013011249- 10301 reyestr nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmış torpaq sahəsinin sərhəd ölçüləri həmin çıxarışa əlavə edilmiş "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən ölçülərlə uyğunsuzluq təşkil edir. Mövcud olan uyğunsuzluq Cavabdeh həyətyanı torpaq sahəsinin cənub istiqamətində X10 həyətyanı torpaq sahəsinin sərhəd sahəsindədir. - X10 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh oğlunun mülkiyyətinə verilmiş torpaq sahəsi üst-üstə düşmür. - X10 mülkiyyətində olan torpaq sahəsinin 14,09 m² hissəsi Əliyev Bəxtiyar Müseyib oğlunun istifadəsindədir. II. Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 1, **A saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən inşa olunmuş daş hasarın onun hesabına sökülməsi və onun hesabına ərazinin tikinti materiallarından təmizlənməsi, zəbt olunmuş 14.09 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin 14.09 kv.m torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 1, **A saylı fərdi yaşayış evi və yerləşdiyi 0.0313 kv.m ölçüdə torpaq sahəsi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin torpaq sahəsini ##.##.2019-cu ildə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında əldə etmişdir. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin arxasında saxladığı mülkiyyətində olan torpaq sahəsini qonşu olan Cavabdeh 2016-cı ildən bəri hasara alaraq zəbt etmişdir. Dəfələrlə torpaq sahəsinin özünə qaytarmasını tələb etməsinə baxmayaraq heç bir əhəmiyyət verməmiş, əksinə torpaq sahəsini hasara alıb 21 sm ara məsafəsi qoyaraq mətbəx pəncərəsinin qarşısını dəmir zeştlə qapamışdır. Torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilməsindən ötrü Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə dəfələrlə müraciət etmişdir. Xidmət bununla bağlı bir sıra tədbirlər həyata keçirmişdir. Axırıncı dəfə ölçü dəqiqləşdirməsi aparılarkən evinin arxa üst hissəsindən eni 1.43 m, aşağı tərəfdən isə eni 0.16 sm torpağının zəbt olunması müəyyənləşdirilmiş və gələn əməkdaşlar tərəfindən işarələr qoyulmuşdur. Həyətyanı torpaq sahəsinin ölçülüb dəqiqləşdirilməsi ilə bağlı Naxçıvan MR Iqtisadiyyat Nazirliyinə də yazılı müraciətləri olmuşdur. ## ###### 2025-ci ildə etdiyi sorğuya Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən ## #### 2025-ci tarixli **/*-F-**/*-*/**** nömrəli məktubu ilə cavab verilmişdir. Məktuba əlavə olunmuş torpaq sahəsinin planında göstərilmişdir ki, mülkiyyətində olan və Cavabdeh istifadə etdiyi torpaq sahəsi 14.09 kv.m təşkil edir. ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilməsindən və özünə qaytarılmasından ötrü Naxçıvan MR Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Inzibati Məhkəmədə işə baxış prosesində Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular göndərilmiş, baxış zamanı Xidmətin mütəxəssislərinin iştirakı təmin edilmiş və dinlənilmişdir. ## ###### 2025-ci ildə məhkəmə Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən ünvanına daxil olmuş ## #### 2025-ci tarixli məktubu və Xətai məhəlləsi döngə 1 ünvanda yerləşən torpaq sahəsinin planını əsas götürərək Xidmətin tabeliyində "xxxx" publik hüquqi şəxsinə qarşı yaşadığı ünvandakı 0.0313 kv.m torpaq sahəsində dəqiq ölçünün aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi yazdığı ərizə əsasında iddia geri götürülmüş hesab edilmiş və bu əsasa görə icraata xitam verilmişdir. Yenidən Cavabdeh iddiaçının mülkiyyətində olan, lakin hasara alıb öz mülkiyyətinə qataraq istifadə etdiyi 14.09 kv.m torpaq sahəsinin alınaraq sahibliyinə qaytarılması, həmçinin texniki və hüquqi sənədin iddiaçının adına işlənməsinə köməklik göstərməsi üçün Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən qərardadla iddiası mümkün sayılmamış və iddia ərizəsi ilə aidiyyətı ümumi məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etməklə mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququnu gerçəkləşdirməyinə maneə yaratmışdır. Indiki halda hüquqları əhəmiyyətli dərəcədə cavabdeh tərəfindən tapdalanır. Qanunla ona məxsus olan həyətyanı sahə başqası tərəfindən zəbt edilmiş, orada hasar inşa edilmişdir.
10. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (sədrlik edən Asaln Haydarov) iddianın təmin edilməməsi, iddiaçıya məhrum qaldığı torpaq sahəsinə münasibətdə kompensasiya ödənilməsi barədə iddia qaldırmaq hüququnun olduğu izah edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin hallarından və mütəxəssis rəyindən görünür ki, X10 mülkiyyətində olan torpaq sahəsinin 14,09 m² hissəsi Əliyev Bəxtiyar Müseyib oğlunun istifadəsindədir. Məhkəmə qeyd etmişdir ki, təcrübədə bir şəxsin mülkiyyətində olan torpaq sahəsində başqasının tikili inşa etməsi kimi vəziyyətlərə rast gəlinir. Belə vəziyyət müxtəlif səbəblərdən irəli gələ bilər: torpaq sahələrinin dövlət reyestrində qeydə alınmış sərhədləri ilə yerində istifadə olunan sərhədlərin üst-üstə düşməməsi (sürüşmələr olması) və ya reyestr məmurunun döngə nöqtələrini yerində səhv nişanlayıb yanlış sahəni mülkiyyətçiyə göstərməsi ilə əlaqədar sərhədin bilmədən pozularaq binanın tamamının və ya bir hissəsinin qonşunun sahəsində inşa edilməsi; alıcının torpaq sahəsinin qeyri-notarial alğı satqısına güvənərək ərazidə tikinti aparması, yaxud mülkiyyətçinin verdiyi razılıq əsasında başqa şəxsin torpaq sahəsində öz hesabına bina tikməsi və s. Bu kateqoriyadan olan işlərdən görünür ki, tikilinin (və ya onun bir hissəsinin) üzərində inşa edildiyi torpaq sahəsinin mülkiyyətçiləri sonradan həmin tikilinin sökülməsi və ərazinin boşaldılaraq təhvil verilməsi və ya hazırkı işdə olduğu kimi torpaq sahəsinin kompensasiyasının ödənilməsi haqqında iddialar qaldırırlar. Belə iddiaların qanuni və ədalətli həlli üçün torpaq mülkiyyətçisi ilə inşaat aparmış şəxs arasındakı hüquq münasibətlərinin mahiyyətini, onların qarşılıqlı öhdəliklərini, eləcə də mübahisə obyekti olan tikili və torpaq sahəsinin hüquqi vəziyyətini düzgün şəkildə müəyyənləşdirmək zərurəti meydana çıxır. Məhkəmə qeyd etmişdir ki, işin araşdırılan hallarından görünür ki, həmin ərazidə torpaqlar dövlət qeydiyyatına alınarkən reysestrdə uyğunsuzluqlar mövcud olmuşdur. Belə ki, iddiaçı ilə qonşuluqda olan X5 həyətyanı torpaq sahəsinin 12,65 m² hissəsi hazırki iddiaçının torpaq hissəsində qalmış, hazırki cavabdeh isə iddiaçının torpaq sahəsinin 14,09 m² hissəsini istifadə edir. Həmçinin, işin araşdırılan hallarından o da müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən həmin ərazidə tikinti işləri aparılmamış, cavabdeh qeyd edilən torpaq sahəsini mövcud vəziyyətdə ipoteka müqaviləsi əsasında əldə etmişdir. Iddiaçıya isə həmin torpaq sahəsi anası X3 tərəfindən bağışlanılmışdır. Iddiaçı iddia ərizəsində torpaq sahəsinin Cavabdeh 2016-cı ildən bəri hasara alaraq zəbt etdiyini, dəfələrlə torpaq sahəsinin özünə qaytarmasını tələb etməsinə baxmayaraq heç bir əhəmiyyət vemədiyini, əksinə torpaq sahəsini hasara alıb 21 sm ara məsafəsi qoyaraq mətbəx pəncərəsinin qarşısını dəmir zeştlə qapadığını bildirsə də, işin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı tələblər yalnız torpaq sahəsi onun mülkiyyətinə bağışlama əsasında keçdikdən 4-5 il sonra irəli sürülmüşdür. Belə ki, cavabdeh 2016-cı ildə torpaq sahəsini faktiki vəziyyətində hazır şəkildə əldə etmiş, əmlakı əldə edən zaman əmlakın o zamankı mülkiyyətçisi olan X3 tərəfindən də ona hər hansı iddia tələbi irləli sürülməmişdir. Göründüyü kimi, qeyd edilən torpaq sahəsində hasar tikilməsinə razılıq olmuş, cavabdehə məxsus torpaq sahəsinin əvvəlki mülkiyyətçisinə qarşı iddia qaldırılsa da, həmin iddianın sonradan davam etdirilməməsi bu razılığın olduğunu təsdiqləmişdir. Hazırki cavabdeh tərəfindən isə hər hansı torpaq sahəsinin sonradan zəbt edilərək hasar tikilməsi halı mövcud olmamışdır. Məhkəmə qeyd etmişdir ki, təcrübədə özünün torpaq sahəsində başqasının tikinti aparmasına razılıq vermiş, bununla da həmin şəxsin tikintiyə münasibətdə vicdanlı sayılmasına öz davranışı ilə səbəb olmuş mülkiyyətçinin sonradan əvvəlki rəftarına zidd şəkildə, müvafiq kompensasiya vermədən həmin tikilinin sökülməsi barədə tələbləri əsassız sayılır. Belə yanaşma, hüquqdan sui-istifadə qadağasına uyğun olduğu kimi (MM, m. 560.1- 560.2, 560.3.4), tikili sökülmədən torpağın tərkib hissəsi kimi qaldıqda isə torpaq mülkiyyətçisinin tikili hesabına əsassız varlanmasının da qarşısını alır. Bu halda torpaq sahəsinin mülkiyyətçisinin ödədiyi kompensasiya müqabilində inşaat aparmış şəxsin tikili üzərindəki hüququ aradan qalxır, torpaqla möhkəm bağlı olan həmin tikili bir iqtisadi dəyər olaraq əvəzini ödəmiş mülkiyyətçiyə qalır. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı iddiası təmin edilməməli, iddiaçıya məhrum qaldığı torpaq sahəsinə münasibətdə kompensasiya ödənilməsi barədə iddia qaldırmaq hüququnun olduğu izah edilməlidir.
III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
12. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nəzərə almaq lazımdır ki, mübahisəli torpaq sahəsi plan və ölçü ilə ölçüləri məlum olmaqla dövlət qeydiyyatından keçmişdir. Torpaq sahəsi üzərində olan hüquq qeydə alındığından kənar bir şəxsin özbaşına tikilidən irəli gələn əsassız hüququnun müdafiəsi üsulu kimi onun iradəsinin əksinə mülkiyyətinə qəsd etməsi və ziyan vurması qanuna ziddir. Bir halda ki, cavabdehin qanunsuz hərəkətləri onun mülkiyyət hüququnu əhəmiyyətli dərəcədə pozur və hesab edir ki, cavabdehin bu qanunsuz hərəkətlərinə son qoyulmalı, özbaşına inşa edilmiş hasar onun hesabına sökülməli və onun hesabına da ərazi boşaldılaraq təmizlənməlidir. Aparılan qanunsuz tikinti məhz hasarla bağlıdır və aparılan mərzləmə qonşu torpaq sahələrinin sərhədləri hüdudunda inşa edilməli, digər şəxslərin torpaq sahələrinə müdaxilə olmamalıdır. Birinci instansiya məhkəməsi qətnaməsində maddi hüquq normasının(normalarının) təfsirində yalnışlığa yol vermiş və yalnış tətbiq etmişdir. Məhkəmə hüquqdan sui-istifadənin mahiyyətini düzgün qiymətləndirmədən mübahisəyə tətbiq etmişdir. Belə ki, o, mülkiyyətində olan torpaq sahəsində digər bir şəxsə hasar çəkməsinə və ya tikiniti işi aparmasına razılıq və icazə şəklində hərəkət nümayiş etdirməmişdir. Belə bir şifahi və ya yazılı razılığı olmamışdır. Iş materialları ilə də müəyyən edilir ki, mübahisəli torpaq sahəsi onun qanuni xüsusi mülkiyyətindədir. Onun öz mülkiyyətində olan özbaşına tikintinin sökülməsini tələb etməyi nə zamandan hüquqdan sui-istifadə sayılır. O, şəxsin torpaq sahəsindən çıxarılmasını, tikinti ilə birgə ona təhvil verilməsini tələb etməmişdir ki, bu vəziyyətdə ona münasibətdə əsassız varlanma halı baş versin. O, aparılan tikinitinin sökülməsini və boş vəziyyətdə ona təhvil verilməsini tələb etmişdir. Bu halda isə hər hansı bir əsassız varlanma və ya hüquqdan suiistifadədən söhbət gedə bilməz. Digər tərəfdən mülkiyyətində olan torpaq sahəsində aparılan özbaşına tikintinin sökülməsini tələb etməyi ilə yanaşı tikinti aparan və ona sahiblik edən şəxsə kompensasiya ödəməyi qanunvercilikdə nəzərdə tutulmayıb. Qarşı tərəfin qarşılıqlı iddia və ya ayrıca iddia şəklində ona qarşı bu tip iddiasına məhkəmədə baxıla bilər ki, həmin iddianın da hazırkı işin halları baxımından heç bir perspektivi yoxdur. Hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində cavabdehin inşa etdiyi hasar sökülməli, ərazi onun hesabına yığışdırlaraq təmizlənməli və özü də torpaq sahəsindən çıxarılmalıdır. Çünki, onun torpaq sahəsi üzərində olan hüququ dövlət tərəfindən qeydə alınmış hüquqdur. Cavabdehin isə torpaq sahəsinə heç bir hüquqları yoxdur. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etməklə mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququnu gerçəkləşdirməyinə maneə yaratmışdır. Indiki halda hüquqları əhəmiyyətli dərəcədə cavabdeh tərəfindən tapdalanır.
14. Həmçinin onun mülkiyyətçi olaraq istər əvvəlki mülkiyyətçiyə, istərsə də indiki mülkiyyətçiyə torpaq sahəsində tikinti işlərinin aparılması, hasar çəkilməsi və s. kimi fəaliyyətinə razılığı olmamışdır. O, aparılan tikintinin onun mülkiyyətində olan torpaq sahəsində aparıldığından agah olduğu gündən tələblər irəli sürmüş, hərəkətlər nümayiş etdirmişdir. Dəfələrlə bununla bağlı cavabdehlə mübahisə yaranmış, dəfələrlə məhkəmələrə müraciətlər etmişdir. Onun qaldırdığım iddianın baxılmamış saxlanılması və ya geri götürülməsinin razılıq olması kimi başa düşülməsi çox məntiqsiz bir yanaşmadır. O, tələb və iradını formalaşdıra və müxtəlif səbəblərdən (iddianın düzgün formalaşdırılamaması, mübahisənin məhkəmədənkənar həll edilməsi, məhkəmə aidiyyatının düzgün seçilməməsi və s) onu geri götürə bilər. Bu o demək deyildir ki, o, qonşuya torpaq sahəsində aparılan tikinti işlərinə razılığını bildirmiş sayılır. Əksinə bununla artıq qonşuya qarşı irad və tələbinin olması öz təsdiqini tapır.
15. Apellyator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikasının Konstitusiyası
20. 13-cü maddənin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. 29-cu maddənin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.
22. 29-cu maddənin VI hissəsinə əssən sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
23. 60-cı maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati
24. qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
b) Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
26. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
27. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
28. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
32. 172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.
33. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. c) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları
34. 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
35. 1.3. Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir.
36. 5.1-ci bəndinin müddəalarında göstərilmişdir ki, çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur.
37. 5.2-ci bəndinə əsasən ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır.
38. 5.2-ci bəndinə əsasən sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. d) Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
39. Maddə 43.
1. Yerquruluşu-torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.
2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.
3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: -torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi. e) “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu
40. Maddə 1. Yerquruluşu-torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir.
41. Maddə 4. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri aşağıdakı prinsiplərə əsaslanır:
42. dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin sənədləşdirilməsinin vahid sistem üzrə aparılmasının zəruriliyi.
43. Maddə 17. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: - torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması.
f) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
50. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. V. Apellyasiya baxışının hədləri
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
55. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
56. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
58. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi
59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Belə ki, mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.
61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin belə tələbin təmin edilməsi üçün aşağıdakı şərtlərin eyni zamanda mövcud olması zəruridir: - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - cavabdeh əşya üzərində faktiki sahibliyə malik olmalıdır; - cavabdehin həmin əşya üzərində sahibliyi qanunsuz olmalıdır.
62. Bununla yanaşı, mülki hüquqların həyata keçirilməsi zamanı dürüstlük prinsipi və hüquqdan sui-istifadə edilməsinin yolverilməzliyi də nəzərə alınmalıdır. Belə ki, Mülki Məcəllənin 16.1 və 560-cı maddələrinin tələblərinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan yalnız digər şəxslərə zərər vurmaq məqsədilə istifadə edilməməlidir. Digər tərəfin güvəndiyi və uzun müddət əsaslandığı əvvəlki davranışa zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər.
63. Kollegiya ilk növbədə qeyd edir ki, mülki işin mübahisəsiz hallları ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən 0,0313 ha. torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında iddiaçı İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi cavabdeh Cavabdeh mülkiyyətindədir.
64. Iş materiallarında olan Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## #### 2025-ci il tarixli məktubu və "xxxx" X6 mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinin 14,09 kv.m hissəsi faktiki olaraq cavabdehin istifadəsindədir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsinin cənub hissəsində yerləşən digər qonşu torpaq sahəsinə münasibətdə də sərhəd uyğunsuzluğu mövcuddur və X5 məxsus torpaq sahəsinin 12,65 kv.m hissəsi iddiaçı İddiaçı torpaq sahəsinin sərhədləri daxilində qalmışdır. Iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş “Naxçıvan şəhər Xətai məhəlləsi, döngə 1 ünvanında yerləşən torpaq sahələrinin Planı”nda qarşılıqlı sürüşmələr nəticəsində İddiaçı torpaq sahəsinin hazırki halda sənədinə uyğun 313.68 kv.m olduğu müəyyən olunmuşdur. Mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı və cavabdehə məxsus torpaq sahələri hüquqi sənədlər üzrə bir-birinin üzərinə düşmür, mövcud vəziyyət sərhəd ölçüləri ilə çıxarışlara əlavə edilmiş plan və ölçülər arasında uyğunsuzluqdan irəli gəlmişdir.
65. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iş üzrə cavabdeh Cavabdeh mülkiyyətində olan daşınmaz əmlakı və torpaq sahəsini ## #### 2016-cı il tarixli alğı-satqı və ipoteka müqaviləsi əsasında əvvəlki mülkiyyətçi Ramin Məmmədovdan faktiki mövcud vəziyyətdə almış, hasar və sərhəd nöqtələri torpaq sahəsi alınarkən indiki vəziyyətdə artıq mövcud olmuşdur.
66. Mübahisəli hal isə ondan ibarətdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin 14,09 kv.m hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini bildirərək həmin hissədən cavabdehin çıxarılmasını, hasarın cavabdehin vəsaiti hesabına sökülməsini və torpaq sahəsinin təmizlənərək ona təhvil verilməsini tələb edir, cavabdeh isə torpaq sahəsini 2016-cı ildə mövcud vəziyyətdə aldığını, onun tərəfindən ümumiyyətlə hər hansı hasar divarının inşa edilmədiyini və sərhəd uyğunsuzluğunun dövlət qeydiyyatı və kadastr sənədlərində yol verilmiş fərqlərdən irəli gəldiyini bildirir.
67. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ şəxsin ona mənsub əmlaka sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
68. Lakin qeyd olunmalıdır ki, mülkiyyət hüququnun müdafiəsinə dair tələblərə baxılarkən məhkəmə yalnız formal qeydiyyat məlumatları ilə kifayətlənməməli, mübahisənin yaranma səbəblərini, tərəflərin vicdanlı davranışını, sərhəd pozuntusunun xarakterini və həmin vəziyyətin hansı şəxsin hərəkətləri nəticəsində, həmçinin qonşu sahənin sərhədlərinin qərəzli şəkildə pozulması kimi halları da araşdırmalıdır.
69. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, təcrübədə bir şəxsin mülkiyyətində olan torpaq sahəsində digər şəxs tərəfindən tikili və ya hasar inşa edilməsi halları müxtəlif səbəblərdən yarana bilər. Belə halların bir qismi torpaq sahələrinin dövlət reyestrində qeydə alınmış sərhədləri ilə faktiki istifadə sərhədləri arasında uyğunsuzluqların mövcud olması, sərhəd döngə nöqtələrinin vaxtilə düzgün müəyyən edilməməsi və ya uzun müddət ərzində tərəflərin həmin vəziyyətə etiraz etmədən dözməsi ilə əlaqədar meydana çıxır.
70. Iş materiallarından müəyyən edilir ki, iddiaçı İddiaçı adına qeydiyyata alınmış 313 kv.m torpaq sahəsinin sərhədləri ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## #### 2025-ci il tarixli məktubundan və "xxxx" PHŞ-nin mütəxəssis rəyindən görünür ki, X5 məxsus torpaq sahəsinin 12,65 kv.m hissəsi iddiaçının torpaq sahəsinin sərhədləri daxilində qalmış, iddiaçıya məxsus torpaq sahəsinin isə 14,09 kv.m hissəsi cavabdeh Cavabdeh istifadəsindədir. Eyni zamanda mütəxəssis rəyində qeyd edilmişdir ki, tərəflərin mülkiyyətinə verilmiş torpaq sahələri bütövlükdə üst-üstə düşmür və yaranmış uyğunsuzluq sərhəd ölçülərinin faktiki vəziyyətlə uyğun gəlməməsindən irəli gəlmişdir.
71. Beləliklə, iş üzrə müəyyən edilmiş hallar mübahisənin cavabdehin sonradan və qərəzli şəkildə iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi nəticəsində deyil, torpaq sahələrinin dövlət qeydiyyatı və faktiki istifadə vəziyyəti arasında uzun illər ərzində formalaşmış uyğunsuzluğun mövcud olması və eyni zamanda iddiaçının (həmçinin əvvəlki mülkiyyətçinin) sonradan yaranan mövcud vəziyyətə etiraz etmədən dözməsi nəticəsində əmələ gəlməsini deməyə əsas verir.
72. Belə ki, tədqiq olunmuş iş materiallarından və tərəflərin izahatından aydın olur ki, cavabdeh Cavabdeh torpaq sahəsini 2016-cı ildə mövcud sərhədlərlə hazırki vəziyyətdə alğısatqı müqaviləsi əsasında, iddiaçı isə torpaq sahəsini 2019-cu ildə bağışlama müqaviləsi əsasında əldə etmişlər. Mülki işin müəyyən edilmiş hallarına əsasən, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin keçmiş mülkiyyətçisi X3 2016-cı ildə Naxçıvan Şəhər Məhkəməsində zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbi ilə bağlı əvvəlki mülkiyyətçi olmuş R.Məmmədova və V.Rəsulova qarşı iddia ərizəsi ilə müraciət etmiş, lakin həmin iddia ərizəsi geri qaytarılaraq mahiyyəti üzrə baxılmamışdır. Sonrakı dövrlərdə isə əvvəlki mülkiyyətçi M.Əsgərova tərəfindən hüququnun pozulması halının baş verməsi ilə bağlı məhkəməyə hər hansı müraciət olunmamışdır. Bundan sonra 2019-cu ildə Mina Əsgərova tərəfindən torpaq sahəsi hazırki iddiçı İddiaçı bağışlanmış, yalnız ##.##.2025-ci ildə iddiaçı İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin dəqiq ölçüsünün aparılması öhdəliyinin Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin üzərinə qoyulması və daha sonra ##.##.2025-ci ildə Naxçıvan MR Inzibati Məhkəməsinə iddiaçı İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin (14.09 kv.m) texniki və hüquqi sənədə işlənilməsi öhdəliyinin Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin üzərinə qoyulması tələbi irəli sürülmüşdür. Bir daha vurğulanmalıdır ki, tərəflərin izahatından və mülki işin müəyyən olunmuş hallarından aydın olur ki, iş üzrə cavabdeh Cavabdeh hazırki fərdi yaşayış evini 2016-cı ildə ipoteka müqaviləsi əsasında R.Məmmədovdan hazırki mövcud vəziyyətdə almış və onun tərəfindən hər hansı hasar divarı inşa edilməmişdir. Həmçinin hazırki tələbədək də məhz ona qarşı əvvəlki və hazırki iddiaçı tərəfindən hər hansı iddia irəli sürülməmişdir.
73. Apellyasiya baxışı zamanı iş üzrə mübahisənin xarakteri, tərəflərin izahatları, təqdim edilmiş texniki sənədlər və mütəxəssis rəyləri nəzərə alınaraq, mübahisəli torpaq sahəsinin faktiki vəziyyətinin müəyyən edilməsi məqsədilə yerində baxış keçirilməsinin zəruriliyi nəzərə alınaraq kollegiya tərəfindən mübahisəli sahəyə baxış keçirilmişdir. Yerində baxış zamanı tərəflərin iştirakı təmin olunmuş, iddia olunan 14.09 kv.m sahəyə vizual baxış aparılmış, torpaq sahələrinin mövcud sərhədləri, hasarların yerləşmə vəziyyəti, tikililərin qarşılıqlı yerləşməsi, keçid imkanları və istifadənin mövcud vəziyyəti vizual və ölçmə aparılaraq araşdırılmışdır.
74. Yerində baxış zamanı iş materialları əsasında müəyyən olunmuşdur ki, iddia olunan 14.09 kv.m sahə iddiaçının yaşayış binasının arxa hissəsində yerləşməklə ara məsafəsi başlanğıc hissədə 60 sm, bitmə hissədə isə 25 sm-dən ibarət olmalıdır. Belə olan halda isə gələcəkdə həmin hissədə hasar-divarının çəkilməsi faktiki olaraq mümkünsüzdür. (Çünki hasarın eni 20 sm olmaqla hesablanarsa qalmış 40 sm-lik hissədə işçinin divar inşa etməsi mümkünsüzdür. Nəzərə alınmalıdır ki, həmin sahə tədricən azalaraq sonda iddiaçının yaşayış evinə birləşir). Baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan yaşayış evinin bitdiyi yerdən davam edilərək hasar çəkilmiş və arxa hissəyə (cavabdehə məxsus torpaq sahəsinə) olan əlaqə tamamilə kəsilmişdir. Həmin hasarın neçənci ildə və kim tərəfindən çəkilməsi ilə bağlı verilən suallara iddiaçı İddiaçı həmin hasarın 2008-ci ildə və özləri tərəfindən çəkildiyinə dair cavab vermişdir. Bu fakt Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin X3 ünvanlandığı 21.04.20216-cı il tarixli məktubda da öz əksini tapmışdır. Belə ki, Komitə tərəfindən M.Əsgərovaya ünvanlanmış həmin məktubda qeyd olunmuşdur ki, “Ölçmələrin nəticəsində müəyyən olundu ki, hal-hazırda həyətyanı torpaq sahəsinin sərhədlərini əks etdirən daş divardan ibarət olan hasar daxilində 313.63 kv.m torpaq sahəsi mövcuddur. Həmçinin elektron taxometrlə aparılan ölçmələr ilə X1 mülkiyyətində olmuş torpaq sahəsinin sərhədlərini əks etdirən planı müqayisə etdikdə müəyyən olunur ki, həyətyanı torpaq sahənizin yola tərəf hissəsindən 16 kv.m torpaq sahəsi özünüz tərəfindən hasara alınmamış və hal-hazırda yol kimi ümumi istifadədə olunur”. Beləliklə qeyd olunan hallar onu deməyə əsas verir ki, əslində iddiaçı İddiaçı 2019-cu ildən məxsus olan ev və torpaq sahəsi 2008-ci ildən bəri hazırda mövcud olan vəziyyətdə olmuş, 2016-cı ildən sonra cavabdeh Cavabdeh mülkiyyətinə keçmiş torpaq sahəsi ilə əlaqə əslində 2008-ci ildən bağlanmış, həmin sahədə yerləşən hasar uzun müddətdir mövcud vəziyyətdədir və ərazi üzrə formalaşmış faktiki istifadə vəziyyəti sonradan dəyişməz olaraq davam etmişdir.
75. Beləliklə yerində baxışın nəticələri və mülki işin müəyyən olunmuş halları onu deməyə əsas verir ki, iddiaçı İddiaçı 2019-cu ildən məxsus olan ev və torpaq sahəsi 2008-ci ildən bəri hazırda mövcud olan vəziyyətdə olmuş, 2016-cı ildə ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin əvvəlki mülkiyyətçisi R.Məmmədov tərəfindən hazırda mübahisələndirilən torpaq sahəsində tikinti işləri aparılarkən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin əvvəlki mülkiyyətçisi M.Əsgərova tərəfindən ona etiraz olunmamış (yalnız 2016-cı ildə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırılır və geri qaytarıldıqdan sonra etiraz ifadə edən hər hansı iddia qaldırılmır), 2016-cı ildə iş üzrə cavabdeh Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini mövcud vəziyyətdə ipoteka müqaviləsi əsasında əldə etmiş, 2019-cu ildə isə İddiaçı hazırki vəziyyətdə evi anasından bağışlama yolu ilə əldə etmiş, bu illər ərzində mövcud vəziyyətə dair cavabdehə qarşı yenə də etiraz edilməmiş, yalnız sonrakı illərdə (hazırki tələbdən başqa 2025-ci ildə NMR Inzibati Məhkəməsinə) tələb irəli sürülmüş, lakin məhs hazırki iş üzrə cavabdeh Cavabdeh qarşı hər hansı tələb irəli sürülməmişdir.
76. Belə olan halda kollegiya hesab edir ki, mövcud mübahisəyə hüquqi qiymət verilərkən mülkiyyətçinin hüquqları ilə yanaşı cavabdeh tərəfin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mövcud vəziyyətə, müvafiq rəftar və şəraitə güvənərək, həmçinin qonşu sahənin sərhədlərini qərəzsiz pozaraq tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də gözardı edilməməlidir.
77. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
78. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, göstərilən məqsədlərə də xidmət edir.
79. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
80. Mülki Məcəllənin 172.3-cü maddəsində qeyd olunmuşdur ki, “Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir”.
81. Göründüyü kimi, bu normada qonşu torpaq sahəsinin sərhədlərinin qərəzsiz şəkildə pozulması ilə tikinti aparıldıqda buna dərhal etiraz etməyən torpaq mülkiyyətçinin həmin pozuntuya dözmək, pozuntuya yol vermiş mülkiyyətçinin isə müvafiq pul kompensasiyası ödəmək öhdəlikləri nəzərdə tutulmuşdur.
82. Normanın zidd mənasından isə aydın olur ki, inşaat zamanı qonşu sahənin sərhədləri qərəzli şəkildə pozularsa (yəni tikinti aparan şəxs sərhəddi pozduğunu bilirsə və ya bilməlidirsə), yaxud müdaxiləyə məruz qalmış torpaq mülkiyyətçisi pozuntuya dərhal etiraz edərsə, tikilinin sökülməsini, hətta sözügedən pozuntu delikt təşkil etdiyi üçün zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
83. Məhkəmə təcrübəsində özünün torpaq sahəsində başqasının tikinti aparmasına razılıq vermiş, bununla da həmin şəxsin tikintiyə münasibətdə vicdanlı sayılmasına öz davranışı ilə səbəb olmuş mülkiyyətçinin sonradan əvvəlki rəftarına zidd şəkildə, müvafiq kompensasiya vermədən həmin tikilinin sökülməsi barədə tələbləri əsassız sayılır. Belə yanaşma, hüquqdan sui-istifadə qadağasına uyğun olduğu kimi (MM, m. 560.1- 560.2, 560.3.4), tikili sökülmədən torpağın tərkib hissəsi kimi qaldıqda isə torpaq mülkiyyətçisinin tikili hesabına əsassız varlanmasının da qarşısını alır.
84. Bu halda torpaq sahəsinin mülkiyyətçisinin ödədiyi kompensasiya müqabilində inşaat aparmış şəxsin tikili üzərindəki hüququ aradan qalxır, torpaqla möhkəm bağlı olan həmin tikili bir iqtisadi dəyər olaraq əvəzini ödəmiş mülkiyyətçiyə qalır.
85. Bununla yanaşı, əksinə bir vəziyyətin meydana çıxması da istisna edilmir. Yəni, göstərilən şərtlər daxilində başqasının ərazisində vicdanlı şəkildə tikili inşa edildikdə və torpaq mülkiyyətçisi də buna dözməyə məcbur olduqda, inşaat aparmış şəxsə həmin torpaq sahəsi üzərində hüququn verilməsi, əvəzində isə ərazinin mülkiyyətçisinə kompensasiya ödənilməsini tərəflərdən birinin tələb etməsi də mümkündür.
86. Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən torpaq sahəsi və onunla möhkəm bağlı olan obyektlər vahid daşınmaz əşya hesab edilir. Daşınmaz əşya üzərində mülkiyyət hüququnun maddi əhatə dairəsinə torpaq sahəsində yerləşən və ondan ayrılması mümkün olmayan tikililər də daxildir. Hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində qəbul edilir ki, torpaq sahəsində yerləşən və torpaqla möhkəm bağlı olan tikililər həmin torpaqla vahid iqtisadi dəyər təşkil edir.
87. Bununla yanaşı, Mülki Məcəllənin 560-cı maddəsində təsbit olunmuş dürüstlük prinsipi və hüquqdan sui-istifadə qadağası mülkiyyət hüququnun həyata keçirilməsi zamanı digər şəxslərin qanuni mənafelərinin də nəzərə alınmasını tələb edir.
88. Mülki işin müəyyən olunmuş hallarından isə görünür ki, cavabdeh mübahisəli torpaq sahəsindən uzun müddət ərzində açıq və fasiləsiz istifadə etmiş, əmlakı hazırki mövcud vəziyyətdə əvvəlki mülkiyyətçidən alğı-satqı əsasında əldə etmiş və onun tərəfindən iddia olunan hasar divarı inşa edilməmiş, bu müddət ərzində həmin fərdi yaşayış evindən etirazsız istifadəsini davam etdirmişdir. Onun hərəkətlərinin qərəzli xarakter daşıdığı, sərhədlərin pozulduğunu bildiyi və ya bilməli olduğu müəyyən edilmir.
89. Belə olan halda cavabdehin istifadəsində olan 14,09 kv.m torpaq sahəsindən dərhal çıxarılması, hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin təmizlənərək boşaldılması tələbinin təmin olunması, tərəflərin əmlak mənafeləri arasında ədalətli tarazlığı pozmuş olardı.
90. Məhkəmə təcrübəsində qəbul edilmiş hüquqi mövqeyə görə, torpaq mülkiyyətçisinin öz davranışı və ya uzun müddət etiraz etməməsi nəticəsində digər şəxsdə formalaşmış etimadı nəzərə almadan sonradan həmin şəxsin istifadəsində olan ərazinin boşaldılmasını tələb etməsi dürüstlük prinsipinə uyğun hesab edilmir. Belə hallarda tərəflərin qarşılıqlı əmlak maraqları nəzərə alınmalı, kompensasiya mexanizmlərinin tətbiqi imkanlarından istifadə olunmalıdır.
91. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş iş materiallarından məlum olmuşdur ki, hazırki mübahisə eyni zamanda tərəflərdən hər hansı birinin sonradan özbaşına sərhəd dəyişdirməsi nəticəsində deyil, uzun müddət ərzində formalaşmış faktiki istifadə vəziyyəti, dövlət reyestrindəki və kadastr sənədlərindəki məkan göstəriciləri arasında yaranmış uyğunsuzluqla da bağlı olmuşdur. Bu hal təkcə iddiaçı ilə cavabdeh arasındakı sərhəd nöqtələrində deyil, həmçinin iddiaçının digər qonşusu Asəf Seyidovla olan sərhədə də aiddir.
92. Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 5.1 və 5.2-ci bəndlərindən görünür ki, hüquqmüəyyənedici sənədlərlə torpaqların faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar aşkar edildikdə onların aradan qaldırılması yerquruluşu qaydasında həyata keçirilməlidir. Eyni müddəalar Torpaq Məcəlləsinin 43-cü maddəsində və "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Qanunun 17-ci maddəsində də təsbit olunmuşdur.
93. Qanunverici torpaq sahələrinin sərhədləri üzrə yaranmış texniki və kadastr uyğunsuzluqlarının həllini ilk növbədə yerquruluşu və sərhədlərin dəqiqləşdirilməsi mexanizmləri vasitəsilə nəzərdə tutmuşdur. Hazırkı işdə isə müəyyən olunmuşdur ki, mövcud uyğunsuzluq təkcə cavabdehin istifadəsində olan 14,09 kv.m hissəyə deyil, iddiaçı İddiaçı qeydiyyatında olan torpaq sahəsinin digər qonşu torpaq sahəsi ilə sərhədinə münasibətdə də mövcuddur. Bu səbəbdəndir ki, iddiaçının torpaq sahəsində azalma halı baş verməmişdir(iş səh.127). Belə olan halda isə mübahisənin yalnız bir qonşunun hesabına həll edilməsi faktiki vəziyyətin və torpaq sahələrinin balansının pozulmasına gətirib çıxara bilər.
94. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin sonradan özbaşına torpaq sahəsini zəbt etməsi, yeni tikili və ya hasar inşa etməsi, yaxud iddiaçının torpaq sahəsinə qəsdən və qərəzli şəkildə müdaxilə etməsi halları sübuta yetirilməmişdir. Əksinə, iş materialları mövcud vəziyyətin dövlət qeydiyyatı sənədlərində və sərhəd müəyyənləşdirilməsində yaranmış uyğunsuzluqlardan, daha sonrakı dövrlərdə isə iddiaçının (həmçinin əvvəlki mülkiyyətçi M.Əsgərovanın) öz hərəkət (torpaq sahəsinin 16 kv.m hissəsinin könüllü olaraq hasara alınmaması və yol kimi ümumi istifadəyə buraxılması) və hərəkətsizliyindən (uzun illər ərzində mövcud vəziyyətə etiraz edilməməsi) qaynaqlandığını təsdiq edir.
95. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, eyni zamanda qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz.
96. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı hasarın sökülməsi, torpaq sahəsindən çıxarılma və sahənin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
97. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
98. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə uyğun olaraq onun özünə aid edilməlidir.
99. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.