Məhkəmə qərarları › İş №2(3-10)-105/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-105/2026

28.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-105/2026 28.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh PHŞ, üçüncü şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə qarşı “əmək müqaviləsinə əsassız xitam verilməsinin etibarsız sayılması, əvvəlki iş yerinə bərpa olunması, işdən məcburi kənarda qaldığı müddətə görə əmək haqqının və dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmrin ləğvi, işə bərpa, mənəvi ziyan) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və X4 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh PHŞ, üçüncü şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə qarşı “əmək müqaviləsinə əsassız xitam verilməsinin etibarsız sayılması, əvvəlki iş yerinə bərpa olunması, işdən məcburi kənarda qaldığı müddətə görə əmək haqqının və dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ##.##.2025-ci il tarixli işə götürənin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsassız hesab edilməsi, iddiaçının Cavabdeh PHŞ-nin cərrahiyyə şöbəsinə həkim ümumi cərrah vəzifəsinə bərpa olunması, işləmədiyi müddət üçün orta əməkhaqqının, 2.000 manat məbləğində mənəvi ziyanın və məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkil tutması ilə əlaqədar çəkdiyi 600 manat xərclərin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1981-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, əvvəlcə tibbqardaşının köməkçisi, ##.##.1983-cü ildən Ağsu Rayon Mərkəzi X10 şöbəsində, ##.##.1984-cü ildən həmin Xəstəxananın cərrahiyə şöbəsində cərrah və həkim, ##.##.2020-ci ildən ##.##.2025- ci ilə kimi Cərrahiyyə şöbəsinin müdiri, həkim ümumi cərrah vəzifəsində işləmişdir. Onunla bağlanmış əmək müqaviləsi müddətsiz olub. İşlədiyi müddətdə həkim kimi üzərinə düşən vəzifəni vicdanla yerinə yetirmiş, Dövlət tərəfindən əməyinə yüksək qiymət verilərək Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## #### tarixli **** nömrəli Sərəncamı ilə ona “Əməkdar Həkim” fəxri adı verilmişdir. Müharibə veteranıdır. 65 yaşı tamam olandan sonra da cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməmiş, o, işini davam etdirmişdir. Bu müddətdə məzuniyyətə çıxmış, əmək münasibətləri qanuni qaydada davam etmiş, əməkhaqqı ödənilmişdir. ##.##.2025-ci il tarixində İşəgötürənin (cavabdehin) yeni rəhbərliyi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Halbuki, onunla bağlanmış əmək müqaviləsi müddətsiz olub. Bu əsasla əmək müqaviləsinə xitan verilməsi əsassızdır və onun konstitutsion hüququnun pozulmasıdır. Cavabdeh əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətini ona ##.##.2025-ci ildə təqdim etmiş, son haqq-hesabı isə almadığından depozitə köçürülmüşdür. Cavabdeh tərəfindən “Əmək müqaviləsinin müddətinin qurtarması” - əsası ilə əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassızdır, etbarsız sayılmalıdır. Cavabdehin əmri ilə əlaqədar o, dərhal ##.##.2025-ci il tarixdə Azərbaycan Respulikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidməti Dağlıq Şirvan regional şöbəsinə müraciət etmiş, dəfələrlə cavabdehin nümayəndəsi Əmək Müfəttişliyinə dəvət olunsa da, çağırışa gəlməmişdir. Müfəttişlik müraciəti araşdıraraq işəgötürənin əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasını müəyyən etmiş, 30 gün müddətində əmək müqaviləsinə xitam verilməsi və ##.##.2025-ci iI tarixli, 18-1-25\13-1-586\** saylı əmrin ləğv edilməsi barədə Müfəttişliyə məlumat verilməsi bildirilmişdir. Lakin cavabdeh tərəfindən Əmək Müfəttişliyinin qərarı bu günə kimi icra olunmamışdır. Bundan başqa, ##.##.2025-ci ildə əmək mübahisəsini həll etmək üçün Mediasiyaya müraciət etmiş, lakin əmək mübahisəsinin həll edilməsində cavabdehlə razılıq əldə olunmamışdır. Nəticədə, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Müddətin ötürülməsi onun təqsirindən olmayıb, yalnız dövlət orqanının qərarının icrasını gözlədiyi üçün yaranmışdır. Bu səbəbdən, məhkəməyə müddətin bərpası barədə vəsatət də təqdim etmişdir. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə - əmək müqaviləsinin müddətinin qurtarmasına istinad etmişdir. İşəgötürənin qanunsuz hərəkəti nəticəsində 2 aydan çoxdur ki, işsiz qalmış, qazanc yeri dövlət tərəfindən ona verilən əmək haqqıdır, bundan başqa qazanc yeri yoxdur. Qanunsuz işdən azad edilməyi nəticəsində nüfuzuna və psixoloji durumuna ziyan dəymiş, mənəvi sarsıntılar keçirmişdir. Buna görə cavabdehdən 2.000 manat mənəvi ziyanın ödənilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş iddiaçı izahat verərək bildirmişdir ki, o, məzuniyyətə çıxmağı ilə əlaqədar ## #### 2025-ci il tarixdə Ağsu Rayon Xəstəxanasının direktoruna müraciət etmişdir. 17, 19, 28, ## #### 2025-ci il tarixlərində ona müraciətləri olub. Məzuniyyətinin necə olmasını soruşduqda, o “baxarıq” deyərək gecikdirmişdir. Beləliklə, o, 5 dəfə ərizə ilə müraciət etmiş, sonda anlamışdır ki, məzuniyyətə çıxmaq istədiyini direktora sübut edə bilmir. Əvvəlki illərdə ağır dövrlərdən keçdikləri üçün 6 il məzuniyyətə çıxmadan çalışmışdır. Çünki xəstəxanada tək cərrah olduğu üçün rəhbərlik onu məzuniyyətə buraxmamışdır. Direktorun da onu məzuniyyətə buraxmamaqda məqsədi olub, guya o, müqavilə ilə işləmişdir. Lakin onun bunlardan da məlumatı olmayıb. O, 1982-ci ildən xəstəxanada işləyir. Sonuncu dəfə direktor bəhanələr gətirərək ona bildirmişdir ki, 28 iyul tarixində onu məzuniyyətə çıxaracağıq. O da məcbur olub ərizəni 28 iyul tarixində dəftərxanada qeydiyyata aldırmışdır ki, artıq ona sübut edə bilmir. Ona bildirmişdir ki, iyul ayın 30-31 məzuniyyətinə baxacaq. Lakin 31 iyulda onun əmək müqaviləsinə xitam verilmişdir. Bununla əlaqədar olaraq Əmək Müfəttişliyinə müraciət etmiş, onlar direktoru xəbərdar etmişlər ki, həkimin hüququdur, məzuniyyətə çıxa bilər və məzuniyyətdən döndükdən sonra nöqsanları olarsa, işinə xitam verilər. Əmək Müfəttişliyi araşdırdıqdan sonra işə bərpa ilə bağlı yenidən direktora xəbərdarlıq etmişdir. Lakin direktor onlara yenə də məhəl qoymamış, onlar da inzibati cəza tətbiq etmişlər, 1 ay müddət verilmişdir. Qərar isə o olmuşdur ki, 1 ay sonra məhkəməyə müraciət edə bilər. O da həmin müddət ərzində Əmək Müfəttişliyinə və Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, yəni o, birbaşa Ağsu Rayon Məhkəməsinə müraciət etməmişdir. Əmək Müfəttişliyi də ona bildirmişdir ki, o, işə bərpa olmalıdır, qanunsuz işdən çıxarılmışdır. Mediasiyaya müraciət etmiş, baxış keçirilmiş və cavab gəlmişdir. Eyni zamanda da Ağsu Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. O, TƏBİB-in icraçı direktorunun müavininin, kadrların qəbulunda olmuş, bütün distansiyalardan keçmişdir. Onlar isə bildirmişlər ki, səlahiyyət direktordadır. Verilən suallara cavab olaraq iddiaçı bildirmişdir ki, o, məzuniyyətlə bağlı Əmək Müfəttişliyinə və Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir, sonra da onu işdən çıxarıblar. Onun 73 yaşı var. Onun 219 gün istifadə etmədiyi məzuniyyəti qalıb. Şəxsi elektron kabineti var. Cavabdehin nümayəndəsi bildirir ki, onun işinə xitam verilməsi ilə bağlı bildiriş göndərib, lakin o, bu barədə xəstəxanaya müraciət etmişdir. Oradan bildiriblər ki, bu barədə hər hansı bir məktub göndərilməyib. Xəstəxananın daxilində iki elektron sənəd dövriyyəsi proqramı yaranıb, istədikləri əmrləri silə və dəyişdirə bilirlər. Cavabdehin nümayəndəsi əmrlər kitabını gətirib, onlar elektron sənəd dövriyyəsi proqramına yerləşdirilmir.

4. İddiaçının nümayəndəsi və vəkili İsmayılov Tahir Abdulrəhim oğlu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı müddətsiz müqavilə ilə işləyib, ona görə də onu yaş həddi ilə bağlı olan maddə ilə işinə xitam verilməli idi. Lakin iddiaçını müddətlə bağlı işdən çıxarıblar. Əgər yaş həddi ilə bağlı işdən çıxarsalardı, onların da iddia tələbi olmazdı. Ona görə də iddiaçı yenidən işə bərpa olunmalıdır. Əgər istəsələr, yenidən yaş həddi ilə bağlı işinə xitam verərlər. İddiaçının işinə xitam verildikdən sonra o, Əmək Müfəttişliyinə müraciət edib ki, onu qanunsuz işdən çıxarıblar. Əmək Müfəttişliyi də araşdırma aparır və iddiaçının qanunsuz işdən çıxarılması ilə bağlı cavabdehin barəsində protokol tərtib edir. Həmin qərarın icrası müddətində isə iddiaçı mediasiyaya müraciət edir, yəni ki, o müddəti ötürməyib. İddiaçıya Əmək Müfəttişliyindən cavab gəldikdən sonra mediasiyaya müraciət edib. Tərəflər arasında bağlanan birinci müqavilə müdətsizdir, lakin iddiaçı pensiya yaşına çatdıqdan sonra bağlanan müqavilənin müddətinin pozulub-pozulmamasını bilmir. İddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehin nümayəndəsi Kərimov Şahin İsbəndiyar oğlu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ##.##.2020-ci ildə iddiaçı ilə əmək müqaviləsi bağlanıb. Həmin müqavilənin müddəti bitməsi ilə bağlı direktorun göstərişi ilə iddiaçının işinə xitam verilib. Əvvəlcədən iddiaçıya bildirilmişdir ki, siz işdən azad olacaqsınız. 28-## #### 2025-ci il tarixində artıq dəqiqləşmişdi ki, iddiaçı işdən çıxır. Direktor da bildirdi ki, ona məzuniyyət veriləcəyi halda o, 7 ay boş yer saxlaya, 219 gün cərrahsız qala bilməz. Verilən suallara cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının işinə xitam verilməsi ilə bağlı elektron kabinet vasitəsilə ona ## #### 2025-ci il tarixdə bildiriş göndərilib. İddiaçı ilə əmək müqaviləsi 3 ay müddətinə elektron qaydada bağlanılıb.İddiaçı bir aklad cərrahiyə şöbəsinin müdiri işləyib, yarım aklad isə təcili tibbi yardım şöbəsində həkim işləyib. Sonra ərizə ilə müraciət edərək bildirib ki, onu təcili tibbi yardım şöbəsində olan işindən azad etsinlər. Sistemə bağlanılmış əmək müqavilələri 2024-cü ilin avqustuna qədər əsas sayılmırdı, yazılı müqavilələr əsas götürülürdü. 2024-cü ildən sonra bağlanılan müqavilələr iki tərəfli qaydada, yəni işçi və onlar tərəfindən elektron imza ilə imzalanılırdı. Sonda iddia ərizəsinə etiraz edərək ərizənin rədd edilməsini xahiş etmişdir.

6. Ağsu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Əsgərov), iddiaçı İddiaçı cavabdeh Cavabdeh PHŞ, üçüncü şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə qarşı “əmək müqaviləsinə əsassız xitam verilməsinin etibarsız sayılması, əvvəlki iş yerinə bərpa olunması, işdən məcburi kənarda qaldığı müddətə görə əmək haqqının və dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ##.##.2020-ci il tarixində Cavabdeh PHŞ-nın cərrahiyyə və ümumi cərrahiyyə şöbəsinə cərrah vəzifəsinə işə qəbul edilmiş, onun əmək müqaviləsinə ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq çalışmanın yaş həddinə çatdığı üçün xitam verilmiş, yenidən İddiaçıla yaş həddi səbəbinə görə ##.##.2020-ci il tarixindən ##.##.2020-ci il tarixədək 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. ##.##.2025ci il tarixdə https://eroom.esosial.gov.az elektron kabinet vasitəsilə İddiaçı bildiriş göndərilərək onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması) əsasən ##.##.2025- ci il tarixdən xitam veriləcəyi bildirilmişdir. Bundan sonra, İddiaçı əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş, işçiyə 219 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə qeyd etmişdir ki, ##.##.2020-ci il tarixdə Cavabdeh PHŞ ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi müddətli müqavilə olmuş, müddət bitdikdən sonra hər dəfə 3 ay müddətinə uzadılmış, ##.##.2025-ci il tarixdə isə müqaviləyə müddətin qurtarması əsası ilə xitam verilmişdir. Həmin müqavilə üzrə İddiaçı çalışma müddəti 5 il olmuşdur. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinin tələbindən görünür ki, 65 yaşına çatmış işçinin çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, https://eroom.e-sosial.gov.az elektron kabinetdən çıxarılmış “Xidmət üçün müraciətlə bağlı” ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı elektron qaydada bildiriş göndərilərək onunla bağlanmış əmək müqaviləsinin müddətinin ##.##.2025-ci il tarixdə bitməsi səbəbindən, onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması) əsasən ##.##.2025-ci il tarixdən xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir.

10. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı ##.##.2025-ci il tarixdə işdən çıxarılacağı barədə xəbərdarlıq bildirişini aldıqdan sonra onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsinə 3 gün qalmış, yəni ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət edərək ona istifadə etmədiyi günlərin sayı qədər əmək məzuniyyətinin verilməsini xahiş etmişdir. İddiaçı ##.##.2020-ci il tarixdə onunla əmək müqaviləsi bağlanan zaman həmin müqavilənin müddətli müqavilə olduğunu və müqavilə bağlandıqdan sonrakı hər 3-cü ayın tamamında onunla bağlanılmış müqaviləsinin uzadılmama ehtimalını da bilirdi. Lakin o, işlədiyi müddət ərzində əmək məzuniyyətindən istifadə etmək hüququndan istifadə etməmiş, ##.##.2025-ci il tarixdə işdən çıxarılacağı barədə xəbərdarlıq bildirişini aldıqdan sonra məzuniyyətə çıxmaqla işdə qalma müddətini uzatmağa çalışmışdır. Bundan əlavə, ona 219 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilməklə istifadə etmədiyi əmək məzuniyyəti kompensasiya edilmişdir.

11. Məhkəmə, iddiaçının buraxılmış iddia müddətinin üzrlü sayılaraq bərpa edilməsi barədə vəsatəti və cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir.

12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə elektron qaydada bildiriş göndərilərək onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması) əsasən ##.##.2025-ci il tarixdən xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Tərəflər arasındakı əmək münasibətlərinə işəgötürənin ##.##.2025-ci il tarixli, **-*- **/*-*-***/**** nömrəli əmri ilə ##.##.2025-ci il tarixdən xitam verilmişdir. Bir sözlə, işçinin hüquqlarının pozulduğunu iddia etdiyi gün həmin tarixdən, yəni ##.##.2025-ci ildən hesablanmalıdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətinin cavabdeh tərəfindən ona ##.##.2025-ci ildə təqdim edildiyini bildirmişdir. İddiaçının ##.##.2025-ci il tarixdə Cavabdeh PHŞ ilə onun arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə rəsmi məlumatı olmuşdur. Daha sonra, o, Ağsu * saylı Mediasiya təşkilatına ##.##.2025-ci il tarixdə müraciət etmiş, ##.##.2025-ci il tarixdə İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış almışdır.

13. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh Cavabdeh PHŞ isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iddiaçının buraxılmış iddia müddətinin üzrlü sayılaraq bərpa edilməsi barədə vəsatəti təmin edilməməli, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

15. Məhkəmə hesab etmişdir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də, iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.1, 10-1.2, 45, 73-cü maddəsinin 1-ci bəndi, 135-ci maddəsinin 2-ci bəndi, 138-ci maddəsinin 1-ci bəndi, 144-cü maddəsinin 2-ci bəndi, 296-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 371, 375.2, 377-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə ## ####### 1998-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat: a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

22. Apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil etmiş əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən əsassız və qanunsuz olaraq iddia müddətinin ötürülməsini üzürsüz hesab etmişdir.

23. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı işəgötürənin əmrini aldığı günün səhəri Əmək Müfəttişliyinə müraciət etmişdir. Əmək müfəttişliyi araşdırma apararaq müəyyən etmişdir ki, işəgötürən əmək müqaviləsinə xitam verərkən Əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq əmək müqaviləsinə xitam vermişdir. Ona görə də işəgötürənə 30 gün müddətində əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025- ciiltarixli, 18-1-25\3 1-586\** saylı əmrin ləğv edilib, iddiaçının işə bərpa olunması barədə Müfəttişliyə məlumat verilməsi bildirilmişdir. Lakin işəgötürən iddiaçını işə bərpa etməmişdir. Bundan sonra iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq fərdi əmək mübahisəsi ilə əlaqədar Mediasiyaya müraciət etmişdir. Hər iki qurumdan cavab aldıqdan sonra işə bərpa ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə isə qanunvericilin bu tələblərini pozaraq iddia müddətinin bərpasından imtina etmişdir.

24. Məhkəmə iddia müddətinin bərpası zamanı Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinin (Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qaneetməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır) və Mediasiya haqqında Qanunun tələblərini nəzərə almamışdır.

25. Birinci instansiya məhkəməsi işə baxan zaman həqiqətə nail olmaq üçün işin hərtərəfli, tamvə obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Məhkəmə baxışı zamanı işdə iştirak edən şəxslərin prosessual hüquq və vəzifələrini izah etməmiş, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməmiş, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməsi əvəzinə sübutların araşdırılmasına şərait yaratmamış, hətta çıxış üçün belə söz verməmişdir.

26. ##.##.2025-ci il tarixdə, məhkəmə hazırlıq iclasında iddiaçının pensiya yaş həddinə çatdıqdan sonra iddiaçı İddiaçı 65 yaşı tamam olan zaman onunla əmək müqaviləsinə xitam verilib-verilməməsi barədə əmrin, kadrlar üzrə əmrlər kitabının, həmin müddətdən sonra iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanmasının, ərizə verməsinin (şəxsi işinin), əmrlərin nə vaxtdan elektron kadr sisteminə yüklənməsinin dəqiqləşdirilməsi məqsədilə vəsatət verilmişdir. Həmin vəsatət təmin olunsa da, tələb olunan sənədlərdən cavabdehmaraqlarına uyğun olan ##.##.1982- ci il tarixli əmri təqdim etmiş, ##.##.2023-cü il tarixli əmr isə təqdimedilməmişdir. Cavabdehin nümayəndəsi hazırlıq iclası zamanı qeyd etmişdir ki, iddaçı ilə ##.##.2025-ci ildə üç ay müddətinə müddətli əmək müqaviləsi baöğlanmışdır. Lakin həmin müqavilə də məhkəməyə təqdim edilməmişdir.

27. Birinci instansiya məhkəməsi hazırlıq iclaslarında təqdim olunmuş yazılı materiallarla bağlı verilmiş izahları MPM-nin 190-cı maddəsinin tələblərini pozaraq tərəflərin izahatı kimi qiymətləndirmiş, bu əsasla da işə mahiyyəti üzrə baxılması zamanı tərəflərə mahiyyəti üzrə izahat verilməsinə, təqdim edilmiş sübutların tam, hərtərəfli araşdırılmasına, tərəflərin iş üzrə çıxışlarına, tərəflərin replika hüququndan istifadə etməsinə imkan verməmiş MPM-nin 175.1, 184, 185 (məhkəmə TƏBİB-i üçüncü şəxs qismində işə cəlb etsə da, onun nümayəndəsinin iştirakını təmin etməmişdir), 190, 192, 193, 199, 209, 210, 211 maddələrinin tələblərinin pozmuşdur.

28. Belə ki, işə mahiyyəti üzrə baxılması sədrlik edənin məruzəsi ilə başlanır. Bundan sonra sədrlik edən iddianı və iddiaya etirazda göstərilmiş işin faktiki hallarını, işin mübahisəsiz hallarını və tərəflərin mübahisələndirdiyi halları, həmçinin tərəflərin təqdim etdiyi sübutları elan edir. İşin məruzəsindən sonra sədrlik edən əlavələrin və ya dəqiqləşdirmələrin olubolmamasını aydınlaşdırır. Hakim isə proses başlayan kimi baxılacaq mülki işi elan etmiş, məhkəmə tərkibini elan etmiş, kimin vəsatəti, əlavəsi olub-olmasını soruşmuşdur. Prosesin təxirə salınması və dayandırılması barədə şifahi vəsatət verilmiş, hakim tərəflərin (cavabdehin) vəsatətə münasibətini bildirməsinə şərait yaratmamış, müşavirə otağına getmiş və qayıtdıqdan sonra iddia tələbinin rədd edilməsi barədə qətnaməni elan etmişdir. Qətnamə elan olunduqdan sonra hakimə, məhkəmə baxışı zamanı tərəflərin təqdim etdiyi subutların dəqiqləşdirilməsi, tərəflərə çıxış üçün söz verilməməsi, replika hüququndan istifadə etməyə imkan verilməməsi barədə bildirilsə də, “qətnamədə hər şey qeyd olunacaq” deyib, məhkəmə iclas zalından çıxmışdır.

29. ##.##.2025-ci ildə iddiaçı ilə bağlanmış 3 aylıq müddətli əmək müqaviləsi məhkəməyə təqdim olunmamşıdır. Kadrlar üzrə əmrlər kitabı məhkəməyə təqdim edilməmişdir. İşəgötürənin “ara müqaviləsi” izahatına məhkəmə tərəfindən qiymət verilməmişdir.

30. Odur ki, Ağsu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(016)-1420\**** №li qətnaməsinin ləğv edilərək iddiaçı İddiaçı Cavabdeh Publik hüquqi Şəxsin cərrahiyə Şöbəsinə şöbə müdiri vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqının, işlədiyi dövrdə aldığı bonus və əlavə ödənişlərin, məhkəmədə hüququnun müdafiəsi üçün vəkillə bağlanmış müqavilə üçün ödənilmiş 700 manat, 20000 manat məbləğində mənəvi ziyanın onun xeyrinə tutulası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Cavabdeh Cavabdeh PHŞ-nin direktor vəzifəsini icra müvəqqəti icra edən X3 apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin olunmaması, Ağsu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izah verərək, apellyasiya şikayətininin təmin olunması, Ağsu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmaması, Ağsu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh Cavabdeh PHŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin mümkünsüzlüyü barədə məlumat verməmişdir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 2.3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2-ci maddəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin “d” bəndinə əsasən işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol verilir. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2-ci maddəsinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin kinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296-cı maddəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin ikinci hissəsinə əsasən isə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əməkmübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Apellyator Ağsu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

43. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı ##.##.1982-ci il tarixində xxxxnın cərrahiyyə və ümumi cərrahiyyə şöbəsinə cərrah vəzifəsinə işə qəbul edilmişdir. ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq çalışmanın son yaş həddinə çatdığı üçün onun əmək müqaviləsinə xitam verilmiş və sonuncu ilə yenidən ##.##.2020-ci il tarixindən ##.##.2020-ci il tarixədək 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmiş, işçiyə 219 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

45. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instanisya məhkəməsi iddia müddətinin bərpası zamanı Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinin və Mediasiya haqqında Qanunun tələblərini nəzərə almamasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

46. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, xxxxnın cərrahiyyə şöbəsində həkim ümumi cərrah vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq çalışmanın yaş həddinə çatdığı üçün xitam verilmişdir.Bundan sonra iddiaçı ilə yenidən ##.##.2020-ci il tarixindən ##.##.2020-ci il tarixədək 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış, ##.##.2025-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir.

48. Göründüyü kimi İddiaçı ilə ##.##.2020-ci il tarixindən ##.##.2020-ci il tarixədək 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış və 5 ilin tamamında qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə sonuncunun əmək müqaviləsinə xitam verilmişdir.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi işə baxan zaman həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaması, məhkəmə baxışı zamanı işdə iştirak edən şəxslərin prosessual hüquq və vəzifələrini izah etməməsi, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməsi əvəzinə sübutların araşdırılmasına şərait yaratmaması, işə baxılarkən prosessual hüquq normalarının tələblərinin pozulmasına dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin hər iki tərəfinin verdiyi sübutlar tədqiq edilmiş, sübutların tədqiqi məhkəmə qətnaməsində aydın şəkildə öz əksini tapmış, birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.

50. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmirlər.

51. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.

52. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar