Məhkəmə qərarları › İş №2(3-10)-114/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-114/2026

29.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-114/2026 29.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı cavabdeh X2 qarşı cavabdehdən borcun alınmasına, cavabdehin evdən əl çəkməyə və evin onun mülkiyyətinə keçirilməsinə maneələr yaratmaması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X3 cavabdeh Cavabdeh arvadı olmuşdur. Onların hər ikisi ona ünvan 3 ünvanında yerləşən mərhum X3 adına mülkiyyətində olan evi razılaşma əsasında 2010-cü ildə 17000 manata satmışlar. Bundan sonra onun xəbəri olmadan həmin evi «xxxx»ın Yevlax filialına qirov qoyaraq Kəmalənin adına 10000 (on min) manat pul götürmüşlər. Bankdan götürülmüş məbləğin, yəni 10 000 (on min) manatın 4436 (dörd min dörd yüz otuz altı) manatını mərhum X3 cədvəl üzrə hissə-hissə ödəmişdir. Bir müddət sonra ödəniş edilməmiş və o (iddiaçı) məcburiyyət qarşısında yerdə qalan borcu, yəni 5564 (beş min beş yüz altmış dörd) manatı ödəmişdir. Hansı ki, onlar bu pulu götürdükləri müddətdə cavabdehlər birgə nikahda olmuşlar. Onun (iddiaçının) həmin pulu ödəməsi barədə bank hesabından çıxarış və qəbzləri vardır. Mərhum X3 cavabdeh Cavabdeh həmin ünvandan Pişəvəri küçəsi 3A, mənzil 5 ünvanından çıxmasına dair 8000 (səkkiz min) manat təzminat ödənilməsi barədə qətnamə çıxarılmışdır. Mərhum X3 şəhəri Pişəvəri küçəsi ev 3A, mənzil 5 ünvanına notarial qaydada qeyliyyata düşməyinə icazə vermişdir. Hal-hazırda30.01.2020-ci ildən həmin evdə qeydiyyatdadır. Bu faktı təsdiqləyən Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin arayışı vardır. ##.##.2013-cü ildə mərhum X3 ilə cavabdeh Cavabdeh arasındakı Yevlax rayon qeydiyyat şöbəsində ** nömrəli nigah aktı qeydi pozulmuşdur. Evi aldığı vaxtdan, yəni 2010-cü ildən o evə daxil olub yaşayır və 2014- 2018-ci illərdə evi təmir etdirmişdir. Onun təmirə təqribən 15000 manat xərci çıxmışdır. 2014-cü il ########ın ##də həmin ünvanda oğlu X14 toy etmişdir. ## #### 2018-ci ildə isə ərinin X9 yas mərasimini keçirmişdir. Həmin evə işıq, qaz, su pulunu və ev haqqını o ödəmiş və hazırda da ödəyir. Cavabdeh Cavabdeh ünvan 4 ünvanında yerləşən evi onun mülkiyyətinə keçirməkdən imtina edir. Cavabdeh Cavabdeh evi satmağa ona görə razılıq vermişdir ki, ona 7000 dollar pul verəcək və həmin pulu ondan tələb edir. Yevlax rayon prokurorluğunun ## ###### 2020ci il tarixdə cinayət işinin qaldırılmaması haqqında qərarı var. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə cavabdeh Cavabdeh yaşayış hüququ verilmişdir. O bu yaxınlarda, təxminən bir ay yarım bundan qabaq bu barədə bilmişdir. ##.##.2025-ci ildə mərhum X3 vəfat etmişdir. İddiaçı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh Cavabdeh 5564 (beş min beş yüz altımış dörd) manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh Cavabdeh 5564 (beş min beş yüz altımış dörd) manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və cavabdeh Cavabdeh 5564 (beş min beş yüz altımış dörd) manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Kəmalə Cabbarova ilə 2013-cü ildən boşandıqlarını, onun öhtəliklərinə cavabdeh olmadığını, onun ölümündən sonra mərhumun vərəsəsi olmadığını, heç bir mirasla bağlı mənfəət əldə etmədiyini, iddiaçı ilə mərhum Kəmalə Cabbarova arasında pulun verilməsi və alınması ilə əlaqədar razılaşma olduğundan məlumatının olmadığın, iddiaçıdan hər hansı məbləğdə pul almadığını göstərərək, iddianın əsassız olduğundan təmn edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli (Qalib Paşayev) qətnaməsi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir.

7. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2008-ci il tarixli, MH ******* saylı çıxarışa əsasən Yevlax şəhəri Pişəvəri küçəsi *A/* saylı mənzil X3 mülkiyyətində olmuşdur. Mərhum X3 ilə Cavabdeh arasında olan nikah ##.##.2013-cü ildə Yevlax rayon qeydiyyat şöbəsində pozulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022- ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə cavabdeh X3 vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Yevlax Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə (mənzilə köçürülmə hissəsində) ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin bu hissədə təmin edilməsi, iddiaçı Cavabdeh ##.##.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə cavabdeh X3 məxsus olan Yevlax şəhəri Pişəvəri küçəsi *A nömrəli binanın * saylı mənzilinə köçürülməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilərək, Əmlak Məsəlləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ## ####### 2008-ci il tarixində ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3 məxsus Yevlax şəhəri Pişəvəri küçəsi *A nömrəli binanın * saylı mənzildən X3 tərəfindən 8000 manat kompensasiya ödəməklə cavabdeh Cavabdeh istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə iclasında iddiaçı ilə cavabdeh Cavabdeh arasında mübahisəli mənzilin alqı-satqısına dair razılaşmanın olması, bu məqsədlə iddiaçı tərəfindən cavabdehə pul verilməsi, həmçinin cavabdeh Cavabdeh mərhum Kəmalə Cabbarovadan qalmış miras əmlakı qəbul etməsi müəyyən edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1162, 1163-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərilmişdir ki, cavabdehə qarşı olan iddia tələbinin hüquqi əsası vardır.Lakin, məhkəmə işin bu və digər hallarını nəzərə almamışdır. Hansı ki, onun ödədiyi pul birbaşa cavabdehin ailə ehtiyaclarına görə ödənilmiş vəsaitdir və həmin məbləğ də qanunun tələbinə görə cavabdeh tərəfindən ona ödənilməlidir.

12. Cavabdeh Cavabdeh Yevlax şəhəri Pişəvəri küçəsi *A nömrəli binanın * saylı mənzilində istifadə hüququ olmuşdur, habelə “xxxx“ ASC–də mərhum X4 götürdüyü kredit pul məbləği cavabdeh Cavabdeh ilə birgə nikah müddətinə təsadüf edir və həmin məbləği cavabdeh Cavabdeh mərhum Kəmalə Cabbarova ilə birgə ailə ehtiyaclarına məsrəf etmişlər.

13. Belə ki, cavabdeh Cavabdeh sabiq həyat yoldaşı, ## ###### 2025- ci il tarixdə vəfat etmiş X12 ilə onun arasında hüquq münasibəti yaranmışdır ona görə ki, sonuncunun xüsusi (cavabdehlə birgə nikah müddətində əldə etmədiyi) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini o, satın almışdır. Lakin, mərhum Kəmalə Cabbarova ilə onun arasında faktiki olaraq alqı-satqı münasibəti baş tutan zaman, həmin mənzil “xxxx “ ASC–də ipoteka ilə yüklü edilmişdir və həmin öhdəliklər üzrə mərhum Kəmalə Cabbarova və cavabdeh Cavabdeh ödənilməmiş 5564 ( beş min beş yüz altmış dörd ) manat borcu qalmışdır.

14. Cavabdeh Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair qanuni qüvvəsini almış məhkəmə aktı vardır, lakin cavabdeh həmin yaşayış sahəsinə köçmək istəmirdi. Eyni zamanda, digər qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən cavabdeh Cavabdeh mərhum Kəmalə Cabbarova tərəfindən 8000 ( səkkiz min ) manat kompensasiya ödəmək şərti ilə, cavabdehin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində istifadə hüququna xitam verilməsi qət edilmişdir və cavabdeh də heç vaxt həmin yaşayış sahəsinə gəlmək istəmişdir. Hazırda cavabdeh Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçmək istəyir və belə olan halda, o, da cavabdeh Cavabdeh tərəfindən ödənilmiş 5564 manat pul vəsaitini tələb edir. Kredit pul vəsaitini cavabdeh Cavabdeh ailə həyatı dövründə mərhum Kəmalə Cabbarova ilə birgə nikah müddətində götürmüş və birgə xərcləmişlər. Kredit pul vəsaitinin bir hissəsi ödənilmiş, bir hissəsi isə, yəni 5564 manat isə tərəfindən ödənilmişdir.

15. Birinci instansiya məhkəməsi mülki qanunvericliyinin tələblərinə istinad etməklə ədalətli, qanuni və əsaslı məhkəmə aktı qəbul etməli idi. Əfsuslar olsun ki, iş üzrə qəbul edilmiş məhkəmə aktı səhti və birtərəfli qəbul edilmişdir, əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsində tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla təstiq edilmişdir ki, cavabdeh və onun mərhum ( sabiq) həyat yoldaşı ilə birgə nikah müddətində kredit pul vəsaiti götürülmüş və kredt öhdəliklərinin bir qismi tərəfindən ödənilmişdir, o cümlədən kredit götürülmüş pul vəsaiti cavabdehlə onun sabiq (mərhum) həyat yoldaşının birgə nikah müddətində birgə ehtiyacları üçün sərf edilmişdir. Məhkəmə işə baxarkən işin bu halına düzgün hüquqi qiymət verməmişdi.

16. Odur ki, Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad birbirindən sonra vərəsə ola bilməzlər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Apellyator Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

28. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2008-ci il tarixli, MH ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil X3 mülkiyyətində olmuşdur. Mərhum X3 cavabdeh Cavabdeh arvadı olmuşdur. Onların arasında olan nikah ##.##.2013cü ildə Yevlax rayon qeydiyyat şöbəsində pozulmuşdur. İddiaçı 2010-cu ildə ünvan 3 ünvanında yerləşən cavabdehin keçmiş arvadı X3 mülkiyyətində olan fərdi yaşayış evini şifahi razılaşma əsasında 17000 manata satın almışdır. Bundan sonra həmin ev Kəmalə Cabbarova tərəfindən «xxxx»ın Yevlax filialında ##.##.2011-ci il tarixli kredit müqaviləsi üzrə girov qoyularaq 10000 (on min) manat kredit götürülmüşdür. Bankdan götürülmüş məbləğin 4436 (dörd min dörd yüz otuz altı) manatı mərhum X3 tərəfindən cədvəl üzrə hissə-hissə ödənilmiş, yerdə qalan kredit borcu, yəni 5564 (beş min beş yüz altmış dörd) manat məbləğində pul iddiaçı İddiaçı Möysün qızı tərəfindən 2017-2018-ci illlər ərzində ödənilərək ev girovdan azad olunmuşdur. İddiaçı həmin mənzilin mərhum X3 tərəfindən ona satılmasını, Kəmalə Cabbarova tərəfindən bankdan götürülmüş 10000 manat məbləğində pulun cavabdehlə birgə nikah döründə ailə məsrəfləri üçün xərcləmələrini əsas gətirərək ünvan 2 ünvanında yerləşən mənzilin girovdan azad olunması üçün banka ödədiyi 5564 manatı pulun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsini tələb etmiş, cavabdeh isə tələblə razılaşmamışdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. 31.Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh Cavabdeh Yevlax şəhəri Pişəvəri küçəsi *A nömrəli binanın * saylı mənzilində istifadə hüququnun olması, “xxxx“ ASC–dən mərhum X4 götürdüyü kredit pul məbləğinin cavabdeh Cavabdeh ilə birgə nikah müddətinə təsadüf etməsi, həmin məbləğin cavabdeh Cavabdeh mərhum Kəmalə Cabbarova ilə birgə ailə ehtiyaclarına sərf etmələrinə dair dəlillərinə münasibətdə qeyd edir ki, İşdə olan Yevlax rayon prokurorluğunun ##.##.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X3 verdiyi izahatında Cavabdehlə faktiki 2010-cu il tarixdə, 2013-cü il tarixdə isə rəsmi qaydada boşandıqlarını göstərmişdir. 32.Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

33. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, */**** nömrəli qərarında 4.7-ci bəndində göstərilmişdir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmiləşdirilməsindən asılı olmayaraq onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür.

34. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı ilə cavabdehin keçmiş arvadı X3 arasında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2008-ci il tarixli, MH ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzilin alqı-satqısı ilə bağlı əhəmiyyətsiz əqd bağlanmışdır. İddiaçı 2010-cu ildə ünvan 3 ünvanında yerləşən cavabdehin keçmiş arvadı X3 mülkiyyətində olan fərdi yaşayış evini şifahi razılaşma əsasında 17000 manata satın almışdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur.

34. İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair heç bir hüquq əldə etməmiş, hazırda isə həmin evin girovdan azad olunması üçün banka ödədiyi pulu cavabdehdən tələb edir.

35. Kollegiya qeyd edir ki, iddiaçı mərhum X3 tərəfindən «xxxx»ın Yevlax filialında bağlanmış ##.##.2011-ci il tarixli kredit müqaviləsi üzrə götürülmüş 10000 (on min) manat məbləğində pulun cavabdehlə birgə nikah dövründə xərclənməsini əsas gətirərək hazırkı tələblə müraciət etsədə, tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

36. Belə ki, işdə olan Yevlax rayon prokurorluğunun ##.##.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X3 verdiyi izahatında Cavabdehlə faktiki 2010-cu il tarixdən ayrı yaşadığını qeyd etmişdir.

37. Həmçinin iş materiallarında olan məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, cavabdeh Cavabdeh mübahisəli mənzildə sadəcə olaraq istifadə hüquq olmuş və həmin hüquqa kompensasiya verilməklə xitam verilməsi qət edilmişdir. Bundan başqa cavabdeh Cavabdeh ilə mərhum Kəmalə Cabbarova arasında bağlanmış nikah pozulduğundan mülki qanunvericiliyin tələbinə əsasən sonuncunun miras qalmış əmlaka dair vərəsə olması istisna olunur.

38. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad birbirindən sonra vərəsə ola bilməzlər.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

40. Məhkəmə kollegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar