Məhkəmə qərarları › İş №2(3-10)-117/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-117/2026

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-117/2026 17.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmədi, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, e-2(019)-226/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan Cavabdeh İB-nin X7 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 01 fevral 2024-cü il tarixli aktına əsasən əsassız hesablanaraq mənim **********03580 saylı abonet koduma vurulmuş 518.40 manat, ******* saylı, 21 fevral 2024-cü il tarixli aktına əsasən 777.60 manat və 2017-ci il tarixədək əsassız hesablanmış 6205.24 manat, cəmi 7501.24 (yeddi min beş yüz bir) manat 24 (iyirmi dörd) qəpik borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, e-2(014)-226/2025 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcunun silinməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh İB-nin X5 İstismar İdarəsi tərəfindən 21 fevral 2024-cü il tarixli, ******* saylı aktlara əsasən İddiaçı **********03580 saylı abonent koduna yazılmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borcun silinməsi, iş üzrə iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən 02 iyun 2025-ci il tarixdə apellyasiya şikayəti verərək, Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(014)- 226/2025-019 saylı qətnaməsinin qismən ləğv edilərək iddia ərizənin tam təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdaş rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, e-2(014)-226/2025-024 saylı qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(014)- 226/2025-019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılması qərara alınmışdır. İddiaçı 16 iyun 2025-ci il tarixdə həmin qərardaddan şikayət verərək, Ağdaş Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, e-2(014)-226/2025- 024 saylı qərardadının ləğv edilməsi, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2(014)-226/2025 saylı qərardadına əsasən İddiaçı Ağdaş Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, e- 2(014)-226/2025-024 saylı qərardadından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. İddiaçı məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(014)-226/2025-019 saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, cavabdeh orqan Cavabdeh İB-nin X7 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 01 fevral 2024-cü il tarixli aktına əsasən əsassız hesablanaraq onun **********03580 saylı abonet koduma vurulmuş 518.40 manat, ******* saylı, 21 fevral 2024-cü il tarixli aktına əsasən 777.60 manat və 2017-ci il tarixədək əsassız hesablanmış 6205.24 manat, cəmi 7501.24 (yeddi min beş yüz bir) manat 24 (iyirmi dörd) qəpik borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsi hakim Aygün Mürsəlovanın sədrliyi ilə çıxardığı xx.xx.2025-ci il e- 2(014)-226/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İB-nin X5 İstismarı İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən İddiaçı **********03580 saylı abonent koduna yazılmış 777.60 manat borcun silinməsi, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin qətnaməsinin tələbinin təmin edilməyən hissəsindən apellyasiya şikayəti versə də məhkəmənin xx.xx.2025-ci il tarixli müddətin ötürülməsi səbəbi ilə geri qaytarılmışdır. Məhkəmənin gəldiyi qənaət bundan ibarə olmuşdur ki, xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qətnamə xx.xx.2025-ci il tarixdə Elektron Elektron Məhkəmə İnformasiya Sisteminə daxil edilmiş və imzalandıqdan sonra iddiaçıya poçt vasitəsi ilə göndərilmiş, İddiaçı həmin qətnaməni poçt xəbərnaməsinə 29 aprel 2025-ci il tarixdə imza edərək qəbul etmişdir. İlk öncə bildirir ki, apellyasiya şikayəti verdiyi qətnamədən yalnız o elektron kabinetə daxil olduqdan sonra məlumatı olmuşdur. Bundan əvvəl isə qətnaməni elektron kabinetə yerləşdirilməsi ilə bağlı onun elektron poçt, SMS və s vasitələrlə məlumatı olmamışdır. Bildiyiniz kimi Azərbaycan Respublikası MPM-nin 128 və 129-cu maddələrinin tələblərinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır və Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Beləliklə məhkəmənin qeyd etdiyi qətnamənin kabinetə yerləşdirmə tarixi xx.xx.2025-ci ilə münasibətdə cümə gününə təsadüf edir və növbəti 26-xx.xx.2025-ci il tarixlər şənbə bazara düşdüyündən müddətin hesablanmsı xx.xx.2025-ci il tarixdən başlanmış, həmçinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şənbə və bazar günlərindən əlavə bayram günləri (9, 28 may) olmuş, eyni zamanda 31 may və 01 iyun şənbə bazar günləri olduğundan əvvəlki şikayət xx.xx.2025-ci il tarixdə verilmişdir. Göstərilənləri nəzərə alaraq, qətnamənin tərəfə çatdırılmasından sonrakı günlərdə qeyri iş günlərinin (qeyri iş və bayram günləri 26-27 aprel 3,4,9,10,11,17,18, 24, 25,28,31 may, 01 iyun ) çox olmasına və şikayətin verilməsi məqsədilə iş günlərində hüquqi yardımın alınmasının nəzərə alaraq, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il e-2(014)-226/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üçün nəzrədə tutulan bir aylıq prossesual müddətin üzürlü hesab edilməsini, apellyasiya şikayətinə baxılması üçün mülki işin Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Ağdaş Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli 2(014)-226/2025 saylı qərardadı ilə İddiaçı Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, e-2(014)- 226/2025-019 saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi və şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermişdir. Ağdaş Rayon Məhkəməsinin 21 fevral 2026-cı il tarixli qərardadı ilə ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli 2(014)- 226/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(014)-226/2025-019 qətnamənin kabinetə yerləşdirmə tarixi xx.xx.2025ci ilə münasibətdə cümə gününə təsadüft edir və növbəti 26- xx.xx.2025-ci il tarixlər şənbə bazara düşdüyündən müddətin hesablanmsı xx.xx.2025-ci il tarixdən başlanmış, həmçinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şənbə və bazar günlərindən əlavə bayram günləri (9, 28 may) olmuş, eyni zamanda 31 may və 01 iyun şənbə bazar günləri olduğundan əvvəlki şikayət xx.xx.2025-ci il tarixdə verilmişdir. Qətnamənin tərəfə çatdırılmasından sonrakı günlərdə qeyri iş günlərinin (qeyri iş və bayram günləri 26-27 aprel, 3,4,9,10,11,17,18,24,25,28,31 may, 01 iyun ) çox olmasın; və şikayətin verilməsi məqsədilə iş günlərində hüquqi yardımın alınmasının nəzərə alaraq, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci ile-2(014)-226/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üçün nəzrədə tutulan bir aylıq prossesual müddətin üzürlü hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmənin 01 aprel 2025-ci il tarixli, e-2(014)-226/2025 saylı qətnaməsi 25 aprel 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə daxil edilmişdir. Həmin qətnamədən İddiaçı 02 iyun 2025-ci il tarixdə şikayət vermişdir. Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, e-2(014)-226/2025 saylı qətnaməsi qəbul edildikdən sonra 25 aprel 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə daxil edilmiş və imzalandıqdan sonra iddiaçıya poçt vasitəsi ilə göndərilmiş, İddiaçı həmin qətnaməni poçt xəbərnaməsinə 29 aprel 2025-ci il tarixdə imza edərək qəbul etmiş, lakin İddiaçı göstərilən qətnamədən apellyasiya şikayətini 02 iyun 2025-ci il tarixdə elektron kabinet vasitəsilə vermişdir. Göründüyü kimi qətnamədən şikayət verilməsi müddəti ötürülmüşdür. Buna görə də Ağdaş rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, e-2(014)-226/2025-024 saylı qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(014)-226/2025-019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılmasına dair qərardad qəbul edilmişdir. İddiaçı 16 iyun 2025-ci il tarixdə həmin qərardaddan şikayət verərək, Ağdaş Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, e- 2(014)-226/2025-024 saylı qərardadının ləğv edilməsi, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, Ağdaş rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2(014)-226/2025 saylı qərardadına əsasən İddiaçı Ağdaş Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, e- 2(014)-226/2025-024 saylı qərardadından verdiyi şikayət geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Kassasiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Məhkəmə kollegiyası şikayətin məhkəmənin qeyd etdiyi qətnamənin kabinetə yerləşdirmə tarixi xx.xx.2025-ci ilə münasibətdə cümə gününə təsadüf etməsi, növbəti 26xx.xx.2025-ci il tarixlər şənbə bazara düşdüyündən müddətin hesablanmsı xx.xx.2025-ci il tarixdən başlanması, həmçinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şənbə və bazar günlərindən əlavə bayram günlərinin (9, 28 may) olması, eyni zamanda 31 may və 01 iyun şənbə bazar günləri olduğundan əvvəlki şikayət xx.xx.2025-ci il tarixdə verilməsi, qətnamənin tərəfə çatdırılmasından sonrakı günlərdə qeyri iş günlərinin (qeyri iş və bayram günləri 26-27 aprel 3,4,9,10,11,17,18, 24, 25,28,31 may, 01 iyun ) çox olmasına dair dəlillərini əsassız hersab edərək qeyd edir ki, müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamənin şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses ştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, e-2(014)-226/2025 saylı qətnaməsi 25 aprel 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə daxil edilmişdir. Həmçinin poçt vasitəsi ilə göndərilmiş, İddiaçı həmin qətnaməni poçt xəbərnaməsinə 29 aprel 2025-ci il tarixdə imza edərək qəbul etmiş, lakin İddiaçı göstərilən qətnamədən apellyasiya şikayətini 02 iyun 2025-ci il tarixdə elektron kabinet vasitəsilə vermişdir. Qətnamədən şikayət verilməsi müddəti ötürüldüyü üçün Ağdaş Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, e-2(014)-226/2025-024 saylı qərardadı ilə geri qaytarılmışdır. İddaçı həmin qərardaddan şikayət vermiş, Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2(014)-226/2025 saylı qərardadı ilə geri qaytarılmışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli e-2(014)- 226/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli e-2(014)-226/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli e-2(014)- 226/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar