Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-149/2026 14.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 və X3 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələrin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin onlara qadağan edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza tədqiqatı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Iddiaçı Iddiaçı, Iddiaçının vəkili Vəkil, Cavabdeh cavabdeh2 iştirakları ilə, Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 və X3 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələrin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin onlara qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən ## #### 2023-cü il tarixində verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ərazisində yerləşən iddiaçıya məxsus torpaq sahəsindən cavabdehlərin çıxarılması, həmin torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin onlara qadağan edilməsi və dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazid Idarəsi tərəfindən ## #### 2023-cü il tarixində verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ərazisində yerləşən 0.4089 ha torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsinin cizgiləri və kordinatları işlənmişdir. Lakin cavabdehlər cavabdeh2 və X3 həmin torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etmişlər. Cavabdehlərin həmin torpaq sahəsinə aid hər hansı bir hüquqi sənədləri yoxdur. Cavabdehlərlə dəfələrlə görüşməsinə, söhbət aparmasına baxmayaraq onlar bu əməllərini davam etdirmiş, iddiaçını öz torpağından istifadə hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmışlar. Məhz buna görədə hal-hazırkı iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 iddia tələbinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
5. Digər cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdehlərdən cavabdeh2 məhkəməyə ünvanladığı yazılı müraciətlərində və məhkəmə iclasında izahat verərək göstərdi ki, ünvan 1 Bələdiyyəsinin “Ərik yanı” adlanan ərazisində 1996-cı il torpaq islahatı zamanı 1,3 ha torpaq payının 0,34 ha hissəsinə gedən maşın yolunu, arxını və torpağının bir hissəsini cavabdeh 2 m. dərinliyində 3,5 m. enində kanal qazaraq bağlamışdır. Iddiaçı torpaqları 2013-cü ildə 3 nəfər başqa-başqa adamlardan satın alınaraq birləşdirmiş və hər tərəfini bağlamışdır. Həmçinində onların və başqa qonşuların böyük su kanalının alt tərəfindəki (1 ha pay torpağına), qonşuların bir neçə hektar torpaq sahələrinin suvarılması üçün istifadə etdikləri su arxını, həmçinin arxın üstü ilə gedib-gəldikləri piyada yollarını da traktorla sıyıraraq öz torpağına qatmışdır. Həmin su arxının və piyada gediş yolunun uzunluğu təxminən 150 metrdən çoxdur. Su kanalının bir hissəsində dərin kanal qazdıraraq çuxur yaratmışdır. Iddiaçı qazdırdığı kanalın uzunluğu 500 m-ə yaxındır. 10 ildən artıqdır ki, suvarma kanalının olmamasına görə özlərinə məxsus torpaq sahəsindən səmərəli istifadə edə bilmirlər. Nə əkmişdirsə suvara bilmədiyi üçün məhsulu batıb. Kanalın üst tərəfindən yuxarıda əkdiyi 0,34 ha torpaq sahəsinin bir hissəsini (10 sotu) və maşın yolunu qazaraq onun istifadə istifadə etməyimə faktiki əngəl yaratdığına, kanalın alt tərəfindəki 1 ha torpağının su olmaması səbəbi ilə əkdiyi məhsullarının batmasına görə, bütünlüklə 1,30 ha əkin ərazisindən Iddiaçı tərəfindən vurulmuş maddi və mənəvi ziyanın 10 il müddətinə hesablanaraq ödənilməsini xahiş edir.
7. Digər cavabdeh X3 məhkəməyə ünvanladığı yazılı müraciətlərində göstərmişdir ki, hal-hazırda ünvan 1 ərazisində 0,40 ha torpaq sahəsi vardır. Bu torpaq sahəsinin 0,15 ha hissəsini Iddiaçı zəbt etmişdir. Bu iş üzrə 2 dəfə Polis orqanlarına müraciət edilmişdir. Zəbt etdiyi 15 sot topaqda 20 top fındıq var. Həmin fındığın məhsullarını o yığır. 3 illik 20 top fındığın məhsulların dəyərini, 2 dəfə torpağın ölçülməsi üçün gətirdiyi mütəxəssislərə ödədiyi 240 manat pulun alınaraq təzminat olaraq ona ödənilməsini xahiş edir.
8. Şəki Rayon Məhkəməsinin (hakim Kamran Musayev) ##.##.2025-ci il tarixli *(***)- **/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən ## #### 2023-cü il tarixində verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ərazisində yerləşən iddiaçı Iddiaçı məxsus torpaq sahəsindən cavabdehlər cavabdeh2 və X3 çıxarılması, həmin torpaq sahəsindən iddiaçı Iddiaçı istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər cavabdeh2 və X3 tərəfindən edilən maneələrin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin cavabdehlər cavabdeh2 və X3 qadağan edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər cavabdeh2 və X3 müştərək qaydada tutularaq iddiaçı Iddiaçı ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 0,4089 ha torpaq sahəsi Iddiaçı tam mülkiyyətindədir. Həmin torpaq sahəsinə bitişik, qonşu ərazi olan 0,3321 ha torpaq sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2022-ci il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən cavabdehlər cavabdeh2, X3 və onların ailə üzvülərinin ümumi birgə mülkiyyətindədir.
Birinci instansiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunur.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26.084.2025-ci il tarixli, **/**** №-li “ekspert rəyi”dən görünür ki, iddiaçı Iddiaçı ************ reyestr nömrəli çıxarışına əsasən ünvan 1ində yerləşən xüsusi mülkiyyətdə olan 0,4089 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 654 kv.m hissəsi cavabdehlər cavabdeh2 və X3 tərəfindən zəbt edilmişdir. Cavabdehlər cavabdeh2 və X3 isə həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və qeyd edilən torpaq sahəsindən könüllü şəkildə çıxmırlar.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı mülkiyyətlərində olan ünvan 1ində yerləşən 0,4089 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması, həmin torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin onlara qadağan edilməsini tələb etməkdə haqlıdırlar.
13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehlər cavabdeh2 və X3 iddiaçınn mülkiyyətində olan ünvan 1ində yerləşən 0.4089 ha torpaq sahəsinindən çıxarılmalı, həmin torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən edilən maneələrin qaldırılmalı, həmin torpaq sahəsinə onların girişinə qadağa qoyulmalıdır.
14. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi təmin edildiyindən hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107. 115.0.1 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi ilə razılaşmır. Hesab edir ki, məhkəmə iş üzrə tam obyektiv araşdırma aparmamışdır. Məhz buna görə də apellyasiya şikayəti ilə müraciət edir.
18. Iddiaçı Iddiaçı həmin torpaq sahəsini 2013-cü ildə 3 nəfər başqa-başqa adamlardan satın alınaraq birləşdirmiş və hər tərəfini bağlamışdır. Həmçinin də onun və başqa qonşuların böyük su kanalının alt tərəfindəki (1 ha pay torpağına), qonşuların bir neçə hektar torpaq sahələrinin suvarılması üçün istifadə etdikləri dədə-bab su arxını, həmçinin arxın üstü ilə gedib-gəldikləri piyada yollarını da traktorla sıyıraraq öz torpağına qatmışdır.
19. Onun həmin torpaq sahəsinə bitişik ona və ailəsinə məxsus 0,3321 ha torpaq sahəsi mövcuddur. Iş materialarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2022-ci il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışından görünür ki, ünvan 1ində yerləşən 0,3321 ha torpaq sahəsi cavabdeh2 və ailə üzvülərinin ümumi birgə mülkiyyətindədir. Iddiaçı hesab etmişdir ki, ona məxsus torpaq sahəsinin bir hissəsi tərəfindən zəbt edilib.
20. Məhkəmə araşdırması zamanı iş üzrə mütəxəssis rəyi alınmaqla ekspertiza təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik H quuqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli “mütəxəssis rəyi”dən görünmüşdür ki, iddiaçı Iddiaçı ************ reyestr nömrəli çıxarışına əsasən Şəki rayon Baş Göynük kənd ərazisində yerləşən 0,4089 ha torpaq sahəsinin 654 kv.m hissəsi cavabdehlər tərəfindən zəbt edilib. Torpaq sahələri və zəbt edilən hissə müqayisəli sxemdə göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26.084.2025-ci il tarixli **/**** №-li “ekspert rəyi”də həmin mütəxəssis rəyi əsasında yazılmışdır.
21. Məhz işə baxan məhkəmə həmin rəyləri nəzərə alaraq iddia tələbini təmin etmişdir. Buda məhkəmənin yalnış nəticəyə gəlməsinə səbəb olmuşdur. Belə ki, Rəy hazırlayan mütəxəssis və ekspert mübahisəli əraziyə baxış aparmayıb. Mütəxəssis öz idarəsində elektron uçot bazasında əraziyə baxmaqla rəy hazırlamış və onun rəyinə uyğun ekspert rəy vermişdir. Torpaq sahələrinin elektron uçotunda bu günə kimi natamamlıq var. Bunu inzibati işlər üzrə məhkəmə mübahisələrinin çoxluğu deyir.
22. Iddiaçı ilə ona məxsus yerlərdə də sənəd üzrə və faktiki sahələr üzrə uyğunsuzluq mövcuddur. Rəyə əlavə edilmiş sxem bunu bir daha sübut edir. Belə ki, Sxemdən göründüyü kimi, onun torpaq sahəsinə giriş yoluna kimi olan məsafə 101,1 metr göstərilmiş və həmin məsafədə qarşı tərəfin torpağına ortalama 11-12 metr girdiyi göstərilmişdir. Mütəxəssis bunu nə ilə götürmüşdür. Əlbətdə ki, hər iki tərəfin çıxarışına əsasən. Iddiaçıya məxsus çıxarışda həmin məsafə 101.1 metr, qərb tərəfdən isə 126,9 metr göstərilmişdir. Ona məxsus çıxarışda da iddiaçıya tərəf olan hissə çıxarışda 101,1 metr göstərilib. Lakin yerində baxılmış olsa həmin 101,1 metr yazılmış hissə faktiki 89 metrdir. Yəni 12 metr azdır. Iddiaçının aldığı torpaq sahələrinin və ona məxsus torpaq sahələrinin qeydə alınması üçün əsas olan sənəd “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmuşdur. Ona məxsus torpaq sahəsi üzrə ilk əvvəl A№****** nömrəli sənəd mövcud olmuşdur. Həmin sənədlərdə bütün məsafələr yerində olduğu şəkildə öz əksini tapmışdır. Iş materiallarına əlavə etdiyi A№****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü” sənədindən göründüyü kimi, iddiaçı ilə onun yola qədər olan sərhəddi 87,44 metr, yolun eni 4,52 metr, yolun uzunluğu isə 28,29 metr olaraq göstərilib. Faktiki yerində baxıldıqda da həmin məsafə 1-2 metr fərq etməklə eynidir.
23. Amma bu gün daşınmaz əmlakın dövlət reyestrinin verdiyi çıxarışlarda hər iki tərəfin torpaq sahəsinin ölçüləri mövcud olandan çox yazılmışdır. Buda yekunda düzgün rəy verilməməsi ilə nəticələnmişdir.
24. Iş materiallarına əlavə edilmiş çıxarışlardan göründüyü kimi, hər iki tərəfin torpaq sahələri qeydə alınaraq müvafiq çıxarışlar verilmişdir. Ona məxsus torpaq sahəsi ##.##.2022-ci ildə, iddiaçıya məxsus torpaq sahəsi isə ##.##.2023-cü ildə qeydə alınıb. Hər iki torpaq sahəsi üzrə plan-ölçü sənədi verildiyindən üst-üstə düşmə ehtimalıda yoxdur. Hər iki tərəfin əlində olan sənədlərdə onun sahəsinə gedən yol görünməkdədir. Iddiaçı həmin yolu kanal qazmaqla öz yerinə daxil etmişdir. Tərəfindən verilmiş şikayət əsasında Bələdiyyə və polis əməkdaşları bu yolu açımışdırlar. Bu iş materiallarında olan, Bələdiyyə tərəfindən tərtib edilmiş altdan da görünməkdədir.
25. Məhz bu kimi xüsusatlara görə hesab edir ki, hər iki tərəfin çıxarışına əsasən yerində baxmaqla düzgün kordinatlar müəyyənləşməlidir. Həm TEKUIS məlumat bazasına əsasən, həm də ondan əvvəl mövcud olmuş DVJ elketron bazasına əsasən uyğunluqlar müəyyənləşməlidir. Belə olan halda həm iş üzrə düzgün nəticəyə gəlmiş olunar, həmdə iki tərəf arasında yaranacaq başqa məhkəmə mübahisələrinin qarşısı alınmış olar.
26. Onun yoldaşı birinci instansiya məhkəməsinə verdiyi etirazda da bildirmişdir. Onlar ərazilərinə iki dəfə yerində kordinatların müəyyən edilməsi üçün mütəxəssis aparmışlar. Bu zaman hər hansı bir zəbt olmadığı, əksinə qarşı tərəfin zəbt edildiyi görünmüşdür. Indi necə baxdılar ki, onlar qarşı tərəfin torpağını zəbt etmiş olmuşlar. Bu bir daha sübut edir ki, hər iki tərəfin çıxarışında uyğunsuzluq var. Onun çıxarışı ilə baxıldqıda iddiaçı zəbt etmiş olur, iddiaçının çıxarışı ilə baxıldıqda o, zəbt etmiş olur. Mütəxəssis məhz rəy hazırlayarkən bir tərəfin çıxarışı əsasında, yerində baxış etmədən rəy vermişdir. Buda rəyin natamam olmasına səbəb olmuşdur.
27. Hesab edir ki, işə baxan məhkəmə iş üzrə əhəmiyyət kəsb edən halları hər-tərəfli araşdırmadan qərar vermişdir. Beləki, iş üzrə müvafiq mütəxəssis rəyi və ekspert rəyi alsada, həmin rəy işin faktiki hallarına görə natamam olmuşdur. Hər iki tərəfin çıxarışları ilə müəyyən edilmiş torpaq sahəsinin ölçüləri naturada düzgün qeyd edilməmişdir. Buna görədə yerində baxmaqa, hər iki tərəfin torpaq sahələrinin kordinatları müəyyənləşməklə, həm TEKUIS elektron bazasına əsasən, həmdə ondan qabaq mövcud olan elektron bazasına əsasən müvafiq sxemli rəy hazırlanmalıdır. Bundan sonra iş üzrə düzgün nəticəyə gəlmiş oluna bilər.
28. Odur ki, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Iddiaçı vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh Tağıyeva (Babayeva) Nəsibə Yusif qızı cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
34. Cavabdeh Tağıyeva (Babayeva) Nəsibə Yusif qızı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.
Qərarlar:
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
39. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair * saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
41. “X6rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
42. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
46. Apellyator şikayətində Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- **/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın cavabdeh X3 qarşı təmin edilmiş, lakin sonuncu tərəfindən mübahisələndirilməmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.
47. Ona görə də məhkəmə kollegiyası Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsinin iddianın cavabdeh cavabdeh2 qarşı təmin edilmiş hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən iddianın cavabdeh cavabdeh2 qarşı təmin edilmiş hissəsində tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
49. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
50. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 0,4089 ha torpaq sahəsi iddiaçı Iddiaçı tam mülkiyyətindədir. Həmin torpaq sahəsinə bitişik, qonşu ərazi olan 0,3321 ha torpaq sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ##.##.2022-ci il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən cavabdeh cavabdeh2 və digərlərinin ümumi birgə mülkiyyətlərindədir.
51. Mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Iddiaçı mülkiyyətində olan ünvan 1ində yerləşən 0,4089 ha torpaq sahəsinin 654 kv/m hissəsi cavabdeh cavabdeh2 tərəfindən zəbt edilmişdir.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.
53. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin torpaq sahələrinin elektron uçotunda bu günə kimi natamamlığın, iddiaçı ilə ona məxsus yerlərdə də sənəd üzrə və faktiki sahələr üzrə uyğunsuzluğun mövcud olması, daşınmaz əmlakın dövlət reyestrinin verdiyi çıxarışlarda hər iki tərəfin torpaq sahəsinin ölçülərinin mövcud olandan çox yazılması, ölçülərinin naturada düzgün qeyd edilməməsi, hər iki tərəfin çıxarışında uyğunsuzluğun olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh cavabdeh2 qeyd etdiyi hallarla bağlı özünün və yaxud da iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışları məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mütəxəssisin rəy hazırlayarkən bir tərəfin çıxarışı əsasında, yerində baxış etmədən rəy verməsi, mütəxəssisin öz idarəsində elektron uçot bazasında əraziyə baxmaqla rəy hazırlaması, iş üzrə müvafiq mütəxəssis rəyi və ekspert rəyi alınsada, həmin rəyin işin faktiki hallarına görə natamam olması, düzgün rəyin verilməməsi, hər iki tərəfin torpaq sahələrinin kordinatları müəyyənləşməklə, həm TEKUIS elektron bazasına əsasən, həmdə ondan qabaq mövcud olan elektron bazasına əsasən müvafiq sxemli rəy hazırlanmalı olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, həmin qərardadın icrası üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyləri iş materiallarına əlavə edilmişdir.
55. Işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı Iddiaçı ************ reyestr nömrəli çıxarışına əsasən Şəki rayon Baş Göynük kənd ərazisində yerləşən 0,4089 ha torpaq sahəsinin 654 kv.m hissəsi cavabdehlər cavabdeh2 və X3 tərəfindən zəbt edilmişdir. Torpaq sahələri və zəbt edilən hissə müqayisəli sxemdə göstərilmişdir.
56. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinin müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:
57. Iddiaçı Iddiaçı ************ reyestr nömrəli çıxarışına əsasən ünvan 1ində yerləşən xüsusi mülkiyyətdə olan 0,4089 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 654 kv.m hissəsi cavabdehlər cavabdeh2 və X3 tərəfindən zəbt olunmuşdur. Torpaq sahələri və zəbt olunan hissə mütəxəssis rəyinə əlavə edilmiş müqayisəli sxemdə əlaqəli formada göstərilmişdir.
58. Kollegiya qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyi verilərkən istinad edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında iddiaçı Iddiaçı mülkiyyətində olan 0,4089 ha torpaq sahəsinin cavabdeh cavabdeh2 tərəfindən zəbt edilmiş 654 kv.m hissəsinin koordinatlarına və naturada ölçülərinə aydın şəkildə izah verilmişdir.
59. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün ekspertə yalnız məhkəmə qərardadının nüsxəsi deyil, hər iki tərəfin mülkiyyətlərində olan torpaq sahələrinə dair hüquqmüəyyənedici və texniki sənədlərin də əlavə edildiyi mülki iş materialları təqdim edilmiş, ekspertiza tədqiqatı zamanı hüquqların dövlət qeydiyyatını həyata keçirən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin ** saylı Şəki Ərazi Idarəsinin mütəxəssis rəyinə də istinad edilməklə, iddiaçının mülkiyyətində olan 0,4089 ha torpaq sahəsinin 654 kv.m hissəsinin cavabdeh cavabdeh2 tərəfindən zəbt edilməsi müəyyən edilmişdir.
60. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin ** saylı Şəki Ərazi Idarəsinin mütəxəssis rəyi ilə ekspertiza tədqiqatının nəticəsi əsasında verilmiş ekspertiza rəyi arasında hər hansı bir ziddiyyətin olması halı müəyyən edilməmişdir.
61. Məhkəmə kollegiyası qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Şəki Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, həmin rəylər digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasalar da, məhkəmənin qərardadı əsasında verilmiş mütəxəssis və ekspertiza rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ərazilərinə iki dəfə yerində kordinatların müəyyən edilməsi üçün mütəxəssis aparmaları, bu zaman hər hansı bir zəbtin olmadığının, əksinə qarşı tərəfin zəbt etdiyinin görünməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh cavabdeh2 tərəfindən bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
63. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
64. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər Üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin VII hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
65. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
66. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi vacib hesab edir ki, məhkəmənin mötəbər sübutlar qismində istinad etdiyi mütəxəssis və ekspertiza rəyləri ilə cavabdeh cavabdeh2 tərəfindən iddiaçı Iddiaçı mülkiyyətində olan 0,4089 ha torpaq sahəsinin cəmi 654 kv.m hissəsinin zəbt edilməsinin müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin cavabdeh cavabdeh2 iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt etmədiyi 3435 kv/m hissəsindən də çıxarılmalı olmasına dair gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
67. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 2008-ci il ## #### və M.Şahverdiyevanın şikayəti üzrə 2013-cü il ## #### tarixli Qərarları).
68. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddianın cavabdeh cavabdeh2 qarşı təmin edilmiş iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 3435 kv/m hissəsindən cavabdeh cavabdeh2 çıxarılması, 3435 kv/m torpaq sahəsindən iddiaçı Iddiaçı istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması və 3435 kv/m torpaq sahəsindən istifadəyə hər hansı maneəçiliyin törədilməsinin cavabdeh cavabdeh2 qadağan edilməsi hissələrində birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinin tələblərinə cavab verməməklə, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, həmin hissədə iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmamaqla, birinci instansiya məhkəməsi qeyd edilən hissədə iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirməmişdir.
69. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdeh cavabdeh2 qarşı təmin edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən ## #### 2023-cü il tarixində verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ərazisində yerləşən iddiaçı Iddiaçı məxsus torpaq sahəsinin 3435 kv/m hissəsindən cavabdeh cavabdeh2 çıxarılması, 3435 kv/m torpaq sahəsindən iddiaçı Iddiaçı istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması və 3435 kv/m torpaq sahəsindən istifadəyə hər hansı maneəçiliyin törədilməsinin cavabdeh cavabdeh2 qadağan edilməsi hissələrində ləğv edilməli, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməli, iddiaçı Iddiaçı cavabdeh cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələrin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin ona qadağan edilməsi”nə dair iddia tələbi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən ## #### 2023-cü il tarixində verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ərazisində yerləşən iddiaçıya məxsus torpaq sahəsinin 3435 kv/m hissəsindən cavabdeh cavabdeh2 çıxarılması, 3435 kv/m torpaq sahəsindən iddiaçı Iddiaçı istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması və 3435 kv/m torpaq sahəsindən istifadəyə hər hansı maneəçiliyin törədilməsinin cavabdeh cavabdeh2 qadağan edilməsi hissələrində rədd edilməli, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
70. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdeh cavabdeh2 qarşı təmin edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən ## #### 2023-cü il tarixində verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ərazisində yerləşən iddiaçı Iddiaçı məxsus torpaq sahəsinin 3435 kv/m hissəsindən cavabdeh cavabdeh2 çıxarılması, 3435 kv/m torpaq sahəsindən iddiaçı Iddiaçı istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması və 3435 kv/m torpaq sahəsindən istifadəyə hər hansı maneəçiliyin törədilməsinin cavabdeh cavabdeh2 qadağan edilməsi hissələrində ləğv edilsin. Ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilsin. Iddiaçı Iddiaçı cavabdeh cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələrin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin ona qadağan edilməsi”nə dair iddia tələbi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən ## #### 2023-cü il tarixində verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ərazisində yerləşən iddiaçıya məxsus torpaq sahəsinin 3435 kv/m hissəsindən cavabdeh cavabdeh2 çıxarılması, 3435 kv/m torpaq sahəsindən iddiaçı Iddiaçı istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması və 3435 kv/m torpaq sahəsindən istifadəyə hər hansı maneəçiliyin törədilməsinin cavabdeh cavabdeh2 qadağan edilməsi hissələrində rədd edilsin. Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.