Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-168/2026 23.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin * saylı X10 Mərkəzi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə barpa və iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin ləğv edilməsi, işə barpa və iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi, qüvvə) Hakimlər X9 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin nümayəndəsi X1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin * saylı X10 Mərkəzinin direktoru X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin * saylı X10 Mərkəzi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə barpa və iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidməti arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin rəisi Ramik Əşrəfovun ## #### 2025-ci il tarixli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2025-ci il tarixli əmək mqaviləsiə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin * saylı X10 Mərkəzində meşə mühafizə mühəndisi vəzifəsinsdə işləmişdir. Iş üzrə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidməti ## #### 2025-ci il tarixli əmri ilə qanunsuz və əsassız olaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam vermişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidməti ## #### 2025-ci il tarixli əmri qanunsuz və əsassızdır. Belə ki, o, ## ##### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixindək xəstəliyi ilə əlaqədar olaraq ambulator müalicədə olmuşdur. ## #### 2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin * saylı X10 Mərkəzinin direktoru Fizuli Məmmədov ona işə çıxdığı ## #### 2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin rəisi Ramik Əşrəfovun yanında olmaq lazımdır və bu məqsədlə də Bakı şəhəri gəlməli olduğunu bildirmişdir. ## #### 2025-ci il tarixdə istifadəsində olan avtomobil ilə, dərhal Mərkəzin direktoru Fizuli Məmmədovun göstərişinə uyğun olaraq Bakı şəhərinə - Meşələrin Inkişafı Xidmətinə getmişdir. Orada Xidmətin rəisi Ramik Əşrəfovla, Mərkəzin direktoru Fizuli Məmmədov, Xidmətin Kadrlar şöbəsinin işçisi Gülnaz adlı şəxsin iştirakı ilə görüşmüşdür. Sonuncu, Mərkəzin direktoru Fizuli Məmmədov, Xidmətin Kadrlar şöbəsinin işçisi Gülnaz adlı şəxsin yanında ondan ərizə yazaraq işdən çıxmağını tələb etmiş, əks təqdirdə isə onu öz istəyinə uyğun olaraq işdən çıxaracağını bildirmişdir. O isə, Xidmətin rəisi Ramik Əşrəfova heç bir pozuntuya yol vermədiyini və bu səbəbdən də onun istəyi doğrultusunda ərizə yazaraq işdən çıxmayacağını bildirmişdir. Bundan sonra, Xidmətin rəisi Ramik Əşrəfovun otağını tərk edərək iş vaxtından xeyli müddət keçdiyi üçün yaşadığı Qax rayonuna qayıtmışdır. ## #### 2025-ci il tarixdə vəzifəsinii icra etmək üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin * saylı X10 Mərkəzinin inzibati binasına daxil olaraq, işçilərin giriş və çıxışının qeydiyyatı aparılan kitabdan imza etmişdir. Həmin gün işdə olmuşdur. ## #### 2025-ci il tarixdə yenə də vəzifəsini icra etmək üçün işdə olduğu zaman ona əmək intizamını pozduğu üçün gün ərzində Həmkarlar Ittifaqı Komitəsində onun işdən azad olunmağı məsələsinə baxılacağı bildirilmişdir. O isə hansı əsasla əmək intizamını pozduğu qənaətinə gəlindiyini soruşduqda, ona bildirildi ki, ## #### 2025-ci il tarixdə işdə olmamışdır. Halbu ki, o, Mərkəzin direktoru Fizuli Məmmədovun göstərişinə uyğun olaraq Bakı şəhərinə - Meşələrin Inkişafı Xidmətinə getmiş və orada Xidmətinin rəisi Ramik Əşrəfovla görüşmüş və bu səbəbdən işdə olmamışdır. ## #### 2025- ci il tarixdə yenə də vəzifəsinii icra etmək üçün işə getdiyi zaman ona bildirildi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidməti ilə aralarında bağlanmış əmək müqaviləsinə Xidmətin rəisi Ramik Əşrəfovun əmrinə əsasən xitam verilmişdir. Əmrin surəti həmin gün də ona təqdim olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ## #### 2025-ci il tarixli əmrindən də göründüyü kimi onun əmək müqaviləsinə hansı əsasla Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsini müəyyən etmək mümkün deyildir. O, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından heç birini törətməmişdir.
3. Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəfəq Cəfərova) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Məşələrin Inkişafı Xidmətinin əmək müqaviləsinin ləğv edilməsi haqqında ## #### 2025-ci il tarixli, ***/ü nömrəli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin * saylı X10 Mərkəzində meşə mühafizə mühəndisi vəzifəsinə işə bərpa edilməsi, ## #### 2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 65.1, 65.5, 68.1, 68.2, 70, 71.2, 71.3, 83.1, 83.2, 186.1, 186.2, 192, 194 və 300.1ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə ## #### 2025-ci il tarixli MŞB/*/****- ***** nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya xərci olan 50 manat onun tərəfindən ödənilmişdir ## #### 2025-ci il tarixli aktdan görünür ki, * saylı X10 Mərkəzinin Şəki rayonu üzrə meşə mühafizə mühəndisi İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixinədək xəstəliyi ilə əlaqədar olaraq ambulator müalicədə olmuş və bununla bağlı Mərkəzə ##.##.2025-ci il tarixində xəstəlik vərəqəsi təqdim etmişdir. Rinad Hüseynovun ambulator müalicəsi ##.##.2025-ci il tarixində bitdiyi üçün o, ##.##.2025-ci il tarixindən işə çıxmalı olduğu halda heç bir üzrlü səbəb olmadan həmin tarixdə bütün iş günü işə çıxmamışdır. Aktın doğruluğunu * saylı X10 Mərkəzinin baş meşəbəyi direktor müavini X8, məşlərin mühafizəsi üzrə baş mühəndisi X6 və kadr işləri üzrə baş mütəxəssisi X3 öz imzaları ilə təsdiq etmişlər. “xxxx” publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş NV*********** nömrəli, ##.##.2025-ci il tarixdə xəstəlik vərəqəsindən görünür ki, X4 “I10 – Arterial Hipertoniya” və “I20.8 – Stabil gərginlik stenokardiyası” diaqnozları qoyulmuş, həmin şəxs ##.##.2025–##.##.2025 tarixləri aralığında ambulator rejimdə əmək funksiyalarının icrasından azad edilmiş, bu dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi tibbi qurumun kardioloqu X7 tərəfindən mərhələli şəkildə təsdiq olunmuş və əmək qabiliyyətinin bərpası tarixi kimi ##.##.2025-ci il qeyd edilmişdir. * saylı X10 X20 Komitəsinin Iclasının ## #### 2025-ci il tarixli, ** nömrəli protokolundan görünür ki, Meşələrin Inkişafı Xidmətinin rəisi cənab Ramik Əşrəfovun ##.##.2025-ci il tarixli *- **/**/*-***/**** nömrəli təqdimatına baxılmış, Mərkəzinin Şəki fayonu üzrə meşə mühafizə mühəndisi İddiaçı ##.##.2025-ci il tarixində bütün iş günü işə gəlməməsi üzrsüz hesab edilmiş və Mərkəzinin Şəki rayonu üzrə meşə mühafizə mühəndisi İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsinə * saylı X10 X20 Komitəsi tərəfindən razılıq verilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Məşələrin Inkişafı Xidməti tərəfindən verilmiş # #### 2025-ci il tarixli əmrdən görünür ki, * saylı RMTM-nin Şəki rayonu üzrə meşə mühafizə mühəndisi X5 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respubli9kasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ##.##.2025-ci il tarixdən ləvğ edilmişdir. ## ###### 2025-ci il tarixindəki keçirilən məhkəmə iclasında şahid qismində iştirak edən X2 qeyd etmişdir ki, iddiaçını Bakı şəhərinə o dəvət emişdir. O, iddiaçının xəstəliyə görə işdə olmadığından xəbərdar olmuş lakin # #### 2025- ci il tarixdə işə çıxamalı olduğunan məlumatı olmamışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, o , Bakı şəhərində keçirilən iclasda iştirak etmiş, iddiaçıyada bakı şəhərinə gəlməyini təklif edərək işdə qalmaq üçün rəhbər şəxslə görüşməyi tövsiyyə etmişdir. Iddiaçıya gələn ## #### 2025-ci il tarixli zənglərdən görünür ki, ona Füzuli müəllim adlı şəxsdən saat 11:56 və 12:12 de zənglər gəlmişdir. Eyni zamanda həmin şəx ona Idarədəki Gülnaz adlı şəxsin yanına yaxınlaşmağı, daha sonra isə Namiq adlı şəxsin qəbuluna yaxınlaşmağı təklif edilmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidməti аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidməti apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, * saylı X10 Mərkəzinin Şəki rayonu üzrə meşə mühafizə mühəndisi İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək xəstəliyi ilə əlaqədar olaraq ambulator müalicədə olmuş və bununla bağlı ##.##.2025-ci il tarixində Mərkəzə xəstəlik vərəqəsi təqdim etmişdir. İddiaçı ambulator müalicəsinin ##.##.2025-ci il tarixində bitməsinə və ##.##.2025-ci il tarixində işə başlamalı olmasına baxmayaraq, o, qeyd edilən tarixdə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. * saylı RMTM-in ##.##.2024-cü il tarixli, ***/Ü nömrəli əmri ilə təsdiq edilmiş “* saylı X10 X11 Qaydaları”nın 5-ci hissəsinə əsasən, hər bir işçi bu Qaydaların tələblərinə əməl etməli, müxtəlif bəhalələrlə, o cümlədən “xəstəlik” adı ilə tez-tez işdən yayınmamalıdır, işçi hər hansı səbəblə işə çıxmadıqda əvvəlcədən bu barədə bilavasitə rəhbərinə və kadr işləri üzrə baş mütəxəssisə məlumat verməlidir, işçi işə çıxmama səbəbinin üzrlü olmasını müvafiq sənədlə əsaslandırmalıdır. Bu halda işə çıxmamasının səbəbinin üzrlü olmasını təsdiq edən müvafiq sənədi Mərkəzə təqdim etməlidir. Bütün iş günü üzrsüz işə çıxmama iş buraxma hesab edilir və bu hal işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi üçün əsasdır. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmə işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, İddiaçı ##.##.2025-ci il tarixində heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməyərək əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Bununla da, iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. * saylı RMTM-in direktoru Fizuli Məmmədovun İddiaçı Bakıya getməsini təklif etməsi, R.Hüseynovun bu təklifi məhz Əmək Məcəlləsinin və X16 normalarını pozması ilə yerinə yetirməsinə əsas vermir. Belə ki, F.Məmmədov məhkəmə iclasında verdiyi izahata əsasən də, F.Məmmdəov R.Hüseynovun bülleten müddətinin bitdiyi bilməmiş, ona bu təklifi edərkən iş gününün olmadığını zənn etmişdir. R.Hüseynovun işəgötürəni Meşələrin Inkişafı Xidməti olduğundan F.Məmmədov bu təklifi etmişdir. F.Məmmədov R.Hüseynovun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər hansı səlahiyyəti olmadığından məhkəmənin qeyd edilən fikri “(Bir yandan iddiaçının Bakı şəhərinə getməsinə təşəbbüs göstərilmiş, digər tərəfdən isə həmin gün onunla əmək münasibətlərinə xitam verilmişdir”) subyektiv mülahizələrə əsaslanaraq, sübut əhəmiyyətli olmamışdır. Məhkəmənin İddiaçı başqa intizam tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı fikri də mülahizə xarakterlidir. Belə ki, əmək qanunvericiliyi bütün iş günü işə gəlməməyi kobud pozuntu sayır və buna görə də işəgötürənə işçi ilə əmək müqaviləsinə xitam vermək hüququ verir. Hansı intizam tənbehinin seçilməsi isə işəgötürənin öz səlahiyyətinə aiddir. Qeyd edilən fakt kobud pozuntu olduğundan işəgötürən Əmək Məcəlləsinin tələblərinə riayət edərək, heç bir maddi və prosessual hüquq normalarını pozmayaraq İddiaçı əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə isə qeyd edilən faktı və qanunvericiliyin tələblərinə əmək olunması hallarını nəzərə almayaraq, yalnız subyektiv fikirlərə üstünlük vermiş, məsələyə obyektiv yanaşmamışdır.
8. Ona görə də, Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və idianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və idianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin * saylı X10 Mərkəzinin direktoru X2 apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 65-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65-ci maddəsinin 5-ci bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186.1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
17. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
18. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidməti Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ## #### 2025-ci il tarixdə işdə olmalı olsa da, işdə olmamışdır. Lakin məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləyə işgötürən tərəfindən obyektivlik, ədalətlilik prinspinlərinə əməl etmədən xitam verilmişdir. Belə ki, işçinin niyyəti əmək münasibətlərinin davam etdirilməsi olmuş, bu məqsədlə Bakı şəhərinə gedərək işəgötürən idarənin rəhbəri ilə görüşmək istəmişdir, üstəlik ona rəhbər şəxslə görüşməyə çalışdığı idarənin vəzifəli şəxsi Füzuli Məmmədov da ona danışıqlar aparmaq üçün Bakı şəhərinə getməyi təklif etmişdir. Əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə maddi cəhətdən çətinliklə üzləşəcəyi üçün işçinin bu addımı atması normal qarşılanır, bu hal onun əmək intizamını kobud şəkildə pozduğu anlamına gəlmir. Həmçinin həmin maddə ilə əmək münadibətlərinə xitam verilib-verilməməsi işəgötürənin səlahiyyətində olmuş olsa da, işəgötürən məhz əmək münasibətlərinə xitam vermək qərarına gəlmişdir, baxmayaraq ki, o, iddiaçı barəsində digər intizam tənbeh tədbiridə tətbiq edə bilərdi. Iddiaçını rəhbər şəxslə görüşməyinə təşəbbüs göstərmiş şəxs Füzuli Məmmədovun onun barəsində keçirilmiş iclasda bu barədə mövqe göstərməməsi, məlumat verməməsi iddiaçıya qarşı laqeyd münasibət göstərildiyini bəyan edir. Bir yandan iddiaçının Bakı şəhərinə getməsinə təşəbbüs göstərilmiş, digər tərəfdən isə həmin gün onunla əmək münasibətlərinə xitam verilmişdir. Şahidin özünün bəyan etdiyi izahatından da görünür ki, iddiaçı məhz onun çağırışı ilə iş günü işə getmədən birbaşa Bakı şəhərinə yola düşmüşdür. Iddiaçının özünün də verdiyi izahatından da görünür ki, onun niyyəti xəstəlik vərəqəsini (bülleten) xəstəxanadan götürərək iş yerinə təqdim etmək olmuş, bu məqsədlə xəstəxanaya getmişdir. Həmin sənədi xəstəxanadan götürdükdən sonra ona Füzuli Məmmədov zəng edərək Bakı şəhərinə getdiyini demiş, ona da iş də qalmaq məsələsini həll etmək üçün Bakıya getməyi təklif etmişdir. O da göstərişə uyğun olaraq Bakı şəhərinə yollanmışdır. Beləliklədə iddiaçının iş günü ərzində işdə olmaması onun təqsiri nəticəsində baş verməmişdir.Bu əsaslara görə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Məşələrin Inkişafı Xidmətinin əmək müqaviləsinin ləğv edilməsi haqqında ## #### 2025-ci il tarixli, ***/ü nömrəli əmri ləğv edilməli, iddiaçı İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin * saylı X10 Mərkəzində meşə mühafizə mühəndisi vəzifəsinə işə bərpa edilməli, işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilməlidir.
22. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
25. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidməti tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.