Məhkəmə qərarları › İş №2(3-10)-196/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-196/2026

05.08.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-196/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı zəbt olunmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: “zəbt olunmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qaytarılması” tələbi, ləğv, qismən təmin) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı zəbt olunmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Xəlitli kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-*** saylı dövlət aktı (kod 40804038) ilə ailə üzvləri ilə ümumi-birgə mülkiyyətdə olan 1,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən qanunsuz istifadə edilən 0,57 ha hissəsinin boşaldılıb ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** nömrəli qərarı ilə Göyçay rayonunun Xəlitli kəndində ona və ailə üzvlərinə 1,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən torpağın mülkiyyətə verilməsinə dair JN- *** saylı dövlət aktı (kod 40804038) islahatdan sonra ona təqdim edilmişdir. Mülkiyyətində olan torpaq sahəsinə hüququnun yenidən qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Ucar Ərazi Idarəsinə müraciət etmiş və həmin idarənin əməkdaşları torpaq sahəsini ölçərkən müəyyən olunmuşdur ki, torpaq sahəsinin 0,57 ha hissəsi onların istifadəsində deyil. Mülkiyyətində olan 1,81 ha torpaq sahəsinin 0,57 ha hissəsi cavabdeh Cavabdeh qanunsuz istifadəsindədir.

3. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ilə (sərdlik edən hakim: Elçin Qurbanov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Göyçay rayonunun Xəlitli kənd ərazisində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN- *** saylı dövlət aktı (kod 40804038) ilə ailə üzvləri ilə ümumi-birgə mülkiyyətində olan 1,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən qanunsuz istifadə edilən 0,57 ha hissəsinin boşaldılaraq qaytarılması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsini, iddiaçı İddiaçı 100 manat ekspertiza tədqiqatının dəyərinin alınaraq dövlət nəfinə keçirilməsini qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.4, 139.1 , 139.3 , 140, 146.8, 148.2, 149.2, 152.1, 152.5, 178.1 , 238.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 111, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunununn 2, 5, 16.6-cı maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işə əlavə edilmiş JN-*** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Göyçay rayon Aqrar Islahatı Komissiyasının ##.##.1998-ci il tarixli ** nömrəli qərarı ilə mülkiyyətçi Göyçay rayonu Xəlitli kənd sakini İddiaçı və onun ailə üzvləri X3, X7 və X6 Göyçay rayon Xəlitli kəndində 1.81 ha torpaq sahəsi verilmişdir. Işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay rayonu, Xəlitli kəndində yerləşən 7.6 ha torpaq sahəsi ##.##.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqəsində Göyçay rayonu Yeniarx bələdiyyəsinin adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay rayonu, Xəlitli kəndində yerləşən 7.2306 ha torpaq sahəsi ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqəsində Göyçay rayonu Yeniarx bələdiyyəsinin adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay rayonu, Xəlitli kəndində yerləşən 1,81 ha torpaq sahəsi ##.##.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Işə əlavə edilmiş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin mütəxəssis rəyindən görünür ki, 1. Elektron baza məlumatlarında təqdim olunan TEKUIS məlumatlarına əsasən JN-*** saylı Dövlət Aktı (kod 40804038) əsasında İddiaçı və ailə üzvlərinə verilmiş kənd təsərrüfatı təyinatlı 1.81 ha torpaq sahəsinin sərhədləri yerdə müəyyən edilmişdir. 2 . Hüquqların X8 daşınmaz əmlakın Dövlət reystrindən ************ nömrəli çıxarışla Göyçay rayonu Yeniarx bələdiyyəsinin adına tərtib edilmiş, kənd təsərrüfatı təyinatlı 7.23 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. O, cümlədən baxış zamanı Cavabdeh naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 0.77 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. 3. Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən ************ nömrəli çıxarışla Göyçay rayonu Yeniarx bələdiyyəsinin adına tərtib edilmiş, kənd təsərrüfatı təyinatlı 7.23 ha torpaq sahəsi ilə elektron bazada təqdim edilən TEKUIS məlumatlarında göstərilən Torpağa mülkiyyət hüququna dair JN-*** saylı Dövlət Aktı (kod 40804038) əsasında İddiaçı və ailə üzvlərinə verilmiş kənd təsərrüfatı təyinatlı 1.81 ha torpaq sahəsi tamamilə üst-üstə düşür. 4. TEKUIS məlumatlarında göstərilən Torpağa mülkiyyət hüququna dair JN-*** saylı Dövlət Aktı (kod 40804038) əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, kənd təsərrüfatı təyinatlı 1.81 ha torpaq sahəsi Qəhrəmanov (Məlikov göstərilmşidir) Mürşüd Eldar oğlunun baxış zamanı naturada göstərdiyi, faktiki istifadəsində olduğunu bildirdiyi 0.77 ha torpaq sahəsinin 0.40 ha hissəsi ilə üst-üstə düşür. Əlavə olaraq bildirilmişdir ki, ************ nömrəli çıxarışla Göyçay rayonu Yeniarx bələdiyyəsinin adına tərtib edilmiş, kənd təsərrüfatı təyinatlı 7.23 ha torpaq sahəsinin 1.50 ha hissəsi istisna olmaqla 5.73 ha hissəsi TEKUIS məlumatlarında xüsusi mülkiyyətə verilmiş JN- 192A, JN-193, JN-194, JN-199A, JN-199V, JN-198, JN-*** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları göstərilmişdir. Işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2023-cü il tarixli, **/**** saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin mütəxəssis rəyinə və mütəxəssis rəyinə əlavə olunmuş sxemə əsasən, Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən ************ nömrəli çıxarışla Göyçay rayony Yeniarx bələdiyyəsinin adına tərtib edilmiş, kənd təsərrüfatı təyinatlı 7.23 ha torpaq sahəsi ilə elektron bazada təqdim edilən TEKUIS məlumatlarında göstərilən Torpağa mülkiyyət hüququna dair JN-*** saylı Dövlət Aktı (kod 40804038) əsasında İddiaçı və ailə üzvlərinə verilmiş kənd təsərrüfatı təyinatlı 1.81 ha torpaq sahəsi tamamilə üst- üstə düşür. Eyni zamanda mütəxəssis rəyinə əsasən, iddiaçı İddiaçı və ailə üzvlərinə JN-*** saylı dövlət aktına (kod 40804038) əsasən verilmiş Göyçay rayonu Xəlitli kəndində yerləşən 1,81 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.40 ha hissəsi Cavabdeh istifadəsindədir. Işə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki,aparılmış tədqiqatın dəyəri 100 manatdır. Işə əlavə edilmiş Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2-1(116)- ***/**** saylı qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin ** saylı Ucar Ərazi Idarəsinə qarşı “Göyçay rayonu Yeniarx bələdiyyəsinin adına verilmiş ************ nömrəli hüquqların X8 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın torpağa mülkiyyət hüququna dair JN-*** saylı dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan 1,81 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadına görə iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə inzibati məhkəmə icraatı qaydasında Göyçay rayonu Yeniarx bələdiyyəsinin ##.##.2017-ci il tarixli ** nömrəli qərarını mübahisələndirməli,həmin iddia müsbət həll olunduqdan və qərarın ləğvinə nail olduqdan sonra isə sözügedən torpaq sahəsinə dair tərtib edilmiş çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda isə) analoji iddia tələbi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etməlidir.Yəni,iddia olunan torpaq sahəsi üzərində digər subyektin mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından,həmin qeydiyyat ləğv edilmədən iddiaçının mülkiyyət hüququnun qeydiyyatı aparıla bilməz. Işə əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı İddiaçı vəkili Vəkil Şəki Inzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir. Işə əlavə edilmiş Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli,2-1(116)- ****/**** saylı qərarından görünür ki, iddia təmin edilmiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2017-ci il tarixli ** nömrəli qərarı “Torpağa mülkiyyət hüququna dair” JN-*** saylı Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.81 ha torpaq sahəsi ilə üst üstə düşən hissədə ləğv edilməsi qərara alınmışdır.

6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, Şəki Inzibati məhkəməsinə “Göyçay rayonu Yeniarx bələdiyyəsinin adına verilmiş ************ nömrəli hüquqların qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın torpağa mülkiyyət hüququna dair JN-*** saylı dövlət aktına əsasən onun və ailə üzvlənin mülkiyətində olan 1,81 ha torpaq sahəsi ilə üst üstə düşən hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə iddia tələbi ilə müraciət etmiş və həmin məhkəmənin ##.##.2024 il tarixli qərardadı ilə iddia tələbi mümkünsüz sayılmış və göstərilmişdir ki, istinad olunan çıxarışdan və A****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təstiq edilmiş sürətlərindən görünür ki, Göyçay rayonu Xəlitli kəndində yerləşən 7,6 ha torpaq sahəsi üzərində Göyçay rayonu Yeniarx bələdiyyəsinin mülkiyyət hüququ Göyçay rayonu Yeniarx bələdiyyəsinin ##.##.2017-cı il tarixli ** nömrəli qərarı əsasında qeydə alınmışdır.Ona görədə iddiaçı, arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə inzibati məhkəmə icraatı qaydasında Göyçay rayonu Yeniarx bələdiyyəsinin ##.##.2017-ci il tarixli ** nömrəli qərarının mübahisələndirməli, həmin iddia müsbət həll olunduqdan və qərarın ləğvinə nail olduqdan sonra sözügeden torpaq sahəsinə dair tərtib edilmiş çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyatına alınması ilə bağlı cavabdeh orqana, müraciət təmin edilmədikdə (və ya cavabsız saxlandığda isə) analoji iddia tələbi ilə Şəki Inzibati məhkəməsinə müraciət etməlidir. Şəki Inzibati məhkəməsinin qərardadına müvafiq olaraq o, iddia ərizəsi ilə Şəki Inzibati məhkəməsinə müraciət edərək Göyçay rayonu Yeniarx bələdiyyəsinin ##.##.2017-cı il tarixli ** nömrəli qərarında nəzərdə tutulmuş 7.6 ha torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-*** saylı dövlət aktına əsasən onun şəxsi mülkiyyətdə olan 1,81 ha torpaq sahəsi ilə üstüstə düşən hissəsində ləğv edilməsi barədə iddia tələbi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin ##.##.2025 il tarixli qərarı ilə iddia tələbinin tam təmin olunaraq Göyçay rayonu Yeniarx bələdiyyəsinin ##.##.2017-cı il tarixli ** nömrəli qərarında nəzərdə tutulmuş 7.6 ha torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-*** saylı dövlət aktına əsasən onun şəxsi mülkiyyətdə olan 1,81 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilməsi qərara alınmışdır.Qeyd olunan qərar qanuni qüvvəsini aldıqdan sonra tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın dövlət Kadastırı və Reyesteri Publik Hüquqi şəxsin ** saylı Ucar Ərazi idarəsinə müraciət edərək Göyçay rayonu Yeniarx bələdiyyəsinin adına verilmiş ## ####### 2018 ci il tarixli ************ nömrəli Hüquqların X8 Daşınmaz əmlakın dövlət Reyesterindən çıxarışın qismən, torpağa mülkiyyət hüququna dair JN-*** saylı dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan 1,81 ha torpaq sahəsi ilə üst üstə düşən hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, o, məhkəmə prosesində qeyd olunan faktları məhkəmənin nəzərinə çatdırsa da məhkəmə iş üçün zəruri olan bu faktlara heç bir hüquqi qiymət verməmiş tez tələsik və qanunsuz qərar çıxarmışdır.Hesab edir ki, işin bu halında məhkəmə işin baxılmasını Daşınmaz Əmlakın dövlət Kadastırı və Reyesteri Publik Hüquqi şəxsin ** saylı Ucar Ərazi idarəsində onun müraciətinə, Göyçay rayonu Yeniarx bələdiyyəsinin adına verilmiş ## ####### 2018 ci il tarixli ************ nömrəli Hüquqların X8 Daşınmaz əmlakın dövlət Reyesterindən çıxarışın qismən, torpağa mülkiyyət hüququna dair JN-194saylı dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan 1,81 ha torpaq sahəsi ilə üst üstə düşən hissədə ləğv edilməsi barədə qərar qəbul edilənə qədər təxirə salmalı idi. Çox təəssüflər olsun ki, məhkəmə işə baxarkən qeyd olunan qanununvericiliyin tələblərini pozmuş və nəticədə iş üçün əhəmiyyətli olan həm maddi həm də prosessual hüquq pozuntusuna yol vermişdir. Bundan başqa məhkəmə kollegiyasının nəzərinə onu da çatdırır ki, məhkəmə işə baxarkən işin faktiki hallarını tam araşdırmamış və nəticədə qeyri-qanuni qətnamə çıxarmışdır. Belə ki,tərəfindən məhkəməyə Şəki Inzibati məhkəməsinin ##.##.2025 il tarixli qərarı və ona müvafiq olaraq Daşınmaz Əmlakın dövlət Kadastırı və Reyesteri Publik Hüquqi şəxsin ** saylı Ucar Ərazi idarəsi tərəfindən ona verilən mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ##.##.2025 il tarixli , qeydiyyat nömrəsi ********** olan Reyestrdən çıxarışı məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə iş üçün zəruri və böyük əhəmiyyətə malik olan fakta heç bir hüquqi qiymət verməmişdir.

8. Odur ki, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən müstəqil tələb ireəli sürməyən üçüncü şəxs Göyçay rayonu Yeniarx bələdiyyəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilib-edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin İ və II hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ ,II və III hissələrinə görə Hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.4-cü maddəsinə görə mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipidir. Həmin məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü madəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 146.8-ci maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

16. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 66-cı maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

23. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

24. Apellyasiya şikayəti verən iddiaçı İddiaçı Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

26. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.

27. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçı mübahisə predmeti torpaq sahəsi üzərində mülkiyyət hüququnun ona məxsus olduğunu irəli sürür. Məhkəmə iş üzrə alınmış mütəxəssis və ekspert rəyinə əsasən müəyyən etmişdir ki, Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən ************ nömrəli çıxarışla Göyçay rayonu Yeniarx bələdiyyəsinin adına tərtib edilmiş, kənd təsərrüfatı təyinatlı 7.23 ha torpaq sahəsi ilə elektron bazada təqdim edilən TEKUIS məlumatlarında göstərilən Torpağa mülkiyyət hüququna dair JN-*** saylı Dövlət Aktı (kod 40804038) əsasında İddiaçı və ailə üzvlərinə verilmiş kənd təsərrüfatı təyinatlı 1.81 ha torpaq sahəsi tamamilə üst-üstə düşür, TEKUIS məlumatlarında göstərilən Torpağa mülkiyyət hüququna dair JN-*** saylı Dövlət Aktı (kod 40804038) əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, kənd təsərrüfatı təyinatlı 1.81 ha torpaq sahəsi Cavabdeh baxış zamanı naturada göstərdiyi, faktiki istifadəsində olduğunu bildirdiyi 0.77 ha torpaq sahəsinin 0.40 ha hissəsi ilə üst-üstə düşür, ************ nömrəli çıxarışla Göyçay rayonu Yeniarx bələdiyyəsinin adına tərtib edilmiş, kənd təsərrüfatı təyinatlı 7.23 ha torpaq sahəsinin 1.50 ha hissəsi istisna olmaqla 5.73 ha hissəsi TEKUIS məlumatlarında xüsusi mülkiyyətə verilmiş JN-192A, JN-193, JN-194, JN-199A, JN-199V, JN- 198, JN-*** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları göstərilmişdir.Sonradan məhkəmə baxışında müəyyən edilmişdir ki,iddiaçı İddiaçı və ailə üzvlərinin Göyçay rayonu Xəlitli kəndində sahəsi 1,81 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları hüquqların X8 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə ##.##.2025-ci ildə (ailə üzvlərinin isə ##.##.2025-ci ildə) qeydiyyata alınmışdır.Göründüyü kimi məhkəmə predmeti olan torpaq sahəsi üzərində həm iddiaçı İddiaçı,həm də mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayonu Yeniarx bələdiyyəsinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə nəzərə alır ki, Göyçay Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli,*(***)- ***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Ucar Ərazi Idarəsinə qarşı Göyçay rayonu Yeniarx Bələdiyyəsinin adına verilmiş ************ nömrəli hüquqların X8 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Inzibati Məhkəmənin icraatında olan inzibati iş üzrə qəbul ediləcək məhkəmə aktı qüvvəyə minənədək hazırki mülki iş üzrə icraat dayandırılmış və Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli,*-*(***)-***/**** saylı qərardadı ilə həmin iddia tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. Şəki Inzibati Məhkəməsinin ##.##.2024- cü il tarixli,*-*(***)-***/**** saylı qərardadında qeyd edilmişdir ki, «iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə inzibati məhkəmə icraatı qaydasında Göyçay rayonu Yeniarx bələdiyyəsinin ##.##.2017-ci il tarixli ** nömrəli qərarını mübahisələndirməli,həmin iddia müsbət həll olunduqdan və qərarın ləğvinə nail olduqdan sonra isə sözügedən torpaq sahəsinə dair tərtib edilmiş çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda isə) analoji iddia tələbi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etməlidir.Yəni,iddia olunan torpaq sahəsi üzərində digər subyektin mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından,həmin qeydiyyat ləğv edilmədən iddiaçının mülkiyyət hüququnun qeydiyyatı aparıla bilməz. X2 Məhkəməsinin ##.##.2024-cü il tarixli,*-*(***)-***/**** saylı qərardadında iddiaçıya ardıcıllığa uyğun müraciət etməsi tövsiyyə edilməsinə baxmayaraq, Göyçay rayonu Yeniarx bələdiyyəsinin ##.##.2017-ci il tarixli ** nömrəli qərarı mübahisələndirildikdən və iddianın təmin olunması barədə Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli,*-*(***)-****/**** saylı qərarı qəbul olunduqdan sonra müvafiq müraciətlər edilməmişdir,yəni məhkəmə predmeti olan torpaq sahəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayonu Yeniarx bələdiyyəsinin mülkiyyət hüquqları dövlət qeydiyyatında qalmaqdadır. Belə olan halda isə,məhkəmə hesab edir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə (bu barədə məhkəmə qərarı qəbul olunmayınca) , həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan,mübahisə predmeti olan torpaq sahəsi üzərində Göyçay rayonu Yeniarx bələdiyyəsinin mülkiyyət hüquqları tanınmalı və onun tərəfindən həmin torpaq sahəsinin bir hissəsinin cavabdeh Cavabdeh istifadəsinə verilməsi nəzərə alınmalı, iddia hüquqi əsası olmadığından təmin edilməməlidir.

28. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

29. Belə ki, işdə olan Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarına əsasən İddiaçı iddiası təmin edilmiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2017-ci il tarixli ** nömrəli qərarı “Torpağa mülkiyyət hüququna dair” JN-*** saylı Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.81 ha torpaq sahəsi ilə üst üstə düşən hissədə lğv edilmişdir.

30. Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra Daşınmaz Əmlakın dövlət Kadastırı və Reyesteri Publik Hüquqi şəxsin ** saylı Ucar Ərazi idarəsi tərəfindən mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ##.##.2025 il tarixli, qeydiyyat nömrəsi ********** olan İddiaçı və onun ailə üzvlərinin adına Çıxarış alınmışdır.

31. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması üçün icrааt dаyаndırılmış və mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinə mütəxəssislərinə həvalə edilmişdir.

32. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin ## #### 2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, ************ reyestr nömrəli, ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların X8 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı və digərlərinin ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 1.81 ha torpaq sahəsinin 0.42 ha hissəsinin cavabdeh Cavabdeh tərəfindən istifadə olunduğu baxış zamanı müəyyən edilmişdir.

33. Bundan başqa işdə olan müstəqil tələb ireəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən təqdim edilmiş sorğuya cavabda qeyd edilmişdir ki, vətəndaş İddiaçı adına ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ##.##.2025-ci il tarixli hüquqların X8 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bununla əlaqədar olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus torpaq ehtiyyatlarından vətəndaş İddiaçı mülkiyyətinə verilmiş ölçüdə, 1.81 ha sahədə azalma aparılmışdır.

34. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı zəbt olunmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Göyçay rayonu Xəlitli kəndində yerləşən iddiaçı İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsi cavabdeh Cavabdeh tərəfindən boşaldılıb iddiaçıya qaytarılsın. Iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar