Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-2/2026 06.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(033)-865/2025 nömrəli qətnaməsinin izah edilməsinə dair mülki iş üzrə (Açar sözlər: Qeyri-mümkün hesab edilmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(033)-865/2025 nömrəli qətnaməsinin izah edilməsi barədə Cavabdeh nümayəndəsi Nümayəndə oğlinin ərizəsi üzrə Zaqatala Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, e-2(033)-865/2025 nömrəli qərardadından Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətinin mümkünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X2 verilmiş Zaqatala rayonu, Mazıx kəndində yerləşən 0.1161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, e-2(033)-865/2025 saylı qətnaməsi ilə, iddia təmin edilmiş, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X1 mülkiyyətinə verilmiş Zaqatala rayonu Mazıx kəndində yerləşən 0.1161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manatın onun özünə aid edilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(033)-865/2025 nömrəli qətnaməsinin nəticə (qət etdi) hissəsində göstərilən, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X2 verilmiş Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,1161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dedikdə, X1 adma tərtib edilmiş A 460901 nömrəli plan-ölçü sənədində göstərilən (əks) olunan torpaq sahəsindənmi bəhs edilir, yoxsa yox, məsələsinə (sualına) aydınlıq və müəyyənlik gətirərək, izah verilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, e-2(033)-865/2025 nömrəli qərardadına əsasən, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(033)-865/2025 nömrəli icra sənədinin izah edilməsi barədə Cavabdeh nümayəndəsi Nümayəndə ərizəsi təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən şikayət verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, e-2(033)-865/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş yeni redaksiyalı MPM-in 361-ci maddəsində apelyasiya şikayətinin məzmununa dair əsaslar göstərilmiş və həmin maddədə yalnız qətnamə deyil, məhkəmə aktlarından verilmiş şikayət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 15.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı.363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Şikayətdən görünür ki, Cavabdeh nümayəndəsi Nümayəndə şikayət üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmiş, Cavabdeh nümayəndəsi Nümayəndə şikayətin məzmun və forma tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavədə apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Göründüyü kimi, qanunverici şikayətdə apelyasiya şikayəti verən şəxsin ad (fiziki və ya hüquqi şəxsin), soyad (fiziki şəxsin), ata adı (fiziki şəxsin), şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) (fiziki şəxsin VÖEN (hüquqi şəxsin və ya fərdi sahibkar statusuna malik fiziki şəxsin), ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan), elektron poçt ünvanı, mobil telefon nömrəsi (və ya nömrələri), apellyasiya şikayəti verən şəxsin işdə prosessual vəziyyəti, apellyasiya şikayəti vəkil tərəfindən verildikdə vəkilin adı, soyadı, ata adı, ünvanı (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan), elektron poçt ünvanı, mobil telefon nömrəsi (və ya nömrələri), fəaliyyət forması, fərdi qaydada, vəkillik qurumu tərkibində vəkillik qurumunun adı, orderin nömrəsi və tarixi, apellyasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsinin adı, soyadı, ata adı, ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan), elektron poçt ünvanı, mobil telefon nömrəsi (və ya nömrələri), etibarnamə (və ya səlahiyyəti təsdiq edən digər sənəd), etibarnamənin nömrəsi, kim tərəfindən təsdiq edilmişdir, verilmə tarixi, qüvvədə olma müddəti, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, qətnaməni və ya qərardadı qəbul etmiş birinci instansiyası məhkəməsinin adı, qətnamə və ya qərardadın tarixi və nömrəsi, şikayət olunan qətnamə və ya qərardadın alınma tarixi, mübahisənin predmeti, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər, apellyasiya şikayəti verən şəxsin tələbinin göstərilməsini müəyyən etmişdir. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, e-2(033)-865/2025 nömrəli qərardadına əsasən, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(033)-865/2025 nömrəli icra sənədinin izah edilməsi barədə Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2 saylı əlavəsinə uyğun tərtib edilməli olduğu halda, verilmiş şikayət həmin forma tələblərinə cavab vermir. Ona görə də qeyd edilənlər şikayətin qeyri-mümkün hesab edilməsi üçün əsasdır. Həmçinin məhkəmə kollegiyası müəyyən etmişdir ki, Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət həm özü həm də nümayəndəsi tərəfindən fiziki olaraq imzalansa da, elektron qaydada imzalanmamışdır. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 10-1.3-cü maddəsindən görünür ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Zaqatala Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunan hallara diqqət yetirməmiş, şikayətin MPM-in 361 və 363-cü maddəsinin tələblərinə uyğun qaydada verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Zaqatala Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, e-2(033)-865/2025 nömrəli qərardadından Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(3-10)-2/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-2/2026
06.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver