Məhkəmə qərarları › İş №2(3-10)-201/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-201/2026

21.05.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-201/2026 21.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi “sağlamlıq imkanları məhdud olan şəxsə qulluq etmə faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “sağlamlıq imkanları məhdud olan şəxsə qulluq etmə faktının müəyyən edilməsi” tələbinə dair, rədd) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi nümayəndə2 iştirakı ilə, Ərizəçi Ərizəçi “sağlamlıq imkanları məhdud olan şəxsə qulluq etmə faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Ərizəçi Ərizəçi sağlamlıq imkanları məhdud olan şəxsə qulluq etmə faktının müəyyən edilmə tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib “anadangəlmə spastik serebral iflic, mikrosefaliya” xəstəliyindən əziyyət çəkən ##.##.2002-ci il təvəllüdlü X1 doğulduğu gündən öldüyü günədək olan müddətdə (##.##.2002-ci il tarixdən ##.##.2012-ci il tarixədək) heç bir yerdə əmək fəaliyyəti ilə məşğul olmadan qulluq etmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılır ki, Babayev Arzu Qaraş oğlu ilə birgə nikahından doğulmuş ##.##.2002-ci il təvəllüdlü X1 “anadangəlmə spastik serebral iflic, mikrosefaliya” xəstəliyindən əziyyət çəkmiş və xəstəliyi səbəbindən ##.##.2012-ci il tarixdə vəfat etmişdir. Uşaq onlarla birlikdə Bakı şəhərində yaşamış və xəstəliyi ilə əlaqədar daimi qulluğa möhtac olmuşdur. Babayev Arzu Qaraş oğlu daxili işlər orqanlarında xidmətdə olduğu üçün uşağa özü qulluq edilmiş və bu səbəbdən əmək fəaliyyəti ilə məşğul olmaq imkanı olmamışdır. ##.##.2002-ci il təvəllüdlü X1 qulluq etdiyi müddətin əmək pensiyası təyin edilməsi üçün nəzərə alınan sığorta stajına daxil edilməsi məqsədilə “anadangəlmə spastik serebral iflic, mikrosefaliya” xəstəliyindən əziyyət çəkən ##.##.2002-ci il təvəllüdlü X1 doğulduğu gündən öldüyü günədək olan müddətdə (##.##.2002-ci il tarixdən ##.##.2012-ci il tarixədək) heç bir yerdə əmək fəaliyyəti ilə məşğul olmadan qulluq etmə faktının müəyyən edilməsini tələb edir.

3. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) ərizə təmin edilmiş, ərizəçi Ərizəçi 16 yaşınadək əlil uşağı, ##.##.2002-ci il təvəllüdlü X1 ##.##.2002-ci il tarixdən ##.##.2012-ci il tarixədək olan müddətdə qulluq etməsi faktının müəyyən edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən «Əmək pensiyaları haqqında» AR Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1 və 308-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işdə olan Bakı şəhəri Icra Hakimiyyəti MKTI *** saylı MTK tərəfindən verilmiş ##.##.2025ci il tarixli ** saylı arayışlara əsasən Ərizəçi Bakı şəhəri, Yeni Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi ** saylı binanın 86-cı mənzilində yaşayır. Işdə olan AZ-İ ***** nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən ##.##.2002-ci il təvəllüdlü X1 Ərizəçi və Babayev Arzu Qaraş oğlundan törəmişdir. Işdə olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ** saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası ##.##.2007-ci il tarixli ****** nömrəli arayışına əsasən ##.##.2007-ci il tarixdə ** saylı TSEK-də müayinə olunan ##.##.2002-ci il təvəllüdlü X1 xəstəliyi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “16 yaşa qədər uşaqlara sosial pensiya almaq hüququ” verən tibbi göstərişlərin əsas meyarlarının 3.1-ci bəndinə uyğun olduğundan ona 16 yaşa qədər pensiya almaq hüququ verilmişdir. Işdə olan AZ-İ ****** nömrəli “ölüm haqqında” şəhadətnamənin surətinə əsasən X1 ##.##.2012-ci il tarixdə “anadangəlmə spastik serebral iflic, mikrosefaliya” xəstəliyi səbəbindən Bakı şəhərində ölmüşdür. Işdə olan AR DIN Bakı şəhəri Yasamal RPI tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 55/2- ***** saylı Arayışa əsasən Babayev Arzu Qaraş oğlu ##.##.2000-ci il tarixdən daxili işlər orqanlarında, ##.##.2022-ci il tarixdən hal-hazırkı vaxtadək Bakı şəhəri, Yasamal RPI TŞ-nin rəisi vəzifəsində xidmət edir. Işdə olan AR ƏƏSMN DSMF tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 3-17-1/2- ******/**** saylı məlumatda bildiriilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun # ##### 2019-cu il tarixidək qüvvədə olmuş 19.1.4-cı maddəsinə əsasən əmək pensiyaçılarına İ qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün 11 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavə hesablanmış və sonra qeyd edilən əlavə əvəzinə AR Prezidentinin ## ##### 2019-cu il tarixli *** nömrəli Fərmanına əsasən “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə AR Prezidentinin təqaüdü” təsis edilmiş və hazırda məbləği 120 manat müəyyən edilmişdir.Ərizəçi Ərizəçi və həyat yoldaşı Babayev Arzu Qaraş oğlu əmək pensiyaçısı olmadığından əlil uşağa qulluğa görə əmək pensiyasına əlavə almaq hüquqları olmamış, həmçinin ərizəçinin övladı ## ###### 2012-ci il tarixində vəfat etdiyindən ona qulluq edən şəxsə təqaüd təyin edilməsi mümkün olmamışdır.

6. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, ərizəçinin iddia ərizəsinin məzmunundan görünür ki, sağlamlıq imkanları məhdud övladına qulluq etdiyi dövrün sığorta stajına daxil edilməsidir. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, ərizəçi Ərizəçi sağlamlıq imkanları məhdud olan şəxsə qulluq etmə faktının müəyyən edilmə tələbi sığorta stajının hesablanması ilə əlaqədar olduğundan hüquqi əhəmiyyət kəsb edir. Bildirilir ki, sığorta stajının hesablanması və təsdiqi əmək pensiyasının təyin edilməsi mərhələsində hüquqi əhəmiyyət kəsb edir. Belə ki, ərizəçi ƏrizəçiÇingiz qızı ##.##.1986-cı il təvəllüdlüdür. Göründüyü kimi, Ərizəçipensiya hüququ yaranmadığından hal-hazırda sığorta stajının müəyyən olunması hüquqi nəticə doğurmur. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, ərizəçi Ərizəçi Babayev Arzu Qaraş oğlu ilə birgə nikahından doğulmuş “anadangəlmə spastik serebral iflic, mikrosefaliya” xəstəliyindən əziyyət çəkən 16 yaşınadək əlil uşağı, ##.##.2002-ci il təvəllüdlü X1 doğulduğu gündən öldüyü günədək olan müddətdə (##.##.2002-ci il tarixdən ##.##.2012-ci il tarixədək) qulluq etmiş və həmin müddətdə heç bir yerdə əmək fəaliyyəti ilə məşğul olmamışdır. Məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X1 ##.##.2006-cı il tarixindən 16 yaşınadək əlil uşaqlar üçün nəzərədə tutulan sosial müavinət təyin edilmiş və həmin müavinət onun qəyyumu kimi vətəndaş Babayev Arzu Qaraş oğluna ##.##.2012-ci il tarixinədək ödənilmişdir. Belə ki, sosial müavinətin qəyyumu kimi A.Babayevə ödənilməsi halı faktiki olaraq göstərir ki, həmin dövr üzrə sosial təmin münasibətlərində qulluq edən şəxs kimi tanınan subyekt ata A.Babayev olmuşdur və gələcəkdə staj hüququnun yaranması ehtimalı məhz onunla bağlıdır. Hazırki məhkəmə qətnaməsi ilə ana Ərizəçi mərhum övladı R.Babayevaya qulluq faktının müəyyən edilməsi gələcəkdə bir stajdan iki nəfərin sui-istifadə etməsinə gətirib çıxaracaqdır.

8. Odur ki, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Vəkil tərəfindən etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etdi.

11. Ərizəçi Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 21.1-ci maddəsinə əsasən (##.##.2017-ci ilədək qüvvədə olmuş redaksiyada) qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.4-cü maddəsinə əsasən (##.##.2017-ci ilədək qüvvədə olmuş redaksiyada) bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan 1-ci qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti sığorta stağına daxil edilir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

17. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

18. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

19. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

21. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır.

22. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.

23. Işdə olan ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X1 ##.##.2006-cı il tarixindən 16 yaşınadək əlil uşaqlar üçün nəzərədə tutulan sosial müavinət təyin edilmiş və həmin müavinət onun qəyyumu kimi vətəndaş Babayev Arzu Qaraş oğluna ##.##.2012-ci il tarixinədək ödənilmişdir.

24. Bundan başqa, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, mərhum X1 görə ##.##.2006-cı il tarixindən ##.##.2012-ci il tarixinədək qəyyumu Babayev Arzu Qaraş oğluna sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara görə sosial müavinat ödənilmişdir.

25. Göründüyü kimi sosial müavinətin qəyyumu kimi A.Babayevə ödənilməsi halı faktiki olaraq göstərir ki, həmin dövr üzrə sosial təmin münasibətlərində qulluq edən şəxs kimi tanınan subyekt ata A.Babayev olmuşdur.

26. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ərizəni təmin edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və ərizə təmin edilməməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Ərizəçi “sağlamlıq imkanları məhdud olan şəxsə qulluq etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar