Məhkəmə qərarları › İş №2(3-10)-223/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-223/2026

17.03.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-223/2026 17.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə və cavabdeh tərəfindən evdən istifadəyə yaradılmış maneələrə qadağa qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmədi, qüvvə) X5 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə və cavabdeh tərəfindən evdən istifadəyə yaradılmış maneələrə qadağa qoyulması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2(046)-1255/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa olunması ilə bağlı Cavabdeh ərizəsinin təmin edilməməsinə dair Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli e-2(046)-1255/2025 nömrəli qərardadından Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə3) tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Göyçay Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2(046)-1255/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Göyçay rayonu, Mırtı kəndində yerləşən 0,2997 ha torpaq sahəsinin üzərində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan fərdi yaşayış evə köçürülməsi və Cavabdeh həmin evdən istifadə edilməsinə yaratdığı maneələrə qadağa qoyulması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2(046)-1255/2025 saylı qətnaməsi 20 oktyabr 2025-ci il tarixdə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 Göyçay Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2(046)-1255/2025 saylı qətnaməsindən apellyasiya şikayəti müddətinin bərpa edilməsi barədə ərizəsi və apellyasiya şikayəti 16 dekabr 2025-ci il tarixdə məhkəməyə elektron qaydada daxil olmuşdur. Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli e-2(046)-1255/2025 nömrəli qərardadı ilə Göyçay Rayon Məhkəməsinın 09 oktyabr 2025-ci il tarixli 2(046)- 1255/2025 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 ərizəsinin təmin edilməməsi, apellyasiya şikayətinin cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 qaytarılması qərara alınmışdır. Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə3) qeyd olunan qərardadla razılaşmayaraq şikayət vermişdir. Göyçay Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli e-2(046)-1255/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli e- 2(046)-1255/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsində göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)-1255/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Göyçay rayonu, Mırtı kəndində yerləşən 0,2997 ha torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan fərdi yaşayış evə köçürülməsi və Cavabdeh həmin evdən istifadə edilməsinə yaratdığı maneələrə qadağa qoyulması qət edilmişdir. Məhkəmə qətnaməsi cavabdehə poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə rəsmi olaraq təqdim edilmişdir. Cavabdeh apelyasiya şikayətini xx.xx.2025 və xx.xx.2025-ci il tarixlər qeyri iş günləri olduğundan xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə Göyçay Rayon Məhkəməsinə rəsmi təqdim etmişdir. Bundan əlavə o xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixlərdə ölkə xaricində (Çexiya Respublikasında) olduğundan apellyasiya şikayətini elektron məhkəmə sistemi vasitəsi ilə verə bilməmişdir. (Elektron məhkəmə sistemi ölkə xaricində çalışmır). Cavabdeh apellyasiya şikayətini verdiyinə görə o apellyasiya şikayətini məhkəməyə verməmişdir. Lakin məhkəmə Cavabdeh apellyasiya şikayətini Şəki Apellyasiya Məhkəməsinə göndərmədiyinə görə o təkrar olaraq qətnamədən apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Göstərilənlərə əsasən qətnamədən verilən apellyasiya şikayəti müddətinin ötürülməsini üzrlü hesab edilməsini və Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)- 1255/2025 nömrəli qətnaməsindən verilən apellyasiya şikayətinin verilmə müddətini bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinın 09 oktyabr 2025-ci il tarixli 2(046)-1255/2025 saylı qətnaməsi 20 oktyabr 2025-ci il tarixdə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 məxsus şəxsi elektron kabinetinə yerləşdirilmiş, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət üzürlü səbəbdən buraxılmasına dair mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 məhkəmə iclas zalında xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair izahatını nəzərə alaraq onun X2 vasitəsi ilə xx.xx.2025-ci il tarixə, saat 00:00-dək şikayət göndərə biləcək imkanı olmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, ərizə təmin olunmamalı, ərizəyə əlavə edilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şiakyət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Kassasiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi lenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Məhkəmə Kollegiyası tərəfindən iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən edilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb, hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli e-2(046)-1255/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli e-2(046)- 1255/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə3) tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli e-2(046)-1255/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar