Məhkəmə qərarları › İş №2(3-10)-230/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-230/2026

14.07.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-230/2026 14.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (açar sözlər: Torpaq mübahisələri - mülkiyyətin müdafiəsi və zəbt edilmiş torpaq sahəsindən çıxarılma) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi və vəkili vəkil2, Cavabdeh - Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyətin müdafiəsi və zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi”nə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan JN *** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 1998-ci il ## ######## tarixli ** saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.48 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X22, X7 və X8 adına dövlət aktı qeydiyyat kitabında 598 nömrə ilə qeydiyyata alınmışdır.

2. İş materiallarında olan ##.##.2004-cü il tarixli müqavilənin surətindən görünür ki, Göyçay rayon Qarabaqqal kəndində yaşayan X22 rayonu Qarabaölar kəndində müvəqqəti yaaşayan İddiaçı ##.##.2000-ci il *** nömrəli dövlət aktına və ##.##.2004-cü il ** nömrəli arayışına əsasən Göyçay rayon Qarabaqqal kəndində 0.31 ha torpaq sahəsində yerləşən meyvə bağını İddiaçı satmışdır.

3. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlər Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında xxxxndən çıxarışın surətindən görünür ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsi ##.##.2009-cu il tarixdə xxxxndə * nömrəli reyestr kitabının ** nömrəli vərəqəsində İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

4. İş materiallarında olan ##.##.2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Göyçay rayon Qarabaqqal kəndində yaşayanlar X3, Əmirahova Əntiqə İsmayıl qızı, X4 və X12 gələcəkdə “satıcılar” adlanan bir tərəf və Göyçay rayonu, Çayarxı kəndində yaşayan Cavabdeh gələcəkdə “alıcı” adlanan digər tərəf həmin müqaviləni: Satıcılar xxxx Xidmətinin Ucar rayon ərazi idarəsinin ##.##.2011-ci il tarixli **/**** nömrəli arayışına, ##.##.2011-ci il tarixli MA******* nömrəli Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında xxxxndən çıxarışına əsasən Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0.4138 ha torpaq sahəsini alıcıya satdılar. Satıcılar daşınmaz əmlakı 80 (səksən) manata satdılar, alıcı isə həmin qiymətə aldı.

II. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh mülkiyyətindəki Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi Göyçay Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ##.##.2000-ci il tarixli, JN*** nömrəli Dövlət Aktı əsasında ona ayrılmış, sonradan həmin topraq sahəsinə dair MH ******* nömrəli xxxxndən çıxarış verilmişdir. Uzun müddət həmin topraq sahəsindən giriş-çıxış yolunun tutulması səbəbi ilə istifadə edə bilməmişdir. Buna görə də hazırki iş üzrə cavabdehlə aralarında məhkəmə çəkişməsi olmuşdur. Şəki Apellyasiya Məhkəməsində aralarında olan mübahisəyə baxılarakən ekspertiza təyin olunmuş, mütəxəssislərin və ekspertin iştirakı ilə tədqiqatlar aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli **/**** saylı rəyi ilə müəyyən olunmuşdur ki, ona məxsus torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə olunur. Hazırda da o mülkiyyətindəki torpaq sahəsindən istifadə edə bilmir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı torpağı Yasamən Hüseynovadan alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Həmin vaxt Yasamən Hüseynovada xəritə olmuş, o, iddiaçıya torpağı satanda harada yerləşdiyini göstərmişdir. Sonra həmin ərazi yenidən TEKUİS-AzCad ilə ölçülmüş və uyğunsuzluq aşkar edilmişdir. İddiaçı İddiaçı bundan istifadə edərək tez bir zaman bələdiyyə ilə alqı-satqı müqaviləsi bağlamış və gəlib torpağa dair məhkəmədə mübahisə qaldırmışdır. 2019-cu il tarixdə həmin torpaq sahəsinə çıxarış alınmış və bəlli olmuşdur ki, sözügedən torpaq kənar şəxsin torpağı olmuşdur. Sənədlər düzgün olsay idi torpağın koordinatları tapılmalı, sonra isə çıxarış verilməli idi. Həmin əraziyə çox yoxlama gəlib getmiş, hər dəfə tələb etmişdir ki, ərazidə onun koordinatları tapəlmalıdır. Tələbi ondan ibarətdir ki, faktiki torpaq sahəsi ilə əldə olan sənədlərlə uyğunsuzluq təşkil edir, o kiminsə səhvi ucbatından əziyyət çəkir, öz torpağına sənəd ala bilmir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 izahat verərək bildirmişdir ki, cavabdeh Cavabdeh həmsərhəd torpağa sənəd ala bilmir. İddiaçı göstərdiyi torpaqdan istifadə etmir. Mütəxəssis rəydə göstərmişdir ki, ərazidə olan torpaq sahəsində arx olduğuna görə çatışmamazlıq vardır. İddiaçının əslində cəmi 0.25 ha torpaq sahəsi var. Mütəxəssis rəyində uyğunsuzluq mövcuddur.

10. Birinci instansiya məhkəməsinin iclasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X2 İdarə tərəfindən verilmiş mütəxəssis rəyinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, DWJ və TEKUİS-AzCad koordinatları göstərilmiş, xəritədə ağ rəngdə qeyd olunan hissədən Cavabdeh istifadə edir. Bu DWJ torpaq islahatının nəticələrini özün də əks etdirən kompleks yerquruluşu layihəsinin xəritəsi əsasında göstərilmişdir. Mütəxəssis rəyində yanlışlığa yol verilmiş, iddiaçıya məxsus torpaq sahəsini cəmi 0.17 ha hissəsini cavabdeh, 0.04 ha hissəsini isə başqa bir şəxs istifadə edir.

11. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X23 izahat verərək bildirmişdir ki, alqı-satqıda o, iştirak etmişdir. O vaxtı iddiaçıya satdığı torpaq cavabdehin torpağı ilə qonşuluqda olmamışdır. Həmin torpaqdan 1 il müddət istifadə edərək satmışlar. Torpağın yerini iddiaçıya əri göstərmişdir. Sonradan İddiaçı torpağın yerinin düzgün göstərilib-göstərilməməsi ilə bağlı onlara müraciət etməmişdir.

12. Göyçay Rayon Məhkəməsinin (hakim Gülnaz Qurbanova) ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq iddiaçı İddiaçı məxsus Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul iddiaçıya aid edilməsi, ekspertizasının keçirilməsinə sərf edilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı və cavabdeh Cavabdeh arasında müştərək qaydada alınaraq dövlət nəfinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci, 111-ci maddəsinin 1 və 2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1 və 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 14.2, 77, 78.1, 80, 81, 217.3, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən apellyasiya şikayəti verilmişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ...məhkəmə gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, “İddiaçı İddiaçı mülkiyyətində olan 0.17 ha torpaq sahəsinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququna malik olduğundan, pozulmuş mülkiyyət hüququ bərpa edilməli, mülkiyyət hüququnun müdafiəsi təmin edilməli, iddiaçı İddiaçı məxsus Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh çıxarılaraq iddiaçıya təhvil verilməli, bununla da iddia qismən təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir.” İddiaçının məhkəməyə təqdim etdiyi hüquqmüəyyənedici və texniki sənədlər mötəbər sübut hesab oluna bilməz. Belə ki, iddiaçının tələbinin predmeti Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsidir və iddiaçı həmin torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını təsdiq edən ilkin sənəd kimi ##.##.2000-ci il tarixli, JN*** nömrəli Dövlət Aktına, təkrar hüququnun qeydə alınmasasının əsası kimi MH ******* nömrəli xxxxndən çıxarışa istinad edir. Əvvəla mübahisəli torpaq sahəsi Göyçay rayonunun Qarabaqqal kəndində deyil, rayonun Çayarxı kəndində yerləşir. Daha sonra işdə olan sənədlərlə təsdiq olunur ki, iddiaçı ##.##.2000-ci il tarixli, JN*** nömrəli Dövlət Aktında hüquq subyekti deyil. Həmin dövlət aktı X22 və onun ailə üzvlərinə islahat zamanı verilmiş torpaq sahəsinin hüquq müəyyənedici sənədidir. İddiaçı ## ###### 2004-cü il tarixdə Göyçay rayon Notariat Kontorunda müqavilə bağlayaraq *** saylı dövlət aktında göstərilən, Göyçay rayonunun Qarabaqqal kəndində 0,31 ha torpaq sahəsində yerləşən meyvə bağını 900 000 manata X22 almışdır və 2019-cu ilə kimi sonuncunun ona təhvil etdiyi Çayarxı kəndi ərazisində dəyirmanın arxası adlanan ərazidə yerləşən torpaq sahəsindən istifadə etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi İdarəsinin ## ###### 2025-ci il tarixli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində göstərilir ki, çıxarışla iddiaçı İddiaçı mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 0.3104 ha torpaq sahəsi ilə bağlı ##.##.2009-cu i tarixdə tərtib edilmiş ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlar JN-***F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.27 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür. ##.##.2009-cu il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla (##.##.2009-cu il tarixli ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi) İddiaçı mülkiyyətinə verilmiş 0.3104 ha torpaq sahəsinin şərq və qərb hissəsi arxa düşməklə qalan 0.19 ha hissəsi cavabdeh Cavabdeh tərəfindən istifadə olunur. TEKUİS-AzCad məlumatlarında göstərilən ************ reyestr nömrəli çıxarışla (sənəd üzrə sahəsi 0.31 ha, faktiki sahəsi 0.21 ha) İddiaçı mülkiyyətinə verilmiş faktiki sahəsi 0.21 ha olan torpaq sahəsinin baxış zamanı cavabdeh Cavabdeh tərəfindən istifadə edildiyi göstərilmişdir. Həmin rəyi vermiş mütəxəssis X2 məhkəmədə işlədiyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi qismində izahat verərək mütəxəssis rəyində yanlışlığa yol verildiyini, iddiaçıya məxsus 0.21 ha torpaq sahəsininin zəbt olunduğunu, 0.17 ha hissəsindən onun, digər 0.04 ha hissəsinin isə başqa şəxslər tərəfindən istifadə olunduğunu bildirmişdir. Göründüyü kimi iddiaçının təqdim etdiyi sənədlə onun mülkiyyətində olan 0,31 ha torpaq sahəsinin onun torpaq sahəsinin yerləşdiyi ərazidə olması sübut olunmur. Bu hal da onun, iddiaçının torpaq sahəsinin onun torpaq sahələrinin yerləşdiyi ərazidə yerləşməməsi barədə göstərdiyi dəlilləri təsdiq edir. Mütəxəssis rəyi mübahisələndirilsə də məhkəmə sübutları hərtərəfli və tam tədqiq etməmiş, sübutlara obyektiv və qərəzsiz qiymət verməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhəkəməsin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı iddiaçı İddiaçı tərəfindən yazılı etiraz verilmiş, həmin etirazda qeyd edilmişdir ki, Göyçay rayonu Aqrar İslahat Komissiyası həmin torpaq sahəsinin xüsusi mülkiyyət verilməsi ilə bağlı ##.##.1998-ci il tarixli ** nömrəli qərarı ilə JN*** nömrəli ##.##.2000-ci il tarixli Dövlət aktını tərtib etmiş, ##.##.2000-ci il tarixli qərarında həmin torpaq sahəsinin ümumi ölçüsünün cizgi daxilində 0,48 ha olmasını, nüsxələrdən birinin X22ma, birinin Göyçay rayon torpaq şöbəsinə verildiyi göstərmiş, həmin qərarla verilmiş qaimədə 1664,50 kv.metr sahənin əkin sahəsi olması, 3104,08 kv.metr sahənin çoxillikəkmə-meyvə bağı olması, eyni zamanda çoxillikəkmənin qarşısına “Satıldı” qeydi əlavə edilmiş, sənəd iki dövlət qurumunun möhürü ilə möhürlənmiş və imzalanmışdır. Eyni zamanda mənə satılan 3104,08 kv.metr torpaq sahəsinin dəqiq koordinatları müvafiq sənədlərdə işlənmişdir. Daha sonra, yəni ##.##.2004-cü il tarixdə notarial qaydada bağlanılmış müqavilə əsasında X22 ##.##.2000-ci il tarixli *** №-li Dövlət aktına və Göyçay rayon torpaq şöbəsinin ##.##.2004cü il tarixli ** №-li arayışına əsasın ona məxsus olduğunu bildirdiyi Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən meyvə bağını mənə həmin dövrün ekvivalenti ilə doqquz yüz min manat pul qarşılığında satmış və torpağın pulunu bütünlüklə aldığını göstərmişdir. Qeyd edir ki, cavabdeh Cavabdeh torpaq sahəsinə və sənədlərə dair yanlış məlumatlar daxil etdiyi öz apellyasiya şikayətində göstərdiyi kimi ərazi Göyçay rayonu, Çayarxı kəndində olmamış, həmin dövrdə hər kəndin ayrıca bələdiyyələri olmuşdur. 0,3104 ha torpaq sahəsi ##.##.2009cu il tarixli MH seriyalı ******* nömrəli xxxxndən Çıxarışla mənim mülkiyyətimə verilmişdir. xxxx xidmətinin ** saylı Ucar ərazi idarəsinin 15.04.20219-cu il tarixli məktubundan və 14.08.20219-cu il tarixli məktubundan göründüyü kimi, MH seriyalı ******* nömrəli xxxxndən Çıxarışla mülkiyyətimdə olan 0,3104 ha torpaq sahəsinin naturada tanıdılması ilə bağlı ##.##.2029-cu il tarixli ərizəsi onun iştirakı ilə icra edilmiş və məktubda cavab olaraq naturada tanıdıldığı göstərilmişdir. ** saylı Ucar ərazi idarəsinin ##.##.2019-cu il tarixli məktubundan göründüyü kimi, MH seriyalı ******* nömrəli xxxxndən Çıxarışla mülkiyyətimdə olan 0,3104 ha torpaq sahəsinə gediş-gəliş yolunun tanıdılması ilə bağlı ərizəmə verdiyi cavabda həmin İdarə göstərmişdir ki, torpaq sahəsinin yolunun digər şəxs tərəfindən bağlandığı, torpaq sahəsinin bütünlüklə həmin şəxsin istifadəsində olması və məhkəmə mübahisəsi qaydasında həll edilməli olması göstərilmişdir. Bu barədə Göyçay rayon məhkəməsində mülki mübahisəyə baxılmış, yol tələbi ilə bağlı işə baxılarkən işə baxan Göyçay rayon məhkəməsinin hakiminin və ** saylı Ucar ərazi idarəsinin əməkdaşının iştirakı ilə yerə baxış keçirilmiş, yolun dəqiqləşdirilməsi məqsədi ilə MH seriyalı ******* nömrəli xxxxndən Çıxarışla mülkiyyətimdə olan 0,3104 ha torpaq sahəsinin koordinatları elektron cihazla mərzlənib yerində dəqiqləşdirilmiş, işarələnmiş, torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədləri daxilində olması müəyyən edilmişdir. Göyçay rayon məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(046)-724/2025-ci il tarixli məhkəmə qətnaməsində ekspertiza rəyinə əsaslanmaqdan, hakim məhkəmə zalında verilən şifahi izahata əsaslanıb qətnamə qəbul etmiş, rəydə Cavabdeh tərəfindən zəbt olunan sahə 0,19 ha göstərildiyi halda şifahi məlumatlar əsasında zəbt edilmiş sahənin 0,17 ha olması göstərilmişdir. Halbuki, o, iddia ərizəsində göstərmişdir ki, cavabdeh Cavabdeh ona məxsus olan 0,3104 ha torpaq sahəsini zəbt etmiş, iş üzrə cavabdeh tərəfindən bunun təkzib edilməsinə dair heç bir sübut təqdim edilməmiş, məhkəmə öz qətnaməsində şifahi izahatlara əsaslanmışdır. Ancaq ** saylı Ucar Ərazi İdarəsinin ##.##.2019-cu il tarixli məktubunda MH seriyalı ******* nömrəli xxxxndən Çıxarışla mülkiyyətimdə olan 0,3104 ha torpaq sahəsinin naturada dəqiqləşdirilməsinə dair məhkəmə mübahisəsinə dair ərizəsinə cavab olaraq göstərilmişdir ki, idarənin mütəxəssislərinin iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş və koordinatları müəyyən edilərək ona tanıdılmışdır. ##.##.2025-ci il tarixli ** saylı xxxxndən verilmiş arayışdan görünür ki, Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə ona (iddiaçıya) məxsusdur. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

24. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

25. Maddə 13. Mülkiyyət

İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

26. Maddə 29. Mülkiyyət hüququ

İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...) IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. ...

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

29. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

30. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

33. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

34. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

35. Maddə 111.2. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

42. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

50. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

51. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlər Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən çıxarışına əsasən Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsi ##.##.2009-cu il tarixdə xxxxndə * nömrəli reyestr kitabının ** nömrəli vərəqəsində İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Həmin çıxarışın verilməsinə əsas kimi JN-*** saylı Dövlət Aktı göstərilmişdir. İddiaçı həmin torpaq sahəsini Göyçay rayon Notariat Kontorunda ## ###### 2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. İddiaçı adına torpaq sahəsinin plan-ölçü sənədi (AA 001797) tərtib edilmişdir.

52. Müqaviləyə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN–*** saylı dövlət aktından görünür ki, Göyçay rayon Qarabaqqal kənd sakini X22, sonuncunun ailə üzvləri X9 və X13 Goyçay rayonu Aqrar İslahatı Komissiyasının ## ######## 1998-ci il tarixli ** saylı qərarı ilə verilmiş 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı satılan 0,31 ha hissəsi 4 tərəfdən qoruma zolağı ilə əhatə olunur, bir tərəfdən X1, digər tərəfdən Hümbətova Sona İsmayıl qızının torpaq sahələri ilə həmsərhəddir.

53. İddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

54. Əvvəlki apellyasiya məhkəməsinin baxışında cavabdehin nümayəndəsi və vəkili vəkil1 ərizəsinə əsasən Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsının ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə mülki iş üzrə icraat, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı qaldırdığı inzibati mübahisəyə dair *-*(***)-***/**** saylı inzibati işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənə və həmin qərar qanuni qüvvəsini alana kimi dayandırılmışdır.

55. Sözügedən mülki iş üzrə aşağıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. - Şəki İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-2-1(116)-2398/2025 qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. - İddiaçı Cavabdehhəmin qərardadddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsının ## ### 2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-2-1(116)-2398/2025 qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Sözügedən qərarardaddan kassasiya qaydasında şikayət verilmədiyindən qərardad qanuni qüvvəsini almışdır.

56. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən ## ###### 2024-cü il tarixli, *-**-**/*-**/**** saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonunun Qarabaqqal kəndində 0.3104 ha torpaq sahəsinin ölçü və koordinatları, cavabdeh Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dair JN-**F saylı (kod 40806028) şəhadətnamədə göstərilən 0.27 ha həyətyanı torpaq sahəsi, Cavabdeh Göyçay rayon notariat kontorunda müqavilə bağlamaqla X3 və X12 aldığı, DƏDRX tərəfindən verilmiş AA ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.4138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X16 və X10 aldığı, DƏDRX tərəfindən verilmiş AA ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.3104 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X11 aldığı, DƏDRX tərəfindən verilmiş AA ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində gösrərilən 0.1034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri sənəd üzrə üst-üstə düşmür, lakin İddiaçıməxsus olan torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilir.

57. Birinci instansiya məhkəməsinin baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, çıxarışla iddiaçı İddiaçı mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 0.3104 ha torpaq sahəsi ilə bağlı ##.##.2009-cu i tarixdə tərtib edilmiş ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlar JN-***F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.27 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür. ##.##.2009-cu il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla (##.##.2009-cu il tarixli ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi) İddiaçı mülkiyyətinə verilmiş 0.3104 ha torpaq sahəsinin şərq və qərb hissəsi arxa düşməklə qalan 0.19 ha hissəsi cavabdeh Cavabdeh tərəfindən istifadə olunur. TEKUİS-AzCad məlumatlarında göstərilən ************ reyestr nömrəli çıxarışla (sənəd üzrə sahəsi 0.31 ha, faktiki sahəsi 0.21 ha) İddiaçı mülkiyyətinə verilmiş faktiki sahəsi 0.21 ha olan torpaq sahəsinin baxış zamanı cavabdeh Cavabdeh tərəfindən istifadə edildiyi göstərilmişdir.

58. Bundan başqa birinci instansiya məhkəməsinin baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx“ publik hüquqi şəxsi ** saylı Ucar Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*****/**** nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: İdarənin elektron baza məlumatlarında mövcud olan, 2000-ci ildə tərtib edilmiş "Göyçay rayonu Qarabaqqal kəndi Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi"ndə göstərilən JN-***Z nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə mülkiyyətə verilmiş 0.3104 ha torpaq sahəsinin yerləşmə vəziyyətinə uyğun İddiaçı adına ##.##.2009- cu il tarixli ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi", ##.##.2009cu il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış tərtib edilmişdir. ##.##.2009-cu il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 0.3104 ha torpaq sahəsi ilə bağlı ##.##.2009cu i tarixdə tərtib edilmiş ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlar JN-***F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.27 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür. ##.##.2009-cu il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla (##.##.2009-cu il tarixli ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi) İddiaçı mülkiyyətinə verilmiş 0.3104 ha torpaq sahəsinin şərq və qərb hissəsi arxa düşməklə qalan 0.19 ha hissəsi cavabdeh Cavabdeh tərəfindən istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. İdarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUlS-AzCad) məlumatlarında ************ reyestr nömrəli çıxarış (0.31 ha, faktiki 0.21 ha) ##.##.2009-cu il tarixdə tərtib edilmiş ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlarla müəyyənləşən 0.3104 ha torpaq sahəsindən 16 metr şimalda göstərilmişdir. TEKUİS-AzCad məlumatlarında göstərilən ************ reyestr nömrəli çıxarış JN-***F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.27 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür. TEKUlSAzCad məlumatlarında göstərilən ************ reyestr nömrəli çıxarışla (sənəd üzrə sahəsi 0.31 ha, faktiki sahəsi 0.21 ha) İddiaçı mülkiyyətinə verilmiş faktiki sahəsi 0.21 ha olan torpaq sahəsinin baxış zamanı cavabdeh Cavabdeh tərəfindən istifadə edildiyi mütəxəssis tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, idarənin elektron baza məlumatlarında sürüşmə vəziyyətində olan "Göyçay rayonu Qarabaqqal kəndi Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi üzərində göstərilən ##.##.2009-cu il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla (##.##.2009-cu il tarixli ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi") İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.3104 ha torpaq sahəsinin TEKUİS-AzCad məlumatlarında 0.19 ha hissəsi JN-***Z nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X3 mülkiyyətinə verilmiş 0.41 ha torpaq sahəsi ilə, 0.0094 ha hissəsi isə JN-***Z nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X5 mülkiyyətinə verilmiş 0.31 ha torpaq sahəsi ilə üst-üstə düşür. ##.##.2009cu il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla (##.##.2009-cu il tarixli ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”) İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.3104 ha torpaq sahəsinin arxdan kənarda qalan 0.19 ha hissəsində və TEKUİS-AzCad məlumatlarında göstərilən ************ reyestr nömrəli çıxarış (sənəd üzrə 0.31 ha, faktiki sahə 0.21 ha) torpaq sahəsində baxış zamanı cavabdehə məxsus olduğu bildirilən çoxillik əkmələr (meyvə ağacları) mövcud olduğu müəyyən edilmişdir.

59. Birinci instansiya məhkəsində icraatı zamanı ** saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X2 mütəxəssis rəyində yanlışlığa yol verildiyini, iddiaçıya məxsus 0.21 ha torpaq sahəsininin zəbt olunduğunu, 0.17 ha hissəsindən cavabdeh Cavabdeh, digər 0.04 ha hissəsi isə başqa şəxslər tərəfindən istifadə olunduğunu bildirmişdir.

60. İş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyləri sübut növü kimi qəbul edir və onlarla razılaşır.

61. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

62. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

64. “X21rşı işi üzrə” ## ###### 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

65. Kollegiya hazırkı mübahisə ilə bağlı əlavə olaraq bildirir.

66. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının adına ##.##.2009-cu il tarixli, ************ reyestr nömrəli çıxarışla 0,3104 ha torpaq sahəsi dövlət qeydiyyatına alınmış, həmin torpaq sahəsinə dair AA ****** saylı plan-ölçü sənədi tərtib edilmişdir. Həmin çıxarışın verilməsinə əsas kimi JN-*** saylı Dövlət Aktı göstərilmişdir.

67. İddaçının adına tərtib edilmiş ************ reyestr nömrəli çıxarışda qeyd edilən torpaq sahəsi, həmin sənədin verilməsinə əsas olmuş ilkin sənədin - JN-*** saylı Dövlət Aktının - DWJ-də yerləşmə vəziyyəti ilə üst-üstə düşür.

68. DWJ-də yerləşmə vəziyyəti nəzərə alındıqda sözügedən torpaq sahəsi cavabdehə məxsus JN-***F saylı şəhadətnamədə göstərilən 0,27 ha həyətyanı və AA ****** saylı planölçü sənədində göstərilən 0,4138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin arasında yerləşir.

69. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “## ###### 2009-cu il tarixdə İddiaçı adına verilmiş, reyestrdə ************ nömrə ilə qeydə alınmış AA ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində 0,3104 ha torpaq sahəsinin koordinatlarının torpağa mülkiyyət hüququna dair JN–*** saylı Dövlət Aktındakı koordinatlara uyğun dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə iddia qaldırmış, Şəki İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış. Həmin qərardad qanuni qüvvəsini almışdır.

70. Göründüyü kimi, cavabdehin özü də inzibati məhkəmədə sözü gedən iddianı qaldırmaqla iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etdiyini təsdiq etmişdir

71. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

72. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

73. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan torpaq sahəsini cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyrisabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.

74. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı İddiaçı mülkiyyətində olan 0.17 ha torpaq sahəsinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququna malik olduğundan, pozulmuş mülkiyyət hüququ bərpa edilməli, mülkiyyət hüququnun müdafiəsi təmin edilməli, iddiaçı İddiaçı məxsus Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh çıxarılaraq iddiaçıya təhvil verilməli, bununla da iddia qismən təmin edilməlidir.

75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

76. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

77. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

78. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

79. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

80. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

81. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar