Məhkəmə qərarları › İş №2(3-10)-231/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-231/2026

06.03.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-231/2026 06.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı “işə bərpa və məcburi iş buraxma üçün işçinin orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya qeyri-mümkün, müddətin ötürülməsi,forma uyğunsuzluğu ,rüsum ödənilməməsi) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və X2 ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı “işə bərpa və məcburi iş buraxma üçün işçinin orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, e-2(033)- 1481/2025 saylı qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin İddiaçı “əmək müqaviləsinin ləğv olunması haqqında” 17 oktyabr 2025-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh ASC-nin satınalma və logistika üzrə böyük mütəxəssis vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 17 oktyabr 2025-ci il tarixdən hesablanmaqla İddiaçı işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqının ödənilməsi vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulması, mediasiya prosesindən ödədiyi 60 manat mediasiya və 320.50 manat vəkil xidmətindən istifadə üçün ödənilmiş xidmət haqlarının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Zaqatala Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, e-2(033)-1481/2025 saylı qətnaməsi ilə (hakim Zərifə Məmmədova) iddianın təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı “əmək müqaviləsinin ləğv olunması haqqında” 17 oktyabr 2025-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə o, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin satınalma və logistika üzrə böyük mütəxəssis vəzifəsi üzrə işə bərpa edilməsi, 60 (altmış) manat ilkin mediasiya xərci və 320.50 (üç yüz iyirmi manat əlli qəpik) manat vəkil xidmətindən istifadə üçün ödənilmiş xidmət haqqı Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyətini apellyasiya şikаyətləri vermişdir. Elektron məhkəmə informasiya sistemində iş materiallarından müəyyən edilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, e-2(033)-1481/2025 saylı qətnaməsi 16 yanvar 2026-cı ildə hakimin gücləndirilmiş elektron imzası ilə imzalanaraq elektron kabinetə yerləşdirilmişdir. Həmin vaxt Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin elektron kabineti mövcud olmuş, cavabdeh qətnaməni elektron kabinet vasitəsilə almışdır. İş materiallarında qətnamənin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 16 yanvar 2026-cı ildə rəsmi qaydada verilmiş hesab edildiyindən onun iş üzrə qətnamədən apellyasiya şikayəti vermə müddəti həmin tarixdən başlamış və 16 fevral 2026-ci ildə başa çatmışdır. Mülki iş üzrə apellyasiya şikayətləri isə 13 fevral 2026-cı il, 23 fevral 2026-cı il və 24 fevral 2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarından, müəyyən edilmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 13 fevral 2026-cı il tarixdə verdiyi apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilməmişdir. İş materiallarından görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət elektron qaydada imzalanaraq göndərilməli olduğu halda fiziki qaydada imzalanmış və həmin şikayət skan edilərək məhkəməyə göndərilmişdir. Apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə göstərilən forma və məzmun şərtlərinə əməl edilmədən verilmişdir. Belə ki, həmin 2 saylı əlavədə göstərilən forma üzrə apellasiya şikayəti işin halları, maddi hüquq normalarının pozulması, prosessual hüquq normalarının pozulması və s hissələrə ayrılmaqla tərtib edilməlidir. Hazırki apellyasiya şikayəti həmin tələblərə cavab vermir. 23 fevral 2026-cı il tarixdə yenidən apellyasiya şikayəti verilmiş, elektron qaydada imzalanaraq göndərilməli olduğu halda fiziki qaydada imzalanmış və həmin şikayət skan edilərək məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Sonuncu apellyasiya şikayətini 24 fevral 2026-cı ildə verməklə qanunla müəyyən edilmiş bir aylıq müddəti 8 gün ötürmüşdür. Birinci instansiya məhkəməsi apellyasiya şikayətlərinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Mülki Prоsessuаl Məcəlləsinin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməmişdir. Həminin Məcəllənin 363.1.1-1 ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişsə, həminin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, həminin Məcəllənin 363.1.3-ci maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə və həminin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə qaytarılır. Həminin Məcəllənin 108.1.7-ci maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 112.1.1-ci maddəsinə görə iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda – alınan məbləğlə müəyyən edilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rusmu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Zaqatala Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, e-2(033)-1481/2025 saylı qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hsаb edilməlidir. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır Həmin Məcəllənin 363.3-ci maddəsinə əsasən Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 363.4-ci maddəsinə əsasən. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Apellyasiya şikayətini geri qaytarmaq səlahiyyəti birinci instansiya məhkəməsinə aiddir. Buna görə də, mülki iş materialları, qanunun tələbinə uyğun olaraq, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətlərinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Zaqatala Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, e-2(033)-1481/2025 saylı qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 13 fevral 2026-cı il, 23 fevral 2026-cı il, 24 fevral 2026-cı il tarixlərdə verilmiş apellyasiya şikayətləri üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar