Məhkəmə qərarları › İş №2(3-10)-255/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-255/2026

25.05.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-255/2026 25.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı “mülkiyyətlərində olan fərdi yaşayış evindən cavabdehə məxsus əmlakın çıxarılması və mülkiyyət hüquqlarına olan maneçiliklərə son qoyulması tələbi”, iddiaçılar cavabdeh3 və cavabdeh1 cavabdehlər iddiaçı2, iddiaçı1, üçüncü şəxslər cavabdeh4, cavabdeh2 və İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinə qarşı “mənzilə köçürülmə və evdən istifadə üçün yaranan maneənin aradan qaldırılması” tələbi (açar sözlər: Mənzil mübahisələri) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X3 və Sadiqov Zülfüqar Əhməd oğlundаn ibarət tərkibdə, Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi İddiaçıların nümayəndəsi və vəkili İsmayılov İslam Abduləziz oğlunun, Cavabdeh - cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə1 iştirakı ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı “mülkiyyətlərində olan fərdi yaşayış evindən cavabdehə məxsus əmlakın çıxarılması və mülkiyyət hüquqlarına olan maneçiliklərə son qoyulması tələbi”, iddiaçılar cavabdeh3 və cavabdeh1 cavabdehlər iddiaçı2, iddiaçı1, üçüncü şəxslər cavabdeh4, cavabdeh2 və İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinə qarşı “mənzilə köçürülmə və evdən istifadə üçün yaranan maneənin aradan qaldırılması tələbi”nə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan ## #### 1992-ci il tarixli VI-ЖГ №****** nömrəli şəhadətnamənin surətindən görünür ki, X7 ilə X13 arasında ## ###### 1992-ci il tarixdə rəsmi nikah bağlanmışdır.

2. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2016-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinin surətindən görünür ki, X7 X9, iddiaçı2 və iddiaçı1 qarşı onunla cavabdehlər X9, iddiaçı2 və iddiaçı1 arasında bağlanmış ## ######## 2015-ci il tarixli, reyestr nömrəsi 4Ə-646 olan “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” və ## ######## 2015-ci il tarixli reyestr nömrəsi 4Ə-647 olan “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi tələbi barədə iddiası təmin edilməmişdir.

3. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2017-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2016cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. İş materiallarında olan ## ###### 2015-ci il tarixli 407-1/72 inventar nömrəli və ## ###### 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətlərindən görünür ki, iddiaçı2 və iddiaçı1 adına İsmayıllı rayonu, Babadağ küçəsi, ev 4 ünvanında 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 78,2 kv.metr olan fərdi yaşayış evi qeydiyyata alınmışdır.

5. İş materiallarında olan ## ###### 2023-cü il tarixli AZ-II № ****** nömrəli şəhadətnamənin surətindən görünür ki, X7 ## ###### 2023-cü il tarixdə vəfat etmişdir.

6. İş materiallarında olan ## ###### 2024-cü il tarixli 407013052070-***** reyestr nömrəli və həmin tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətlərindən görünür ki, cavabdeh4 adına İsmayıllı rayonu, Babadağ küçəsi, ev 131 ünvanında 0,05 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 34,9 kv.metr olan fərdi yaşayış evi qeydiyyata alınmışdır.

7. İş materiallarında olan ## ####### 2025-ci il tarixli **/**/S/******-** nömrəli arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X8 ailə üzvlərinə X1 (##.##.1960, ##.##.2023-cü ildə ölüb), qızları cavabdeh1 (##.##.1993), cavabdeh2 (##.##.1995, evli) və oğlu cavabdeh3 (##.##.1996) aiddir.

8. İş materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin ## ###### 2025-ci il tarixli *-**-*/*-***/**** nömrəli sorğuya cavab məktubundan görünür ki, cavabdeh4 ## ###### 1965-ci ildə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş və hazırda İsmayıllı şəhəri, Babadağ küçəsi, ev 4 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır.

9. İş materiallarında olan ## ###### 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı2 məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

10. İş materiallarında olan ## ###### 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, cavabdeh3 məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, ümumi birgə mülkiyyətlərində olan İsmayıllı şəhəri, Babadağ küçəsi, ev 4 ünvanında 0,06 hektar həyətyanı torpaq sahəsində yerləşən daşınmaz əmlakın reyestr nömrəsi 407013047551-*****, qeydiyyat nömrəsi 1915008235 olan, 1964-cü ildə tikilmiş 2 otaqlı fərdi yaşayış evindən cavabdehlərə məxsus əmlakın çıxarılması və mülkiyyət hüquqlarına olan maneçiliklərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. İddiaçılar cavabdeh3 və cavabdeh1 cavabdehlər iddiaçı2, iddiaçı1, üçüncü şəxslər cavabdeh4, cavabdeh2 və İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, onların hazırda cavadehlərin yaşadığı İsmayıllı rayonu, Babadağ küçəsi, ev 4 ünvanında bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evinin bir otağına (onların əşyaları olan otağa) köçürülmələri və evdən istifadə üçün yaranmış maneənin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə 2(037)-1256/2025 və e-*(***)-****/**** nömrəli işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilmiş və hazırki mülki işə 2(037)-1256/2025 nömrəsi verilmişdir.

14. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı/cavabdeh iddiaçı2 iddia tələbini müdafiə edərək qarşı tərəfin iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, onlara mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evi İsmayıllı şəhəri, Babadağ küçəsi, ev 4 ünvanında 0,06 hektar həyətyanı torpaq sahəsində yerləşir. Mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışla ümumi birgə mülkiyyət kimi qeydə alınmış və adlarına daşınmaz əmlakın reyestr nömrəsi 407013047551-*****, qeydiyyat nömrəsi 1915008235 olan, 1964-cü ildə tikilmiş 2 otaqlı fərdi yaşayış evinə dair müvafiq sənədlər verilmişdir. Cavabdeh cavabdeh4 mərhum qardaşı X7 həyat yoldaşıdır. Həyətyanı torpaq sahələri 0,12 hektardan ibarət olmuş və həmin həyətyanı torpaq sahəsində iki ayrı-ayrı fərdi yaşayış evi yerləşmişdir. Atası vəfat etdikdən sonra anası evin birini yardımçı sahələri ilə birlikdə qardaşı Elxana vermiş, ikinci fərdi yaşayış evini isə onlara vermişdir. Artıq uzun müddətdir onların həyətyanı torpaq sahələri üzərlərində yerləşən fərdi yaşayış evləri daxil bölünərək, müvafiq dövlət qurumlarından adlarına mülkiyyət sənədləri verilmişdir. Çıxarış və fərdi yaşayış evinin texniki pasportundan göründüyü kimi ümumi birgə mülkiyyətlərində olan yaşayış evi və 0,06 hektar həyətyanı torpaq sahəsi tam ayrılmış, sərhədləri müəyyən olunmuş və cavabdeh4 mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə heç bir əlaqəsi yoxdur. cavabdeh4 və övladları isə özünə məxsus bir neçə əmlakları onlara məxsus olan fərdi yaşayış evinin bir otağında saxlayaraq, otağın ağzına qıfıl vurmuş, onları öz evlərinin bir otağına buraxmır, mülkiyyət hüquqlarına maneçiliklər törədir. Cavabdehlərdən evlərini boşaltmağını istədikdə isə onları nalayiq formada təhqir edərək alçaldır və həmin otağın özlərinə məxsus olduğunu bildirirlər. Onlar iki nəfər bir darısqal otaqda yaşamağa məcbur olumuşlar. Cavabdehlərin isə özlərinə məxsus fərdi yaşayış evi vardır. Cavabdehlərin onlara məxsus evdə istifadə hüququ yoxdur. Cavabdehlər onlara məxsus fərdi yaşayış evinin bir otağında yerləşən əmlaklarını oradan götürmək istəmirlər ki, onlar öz əmlaklarından sərbəst surətdə istifadə edə bilsinlər. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişlər. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi, qarşı tərəfin tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı/cavabdeh iddiaçı1 və iddiaçıların nümayəndəsi və vəkili İsmayılov İslam Abduləziz oğlu hər biri ayrı-ayrılıqda iddiaçı/cavabdeh iddiaçı2 izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi, qarşı tərəfin tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh/üçüncü şəxs cavabdeh4 iddiaçılar cavabdeh3 və cavabdeh1 iddia tələbini müdafiə etdiyini, qarşı tərəfin iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o, ## #### 1992ci il tarixdə X7 ilə nikaha daxil olmuşdur. Ailə həyatı qurduqdan sonra İsmayıllı şəhəri, Babadağ küçəsi, ev 4 ünvanında olan fərdi yaşayış evində yaşamışdır. O, cehiz əşyaları ilə birlikdə sözügedən fərdi yaşayış evinə gəlin köçmüş və bu gün də əşyaları həmin evdə saxlanılır. Övladları cavabdeh1, cavabdeh3 və Xosrovova (Məmmədli) Həcər Elxan qızı da bu evdə doğulmuş və yaşamışdır. Hazırda qızı Xosrovova (Məmmədli) Həcər Elxan qızı evli olduğu üçün müvəqqəti olaraq başqa ünvanda yaşayır. 2025-ci ilin iyun ayınadək İsmayıllı şəhəri, Babadağ küçəsi, ev 4 ünvanında olan, hazırda iddiaçı2 və iddiaçı1 yaşadığı evin bir otağından daimi istifadə etmişlər. Yəni, onların hal-hazıradək həmin evdən istifadə hüquqları mövcuddur. X1 2023-cü ilin dekabr ayında vəfat etmişdir. Elxan Məmmədov dünyasını dəyişdikdən sonra iddiaçı2 və iddiaçı1 ilə arasında qohumluq münasibətlərində soyuqluq yaranmışdır. Hazırda İsmayıllı şəhəri, Babadağ küçəsi, ev 4 ünvanında ümumilikdə üç fərdi yaşayış evi (tikili) mövcuddur. Həmin evlərdən ikisinə iddiaçı2 və iddiaçı1 sahiblik edirlər. iddiaçı2 və iddiaçı1 sahibliyi və istifadəsində olan iki evdən biri, yəni onların istifadə hüquqları olan ev üç otaqdan və digər ev isə iki otaqdan ibarətdir. Digər tikili isə onun sahibliyi və istifadəsindədir. Onun və övladlarının əşyaları, hətta gündəlik istifadə əşyaları həmin fərdi yaşayış evinin bir otağındadır. Lakin son aylardır ki, öz əşyalarından istifadə edə bilmirlər. Onun və övladlarının həmin fərdi yaşayış evinin bir otağından istifadə hüquqları mövcuddur. Qeyd etdikləri nəzərə alınmaqla iddiaçılar cavabdeh3 və cavabdeh1 iddia tələbinin təmin edilməsi, qarşı tərəfin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər/iddiaçılar cavabdeh3, cavabdeh1, cavabdehlər/iddiaçılar cavabdeh3 və cavabdeh/üçüncü şəxs cavabdeh4 vəkili/nümayəndəsi nümayəndə1 və üçüncü şəxs cavabdeh2 cavabdeh/üçüncü şəxs cavabdeh4 izahatının məzmununa uyğun izahat verərək iddiaçılar cavabdeh3 və cavabdeh1 iddia tələbinin təmin edilməsi, qarşı tərəfin tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

18. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, iddiaçı2 və iddiaçı1 qardaşıdır. O, 1971-ci ildən Bakı şəhərində yaşayır. O, sözügedən evdə yaşamışdır. cavabdeh4 həmin evə gəlin gəlmişdir. Anası rəhmətə getməmişdən qabaq evi bölmüş və sənədlə cavabdeh4 pay vermişdir. cavabdeh4 özünə məxsus evdə yaşamışdır.

19. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş cavabdeh3 ifadəsində göstərmişdir ki, cavabdeh4 onun anasıdır. Bakı şəhərinə gedənə qədər sözügedən evdə doğulmuş və yaşamışdır. Hazırda həmin ünvanda qalır. Sözügedən evdə əşyaları var. Münasibətlər pozulduğundan otaq bağlıdır. Qapının bağlanması 4-5 ay olar. Həmin vaxtdan sonra gələndə orada qala bilməmişdir.

20. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş cavabdeh1 ifadəsində göstərmişdir ki, cavabdeh4 onun anasıdır. Anadan olandan sözügedən evdə yaşamışdır. Hazırda da orada yaşayır. Əşyalarının çoxu sözügedən evdədir. Anası həmin evdə 2025-ci ilin iyul ayına qədər yaşamışdır. Evdən istifadə ümüumi olmuşdur.

21. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş cavabdeh2 ifadəsində göstərmişdir ki, cavabdeh4 onun anasıdır. Atası rəhmətə gedəndən sonra anası ilə aşağı evdə yaşamışdır. Hazırda ailə qurmuşdur. Həmin evdə yorğan-doşəyi və cehizi var. Hər iki evdə də yatağı olmuşdur.

22. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh cavabdeh4, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı iddia tələbi təmin edilərək iddiaçılar iddiaçı2 və iddiaçı1 ümumi birgə mülkiyyətində olan İsmayıllı şəhəri, Babadağ küçəsi, ev 4 ünvanında 0,06 hektar həyətyanı torpaq sahəsində yerləşən daşınmaz əmlakın reyestr nömrəsi 407013047551-*****, qeydiyyat nömrəsi 1915008235 olan, 1964-cü ildə tikilmiş 2 otaqlı fərdi yaşayış evindən cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 və cavabdeh2 məxsus əmlaklar çıxarılması və iddiaçıların mülkiyyət hüquqlarına olan maneçiliklərə son qoyulması, iddiaçılar cavabdeh3 və cavabdeh1 cavabdehlər iddiaçı2, iddiaçı1, üçüncü şəxslər cavabdeh4, cavabdeh2 və İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinə qarşı onların hazırda cavadehlərin yaşadığı İsmayıllı rayonu, Babadağ küçəsi, ev 4 ünvanında bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evinin bir otağına (onların əşyaları olan otağa) köçürülmələri və evdən istifadə üçün yaranmış maneənin cavabdehlərə qadağan edilməsi barədə iddia tələbi təmin edilməməsi, hər iki iddia tələbi üzrə ödənilmiş dövlət rüsumları iddiaçı2 və cavabdeh3 ayrı-ayrılıqda özlərinə aid edilməsi qət edilmişdir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.1, 157.2, 180.3, 228.1, 228.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Qətnamədən narazı qalan cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

25. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ... qətnamə maddi və prosessual hüquq normalarının tələbinin pozulması ilə qəbul etmişdir. Belə ki, cavabdeh cavabdeh4 X7 (ilk iddiaçıların qardaşı) ilə ##.##.1992-ci il tarixdə nikaha daxil olmuşdur. cavabdeh4 cehiz əşyaları ilə birlikdə sözügedən fərdi yaşayış evinə 1992-ci ildə gəlin köçmüşdür. Onlar ailə həyatı qurduqdan sonra İsmayıllı rayonu Babadağ küçəsi ev 4 ünvanında olan fərdi yaşayış evində daimi yaşamışdır. Buna görə cavabdeh4 mübahisəli mənzildən istifadə hüququ qüvvədən düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsi əsasında yaranmışdır. Həmin Mənzil Məcəlləsinin tələbinə əsasən icarədar ilə birlikdə ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olduğundan cavabdeh həmin mənzildən istifadə hüququ əldə etmişdir. Mənzil Məcəllənin müvafiq normaları, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum qərarlarına görə cavabdeh4 və övladlarının İsmayıllı rayonu Babadağ küçəsi ev * saylı evə münasibətdə istifadə hüquqları mövcuddur. Bu hüquqa xitam verilməsi isə müvafiq kompensasiya verilməklə mümkündür. Bildirir ki, cavabdeh4 ilə X7 birgə nikahından ##.##.1993-cü il təvəllüdlü cavabdeh1, ##.##.1995-ci il təvəllüdlü Xosrovova (Məmmədli) Həcər Elxan qızı və ##.##.1996-cı il təvəlüdlü X4 İsmayıllı rayonu Babadağ küçəsi ev 4 ünvanında anadan olmuşlar. ##.##.2015-ci il tarixdə İsmayıllı rayonu Babadağ küçəsi ev 4 ünvanında olan iki fərdi yaşayış evi barədə bağışlama müqaviləsi X9, iddiaçı2, iddiaçı1 və X7 arasında bağlanılsa da cavabdeh4 və övladları cavabdeh1, Xosrovova (Məmmədli) Həcər Elxan qızı və X2 həmin evdən istifadə hüquqları saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, sözügedən iki ədəd fərdi yaşayış evi ##.##.2014-cü il tarixdə X9, iddiaçı2, iddiaçı1 və X7 adın qeydiyyatda alınmışdır. Hər iki iddia tələbində göstərildiyi kimi cavabdeh4 və övladları cavabdeh1, Xosrovova (Məmmədli) Həcər Elxan qızı və cavabdeh3 2025-ci ilin iyun ayınadək İsmayıllı rayonu Babadağ küçəsi ev 4 ünvanında olan evin bir otağından daimi istifadə etmişlər. Qeyd olduğu kimi cavabdeh4 və övladları cavabdeh1, Xosrovova (Məmmədli) Həcər Elxan qızı və cavabdeh3 mübahisəli evə münasibətdə yaşamaq və istifadə hüququ barədə münasibətlər 1992-ci il, 1993, 1995 və 1996-cı illəri əhatə etdiyindən həmin vaxtda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Buna görə də cavabdeh4, cavabdeh1, Xosrovova (Məmmədli) Həcər Elxan qızı və X4 mübahisəli evə münasibətdə yaşayış sahəsindən istifadə etmək hüququna malikdir. Bu hüququn itirilməsinin əvəzi kimi onlara kompensasiya təklif olunmalı idi. Yəni kompensasiya muqabilində mübahisəli münasibətin sonunda evin tərkib hissəsindən istifadə etmək hüququ olan şəxslər bu hüququ itirir. Göstərilənlərə əsasən, İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv olunması, iddiaçı2 və iddiaçı1 cavabdeh cavabdeh4, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı iddia tələbinin rədd edilməsi, iddiaçılar cavabdeh3 və cavabdeh1 cavabdehlər iddiaçı2, iddiaçı1 qarşı İsmayıllı rayonu, Babadağ küçəsi, ev 4 ünvanında bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evinin bir otağına (onların əşyaları olan otağa) köçürülmələri və evdən istifadə üçün yaranmış maneənin cavabdehlərə qadağan edilməsi barədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

27. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili İsmayılov İslam Abduləziz oğlu apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

29. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar iddiaçı2, iddiaçı1, cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh/üçüncü şəxs cavabdeh4 və cavabdeh cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

32. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

33. İş üzrə cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

34. Maddə 13. Mülkiyyət

İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

35. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

36. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu - 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; - 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (...) - 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

37. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

39. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

40. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

41. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. Maddə 372.6. Maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər

50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair ## ####### 2013-cü il tarixli qərarı; .... Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarı; ... Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

55. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

56. Müəyyən edilmişdir ki, İsmayıllı şəhəri, Babadağ küçəsi ev 4 ünvanda cəmi 0,11 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 78,2 kv.m, yaşayış sahəsi 50,6 kv.m və yardımçı sahəsi 27,6 kv.metr olan 1 mərtəbəli 2 otaqlı (birinci) fərdi yaşayış evi və ümumi sahəsi 34,9 kv.m, yaşayış sahəsi 13,2 kv.m və yardımçı sahəsi 21,7 kv.metr olan 1 mərtəbəli 1 otaqlı (ikinci) fərdi yaşayış evləri payları bəlli mülkiyyət hüququ ilə 5/8 hissəsi X9, 1/8 hissəsi iddiaçı2, 1/8 hissəsi iddiaçı1 və 1/8 hissəsi isə X7 adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2014-cü ildə qeydə alınmışdır. X9 və X7 həmin Çıxarış üzrə birinci 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə dair paylarını, yəni X9 İsmayıllı rayon Dövlət Notariat Kontorunda ## ######## 2015-ci il tarixdə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən həmin fərdi yaşayış evindən X9 payına düşən 5/8 hissənin 3/8 hissəsini qızı iddiaçı2, evə dair payın 2/8 hissəsini oğlu iddiaçı1, X7 isə evdən payına düşən 1/8 hissəni qardaşı iddiaçı1 hədiyyə etmişdir. Eyni zamanda, X9, iddiaçı2 və iddiaçı1 ikinci 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evi üzrə paylarını, yəni, X9 Nailə Balakişi qızı həmin fərdi yaşayış evindən payına düşən 5/8 hissəni iddiaçı2 və iddiaçı1 isə hər biri paylarına düşən 1/8 hissəsini İsmayıllı rayon Dövlət Notariat Kontorunda ## ######## 2015-ci ii tarixdə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X7 bağışlamışlar. iddiaçı2 və iddiaçı1 onlara bağışlanmış hədiyyəni qəbul etmiş və bağışlanmış daşınmaz əmlaka, yəni ismayıllı şəhəri, Babadağ küçəsi ev 4 ünvanda 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 78,2 kv.m, yaşayış sahəsi 50,6 kv.m və yardımçı sahəsi 27,6 kv.metr olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə dair ümumi birgə mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX * saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində ##.##.2015-ci ildə qeydə alınmış və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriyalı ******* nömrəli Çıxarış verilmişdir.

57. X7 ## ######## 2015-ci il tarixli, reyestr nömrəsi 4Ə-646 olan “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” və ## ######## 2015-ci il tarixli reyestr nömrəsi 4Ə-647 olan “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsızlığını məhkəmə qaydasında mübahisələndirmiş, iddia tələblərinin rədd edilməsinə dair qətnamə qanuni qüvvəsini almışdır.

58. Bundan sonra X7 ümumi sahəsi 34,9 kv.m, yaşayış sahəsi 13,2 kv.m və yardımçı sahəsi 21,7 kv.metr olan 1 mərtəbəli 1 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.

59. Həmçinin müəyyən edlmişdir ki, üçüncü şəxs cavabdeh4 ## #### 1992-ci il tarixdə X7 ilə nikaha daxil olmuş və ailə həyatı qurduqdan sonra İsmayıllı şəhəri, Babadağ küçəsi, ev 4 ünvanında olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Elxan Məmmədov ## ###### 2023cü il tarixdə vəfat etmişdir. Sonuncudan miras qalan ümumi sahəsi 34,9 kv.m, yaşayış sahəsi 13,2 kv.m və yardımçı sahəsi 21,7 kv.metr olan 1 mərtəbəli 1 otaqlı fərdi yaşayış evi üçüncü şəxs cavabdeh4 mülkiyyətinə keçmişdir.

60. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, ümumi birgə mülkiyyətlərində olan İsmayıllı şəhəri, Babadağ küçəsi, ev 4 ünvanında 0,06 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 otaqlı fərdi yaşayış evindən cavabdehlərə məxsus əmlakın çıxarılması və mülkiyyət hüquqlarına olan maneçiliklərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

61. İddiaçılar cavabdeh3 və cavabdeh1 cavabdehlər iddiaçı2, iddiaçı1, üçüncü şəxslər cavabdeh4, cavabdeh2 və İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, onların hazırda cavadehlərin yaşadığı İsmayıllı rayonu, Babadağ küçəsi, ev 4 ünvanında bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evinin bir otağına (onların əşyaları olan otağa) köçürülmələri və evdən istifadə üçün yaranmış maneənin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

62. Həmin iddialara mahiyyəti üzrə baxan İsmayıllı Rayon Məhkəməsi tərəflərlər arasında oln mübahisələri yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəçəsinin qətnaməsindən narazı qalan cavabdeh/iddiaçı cavabdeh3 apellyasiya şikayəti vermişdir.

63. Apellyasiya şikayətinin əsas dəlilləri iş üzrə iddiaçı/cavabdehlərin mülkiyyətində olan yaşayış evində cavabdeh/iddiaçıların istifadə hüququnun olduğuna görə sonuncuların həmin evə köçürülmələrinin təmin edilməməsinin qanunsuz və əsassız olması barədədir.

64. Kollegiya apellyasiya şikayətinin həmin dəlillərini əsassız sayaraq aşağıdakıları qeyd edir.

65. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qətnamədə göstərmişdir ki, “... işdə olan sənədlərə əsasən müəyyən edilir ki, cavabdeh4 1992-ci ildə mübahisə predmeti olan fərdi yaşayış evinə gəlin köçdüyü tarixdə mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, 2015-ci il tarixdə isə sözügedən fərdi yaşayış evinə dair iddiaçı/cavabdehlərin adına çıxarış tərtib edilmişdir. Hazırda mübahisəli fərdi yaşayış evi iddiaçı2 və iddiaçı1 mülkiyyətindədir.

66. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin: 1.1. 2-ci hissəyə “səlahiyyətli orqanlar” sözlərindən sonra “və digər təşkilatlar” sözləri əlavə edilsin; 1.2. 2.4-cü bənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-ci bənd əlavə olunsun: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;”. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Göründüyü kimi fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport aid olduğu daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi qəbul edilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

67. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2010-cu il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Həmin Qərarda daha sonra göstərilir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Ona görə də məhkəmə hesab edir ki, 2007-ci ildə iddiaçının anası Zərifə Hacıyevanın mübahisəli fərdi yaşayış evinə mövcud olan hüquq müəyyənedici sənədi, yəni fərdi yaşayış evinin texniki pasportu mülkiyyət hüququna dair sənəd kimi qəbul edilməli və onun həmin sənədlə təsbit olunmuş hüquqları gözlənilən mülkiyyət hüququ kimi qəbul edilərək müdafiə edilməlidir.

68. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

69. “Akimova Azərbaycana qarşı” iş üzrə ##.##.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında Avropa İnsan Haqları məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X20 Haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada Avropa İnsan Haqları məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar ##.##.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar ##.##.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar ##.##.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.

71. .... Məhkəmə iddianın qanuni həll edilməsi üçün ilk növbədə cavabdeh4 və övladlarının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir.

72. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh4 mübahisəli fərdi yaşayış evinə 1992-ci ildə gəlin köçdüyündən, mübahisəli fərdi yaşayış evi həmin dövrdə mülkiyyət hüququ ilə dövlət qeydiyyat alınmasa da, mərhum Elxan Məmmədovun anasının qanuni sahibliyində və istifadəsində, həmçinin onun həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olduğundan, eyni zamanda mövcud olan mülki hüquq münasibətləri 2015-ci ildən yarandığından (mülkiyyətçinin dəyişməsi), cavabdeh4 və övladlarının həmin evin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması ilə bağlı mübahisə üzrə Mənzil Məcəllənin normaları tətbiq edilməlidir.

73. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair ## #### 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000-ci il ########ın #dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

74. İşin mübahisə edilməyən hallarına əsasən məhkəmə hesab edir ki, mərhum Elxan Məmmədovla cavabdeh4 1992-ci ildə evlənərək ərinin anasına məxsus fərdi yaşayış evinə gəlin köçdüyündən, tərəflər arasında hazırkı mübahisə ilə bağlı ilkin hüquq münasibətləri həmin tarixdən yaranmış, 2015-ci ildə isə yaşayış sahəsinin mülkiyyət forması dəyişdiyindən, yəni xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğundan hazırki mübahisəyə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

75. Eyni zamanda Azərbaycan Respublikası MM-nin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

76. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

77. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh4 ilə mərhum Elxan Məmmədovun anası arasında yazılı razılaşma olmamışdır.

78. Məhkəmə, həmçinin, mübahisənin düzgün həll edilməsi üçün cavabdeh4 əvvəlcə mərhum əri Elxan Məmmədovun anasının ailə üzvü olub-olmaması məsələsinin də müəyyən edilməsini zəruri hesab edir.

79. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.

80. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

81. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, cavabdeh4 mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin qanuni sahibi olmuş şəxslə və digər ailə üzvüləri ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, eyni zamanda cavabdeh4 mülkiyyət hüququ ilə məxsus ayrı fərdi yaşayış evi olduğundan onun və övladlarının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması və eyni zamanda istifadə hüquqlarının davam etməsi üçün əsaslar yoxdur. Əks yanaşma əşya hüququ (servitut) olan istifadə hüququnun anlayışına uyğun gəlmir.

82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ## ###### 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

83. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinə mərhum Elxan Məmmədovun arvadının və uşaqlarının iddiaçıların mülkiyyət hüququnun olmasına diqqət yetirərək belə qənaətə gəlir ki, cavabdeh4 özünə mülkiyyət hüququ ilə məxsus ayrı fərdi yaşayış evi olmasına baxmayaraq, mübahisəli fərdi yaşayış evinin qanuni sahibi və mülkiyyətçisi olan hazırki tələb üzrə iddiaçılardan saxlanmasını tələb etmək və yaşayış sahəsindən mülkiyyətçilərlə birlikdə istifadə etmək hüquqları yaranmamışdır. ... “

84. Qeyd edilməlidir ki, cavabdeh4 1992-ci ildə köçərkən mübahisəli fərdi yaşayış evinə gəlin köçərkən onun mərhum əri Elxan Məmmədovun mərhum valideynlərinin gözlənilən mülkiyyət hüququ olmuşdur. Sonradan həmin yaşayış evi vərəsəlik və bağışlama müqaviləsi əsasında 2015-ci ildə iddiaçı/cavabdehlərin mülkiyyətinə keçmişdir.

85. Belə olan halda Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında sərgilədiyi hüququ mövqeyə əsasən cavabdeh/iddiaçılar mübahisəli evə köçürülə bilməz.

86. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə tam razılaşır və əlavə olaraq göstərir ki, iş materiallarından da göründüyü kimi, cavabdeh4 1992–ci ildə ailə qurduğu zaman mübahisə predmeti olan evə köçüb yaşasa da, sonradan onun mərhum əri Elxan Məmmədov 2015-ci ildə vərəsəlik və bağışlama müqaviləsi qaydasında yaşayış evinə mülkiyyət hüququ əldə etmiş və ailəsi ilə birlikdə əldə etdiyi həmin evdə yaşamışlar. Elxan Məmmədov 2023-cü ildə fəfat etdikdən sonra həmin yaşayış evi vərəsəlik qaydasında cavabdeh4 mülkiyyətinə keçmişdir.

87. cavabdeh4 məxsus müəyyən əşyalar iddiaçı/cavabdehlərin mülkiyyətində olan evin bir otağında olsa da, onun əsas yaşayış yeri öz mülkiyyətində olan yaşayış evidir. O, bir qızı ilə birlikdə davamlı surətdə həmin evdə yaşayır. Qızlarından biri ailə quraraq başqa yerə köçmüş, oğlu iə Bakı şəhərində yaşayır.

88. Bu isə o anlama gəlir ki, cavabdeh4 və övladlarının mübahisə predmeti olan evdə istifadə hüququ olmuş olsaydı belə, özünün mülkiyyətində yaşayış evi olduğundan həmin huququn yaranmasına əsaslar aradan qalxmış sayılmalıdır.

89. Belə ki, cavabdeh4 və övladları uzun müddət mübahisə predmeti olan yaşayış evindən istifadə etməmiş və özlərinə məxsus evdə yaşamışlar. Mübahisə predmeti olan evin mülkiyyətçiləri tərəfindən onlara qarşı evin böşaldılması və maneçiliklərə son qoyulmasına dair iddia qaldırıldıqda isə, cavabdeh4 övladları sözügedən evdə istifadə hüququnun olduğunu bildirərək evə köçürülmələri barədə iddia qaldırmışlar. Apellyasiya şikayətində isə istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilə biləcəyi vurğulanmışdır.

90. Kollegiya apellyasiya şikayətinin bu dəlilini də əsassız sayır.

91. Kollegiyanın gəlmiş olduğu bu qənaət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair ## #### 2016-cı il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyə uyğundur.

92. Konustitusiya Məhkəməsi həmin qərarda göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

93. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

94. Baxılan iş üzrə, mübahisə predmeti olan yaşayış evinin mülkiyyətçiləri olan iddiaçı/cavabdehlərin sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, onlar cavabdeh/iddiaçılara yaşayış evindən istifadə hüququna razılıq verməyə borclu olsunlar. Cavabdeh/iddiaçıların keçmiş ailə üzvü kimi iddiaçı/cavabdehlərə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması üçün də qanuni əsaslar müəyyən edilməmişdir.

95. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbinin pozması barədə dəlili də əsassızdır..

96. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

97. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

98. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

99. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

100. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

101. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

102. Ona görə də, cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar