Məhkəmə qərarları › İş №2(3-10)-258/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-258/2026

22.04.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-258/2026 22.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin və fərdi yaşayış evinin naturada ayrılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın naturada ayrılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X3 və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin və fərdi yaşayış evinin naturada ayrılması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən iddiaçı İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, ünvan 1 ünvanda yerləşən və cavabdeh Cavabdeh Qoşqar oğlunun istifadəsində olan 151 kv.metr yaşayış sahəsinin 30 kv.metr sahəsinin iddiaçıya verilməsi, ünvan 1 ünvanında yerləşən 0.0593 ha torpaq sahəsinin və fərdi yaşayış evinin cavabdehlə iddiaçının arasında 1/2 hissədə naturada ayrılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhərinin H.Z.Tağıyev küçəsində yerləşən ** saylı fərdi yaşayış evi və torpaq sahəsi mərhum valideynlərindən onlara miras qalmışdır. Əvvəl atası, daha sonra isə anası rəhmətə getmişlər. Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən ** saylı fərdi yaşayış evi cavabdeh qardaşı Cavabdeh Qoşqar oğlu ilə onun arasında 1/2 hissədə bölünmüş və mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmışdır. Bundan sonra onlar qardaşı ilə hərə özünə mülkiyyət hüquqları üzrə məxsus olan paylarında yaşamağa başladı. Bacısı Kəmalə qardaşı Yaşara məxsus evə köçürüləndən sonra Yaşar müəyyən problemlər yaratmağa başladı. Cavabdeh bacısı Kəmaləni dəfələrlə evdən qovmağa çalışmış, onunla mübahisə etməyə başlamışdır. Belə ki, cavabdeh mülkiyyət hüququnun müdafiəsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2021-ci il tarixli, 2(051)- ***/**** saylı qətnaməsinə əsasən Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsindəki ** nömrəli fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasarın onun vəsaiti hesabına sökülməsi, həmin həyətin texniki pasportunda qeyd olunan darvazadan girişin təmin olunması, fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən Cavabdeh Sərkar oğlunun istifadəsinə onun tərəfindən olan maneələrin aradan qaldırılması qət edilmişdir. İşə hələ Mingəçevir Şəhər Məhkəməsində baxılan zaman iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin olunmuşdur. Ekspertin ## #### 2021-ci il tarixli, **/**** nömrəli rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki; Mingəçevir şəhəri, X4 küçəsində yerləşən ** saylı evdə faktiki çəkilmiş hasar, həmin evin iki hissəyə bölünməsinə dair cizgidə qeyd olunanlara uyğun gəldiyi müəyyən edilir; Mingəçevir şəhəri, X4 küçəsində yerləşən ** saylı evin tərəflər arasında 1/2 və 1/2 paylarına uyğun şəkildə iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaların 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyələrinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir; Mingəçevir şəhəri, X4 küçəsində yerləşən ** saylı evdə çəkilmiş hasar ½ hissəyə uyğun gəlmədiyi müəyyən edilir; Mingəçevir şəhəri, X4 küçəsində yerləşən ** saylı ev texniki pasportda və çıxarışda göstərilən sahələrə (əlavə tikililər nəzərə alınmadan) uyğun olaraq Cavabdeh Sərkar oğlu faktiki olaraq 151 kv.metr və İddiaçı 91.8 kv.metr istifadə etdiklərini nəzərə alaraq aralarında ½ paya uyğun bölünmədiyi müəyyən edilir. Göründüyü kimi, cavabdeh Cavabdeh Mingəçevir şəhərinin H.Z.Tağıyev küçəsində yerləşən ** saylı fərdi yaşayış evində ondan artıq sahədən istifadə edir. Belə ki, o, fərdi yaşayış evinin 91.8 kv.metr sahəsindən, cavabdeh isə 151 kv.metr sahəsindən istifadə edir. Belə olan halda cavabdeh onun mülkiyyət hüquqlarını kobud ünvan 7 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi naturada bölünməlidir. Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili vəkil2 məhkəmə iclası zamanı iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstəmişdir ki, iddiaçının ona qarşı iddiası əsassızdır. Mübahisəli əmlak üzrə artıq paylar müəyyən edilmiş, hərkəs öz hissəsinə düşən payı almışdır. Bu barədə artıq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi də mövcuddur. Daha əvvəl ekspertiza təyin edilmiş və ekspertizada payların texniki cəhətdən bölünməsi mümkün olmamışdır. Hesab edir ki, iddia əsasızdır. Ona görə də rədd edilməlidir.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili vəkil1 məhkəmə iclası zamanı verdiyi izahatında göstəmişdir ki, eyni tərəflər arasında eyni predmet barəsində Mingəçevir şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi vardır. Ali Məhkəmənin qərarına əsasən qətnamə qanuni qüvvəsini almışdır. Müvafiq olaraq həmin işdə alınan rəydə naturada bölgünün mümkünsüz olduğu qeyd olunsa da hazırkı iş üzrə ilkin ekspertiza keçirilən zaman bölgünün mümkün olduğu qeyd edilir və anlaşılmazlıq yaranmışdır. İstənilən halda qarşı tərəfin iddiasının heç bir əsası yoxdur onların tələb etdiyi kimi hazırda qeyd olunan əmlakın naturada bölgüsü mümkün deyildir. Qarşı tərəfdə özü bunu öz izahatında qeyd edir. Vahid daşınmaz əmlak prinsipinə əsasən torpaq sahəsi üzərində tikililər ona bağlı olduğu halda həmin tikililər hər iki mülkiyyətçinin əmlakı sayılır. Həmin əmlaklar isə qeydə alınmayıb. Belə olan halda isə iddia təmin olunarsa artıq bu hüquqların pozulması hesab olunur. Bütün bunları nəzərə alaraq iddia tələbinin əsassız olduğunu düşünür ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi.

7. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim E.Cəbrayılzadə) iddianın rədd edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin və fərdi yaşayış evinin naturada ayrılması və sair tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) və 50 (əlli) manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi hazırda İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə paylı mülkiyyətindədir. Mübahisəli mənzilin yaşayış sahəsi üzrə paylar müəyyən olunsa da, fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasar mövcuddur və mənzilin köməkçi sahələri ümumi istifadədə qalmış və həmin sahələrə mülkiyyət hüquqları müəyyənləşdirilməmişdir. Fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasarın Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli işi üzrə təyin edilmiş ## #### 2021-ci il tarixli **/**** saylı ekspert rəyinə əsasən ½ hissəyə uyğun gəlmədiyi, həmçinin Mingəçevir şəhəri X4 küçəsində yerləşən ** saylı ev texniki pasportda və çıxarışlara göstərilən sahələrə (əlavə tikililər nəzərə alınmaqla) uyğun olaraq Cavabdeh faktiki 151,0 metr və İddiaçı Sərkər oğlu faktiki olaraq 91,8 m2 istifadə etdiklərinə nəzərə alaraq aralarında ½ paya uyğun bölünmədiyi müəyyən edilmişdir. Hazırda isə iddiaçı fərdi yaşayış evinin 91.8 kv.metr sahəsindən, cavabdeh Cavabdeh fərdi yaşayış evinin iddiaçıdan artıq sahəsindən yəni, 151 kv.metr sahəsindən istifadə edir. Belə olan halda iddiaçının mülkiyyət hüquqları kobud ünvan 6 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi naturada bölünməsini, cavabdeh Cavabdeh Qoşqar oğlunun istifadəsində olan 151 kv.metr yaşayış sahəsinin 30 kv.metr sahəsinin iddiaçıya verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə icraatı zamanı ekspertiza təyin edilmiş və ##.##.2023-cü il tarixli **/**** saylı ekspert rəyinə əsasən çıxarış əsasında paylı mülkiyyət hüququ ilə 1/2 hissəsi iddiaçı İddiaçı və 1/2 hissəsi cavabdeh Cavabdeh Sərkar oğlunun paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 0,0593 ha torpaq sahəsinin və ümumi sahəsi 177 kv.metr olan fərdi yaşayış evinin iddiaçı və cavabdeh arasında paylara uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Lakin sonuncu rəy ## #### 2021-ci il tarixli **/**** saylı ekpsert rəyi ilə ziddiyyətli olduğundan məhkəmə yenidən müqayisəli tədqiqat üçün təkrar ekspertiza təyin edilmişdir. İş materiallarına əlavə edilmiş ## ######## 2025-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ** saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2020ci il tarixli texniki pasportun bütün göstəriciləri arasında uyğunsuzluq olduğunu, yəni həmin texniki pasportda olan sxemdə tədqiq olunan ev üzrə sahələri 13.68 kv.metr, 45.66 kv.metr, 19.28 kv.metr, 14.3 kv.metr, 37.62 kv.metr, 29.01 kv.metr, 10.29 kv.metr, 24.6 kv.metr və 23.37 kv.metr olan 9 ədəd tikilinin olduğu göstərildiyini, həmin tikililərin tikililərin ümumi sahəsinin 217.8 kv.metr təşkil etdiyinin müəyyən edildiyini, texniki pasportun “Yaşayış evlərinin texniki göstəriciləri” cədvəlində sözügedən evin ümumi sahəsinin 177.04 kv.metr, yaşayış sahəsinin 72.56 kv.metr, köməkçi sahəsinin isə 104.48 kv.metr göstərildiyini, lakin texniki pasportun “Mərtəbələr üzrə otaqların təsnifatı” cədvəlində isə 5 ədəd tikilinin olduğu, həmin məlumatlara əsasən aparılmış hesablamalar nəticəsində tikililərin ümumi sahəsinin 105.41 kv.metr, yaşayış sahəsinin 49.19 kv.metr (14.3+10.29+24.6) və köməkçi sahənin isə 56.22 kv.metr (18.6+37.62) təşkil etdiyinin müəyyən edildiyini, eləcə də baxış zamanı texniki pasportun sxemində göstərilən tikililərdən əlavə tikililər olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən ************-***** nömrəli Çıxarış da göstərilən 177.0 kv.metr sahəyə konkret olaraq hansı tikililərin aid olduğunu müəyyən etmək mümkün olmamışdır.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Tərəflər arasında istifadədə olan yaşayış sahəsinin cavabdeh tərəfindən daş hasarla bölünməsi tərəflərin paylarını qeyri-bərabər edir. Həmçinin iş üzrə təyin edilmiş ilkin rəydə naturada bölünmənin mümkün olması qeyd olunsa da, ikinici rəydə ##.##.2020-ci il tarixli texniki pasportun bütün göstəriciləri arasında uyğunsuzluq olduğunu, yəni həmin texniki pasportda olan sxemdə tədqiq olunan ev üzrə sahələrin (tikililərin) ümumi sahəsinin 217.8 kv.metr təşkil etdiyinin müəyyən edildiyini, texniki pasportun “Yaşayış evlərinin texniki göstəriciləri” cədvəlində sözügedən evin ümumi sahəsinin 177.04 kv.metr, lakin texniki pasportun “Mərtəbələr üzrə otaqların təsnifatı” cədvəlində isə 5 ədəd tikilinin olduğu, həmin məlumatlara əsasən aparılmış hesablamalar nəticəsində tikililərin ümumi sahəsinin 105.41 kv.metr, təşkil etdiyinin müəyyən edildiyini, eləcə də baxış zamanı texniki pasportun sxemində göstərilən tikililərdən əlavə tikililər olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən ************-***** nömrəli Çıxarış da göstərilən 177.0 kv.metr sahəyə konkret olaraq hansı tikililərin aid olduğunu müəyyən etmək mümkün olmamışdır.

10. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, texniki pasport və çıxarışda göstərilən sahələrdən əlavə tikililər vardır ki, həmin tikililərin kimin mülkiyyətində olmasını müəyyənləşdirmək mümkün deyildir. 11.Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab etmişdir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbul ediləndir.

12. Məhkəmə iddianın digər hissəsi-cavabdeh Cavabdeh Qoşqar oğlunun istifadəsində olan 151 kv.metr yaşayış sahəsinin 30 kv.metr sahəsinin iddiaçıya verilməsi ilə bağlı qeyd etmişdir ki, Əmlak məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh 1/2 hissədə və İddiaçı 1/2 hissədə paylı mülkiyyətindədir və naturada bölgü mümkün olmadığından tərəflərin daş hasarla edilmiş şərti bölgüsü nəzərə alına bilməz. Ona görə də, iddia bu hissədə təmin edilməməlidir.

13. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır.

14. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlmişdir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan mənzildən payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Lakin iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunduğu kimi payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığından, iddiaçılara düşən pay naturada ayrılmamalıdır.

15. Məhkəmə naturada bölgü tələbinə dair hissəyə öz qənaətini onunla əsaslandırmışdır ki, mənzilin bölgüsü zamanı tərəflərin hər birinin sərəncamına yaşayış və yardımçı tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Mingəçevir şəhəri, Xətai küçəsində yerləşən **/* saylın evin ** saylı mənzilin isə yalnız bir giriş-çıxış yolunun olması, ayrıayrı otaqların sahəsinin tərəflərin payına düşən sahəyə uyğun olmaması mənzilin naturada bölünməsini istisna edir.

16. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab etmişdir ki, iddia bu hissədə təmin edilməməlidir.

17. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.

18. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab etmişdir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) və 50 (əlli) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ və II hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.7, 178.1, 213.1, 213.2, 220.1, 220.2, 220.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 117.1, 119.1, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən narazı qalan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

21. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərilmişdir ki, hesab edir ki, işə baxan Mingəçevir Şəhər Məhkəməsi qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir.

22. Belə ki, mülki iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023cü il tarixli **/**** saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilən qaydada, çıxarış əsasında paylı mülkiyyət hüququ ilə 1/2 hissəsi iddiaçı İddiaçı və 1/2 hissəsi cavabdeh Cavabdeh Sərkar oğlunun paylı mülkiyyətində olan, Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsiev 25 ünvanında yerləşən 0,0593 ha torpaq sahəsinin və ümumi sahəsi 177 kv.metr olan fərdi yaşayış evinin iddiaçı və cavabdeh arasında paylara uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Belə bölgü zamanı, rəyə əlavə edilmiş sxemdə göstərilən 1, 2, 3, 4, 5 və * saylı tikililər, B literli tikili, C literli tikilinin bir hissəsi və həmin tikililərin qarşısında yerləşən boş torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsinə, digər tikililərin isə yəni ki, rəyə əlavə edilmiş sxemdə göstərilən 7, 8, 9, ** saylı tikililər, D literli tikili, C literli tikilinin bir hissəsi və həmin tikililərin qarşısında yerləşən boş torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsinə verilə bilər. Lakin, işə baxan birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş və mülki iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli **/**** saylı rəyini sübut kimi nəzərə almamışdır. Hesab edir ki, bu tam qanun pozuntusudur. Çünki, ekspert rəyində torpaq sahəsi və fərdi yaşayış evinin naturada bölünməsinin açıq-aydın mümkün olduğu qeyd olunmuşdur. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi yuxarıda qeyd olunan ekspert rəyinə istinad etməmiş, bununla bağlı heç bir araşdırma aparmamışdır. Mingəçevir Şəhər Məhkəməsinin qərardadı ilə ekspert qarşısına qoyulmuş sualın cavablandırılmayan ekspert rəyini əsas götürməsi qanuni və əsaslı deyil. Sözügedən rəydə ümumiyyətlə tədqiqat aparılmadığı göstərilmişdir.

23. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə ilk növbədə onun mülkiyyət hüquqları pozulur. Çünki, Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən ** saylı fərdi yaşayış evi cavabdeh - qardaşı Cavabdeh Qoşqar oğlu ilə onun arasında ½ hissədə bölünmüş və mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmışdır. Ekspert rəyinə əsasən isə həmin torpaq sahəsinin və fərdi yaşayış evinin naturada ayrılması mümkündür. Lakin, Mingəçevir Şəhər Məhkəməsi bu halları nəzərə almamışdır.

24. Birinci instansiya məhkəməsi işə baxarkən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməmiş, işi tam və hərtərəfli araşdırmamış və bununla da həqiqəti əks etdirməyən qətnamə qəbul etmişdir.

25. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil2, cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin mümkünsüzlüyü barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ.Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2014-cü il tarixli Qərarına əsasən mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli qərardadının 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Apellyator Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- **/**** nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.0593 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 177 kv.m fərdi yaşayış evinin ½ hissəsi iddiaçı X2, ½ hissəsi isə cavabdeh Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı həmin yaşayış evinin yaşayış sahəsi üzrə paylar müəyyən olunsa da daş hasar onu 2 hissəyə böldüyündən yaşayış evinin köməkçi sahələri ümumi istifadədə qalmasını, həmin bölgü ilə cavabdehin yaşayış sahəsinin faktiki 151,0 kv. metr və özünün istifadəsində isə faktiki olaraq 91,8 kv. metr olmasını əsas gətirərək, ünvan 1 ünvanda yerləşən və cavabdeh Cavabdeh Qoşqar oğlunun istifadəsində olan 151 kv.metr yaşayış sahəsinin 30 kv.metr sahəsinin ona verilməsi və ünvan 1 ünvanında yerləşən 0.0593 ha torpaq sahəsinin və fərdi yaşayış evinin cavabdehlə onun arasında 1/2 hissədə naturada bölünməsini tələb etmişdir. Ekspertiza tədqiqatı ilə ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ** saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2020-ci il tarixli texniki pasportun bütün göstəriciləri arasında uyğunsuzluq olması, yəni həmin texniki pasportda olan sxemdə tədqiq olunan ev üzrə sahələri 13.68 kv.metr, 45.66 kv.metr, 19.28 kv.metr, 14.3 kv.metr, 37.62 kv.metr, 29.01 kv.metr, 10.29 kv.metr, 24.6 kv.metr və 23.37 kv.metr olan 9 ədəd tikilinin olduğu göstərilmiş, həmin tikililərin tikililərin ümumi sahəsinin 217.8 kv.metr təşkil etdiyi müəyyən edilmiş, texniki pasportun “Yaşayış evlərinin texniki göstəriciləri” cədvəlində sözügedən evin ümumi sahəsinin 177.04 kv.metr, yaşayış sahəsinin 72.56 kv.metr, köməkçi sahəsinin isə 104.48 kv.metr göstərilmiş, lakin texniki pasportun “Mərtəbələr üzrə otaqların təsnifatı” cədvəlində isə 5 ədəd tikilinin olduğu, həmin məlumatlara əsasən aparılmış hesablamalar nəticəsində tikililərin ümumi sahəsinin 105.41 kv.metr, yaşayış sahəsinin 49.19 kv.metr (14.3+10.29+24.6) və köməkçi sahənin isə 56.22 kv.metr (18.6+37.62) təşkil etdiyi müəyyən edilmiş, eləcə də baxış zamanı texniki pasportun sxemində göstərilən tikililərdən əlavə tikililər olduğu nəzərə alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən ************-***** nömrəli Çıxarışda göstərilən 177.0 kv.metr sahəyə konkret olaraq hansı tikililərin aid olduğunu müəyyən etmək mümkün olmadığından göstərilən məsələ üzrə tədqiqat aparılmamışdır.

39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və baxılan iş üzrə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, mülki iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli **/**** saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilən qaydada, çıxarış əsasında paylı mülkiyyət hüququ ilə 1/2 hissəsi iddiaçı İddiaçı və 1/2 hissəsi cavabdeh Cavabdeh Sərkar oğlunun paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 0,0593 ha torpaq sahəsinin və ümumi sahəsi 177 kv.metr olan fərdi yaşayış evinin iddiaçı və cavabdeh arasında paylara uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olduğunun müəyyən edilməsi, lakin, birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli **/**** saylı rəyini sübut kimi nəzərə almamasına dair dəlilini əsassız hesab edərək qeyd edir ki, işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli **/**** saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilən qaydada, Çıxarış əsasında paylı mülkiyyət hüququ ilə 1/2 hissəsi iddiaçı İddiaçı və 1/2 hissəsi cavabdeh Cavabdeh Sərkar oğlunun paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 0,0593 ha torpaq sahəsinin və ümumi sahəsi 177 kv.metr olan fərdi yaşayış evinin iddiaçı və cavabdeh arasında paylara uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Belə bölgü zamanı, rəyə əlavə edilmiş sxemdə göstərilən 1, 2, 3, 4, 5 və * saylı tikililər, B literli tikili, C literli tikilinin bir hissəsi və həmin tikililərin qarşısında yerləşən boş torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsinə, digər tikililərin isə yəni ki, rəyə əlavə edilmiş sxemdə göstərilən 7, 8, 9, ** saylı tikililər, D literli tikili, C literli tikilinin bir hissəsi və həmin tikililərin qarşısında yerləşən boş torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsinə verilə bilər.

41. Eyni zamanda iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** saylı rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ** saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2020-ci il tarixli texniki pasportun bütün göstəriciləri arasında uyğunsuzluq olduğunu, yəni həmin texniki pasportda olan sxemdə tədqiq olunan ev üzrə sahələri 13.68 kv.metr, 45.66 kv.metr, 19.28 kv.metr, 14.3 kv.metr, 37.62 kv.metr, 29.01 kv.metr, 10.29 kv.metr, 24.6 kv.metr və 23.37 kv.metr olan 9 ədəd tikilinin olduğu göstərildiyini, həmin tikililərin tikililərin ümumi sahəsinin 217.8 kv.metr təşkil etdiyinin müəyyən edildiyini, texniki pasportun “Yaşayış evlərinin texniki göstəriciləri” cədvəlində sözügedən evin ümumi sahəsinin 177.04 kv.metr, yaşayış sahəsinin 72.56 kv.metr, köməkçi sahəsinin isə 104.48 kv.metr göstərildiyini, lakin texniki pasportun “Mərtəbələr üzrə otaqların təsnifatı” cədvəlində isə 5 ədəd tikilinin olduğu, həmin məlumatlara əsasən aparılmış hesablamalar nəticəsində tikililərin ümumi sahəsinin 105.41 kv.metr, yaşayış sahəsinin 49.19 kv.metr (14.3+10.29+24.6) və köməkçi sahənin isə 56.22 kv.metr (18.6+37.62) təşkil etdiyinin müəyyən edildiyini, eləcə də baxış zamanı texniki pasportun sxemində göstərilən tikililərdən əlavə tikililər olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən ************-***** nömrəli Çıxarış da göstərilən 177.0 kv.metr sahəyə konkret olaraq hansı tikililərin aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də sualda göstərilən məsələ üzrə tədqiqat aparılmamışdır.

42. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin ekspert qarşısında qoyduğu suala ekspert aydın şəkildə cavab verərək göstərmişdir ki, baxış zamanı texniki pasportun sxemində göstərilən tikililərdən əlavə tikililər olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən ************-***** nömrəli Çıxarışda göstərilən 177.0 kv.metr sahəyə konkret olaraq hansı tikililərin aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də sualda göstərilən məsələ üzrə tədqiqat aparılmamışdır.

43. Məhkəmə kollegiyası həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli **/**** saylı ekspert rəyinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin rəyə nəzər saldıqda müəyyən olunur ki, ekspertiza tədqiqatı nəticəsində ekspert belə qənaətə gəlmişdir ki, bölgü zamanı, rəyə əlavə edilmiş sxemdə göstərilən 1, 2, 3, 4, 5 və * saylı tikililər, B literli tikili, C literli tikilinin bir hissəsi və həmin tikililərin qarşısında yerləşən boş torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsinə, digər tikililərin isə yəni ki, rəyə əlavə edilmiş sxemdə göstərilən 7, 8, 9, ** saylı tikililər, D literli tikili, C literli tikilinin bir hissəsi və həmin tikililərin qarşısında yerləşən boş torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsinə verilə bilər.

44. Sözügüdən ekspert rəyinə əlavə edilmiş ünvan 3 ünvanında yerləşən 0,0593 ha torpaq sahəsinin və ümumi sahəsi 177 kv.m olan fərdi yaşayış evinin bölgü sxüminə nəzər saldıqda müəyyən olunur ki, sxemdə göstərilən 1, 2, 3, 4, 5 və * saylı tikililər cavabdehə verildiyi təqdirdə (B literli tikili, C literli tikilinin bir hissəsini nəzərə almasaq belə) çıxarışla iddiaçı və cavabdehin paylı mülkiyyətində olan 177 kv.m fərdi yaşayış evinin 129.26 kv.m hissəsi (45.66+13.68+14.3+37.62+10.29+7,71=129.26) cavabdehin payına, təxminən 88.52 kv.m hissəsi (D literli tikili və C literli tikililəri nəzərə almasaq) isə iddiaçının payına düşür.

45. Birinci instansiya məhkəməsi haqlı olaraq həmin ziddiyyətin araşdırılması üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** saylı rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ** saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2020-ci il tarixli texniki pasportun bütün göstəriciləri arasında uyğunsuzluq olduğunu, yəni həmin texniki pasportda olan sxemdə tədqiq olunan ev üzrə sahələri 13.68 kv.metr, 45.66 kv.metr, 19.28 kv.metr, 14.3 kv.metr, 37.62 kv.metr, 29.01 kv.metr, 10.29 kv.metr, 24.6 kv.metr və 23.37 kv.metr olan 9 ədəd tikilinin olduğu göstərildiyini, həmin tikililərin tikililərin ümumi sahəsinin 217.8 kv.metr təşkil etdiyinin müəyyən edildiyini, texniki pasportun “Yaşayış evlərinin texniki göstəriciləri” cədvəlində sözügedən evin ümumi sahəsinin 177.04 kv.metr, yaşayış sahəsinin 72.56 kv.metr, köməkçi sahəsinin isə 104.48 kv.metr göstərildiyini, lakin texniki pasportun “Mərtəbələr üzrə otaqların təsnifatı” cədvəlində isə 5 ədəd tikilinin olduğu, həmin məlumatlara əsasən aparılmış hesablamalar nəticəsində tikililərin ümumi sahəsinin 105.41 kv.metr, yaşayış sahəsinin 49.19 kv.metr (14.3+10.29+24.6) və köməkçi sahənin isə 56.22 kv.metr (18.6+37.62) təşkil etdiyinin müəyyən edildiyini, eləcə də baxış zamanı texniki pasportun sxemində göstərilən tikililərdən əlavə tikililər olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən ************-***** nömrəli Çıxarış da göstərilən 177.0 kv.metr sahəyə konkret olaraq hansı tikililərin aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də sualda göstərilən məsələ üzrə tədqiqat aparılmamışdır.

46. Göründüyü kimi ##.##.2020-ci il tarixli texniki pasportda olan sxemdə tədqiq olunan ev üzrə sahələrin (tikililərin) ümumi sahəsi 217.8 kv.metr, texniki pasportun “Yaşayış evlərinin texniki göstəriciləri” cədvəlində sözügedən evin ümumi sahəsi isə 177.04 kv.metr təşkil edir. Texniki pasportun “Mərtəbələr üzrə otaqların təsnifatı” cədvəlində isə 5 ədəd tikili olduğu, həmin məlumatlara əsasən aparılmış hesablamalar nəticəsində tikililərin ümumi sahəsinin 105.41 kv.metr, təşkil etdiyi müəyyən edilmişdir. Belə olan təqdirdə ekspert pasportun sxemində göstərilən tikililərdən əlavə tikililər olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən ************-***** nömrəli Çıxarışda göstərilən 177.0 kv.metr sahəyə konkret olaraq hansı tikililərin aid olduğunu müəyyən edə bilməmişdir.

47. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

48. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

49. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

50. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

51. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

52. Məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **/**** saylı ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ##.##.2025-ci il tarixli **/**** saylı ekpsert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

53. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti üzrə əlavə olaraq qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli Qərardadının 18-19-cu bəndlərində göstərilmişdir ki, hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.

54. Həmin Qərarın 62-ci bəndində göstərilmişdir ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

55. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli Qərardadından da göründüyü kimi bu xarakterli iddialarda ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi əmlakın iştirakçılar üçün hərracda (qapalı hərracda) satılması, əşya qapalı hərracda mülkiyyətçilər tərəfindən əldə edilmədiyi halda isə ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi mümkündür.

56. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin məhkəmə işə baxarkən təqdim edilmiş sübutlara düzgün qiymət verməməsi, tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməməsi, işi tam və hərtərəfli araşdırmaması, bununla da həqiqəti əks etdirməyən qətnamə qəbul etməsinə dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.

57. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar