Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-262/2026 23.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “ümumi paylı mülkiyyətdən payın naturada ayrılması və torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ümumi paylı mülkiyyətdən payın naturada ayrılması və torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbinə dair, rədd) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “ümumi paylı mülkiyyətdən payın naturada ayrılması və torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçılar, iddiaçı2, iddiaçı1 cavabdehlər, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “ümumi paylı mülkiyyətdən payın naturada ayrılması və torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia qaldıraraq, ümumi paylı mülkiyyətdə olan 529 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,75 ha həyətyanı torpaq sahəsi və JN 529 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinin paylara uyğun gələn hissələrə (2/6 və 4/6) bölünməsi, 2/6 hissəni əhatə edən 0,34 ha torpaq sahəsinin naturada ayrılaraq onların ümumi paylı mülkiyyətlərinə verilməsi, həmin torpaq sahəsinin cavabdehlər, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qanunsuz sahibliyindən azad edilməsi və istifadəsinə yaradılan maneçiliyin aradan qaldırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpaq islahatı aparılarkən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən ayrı-ayrılıqda 0,75 ha və 0,29 ha həyətyanı torpaq sahəsi altı nəfərin (Valehov Əfsər Dolu oğlu, cavabdeh1, cavabdeh2, cavabdeh3, iddiaçı2 və X1) ümumi mülkiyyətinə verilmiş və müvaviq olaraq JN 529 F və JN 529 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən plan üzrə ümumi paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Valehov Əfsər Dolu oğlunun vəfatından sonra onlar həmin torpaq sahələrinə buraxılmayaraq faktiki surətdə paylarından məhrum edilmiş, paylı mülkiyyətin iştirakçıları arasında torpaq sahəsinin birgə istifadəsi və paylara uyğun şəkildə naturada bölünməsi barədə ümumi razılıq əldə olunmamışdır. Ona görə də, ümumi paylı mülkiyyətdə olan 529 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,75 ha həyətyanı torpaq sahəsi və JN 529 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinin paylara uyğun gələn hissələrə ( 2/6 və 4/6) bölünməsi, 2/6 hissəni əhatə edən 0,34 ha torpaq sahəsinin naturada ayrılaraq onların ümumi paylı mülkiyyətlərinə verilməsi, həmin torpaq sahəsinin cavabdehlər, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qanunsuz sahibliyindən azad edilməsi və istifadəsinə yaradılan maneçiliyin aradan qaldırılması haqqında iddia qaldırmışlar.
3. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia tələbinin qismən təmin olunması, JN 529 F “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,75 ha həyətyanı torpaq sahəsi AR IN ƏMDX DƏDRX PHŞ * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı Mütəxəssis rəyinə əlavə edilmiş 3 və * nömrəli Yerquruluşu planında nəzərdə tutulan qaydada 4/6 və 2/6 hissələr üzrə və N-***G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi AR IN ƏMDX DƏDRX PHŞ * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*- ****/**** saylı Mütəxəssis rəyinə əlavə edilmiş 5 və * nömrəli Yerquruluşu planında nəzərdə tutulan qaydada 4/6 və 2/6 hissələr üzrə naturada bölünsün: * saylı planda ölçüləri və koordinantları göstərilən 0,25 ha həyətyanı torpaq sahəsi və * saylı planda ölçüləri və koordinantları göstərilən 0,0967 ha həyətyanı torpaq sahəsinin naturada ayrılıb iddiaçılar, iddiaçı2 və iddiaçı1 ümumi paylı mülkiyyətinə verilməsi, cavabdehlər, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada 100,0 manat dövlət rüsumu və 95,0 manat mütəxəssis haqqı tutulub iddiaçılar, iddiaçı2 və iddiaçı1 xeyrinə ödənilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 213.1, 214.1, 220.2, 220.3 və 238.1-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işdə olan JN 529 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,75 ha həyətyanı torpaq sahəsi Valehov Əfsər Dolu oğlu, cavabdeh1, cavabdeh2, cavabdeh3, iddiaçı2 və X1 ümumi birgə mülkiyyətindədir. Işdə olan JN 529 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi Valehov Əfsər Dolu oğlu, cavabdeh1, cavabdeh2, cavabdeh3, iddiaçı2 və X1 ümumi birgə mülkiyyətindədir. Işdə olan AR IN ƏMDX DƏDKR PHŞ * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı Mütəxəssis rəyinə əsasən JN 529 F “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,75 ha həyətyanı torpaq sahəsinin faktiki yerləşmə vəziyyətində 2/6 hissə (0,25 ha) və 4/6 /hissələr (0,50 ha) üzrə (üzərində yerləşən tikililər nəzərə alınmadan) naturada bölgüsü Rəyə əlavə edilmiş 3 və * nömrəli Yerquruluşu planında göstərilən qaydada mümkündür. JN 529 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinin faktiki yerləşmə vəziyyətində 4/6 /hissə (0,1933 ha) və 2/6 hissə (0,0967 ha) üzrə (üzərində yerləşən tikililər nəzərə alınmadan) naturada bölgüsü Rəyə əlavə edilmiş 5 və * nömrəli Yerquruluşu planında göstərilən qaydada mümkündür. JN 529 F saylı “Torpağın Mülkiyyətə Verilməsinə dair” Şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,75 ha həyətyanı torpaq sahəsinin bölgüsündən sonra ayrılması nəzərdə tutulan torpaq sahələrinə ayrılıqda gediş-gəliş yolu mövcuddur. JN 529 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinin bölgüsündən sonra ayrılması nəzərdə tutulan torpaq sahələrinə ayrılıqda gediş-gəliş yolu mövcud deyil.
6. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə razı deyil və hesab edir ki, qərar maddi və prosessual hüquq normalarının kobud pozuntuları ilə qəbul edilmişdir. Mübahisəli torpaq sahələri iki müxtəlif ərazidə yerləşir və relyefi, yol çıxışları, su mənbələrinə yaxınlığı və məhsuldarlığı baxımından ciddi şəkildə fərqlənir. Bu səbəbdən 6 payçı arasında torpaq sahələrinin naturada bərabər və hüquqlara xələl gətirmədən bölünməsi real deyil. Xüsusilə 0,75 ha sahəsi olan torpaq sahəsinin cəmi 3 çıxışımövcuddur və bu çıxışlardan 6 payçının ayrı-ayrılıqda istifadəsi mümkün deyil. Həmçinin, servitut məsələsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Bundan əlavə, 0,29 ha torpaq sahəsi ilə bağlımütəxəssis rəyində naturada bölgünün mümkün olduğu göstərilsə də, həmin sahənin ayrıca gediş-gəliş yolunun olmadığı da qeyd edilmişdir ki, bu hal özü-özlüyündə bölgünün qeyri-mümkünlüyünü təsdiq edir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli əraziyə baxış keçirilməmiş, təqdim etdikləri vəsatətlərə münasibət bildirilməmiş, mütəxəssis qarşısında işin mahiyyəti üçün mühüm olan suallar qoyulmamışdır. Həmçinin, payçılardan birinin vəfat etməsinə baxmayaraq, vərəsələrin müəyyən edilməməsi faktı da nəzərə alınmamışdır. Hesab edir ki, mübahisənin düzgün və ədalətli həlli üçün torpaq sahələrinin ilkin qiymətləndirilməsi aparılmalı, sonradan hərrac yolu ilə satılaraq əldə olunan vəsait payçılar arasında bölüşdürülməlidir.
9. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
19. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
22. Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır.
23. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.1-ci, 217.3-cü və 217.4cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
24. Belə ki, işdə olan AR IN ƏMDX DƏDKR PHŞ * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən JN 529 F “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,75 ha həyətyanı torpaq sahəsinin faktiki yerləşmə vəziyyətində 2/6 hissə (0,25 ha) və 4/6 /hissələr (0,50 ha) üzrə (üzərində yerləşən tikililər nəzərə alınmadan) naturada bölgüsü Rəyə əlavə edilmiş 3 və * nömrəli Yerquruluşu planında göstərilən qaydada mümkündür. JN 529 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinin faktiki yerləşmə vəziyyətində 4/6 /hissə (0,1933 ha) və 2/6 hissə (0,0967 ha) üzrə (üzərində yerləşən tikililər nəzərə alınmadan) naturada bölgüsü Rəyə əlavə edilmiş 5 və * nömrəli Yerquruluşu planında göstərilən qaydada mümkündür. JN 529 F saylı “Torpağın Mülkiyyətə Verilməsinə dair” Şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,75 ha həyətyanı torpaq sahəsinin bölgüsündən sonra ayrılması nəzərdə tutulan torpaq sahələrinə ayrılıqda gediş-gəliş yolu mövcuddur. JN 529 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinin bölgüsündən sonra ayrılması nəzərdə tutulan torpaq sahələrinə ayrılıqda gediş-gəliş yolu mövcud deyil.
25. Göründüyü kimi, işdə olan və yuxarıda göstərilən mütəxəssis rəyindən, eyni zamanda mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxemindən görünür ki, naturada tərəflər arasında faktiki istifadədə olan variantda mübahisəli əmlaklar iki hissəyə bölünərkən torpaq sahəsinin üzərindəki tikililərin tərəflər arasında bərabər bölünməsi təmin edilməmişdir. Həmçinin, Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinin bölgüsündən sonra ayrılması nəzərdə tutulan torpaq sahələrinə ayrılıqda ümumiyyətlə gedişgəliş yolu mövcud deyil.
26. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və II hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
27. Konstitusiyanın 29-cu maddəsinin İ, II və IV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
28. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «Insаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz.
29. “xxxx”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir.
30. Məhkəmə kollegiyasının apellyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir.
31. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
32. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
33. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
34. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
35. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən etsə də belə, düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən ləğv edilməli və iddia təmin edilməməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni JN 529 F “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,75 ha həyətyanı torpaq sahəsi AR IN ƏMDX DƏDRX PHŞ * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı Mütəxəssis rəyinə əlavə edilmiş 3 və * nömrəli Yerquruluşu planında nəzərdə tutulan qaydada 4/6 və 2/6 hissələr üzrə və N-***G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi AR IN ƏMDX DƏDRX PHŞ * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı Mütəxəssis rəyinə əlavə edilmiş 5 və * nömrəli Yerquruluşu planında nəzərdə tutulan qaydada 4/6 və 2/6 hissələr üzrə naturada bölünsün: * saylı planda ölçüləri və koordinantları göstərilən 0,25 ha həyətyanı torpaq sahəsi və * saylı planda ölçüləri və koordinantları göstərilən 0,0967 ha həyətyanı torpaq sahəsinin naturada ayrılıb iddiaçılar iddiaçı2 və iddiaçı1 ümumi paylı mülkiyyətinə verilməsi hissələrində ləğv edilsin, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməklə, qeyd edilmiş hissələrdə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.