Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-266/2026 30.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X11 qızının katibliyi, apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “gediş-gəliş yolunun bərpa edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları:
Iddiaçı İddiaçı ## ###### 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh Cavabdeh qarşı “gediş-gəliş yolunun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz əməlləri ilə bağlı mülkiyyət hüququnu qorumaq məqsədilə mülkiyyətində olan 0,1437 ha olan torpaq sahəsinə əvvəllər mövcud olmuş, lakin cavabdeh Cavabdeh tərəfindən qanunsuz bağlanmış gediş-gəliş yolunun bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən və digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan 0,1437 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 402013115734 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq, onların xüsusi mülkiyyətlərinə verilmişdir. Islahatdan əvvəl həmin ərazidə “Gər bağı” yerləşirdi və ona ayrılmış torpaq sahəsinə yol həmin ərazidən keçirdi. Son iki ilədək o, öz torpaq sahəsinə getmək üçün həmin yoldan istifadə edirdi. Artıq iki ildir ki, mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, cavabdeh Cavabdeh qanunsuz olaraq torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış yolu bağlayıb. Belə ki, 1996-cı il islahat zamanı həmin sahədə yol nəzərdə tutulmuşdur. Cavadeh islahat zamanı ona və ailə üzvlərinə ayrılmış torpaq sahəsi ilə kifayətlənməyib, onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olan 2,17 hektar torpaq sahəsini qanunsuz olaraq ələ keçirməklə, gediş-gəliş yolunu bağlamışdır. Cavabdehin bu qanunsuz əməlləri bununla da bitmir. Cavabdeh islahat dövründən sonra doğulmuş Könül və Oksana adlı qızlarının adına qanunsuz pay torpağı almışdır. Bu barədə Əliabad qəsəbəsinin islahat zamanı torpaq payı alacaq vətəndaşların siyahısında *** nömrəli səhifədə 879 nömrə ilə qeydiyyat aparılmışdır. O, cavabdehin onun mülkiyyət hüququna qarşı törətdiyi qanunsuz hərəkətləri barədə Əliabad Bələdiyyəsinə şikayət etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də qərar gəlmişdir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etsin. Onun tələbi odur ki, cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş gediş-gəliş yolu bərpa edilsin. Iş üzrə Zaqatala Rayon Məhkəməsində aparılan məhkəmə icraatında cavabdeh Cavabdeh tərəfindən ## ###### 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin iddia ərizəsinə qarşı yazılı Etirazla məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “gediş-gəliş yolunun bərpa edilməsi” barədə iddia tələbinin rədd olunmasını xahiş etmiş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, o, iddiaçının “gediş-gəliş yolunun bərpa edilməsi” barədə iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının gediş-gəliş yolunun bərpasını istədiyi torpaq sahəsi ********** qeydiyyat nömrəli Çıxarış əsasında onun mülkiyyətindədir. Istər Aqrar islahatdan əvvəl, istərsə də islahatdan sonra mübahisəli ərazidən hər hansı yol keçməmişdir. Faktiki olaraq iddiaçının belə bir tələb irəli sürməsi heç bir dəlillərlə öz təsdiqini tapmır. Çünki, torpaq sahəsinə dair təqdim etdiyi çıxarış və xəritəyə əsasən, iddiaçının torpaq sahəsi ona qonşu deyil, onun torpaq sahəsi onun sahəsindən sonra yerləşən başqa şəxsə məxsus torpaq sahəsinə qonşudur. Bu səbəbdən də iddiaçının ona qarşı gediş-gəliş yolunun bərpası tələbi qanuni və əsaslı deyildir. Iddiaçı tərəfindən göstərilən gediş-gəliş yolu özbaşına istifadə və ya digər qanunsuz əsaslarla tələb olunur. Bu isə onun mülkiyyət hüququnun pozulmasıdır və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və Mülkü Məcəllənin 152-ci maddəsinin tələblərinə ziddir.
2. Birinci instansiya məhkəməsində icraat:
Zaqatala Rayon Məhkəməsinin (hakim Zərifə Məmmədova) ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “gediş-gəliş yolunun bərpa edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi Idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində ##.##.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X7, X8, X12 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi Idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ##.##.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1437 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X2, X13, X14, X17 məxsusdur. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” X9 ** saylı Zaqatala Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli məktubundan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,1437 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri təqdim olunur. Qeyd olunan 0,1437 ha torpaq sahəsinə bitişik 2,17 ha torpaq sahəsinin olması ilə bağlı ərazi Idarəsində məlumat aşkar edilməmişdir, lakin həmin torpaq sahəsi ilə qonşu olan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,40 ha, 0,225 ha və 0,8834 ha torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərin təsdiq olunmuş surətləri qoşmaya əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi Idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ##.##.2020-ci il tarixdə 3620009863 qeydiyyat nömrəsi ilə qeydə alınmış, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X16, X18 və X15 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi Idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ##.##.2024-cü il tarixdə 3624000852 qeydiyyat nömrəsi ilə qeydə alınmış, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,225 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında X4 və X3 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi Idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ##.##.2023-cü il tarixdə 3623013718 qeydiyyat nömrəsi ilə qeydə alınmış, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,8834 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X32, X19, X6, X10, X5 məxsusdur. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” X9 ** saylı Zaqatala Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli müşayiət məktubu ilə daxil olmuş mütəxəssis Rəyindən görünür ki, Daşınmaz əmlakın dövlət reyestr xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə ********** nömrə ilə ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X2, X13, X14, X17 adına qeydiyyata alınmış 0,1437 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Daşınmaz əmlakın dövlət reyestr xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə ********** nömrə ilə ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X2, X13, X14, X17 adına qeydiyyata alınmış 0,1437 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu cavabdeh Cavabdeh tərəfindən zəbt edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestr xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə ********** nömrə ilə ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X2, X13, X14, X17 adına qeydiyyata alınmış 0,1437 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçının tələb etdiyi yol ərazisi Cavabdeh və onun ailə üzvlərinin adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış qeydiyyat nömrəsi ********** olan Çıxarış sənədində göstərilən 1,60 ha torpaq sahəsinin hüdudları daxilinə və X15 və və onun ailə üzvlərinin adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış qeydiyyat nömrəsi 3620009863 olan Çıxarış sənədində göstərilən 0,40 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1437 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X2, X13, X14, X17 məxsusdur. Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1437 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X2, X13, X14, X17 məxsusdur. Həmin torpaq sahələri qonşu ərazilərdə yerləşir. Iddiaçı 1996-cı il islahat zamanı onun mülkiyyətində olan torpaq sahəsinə yolun nəzərdə tutulduğunu və həmin yolun cavabdeh Cavabdeh tərəfindən bağlandığına əsaslanaraq gediş-gəliş yolunun bərpa edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” X9 ** saylı Zaqatala Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Daşınmaz əmlakın dövlət reyestr xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə ********** nömrə ilə ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X2, X13, X14, X17 adına qeydiyyata alınmış 0.1437 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə idarəmizin xidməti istifadəsində olan elektron məlumat bazasında gedişgəliş yolunun nəzərdə tutulmamışdır.Daşınmaz əmlakın dövlət reyestr xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə ********** nömrə ilə ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X2, X13, X14, X17 adına qeydiyyata alınmış 0.1437 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh Cavabdeh tərəfindən zəbt edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestr xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə ********** nömrə ilə ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X2, X13, X14, X17 adına qeydiyyata alınmış 0.1437 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçının tələb etdiyi yol ərazisi Cavabdeh və onun ailə üzvlərinin adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış qeydiyyat nömrəsi********** olan çıxarış sənədində göstərilən 1.60 ha torpaq sahəsinin hüdudları daxilinə və X15 və onun ailə üzvlərinin adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış qeydiyyat nömrəsi 3620009863 olan çıxarış sənədində göstərilən 0.40 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatları və digər sənədlərlə yanaşı, həm də iş üzrə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi Idarəsinin mütəxəssis rəyini sübut qismində qiymətləndirir. Iş materiallarında olan sənədlərdən, eləcə də, mütəxəssis rəyindən də də görünür ki, hazırkı iş üzrə iddiaçının istifadəsində olan və iddiaçının ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1437 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş gəliş yolu nəzərdə tutulmamış və iddiaçıların yol kimi tələb etdiyi ərazi cavabdeh Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1.60 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Ona görə də, məhkəmə cavabdehin mülkiyyət hüquqlarını müdafiə etməklə, iddiaçıların cavabdeh Cavabdeh qarşı torpaq sahəsinə gedişgəliş yolunun bərpa edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsini əsaslı hesab edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, yolun açılması (torpaq sahəsinə giriş çıxışa yaradılan maneələrin aradan qaldırılması) mülkiyyətçi olan cavabdehin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinə dair Azərbaycan Respublikası Konstitusiyası və digər normativ hüquqi aktlarla müdafiə olunan hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmasına və ya pozulmasına gətirib çıxarır. Ümumiyyətlə iş materiallarından müəyyən olunur ki, cavabdeh iddiaçılara torpaq sahələrinə giriş-çıxışa hər hansı maneə yaratmır, ona görə ki, iddiaçıların cavabdehin maneə yaratdığını iddia etdikləri torpaq sahəsinə heç bir hüquqları yoxdur. Əksinə, cavabdeh həmin torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “gediş-gəliş yolunun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi qanuni və əsaslı olmadığına görə rədd edilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, “Insan hüquqlarının və X22 haqqında” Konvensiyanın * nömrəli Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.5, 157.4, 175.1 və 175.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 63.1, 64.1, 64.2, 76.1, 76.2, 77.1, 88, 89.1, 106.1, 107, 115.0.1, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz:
- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Iddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsini ləğv edib, yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz əməlləri ilə bağlı mülkiyyət hüququnu qorumaq məqsədilə mülkiyyətində olan 0,1437 ha olan torpaq sahəsinə əvvəllər mövcud olmuş, lakin cavabdeh Cavabdeh tərəfindən qanunsuz bağlanmış gediş-gəliş yolunun bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən və ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan 0,1437 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi 402013115734 reystr nömrəsi 362406388 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reystrində qeydiyyata alınaraq, onların xususi mülkiyyətinzə verilmişdir. Islahatdan əvvəl həmin ərazidə “Gər Bağı” yerləşirdi və o, ona ayrılmış torpaq sahəsini həmin ərazidən keçirdi. Son iki ilədək o, həmin yoldan istifadə edirdi. Artıq iki ildir ki, o, həmin torpaq sahəsinə daxil ola bilmir. Belə ki, cavabdeh Cavabdeh qanunsuz olaraq torpaq sahəsinə gediş-gəliş üçün olan yolu bağlamışdır. Belə ki, 1996-cı il islahat zamanı həmin sahədə yol salınmışdır və 1996-cı ildə tərtib olunmuş xəritədə həmin yol qeyd olunmuşdur. Daha sonra 2004-cü il tarixdə dəqiqləşdirmə üçün xəritəçəkmə zamanı cavabdeh qanunsuz yolla həmin yolu xəritədən çıxatdırmışdır. Cavabdeh islahat zamanı özünə və ailə üvlərinə ayrılmış torpaq sahəsi ilə kifayətlənməyib, onların mülkiyyətində olan torpaq sahəsinə bitişik olan 2,17 ha torpaq sahəsini qanunsuz olaraq ələ keçirməklə, gediş-gəliş yolunu bağlamışdır. Cavabdehin qanunsuz əməlləri bununla bitmir. Cavabdeh islahat dövründən sonra doğulmuş Könül və Oksana adlı qızlarının adına qanunsuz pay torpağı almışdır. Bu barədə Əliabad qəsəbəsinin islahat zamanı torpaq payı alacaq vətəndaşların siyahısında *** nömrəli səhifədə 879 nömrə ilə qeydiyyat aparılmışdır. O, cavabdehin mülkiyyət hüququna qarşı törətdiyi qanunsuz hərəkəti barədə Əliabad Bəədiyyəsinə şikayət etsə də, nəticəsi olmamışdır. Odur ki, cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş gediş-gəliş yolunun bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə isə işə baxarkən iddia tələbindən kənara çıxmışdır. Məhkəmə prosesləri iddia ərizəsinin mahiyyətinə uyğun deyil, işə aid olmayan iddia ərizəsində qeyd olunmayan hallara uyğun aparılmışdır. Lakin, hakim istinad etdiyi halları qətnamənin əsaslandırıcı hissəsində göstərməmişdir. Hesab edir ki, məhkəmə mülki işə baxarkən qərəzli olmuşdur. Məhkəmə sübutlara qabaqcadan hüquqi qiymət vermişdir. Hesab edirik ki, birinci instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Məhkəmənin gəldiyi nəticə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmaması nəticəsində əldə olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyildir.
- 3.2). Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. Iş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı və cavabdeh Cavabdeh gəlmişlər. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, mülki iş üzrə qəbul edilmiş Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsinin ləğv olunması və cavabdeh Cavabdeh qarşı vermiş olduğu “gediş-gəliş yolunun bərpa edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilərək, mülkiyyət hüququnu qorumaq məqsədilə mülkiyyətində olan 0,1437 ha olan torpaq sahəsinə əvvəllər mövcud olmuş, lakin cavabdeh Cavabdeh tərəfindən qanunsuz bağlanmış gedişgəliş yolunun bərpa edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini – iddia ərizəsində və apellyasiya şikayətində yazılanlarla əsaslandırmışdı. Qeyd etmək lazımdır ki, iddiaçı İddiaçı apellyasiya şikayətində tələbini “Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsini ləğv edib, yeni qətnamə qəbul olunması” kimi ifadə etmiş olsa da, apellyasiya şikayəti üzrə keçirilən məhkəmə iclasında o, apellyasiya şikayətinin tələbini dəqiqləşdirərək, əslində hazırkı apellyasiya şikayəti ilə müraciət etməkdə məqsədi iddia tələbinin rədd olunması barədə qəbul edilmiş Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və cavabdeh Cavabdeh qarşı vermiş olduğu “gediş-gəliş yolunun bərpa edilməsi” barədə iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsi olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iddia ərizəsinə qarşı vermiş olduğu yazılı Etirazında yazılanlara uyğun izahat verərək, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
- 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə - tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
- 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 12.1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. 12.2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri, meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. 54.1. Servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır . 54.2. Servitut — torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. 54.3. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçı İddiaçı iddia tələblərinin dəlillərinə, cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və iddiaçı İddiaçı apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsində iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “gediş-gəliş yolunun bərpa edilməsi” barədə iddia tələbi - işin halları və bu mübahisəni nizamlayan müvafiq qanunvericilik normaları nəzərə alınmaqla həll edilmişdir. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin mübahisələndirilən hissəsində ləğvi üçün əsas deyildir və eyni zamanda, şikayətin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Insan Hüquqlarının və X22 haqqında Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən Azərbaycan Respublikasında mulkiyyət toxunulmazdır və dovlət tərəfindən mudafiə olunur (13-cü maddə), mulkiyyətin heç bir novunə üstünlük verilmir və mulkiyyət hüququ, o cumlədən xüsusi mulkiyyət hüququ qanunla qorunur (29-cu maddə) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə “mülkiyyətin toxunulmazlığı” Mülki Qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən olunmuşdur. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot Isveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyrisabit” xarakter almış olur. “Ədalət muhakiməsinin həyata kecirilməsi zamanı “Insan hüquqlarının və əsas azadlıqların mudafiəsi haqqında” Avropa Konvensiyası muddəalarının və Insan Hüquqları uzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli Qərarının 23-cü bəndində gostərilir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Eyni zamanda, məhkəmə kollegiyası, iddiaçı tərəfin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yoluna malik olması - mülkiyyətçi olaraq iddiaçı tərəfin Azərbaycan Respublikasının Konstitusiyası, Mülki qanunvericilik və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq aktlarla tanınan və qorunan mülkiyyət hüququnun, o cümlədən də mülkiyyətindən istifadə, sahiblik və sərəncam vermək kimi hüquqlarının tərkib hissəsidir. Lakin, hazırkı mübahisənin bütün halları nəzərə alınmaqla, qeyd etmək lazımdır ki, iddiaçının həmin torpaq sahəsinə yolun məhz cavabdehin mülkiyyətində olan torpaq sahəsindən verilməsinin əsaslılığı və səmərəliliyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Lakin, tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir, daha sonra isə tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir və zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır (maddə 175.1). Bundan əlavə, həmin Məcəllənin tələbləri baxımından sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir və tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər (maddə 175.2) və eləcə də, əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir (maddə 175.3). Bu hallara görə də ilk növbədə, cavabdehə qarşı verdiyi hazırkı iddia tələbini əsaslandırdığı xüsusatları, yəni “əvvəldən yolun olması və sonradan cavabdeh tərəfindən həmin yolun zəbt edilməsi” xüsusatlarını təsdiq edən sübutları iddiaçı məhkəməyə təqdim etməli və həmçinin, cavabdehin həmin torpaq sahəsi ilə əlaqədar müvafiq hüquqmüəyyənedici sənədi olduğundan iddia tələbi işin belə bir halı nəzərə alınmaqla verilməli idi. Çünki, Mülki Məcəllənin tələblərinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (maddə 140). Lakin, iş materiallarından görünür ki, iddiaçı tərəf belə bir sübutları məhkəməyə təqdim etməmiş və həmçinin, qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı sübut olunmamışdır. Yəni, məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsinə giriş-çıxış yolunun məhz bu cavabdeh tərəfindən bağlanması müəyyən olunmamışdır. Digər vəziyyətdə, yəni iddiaçı Mülki Məcəllənin 175-ci maddəsinin tələblərinə və eləcə də, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq normalarına görə qonşudan öz torpaq sahəsinə yolun verilməsini tələb etdiyi halda isə iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə müraciət etməmişdən əvvəl torpaq sahəsinə hansı yerdən yolun verilməsinin daha məqəsədəmüvafiq və yolverilən olmasının müəyyən edilməsi üçün aidiyyəti orqanlara və ya mütəxəssislərə müraciət edib, bunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qonşuya (qonşulara) qarşı belə bir tələblə çıxış edə bilərdi. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarı iə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eyni zamanda, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyasiya şikayətini vermiş cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.