Məhkəmə qərarları › İş №2(3-10)-268/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-268/2026

05.05.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-268/2026 05.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh İsayev Zamir Süleyman oğluna qarşı (açar sözlər: Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh İsayev Zamir Süleyman oğluna qarşı “torpaq sahəsindən qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda qismində 12.000 manat pul tələbinə dair” iddia ərizəsi üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş *Ə-**** nömrəli, ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı cavabdeh1 Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.1514 ha olan torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verilmişdir.

2. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2024-cü il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. İş materiallarında olan ##.##.2024-cü il tarixdə tərtib edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin ** saylı Zaqatala Ərazi İdarəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 0.1514 ha yaşayış məntəqələri tayinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

4. İş materiallarında olan Zaqatala RİH Əliabad qəsəbə inzibati ərazi dairəsi tərəfindən verilmiş *-**-**/***** saylı, ##.##.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Zaqatala rayonu, Əliabad qəsəbəsində özünə məxsus 0.15 ha sahədə yerləşən qeyri-yaşayış obyekti hal-hazırda İsayev Zamir Süleyman oğlu istifadə edir.

5. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)****/**** saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməyərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** saylı qərarı dəyişdirilmiş, Zaqatala rayonu Əliabad Bələdiyyəsinin ##.##.2004-cü il tarixli ** nömrəli qərarı ilə Əliabad kənd sakini X4 alqı-satqı yolu ilə satılmış və X8 kitabında ##.##.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,18 ha torpaq sahəsinin 1514 kv.m hissəsinin koordinatlarına TEKUİS elektron baza məlumatlarında düzəliş edilməklə, həmin 1514 kv.m torpaq sahəsinə hüququn mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

6. İş materiallarında olan ##.##.2004-cü il tarixli ** nömrəli qərarı ilə Əliabad kənd sakini X4 alqı-satqı yolu ilə satılmış və X8 kitabında ##.##.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,18 ha torpaq sahəsinin 1514 kv.m hissəsinin koordinatlarına TEKUİS elektron baza məlumatlarında düzəliş edilməklə, həmin 1514 kv.m torpaq sahəsinə hüququn mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. İş materiallarında olan Zaqatala rayon Əliabad qəsəbə ərazi nümayəndəliyində qeyd edilmiş 22.05.2019cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ##.##.2018-ci il tarixdə vəfat etmişdir.

8. İş materiallarında olan Reyestrdə 2V-**** nömrə ilə qeyd edilmiş ## ######## 2024cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ## ####### 2018-ci ildə vəfat etmiş X4 vərəsələri arvadı X2, oğlu cavabdeh1, oğlu X10 və qızı X11r və onların hər biri miras əmlakdan ¼ hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDK və Reyestr Publik Hüquqi şəxsi ** saylı Zaqatala Ərazi İdarəsi tərəfindən ## ######## 2024-cü il tarixdə X4 verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,1514 ha olan torpaq sahəsindən ibarətdir.

9. İş materiallarında olan ## ######## 2024-cü il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, X2, X10 və X11 X4 miras qalmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən Zaqatala rayon * saylı notariat ofisində ## ######## 2024-cü il tarixdə təsdiq olunmuş 2V-**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən hissəni oğlu cavabdeh1 bağışlamışlar.

10. İş materiallarında olan ## ###### 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, X10 rayonu Əliabad qəsəbəsində yerləşən 250 kv.m qeyri-yaşayış sahəsini ## ###### 2025ci il tarixədək hər ay 100 manat icarə haqqı ödəmək şərti ilə X3 icarəyə vermişdir.

11. İş materiallarında olan ## ####### 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, X10 rayonu Əliabad qəsəbəsində yerləşən 130 kv.m qeyri-yaşayış sahəsini ## ####### 2028-ci il tarixədək hər ay 100 manat icarə haqqı ödəmək şərti ilə İsayev Zamir Süleyman oğluna icarəyə vermişdir.

12. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş ## ### 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan 0,1514 ha torpaq sahəsinin aylıq icarə haqqı ## ### 2025-ci il tarixinə 1500 manat təşkil edir.

13. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş **** saylı, ## ######## 2025-ci il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.1514 ha torpaq sahəsində inşa edilmiş konstruksiyaların dəyəri və həmin torpaq sahəsinin ticarət sahəsinə gətirilib çıxarılması üçün görülmüş işlərin (material və işçilik nəzərə alınmaqla) bazar dəyəri təqribən 20700 (iyirmi min yeddi yüz) manat kimi müəyyən edilmişdir.

14. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, ****/* saylı məktubdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 21.05.2025ci il tarixli, *(***)-***/**** saylı qərardadının icrası ilə bağlı tərtib edilmiş **** saylı hesabatda qiymətləndirmənin "Fərdi yaşayış evi (bitişik aynabənd ilə birlikdə)" üçün aparılmasının göstərilməsi texniki səhvlə əlaqədardır. Orada “konstruksiyaların dəyərinin və həmin torpaq sahəsinin ticarət sahəsinə gətirilib çıxarılmasına çəkilmiş xərclərə dair smeta” yazılmalı idi. Belə ki, **** saylı hesabat məhz məhkəmənin qərardadı ilə qiymətləndirici qarşısında qoyulmuş suala uyğun olaraq Əliabad qəsəbəsində yerləşən 0.1514 ha torpaq sahəsində inşa edilmiş konstruksiyaların dəyərinin və həmin torpaq sahəsinin ticarət sahəsinə gətirilib çıxarılmasına çəkilmiş xərclərin müəyyən olunması məqsədilə hazırlanmışdır. Hesabatın hazırlanması məqsədilə keçirilən baxış zamanı qiymətləndirmə obyektinin fotoşəkilləri çəkilmiş və müvafiq ölçülər aparılmışdır. Eyni zamanda torpaq sahəsində hansı işlərin görüldüyünü aydınlaşdırmaq məqsədilə qiymətləndirmə obyektini baxışa təqdim etmiş İsayev Zamir Süleyman oğluna müvafiq suallar ünvanlanmış və cavabında o, bildirmişdir ki, həmin sahədən torpaq çıxarılmamış və torpaq sahəsinin münbitləşdirilməsi ilə bağlı hər hansı işlər aparılmamışdır. Onun izahatından məlum olmuşdur ki, əksinə orada 15x7x2 m. ölçüdə hovuz olmuşdur ki, həmin hovuz daş-çınqılla doldurulmuşdur. Vizual müşahidə əsasında da sahəyə daş-çınqılın tökülərək hamarlama işlərinin aparıldığı, o cümlədən sahənin bir hissədə dəmir şiferlərdən istifadə edilməklə qonşu sahələrdən təcrid edildiyi müəyyən edilmişdir. Həmçinin ərazidə olan konstruksiyaların metal və taxtadan istifadə edilməklə hazırlandığı, üzərinin dəmir şiferlərlə bağlandığı müşahidə edilmişdir. Beləliklə, ərazidə aparılmış və əldə edilmiş ölçülər əsasında aparılan hesablama nəticəsində ərazidəki konstruksiyaların inşa edilməsi və həmin sahənin qonşu sahələrdən təcrid edilməsi üçün istifadə edilmiş tikinti materiallarının - metal, taxta və şiferin, o cümlədən həmin sahəyə tökülmüş daş-çınqılın və görülmüş işlərin miqdarı müəyyənləndirilmişdir. Həmçinin bildirir ki, müəyyənləndirilmiş həmin materialların qiymətinin və görülmüş işlərin qiymətinin hesablanmasında “müqayisə yanaşması” metodundan istifadə edilmiş, qiymət barədə məlumatların hansılar olduğu isə hesabatın informasiya mənbələri hissəsində göstərilmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı İddiaçı cavabdeh İsayev Zamir Süleyman oğluna qarşı cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və ora girişinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət edərək, İsayev Zamir Süleyman oğlu tərəfindən mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.1514 ha torpaq sahəsindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və cavabdehin ora olan girişinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddia məhkəmənin icraatına qəbul edilmiş və e-2(033)-192/2025 sayla qeydiyyata alınmışdır.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1514 kv.m (0.1514 ha) torpaq sahəsini cavabdeh1 ona satmış, həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla tam mülkiyyət hüququ ilə onun mülkiyyətinə verilmişdir. Mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsində fəaliyyət göstərən cavabdeh İsayev Zamir Süleyman oğlu sahibkarlıq üçün istifadə etdiyi torpaq sahəsinin sərhədlərini aşaraq onun mülkiyyətinə müdaxilə etmiş, mülkiyyətində olan torpaq sahəsinə tikinti materialları yığmış, oradan sahibkarlıq məqsədilə istifadə etməkdədir. Cavabdeh daha əvvəl qonşuluqda olan torpaq sahəsindən icarə qaydasında istifadə etdiyindən o, mülkiyyətində olan torpaqdan istifadə edə bilməsi üçün onunla icarə müqaviləsi bağlamalarını, bundan sonra onun torpağından istifadə edə biləcəyini bildirmişdir. Lakin cavabdeh onun sözlərinə məhəl qoymamış, mülkiyyətinə müdaxiləyə davam etmiş, hazırda da heç bir icarə haqqı ödəmədən oradan istifadə etməkdədir. Bu da bir mülkiyyətçi kimi onun hüquqlarını pozmuşdur. Dəfələrlə polis orqanlarında, sahə müvəkkili vasitəsilə cavabdehdən qanunsuz əməllərindən əl çəkməsini, istəyirsə mülkiyyətində olan torpaq sahəsini ona icarəyə verəbiləcəyini bildirsə də, cavabdeh təkliflərini qəbul etməmiş, qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsindən istifadə etməkdə davam etməkdədir. Bu səbəbdən də hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur.

18. İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh İsayev Zamir Süleyman oğlunun qanunsuz hərəkətləri nəticəsində iddiaçı İddiaçı həmin torpaq sahəsindən istifadə etmək və yaxud icarəyə verməklə əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, iddiaçı İddiaçı qeyd olunan torpaq sahəsini icarəyə verməklə aylıq həmin torpaq sahəsindən 1500 (bir min beş yüz) manat gəlir əldə edə bilərdi ki, bu da son dörd ay üçün 6000 (altı min) manat təşkil edəcəkdir. Həmçinin, iddiaçı İddiaçı hüquqlarının müdafiəsi məqsədi ilə vəkillə müqavilə bağlamış və bu məqsədlə Zaqatala Rayon Vəkil Bürosunun hesabına 320 (üç yüz iyirmi) manat qonorar ödəmişdir ki, həmin məbləğin də cavabdehdən alınaraq ona ödənilməsini istəyir. Odur ki, iddiaçı İddiaçı hazırda tələbini dəqiqləşdirərək cavabdeh İsayev Zamir Süleyman oğlu tərəfindən iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunan iddiaçının istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması; cavabdeh İsayev Zamir Süleyman oğlunun zəbt etdiyi, iddiaçı İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha torpaq sahəsindən çıxarılması; həmin torpaq sahəsinin iddiaçı İddiaçı təhvil verilməsi; torpaq sahəsindən cavabdehin 2024-cü ilin oktyabr, noyabr, dekabr, o cümlədən, 2025-ci ilin yanvar ayıları qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda qismində 6.000 (altı min) manat pulun cavabdeh İsayev Zamir Süleyman oğlundan alınaraq iddiaçı İddiaçı ödənilməsi; iddiaçı İddiaçı tərəfindən “Hüquqi yardım göstərilməsi haqqında” ## ###### 2025-ci il tarixli, EM- ***VK-****/** nömrəli müqaviləyə əsasən Zaqatala rayon vəkil bürosunun hesabına ödənilmiş 320 (üç yüz iyirmi) manat pulun cavabdeh İsayev Zamir Süleyman oğlundan alınaraq iddiaçı İddiaçı ödənilməsi; iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh İsayev Zamir Süleyman oğlundan alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı İddiaçı daha sonradan tələbin dəqiqləşdirilməsi, müəyyən hissədə tələbin azadılması və müəyyən hissədə tələbin artırılması ilə bağlı məhkəməyə müraciət edərək, cavabdeh İsayev Zamir Süleyman oğlu tərəfindən iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunan iddiaçının istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması; cavabdeh İsayev Zamir Süleyman oğlunun zəbt etdiyi, iddiaçı İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha torpaq sahəsindən çıxarılması; həmin torpaq sahəsinin iddiaçı İddiaçı təhvil verilməsi; torpaq sahəsindən cavabdehin 2024-cü ilin oktyabr, noyabr, dekabr, o cümlədən, 2025-ci ilin yanvar ayıları qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda qismində 6.000 (altı min) manat pulun cavabdeh İsayev Zamir Süleyman oğlundan alınaraq iddiaçı İddiaçı ödənilməsi; iddiaçı İddiaçı tərəfindən “Hüquqi yardım göstərilməsi haqqında” ## ###### 2025-ci il tarixli, EM***VK-****/** nömrəli müqaviləyə əsasən Zaqatala Rayon Vəkil Bürosunun hesabına ödənilmiş 320 (üç yüz iyirmi) manat pulun cavabdehi İsayev Zamir Süleyman oğlundan alınaraq iddiaçı İddiaçı ödənilməsi; iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh İsayev Zamir Süleyman oğlundan alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki, ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi tələbin dəqiqləşdirilməsi, müəyyən hissədə tələbin azadılması və müəyyən hissədə tələbin artırılması ilə bağlıdır. Cavabdeh İsayev Zamir Süleyman oğlunun qanunsuz hərəkətləri nəticəsində iddiaçı İddiaçı həmin torpaq sahəsindən istifadə etmək və yaxud icarəyə verməklə əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, iddiaçı İddiaçı qeyd olunan torpaq sahəsini icarəyə verməklə aylıq həmin torpaq sahəsindən 1500 (bir min beş yüz) manat gəlir əldə edə bilərdi ki, bu da son səkkiz ay üçün 12.000 (on iki min) manat təşkil edəcəkdir. Həmçinin, iddiaçı İddiaçı hüquqlarının müdafiəsi məqsədi ilə vəkillə müqavilə bağlamış və bu məqsədlə Zaqatala Rayon Vəkil Bürosunun hesabına 320 (üç yüz iyirmi) manat qonorar ödəmişdir ki, həmin məbləğin də cavabdehdən alınaraq ona ödənilməsini istəyir. Odur ki, iddiaçı İddiaçı hazırda tələbini dəqiqləşdirərək məhkəmədən cavabdeh İsayev Zamir Süleyman oğlunun zəbt etdiyi, iddiaçı İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha torpaq sahəsindən çıxarılması; həmin torpaq sahəsinin iddiaçı İddiaçı təhvil verilməsi; torpaq sahəsindən cavabdehin 2024-cü ilin oktyabr, noyabr, dekabr, o cümlədən, 2025-ci ilin yanvar, fevral, mart, aprel və may ayıları qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda qismində 12.000 (on iki min) manat pulun cavabdeh İsayev Zamir Süleyman oğlundan alınaraq iddiaçı İddiaçı ödənilməsi; iddiaçı İddiaçı tərəfindən “Hüquqi yardım göstərilməsi haqqında” ## ###### 2025-ci il tarixli, EM-***VK- ****/** nömrəli müqaviləyə əsasən Zaqatala Rayon Vəkil Bürosunun hesabına ödənilmiş 320 (üç yüz iyirmi) manat pulun cavabdeh İsayev Zamir Süleyman oğlundan alınaraq iddiaçı İddiaçı ödənilməsi; iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh İsayev Zamir Süleyman oğlundan alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçı İsayev Zamir Süleyman oğlu cavabdehlər İddiaçı və İsayev Zamir Süleyman oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair ərizə ilə müraciət edərək, cavabdehlər cavabdeh1 ilə İddiaçı arasında bağlanmış AN-İ № ******* nömrəli ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin müqavilə əsasında İddiaçı adına DƏDR-də aparılmış ##.##.2024-cü il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə cavabdeh1 vərəsəlik yolu ilə əldə etdiyi 0,1514 ha olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahəsini İddiaçı satmışdır. Həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilərək həmin müqavilə əsasında verilmiş çıxarış ləğv edilməlidir. Belə ki, 2020-ci ilin noyabr ayında o, həmin torpaq sahəsinin mülkiyyətçisi olmuş mərhum X4 birinci növbəli vərəsəsi olan X12 ##.##.2028-ci il tarixədək icarəyə götürmüşdür. Aralarında icarə müqavilələri imzalanmışdır. Həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti həyata keçirmək məqsədi ilə torpaq sahəsini yararlı vəziyyətə gətirmək lazım gəlmişdir. Belə ki, həmin torpaq sahəsi keçilməz bataqlıqdan ibarət idi. Həmin torpaq sahəsini yararlı, normal vəziyyətə gətirmək üçün o ora 80 maşın çınqıl tökmüşdür və icarəyə verən şəxslər Müqabil və Ülvinin razılığı ilə həmin torpaq sahəsi üzərində novestlər, altıaçıqlar inşa edərək tikinti materiallarının satışı ilə məşğul olur. Torpaq sahəsində apardığı yaxşılaşdırmalar zamanı cavabdeh Müqabil və Ülvi ilə aralarında şifahi razılaşmalar olmuşdur ki, əgər həmin torpaq sahəsini onlar satarlarsa, o həmin torpaq sahəsini onlardan alacaq, daha doğrusu ilk növbədə həmin torpaq sahəsini onlar ona təklif edəcəklər. Lakin cavabdeh Ülvi aralarında olan şifahi razılaşmalara, eyni zamanda həmin torpaq sahəsinə etdiyi yaxşlaşdırmalara məhəl qoymayaraq həmin torpaq sahəsini cavabdeh İddiaçı satmışdır. Həmin torpaq sahəsinin ilk mülkiyyətçisi X5 olmuşdur ki, həmin şəxs cavabdeh cavabdeh1 və ona torpağı icarəyə verən Müqabil Qasımovun atalarıdır. Həmin torpaq sahəsinə vərəsəlik zamanı torpağı icarəyə verən Müqabil mirasdan özünə düşən paydan imtina eydiyinə görə həmin torpaq sahəsi bütövlükdə cavabdeh1 mülkiyyətinə keçmişdir. Qeyd olunanları sübuta yetirmək məqsədi ilə MPM-nin 78.2-ci maddəsinə əsasən məhkəmədən xahiş edir ki, həmin torpaq sahəsinə dair açılmış vərəsəlik işinin surətini notariusdan tələb etsin. Həmin vərəsəlik işinin içərisindən görünəcəkdir ki, həqiqətən də torpaq sahəsini ona icarəyə verən Ülvi həmin torpaq sahəsi üçün atasından özünə düşən hissəsindən imtina etmişdir. Hesab edir ki, belə bir imtina düşünülərək edilmişdir ki, gələcəkdə torpaq sahəsini başqa şəxsə satarlarsa icarə müqaviləsi ilə həmin torpaq sahəsi üzərində aparılmış alqı-satqı müqaviləsinin arasında olan əlaqə itirilsin. Həmin torpaq sahəsinin cavabdeh1 İddiaçı satmaq istədiyini eşitdiyi zaman o dəfələrlə cavabdeh1 müraciət etmişdir ki, onun icarəsində olan həmin torpaq sahəsini ona satsınlar. O, cavabdeh1 babası Orucov Qasımın da yanına dəfələrlə gedərək ona müraciət etmişdir ki, həmin torpaq sahəsini başqa şəxsə satmasınlar ona görə ki, həmin torpaq sahəsinə yaxşılaşdırmalar üçün o küllü miqdarla vəsait qoymuşdur. Lakin onun sözünə qulaq asan olmamışdır. Həmin torpaq sahəsi üzərində apardığı yaxşılaşdırmalardan İddiaçı da məlumatı vardır. İddiaçı bilir ki, eyni zamanda onun məhkəməyə yazdığı ərizədən də təsdiq olunur ki, o həmin torpaq sahəsi üzərində yaxılaşdırmalar və tikintilər apararaq orada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, mübahisələndirdiyi alqı-satqı müqaviləsini etibarsız hesab etmək üçün kifayət qədər əsaslar vardır. Pozulmuş hüquqlarının müdafiəsi olaraq torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.

22. Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qərardadından görünür ki, Zaqatala Rayon Məhkəməsində 2(033)-437/2025 nömrə ilə qeydiyyata alınmış icraatda olan iddiaçı İsayev Zamir Süleyman oğlunun cavabdehlər İddiaçı və cavabdeh1 qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki iş ilk iddia ərizəsi qismində 2(033)-192/2025 nömrə ilə qeydiyyata alınmış icraatda olan iddiaçı İddiaçı cavabdeh İsayev Zamir Süleyman oğluna qarşı cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və oraya girişinin qadağan edilməsi tələbinə dair mülki işə birləşdirilərək, hər iki mülki işə bir qeydiyyat nömrəsi, yəni, 2(033)-192/2025 qeydiyyat nömrəsi verilmişdir.

23. Cavabdeh İsayev Zamir Süleyman oğlu iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdehlər İddiaçı və cavabdeh1 qarşı Zaqatala rayonu Muxax bələdiyyəsi ilə Muxax kənd sakini X9 arasında bağlanmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın həcmini artırır ona görə ki, mübahisəli torpaq sahəsi ona icarəyə verilməmişdən əvvəl bataqlıq bir ərazidən ibarət idi. Həmin torpaq sahəsində yaxşılaşdırma işləri (torpaq sahəsinin sıyrılması, düzəldilməsi, çınqılın tökülməsi, altıaçıqların və təsərrüfat tikililərinin inşa edilməsi, hasarın çəkilməsi və sair) apardıqdan sonra həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Yaxşılaşdırmalardan birinin qiymətini qeyd edə bilər ki, həmin ərazidə 41.5 metr uzunluğunda və 6 metr enində altıaçıqlar tikmişdir ki, təkcə altıaçıqların dəyəri 16000 manat təşkil edir, (altıaçıqların tikilməsi, quraşdırılması hər 10 metrəsi 4000 manata başa gəlir, 4x4000=16000 manat.) Torpağın sıyrılması, düzəldilməsi, çınqıllın tökülməsi, hasarlanması isə cəmi 9000 manat təşkil edir. Onun müəyyən etdiyi məbləği aydınlaşdırmaq üçün MPM-in 78.2-ci maddəsinə əsasən məhkəmə qarşısında vəsatət qaldıraraq xahiş edir: mübahisəli torpaq sahəsində, tərəfimdən aparılmış yaxşılaşdırılmaların qiyməti ekspertiza təyin edilməsi yolu ilə müəyyən edilsin. Mübahisəli torpaq sahəsində tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradıldığından və tərəfindən sahibkarlıq fəaliyyəti aparıldıdığına görə həmin torpaq sahəsinin bugünkü gündə bazar qiyməti qalxmış, bu səbəbdən də cavabdeh Xasməmmədov həmin torpaq sahəsini digər cavabdehdən alınmışdır. Ərizədə qeyd etdiyi yaxşılaşdırma işlərinin həmin əraziyə zərər vurmadan ayrılması mümkün olmadığına görə aparılmış yaxşılaşdırmalara dair çəkilmiş xərclər cavabdehi ərdən alınaraq ona qaytarılmalıdır. Ümumilikdə aparılmış yaxşılaşdırmanın dəyəri 25000 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq məhkəmədə mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri ilə digər cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, həmin torpaq üzərində mülkiyyətçilərlə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsi üzərindəki bağın bugünkü bazar qiymətinin, eyni zamanda əldən çıxmış faydanın cavabdehlərdən alınaraq ona verilməsi tələbi ilə çıxış etmək qərarına gəlmişdir. İddia tələbində qoyulan tələblərə eyni vaxtda həm də cavabdehlərdən yaxşılaşdırmaların dəyəri olan 25000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. İddiaçı İddiaçı nümayəndəsi vəkil2 və cavabdeh İsayev Zamir Süleyman oğlunun razılığı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri PHŞ ** saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala rayon * saylı Notariat Ofisi cavabdeh qismində işə cəlb edilmişlər.

25. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadı ilə iddiaçı İsayev Zamir Süleyman oğlunun cavabdehlər İddiaçı, cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri PHŞ ** saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala rayon * saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və yaxşılaşdırmaların dəyərinin ödənilməsi” tələbinə dair və iddiaçı İddiaçı cavabdeh İsayev Zamir Süleyman oğluna qarşı iddia ərizəsinin yaradılmış manelərin aradan qaldırılması, cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçı İddiaçı təhvil verilməsi hissəsində tələbi baxılmamış saxlanılmışdır.

26. İlk iddia tələbi üzrə iddiaçı İddiaçı nümyəndəsi və vəkili vəkil2 birinci instansiya məhkəməsinə ərizə təqdim edərək bildirmişdir ki, o, cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması hissəsində iddiasının baxılmamış saxlanmasını məhkəmədən xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh İsayev Zamir Süleyman oğlunun iddiaçı İddiaçı və cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və yaxşılaşdırmaların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmir. Lakin torpaq sahəsindən cavabdehin 2024-cü ilin oktyabr, noyabr, dekabr, o cümlədən, 2025-ci ilin yanvar, fevral, mart, aprel və may ayıları qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda qismində 12.000 (on iki min) manat pulun cavabdeh İsayev Zamir Süleyman oğlundan alınaraq iddiaçı İddiaçı ödənilməsini məhkəmədən tələb edir. Həmçinin qeyd etmişdir ki, Müqabil Ülviyə məxsus 0,1514 ha torpaq sahəsindən kənarda yerləşən 130 kv.m torpaq sahəsini Zamirə icarəyə vermiş, mübahisələndirilən torpaq sahəsinə Zamir Ülvinin razılığı olmadan yerləşmişdir. X6 arasında 130 kv.m sahəyə müqavilə bağlanan zaman Müqabil torpağın mülkiyyətçisi olmamış, qeyd edilən müqavilə isə notarial qaydada bağlanmamışdır. 0,1514 ha torpaq sahəsinə dair icarə müqaviləsi tərəflər arasında bağlanmamışdır. Zamirin hansı əsasla hamin ərazidən istifadə etdiyi ona məlum deyil. O, daha sonra bildirmişdir ki, İddiaçı qeyd edilən torpağı üzərində mövcud olan tkililərlə birgə almışdır. Əgər bu halda hər hansı əsassız varlanmadan söhbət gedirsə, burada mübahisənin tərəfi ancaq satıcı Ülvi ola bilər.

27. İlk iddia tələbi üzrə cavabdeh İsayev Zamir Süleyman oğlunun nümayəndəsi və vəkili vəkil1 ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Zamir İsayevin İddiaçı və qeyrilərinə qarşı veridyi iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Belə ki, iddiada qeyd olunan mübahisə tərəflər arasında həll olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, iddiaçı İddiaçı cavabdeh İsayev Zamir Süleyman oğluna qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması hissəsində baxılmamış saxlanmasına etiraz etmir. Həmçinin bildirir ki, Ramazanov Oruc İsayev Zamirin bacısı oğludur. Belə ki, onlar bir yerdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdurlar. 250 kv.m qeyri-yaşayış sahəsini Oruc, geri qalan 130 kv.m sahəni isə isə Zamir icarəyə götürmüşdür. Qısa müddət sonra Zamir icarəyə götürdüyü 130 kv.m sahədən çıxaraq ona işinin davam etdirilməsi üçün 0,15 ha torpaq sahəsi verilmişdir. həmin torpaq sahəsinə dair tərəflər arasında içarə müqaviləsi bağlanmamışdır, həmin sahədə müqaviləsiz işləmişdir. Torpaq sahəsi satılan zaman həm cavabdeh Ülvi, həm də iddiaçı Əzizxan torpağın Zamir tərəfindən istifadə olunduğunu bilirdilər. Torpaq sahəsi Müqabil tərəfindən Zamirə icarə müqaviləsi bağlanmadan verilmişdir. Zamirin bu işlərdən xəbəri olmamışdır. Sonra ona məlum olmuşdur ki, Müqabil torpağı qardaşı Ülviyə bağışlamış və sonuncu həmin torpağı iddiaşıya satmışdır. Onun Ülvi ilə aralarında heç bir hüquqi müstəvidə müqavilə və sair münasibətləri olmamışdır. Elə bu səbəbdən də aralarında gələcəkdə hüquqi müstəvidə problem olmasın deyə Müqabil öz payını Ülviyə bağışlanmaqla torpaq sahəsini Ülvinin adı ilə satmışlar. Həmçinin qeyd edir ki, torpağa çıxarış yalnız Ali Məhkəmənin müvafiq qərarından sonra verilmişdir.

28. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən ilk iddia tələbi üzrə iddiaçı İddiaçı izahat verərək bildirmişdir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.1514 ha torpaq sahəsini Ülvidən almışdır. Lakin cavabdeh İsayev Zamir Sülüyman oğlu ona məxsus həmin torpaq sahəsini zəbt etmiş, torpağa tikinti materialları yığmış, hazırda isə nə torpaq sahəsini tərk edir, nə də ki, onunla icarə müqaviləsi bağlayır. Həmçinin ona icarə haqqı verməkdən imtina edir.

29. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən ilk iddia tələbi üzrə cavabdeh İsayev Zamir Süleyman oğlu izahat verərək bildirmişdir ki, o, beş ildir ki, həmin torpaq sahəsindən istifadə edir. Belə ki, onun hazırda istifadəsində olan torpaq sahəsi iki hissədən ibarət olmuş, ön hissəsində olan 130 kv.m sahəni Qasım adlı şəxin nəvəsi Müqabildən ayda 100 manat ödəməklə icarəyə götürmüşdür. Lakin həmin yer dar olduğundan o, 130 kv.m sahədən çıxaraq Qasım adlı şəxsin təklifi ilə hazırda mübahisələndirilən həmin vaxt sənədləri olmayan torpaq sahəsini icarəyə götürməsini təklif etmişdir. Həmin sahəni icarəyə götürdüyü zaman tamamilə istifadəyə yarasız vəziyyətdə olmuş, öz hesabına həmin sahəyə təxmini 30 maşın qrabil tökmüş, iki ədəd altıaçıq tikmiş, özünə işini qurmuşdur. Bunun müqabilində isə qeyri rəsmi olaraq 600 manat icarə haqqı ödəməli idi. Hazırda onun nisyədə 40000 manatdan çox yığmalı olduğu pulu, elə həmin miqdarda şirkətlərə ödəməli olduğu borcu var. Qeyd edir ki, əgər istifadəsində olan həmin torpaq sahəsi ilkin olaraq ona təqdim edilsə idi, o torpaq sahəsini alacaqdı. Lakin torpaq sahəsi gizli olaraq Əzizxana satılmışdır. Hazırda isə o, çətin vəziyyətdə qalmışdır. Əzizxan isə ondan heç bir əsası olmadan 2000 manat icarə haqqı tələb edir. Məhkəmə tərəfindən keçirilən yerli baxış vaxtı o, bildirmişdir ki, Qasım kişi ilə aralarında olan razılaşmaya əsasən torpaqdan çıxarılacağı təqdirdə o, bir neçə ay əvvəldən kirayə haqqını ödəməkdən azad olunacaqdı.

30. Birinci instansiya məhkəməsinin iclasında sonrakı iddia tələbi üzrə cavabdeh cavabdeh1 izahat verərək bildirmişdir ki, qardaşı Müqabil Zamir İsayevə 130 kv.m sahəsi olan obyekti icarəyə vermiş, hazırda mübahisəli olan torpaq isə babasından ona vərəsəlik qaydasında keçmişdir. Həmin torpaq ona məxsus olmuşdur. Lakin Zamir ondan heç bir icazə almadan onun torpağından istifadə etmişdir. Əzizxan bu torpağı alan zaman qeyd edilən haldan xəbərdar olmuşdur. Orda yerləşən hər bir tikili babası tərəfindən tikilmiş, o da həmin tikililərlə birgə satmışdır.

31. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) ## ###### 2025- ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh İsayev Zamir Süleyman oğluna qarşı “torpaq sahəsindən cavabdehin 2024-cü ilin oktyabr, noyabr, dekabr, o cümlədən, 2025-ci ilin yanvar, fevral, mart, aprel və may ayıları qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda qismində 12.000 (on iki min) manat pulun cavabdeh İsayev Zamir Süleyman oğlundan alınaraq iddiaçı İddiaçı ödənilməsi” tələbinə barədə iddia rədd edilmiş, iddiaçı İddiaçı tərəfindən Zaqatala Rayon Vəkil Bürosunun hesabına ödənilmiş 320 (üç yüz iyirmi) manat vəkil xidmət haqqı və ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir.

32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 443.4, 718, 699.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 78.1, 80, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

33. Qətnamədən narazı qalan iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin hazırda mübahisələnidirlən qətnaməsi aşağıda qeyd olunan səbəblərdən qanunsuz və əsassızdır. Şəki Kommersiya Məhkəməsinin, dəymiş ziyanın ## ###### 2019-cu il tarixdən hesablanması arqumentinə münasibətdə Zaqatala Rayon Məhkəməsinin qətnaməsində qeyd edilir ki, “.... Göründüyü kimi iddiaçı İddiaçı tələb etdiyi məbləğə cavabdehin qanunsuz istifadəsi nəticəsində itirdiyi gəlir kimi yanaşaraq həmin pulun cavabdeh Zamir İsayev tərəfindən ona ödənilməsini tələb edir. Tələbini isə onun qeyd olunan torpaq sahəsini icarəyə verməklə aylıq həmin torpaq sahəsindən 1500 (bir min beş yüz) manat gəlir əldə edə bilməsi ilə əsaslandırır. Halbuki, tərəflərin məhkəmə iclasında verdikləri ifadələrdən, məhkəmə tərəfindən həyata keçirilmiş yerli baxışdan, həmçinin iş materiallarına əlavə edilmiş ## ####### 2023cü il tarixli icarə müqaviləsindən məlum olur ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 130 kv.m sahasi olan qeyri-yaşayış sahəsi Zamir İsayevə Müqabil Qasımov tarafindən ##.##.2028-ci il tarixədək icarayə verilmiş, lakin qısa müddətdən sonra Zamir İsayev həmin sahadən çıxaraq yalnız 0.1514 ha sahəsi olan torpaq sahəsində müqaviləsiz işini davam etdirmişdir. Tərəflər arasında həmin torpaq sahəsidən istifadəyə dair hər hansı icarə müqaviləsi bağlanmamışdır. Göründüyü kimi torpaq sahəsi İddiaçı satılan zaman üzərində icarə formasında hər hansı yüklülük olmamışdır. Yəni iddiaçı İddiaçı icarəyə verəni əvəz etmədiyindən icarə hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələrə malik olmamışdır. Bu halda iddiaçı əldən çıxmış fayda qismində icarə haqqını cavabdeh İsayev Zamir Süleyman oğludan tələb etməkdə haqlı olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə sübutetmə yükü ilə bağlıdır. Lakin İddiaçı istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, tələbini yalnız ümumi sözlərlə və edə bilməmiş, tələbini yalnız ümumi sözlərlə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı Zamir İsayevin hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlillər (üçüncü şəxslə icarə müqaviləsi bağlanması, bu barədə danışıqların olması və s.) təqdim etməmiş, nəticə etibarilə istinad etdiyi hallar sübuta yetirilməmişdir.” Halbuki, işin mübahisəsiz halıdır ki, İsayev Zamir Süleyman oğlu 2024-cü ilin oktyabr ayından 2026-cı ilin yanvar ayınadək iddiaçı İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha torpaq sahəsini zəbt etmiş, həmin torpaq sahəsindən iddiaçı İddiaçı istifadə və sahiblik etməsinə maneçilik törətməklə sonuncunu gəlirdən (qazancdan) məhrum etmişdir. Həmçinin, işin mübahisəsi halıdır ki, İsayev Zamir Süleyman oğlu qeyd olunan torpaq sahəsini heç bir qanuni əsas olmadan özbaşına tutmuşdur və sonuncunun məhkəməyə təqdim etdiyi icarə müqavilələri qeyd olunan əmlaka dair olmamışdır. Göründüyü kimi, məhkəmə iddianı təmin etmək yönündə sübutlara qiymət versə də, iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilmısi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

36. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izaha verərək şikayətin təmin edilməsini və Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.

37. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

38. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

40. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

41. İş üzrə iddiaçı tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

43. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

44. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

45. Maddə 572. Satıcının üçüncü şəxslərin hüquqlarından azad əşya vermək vəzifəsi - 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. - 572.2. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir.

46. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

47. Maddə 718. İcarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir.

48. Maddə 699.1-ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

55. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

58. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, yerində baxış keçirib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

61. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

62. İşin hallarında göründüyü kimi, X4 ##.##.2018-ci il tarixdə vəfat etmişdir. Reyestrdə 2V-**** nömrə ilə qeyd edilmiş ## ######## 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vəfat etmiş X4 vərəsələri, arvadı X2, oğlu cavabdeh1, oğlu X10 və qızı X11 olması və onların hər birinin miras əmlakdan (Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,1514 ha olan torpaq sahəsindən) ¼ hissə irs almaları müəyyən edilmişdir. ## ######## 2024-cü il tarixdə vərəsələr X2, X10 və X11 miras qalmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən Zaqatala rayon * saylı notariat ofisində ## ######## 2024-cü il tarixdə təsdiq olunmuş 2V-**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən hissəni cavabdeh1 bağışlamışlar. cavabdeh1 isə həmin torpaq sahəsini ##.##.2024-cü il tarixdə İddiaçı satmışdır. İddiaçı İddiaçı da məhkəməyə müraciət edərək cavabdeh İsayev Zamir Süleyman oğlunun zəbt etdiyi, onun mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha torpaq sahəsindən çıxarılmasını; həmin torpaq sahəsinin ona təhvil verilməsini; torpaq sahəsindən cavabdehin 2024-cü ilin oktyabr, noyabr, dekabr, o cümlədən, 2025-ci ilin yanvar, fevral, mart, aprel və may ayıları qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda qismində 12.000 (on iki min) manat pulun cavabdeh İsayev Zamir Süleyman oğlundan alınaraq ona ödənilməsini, məhkəmə xərclərinin qarşı tərəfdən tutulmasını xahiş etmişdir.

63. Eyni zamanda cavabdeh İsayev Zamir Süleyman oğlu məhkəməyə müraciət edərək, X10 tərəfindən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 130 kv.m qeyri-yaşayış sahəsinin ## ####### 2028-ci il tarixədək hər ay 100 manat icarə haqqı ödəmək şərti ilə onun icarəsinə verildiyini bildirmiş və cavabdehlər cavabdeh1 ilə İddiaçı arasında bağlanmış AN-İ № ******* nömrəli ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və həmin müqavilə əsasında İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsini, həmçinin tərəfindən görülmüş yaxşılaşdırmaların dəyərinin cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

64. Birinci instansiya məhkəməsində hazırkı işə baxılması zamanı cavabdeh İsayev Zamir Süleyman oğlu iddiaçı İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha torpaq sahəsini boşaltmış, ilkin iddi üzrə iddiaçının nümayəndəsi və vəkili cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması hissəsində iddiasının, sonrakı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili isə İddiaçı və qeyrilərinə qarşı veridyi iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmiş, Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə tərəflərin ərizəsləri təmin edilərək iddiaları həmin hissələr üzrə baxılmamış saxlanılmışdır.

65. Lakin iddiaçının nümayəndəsi və vəkili torpaq sahəsindən cavabdehin 2024-cü ilin oktyabr, noyabr, dekabr, o cümlədən, 2025-ci ilin yanvar, fevral, mart, aprel və may ayıları ərzində qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda qismində 12.000 (on iki min) manat pulun cavabdeh İsayev Zamir Süleyman oğlundan alınaraq iddiaçı İddiaçı ödənilməsini tələb etmişdir. İşə mahiyyəti üzrə baxan Zaqatala Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.

66. Göründüyü kimi iddiaçı İddiaçı tələb etdiyi məbləğə cavabdehin qanunsuz istifadəsi nəticəsində itirdiyi gəlir kimi yanaşaraq həmin pulun cavabdeh Zamir İsayev tərəfindən ona ödənilməsini tələb edir. Tələbini isə onun qeyd olunan torpaq sahəsini icarəyə verməklə aylıq həmin torpaq sahəsindən 1500 (bir min beş yüz) manat gəlir əldə edə bilməsi ilə əsaslandırır.

67. İşin araşdırması zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 130 kv.m sahasi olan qeyri-yaşayış sahəsi Zamir İsayevə Müqabil Qasımov tarafindən ##.##.2028-ci il tarixədək icarayə verilmiş, lakin qısa müddətdən sonra Zamir İsayev həmin sahadən çıxaraq yalnız 0.1514 ha sahəsi olan torpaq sahəsində müqaviləsiz işini davam etdirmişdir. Tərəflər arasında həmin torpaq sahəsidən istifadəyə dair hər hansı icarə müqaviləsi bağlanmamışdır. Göründüyü kimi, torpaq sahəsi İddiaçı satılan zaman üzərində icarə formasında hər hansı yüklülük olmamışdır. Yəni iddiaçı İddiaçı icarəyə verəni əvəz etmədiyindən icarə hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələrə malik olmamışdır. Bu halda iddiaçı əldən çıxmış fayda qismində icarə haqqını cavabdeh İsayev Zamir Süleyman oğlundan tələb etməkdə haqlı olmamışdır.

68. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, cavabdeh icarə münasibətləri olmasa belə, mübahisəli torpaq sahəsindən iddiaçının həmin torpaq sahəsini əldə etdiyindən xeyli əvvəl, sözügedən torpaq sahəsinin əvvəlki mülkiyyətcilərinin dövründə istifadə etmişdir. Hətta, orada konstruksiyalar inşa etmiş, torpaq sahəsinin ticarət sahəsinə gətirilib çıxarılması üçün müəyyən işlər görmüşdür

69. İddiaçı notarial qaydada aldığı vaxt həmin torpaq sahəsi cavabdehin istifadəsində olmuşdur. Yəni torpaq sahəsinin satıcısı alıcıya (iddiaçıya) üçüncü şəxslərin (cavabdehin) hüquqlarından azad əmlak satmamışdır. Lakin torpaq sahəsi, cavabdehin sahibliyi və istifadəsində olsa da, sonuncu ilə torpağın əvvəlki mülkiyyətçi(ləri)si arasında icarə müqaviləsi bağlanmamışdır.

70. Ona görə də, hazırkı mübahisəyə icarə münasibətlərindən irəli gələn maddi hüquq normaları tətbiq edilə bilməz.

71. İddiaçı qanuni yolla əldə etdiyi torpaq sahəsinin başqasının istifadəsində olduğunu bilə-bilə bu barədə susaraq hərəkətsizlik göstərmiş, üçüncü şəxslərin hüquqları ilə yüklü olan torpaq sahəsini mülkiyyətinə qəbul etməyə razılıq vermişdir.

72. Kollegiya onu da qeyd edir ki, iş materialları ilə, Zamir İsayev tərəfindən mübahisə predmeti olan torpaq sahəsində inşa edilmiş konstruksiyaların dəyəri və həmin torpaq sahəsinin ticarət sahəsinə gətirilib çıxarılması üçün görülmüş işlərin (material və işçilik nəzərə alınmaqla) bazar dəyəri təqribən 20700 (iyirmi min yeddi yüz) manat kimi müəyyən edilir.

73. Zamir İsayev tərəfindən həmin işlərin mübahisə predmeti olan torpaq sahəsinin əvvəlki mülkiyyətçiləri dövründə görüldüyü də işin mübahisəsiz halıdır.

74. Göründüyü kimi iddia tələbi bu hissədə sübutetmə yükü ilə bağlıdır. Lakin iddiaçı İddiaçı istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, tələbini yalnız ümumi sözlərlə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı Zamir İsayevin hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlillər (üçüncü şəxslə icarə müqaviləsi bağlanması, bu barədə danışıqların olması və s.) təqdim etməmiş, nəticə etibarilə istinad etdiyi hallar sübuta yetirilməmişdir.

75. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, əldən çıxmış fayda şəklində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə ona əldən çıxmış fayda şəklində zərərin vurulmasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları da təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmənin Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün əldən çıxmış fayda şəklində vurulmuş zərərin ödənilməsi ilə bağlı tələbinə dair lazımi sübutları məhkəməsinə təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. Ona görə də bu halda iddia tələbi təmin edilə bilməz və rədd edilməlidir.

76. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir.

77. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

78. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirilmiş və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

79. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

80. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

81. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

82. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

83. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

84. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

85. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədədəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar