Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-269/2026 21.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası cavabdeh1sələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və reyestrdəki qeydin ləğv edilməsi, miras əmlakların bölüşdürülərək iddiaçıya çatacaq tam hissə miras payının müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: şəhadətnamələrin, çıxarışların, reyestr qeydinin ləğvi, miras əmlakda payların müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh2 nümayəndəsi və vəkili nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası cavabdeh1sələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və reyestrdəki qeydin ləğv edilməsi, miras əmlakların bölüşdürülərək iddiaçıya çatacaq tam hissə miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. X4 2004-cü ildə qeyri-rəsmi nikahla X* ilə evlənmiş, faktiki yaşadıqları müddətdə ##.##.2005-ci il tarixdə iddiaçı İddiaçı doğulmuşdur. X4 ilə X* nikahları rəsmi qeydiyyata alınmamışdır. Balakən Rayon Aqrar Islahat Komissiyasının 1***-cu il ## ### tarixli ** nömrəli qərarı ilə iddiaçının mərhum X1na, onun atası X17, X13 və Sabirova (Baradova) Esmira Rüstəm qızına Balakən rayon Sarıbulaq kəndinin ərazisindən 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 426 Kod 40112018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Eyni zamanda Balakən Rayon Aqrar Islahat Komissiyasının 1***-cu il ## ### tarixli ** nömrəli qərarı ilə mərhum X1na, onun atası X17, X13 və Sabirova (Baradova) Esmira Rüstəm qızına Balakən rayon Sarıbulaq kəndinin ərazisindən 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə reyestr nömrəsi 4010130*5360 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X4 ##.##.2010-cu ildə ölmüşdür. Onun bacısı cavabdeh2 iddiaçının atasından miras qalmış əmlaklar olan- 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin atasına məxsus olan 1/4 hissəsini təşkil edən miras əmlaka ##.##.2020- ci il tarixdə vərəsəlik işi açdırmış və ##.##.2020-ci il tarixli *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, reyestr nömrəsi 4010130*5360 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.07 ha torpaq sahəsinin atasına məxsus olan 1/4 hissəsini təşkil edən miras əmlaka ##.##.2021-ci il tarixdə vərəsəlik işi açdırmış və ##.##.2021-ci il tarixli *V-* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası cavabdeh1sələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli 2V*** reyestr nömrəli və ##.##.2021-ci il tarixli 2V-* reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, reyestr nömrəsi 4010130*5360, qeydiyyat nömrəsi 3621000036 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin ləğv edilməsi , ##.##.2010-cu ildə vəfat etmiş mərhum X4 qalmış miras əmlakların bölüşdürülərək iddiaçıya çatacaq tam hissə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddiaçı İddiaçı nümayəndəsi- vəkili nümayəndə2 məhkəməyə iddia ərizəsinə əlavə verərək Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli 2V-*** reyestr nömrəli və 06.01. 2021-ci il tarixli 2V-* reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, reyestr nömrəsi 4010130*5360, qeydiyyat nömrəsi 3621000036 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin, reyestr nömrəsi 401013073262, qeydiyyat nömrəsi 3620011130 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dovlət reyestrindən çıxarışın və reyestrdəki qeydin, reyestr nömrəsi 401013073261, qeydiyyat nömrəsi 362001112* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin ləğv edilməsi, ##.##.2010-cu ildə vəfat etmiş mərhum X4 qalmış miras əmlakların bölüşdürülərək iddiaçıya çatacaq tam hissə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul olunmuşdur.
4. Iddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ##.##.2005-ci il tarixdə Balakən rayonu Sarıbulaq kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. X1 2004-cü ildə qeyri-rəsmi nikahla X5 ilə evlənmiş, faktiki yaşadıqları müddətdə ##.##.2005-ci il tarixdə o doğulmuşdur. Anası ilə atasının nikahları rəsmi qeydiyyata alınmamışdır. X2 uzun müddət ağır xəstə olmuş, uzun sürən xəstəlikdən sonra ##.##.2010-cu il tarixdə vəfat etmişdir. Atası vəfat edərkən o, beş yaşında olmuşdur. Atasının yas mərasimlərindən sonra üçüncü şəxs cavabdeh2 onu anası ilə birlikdə həmin evdən qovmuşdur. Balakən Rayon Aqrar Islahat Komissiyasının 1***-cu il ## ### tarixli ** nömrəli qərarı ilə mərhum X1na, onun atası X17, X13 və Sabirova (Baradova) Esmira Rüstəm qızına Balakən rayon Sarıbulaq kəndinin ərazisindən 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 426 Kod 40112018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Eyni zamanda Balakən Rayon Aqrar Islahat Komissiyasının 1***-cu il ## ### tarixli ** nömrəli qərarı ilə mərhum X1na, onun atası X17, X13 və Sabirova (Baradova) Esmira Rüstəm qızına Balakən rayon Sarıbulaq kəndinin ərazisindən 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə reyestr nömrəsi 4010130*5360 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.O, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə ##.##.2010-cu ildə vəfat etmiş mərhum X1ndan miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Səbuhi Məmmədov ona şifahi olaraq bildirmişdir ki, atasından miras qalmış əmlaklara vərəsəlik işi açılmaqla cavabdeh2 tam hissədə miras payı verilmiş, həmin sənədlərin əslinin alınması üçün vəkil sorğusu ilə müraciət etdiyiniz təqdirdə həmin sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi mümkün olacaqdır. O da həmin işlə bağlı vəkillə müqavilə bağlayaraq sənədlərin təsdiqlənmiş surətlərinin alınması ilə bağlı Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin notariusu ##.##.2025-ci il tarixdə vərəsəlik işinin surətini ona təqdim etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, bibisi olan iş üzrə üçüncü şəxs cavabdeh2 atasından miras qalmış əmlaklar olan- 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin atasına məxsus olan 1/4 hissəsini təşkil edən miras əmlaka ##.##.2020- ci il tarixdə vərəsəlik işi açdırmış və ##.##.2020-ci il tarixli *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, reyestr nömrəsi 4010130*5360 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.07 ha torpaq sahəsinin atama məxsus olan 1/4 hissəsini təşkil edən miras əmlaka ##.##.2021-ci il tarixdə vərəsəlik işi açdırmış və ##.##.2021-ci il tarixli *V-* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Vərəsəlik işlərinin surətlərindən məlum olur ki, cavabdeh2 Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə Sarıbulaq kənd IƏD-dən X1nun vərəsələri barədə arayış təqdim edərkən bilərəkdən onun adını qeyd etdirməmiş, eyni zamanda notariat Ofisi də vərəsələrin dairəsini tam müəyyən etməməklə atasının birinci növbəli vərəsəsi olan onu miras payından məhrum etmişdir. Atasının vəfat etdiyi anda onun fəaliyyət qabiliyyəti olmamışdır. Vərəsəlik işinin açıldığı 2020-ci ildə o, 15 yaşında olmuş və məhdud fəaliyyət qabiliyyəti olmuş və müstəqil qaydada mirasın qəbulu ilə bağlı Notariat Ofisinə müraciət etmək hüququ olmamışdır.
5. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi-vəkili nümayəndə2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O,əlavə olaraq göstərmişdir ki, iddia ərizəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və reyestrdəki qeydin ləğv edilməsi qeyd etsələr də onlar faktiki olaraq bu şəhadətnamə və çıxarışların etibarsız hesab olunmasını tələb edirlər. Iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası cavabdeh1sələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ## ###### 2026-cı il tarixdə **-**-*-**/*- ***/**** nömrəli məktub göndərərək ##.##.2026-cı il tarixə saat 10:00-da baxılacaq e-*(***)- ****/**** nömrəli mülki işin məhkəmə iclasında nümayəndənin iştirakının təmin edilməsinin mümkün olmayacağını göstərərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh Balakən Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X6 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Balakən Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X6 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Baradova(Sabirova) Esmira Rüstəm qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ##.##.2005-ci il tarixdə Balakən rayonu Sarıbulaq kəndində anadan olmuşdur. X5 ilə X1 rəsmi nikah bağlamamışlar. Balakən Rayon Aqrar Islahat Komissiyasının 1***-cu il ## ### tarixli ** nömrəli qərarı ilə X4, onun atası X17, anası X13 və bacısı Sabirova (Baradova) Esmira Rüstəm qızına Balakən rayon Sarıbulaq kəndinin ərazisindən 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 426 Kod 40112018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Eyni zamanda Balakən Rayon Aqrar Islahat Komissiyasının 1***-cu il ## ### tarixli ** nömrəli qərarı ilə X4, onun atası X17, anası X13 və bacısı Sabirova (Baradova) Esmira Rüstəm qızına Balakən rayon Sarıbulaq kəndinin ərazisindən 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə reyestr nömrəsi 4010130*5360 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Iddiaçının X2 ##.##.2010- cu il tarixdə ölmüşdür. Atası öldükdən sonra iddiaçı anası ilə birlikdə yaşadıqları evdən getmişlər və o vaxtdan da iddiaçı sözügedən evdə yaşamamış, atası və digər mülkiyyətçilərə məxsus torpaq sahəsindən istifadə etməmişdir. ## ####### 2015-ci il tarixdə X4 onun atası hesab edilməsinə dair Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ nömrəli ****** nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. ##.##.2025-ci il tarixdə iddiaçının nümayəndəsi-vəkili nümayəndə2 Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək ##.##.2020-ci il tarixli *V-*** nömrəli və ##.##.2021-ci il tarixli *V-* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərini və digər sənədləri almış, ##.##.2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Işin müəyyən edilmiş digər halı ondan ibarətdir ki, iddiaçı İddiaçı ##.##.2010-cu il tarixdə ölmüş X1nun mirasını nə formal, nə də qeydi formal üsulla qəbul etməmişdir. Iddiaçı İddiaçı atasının ölümündən sonra nənəsi ilə birlikdə atasına məxsus evdə yaşadığını göstərsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədi. Əksinə özünün məhkəməyə göndərdiyi iddia ərizəsində qeyd olunmuşdur ki, atasının yas mərasimindən sonra Sabirova (Baradova) Esmira Rüstəm qızı onu anası ilə birlikdə evdən qovmuşdur. Eyni zamanda Mülki Məcəllənin 1144-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. 2010cu ildə iddiaçının 5 yaşı olduğundan onun həmin evdə qalması mirasın qəbulu kimi qiymətləndirilə bilməz. Iddiaçının qanuni nümayəndəsi mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idi. Lakin bununla əlaqədar qanuni nümayəndənin hər hansı bir hərəkətlər etməsi barədə iş materiallarına sübut əlavə olunmamışdır.
7. Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası cavabdeh1sələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh2 qarşı ##.##.2020-ci il tarixli 2V-*** reyestr nömrəli və ##.##.2021- ci il tarixli 2V-* reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, reyestr nömrəsi 4010130*5360, qeydiyyat nömrəsi 3621000036 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin ləğv edilməsi, ##.##.2010-cu ildə vəfat etmiş mərhum X4 qalmış miras əmlakların bölüşdürülərək iddiaçıya çatacaq tam hissə miras payının müəyyən edilməsi tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi, ödənmiş 100 manat dövlət rüsumu xərcinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 2* və 60-cı, Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 337.5, 421.1, 421.2, 421.3, 423.1, 423.2, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1151.1, 1151.2, 115*.1.1, 1166, 117*.1, 11*3, 1243.1, 1243.2, 1244, 1246, 1255, 1274, 1321.1, 1321.2, 1321.3 və 1325.1-ci maddələrinə istinad etmişdir. *. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən ## ####### 2015-ci il tarixdə verilmiş AZ- III nömrəli ****** nömrəli doğum haqqında şəhadətnamə; Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən ## ####### 2015-ci il tarixdə verilmiş AZ-İ nömrəli ****** nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə; Balakən rayon Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ## ###### 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamə; Balakən rayon Sarıbulaq kənd IƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayış; Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən ## ###### 2020-ci il tarixdə verilmiş *** nömrəli arayış; Balakən rayon Sarıbulaq kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş ##.##.2010-cu il tarixli ** nömrəli ölüm haqqında akt qeydi; Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən ## ###### 2020-ci il tarixdə verilmiş *** nömrəli doğum haqqında şəhadətnamə; Balakən rayon Sarıbulaq kənd soveti tərəfindən ## ####### 1*85-ci il tarixdə verilmiş XI-JQ seriyalı ****** nömrəli doğum haqqında arayış; JN-426 KOD40112018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Akt; ## ###### 2020-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; # ###### 2025-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən ##.##.2020-ci il tarixdə verilmiş Çıxarış; Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı ****** nömrəli torpaq sahəsini planı və ölçüsü; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən ##.##.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış; Azərbaycan Rüspublikası Əmlak Məsələləri Dövlət Komitəsinini yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış.
10. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı İddiaçı mirasqoyanın birinci növbəli vərəsəsi olduğuna, miras açılarkən azyaşlı olduğuna, notariat orqanında miras bölüşdürülərkən vərəsələrin dairəsi tam müəyyən edilmədiyinə, iddiaçı birinci növbəli vərəsə olduğu halda notarius ümumiyyətlə birinci növbəli vərəsəni axtarmadığına, bu barədə Qeydiyyat orqanına sorğu vermədiyinə görə iddiaçı İddiaçı mərhum X1nun birinci növbəli vərəsəsi olmaqla onun mirasından tam hissədə pay almalıdır. ##.##.2020-ci il tarixdə Notariat Ofisində vərəsəlik açıldığı vaxtda iddiaçı İddiaçı Gəncə uşaq evində olmuş, 15 yaşında olmaqla məhdud fəaliyyət qabiliyyəti olmuş və özündən asılı olmayan səbəblərdən mirası qəbul edilməsi üçün notariat orqanına çağırılmamış, bu barədə məlumatsız olmuş və buna görə də notariat orqanına mirasla bağlı müraciət etmək imkanından məhrum olunmuşdur. Lakin Balakən Regional Asan xidmət Mərkəzində Notariat Ofisinin notariusu isə vərəsəlik işini açarkən mirasqoyanın birinci növbəli vərəsələrinin olubolmamasını, onların mirası qəbul edib-etməmələrini araşdırmadan birbaşa ikinci növbəli vərəsəyə mirasdan tam hissədə pay vermişdir. Işə Balakən Rayon Məhkəməsində baxılarkən Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli 2V-*** reyestr nömrəli və ##.##.2021-ci il tarixli 2V-* reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr mübahisələndirildiyi halda, hakim Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisindən vərəsəlik işini alaraq iş materialları ilə birlikdə tədqiq etməmiş, iddiaçının iddia tələbində göstərilən dəlillərə hüquqi qiymət vermək əvəzinə arbitr vəzifəsindən çıxaraq iddianın rədd edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü mаddələrinə görə vərəsə mirаsın аçıldığı yer üzrə əmlаkа sаhiblik etməyə və yа əmlаkı idаrə etməyə fаktik bаşlаdıqdа və bununlа dа mirаsı qəbul etdiyini şəksiz nümаyiş etdirdikdə mirаs vərəsə tərəfindən qəbul edilmiş sаyılır. Vərəsə mirаsın bir hissəsinə sаhiblik etməyə fаktik bаşlаdıqdа hesаb edilir ki, mirаsın nədə ifаdə edilməsindən və hаrаdа olmаsındаn аslı olmаyаrаq o, mirаsı tаmаmilə qəbul etmişdir. qətnamədə işin hallarını süni olaraq saxtalaşdırmışdır. Belə ki hakim guya məhkəmə iclasında müəyyən etmişdir ki, atası öldükdən sonra iddiaçı anası ilə birlikdə yaşadıqları evdən getmişlər və o vaxtdan da iddiaçı sözügedən evdə yaşamamış, atası və digər mülkiyyətçilərə məxsus torpaq sahəsindən istifadə etməmişdir. Nə iddiaçı, nə də onun vəkili məhkəmə iclasında belə izahat verməmiş, nə də iş materiallarında belə bir halı təsdiq edən sənəd əlavə edilməmişdir. Hakim özünün subyektiv mülahizəsinə görə belə qənaətə gələrək işin halını müəyyən etmişdir. Bundan əlavə hakim işi məhkəmənin hazırlıq iclasına təyin etmiş, ##.##.2025-ci il tarixdə iddiaçının vəkili məhkəməyə yazılı vəsatət göndərərək işə yeni sübutlar təqdim etmək məqsədi ilə məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, lakin hakim iddiaçıya məhkəməyə sübutlar təqdim etmək üçün şərait yaratmaq əvəzinə işi məhkəmə baxışına təyin etməklə ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Birinci hazırlıq iclasında iştirak edə bilmədiklərinə, işin başqa vaxta təxirə salınması barədə vəsatət verdiklərinə, hakimin işi məhkəmə baxışına təyin etdiyinə görə iddia tələbində dəqiqləşdirmə apara bilməmişlər və buna görə də məhkəmə baxışı iclasında iddia ərizəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və reyestrdəki qeydin ləğv edilməsini qeyd etsələr də tələbin həmin hissəsində şəhadətnamənin etibarsız hesab edilməsi kimi qəbul edilməsini xahiş etmişlər. Bundan əlavə məhkəmə bu tələblərin irəli sürülməsi üçün Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş 2 aylıq kəsici müddətin ötürülməsi ilə əsaslandırmaqla iddianı rədd etmişdir. Iş materiallarında olan hazırki mübahisənin predmetini təşkil edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və ona əlavə edilmiş sənədlər ##.##.2025-ci il tarixli müşayiət məktubu ilə iddiaçıya təqdim edilmişdir. ##.##.2025-ci il tarixdə isə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bundan əlavə mərhum X4 mirasına dair *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ##.##.2020-ci il tarixdə, *V-* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə isə ##.##.2021-ci il tarixdə verilmiş, həmin şəhadətnamələrin verilməsi barədə notarius nə iddiaçıya bu barədə məlumat vermiş, nə də həmin tarixdə şəhadətnamələri iddiaçıya təqdim etmişdir.
12. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh2 nümayəndəsi və vəkili nümayəndə1 etiraz göndərərək apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxıanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi.
15. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh2 nümayəndəsi və vəkili nümayəndə1 isə apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı İddiaçı, cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin və Balakən Regional “ASAN Xidmət” Mərkəzinin nümayəndələri, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi ** saylı Zaqatala Ərazi Idarəsi və Balakən Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisi məktub göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin İ və II hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 2*-cu maddəsinin İ, II və IV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, almanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 115*.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 115*.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)… 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 117*.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 11*3-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1244-cü maddəyə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə (mirasa mülkiyyətin əmələ gəlməsi) əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1325.1-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
1*. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir; mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır; notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir: miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməlidir. 5*-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır; qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
20. “Daşınmaz Əmlakın Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 8.0- 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: *.1-ci və *.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. Iddiaçı İddiaçı Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
25. Iddiaçının apellyasiya şikayətinin dəlilləri hazırki qətnamənin 11-ci bəndində sadalanmış hallardan ibarətdir.
26. Işin müəyyən edilmiş mübahisəsiz halları bundan ibarətdir ki, X4 2004-cü ildə qeyrirəsmi nikahla X* ilə evlənmiş, faktiki yaşadıqları müddətdə ##.##.2005-ci il tarixdə iddiaçı İddiaçı doğulmuşdur. X4 ilə X* nikahları rəsmi qeydiyyata alınmamışdır. Iş materiallarında olan JN-426 KOD40112018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar Islahat Komissiyasının ## ### 1***-cu il tarixli ** saylı qərarı ilə X17, X10, X4 və X7 Balakən rayonu Sarıbulaq kəndi ərazisindən 1.20 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən ##.##.2020-ci il tarixdə verilmiş Çıxarışdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndi ünvanında yerləşən 0.06*6 ha yaşayış məntəqələrini torpaqları X17, X13,X4 və cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Iş materiallarında olan Balakən rayon Sarıbulaq kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş ##.##.2010-cu il tarixli ** nömrəli ölüm haqqında akt qeydinə əsasən X4 ##.##.2010-cu ildə vəfat etmişdir. cavabdeh2 X4 miras qalmış əmlaklar olan- 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X4 məxsus olan 1/4 hissəsini təşkil edən miras əmlaka ##.##.2020- ci il tarixdə vərəsəlik işi açdırmış və ##.##.2020-ci il tarixli *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, reyestr nömrəsi 4010130*5360 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.07 ha torpaq sahəsinin X4 məxsus olan 1/4 hissəsini təşkil edən miras əmlaka ##.##.2021-ci il tarixdə vərəsəlik işi açdırmış və ##.##.2021-ci il tarixli *V-* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11*4-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il ## ##### tarixli Qərarı). Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir.
28. Hazırki iş üzrə Balakən rayon Sarıbulaq kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş ##.##.2010-cu il tarixli ** nömrəli ölüm haqqında akt qeydinə əsasən X4 ##.##.2010-cu ildə vəfat etmişdir. Buna görə də ##.##.2010-cu il mirasın açıldığı gün hesab edilir. 2*. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi). Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Qanunverici tərəfindən eyni zamanda zəruri şərt olaraq göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (Mülki Məcəllənin 1243.1-1243.2, 1244 və 1246-cı maddələri). Nəzərə alınmalıdır ki, mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il # ###### tarixli Qərarı).
30. Iddiaçı apellyasiya şikayətinin hazırki qətnamənin 11-ci bəndində sadalanan dəlillərində qeyd etmişdir ki, ##.##.2020-ci il tarixdə Notariat Ofisində vərəsəlik açıldığı vaxtda iddiaçı İddiaçı Gəncə uşaq evində olmuş, 15 yaşında olmaqla məhdud fəaliyyət qabiliyyəti olmuş və özündən asılı olmayan səbəblərdən mirası qəbul edilməsi üçün notariat orqanına çağırılmamış, bu barədə məlumatsız olmuş və buna görə də notariat orqanına mirasla bağlı müraciət etmək imkanından məhrum olunmuşdur. Mülki Məcəllənin 1144-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. 2010-cu ildə iddiaçının 5 yaşı olduğundan onun həmin evdə qalması mirasın qəbulu kimi qiymətləndirilə bilməz. Iddiaçının qanuni nümayəndəsi mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idi. Lakin bununla əlaqədar qanuni nümayəndənin hər hansı bir hərəkətlər etməsi barədə iş materiallarına sübut əlavə olunmamışdır.
31. Mülki Məcəllədə mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il ## #### tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il ## #### tarixli Qərarları).
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 2*-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələri qüvvədən düşmüş hesab edilsə də, sözügedən qərarda mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın, qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Iddiaçının X2 ##.##.2010-cu il tarixdə öldüyündən Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən hüquqi mövqeyi onun mirasının qəbuluna münasibətdə tətbiq oluna bilməz. Yəni mərhum X4 vərəsələri miras açıldığı vaxtdan üç ay müddətində mirası formal və ya qeyri-formal üsulla qəbul etməli idilər. Mirasın açıldığı vaxtdan altı ay keçdikdən sonra onlar mirası qəbul edə bilməzdilər.
33. Iddiaçı İddiaçı ##.##.2010-cu il tarixdə ölmüş X1nun mirasını nə formal, nə də qeyri formal üsulla qəbul etməmişdir. Iddiaçı İddiaçı atasının ölümündən sonra nənəsi ilə birlikdə atasına məxsus evdə yaşadığını göstərsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin apellyasiya şikayətinin digər bir dəlili ondan ibarət olmuşdur ki, hakim guya məhkəmə iclasında müəyyən etmişdir ki, atası öldükdən sonra iddiaçı anası ilə birlikdə yaşadıqları evdən getmişlər və o vaxtdan da iddiaçı sözügedən evdə yaşamamış, atası və digər mülkiyyətçilərə məxsus torpaq sahəsindən istifadə etməmişdir. Nə iddiaçı, nə də onun vəkili məhkəmə iclasında belə izahat verməmiş, nə də iş materiallarında belə bir halı təsdiq edən sənəd əlavə edilməmişdir. Hakim özünün subyektiv mülahizəsinə görə belə qənaətə gələrək işin halını müəyyən etmişdir. Lakin iddiaçı iddia ərizəsində göstərmişdir ki, atasının yas mərasimlərindən sonra üçüncü şəxs cavabdeh2 onu anası ilə birlikdə həmin evdən qovmuşdur. Bu hal da apellyasiya şikayətinin qeyd edilən dəlillərini təkzib edir.
34. Həmçinin mərhum X4 iddiaçı İddiaçı atası hesab olmasına dair müvafiq qeydiyyat Balakən Rayon Qeydiyyat Şöbəsində ## ####### 2015-ci il tarixdə aparılmışdır. Bundan sonra da qanuni nümayəndənin, hətta ## ##### 2023-cü ildə yetkinlik yaşına çatdıqdan sonra iddiaçının özünün mirasın qəbulu ilə bağlı qanunda nəzərdə tutulan hərəkətləri etməsi barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
35. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
36. Apellyasiya şikayətinin digər bir dəlili kəsici müddətlərlə bağlı olmuşdur ki, həmin halla bağlı iddiaçı qeyd edir ki, məhkəmə bu tələblərin irəli sürülməsi üçün Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş 2 aylıq kəsici müddətin ötürülməsi ilə əsaslandırmaqla iddianı rədd etmişdir. Iş materiallarında olan hazırki mübahisənin predmetini təşkil edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və ona əlavə edilmiş sənədlər ##.##.2025-ci il tarixli müşayiət məktubu ilə iddiaçıya təqdim edilmişdir. ##.##.2025-ci il tarixdə isə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Həmin şəhadətnamələrin verilməsi barədə notarius nə iddiaçıya bu barədə məlumat vermiş, nə də həmin tarixdə şəhadətnamələri iddiaçıya təqdim etmişdir.
37. Birinci instansiya məhkəməsi qeyd edilən hissə ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum X4 mirasına dair *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ##.##.2020-ci il tarixdə, *V-* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə isə ##.##.2021-ci il tarixdə verilmişdir. Iddiaçı *V-* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən 4 il 11 ay sonra, *V-* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən isə 4 il * ay 25 gün sonra ##.##.2025-ci il tarixdə hazırkı iddia ərizəsi isə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı özü məhkəmə iclasında göstərmişdir ki, o, ##.##.2010-cu ildə vəfat etmiş mərhum X1ndan miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, notarius Səbuhi Məmmədov ona şifahi olaraq bildirmişdir ki, atasından miras qalmış əmlaklara vərəsəlik işi açılmaqla cavabdeh2 tam hissədə miras payı verilmiş, həmin sənədlərin əslinin alınması üçün vəkil sorğusu ilə müraciət etdiyiniz təqdirdə həmin sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi mümkün olacaqdır. O da həmin işlə bağlı vəkillə müqavilə bağlayaraq sənədlərin təsdiqlənmiş surətlərinin alınması ilə bağlı Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Işdə olan vəkil orderi və etibarnamədən görünür ki, iddiaçı vəkillə ## ######## 2025-ci il tarixdə müqavilə bağlamış, iddia ərizəsi ilə məhkəməyə isə 2 ay 1 gün sonra müraciət etmişdir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. 3*. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 3*2, 3*3, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.