Məhkəmə qərarları › İş №2(3-10)-271/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-271/2026

02.04.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-271/2026 02.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Qərardad Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı İddiaçı cavabdeh Cavabdeh İrfan qızına qarşı fərdi yaşayış evinə köçürülmə və cavabdeh tərəfindən evdən istifadəyə yaradılmış maneələrə qadağa qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraata xitam) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsayev Elman Bəhruz oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İrfan qızına qarşı fərdi yaşayış evinə köçürülmə və cavabdeh tərəfindən evdən istifadəyə yaradılmış maneələrə qadağa qoyulması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İrfan qızının nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən apellyasiya şikayəti vermə müddətinin ötürülməmiş hesab edilməsi barədə ərizəsi ilə bağlı iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh İrfan qızının nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətində olan Göyçay rayonu, Mırtı kəndində yerləşən 0,2997 ha torpaq sahəsinin üzərində onun vəsaitləri hesabına yeni tikilmiş, daşınmaz əmlakın dövlət reyetrində qeydə alınmayan ona məxsus fərdi yaşayış evinə köçürülməyinə və cavabdeh Cavabdeh İrfan qızına həmin evdən istifadə edilməsinə yaratdığı maneələrə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı Göyçay rayonu, Mırtı kəndində yerləşən 0,2997 ha torpaq sahəsinin üzərində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan fərdi yaşayış evə köçürülməsi və cavabdeh Cavabdeh İrfan qızına həmin evdən istifadə edilməsinə yaratdığı maneələrə qadağa qoyulması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ## ####### 2025-ci il tarixdə cavabdeh Cavabdeh İrfan qızının etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh Cavabdeh İrfan qızının etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 Göyçay Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti müddətinin bərpa edilməsi barədə ərizəsi və apellyasiya şikayəti ## ###### 2025-ci il tarixdə məhkəməyə elektron qaydada daxil olmuşdur. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qərardadı ilə Göyçay Rayon Məhkəməsinın ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə cavabdeh Cavabdeh İrfan qızının etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 ərizəsinin təmin edilməməsi, apellyasiya şikayətinin cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 qaytarılması qərara alınmışdır. Cavabdeh Cavabdeh İrfan qızı (nümayəndəsi və vəkili nümayəndə1) qeyd olunan qərardadla razılaşmayaraq şikayət vermişdir. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh Cavabdeh İrfan qızı (nümayəndəsi və vəkili nümayəndə1) həmçinin Göyçay Rayon Məhkəməsinın ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin müddətinin ötürülməmiş hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qərardadı ilə Göyçay Rayon Məhkəməsinın ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin ötürülməmiş hesab edilməsi barədə cavabdeh Cavabdeh İrfan qızının etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 ərizəsinin təmin edilməməsi, apellyasiya şikayətinin cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 qaytarılması qərara alınmışdır. Cavabdeh Cavabdeh İrfan qızı (nümayəndəsi və vəkili nümayəndə1) qeyd olunan qərardadla razılaşmayaraq şikayət vermişdir. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş materiallarını obyektiv, hərtərəfl araşdırmamış, isinad etdiyi hallar mülki işin materiallarına uyğun deyildir. Qeyd olunan mülki iş üzrə qətnaməni və əvvəlki qərardadları Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızı tərəfindən imzalanmışdır. Son qərardadı qəbul edən hakim iş materialları ilə yaxından tanış olsa idi aydın olardı ki, məhkəmə qətnaməsindən iki apellyasiya şikayətləri verilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İrfan qızı şəxsən(poşt vasitəsilə) ##.##.2025-ci il tarixdə vermiş, 2-ci apellyasiya şikayətini nümayəndəsi və vəkili nümayəndə1 elektron məhkəmə sistemi vasitəsilə ##.##.2025-ci il tarixdə vermişdir. Vəkil nümayəndə1 apellyasiya şikayətinin verilməsi müddətini ötürmüşdir. Buna görə məhkəmə ##.##.2025- ci il tarixli qərardad ilə apellyasiya şikayətinin geri qaytarılmışdır. Həmin məhkəmə iclasında vəkil nümayəndə1 bildirmişdir ki, cavabdeh Cavabdeh İrfan qızı tərəfindən ##.##.2025-ci il tarixdə poçt vasitəsilə məhkəməyə təqdim edilən apellyasiya şikayəti ##.##.2025-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş və ##.##.2025- ci il tarixdə elektron məhkəmə sistemində qeydiyyata alınmışdır, lakin məhkəmə həmin şikayətə hər hansı münasibətini bildirməmiş və qərardad qəbul etməmişdir. Buna görə məhkəmə hər iki apellyasiya şikayətinə (ayrı-ayrılığda verilən cavabdeh Cavabdeh və vəkil nümayəndə1) birlikdə baxmalıdır. Hakim Gülnaz Qurbanova vəkilin vəsatətinə cavab olaraq şifahi bildirmişdir ki, cavabdehin verdiyi şikayət ilə onun nümayndəsi, vəkilin verdiyi şikayətlər ayrı-ayrılığında baxılmalıdır. Bunlara görə hakim Gülnaz Qurbanova iki ayrı-ayrılığında qərardadlar çıxarmışdır. Bunlardan biri ##.##.2025-ci il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayətinin geri qaytarılması barədə, ikincisi isə ##.##.2025-ci il tarixli qərardad ilə cavabdehin vəkili A.Ağaşirionv tərəfindən verilən apellyasiya şikayətinin geri qaytarılmasına dair olmuşdur. Göyçay Rayon Məhkəməsi hər iki apellyasiya şikayətlərinə ayrı-ayrılığında baxaraq fərqli qərardadlar qəbul etdiklərinə görə, cavabdeh Cavabdeh nümayəndəsi, vəkili nümayəndə1 qərardadlardan fərqli apellyasiya şikayətləri vermişdir. Məhkəmənin##.##.2025-ci il tarixli qərardadından (qətnamədən vəkilin ayrı verdiyi apellyasiya şikayətinə dair) nümayəndə1 apellyasiya şikayəti vermiş, məhkəmə ##.##.2025ci il tarixli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** saylı qərardadından cavabdeh Cavabdehİrfan qızının nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün işlə birlikdə ŞəkiApellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh ##.##.2025-ci il tarixdə poçt vasitəsilə Göyçay Rayon Məhkəməsinə verdiyi apellyasiya şikayəti ##.##.2025-ci il tarixdə məhkəmədə qeydiyyata alınmış, məhkəmənin ##.##.2025-ciil tarixli Qərardadı ilə geri qaytarılmış və tövsiyə olunmuşdur ki, həmin apellyasiya şikayəti elektron məhkəmə sistemi vasitəsilə verilsin. Həmin qərardad məhkəmə elektron sistemində ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. Cavabdeh Cavabdeh məhkəmə elektorn sistemində şəxsi elektron kabinetindən istifadə edə bilmədiyindən nümayəndəsi, vəkili nümayəndə1 Cavabdeh apellyasiya şikayətini qərardadı aldığı gün, yəni ##.##.2025-ciil tarixdə məhkəmə elektron sisteminə yerləşdirmişdir. Göstərilənlər təsdiq edir ki, Cavabdeh ##.##.2025-ci il tarixdə ilk dəfə poçt vasitəsilə verdiyi apellyasiya şikayəti və ##.##.2025-ci il tarixdə elektron kabinet vasitəsilə verdiyi təkrara pellyasiya şikayətinin qanunla müəyyən edilmiş bir ay müddət ötürülməmişdir. Belə ki, Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh poçt vasitəsilə ##.##.2025-ci iltarixdə təqdim edilmişdir. Cavabdeh elektron kabinetindən istifadə edə bilmədiyindən ##.##.2025-ci il tarixdə məhkəmə elektron sistemində yerləşdirilən məhkəmə qətnaməsi ilə tanış ola bilməmişdir. Cavabdeh məhkəmə qətnaməsini poçt vasitəsilə ##.##.2025-ci il tarixdə rəsmi aldıqdan bir ay müddətində apellyasiya şikayətini poçt vasitəsilə ##.##.2025-ci il tarixdə Göyçay Rayon Məhkəməsinə göndərimişdir. Eyni zamanda ##.##.2025-ci il və ##.##.2025-ci il tarixləri qeyri-iş günləri olduğundan Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsinin son günü ##.##.2025-ci il tarixdir. Göstərilənlərə əsasən cavabdeh Cavabdeh poçt vasitəsilə verdiyi apellyasiya şikayətinin müddəti ötürülməmişdir. Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə cavabdeh Cavabdeh apellyasiya şikayəti geri qaytarılmış və izah edilmişdir ki, apellyasiya şikayəti elekron məhkəmə sistemi vasitəsilə verilsin. Həmin qərardad məhkəmə elektron sisteminə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. Həmin gün, yəni ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh apellyasiya şikayəti təkrar olaraq vəkil nümayəndə1 tərəfindən məhkəmə elektron vasitəsilə Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi cavabdeh Cavabdeh apellyasiya şikayətinin verilmə müddət ötürülməmişdir. Buna görə vəkil nümayəndə1 apellyasiya şiakyətinin verilmə müddətini ötürülməmiş hesab etmişdir. Hakim Fəttahov İbrahim göstərilən halları obyektiv araşdırmadan səhv nəticəyə gələrək hesab etmişdir ki, vəkil A. Ağaşirinov bir ərizəsində apellyasiya şikayətinin verilmə müddətini ötürülməsin etiraf etmiş, ikinci ərizəsində isə həmin müddəti ötürülməmiş yazmışdır. Buna görə də şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e- *(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, cavabdeh Cavabdeh İrfan qızının (nümayəndəsi və vəkili nümayəndə1) Göyçay Rayon Məhkəməsinın ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin müddətinin ötürülməmiş hesab edilməsinə dair ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti daxil olduqdan sonra birinci instansiya məhkəməsinin vəzifəsi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılmasıdır. Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şikayət verilə bilər. İş materiallarından müəyyən olunur ki, cavabdeh Cavabdeh İrfan qızının etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 Göyçay Rayon Məhkəməsinin ## ####### 2025ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qərardadı ilə vəsatət təmin edilməmiş və apellyasiya şikayətinin cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 qaytarılması qərara alınmışdır. Qeyd olunan qərardaddan cavabdeh Cavabdeh İrfan qızı (nümayəndəsi və vəkili nümayəndə1) tərəfindən şikayət verilmiş, Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Cavabdeh İrfan qızı (nümayəndəsi və vəkili nümayəndə1) tərəfindən verilmiş şikayət təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cavabdeh İrfan qızının Göyçay Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə məsələyə artıq məhkəmə tərəfindən hüquqi qiymət verildiyindən, cavabdeh Cavabdeh İrfan qızının hazırkı ərizəsinə təkrar məhkəmədə baxılması istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Kollegiya hesab edir ki, Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə prosessual hüquq normalarının tələbi pozulduğundan, qərardadın ləğv edilməsi üçün əsaslar vardır. Beləliklə şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, Göyçay Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İrfan qızının nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin ötürülməmiş hesab edilməsi barədə ərizəsi üzrə icraata xitam verilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261, 263-264, 397-398, 402, 404 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Cavabdeh Cavabdeh İrfan qızı (nümayəndəsi və vəkili nümayəndə1) tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Göyçay Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İrfan qızının nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin ötürülməmiş hesab edilməsi barədə ərizə üzrə icraata xitam verilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar