Məhkəmə qərarları › İş №2(3-10)-297/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-297/2026

07.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-297/2026 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaxxxxı İddiaxxxxı cavabdeh «X3» MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, müddətli bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinə zidd hesab edilməsi, məcburi buraxılmış iş üzrə əmək haqqlarının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Axxxxar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa, müddətli bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinə zidd hesab edilməsi, məcburi buraxılmış iş üzrə əmək haqqlarının ödənilməsi” tələbi, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elxxxxin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaxxxxı İddiaxxxxı və cavabdeh «X3» MMC-nin nümayəndəsi X5 iştirakları ilə, Iddiaxxxxı İddiaxxxxı cavabdeh «X3» MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, müddətli bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinə zidd hesab edilməsi, məcburi buraxılmış iş üzrə əmək haqqlarının ödənilməsi” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh «X3» MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında axxxxıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları

1. Iddiaxxxxı İddiaxxxxı cavabdeh “X3” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, müddətli bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinə zidd hesab edilməsi, məcburi buraxılmış iş üzrə əmək haqqlarının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində verilmiş əmək müqaviləsinin xitam verilməsi barədə 3-19-125/3-1-22/2025 №li, ## ####### 2025-ci il tarixli əmrin ləğv edilməsinə, qanunsuz bağlanmış müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinə zidd hesab edilməsinə ğörə ləğv edilib, ## ###### 2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinin davam etdirilməsinə və əmək müqaviləsinə xitam verildiyi ## ####### 2025-ci il tarixdən itirdiyi əmak haqqlarının ona ödənilməsinə dair qətnamə xxxxıxarılmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Vətən müaribəsi veteranıdır. Həmxxxxinin Azərbaycan Vətən Müharibəsi veteranları ictimai birliyinin Qax rayon şöbəsinin sədrin müavinidir. Hazırda əsas işi Qax rayonunda veteranların problemlərini həll etməkdən ibarətdir. Lakin hazırda onun öz hüquqları pozulmuşdur. O, ## ###### 2016-cı il tarixdən X3 MMC-də gözətxxxxi vəzifəsində işləyir. ## ####### 2025-ci il tarixdə ona bildirildi ki, o müddətli əmək müqaviləsi əsasında işləyir. Halbuki o məhkəməyə təqdim etdiyi müqavilədən də və əmək kitabxxxxasından da görünür ki, o gözətxxxxi vəzifəsində müddətsiz əmək müqaviləsi əsasında işləyir. Bununla bağlı o dəfələrlə Olimpiya kompleksinə müraciət etsə də onun mübahisəsinə baxılmır. Mediasiya təşkilatında da iştirak etmədilər ki, onlarla hər hansı bir razılaşmaya əldə edə bilsinlər. Hazırda o hesab edir ki, onun hüquqları pozulub. Həmxxxxinin əmrin surətini ona təqdim etməkdən imtina etdilər, buna görə də əmək kitabxxxxasını təqdim edir. Lakin ## ####### 2025-ci il tarixdə onun müqaviləsinə xitam verilmişdir. Onu da bildirir ki, həmin idarədə işlədiyi dövrdə işində hexxxx vaxt bir nöqsan olmayıb, həmişə işinə məsuliyyətli yanaşmışdır. Bundan əlavə o ## ####### 2025-ci il tarixdə hal-hazıradək işsizdir və bu müddət ərzində o aylıq məvaciblərini də itirmişdir Həmxxxxinin onun itirdiyi əmək haqqının almaq hüququ vardır. Məhkəmədən onun barəsində verilmiş əmək müqaviləsinin xitam verilməsi barədə 3-19-125/3-1-22/2025 №li, ## ####### 2025-ci il tarixli əmrin ləğv edilməsinə, qanunsuz bağlanmış müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinə zidd hesab edilməsinə ğörə ləğv edilib ## ###### 2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinin davam etdirilməsinə və əmək müqaviləsinə xitam verildiyi ## ####### 2025- ci il tarixdən itirdiyi əmək haqqlarının ona ödənilməsinə dair qətnamə xxxxıxarılmasını xahiş etmişdir.

3. Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Mirheydər Zeynalov) iddiaxxxxı İddiaxxxxı barəsində verilmiş əmək müqaviləsinin xitam verilməsi barədə 3-19-125/3-1-22/2025 №li, ## ####### 2025-ci il tarixli əmri ləğv edilmiş, Qanunsuz bağlanmış müddətli əmək müqaviləsi Əmək Məcəlləsinin 45-ci maddəsinə zidd hesab edildiyinə görə ləğv edilib ##.##.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinin davam etdirilməsi, Əmək müqaviləsinə xitam verildiyi ##.##.2025-ci il tarixdən iddiaxxxxı İddiaxxxxı itirdiyi əmək haqları iddiaxxxxıya ödənilməsi və iddia tələbi üzrə ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutulub iddiaxxxxıya ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 68, 70, 71, 73, 76, 84 və 300-cü maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: İddiaxxxxı X1 Kompleksi MMC-nə gözətxxxxi işinə qəbul olunmuş, əmək müqaviləsi müddətsiz bağlanılmış və tərəflər əmək müqaviləsinin şərtlərinı qəbul edərək imzalamışlar. ## ######## 2025-ci il tarixli əmək müqaviləsinə dəyişiklikdən görünür ki, həmin müqavilə müddətli bağlanılmış, tərəflər əmək müqaviləsinin şərtlərinı qəbul edərək imzalamışlar. 3-19-125/3-17/2025 №li, ## ######## 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaxxxxı ## #### 2025-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinin müddətinin ## ####### 2025-ci il tarixdə bitməsi ilə əlaqədar xəbərdarlıq olunmuş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci bəndinin 2-ci «b» bəndinə əsasən (əmək müqaviləsini müddətinin qurtarması), həmin Məcəllənin 73-cü maddəsində (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) qaydalara uyğun olaraq ## ####### 2025-ci il tarixdən etibarən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Xəbərdarlığı imzalamaqdan imtina olunmasına dair 001 №li, ## ######## 2025-ci il tarixli aktın məzmununda qeyd olunur ki, İddiaxxxxı ## #### 2025-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti ## ####### 2025-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq ## ######## 2025-ci il tarixdə təqdim edilmiş xəbərdarlıq məktubu ilə tanış olduqdan sonra imza etməkdən imtina etmişdir. 3-19-125/3-1-22/2025 №li, ## ####### 2025-ci il tarixli əmrdən görünür ki, İddiaxxxxı X3 MMC-in gözətxxxxi ilə bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq ## ####### 2025-ci il tarixdən xitam verilmiş və işlədiyi dövrə uyğun olaraq ona son hesablaşma ödənilməsi əmr edilmişdir.Əsas olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndi qeyd olunmuşdur. İddiaxxxxı məxsus əmək kitabxxxxasının surətindən görünür ki, İddiaxxxxı ## ###### 2016-cı il tarixdə i əmrlə gözətxxxxi vəzifəsinə qəbul olunmuş, ## ####### 2025- ci il tarixdən isə 3-19-125/3/1-22/2025 №li əmrlə onunla bağlanmış müddətli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «B» bəndinə uyğun olaraq müqavilənin müddətinin başa xxxxatması ilə əlaqədar xitam verilmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh “X3” MMC-nin nümayəndəsi Nümayəndə аpellyаsiyа şikаyətləri vermişlər.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh «X3» MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, hakim bu tələb üzrə iddia müddətini nəzərə almamışdır.Əmək Məcəlləsinin 296-cı maddəsindəFərdi əmək mübahisələrinin həllində iddia müddətləri təsbit olunub.Həmin məcəllənin 296.2 bəndində bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üxxxxün işxxxxi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.Iddiaxxxxı ilə müddətli əmək müqaviləsi 2025-ci ilin yanvar ayından etibarən hüquqi qüvvədə olduğunu nəzərə alsaq işxxxxi onunla bağlanmış müddətli əmək müqaviləsini mübahisələndirməyib.Iddiaxxxxı bu tələb üzrə iddia müddətinin bərpası ilə bağlı Məhkəməyə müraciət etməyib. Məhkəmə iclasında iddiaxxxxı İddiaxxxxı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddia ərizəsini müdafiə edir. Nümayəndə onun razılığı olmadan müddətsiz əmək müqaviləsini müddətli əmək müqaviləsinə dəyişmişdir. Telefonda elektron formada onlara nə isə imzalamaları deyilmişdir. Lakin bunun nə ilə bağlı olduğunu bilmirdilər. Müqavilənin müddəti başa xxxxatdıqdan sonra ona aydın oldu ki, onunla 3 aylıq müddətə əmək müqaviləsi bağlanılmışdır. Iddiaxxxxı İddiaxxxxı bu iddiası tamamilə əsassızdır. Belə ki, İddiaxxxxı müddətli əmək müqaviləsi 3 dəfə eyni müddətə uzadılmışdır.Hər dəfə İddiaxxxxı SIMA proqramına daxil olaraq iradəsinin ifadəsi olaraq müddətli əmək müqaviləsinin uzadılmasına etiraz etməyərək təsdiqləyib.Iddiaxxxxının Telefonda elektron formada onlara nə isə imzalamaları iddiası əsassızdır.Əmək məcəlləsinin 45.3-cü bəndində təsbit olunub ki, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.Halbuki,iddiaxxxxı onunla müddətli əmək müqaviləsi bağlandığını 2025-ci ilin yanvar ayında bilmişdir və hər üxxxx aydan bir müqavilə yeniləndikcə SIMA proqramına girərək müstəqil formada öz iradəsinin ifadəsi olaraq təsdiq etmişdir. Məhkəmə, həmxxxxinin müəyyən etdi ki, X3 ## ####### 2025-ci il tarixli, 3-19-125/3-1- 22/2025 №li əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsində müəyyən edilmiş qaydada tərtib edilməmişdir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda, müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işxxxxinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işxxxxinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv ediləngün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üxxxxün əsas hesab olunan rəsmi sənədlər və məlumatlar göstərilir. Həmin maddənin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir nexxxxəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin maddənin üxxxxüncü hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmxxxxinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaxxxxının işdən azad edilməsinə dair X3 MMC-in 3-19-125/3-1- 22/2025 №li, ## ####### 2025-ci il tarixli əmri qanunsuz və əsassız olduğu üxxxxün ləğv edilməlidir. Məhkəmə tərəfindən qeyd olunan xitam əmri işə əlavə olunub və Əmək Məcəlləsinin 84cü maddəsinin dispozisiyasında tələb olunan normalara əməl olunub. Məhkəmə, həmxxxxinin müəyyən edib ki Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işxxxxi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işxxxxi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. X3 direktoru Nümayəndə tərəfindən iddiaxxxxı Əmək 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslar olmadan işdən azad edildiyindən, əmr ləğv edilməli, iddiaxxxxı məcburi işburaxma müddəti üxxxxün əmək haqqı ödənilməklə əvvəlki işinə, yəni «X3» MMC-nə gözətxxxxi vəzifəsinə bərpa olunmalıdır. Əmək Məcəlləsinin 47.f bəndinə əsasən müddətli əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müqavilədə müəyyən edilmiş müddətə bağlana bilər. Əmək Məcəlləsinin 47.f bəndinin Azərbaycan Respublikası Konstitusiyasının25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair Qərarında da axxxxıq aydın görünür ki,Məhkəmələrə tövsiyyə olunur ki, Əmək Məcəlləsinin 47.f bəndi ilə xitamlarda o hala diqqət yetirilsin ki,əgər müəssisədə bütün işxxxxilərlə müddətli əmək müqaviləsi bağlanıbmı və ya işxxxxilərin bir hissəsi ilə müddətli bir hissəsi ilə müddətsiz müqavilə bağlandığı yoxlanılmalıdır. Nəzərə alınsa ki, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinə dəyişdirilib və iddiaxxxxının iradəsinin ifadəsi olaraq “SIMA” proqramı vasitəsi ilə təsdiq edib.Yəni əmək şəraitinin şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında dəyişdirilib. Əmək məcəlləsinin 47.f bəndində təsbit olunduğu kimi.Bu hal qanunvericiliklə qadağan edilməyib və məhdudlaşdırılmayıb. Əmək məcəlləsinin 54-cü maddəsində təsbit olunub ki, əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Bu tələbə uyğun olaraq iş yerində əmək şəraitinin şərtlərinin dəyişməsi ilə bağlı bütün işxxxxilərimizə xəbərdarlıq etmişlər və yeni şərtlərlə işləmək istəyən işxxxxilərlə müddətli əmək müqaviləsi bağlayaraq işlərə cəlb etmişlər. Əmək Məcəlləsinin 56-cı maddəsində qeyd olunub ki;, Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; Istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işxxxxinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işxxxxini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı, qərarı) ilə xəbərdar etməlidir. Əgər işxxxxi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə kexxxxirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

8. Ona görə də, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı iddiaxxxxı İddiaxxxxı tərəfindən etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakxxxxılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X3” MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaxxxxı İddiaxxxxı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə, «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına, «c» bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə, «xxxx» bəndinə əsasən müəssisənin mülkiyyətxxxxisinin dəyişməsi ilə əlaqədar olaraq (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işxxxxilər), «d» bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallara, «e» bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara görə əmək müqaviləsinə xitam verilə bilər. 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin tələbinə görə əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmxxxxinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 84-cü maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda, müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işxxxxinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işxxxxinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üxxxxün əsas hesab olunan rəsmi sənədlər və məlumatlar göstərilir. Həmin maddənin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir nexxxxəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin maddənin üxxxxüncü hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmxxxxinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 70-ci maddəsinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: a) müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə; b) işxxxxilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işxxxxinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; xxxx) işxxxxi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işxxxxi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işxxxxisi xxxxalışmanın yaş həddinə xxxxatdıqda. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci bəndinə əsasən işxxxxilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata kexxxxirilərkən, o cümlədən işxxxxinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin maddənin 2-ci bəndinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «xxxx» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işxxxxi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətxxxxinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən hexxxx biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin maddənin 2-ci bəndinə əsasən işxxxxinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu1 maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işxxxxi işə xxxxıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin maddənin 2-ci bəndinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin maddənin 3-cü bəndinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin maddənin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin maddənin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işxxxxi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üxxxxün əmək haqqı ödənilməklə işxxxxinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad xxxxıxarır. Məhkəmə qətnamədə işxxxxiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi xxxxəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata kexxxxirilir. Hakim bütün hallarda prosesin xxxxəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin xxxxəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Hexxxx bir sübutun məhkəmə üxxxxün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə xxxxıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üxxxxün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

15. Cavabdeh “X3” MMC-nin nümayəndəsi Nümayəndə Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üxxxxün əsas yoxdur.

17. Cavabdeh “X3” MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində iddiaxxxxının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək üxxxxün iddia müddətini ötürdüyünü qeyd etsə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlili əsassızdır.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin kexxxxməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

19. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı xxxxıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin kexxxxməsi məhkəmənin iddiadan imtina barəsində qərar xxxxıxarması üxxxxün əsasdır.

20. Lakin iş materialından görünür ki, cavabdeh “X3” MMC tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməmişdir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə müraciət etmək üxxxxün iddia müddəti ötürülmüş olsa belə, əgər mübahisə tərəfi iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməmişsə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti yoxdur.

22. Bundan başqa, cavabdeh “X3” MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində əmək müqaviləsinə qanunvericiliyin tələbləri nəzərə alınmaqla xitam verdiyini qeyd etsə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlilləri də əsassızdır.

23. Belə ki, məhkəməyə təqdim olunmuş ## ######## 2025-ci il tarixli, 001 №li aktın məzmunundan görünür ki, İddiaxxxxı ## #### 2025-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinin müddətinin ## ####### 2025-ci il tarixdə bitməsi ilə əlaqədar xəbərdarlığı almaqdan imtina etməsi qeyd olunmuşdur. Lakin qeyd olunan xəbərdarlığın həqiqətən də iddiaxxxxıya təqdim olunub-olunmamasının müəyyənləşdirilməsi mümkün deyildir.

24. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üxxxxün əsаslаr olmаdığındаn cavabdeh “X3” MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh “X3” MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üxxxxüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay kexxxxdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar