Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-305/2026 14.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı qanunsuz əmrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz əmrin etibarsız hesab edilməsi tələbi, qüvvə) Hakimlər X12 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh X1 nümayəndəsi və vəkili nümayəndə2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı qanunsuz əmrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası “xxxx” X1 Cavabdeh X1n direktoru X13 tərəfindən ## ######## 2025-ci il tarixli, 18-1-61/3-1-1113/2025 əmrin qanunsuz və əsassız olduğunu nəzərə alıb, icra edildiyi üçün etibarsız hesab edilməsi və mediasiya xərci olan 50 (əlli) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ## ###### 1980-cı ildə anadan olmuşdur. Ali təhsillidir, həkim ixtisasına sahibdir. PT*** saylı əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan Cavabdeh X1 X19 Həkim mama-ginekoloq vəzifəsinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. Bu əmək müqaviləsi ## ###### 2007-ci il tarixindən müddətsiz bağlanmışdır. Azərbaycan Respublikası “xxxx” X1 Cavabdeh X1n *** nömrəli əmrinə əsasən Cavabdeh X1n X19 Həkim mama-ginekoloqu ##.##.2022-ci il tarixdən etibarən X19 şöbə müdiri vəzifəsinə keçirilmişdir. Cavabdeh X1ndə 18 ildir ki, Doğum və ginekologiya
Birinci instansiya məhkəməsində icraat
3. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası “xxxx” X1 Cavabdeh X1n direktoru X13 tərəfindən ## ######## 2025-ci il tarixli, 18-1-61/3-1-1113/2025 əmrin icra edildiyi üçün etibarsız hesab edilməsi və mediasiya xərci olan 50 (əlli) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:
4. Iddiaçı özünün bildirdiyi kimi Azərbaycan Respublikası “xxxx” X1” Cavabdeh X1n *** nömrəli əmrinə əsasən Cavabdeh X1n X19 Həkim mama-ginekoloqu ##.##.2022-ci il tarixdən etibarən X19 şöbə müdiri vəzifəsinə keçirilmişdir. Cavabdeh PHŞ-nin Tibbi Şurasının ## ### 2025-ci il tarixdə keçirilmiş iclasında gündəlik məsələ olaraq Ginekologiya Doğum çalışan mamaginekoloqların Ilkin Səhiyyə Xidmətinin (ISX) Ailə Sağlamlıq Mərkəzi (ASM) şöbəsinin ASM-2 bölməsinə təhkim olunması və şəhərin Energetiklər yaşayış massivində əhalinin, xüsusilə qadınların tibbi xidmətlərə, o cümlədən ginekoloji xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılması məsələsi müzakirə edilmiş və nəticəsi üzrə Tibbi Şura həmin tarixli 18-1- **/*-*-*/**** saylı qərar qəbul etmişdir. Tibbi Şuranın həmin qərarında X1n X22 mamaginekoloqlarının növbə ilə Mingəçevir şəhər ISX ASM şöbəsi ASM-2 bölməsinə təhkim olunmaları, təhkim olunmuş həmin həkimlərin hər ay növbəli şəkildə 1 ay müddətində ASM-2 bölməsində Energetiklər Qəsəbəsinin qadınlarına ginekoloji tibbi xidmət göstərilməsi və təhkim olunma prosesinin və iş qrafiklərinin X22 müdiri tərəfindən icra edilməsi nəzərdə tutulmuşdur. Bundan sonra Tibbi Şuranın ##.##.2025-ci il tarixli **-*-**/*-*-*/**** saylı protokoluna əsasən Cavabdeh X1n direktorunun X23 çalışan mama-ginekoloqların ISX ASM şöbəsinin ASM-2 bölməsinə təhkim olunması haqqında ## ### 2025-ci il tarixli 18-1-61/3- *-***/**** saylı müvafiq əmri verilmiş, direktor tərəfindən 2025-ci ilin iyun-dekabr ayları üzrə növbəlilik cədvəli təsdiq edilmiş və ilk dəfə mama-ginekoloq X5 09:00-16:00 saatlarında ASM-2 bölməsində növbədə olmuş, bundan sonra cədvələ müvafiq olaraq iyul ayında mama-ginekoloq X10, avqust ayında mama-ginekoloq X8, sentyabr ayında X22 müdiri İddiaçı, oktyabr ayında mama-ginekoloq X9 ASM-2 bölməsində növbədə olmuş, noyabr ayında isə mama-ginekoloq X14 növbədə olmuş və dekabr ayında isə mama-ginekoloq X6 növbədə olmuşdur. Həmçinin iddiaçı İddiaçı sentyabr ayında əmrdən irəli gələn vəzifəni özü könüllü icra etmişdir. Belə ki, Tibbi Şuranın ##.##.2025-ci il tarixli **-*-**/*-*-*/**** saylı protokoluna əsasən Cavabdeh X1n direktorunun X23 çalışan mama-ginekoloqların ISX ASM şöbəsinin ASM-2 bölməsinə təhkim olunması haqqında ## ### 2025-ci il tarixli **-*-**/*-*-***/**** saylı müvafiq əmri verilmiş, direktor tərəfindən 2025-ci ilin iyun-dekabr ayları üzrə növbəlilik cədvəli təsdiq edilmiş və ilk dəfə mama-ginekoloq X5 09:00- 16:00 saatlarında ASM-2 bölməsində növbədə olmuş, bundan sonra cədvələ müvafiq olaraq iyul ayında mama-ginekoloq X10, avqust ayında mamaginekoloq X8, sentyabr ayında X22 müdiri İddiaçı, oktyabr ayında mama-ginekoloq X9 ASM-2 bölməsində növbədə olmuş, noyabr ayında isə mamaginekoloq X14 növbədə olmuşlar. X22 mama-ginekoloqlarının hər ay bir nəfərin növbəlilik qaydasında ASM-2 bölməsinə təhkim olunması isə bu səbəblərdən maddi hüquq normaları baxımından əmək şəraitinin şərtlərinin dəyişdirilməsi kimi qiymətləndirilə bilməz və əmək şəraitinin şərtlərinin dəyişdirilməsi hesab olunmur, onların əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarında dəyişiklik yoxdur. Belə ki, “xxxx” X1n ## ### 2025-ci il tarixli **-*/**-*-***/**** nömrəli əmri ilə təsdiq edilmiş Cavabdeh X1n strukturuna görə sözügedən Ilkin Səhiyyə Xidmətinin (ISX) Ailə Sağlamlıq Mərkəzi (ASM) şöbəsi Cavabdeh PHŞ-in strukturuna aiddir, ayrıca müstəqil tibb müəssisəsi deyil və ya başqa bir tibb müəssisəsinin tabeliyində deyil. Yəni ASM şöbəsinin işçilərinin ştat vahidləri, işə qəbul, əməyin ödənilməsi eyni qaydada Cavabdeh X1n rəhbəri tərəfindən həyata keçirilir; həmin işçilərin təhkim qrafiki saat 09:00-16:00-dək qeyd olunsa da, saat 13:00-dək ASM-də tibbi xidmətdə olur və 13:00-dan sonra yenə də X23 tibbi xidmətlərini davam etdirmişlər. X22 təsdiq olunmuş iş cədvəlinə görə ASM-2 bölməsinə təhkim olunmuş mamaginekoloqların iş saatları axşam 21:00-dan səhər 09:00-dək (gecə növbəsi) olan müddətdə, eləcə də səhər saat 09:00-dan 21:00-dək olan müddətdə ASM-də növbədə olmurlar. Onlar ildə cəmi bir ay növbədə olurlar. Onların heç birinə qarşı ayrı yanaşma olmamışdır. Həmin işçilərin peşəsi, ixtisası, vəzifəsi, aylıq əmək haqqı məbləği, ödəniş dərəcəsi, işlədiyi iş günlərinin sayı, iş saatlarının sayı, bonus və mükafatlarında istirahət günlərində hər hansı bir dəyişiklik yoxdur; Ilkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzi şöbəsi də Mingəçevir şəhəri ərazisində otuz iki mindən çox əhalisi olan IES yaşayış massivində yerləşir, başqa şəhər, rayonun inzibati ərazisində və uzaq məsafədə yerləşmir; ASM-də cəmi 1 ştat vahidi mamaginekoloq ştatı var və həmin ştat vakansiyadır, işçi yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh PHŞ-nin Tibbi Şuranın ## ### 2025-ci il tarixli, **-*-**/*-*-*/**** saylı qərarı şəhərin Energetiklər yaşayış massivində əhalinin, xüsusilə qadınların tibbi xidmətlərə, o cümlədən ginekoloji xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılması məqsədilə qəbul edilmiş və bu hal əmək şəraitinin şərtlərinin dəyişdirilməsi kimi qiymətləndirilə bilməz, belə ki, iddiaçının əmək funksiyası, vəzifəsi, aylıq əmək haqqı, əmək məzuniyyətinin müddəti və sair amillər dəyişilməz olaraq qalmışdır. Həmçinin bu hal başqa işə keçirmə kimi də qiymətləndirilə bilməz. Belə ki, işçinin başqa işə keçirilməsi dedikdə, işçi tərəfindən əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsi başa düşülür. Beləliklə, qeyd olunan qərar əsasında Cavabdeh X1n direktoru X13 tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli, 18-1-61/3-1- ****/**** saylı əmr etibarsız hesab edilə bilməz. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, sözügedən ##.##.2025ci il tarixli əmrin çıxarılmasında və tətbiqində heç bir qanun pozuntusuna yol verilməmiş və əmr əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə çıxarılaraq icra edilmişdir.
5. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 10, 11. 56, 57 və 59-cu maddələrinə istinadla əsaslandırmışdır.
6. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı X16həkimdir, cavabdeh müəssisədə 2007-ci ildən işləyir və 4 ildir ki, X22 müdiridir. Iddiaçıya qarşı işəgötürən tərəfindən hüquqi olaraq düzgün yanaşılmamışdır. Işəgötürənin qərəzliliyigözqabağındadır. Göründüyü kimi, göstərilən əsaslar işəğötürənin dolayısı ilə işçiyə qarşı qərəzliliyini sübut edir. Cavabdeh X1n direktoru vəzifəsinə Ülfət Qurbanov keçdikdən sonra iddiaçıya müxtəlif vaxtlarda müxtəlif yollarla qərəzlilik etməyə başlayır və nəticədə ilk dəfə ona əsassız olaraq töhmət verilir bundan sonra Mingəçevir Şəhər Məhkəməsində həmin qərar mübahisələndirilir və nəticə olaraq verilmiş olan töhmət əsassız sayılır. Nəticə olaraq direktor olan şəxs qanunsuz olaraq şöbə müdiri ilə məsləhət etmədən onun rəsmi olaraq aşağı vəzifədə işlərini icra etməsini razılığı alınmadan və ya icazəsi olmadan Mərkəzi Xəstəxanın ASM-2 bölməsinə təhkim etmişdir. Belə ki, məhkəməyə təqdim edilən sənədlərdə ##.##.2025-ci il tarixdə Tibbi Şuranın olması barədə protokolda onun da dəvət edildiyini hətta cədvəlin onun tərəfindən hazırlanması tapşırılması qeyd edilsə də bunların heç biri baş verməmişdir. Həmin tarixdə tibbi şura olmamış bunlar hamısı sonradan sənədləşdirilmişdir. Sentyabr ayında onun şifahi göstərişi ilə ASM-2 bölməsinə həkim Sultanova Fidan təhkim edilmiş, lakin direktor Ülfət Qurbanov məzuniyyətdən qayıdaraq işə çıxdıqda dərhal baş həkimə bölməyə təhkim olunmuş həkimin geri qaytarılmasını və şöbə müdiri İddiaçı ASM-2 təhkim edilməsini tapşırığını vermiş, o təhkim edildikdən dərhal sonra mediasiya müraciət etmişdir. Direktor həmin dövrdə dərhal qərəzliliyindən yayınmaq üçün sənədləşdirmə işləri aparmışdır. Bu barədə də məhkəmədə şifahi olaraq bildirsə də məhkəmə bu hissəni də araşdırmamışdır. Onun həmin sənədləri əldə etməsi mümkünsüzdür. Əlavə olaraq cədvəllərin də sonradan hazırlanması açıq-aydın ortadadır. Belə ki, bir tək onun işçi kimi ora təhkim edildiyi ayda yəni sentyabr ayında cədvəldə qarşısında ezamiyyət sözü qeyd edilmişdir. Digər cədvəllərdə təhkim edilmiş həkimlərin adlarının qarşısında heç bir qeyd edilməmişdir. Sənədləşdirmə işinin formal və baş verənləri pərdələmək üçün hazırlanması faktını sübut edən hallardan biridə onun barəsində direktor tərəfindən 1 sentyabr tarixində əmrin verilməsidir. Belə ki, bu bir daha onu sübut edir ki, direktor Ülfət Qurbanov təhkim edilmiş həkimlərin cədvəlini sonradan hazırlamış, əvvəlcədən ona bildirməmişdir və şöbə müdiri olaraq o heçvaxt təhkim edilə bilməzdi. Bu da direktorun ona qarşı qərəzliliyini bir daha sübut edir. Bundan əlavə bildirmək istəyir ki, şöbə müdiri vəzifəsi əmrlə X3 həvalə edilsə də lakin o əvəz etməmişdir. Həmin dövrdə məhkəmə onun şifahi vəsatətlərini təmin etsə idi, xəstəxanadan sənədləri tələb etsə bir daha sübut olunmuş olardı ki, şöbə müdiri vəzifəsini Rüstəmova Vüsalə icra etmişdir. Bunu həmin ayda yəni sentyabr ayında ödənilən əmək haqqı cədvəlində də açıq aydın görmək olur. Bildirmək istəyir ki, işlədiyi şöbədə 13 həkim olmasına baxmayaraq onu təhkim etməsi direktor Ülfət Qurbanov işçi ilə yəni onunla qərəzli şəkildə davranışın daha bir əyani sübutudur. Məhkəmə kollegiyasına bildirmək istəyir ki, bütün bu qərəzli yanaşma sonda direktorun onu tutduğu vəzifədən və peşəsindən kənarlaşdırılmasına səbəb oldu və o işdən əsassız və qanunsuz yerə çıxarıldı. Onun razılığının alınmasının imperativ norma olmasını AR Əmək Məcəlləsinin 242-ci maddəsi bir daha sübut edir. Belə ki, məhkəmə bu hissədə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
8. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı cavabdeh Cavabdeh X1 nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh X1 nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri
1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
3. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək.
11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək Maddə 57. Işçinin əmək funksiyası
1. Işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Maddə 56. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi
2. Işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı, qərarı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Maddə 59. Başqa işə keçirmə
1. Işçinin başqa işə keçirilməsinə onun razılığı ilə əmək müqaviləsinə dəyişiklik edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
2. Işçinin başqa işə keçirilməsi dedikdə, işçi tərəfindən əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsi başa düşülür.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
17. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
18. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Iddiaçı Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, işdə olan Azərbaycan Respublikasının “xxxx” X1 yanında Cavabdeh X1 tərəfindən verilmiş ## ####### 2022-ci il tarixli, 745 №li əmrdən görünür ki, X24 ŞMX PHŞ-in X22 həkim mama-ginekoloqu ##.##.2022-ci il tarixdən etibarən X19 müdiri vəzifəsinə keçirilmişdir. Işdə olan Azərbaycan Respublikasının “xxxx” X1 yanında Cavabdeh X1 tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli, **-*-**/*-*-****/**** saylı əmrdən görünür ki, X22 müdiri İddiaçı ## ######## 2025-ci il tarixindən ## ######## 2025-ci il tarixinədək (09:00-16:00) ISX (ASM) şöbəsinin ISX (ASM)-2 bölməsinə təhkim edilmişdir. Işdə olan Azərbaycan Respublikasının “xxxx” X1 yanında Cavabdeh X1 ## ### 2025-ci il tarixli, **-*-**/*-*-*/**** saylı protokolundan görünür ki, Energetiklər qəsəbəsində əhalinin tibbi, xüsusilə ginekoloji xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılması məqsədilə Cavabdeh PHŞin X23 çalışan mama-ginekoloqlar növbə ilə Mingəçevir Şəhər ISX (ASM) şöbəsi ASM-2 bölməsinə təhkim olunmuşlar. Təhkim olunmuş həkimlər hər ay növbəli şəkildə 1 (ay) müddətində Mingəçevir şəhər ISX (ASM) şöbəsi ASM-2 bölməsində qadınlara ginekoloji tibbi xidmət göstərmələri və Təhkim olunma prosesi və həkimlərin iş qrafikləri baş həkimlə razılaşdırılmaqla X22 müdiri tərəfindən hazırlanmaları və icra edilməsi üçün yönləndirilməsi haqqında qərar qəbul edilmişdir. Işdə olan Azərbaycan Respublikasının “xxxx” X1 yanında Cavabdeh X1 tərəfindən verilmiş ## ### 2025-ci il tarixli, **-*-**/*-*-***/**** saylı Cavabdeh PHŞ-in X23 çalışan mamaginekoloqların “Mingəçevir ŞMX” PHŞ-in ISX ASM şöbəsinin ASM-2 bölməsinə təhkim olunması barədə əmrindən görünür ki, Energetiklər qəsəbəsində əhalinin tibbi, xüsusilə ginekoloji xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılması məqsədilə Cavabdeh PHŞ-in X23 çalışan mama-ginekoloqlar növbə ilə Mingəçevir Şəhər ISX (ASM) şöbəsi ASM-2 bölməsinə təhkim olunmuşlar. Işdə olan X23 çalışan həkim mama-ginekoloqların ambulator günlərində ISX (ASM) şöbəsinin ASM-2 bölməsinə təhkim olunması üçün 2025- ci il üzrə növbətçilik cədvəlindən görünür ki, iyun ayında X5 09:00-16:00 saatlarında ASM-2 bölməsində növbədə olmuş, bundan sonra cədvələ müvafiq olaraq iyul ayında mama-ginekoloq X10, avqust ayında mamaginekoloq X8, sentyabr ayında İddiaçı, oktyabr ayında mama-ginekoloq X9 ASM-2 bölməsində növbədə olmuş, noyabr ayında isə mama-ginekoloq X14 və dekabr ayında isə X6 növbədə olmuşdur. Işdə olan Azərbaycan Respublikasının “xxxx” X1 yanında Cavabdeh X1 tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, **-*-**/*-*-***/**** saylı X23 çalışan mama-ginekoloqların ISX (ASM) şöbəsinin ISX (ASM)-2 bölməsinə təhkim olunması barədə əmrdən görünür ki, ISX (ASM) şöbəsinin ISX (ASM)-2 bölməsində ginekoloji otaq yaradılması, X23 növbə cədvəli tərtib edilməsi və həkim mama-ginekoloqlar növbə cədvəlinə uyğun olaraq ISX (ASM) şöbəsinin ISX (ASM)-2 bölməsinə təhkim olunmaları və X22 həkim mama-ginekoloqu X5 ## #### 2025-ci il tarixindən ## #### 2025-ci il tarixinədək Ginekologiya doğum şöbəsi üzrə növbə cədvəlinə uyğun olaraq ambulator günlərində (saat 09:00-16:00) ISX (ASM) şöbəsinin ISX (ASM)-2 bölməsinə təhkim edilmələri əmr edilmişdir.
22. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh PHŞ-nin Tibbi Şurasının ## ### 2025-ci il tarixdə keçirilmiş iclasında gündəlik məsələ olaraq Ginekologiya Doğum çalışan mama-ginekoloqların Ilkin Səhiyyə Xidmətinin (ISX) Ailə Sağlamlıq Mərkəzi (ASM) şöbəsinin ASM-2 bölməsinə təhkim olunması və şəhərin Energetiklər yaşayış massivində əhalinin, xüsusilə qadınların tibbi xidmətlərə, o cümlədən ginekoloji xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılması məsələsi müzakirə edilmiş və nəticəsi üzrə Tibbi Şura həmin tarixli **-*-**/*-*-*/**** saylı qərar qəbul etmişdir. Tibbi Şuranın həmin qərarında X1n X22 mama-ginekoloqlarının növbə ilə Mingəçevir şəhər ISX ASM şöbəsi ASM-2 bölməsinə təhkim olunmaları, təhkim olunmuş həmin həkimlərin hər ay növbəli şəkildə 1 ay müddətində ASM-2 bölməsində Energetiklər Qəsəbəsinin qadınlarına ginekoloji tibbi xidmət göstərilməsi və təhkim olunma prosesinin və iş qrafiklərinin X22 müdiri tərəfindən icra edilməsi nəzərdə tutulmuşdur. Bundan sonra Tibbi Şuranın ##.##.2025-ci il tarixli **-*-**/*-*-*/**** saylı protokoluna əsasən Cavabdeh X1n direktorunun X23 çalışan mama-ginekoloqların ISX ASM şöbəsinin ASM-2 bölməsinə təhkim olunması haqqında ## ### 2025-ci il tarixli **-*-**/*-*-***/**** saylı müvafiq əmri verilmiş, direktor tərəfindən 2025-ci ilin iyun-dekabr ayları üzrə növbəlilik cədvəli təsdiq edilmiş və ilk dəfə mama-ginekoloq X5 09:00-16:00 saatlarında ASM-2 bölməsində növbədə olmuş, bundan sonra cədvələ müvafiq olaraq iyul ayında mama-ginekoloq X10, avqust ayında mama-ginekoloq X8, sentyabr ayında X22 müdiri İddiaçı, oktyabr ayında mama-ginekoloq X9 ASM-2 bölməsində növbədə olmuş, noyabr ayında isə mama-ginekoloq X14 növbədə olmuş və dekabr ayında isə mama-ginekoloq X6 növbədə olmuşdur. Həmçinin iddiaçı İddiaçı sentyabr ayında əmrdən irəli gələn vəzifəni özü könüllü icra etmişdir.
23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.