Məhkəmə qərarları › İş №2(3-10)-307/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-307/2026

09.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-307/2026 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X21 Xidməti X1 X9 Istismarı Idarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi, qüvvə) Hakimlər X29 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X21 Xidməti X1 X9 Istismarı Idarəsinin nümayəndələri X10 və X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X21 Xidməti X1 X9 Istismarı Idarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X21 Xidməti X1 X9 Istismarı Idarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ##.##.1995-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. Ali təhsillidir. ## #### 2017-ci il tarixdə Azərbaycan Texniki Unveristetinin “Poliqrafiya mühəndisliyi” ixtisası üzrə bakalavr ali peşə -ixtisas dərəcəsi almışdır. Həmçinin, ## #### 2024-cü il tarixdə kompüter kursuna daxil olmuş və ## ###### 2025-ci il tarixdə kursu bitirmişdir. ##.##.2017-ci il tarixli, **** nömrəli əmrinə əsasən “X4 Istismarı Idarəsində” texnik hidrotexnik vəzifəsinə işə qəbul olunmuşdur. Həmin təşkilatda fasiləsiz olaraq işləmişdir. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin ## ### 2024-cü il tarixli ***f nömrəli əmrinin və X13 Xidməti X1 ## ###### 2024-cü il tarixli **-*/*-*-**-ü nömrəli əmrinin icrası ilə əlaqədar X4 Istismarı Idarəsi X20 Idarəsi kimi müəyyən edilmiş və bu barədə ##.##.2024-cü il tarixli, ** nömrəli əmr verilmişdir. ##.##.2024-cü il tarixli, ** nömrəli əmrə əsasən o, “X20 Idarəsi” bölməsində “Informasiya texnologiyaları üzrə mühəndis” vəzifəsinə keçirilmişdir. ##.##.2024cü il tarixdən ##.##.2025-ci il tarixədək həmin vəzifədə işləmişdir. Işlədiyi 8 ildən artıq müddətdə bir dəfə də olsun üzürsüz səbəbdən iş buraxma hallarına yol verməmiş və üzərinə düşən əmək funksiyasını və vəzifəsini layiqincə yerinə yetirmişdir. X20 Idarəsinin rəisi X10 ##.##.2025-ci il tarixdə ** nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsaslanaraq və qanunsuzluq edərək onun əmək müqaviləsinə xitam vermişdir. X20 Idarəsinin rəisi X10 ##.##.2025-ci il tarixdə ** nömrəli qanunsuz əmri imzalamaqla, Azərbaycan Respubliksı Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. O ##.##.2017-ci il tarixdən X20 Idarəsi bölməsində əvvəlcə «X4 Istismarı Idarəsində» texnik hidrotexnik vəzifəsində və ##.##.2024- cü il tarixdən isə «Informasiya texnologiyaları üzrə mühəndis» vəzifəsində fasiləsiz və qüsursuz olaraq işləmişdir. ##.##.2025-ci il tarixli, ** saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) istinad edilərək, qanunsuz olaraq əmək müqaviləsinə xitam verilmişdir. Buradan da açıq-aydın görünür ki, X20 Idarəsinin rəisi X10 ##.##.2025-ci il tarixdə, ** saylı qanunsuz əmri imzalamaqla Əmək Qanunvericiliyinin tələblərini kobud surətdə pozmuş, onu (iddiaçını) əsassız olaraq işdən azad etmiş və ağır maddi duruma salmışdır. O (iddiaçı) tutduğu vəzifəyə uyğun şəkildə vəzifəsinin öhdəsindən layiqincə gəlmiş, işini davam etdirmiş və bundan sonra da işini davam etdirmək istəyir. Himayəsində iki azyaşlı övladı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Cavabdeh onu işdən çıxarmaqla kobud qanun pozuntusuna yol vermiş və onsuz da ağır maddi durumda olan ailəsini daha da ağır maddi duruma salmışdır. Iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45, 46, 68, 70, 73-cü maddələrinə istinad edərək, onun barəsində cavabdeh - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “X21 Xidməti X1i X9 Istismarı Idarəsinin rəisi X10 ##.##.2025-ci il tarixli, ** nömrəli qanunsuz əmrinin ləğv edilməsinə, onun (iddiaçı İddiaçı) işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Qalib Paşayev) iddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X21 Xidməti X1 X9 Istismarı Idarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:

4. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ## #### 2017-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən X3 Istismar Idarəsinə texnik hidrotexnik vəzifəsinə işə qəbul edilmişdir. X4 Istismar Idarəsi tabeliyində olduğu “X21 Xidməti” X1 ## ###### 2024-cü il tarixli qərarı (əmri) ilə yenidən təşkil edilmiş və Cavabdeh adlandırılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatlan Agentliyinin ## ### 2024-cü il tarixli, ***/F nömrəli əmri ilə “X21 Xidməti” X1 strukturu təsdiq edilmişdir. Bunun davamı olaraq X3 Istismar Idarəsində mövcud olan ştat vahidləri də ixtisara düşmüş, idarənin daha səmərəli fəaliyyət göstərməsi üçün yeni ştat cədvəlinin hazırlanması məqsədəmüvafiq hesab edilmişdir. Bu barədə X4 Istismar Idarəsinin bütün işçiləri məlumatlandırılmış və onlara, tutduqları ştat vahidinin ixtisara düşməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Eləcə də idarədə texnik hidrotexnik vəzifəsində işləyən İddiaçı ##.##.2024-cü il tarixdə rəsmi xəbərdarlıq təqdim edilərək, onunla bağlanmış əmək müqaviləsinə 6 təqvim həftəsindən sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi diqqətinə çatdırılmış, bu müddətdə o, əmək haqqı saxlanılmaqla hər həftə bir iş günü işdən azad edilmişdir. Xəbərdarlıq məktubunda bu müddətdə ixtisasına uyğun iş yeri müəyyən ediləcəyi halda ona məlumat veriləcəyi göstərilmişdir. İddiaçı edilmiş xəbərdarlıq müddətində yeni ştat cədvəlinə uyğun olaraq, idarədə əvvəllər nəzərdə tutulmayan “informasiya texnologiyaları üzrə mühəndis” vəzifəsi təsis edilmişdir. Ixtisasına uyğun olduğundan həmin vəzifə İddiaçı təklif edilmiş, o, həmin vəzifəyə keçməyə razılığını bildirərək bu barədə ərizə təqdim etmişdir. Yeni ştat cədvəlində müəyyən edilmiş vəzifələrin hər birinə işçilərin müddətli əmək müqaviləsi əsasında qəbulu məqsədəuyğun hesab edilmişdir. Buna görə də, yeni ştat cədvəlində nəzərdə tutulmuş yeni vəzifələr müddətli əmək müqaviləsi əsasında təklif edilmişdir. İddiaçı ona təklif edilən yeni vəzifənin ixtisasına uyğunluğunu və əmək haqqında müsbətə doğru əhəmiyyətli dərəcədə dəyişiklik olduğunu nəzərə alıb, onunla bağlanmış əmək müqaviləsində dəyişiklik edilməklə, informasiya texnologiyaları üzrə mühəndis vəzifəsinə keçirilməsinə razılıq vermişdir. ## ####### 2024-cü il tarixdə tərəflərin qarşılıqlı razılığı əsasında dəyişikliklər edilmiş, əmək müqaviləsi 3 ay müddətinə olmaqla müddətli hesab edilmişdir. Bu dəyişikliklər elektron qaydada bağlanmış, müqavilə İddiaçı tərəfindən SIMA proqramı vasitəsilə imzalanmışdır. Cari ilin 17 iyun tarixindən İddiaçı heç bir səbəb göstərmədən işə gəlməmişdir. ##.##.2025-ci il tarixdə İddiaçı rəsmi qaydada yazılı xəbərdarlıq elan edilmişdir. İddiaçı heç bir üzrlü səbəb olmadan işə çıxmadığından və idarədə həmin vəzifənin icrası vacib olduğundan, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və həmin vəzifəyə başqa işçi qəbul edilməsi zərurəti yaranmışdır. ## #### 2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından və əmək qanunvericiliyinə əsasən işçiylə bağlanmış əmək müqaviləsinə yalnız bir əsas üzrə xitam verilə biləcəyindən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bu məqsədlə qanunvericiliyin tələblərinə uyğun olaraq, ##.##.2025-ci il tarixdə İddiaçı bildiriş göndərilməklə, ##.##.2025-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Həmin bildiriş iddiaçının rəsmi nikahda olduğu əri Tahir Ismayılova təqdim edilmiş və sonuncu həmin bildirişi qəbul etmişdir. Bundan sonra ##.##.2025-ci il tarixdə verilmiş müvafiq əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı İddiaçı onunla bağlanmış əmək müqaviləsinə qanuni əsaslar olmadan xitam verildiyini, işdən azad olunması barədə əmrin əsassız və qanunsuz olduğunu iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında iddiaçı işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə yazılı formada xəbərdar edilmədiyini göstərsə də, həmin hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddaçı heç bir üzrlü səbəb olmadan ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək işə çıxmamış, buna görə X9 Istismarı Idarəsinin ##.##.2025-ci il tarixli, ** saylı əmri ilə X14 xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında iddaçı işə buraxılmadığını, ona işdən çıxması barədə təsir edildiyini göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlaranı məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş iddiaçı İddiaçı ilə cavabdeh idarənin rəisi X10 arasında səs yazılarını əks etdirən disk dinlənilmiş və tərəflər arasında olan danışıqlardan müəyyən edilmişdir ki, iddiaçı İddiaçı Əliqulu Abbasovun yaşadığı evə getmiş, cavabdeh idarənin rəisi iddiaçıya öz ərizəsi əsasında işdən çıxmasını təklif etmiş, iddiaçı hansı səbəbdən işdən çıxarılmasını soruşmuş və cavabdeh idarənin rəisi həmin səbəbləri ona izah etmişdir. Həmin danışıqlardan müəyyən edilir ki, öz vəzifə funksiyalarını yerinə yetirə bilmədyinə görə onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam veriləcəyi barədə iddiaçı məlumatlı olmuşdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə iş materiallarını hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

5. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 63, 68, 70 və 73-cü maddələrinə istinadla əsaslandırmışdır.

6. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, işə baxan Yevlax Rayon Məhkəməsi məhkəmə baxışında araşdırma apararkən, məhkəməyə verdikləri ifadəni nədənsə məhkəmə təhrif etmiş və məhkəmədə söylədikləri fikirləri olduğu kimi məhkəmə qətnaməsində yazmamış və məhkəməyə təqdim olunmuş sənədlərə düzgün qiymət verməmişdir. O, ##.##.2017-ci il tarixli **** nömrəli Əmrinə əsasən, “Yuxarı X9 Istismarı Idarəsində” texnik hidrotexnik vəzifəsinə işə qəbul olunmuşdur. Həmin təşkilatda fasiləsiz olaraq işləmişdir. Bundan sonra, ##.##.2024-cü il tarixli, ** nömrəli əmrə əsasən, “X9 Istismarı Idarəsi” bölməsində “Informasiya texnologiyaları üzrə mühəndis ” vəzifəsinə keçirilmişdir. ##.##.2024cü il tarixdən ##.##.2025-ci il tarixədək həmin vəzifədə işləmişdir. Işlədiyi 8 ildən artıq müddətdə bir dəfə də olsun, üzürsüz səbəbdən iş buraxma hallarına yol verməmiş və üzrərinə düşən əmək funksiyasını və vəzifəsini layiqincə yerinə yetirmişdir. Lakin, yuxarıda göstərdiyi əmək fəaliyyətinə baxmayaraq,“X9 Istismarı Idarəsinin” idarə rəisi X10 bir başa göstərişi və sifarişi əsasında və “X9 Istismarı Idarəsində” işləyən digər rəhbər vəzifəli şəxslərlə birlikdə qərəzli və onu işdən çıxarılması üçün qurulmuş qanunsuz plan əsasında onun mobil telefonuna müdaxilə edilərək, şəxsi məlumatlarını təhrif edərək və ailə üzvülərinə yaymaqla bu yolla onun ailəsinə söz-söhbət salınmış və nəticədə ailə mübahisəsi yaranmış və nəticədə ailəsi dağılmışdır. Bundan məharətlə istifadə edən “X9 Istismarı Idarəsinin” idarə rəisi X10 ona Əmək Qanunvericiliyiilə nəzərdə tutulmayan formada işdən çıxarılması barədə ərizə yazmağa məcbur edilmiş və o öz ərizəsi ilə işdən çıxması barədə ərizə yazmadıqda ona qanunla müəyən edilmiş formada xəbərdarlıq verilmədən “X9 Istismarı Idarəsinin” idarə rəisi X10 ##.##.2025-ci il tarixdə ** nömrəli qanunsuz əmri imzalamaqla, AR. Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozmuşdur. Yevlax Rayon Məhkəməsində “cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “X13 Xidməti X1” “X9 Istismarı Idarəsinin” idarə rəisi X10 ##.##.2025-ci il tarixli, ** nömrəli qanunsuz əmrinin ləğv edilməsi və onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə” dair iddia qaldırdıqdan sonra, sənəd saxtalaşdırmaqla və geri tarixə sənədləşdirmə aparmaqla guya o, işdən çıxarılması barədə bildirişi keçmiş həyat yoldaşı Tahir Ismayılova imzalatdırmaqla məhkəməyə təqdim etmişlər. Yevlax Rayon Məhkəməsi isə bu qanunsuz və saxtalaşdırılmış “bildirişi” “möhtəbər sübut” kimi işə əlavə etmiş və yekun məhkəmə qətnaməsini də həmin sənədə istinad etmişdir. Qeyd edir ki, o, eyni zamanda, qanunsuz işdən çıxarılması barədə AR. ƏƏSM Nazirliyi yanında X26 Xidmətinə də müraciət etmişdir. AR. ƏƏSM Nazirliyi yanında X26 Xidməti Mərkəzi Aran Regional şöbəsi tərəfindən bununla bağlı obyektiv araşdırma aparılmış və X26 Xidməti Mərkəzi Aran Regional şöbəsinin ərizəçi - İddiaçı təqdim olunmuş ## ###### 2025-ci il tarixli, 2-17-5\2-1-109001\**** saylı cavab məktubundan da görünür ki, X9 Istismarı Idarəsinin” idarə rəisi X10 AR. Əmək Qanunvericiliyinin tələblərini pozmuş və hazırki iş üzrə ona qarşı qanunsuzluq etmiş və əmək huquqlarını kobud surətdə pozmaqla işdən azad etmişdir. Həmçinin, X26 Xidməti Mərkəzi Aran Regional şöbəsinin ## ###### 2025-ci il tarixli , 2-17-5\2-1-109001\**** saylı cavab məktubundan da görünür ki,“ “X9 Istismarı Idarəsinin” idarə rəisi X10 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) və 192.4-cü maddəsinə (işçinin əmək və məzuniyyət haqlarının,ezamiyyət xərclərinin, əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə) əsasən,vəzifəli şəxs qismində inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır.” Qeyd edir ki, Yevlax Rayon Məhkəməsi icraatında olan hazırki iş üzrə işə baxarkən, X26 Xidməti Mərkəzi Aran Regional şöbəsi tərəfindən “X9 Istismarı Idarəsinin” idarə rəisi X10 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cımaddəsinə(işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) və 192.4-cü maddəsinə (işçinin əmək və məzuniyyət haqlarının,ezamiyyət xərclərinin,əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə)əsasən, vəzifəli şəxs qismində inzibati xəta haqqında iş üzrə icraata başlanması faktını bilsə də, nədənsə bu hallara da düzgün qiymət verməmişdir. Qeyd edirik ki, Yevlax Rayon Məhkəməsi icraatında olan cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “X13 XidmətiP ublik Hüquqi Şəxs” “X9 Istismarı Idarəsinin” idarə rəisi X10 ##.##.2025-ciiltarixli, ** nömrəli qanunsuz əmrinin ləğv edilməsi və onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə” dair iddiası ilə bağlı iddası ilə bağlı əsassız və qanunsuz qətnamə qəbul etmişdir. AR. Əmək Məcəlləsinin 45-ci maddəsində 5. -ci bəndində konkret olaraq göstərilmişdir ki, “Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.” Odur ki, o ##.##.2017-ci il tarixdən (əmr№ ****) “X20 Idarəsi” bölməsində əvvəlcə, “Yuxarı X9 Istismarı Idarəsində” texnik hidrotexnik vəzifəsində və ##.##.2024-cü il tarixdən ( əmr № **) isə “Informasiya texnologiyaları üzrə mühəndis ” vəzifəsində fasiləsiz və qüsursuz olaraq işləmişdir. O, ##.##.2025-ci il tarixli ** nömrəli qanunsuz əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) istinad edilərək, qanunsuz olaraq əmək müqaviləsinə xitam verilmişdir. Buradan da açıq-aydın görünür ki, X9 Istismarı Idarəsinin” idarə rəisi X10 ##.##.2025-ci il tarixdə ** nömrəli qanunsuz əmri imzalamaqla Əmək Qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Yevlax Rayon Məhkəməsi isə iş üzrə cavabdeh- X9 Istismarı Idarəsinin” idarə rəisi X10 bu qanunsuz hərəkətlərinə və Əmək Qanunvericiliyin tələblərinə nədənsə göz yunmuş və onun iddiasının təmin edilməməsi barədə qeyri-obyektiv qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.-cı maddəsində “ Əmək müqaviləsinə xitam verilməsinin əsasları” barədə müddəlarına əsassız olaraq istinad edərək, X9 Istismarı Idarəsinin” idarə rəisi X10 istinad edərək, onun əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli, ** nömrəli qanunsuz əmrini vermişdir. AR. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndində “əmək müqaviləsinin müddətinin qurtarması;” ilə əlaqədar işəgötürən tərəfindən əmək müqaviləsinin xitam verilməsi göstərilmişdir. Bir daha bildirir ki, o, X9 Istismarı Idarəsində 8 ildən artıqdır ki, işləyir və müddətsiz əmək müqaviləsi bağlanmışdır. Ona görə də, X20 Idarəsinin” idarə rəisi X10 həmin maddəyə istinad edərək, onun işdən çıxarılması ciddi qanun pozuntusudur. Həmçinin, bir daha bildirir ki, AR. ƏƏSM Nazirliyi yanında X26 Xidməti Mərkəzi Aran Regional şöbəsi tərəfindən “X9 Istismarı Idarəsinin” idarə rəisi X10 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cımaddəsinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) və 192.4-cü maddəsinə (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyət xərclərinin, əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə) əsasən, vəzifəli şəxs qismində inzibati xəta haqqında iş üzrə icraata başlanyaraq, həmin maddələrlə cərimə olunması buna əyani subutdur ki, X9 Istismarı Idarəsinin” idarə rəisi X10 AR. Əmək Qanunvericiliyinin tələblərini kobud surətdə pozmuş və onu ağır maddi duruma salmışdır. AR. Əmək Məcəlləsinin 70.-ci maddəsində göstərilənlərlə bağlı iş üzrə onun heç bir əmək münasibətlərindən irəli gələn pozuntusu olmamışdır. Yevlax Rayon Məhkəməsi isə bu möhtəbər subutlara əhəmiyyət verməmiş və son anda əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də, hesab edir ki, Yevlax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, iş № *(039)-2192\**** nömrəli məhkəmə qətnaməsi əsassız, qanunsuz və ədalətsiz olduğundan Apellyasiya qaydasında ləğv olunmalı və yeni qətnamə qəbul olunmalıdır.

8. Odur ki, Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X21 Xidməti X1 X9 Istismarı Idarəsinin nümayəndələri X10 və X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi məhkəməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 63-cü maddəsinə əsasən mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi aşağıdakı kimidir.

1. Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər.

2. Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin “ç” bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56- cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər.

3. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 73-cü maddəsinini 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Iddiaçı Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, işdə olan bakalavr diplomunun surətindən görünür ki, İddiaçı Azərbaycan Texniki Unveristetinin Dövlət Attestasiya Komissiyasının ## #### 2017- ci il tarixli qərarı ilə “Poliqrafiya mühəndisliyi” ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir.

23. Işdə olan ##.##.2017 -ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 X4 Istismarı Idarəsinə müddətsiz texnik hidrotexnik vəziəfsinə işə qəbul edilmişdir.

24. Işdə olan Azerbaycan Dövlət X33 tabeliyində X21 Xidməti X1 ##.##.2024-cü il tarixli, **-*/*-*-**-Ü/**** saylı X21 Xidmətinin fəaliyyətinin təmin edilməsi barədə əmrinin surətindən görünür ki, X21 Xidmətinin təsdiq edilmiş strukturuna keçmiş xxxx ASC-nin strukturunda olmayan yeni, Ağdərə, Daşkəsən, Gədəbəy, Qarabağ, Qobustan, Lerik, Naftalan və X22 X40 daxil edildiyi, eyni zamanda əvvəllər strukturda olan X15 Istismarı Idarəsinin yeni struktura daxil edilmədiyi (bu idarənin əmlakı Xidmətin aidiyyəti tabeli istismar idarələrinin istifadəsinə veriləcək), Ağdam Mexaniki Suvarma Idarəsinin - X7 Sistemlərinin Istismarı Idarəsi, X39 Istismarı Idarəsinin - X23 Sistemlərinin Istismarı Idarəsi, X12 Istismarı Idarəsinin - X16 Sistemlərinin Istismarı Idarəsi, X17 və Magistral kanalının Istismar Idarəsinin - X18 Istismarı Idarəsi, Texnoloji- fetehsaraı Komplektləşdirmə Idarəsinin - Anbar Təsərrüfatı Idarəsi kimi müəyyən edildiyi və yeni Təmir Tikinti Idarəsinin (Bəhrəmtəpə Melioservis Idarəsi daxil olmaqla) yaradıldığının nəzərə alınması, Agentliyin ## ### 2024-cü il tarixli ***/F nömrəli əmrinin 3-cü bəndini, Xidmətin Idarə Heyətinin ## #### 2024-cü il tarixində keçirilmiş iclasının qərarını və X21 Xidmətinin Nizamnaməsinin müvafiq bəndini rəhbər tutaraq Xidmətin tabeliyindəki idarələrin, ştat vahidlərinin sayı bu əmrə 1№- li əlavəyə uyğun təsdiq edilməsi, Xidmətin Nizamnaməsinin 4.3-cü Xidmətin tabeliyindəki qurumların rəhbərləri, onların müavinləri, baş mühəndisləri və baş mühasibləri Agentliyin sədri ilə razılaşdırılmaqla Xidmət sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunmaları, Idarənin mühəndis texniki heyyəti (fəhlə heyyəti istisna olmaqla) Xidmətin sədri ilə razılaşdırılmaqla vəzifəyə təyin etməsi, başqa işə keçirməsi və vəzifədən azad etməsinin müəyyən edilməsi, X21 Xidmətinin Idarə Heyəti sədrinin müavinləri Ilham Quliyevə, Elçin Məmmədova, Elşən Həsənzadəyə, X28 və Insan Resursları şöbəsinin müdiri Zaur Cəlilova tapşırılması: -Xidmətə tabeli idarələrin rəhbərlərinin, onların müavinlərinin, baş mühəndisləri və baş mühasiblərinin Agentliyin sədri ilə razılaşdırılmaqla vəzifəyə təyin və vəzifədən azad olunmaları üçün təkliflərin hazırlanaraq Xidmətin Idarə Heyətinin sədrinə təqdim edilməsinin: -Xidmətə tabeli idarələrdə müvafiq inventarlaşma işlərinin aparılmasını təşkil etməklə onların normal fəaliyyət göstərmələri üçün tələb olunan tədbirlərin həyata keçirilməsinin: - Xidmətə tabeli idarələrinə ştat cədvəlinə uyğun olaraq əməkdaşların yerləşdirilməsi, eyni zamanda yerləşdirilməsi mümkün olmayan işçilər barədə Əmək Məcəlləsinə uyğun tədbirlərin görülməsi məqsədi ilə lazımi köməkliyin göstərilməsinin: -bu əmrdən irəli gələn digər məsələlərin həllini təmin etmələri. X21 Xidmətinin tabeli qurumların Əsasnamələrinin hazırlanaraq təsdiq üçün idarə heyətin sədrinə təqdim olunmasının təmin edilməsinin Hüquq və Insan Resursları şöbəsinin müdiri Zaur Cəlilova tapşırılması, Xidmətin strukturuna daxil olan qurumlara (Idarələrə) əmrin çatdırılmasının təmin etməsinin ümumi şöbənin müdiri Vüsal Xudaverdiyevə tapşırılması əmr edilmişdır.

25. Işdə olan X4 Istismarı Idarəsinin ##.##.2024-cü il tarixli, **/** saylı Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət X33 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" ## ###### 2023-cü il tarixli, **** nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X21 Xidməti" X1 yaradılması, Azərbaycan Dövlət X33 ## ### 2024-cü il tarixli, ***/F nömrəli əmri ilə “X21 Xidməti” X1 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi ##.##.2024- cü il tarixindən ixtisara düşməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 6 təqvim həftəsindən sonra ləğv ediləcəyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqınız saxlanılmaqla özünüzə iş yeri axtarmaq üçün ona bir iş günü işdən azad edilməsi, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat verilməsi. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əməkhaqqının 1,4 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə biləcəyi barədə xəbərdarlıq olunmuşdur.

26. Işdə olan X9 Istismar Idarəsinin ##.##.2024-cü il tarixli, ** saylı əmrinin surətindən görünür ki, X21 Xidmətinin Struktur bölmələrinin (Idarələrinin) adlarının struktura uyğunlaşdırılması barədə “Azərbaycan Dövlət X33 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2023- çü il 17 Noyabr tarixli **** nömrəli fərmanı ilə Azərbaycan Dövlət X33 tabeliyində X21 Xidməti X1i yaradılmışdır. Azərbayca Respublikası Nazirlər Kabinetinin 2024-çü il 26 Aprel tarixli *** nömrəli Qərarı ilə X21 xidmətinin nizamnaməsi təsdiq edilmişdir. “Azərbaycan Dövlət X33 tabeliyindəki X1 fəaliyyətinin təşkili ilə bagh tədbirlər haqqında“ Azərbaycan Dövlət X33 ## ### 2024-cü il tarixli ***/F nömrəli Əmri ilə X21 xidməti X1 strukturu təsdiq edilmişdir. Azərbaycan Dövlət X33 ## ### 2024-cü il tarixli ***/F nömrəli Əmrinin və X21 Xidməti X1 ## ###### 2024-çü il tarixli **- */*-*-**-ü nömrəli Əmrinin icrası ilə əlaqədar X4 Istismarı Idarəsi adı, X9 Istismar Idarəsi kimi müəyyən edilmişdir.

27. Işdə olan İddiaçı tərəfindən Azərbaycan DÖvlət X33 tabeliyinəd X21 Xidməti X1 X9 Istismar Idarəsinin rəisinin adına yazılmış ##.##.2024-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı həmin ərizəsində X9 Istismarı Idarəsində Informasiya texnoligiyaları mühəndisi vəzifəsinə keçirilməsini xahiş etmişdir.

28. Işdə olan Cavabdeh ilə İddiaçı arasından bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinin 2.3-cü bəndindən görünür ki, həmin əmək müqaviləsi «47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az.Resp.Əmək Məcəlləsi)» bəndində qeyd olunan səbəbə görə ##.##.2025-ci il tarixinədək, 7 il 7 ay 9 gün müddətinə bağlanmışdır.

29. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

30. Belə ki, iddiaçı İddiaçı şikayətində üzürsüz səbəbdən iş buraxma hallarına yol vermədiyini qeyd etsə də işdə olan X9 Istismarı Idarəsinin kadrlar üzrə mütəxəssisi tərəfindən həmin idarəinin rəisinin adına verilmiş ##.##.2025-ci il tarixli məlumatın surətindən görünür ki, informasiya texnologiyaları üzrə mühəndis vəzifəsində işləyən İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək üzrsüz səbəbdən işə çıxmamışdır.

31. Işdə olan X9 Istismarı Idarəsinin hüquq və insan resursları şöbəsinin rəisi tərəfindən həmin idarəinin rəisinin adına verilmiş ##.##.2025-ci il tarixli məlumatın surətindən görünür ki, informasiya texnologiyaları üzrə mühəndis vəzifəsində işləyən İddiaçı işə çıxmamasının səbəblərini bildirməsi barədə həyat yoldaşı və qohumları vasitəsi ilə məlumat göndərilmiş, İddiaçı şifahı olaraq həyat yoldaşı vasitəsi ilə böyrəkləri xəstə olduğuna görə işə çıxmadığını bildirmiş, lakin bu barədə arayış təqdim etməmişdir.

32. Işdə olan X9 Istismar Idarəsinin ##.##.2025-ci il tarixli, ** saylı əmrinin surətindən görünür ki, informasiya texnologiyaları üzrə mühəndis vəzifəsində işləyən İddiaçı xəbərdarlıq elan edilmişdir.

33. Işdə olan X9 Istismarı Idarəsinin kadrlar üzrə mütəxəssisi tərəfindən həmin idarəinin rəisinin adına verilmiş ##.##.2025-ci il tarixli məlumatın surətindən görünür ki, informasiya texnologiyaları üzrə mühəndis vəzifəsində işləyən İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək üzrsüz səbəbdən işə çıxmamışdır.

34. Bundan başqa, işdə olan X9 Istismar Idarəsinin ##.##.2025-ci il tarixli bildirişinin surətindən görünür ki, informasiya texnologiyaları üzrə mühəndis vəzifəsində işləyən İddiaçı onunla ##.##.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qutarması) ##.##.2025-ci il tarixdən xitam veriləcəyi barədə məlumat verilmiş və həmn bildiriş İddiaçı həyat yoldaşı Tahir Ismayılov tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmişdir.

35. Işdə olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X21 Xidməti X1 X9 Istismarı Idarəsinin ##.##.2025-ci il tarixli, ** saylı əmrindən görünür ki, informasiya texnologiyaları üzrə mühəndis vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qutarması) 17.5 təqvim məzuniyyət günləri son haqq hesab ödənilməklə, ##.##.2025-ci il tarixdən xitam verilmişdir.

36. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi əsaslar əmrin qanunsuz hesab edilməsi və onun ləğv edilməsi əsas ola bilməz.

37. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.

38. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

39. Bundan başqa, apellyator apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsi işə baxarkən, X26 Xidməti Mərkəzi Aran Regional şöbəsi tərəfindən “X9 Istismarı Idarəsinin” idarə rəisi X10 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı və 192.4cü maddəsinə əsasən, vəzifəli şəxs qismində inzibati xəta haqqında iş üzrə icraata başlanması faktını bilsə də, nədənsə bu hallara da düzgün qiymət verilmədiyini göstərmişdir.

40. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan məsələyə aydınlıq gətirilməsi üçün məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, lakin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qurum tərəfindən nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Buna baxmayaraq, kollegiya tərəfindən əldə olunmuş müvafiq məhkəmə aktlarına əsasən müəyyən edilmişdir ki, X9 Istismarı Idarəsinin idarə rəisi X10 barəsində olan inzibati tənbeh vermə haqqında X27 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin ## ###### 2025-ci il tarixli qərar Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə ləğv edilmiş, daha sonra isə Şəki Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

41. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

42. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

43. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar