Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-376/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı həyətyanı torpaq sahəsində ölçü işlərinin aparılmasına törədilən maneələrə qadağa qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: “həyətyanı torpaq sahəsində ölçü işlərinin aparılmasına törədilən maneələrə qadağa qoyulması” tələbi, qüvvə) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı həyətyanı torpaq sahəsində ölçü işlərinin aparılmasına törədilən maneələrə qadağa qoyulması tələbinə dair mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış üzrə ünvan 1 ünvanda yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsində ölçmə işlərinin aparılmasına cavabdeh Cavabdeh tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Ismayıllı şəhərində yaşayır. Cavabdeh Cavabdeh qardaşıdır. Respublikada aparılan məlum torpaq islahatları zamanı ünvan 1 ünvanda yerləşən, birgə qanuni istifadədə olan həyətyanı torpaq sahəsi birgə mülkiyyətlərinə verilmişdir. Həmin birgə mülkiyyətdə olan 0,25 hektar həyətyanı torpaq sahəsi Ismayıllı Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə birgə mülkiyyətçi olmuş X2 ilə aralarında bölünmüşdür. X2 ##.##.2021-ci il tarixdə vəfat etmişdir. Həyətyanı torpaq sahəsinə dair mərhum anası ilə onun birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü ildə qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Lakin bölgü planı mövcud olmadığına görə birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsi aralarında bölünməmişdir və plan ölçü sənədi verilməmişdir. O, real bölgü üçün * saylı Qəbələ Ərazi Idarəsinə rəsmi müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi Idarəsinin əməkdaşına ölçü işlərini aparmağa cavabdeh olan qardaşı Cavabdeh mane olaraq mütəxəssisi həyətə buraxmamışdır. Bu səbəbdən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi Idarəsi ## ####### 2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı məktubla tələbini təmin etməkdən imtina etmişdir. Cavabdeh Cavabdeh torpaq sahəsində ölçmə işlərinin aparılmasına imkan vermədiyindən məcbur qalaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
3. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nərmin Qoşqarova) iddianın təmin edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş reyestr nömrəsi ************, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2023-cü il olan çıxarışa əsasən İddiaçı və X1 ümumi birgə mülkiyyətlərinə verilmiş Ismayıllı rayonu, Ismayıllı kəndi ərazisində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsində ölçü işlərinin aparılmasına cavabdeh Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.1, 157.4, 158 və 213.6-cı maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ismayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ##### 2023-cü il tarixli, AZ-II № ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 02 ayının 15 günündə 90 nömrə ilə qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli,************ reyestr nömrəli, ##.##.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, Ismayıllı rayonu,Ismayıllı kəndi ərazisində yerləşən 0.25 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi İddiaçı və X1 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli,************ reyestr nömrəli, ##.##.2023-cü il tarixli Çıxarışa əsasən Ismayıllı rayonu, Ismayıllı kəndi ərazisində yerləşən İddiaçı və X1 ümumi birgə mülkiyyətlərində olan 0.25 hektar həyətyanı torpaq sahəsi naturada real bölgü əsasında mülkiyyətçilər arasında bərabər bölünərək iddiaçı İddiaçı payına düşən 0.125 hektar həyətyanı torpaq sahəsinin ayrılması qət edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, tərəflərindən torpaq sahəsində çöl-ölçmə işləri aparılması üçün mühəndisləri ərazidə olmuş, lakin daşınmaz əmlak üzərində tərəflər arasında mübahisə olduğundan fərdi yaşayış evində və yerləşdiyi torpaq sahəsində ölçü işlərinin aparılması mümkün olmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı İddiaçı ona qarşı həyətyanı torpaq sahəsində ölçü işlərinin aparılmasına törədilən maneələrə qadağa qoyulması tələbi ilə Ismayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Iddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Respublikada aparılan məlum torpaq islahatları zamanı ünvan 1 ünvanda yerləşən, birgə qanuni istifadəmizdə olan həyətyanı torpaq sahəsi birgə mülkiyyətlərinə verilmişdir. Həmin birgə mülkiyyətdə olan 0,25 hektar həyətyanı torpaq sahəsi Ismayıllı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli,*(***)-***/**** nömrəli qətnaməsi ilə birgə mülkiyyətçi olmuş X3 ilə aralarında bölünmüşdür. X3 ##.##.2021-ci il tarixdə vəfat etmişdir. Həyətyanı torpaq sahəsinə dair mərhum anaları ilə iddiaçının birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü ildə qeydə alınaraq müvafiq çıxarış verilmişdir.Lakin bölgü planı mövcud olmadığına görə birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsi aralarında bölünməmişdir və plan ölçü sənədi verilməmişdir. Iddiaçı real bölgü üçün * saylı Qəbələ Ərazi Idarəsinə rəsmi müraciət etmişdir. Guya o Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi Idarəsinin əməkdaşına ölçü işlərini aparmağa mane olaraq mütəxəssisi həyətə buraxmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi Idarəsi ## ####### 2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı məktubla tələbini təmin etməkdən imtina etmişdir. Eyni zamanda guya o Torpaq sahəsində ölçü işlərinin aparılmasına imkan vermədiyindən məcbur qalaraq məhkəməyə müraciət etmişdir. O, cavabdeh olaraq iddiaçının iddia tələbini qəbul etməmiş və məhkəmədə bildirmişdir ki, iddiaçı İddiaçı bacımdır. O, ata mülkündə yaşayır. Məhkəmə qərarı əsasında Ismayıllı rayon Icra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov və daşınmaz əmlakın mütəxəssisləri bir neçə dəfə ərazidə olaraq ölçmə işləri aparmışlar.Iddiaçının məhkəmə qərarı əsasında naturada bölünüb verilməsi nəzərdə tutulan 0.125 hektar torpaq sahəsi yerində ölçülsə də,həmin miqdarda torpaq sahəsinin ərazidə mövcud olmaması və bir hissəsinin bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinə düşməsi səbəbindən ölçmə işləri yarımçıq qalmışdır. Mübahisəli həyətdə ondan başqa digər qardaşı və bacısı da yaşayır və həyətdə həmin şəxslərin özlərinə məxsus evləri vardır. O, ərazidə mütəxəssislərin ölçmə işləri aparmalarına hər hansı bir maneçilik törətməmişdir.Iddiaçı mübahisəli həyətdə ondan başqa yaşayan qardaş və bacısından qorxduğundan onları deyil, təkcə onu məhkəməyə vermişdir. Əgər məhkəmə tərəfindən Ismayıllı rayon Icra və Probasiya Şöbəsinə sorğu verilərsə,ərazidə ölçmə işlərinin yarımçıq qalmasının səbəbi məlum olar. Məhkəmə Ismayıllı rayon Icra və Probasiya Şöbəsinə sorğu verib araşdırmadan iddiaçının mülahizələrinə əsaslanaraq qərar qəbul etmişdir. Belə ki, Ismayıllı rayon Icra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov ərazidə olarkən ölçü işlərinin aparılmasının yarımçıq qalmasının səbəbi kimi ərazinin bir hissəsinin bələdiyyə mülkiyyətinə aid olan əraziyə düşməsini qeyd edərək iddiaçıya izah vermişdir. Ərazidə ölçmə işlərinin aparılmasına onun tərəfindən maneçilik törədilməsini təsdiq edəcək hər hansı bir sübut yoxdur. Bütün bunlara baxmayaraq iş üzrə Ismayıllı rayon Məhkəməsinin hakimi (Nərmin Qoşqarova) iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan iddia tələbi təmin edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş reyestr nömrəsi ************, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2023-cü il olan çıxarışa əsasən İddiaçı və X1 ümumi birgə mülkiyyətlərinə verilmiş Ismayıllı rayonu, Ismayıllı kəndi ərazisində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsində ölçü işlərinin aparılmasına onun tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə ##.##.2026-cı il tarixdə 2 (***)-****/**** saylı qətnamə qəbul etmişdir. Qəbul olunmuş qətnamənin qət edilmiş hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Belə ki,iddiaçı İddiaçı ona qarşı birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünərək payların ayrılması tələbi ilə 2023-cü ildə Ismayıllı rayon məhkəməsinə müraciət etmişdir.Iddaçı məhkəməyə müraciət edərkən iş üzrə ## ###### 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbz ilə dövlət rüsumu ödəmişdir.Ismayıllı rayon Məhkəməsi iş üzrə iddiaçının iddiası təmin olunaraq ##.##.2024-cü il tarixdə 2 (***)-***/**** saylı qətnaməsi qəbul olunmuşdur. Bundan sonra iddiaçı İddiaçı tamamilə başqa (yeni) iddia tələbi üçün əvvəlki ## ###### 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzini əlavə edərək artıq istifadə edilmiş etibarız qəbzdən istifadə edərək mənə qarşı həyətyanı torpaq sahəsində çöl ölçmə işlərinin aparılmasına törədilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləyə görə dövlət rüsumu ödənilmədən iddianı icraatına qəbul edilə bilmədiyi halda, məhkəmə işi dövlət rüsumu ödənilmədən iddianın icraata qəbul etməklə qanunsuzluğa yol vermişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və “Dövlət rüsumu haqqında”Qanuna görə Dövlət rüsumu konkret bir iddia tələbinə görə ödənilir və ondan istifadə edilir. Məhkəmə mənim hüquqlarımı pozub iddia ərizəsini əsassız olaraq icraata qəbul etmişdir.Bununla da prosessual hüquq pozuntusuna yol vermiş və işin qeyd edilən hallarına qanunvericiliyin tələblərinə düzgün hüquqi qiymət verməməklə və mübahisənin maddi-hüquqi əsasını ümumiyyətlə düzgün müəyyən etməyərək düzgün olmayan nəticəyə gəlmişdir. Hesab edir ki, iddiaçının başqa iddia üçün köhnə qəbzdən istifadə etməsi qanunaziddir. Burada ciddi prosessual pozuntu vardır. Bu hal apellyasiya məhkəməsində qəbul olunmuş məhkəmə qətnaməsinin ləğvinə səbəb olan hallardır.
8. Ona görə də, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin III hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui–istifadə olmasın. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.1 və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
14. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh Cavabdeh Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, mülkiyyətə qəsd və başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməli və cavabdehin həmin əşya üzərində heç bir hüququ olmamalıdır. Yəni cavabdehin hərəkətləri qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, cavabdeh iddiaçının və mərhum X2nın ümumi birgə mülkiyyətlərində olan 0.25 hektar həyətyanı torpaq sahəsinin öz payına düşən 0.125 hektarının naturada bölgüsünün aparılmasına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Qəbələ Ərazi Idarəsinin əməkdaşlarının işinə mane olmuşdur. Nəticədə, iddiaçının mülkiyyətindən sərbəst istifadə etməsinə manelər yaranmışdır. Belə olan halda cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində heç bir mənafe üstünlüyü yoxdur və onun hərəkətləri qanunsuzdur. Bununla da cavabdeh tərəfindən iddiaçının subyektiv hüquqları pozulmuşdur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır.
24. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
25. Belə ki, cavabdeh apellyasiya şikayətində ölçmə işlərinin aparılmasına mane olmadığını qeyd etsə də işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, tərəflərindən torpaq sahəsində çöl-ölçmə işləri aparılması üçün mühəndisləri ərazidə olmuş, lakin daşınmaz əmlak üzərində tərəflər arasında mübahisə olduğundan fərdi yaşayış evində və yerləşdiyi torpaq sahəsində ölçü işlərinin aparılması mümkün olmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
26. Bundan başqa cavabdehin şikayətində istifadə edilmiş etibarsız qəbzdən istifadə etməsinə dair dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlili də əsassızdır.
27. Belə ki, cavabdehin şikayətində qeyd etdiyi kimi eyni zamanda işdə olan Ismayıllı Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli,************ reyestr nömrəli, ##.##.2023-cü il tarixli Çıxarışa əsasən Ismayıllı rayonu, Ismayıllı kəndi ərazisində yerləşən İddiaçı və X1 ümumi birgə mülkiyyətlərində olan 0.25 hektar həyətyanı torpaq sahəsi naturada real bölgü əsasında mülkiyyətçilər arasında bərabər bölünərək iddiaçı İddiaçı payına düşən 0.125 hektar həyətyanı torpaq sahəsinin ayrılması qət edilmişdir.
28. Işdə olan ## ###### 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
29. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
30. Məhkəmə kollegiyası hesab edir ki, iş materialında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzin etibarsız olmasını təsdiq edən və ya etibarlı olmasını şübhə altına alan hər hansı hal mövcud deyildir.
31. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
32. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
33. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.