Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-378/2026 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (açar sözlər: Mənzil mübahisələri - Mənzilə köçürülmə) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, Iddiaçı – İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. Işin halları
1. Iş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Yevlax rayonu Aran Ərazi Dairəsi Aran qəsəbəsində qeydiyyatdadır.
2. Iş materiallarında olan ******* nömrəli ##.##.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı Satqı müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 27.3 kv.m olan mənzili tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən satıcı X4 alıcı X2.
3. Iş materiallarında olan Yevlax Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı İddiaçı ilə cavabdeh X2 arasında Yevlax rayonu Salahlı kənd IƏD-si üzrə Nümayəndəliyində qeydə alınmış ## ###### 2010-cu il tarixli nikah pozulmuşdur.
4. Iş materiallarında olan Yevlax rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən 27.3 kv.m sahəsi olan mənzilin ikidə bir hissəsində İddiaçı payı müəyyən edilmişdir.
5. Iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 Yeni qaydalarla AZ4508, ünvan 5, m4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X2 ½ hissədə, İddiaçı ½ hissədə paylı mülkiyyət hüququ vardır. Qeydiyyat tarixi müvafiq olaraq ##.##.2020 və ##.##.2021-ci ildir.
6. Iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X2 ½ hissədə mülkiyyət hüququ vardır. Qeydiyyat tarixi müvafiq olaraq ##.##.2020-ci ildir.
7. Iş materiallarında olan tələbkar İddiaçı qizinın Mingəçevir şəhər Icra və Probasiya şöbəsinə ünvanladığı ##.##.2025-ci il tarixli (həmin tarixdə də qeydiyyata alınmış) ərizəsindən görünür ki, o, Mingəçevir Şəhər Məhkəməsinin *(***)****/**** saylı ##.##.2022-ci il tarixli icra sənədinin geri qaytarılmasını (xitam verilməsini) xahiş etmişdir.
8. Iş materiallarında olan Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli icra sənədini geri qaytarılması haqqında qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin *(***)****/**** saylı ##.##.2022-ci il tarixli icra sənədi Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmışdır.
9. Iş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X2 ##.##.2025-ci il tarixdə beyin infarktından vəfat etmişdir.
10. Iş materiallarında olan ##.##.2025-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqında şəhadətnamədən görünür ki, ##.##.2025-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Yevlax rayonu Salahlı ƏD Salahlı kəndində qeydiyyatda olan qardaşı Cavabdehdur.
11. Iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 Yeni qaydalarla AZ4508, ünvan 5, m4 ünvanında yerləşən mənzil üzərində Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə paylı mülkiyyət hüququ vardır. Qeydiyyat tarixi müvafiq olaraq ##.##.2021-ci il və ##.##.2025-ci ildir.
II. Birinci instansiya məhkəməsində icraat
12. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, onun, yəni İddiaçı, qanuni əsaslarla 1/2 hissədə xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi ev 7 mənzil 34 (Yeni qaydalarla AZ4508, ünvan 5) mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1970-ci ildə Yevlax rayonu, Aran Qəsəbəsində anadan olmuşdur. Cavabdehin qardaşı, mərhum X2 ilə 2010-2021-ci illərdə rəsmi nikahda olmuşdur. Nikahları məhkəmə qaydasında, yəni Yevlax rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli Qətnaməsi ilə pozulmuşdur. Nikah pozulandan sonra birgə nikahdan əldə etdikləri Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi ev 7 mənzil 34 (Yeni qaydalarla AZ4508, ünvan 5, m4) Y2 hissədə aralarında paylar müəyyən edilmişdir. Hazırda ünvan 7 ünvanda kirayə mənzildə yaşayır. Həmin mənzildə qardaşının gözdən əlil 7 yaşlı uşağı ilə birgə yaşayır. Onun maddi vəziyyəti çox pisdir, rəsmi iş yeri və ya digər gəlir mənbəyi yoxdur, yaxın qohumlarının maddi dəstəyi ilə birtəhər yaşayır. Hazırda müvəqqəti yaşadığı kirayə mənzilin də kommunal şəraiti çox pisdir. Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi ev 7 mənzil 34 (Yeni qaydalarla AZ4508, ünvan 5, m4) ½ hissədə xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Buna baxmayaraq, cavabdeh Cavabdeh öz qanunsuz hərəkətləri ilə onun öz mənzilimə köçməyinə, orada yaşamağına təhlükə yaradır, hətta cavabdeh öz əşyalarını da həmin mənzilə yığmış və ona sərt şəkildə bildirmişdir ki, bu ev mərhum qardaşınındır, onlar da onun vərəsələridir, ondan başqa heç kimin bu evə hüququ yoxdur və onu dəfələrlə hədələmişdir ki, sənin payını da əlindən alıb səni o evdən birdəfəlik məhrum edəcək. O, qanuni əsaslarla özünə məxsus olan evinə köçmək və yaşamaq istəyir, onun bu gün həmin yaşayış sahəsinə hədsiz ehtiyacı var. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Öz tələbi ilə əlaqədar sənədlərini iş materiallarına əlavə etmişdir. Onun məhkəmə iclasında bütün hüquqlarını əlavə olaraq təqdim edəcək. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Cavabdeh bildirmişdir ki, 2020ci il tarixdə sözügedən 1 otaqlı evi o, almışdır. X3 2018-ci ildə insult keçirmişdir. Onun bütün sağlamlıq xərclərini o, çəkmişdir. Həmin vaxtlar qardaşı və iddiaçı kirayədə yaşayırdılar. Aldığı evdə onların yaşamasını təklif etdi. Həmin vaxt iddiaçı aldığı yerdən ev istəmədiyini bildirərək etiraz etdi. O, da qardaşının bütün əşyalarını toplayıb həmin mənzilə gətirdi. Evi də qardaşının adına almışdır. Orada yaşaması üçün iddiaçıya nə qədər israr etsək də, o razılaşmadı. 2021-ci ildə boşandılar. Qardaşı barışmaq üçün dəfələrlə cəhd etsə də, heç bir faydası olmadı. Hazırda həmin evdə yaşayır. Evin qardaşına aid olan ½ hissə də payı vərəsəliklə ona keçmişdir. O, iddiaçının mənzilə köçməsinə bu şərtlə razıdır ki, ona aid olan hissədə payın dəyərini ödəsin. Məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
16. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilərək iddiaçı İddiaçı Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi ev 7 mənzil 34 (Yeni qaydalarla AZ4508, ünvan 5) ünvanında yerləşən mənzilə köçürülməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir.
17. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı sözügedən əmlak üzərində qanunla müəyyən edilmiş qaydada paylı mülkiyyət hüquqlarına sahib olmuşdur. Həmçinin işdə olan sənədlərdən də göründüyü kimi iddiaçı İddiaçı Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi ev 7 mənzil 34 (Yeni qaydalarla AZ4508, ünvan 5, m4) ünvanında yerləşən mənzil üzərində ½ paylı mülkiyyət hüququ tanınmışdır.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi ev 7 mənzil 34 (yeni qaydalarla AZ4508, ünvan 5) ünvanında yerləşən mənzilə köçürülməlidir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 161, 178.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı İddiaçı qardaşı mərhum X2 ilə 2010-cu ildən 2021-ci ilə kimi rəsmi nikahda olmuşdur. Nikahdan övladları olmamışdır. Aralarında olan nikah Yevlax Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixdə pozulmuşdur. Nikah pozulandan sonra birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında hər ikisinin payı ½ olmaqla payları müəyyən edilmişdir. Qeyd edir ki, həmin mənzil əslində onun tərəfindən alınmışdır. Belə ki, qardaşı xəstə və imkansız olduğuna görə təklif etdi ki, kirayədən çıxıb köçüb onun evində yaşasın. Qardaşın əşyaları ilə birlikdə köçüb mənzildə yaşasa da, iddiaçı həmin mənzilə köçmədi. Qardaşından boşandı hazırda həmin mənzildə o, ailəsi ilə birlikdə yaşayır. Iddiaçı ilə birlikdə orda yaşamaqları mümkün deyil. Qardaşının payı onun ölümündən sonra vərsəlik qaydasında ona keçmişdir. Ev onundur. Sadəcə olaraq allınanda qardaşının adına alınmışdır. Qeyd edir ki, o məhkəmə iclasında bildirmişdir ki, mənzil onun mülkiyyətindir. Alanda qardaşının adına almışdır. sadəcə yaşamaq üçün mərhhum qardaşına verilmişdir. Iddiaçının köçüb həmin mənzildə yaşaması mümkün deyil. Çünki hazırda o, həmin mənzildə yaşayır. Mingəçevir Şəhər Məhkəməsinin mənzilin hərracda satılması barədə qətnaməsi var. Hazırda icrası üçün icra bölməsinə göndərilmişdir. Belə olan halda mənzilin hərracda satılaraq paylarına uyğun bölünməsi hər iki tərəf üçün mübahisənin həlli yolu ola bilər. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Belə ki, məhkəmə iddiaçının mübahisə edilən mənzilə köçürülməsi ilə bağlı nəticəyə gələrkən onların idddiaçı ilə bir mənzildə yaşamaqlarını mümkünsüz olmasını nəzrə almamışdır. Hər iki ailə arasında mübahisə var. Bu vəziyyətdə oların bir yerdə mənzildə yaşaması mümkün deyil. Iş üçün əhəmiyyət kəsb edən hal odur ki, mənzilin hərracda satılması barədə qanuni qüvvəsini almış qətnaməsi var və icrası üçün göndərilmişdir. Mənziliin hərracdan satılıb pulunun paylara uyğun bölünməsi daha məqsədə müvafiqdir. Əks halda iddiaçı ilə cavabdehin bir mənzildə yaşaması mümkünsüzdür. Qeyd olunanlara əsasən Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlamasını xahiş etdi.
24. Işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
27. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
28. Iş üzrə cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır. V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
29. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. Maddə 29. Mülkiyyət hüququ
İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
33. Maddə 161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir.
34. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, Iş materiallarında olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
48. Iş materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi ev 7 mənzil 34 (Yeni qaydalarla AZ4508, ünvan 5) ünvanında yerləşən mənzil üzərində iddiaçının ½ paylı mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməklə rəsmiləşdirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfin hazırda da iddiaçıya məxsus mənzildən istifadə etməklə bərabər, iddiaçının həmin evə öz mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə törətdiyini iddia etmişdir. Iddiaç hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Mingəçevir Şəhər Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Iş üzrə cavabdeh Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya vermişdir.
49. Iddiaçının hazırda mübahisəli mənzil üzərində paylı mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin iddia tələbi ilə məlum olur ki, cavabdeh tərəf heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşdur. Hazırda isə, cavabdeh tərəf iddiaçının mübahisəli mənzildə yaşamasına razı deyildir.
50. Iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdeh iddiaçının öz hüquqlarını həyata keçirməsinə əsaslı maneələr yaratmalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır.
51. Hazırkı işdə isə mübahisəli əmlak iddiaçının və cavabdehin hər birinin ½ paylı mülkiyyətindədir. Iddiaçının izahatından belə qənaətə gəlmək olar ki, cavabdeh tərəf onun paylı mülkiyyətində olan əmlakından öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququndan məhrum etməklə ona maneələr yaratmışlar. Halbuki həmin mənzildə həmçinin iddiaçının da paylı mülkiyyətindədir. Ona görə də cavabdeh tərəfin sözügedən mənzilə iddiaçını buraxmaması cavabdehin fərdi yaşayış evinin iddiaçının ½ paylı mülkiyyətində olan hissəsinə münasibətdə cavabdeh tərəfin qanunsuz sahibliyi hesab edilməlidir.
52. Göründüyü kimi, iddiaçı sözügedən əmlak üzərində qanunla müəyyən edilmiş qaydada paylı mülkiyyət hüquqlarına sahib olmuşdur. Həmçinin işdə olan sənədlərdən də göründüyü kimi iddiaçı İddiaçı Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi ev 7 mənzil 34 (Yeni qaydalarla AZ4508, ünvan 5) ünvanında yerləşən mənzil üzərində ½ paylı mülkiyyət hüququ tanınmışdır.
53. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı İddiaçı Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi ev 7 mənzil 34 (Yeni qaydalarla AZ4508, ünvan 5) ünvanında yerləşən mənzilə köçürülməlidir.
54. Kollegiya yuxarıda şərh olunanlara əsasən apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
55. Apellyasiya şikayətinin mübahisəli mənzilin əslində cavabdeh tərəfindən alınması barədə dəlili ilə bağlı qeyd edir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (Mülki Məcəllə, 140-cı maddə).
56. Apellyasiya şikayətinin məhkəmənin mübahisəli mənzilin açıq hərracda satılması barədə qanuni qüvvəsini almış qətmaməsinin olmasına dair dəlili ilə bağlı qeyd edilməlidir ki, həmin mülki işdə tələb mənzili vərəsəlik yolu ilə qəbul edən cavabdehə qarşı deyil, həmin mənzili miras qoyan əvvəlki mülkiyyəçiyə qarşı yönəlmişdir və həmin mülki iş üzrə verilmiş icra sənədi iddiaçının (tələbkarın) ərizəsinə əsasən icra edilmədən işə baxan məhkəməyə geri qaytarılmışdır.
57. Göründüyü kimi, mübahisə predmeti olan mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilərə onların paylarına uyğun şəkildə verilməsinə dair qanuni qüvvəyə minmiş qətnamə icra edilməmişdir.
58. Kollegiya qeyd edir ki, nə qədər ki, hal-hazırda mübahisəli mənzilə iddiaçının mülkiyyət hüququ qalmışdır, o, sözü gedən mübahisəli mənzilə köçürülməlidir.
59. Eyni zamanda, kollegiya onu da vurğulayır ki, tərəflər üçün gələcəkdə mənzilin açıq hərracda satılması barədə qanuni qüvvəsini almış qətnamənin icra edilməsi imkanı itirilməmişdir.
60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
61. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
62. Insаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
64. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
65. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
66. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov