Məhkəmə qərarları › İş №2(3-10)-445/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-445/2026

16.07.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-445/2026 16.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Balakən rayonu Poştbinə kənd * nömrəli tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, mənəvi ziyan və işəgötürənin məsuliyyətə cəlb edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmrin ləğvi, mənəvi ziyan) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Cavabdeh Balakən rayonu Poştbinə kənd * nömrəli tam orta məktəbinin nümayəndəsi nümayəndə1 iştirakı ilə Iddiaçı İddiaçı cavabdeh Balakən rayonu Poştbinə kənd * nömrəli tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, mənəvi ziyan və işəgötürənin məsuliyyətə cəlb edilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin *5 mart 2*26-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Balakən rayonu Poştbinə kənd * nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Balakən rayonu, Poştbinə kənd * nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru nümayəndə1 *9.1*.2*25-ci il tarixli *73 nömrəli, “İddiaçı töhmət verilməsi” haqqında əmrinin ləğv edilməsini, iddiaçıya məktəb direktoru tərəfindən verilən yuxarıda qeyd edilən qanunsuz əmr psixoloji və sosial cəhətdən mənfi təsir göstərdiyindən 3.*** (üç min) manat mənəvi təzminatın ödənilməsini; işəgötürənin bu qanunsuz hərəkətlərinə görə müvafiq hüquqi məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildə Gəncə şəhəri Məişət Xidməti Kollecinə daxil olmuş və ## ### 2*2*-ci ildə “ibtidai təhsil” üzrə tam kursu bitirmiş və həmin tarixdə Dövlət Ixtisas Komissiyasının qərarı ilə “ibtidai sinif müəllimi” ixtisası verilmişdir. Hələ kollecdə oxuyarkən 1998-ci ildə Balakən rayonu, Poşbinə * saylı tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq əmək fəaliyyətinə başlamış və hal-hazırda da ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etdir. Təxminən 3 il əvvəl məktəbə direktor təyin olunan nümayəndə1 ilə sonuncunun onun əmək hüquqlarını pozması səbəbindən aralarında bir neçə dəfə narazılıq baş vermiş, nümayəndə1 bu hərəkətlərini qanunsuz hesab edərək yuxarı dövlət orqanlarına müraciətlər ünvanlamışdır. Iddiaçının fikrincə direktor nümayəndə1 isə bütün bunlara görə onu cəzalandırmaq, məktəbdən uzaqlaşdırmaq qərarına gəlmişdir. O ## #### 2*25-ci il tarixdə əsassız olaraq guya pedaqoji şuranın qərarı və aparılmış monitorinqin nəticələrini əsas gətirib onun barəsində “müəllimə xəbərdarlıq edilməsi barədə” əmr imzalamışdır. Əslində isə həmin vaxt Pedaqoji Şuranın iclası keçirilməmişdir. Əmrin imzalanması barədə sonradan məlumat almış, dəfələrlə əmrin ləğvi məqsədilə müraciət etmək üçün tələb etsə də əmrin surəti ona verilməmiş, təxminən 3 ay sonra, yəni qanunvericilikdə müəyyən edilmiş iddia müddəti keçdikdən sonra əmr ona təqdim edilmiş, bununla da müraciət hüququnun qarşısı alınmışdır. *9 oktyabr 2*25-ci il tarixdə direktor nümayəndə1 onun sinif rəhbəri olduğu Poştbinə * nömrəli tam orta ümumtəhsil məktəbinin 4-cü sinfinə gələrək dərsdə oturmuş, dərs başa çatmamış həmin vaxt yeni dərs ili başladığı vaxtdan dərs jurnalları verilmədiyindən özünün tərtib etdiyi sinfin dərs jurnalını götürərək sinfi tərk etmək istədikdə direktora sinfin dərs jurnalını götürüb aparmasına narazılığını bildirmiş, direktor isə ona kobud cavab verərək münaqişəyə təhrik etmişdir. Hadisə zamanı o nümunəvi davranmış, hər hansı qanun pozuntusuna yol verməmişdir. Lakin direktor nümayəndə1 hadisəni təhrif edərək guya iddiaçının onun xidməti otağına icazəsiz daxil olaraq münaqişə yaratması, hörmətsizlik nümayiş etdirməsi, təhqiramiz ifadələr işlətməsi məzmununda akt tərtibi etdirib tabeliyində olan hadisə barədə məlumatı olmayan işçilərə imzalatdırmaqla və eyni məzmunda izahatlar yazdırmaqla sənədləşdirmişdir. Həmin sənədlər əsasında *9 oktyabr 2*25-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə, həmçinin Təhsil Nazirliyinin “Ümumtəhsil müəssisələrinin daxili intizam qaydaları”na, təhsilverənin etik davranış qaydalarına zidd hesab etməklə və əmək intizamının kobud pozulması kimi qiymətləndirilməklə iddiaçıya əmək intizamını kobud şəkildə pozması və rəhbər şəxsə etik olmayan davranış nümayiş etdirməsi əsası ilə “töhmət” verilməsi barədə tamamilə qanunsuz və əsassız *73 nömrəli əmr imzalamışdır. Işəgötürənin bu addımı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə ziddir. Belə ki, iddiaçı əmək qanunvericiliyinin tələblərinə zidd olaraq əmrin mətni ilə tanış edilməmişdir. Əmr iddiaçıdan gizlədilmişdir. Intizam tənbehi verilməmişdən əvvəl cavabdeh iddiaçıdan yazılı izahatın verilməsini tələb etməmiş və izahatı alınmamışdır. Əmr iddiaçının dövlət orqanlarına müraciətləri ilə əlaqədar ondan qisas almaq məqsədilə verilmişdir. Mübahisənin mediasiya vasitəsilə həlli üçün Balakən * saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin mediasiya prosesi nəticəsiz olmuş və təşkilat tərəfindən IMS-dən sonra prosesin davam etdirilə bilməməsi barədə arayış alınmışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, *9 oktyabr 2*25-ci il tarixdə direktor nümayəndə1 müavini ilə birlikdə onun sinif rəhbəri olduğu Poştbinə * nömrəli tam orta ümumtəhsil məktəbinin 4-cü sinfinə gələrək dərsdə oturmuş, dərs başa çatmamış özünün tərtib etdiyi dərs jurnalını götürərək sinfi tərk etmək istədikdə direktora sinfin dərs jurnalını götürüb aparmasına narazılığını bildirmiş, direktor otaqdan çıxdıqdan sonra özü də otaqdan çıxaraq qapının qarşısında dayanıb direktordan jurnalı tələb etmiş, sonra isə şagird Yunusu direktorun otağına jurnalı geri gətirmək üçün göndərmiş, amma özü direktorun otağına getməmiş, ona “sürüyərəm sizi, başınıza oyun açacam” sözlərini deməmişdir, heç kimi təhqir etməmişdir. Cavabdeh tərəfin şahidləri onun tabeliyində olan şəxslərdir, onların dedikləri doğru deyil, həmin vaxt foyedə ancaq xidmətçilər olub. Hamı dərsdə olub, koridorda heç kəs olmayıb. Səs-küy salsa idi, polisdə izahat alardılar. Pedoqoji şuranın iclası keçiriləndə məktəbdə olmamışdı. Iş vaxtı başa çatdı, dedilər ki, “saat 4-də geri gələrsiz, izahat verərsiz, sonra məlumat verəcik”, o, məktəbə gəldi, amma müəllimə yox idi, şuranın iclası xəbəri olmadan keçirilib. Əmrlə tanış olmayıb, əmrdən xeyli müddət sonra bacısı vasitəsilə xəbər tutmuşdu. Iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı səs-küy salsa idi, polis şöbəsində barəsində tədbir görülərdi, bundan başqa cavabdehin təqdim etdiyi izahatların hansı tarixdə yazılması məlum deyil, qeydiyyata alınmayıb, buna görə mötəbər sübut kimi qəbul edilə bilməz. Iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbi ilə razı olmadığını bildirərək izahatında göstərmişdir ki, *9 oktyabr 2*25-ci il tarixdə müavini ilə birlikdə iddiaçı İddiaçı dərs dediyi sinfə gələrək dərsdə oturmuşlar, müəllimənin dərs jurnalının özünə aid olmayan hissəsini yazdığını aşkar etdilər, bu səbəbdən jurnalı ondan alıb otaqdan çıxaraq öz otağına getdi, Sevda müəllimə Yunusu jurnalı geri almaq üçün göndərdi, o, jurnalı şagirdə vermədi, daha sonra Sevda müəllimə əsəbi halda gələrək “sürüyərəm sizi, başınıza oyun açacam” deyərək onunla mübahisə etmişdir. Bu səbəbdən polisə şikayət etmişdir, prokurorluqda da olmuşlar, lakin məktəbin adının belə məsələ ilə hallanmaması üçün sonradan narazılıq etmədi. Həmin gün İddiaçı töhmət vermiş, ondan izahat verməyi təklif etdikdə imtina etmişdir. İddiaçı töhmət barədə əmrlə tanış olmaqdan da imtina etmişdir, lakin bu barədə akt tərtib edilməmişdir. Şöbədən qayıdandan sonra pedoqoji şuranın iclası keçirilib, bu barədə müəllimlərin qrupunda məlumat verilib, Sevda müəllimə polisdən çıxıb məktəbə qayıtmadı, onun iclasdan məlumatı var idi. İddiaçı və məktəbdə işləyən digər bacıları onunla dərs saatlarına görə mübahisə edirlər. Töhmət barədə əmr qanunidir, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında psixoloq X2 iştirakı ilə dindirilmiş şahid X3 izahat verərək bildirmişdir ki, 4-cü sinifdə oxuyur, *9.1*.2*25-ci il tarixdə Naida müəllimə bir az sinifdə oturduqdan sonra jurnalı götürüb çıxdı, Sevda müəllimə onu jurnalı gətirmək üçün direktorun otağına göndərdi, direktor jurnalı ona vermədi, ona görə sinfə qayıtdı, sonra Sevda müəllimə hirslənib otaqdan çıxdı, o, səs-küy eşitməyib, direktorun otağı ilə sinif otağı arasında bir az məsafə var.

7. Məhkəmə iclasında şahid şahid5 izahat verərək bildirmişdir ki, məktəbdə katibə işləyir, direktorun otağının qarşısındakı otaq onundu, *9.1*.2*25-ci il tarixdə otağında oturmuşdu, Sevda müəllimə əsəbi şəkildə gəldi, “səviyyəsizlər, sürüyərəm sizi” deyərək direktorun otağına daxil oldu. Direktorun otağında özündən başqa müavini var idi. Izahatı həmin gün direktor yazdırdı. Dəhlizdə nə baş verdiyini görməyib. Direktorun qapısı örtülü idi deyə orada nə danışdıqlarını aydın eşitməyib, amma mübahisə etdiklərini eşitmişdi.

8. Məhkəmə iclasında şahid şahid4 Aslan qızı izahat verərək bildirmişdir ki, məktəbdə təşkilatçı işləyir, saat 9-a qədər Naida müəllimənin otağının yanında foyedə uşaq birliyi ilə gecikən uşaqları qeydə alır. *9.1*.2*25-ci il tarixdə dəhlizdə gecikən şagirdlərin gecikmələrini qeyd edirdi. Fatma ilə qapının çırpılan səsini eşitdilər. Sevda müəllimə otaqdan çıxıb deyinədeyinə gedirdi, “səviyyəsizlər, sürüyərəm sizi” kimi sözlər deyirdi. Sevda müəllimənin sinfindən səs eşitməyib, onun sinfi dəhlizin o biri başındadı. Ondan başqa orada Naida müəllimənin otağı ilə üzbəüz olan Pakizə müəllimə var idi və məktəbin giriş qapısından hərbi rəhbər Nadir bəy səs-küyə gəldi. Həmin gün günorta həmkarların iclası keçirilib, iclas barədə müəllimlərin “Whatsapp” qrupunda yazılır.

9. Məhkəmə iclasında şahid şahid3 izahat verərək bildirmişdir ki, müəllimədir, hazırlıq sinfinə rəhbərlik edir, saat 9-da birinci tənəffüsdə həmin sinfin uşaqlarına nəzarət edirdi. Bu zaman dəhlizdə direktorun otağının qapısının çırpılan səsini eşitdi, Sevda müəllimə çıxaraq “səviyyəsizlər, sizi sürüyərəm, başınıza nə oyun açacam” dedi. Sevda müəllimənin otağı dəhlizin o biri başındadı. Töhmət verilməsinin tərəfdarıdır. Ondan başqa Sevil müəllimənin foyedə nəsə yazdığını görmüşdü. Nadir müəllim də, deyəsən, səsə qapıdan gəldi. 1*. Məhkəmə iclasında şahid şahid2 izahat verərək bildirmişdir ki, məktəbdə hərbi rəhbər işləyir. *9.1*.2*25-ci il tarixdə sinif otağında nə baş verdiyindən xəbəri yoxdur. Həmin gün saat təxminən 9-da məktəbin girişində dayanmışdı, direktorun otağı ora yaxındı, bu zaman səs-küy eşitmiş, əvvəl normal söhbət olduğunu hesab etmiş, sonra eşitmişdir ki, səs tonu yüksəkdi. Girişdə Sevil müəllimə və uşaq birliyi Fatma müəllimə, Pakizə müəllimə var idi. Onlar səs gələn tərəfə durdular, bu zaman özü də içəri girdi. Həmin vaxt səs-küy olmuşdu, direktorun otağında nə danışdıqlarını eşitmədi. Sevda müəllimə əsəbi halda direktorun otağından çıxıb öz otağına getdi. Sevda müəllimənin “səviyyəsizlər, sizi sürüyərəm” deməsini eşitmişdi. Həmin gün hadisə ilə bağlı izahat vermişdi və iclas keçirilmişdi.

11. ##.##.2*26-cı il tarixli məhkəmə iclasında şahid şahid1 izahat verərək bildirmişdir ki, məktəbdə ibtidai sinif müəlliməsi işləyir. Sevda onun bacısıdır. *9 oktyabr tənəffüsdə Sevda gələrək bezdiyini, işinə müdaxilə olunduğunu dedi. Ondan sonra polisə zəng vurdu. 1-2 gün sonra direktor bacısına töhmət yazdığını dedi, o da bunu Sevdaya dedi. Otaqları birinci mərtəbədədi. Onun otağı direktorun otağından təxminən 1* metr məsafədədi. Qapılar elə möhkəm deyil ki, səs olsun, eşidilməsin. Belə bir şey olmayıb. Onlara qarşı qərəzli münasibət var. Onun özünə töhmət verilməyib.

12. ##.##.2*26-cı il tarixli məhkəmə iclasında şahid şahid6 izahat verərək bildirmişdir ki, direktor müavini işləyir. *9.1*.2*25-ci il tarixdə Naida müəllimə ilə birlikdə İddiaçı sinfində dərs dinləməyə getmişdilər. Müəllimənin dərs jurnalının özünə aid olmayan hissəsini yazdığını aşkar etdilər, bu səbəbdən jurnalı ondan alıb otaqdan çıxaraq direktorun otağına getdilər, oradan vəziyyəti təhlil edəndə Sevda müəllimə Yunusu jurnalı geri almaq üçün göndərdi, Naida müəllimə jurnalı şagirdə vermədi, daha sonra Sevda müəllimə əsəbi halda gəldi, onun qabağına keçdi. Sevda müəllimə jurnala əl atdı, jurnalın üz qabığı əzildi. Naida müəllimə jurnalı vermədi, o da əsəbi halda “sizin kimi direktoru bura niyə qoyublar” deyərək getd. Bundan başqa “səni sürüyərəm” demişdi. Ondan başqa katibə otağında oturmuşdu. Təlimata əsasən həftə ərzində 1* müəllimənin dərsini dinləyirlər. Izahatı hadisə günü yazıb. Polis şöbəsinə çağırılıb, amma izahat verməyib. Polisə, deyəsən, əvvəl Sevda müəllimə, sonra Naida müəllimə şikayət edib.

13. Balakən Rayon Məhkəməsinin *5 mart 2*26-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Cəfərova), iddiaçı İddiaçı cavabdeh Balakən rayonu Poştbinə kənd * nömrəli tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, mənəvi ziyan və işəgötürənin məsuliyyətə cəlb edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, *9 oktyabr 2*25-ci il tarixdə Balakən rayonu Poştbinə kənd * nömrəli tam orta məktəbinin müəllimi İddiaçı “səviyyəsizlər, sürüyərəm sizi” kimi ifadələr işlədərək, direktor nümayəndə1 ilə mübahisə etmişdir. Bu səbəbdən iddiaçıya həmin tarixdə əmək intizamını kobud şəkildə pozduğuna və rəhbər şəxsə qarşı etik olmayan davranış nümayiş etdirdiyinə görə töhmət verilmişdir. Bu fakt *9.1*.2*25-ci il tarixdə tərtib edilmiş aktla, şahid6, şahid5, şahid4 Aslan qızı, şahid3, şahid2 yazılı izahatları və məhkəmə iclasında verdikləri izahatları ilə sübuta yetirilmişdir. Məhkəmə iddiaçının həmin sənədlərin qeydiyyata alınmaması ilə bağlı qeyd edir ki, göstərilən şəxslər məhkəmə iclasında izahatları *9.1*.2*25-ci il tarixdə yazdıqlarını təsdiq etmişlər.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş həmin şəxslər məktəbin hadisə baş verən otağında və ya həmin otağa yaxın ərazidə olmuşlar, onların izahatları bir-birini tamamlayır, izahatlar arasında heç bir ziddiyyət müəyyən edilməmiş, odur ki, məhkəmə onların izahatını mötəbər sübut kimi qəbul edir. Şahid şahid1 sinif otağı isə hadisə baş verən otaqdan uzaq məsafədə, dəhlizin sonunda yerləşir, həmçinin onun otağının qapısı həmin vaxt bağlı olmuş, bu səbəbdən baş verənləri eşitməməsi mümkündür.

16. Iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, direktor otaqdan çıxdıqdan sonra özü də otaqdan çıxaraq qapının qarşısında dayanıb direktordan jurnalı tələb etmiş, sonra isə şagird Yunusu direktorun otağına jurnalı geri gətirmək üçün göndərmiş, amma özü direktorun otağına getməmişdir. Lakin məhkəmə iclasında dindirilmiş şahid X3 izahatı ilə jurnalı gətirmək üçün direktorun otağına gedib geri qayıtdıqdan sonra iddiaçının otaqdan çıxdığı öz təsdiqini tapmışdır. Digər şahidlər də iddiaçını direktorun otağına gəldiyini görmüşlər.

17. Iddiaçı intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahatın verilməsinin tələb edilmədiyini bildirsə də, məhkəmə iclasında ona *9.1*.2*25-ci il tarixdə polis şöbəsindən saat 4-də məktəbə geri gəlməsinin, izahat verməsinin, sonra məlumat veriləcəyinin bildirildiyini etiraf etmişdir.

18. Məhkəmə iddiaçının əmrin onun dövlət orqanlarına müraciətləri ilə əlaqədar qisas almaq məqsədilə verilməsi dəlilini əsassız hesab edir, bu dəlil məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. Bundan başqa polis şöbəsi tərəfindən onun barəsində inzibati tədbir görülməməsi, əmrlə tanış edilməməsi əmrin qanunsuz olmasına dəlalət etmir.

19. Iddiaçı İddiaçı tərəfindən yol verilən pozuntunu əmrin verilməsi üçün əsas olmuş hüquqi normalar baxımından təhlil etdikdə görünür ki, iddiaçı tərəfindən “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələbləri pozulmuşdur. Həmin Qaydaların tələbinə əsasən müəssisə rəhbəri etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir. Müəssisə rəhbəri kimi Balakən rayonu Poştbinə kənd * nömrəli tam orta məktəbinin direktoru da əsaslı olaraq etik davranış qaydalarını pozan təhsilverənin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbir görərək ona töhmət vermişdir. Belə olan halda, ona intizam tənbehi kimi töhmət verilməsi törədilmiş etik davranış qaydasının pozuntusuna mütənasib olmuş və əmək qanunvericiliyinə zidd olmamışdır. Iddiaçının dəlilləri əmrin ləğv edilməsi üçün əsas deyildir. Odur ki, iddiaçıya töhmət verilməsi qanuni və əsaslı olduğundan ona 3.*** (üç min) manat mənəvi təzminatın ödənilməsi və işəgötürənin müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi tələbi əsassızdır. 2*. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin IV bəndi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5, 1*, 186.1, 186.2, 186.3, 186.4, 187.1, 187.2, 187.3, 189.3, 19*.3-cü maddələri, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3, 23.3.5, 23.3.8-ci maddələri, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ### 2*24-cü il tarixli Qərarı ilə təsdqi edilmiş “Təhsilverənlərin etik davranış Qaydalarının 1.1, 1.2, 1.4, 2.4, 2.4.1, 2.4.2, 3.3, 5.1, 5.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 1*6.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat: a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

22. Apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil etmiş əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarında təqdim olunan sübutları tam və hərtərəfli araşdırmamışdır.

23. Birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilən dəlillərə hüquqi qiymət verərək iddianın təmin edilməməsi qənaətinə gələrkən iş materiallarında olan sənədləri əlaqəli surətdə qiymətləndirməmiş, onu kifayət qədər əsaslandırmamışdır. Halbuki, bu mütləq surətdə məhkəmənin qətnaməsində ümumi sözlərlə deyil, müvafiq sənədlər əsasında kifayət qədər araşdırılıb qiymətləndirilməsi yolu ilə müəyyənləşdirilməli idi.

24. Bundan əlavə hakim MPM-in sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. 3*. Odur ki, apellyasiya şikayətinin təmin edilərək Balakən Rayon Məhkəməsinin *5 mart 2*26-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Balakən rayonu Poştbinə kənd * nömrəli tam orta məktəbin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin olunmaması, Balakən Rayon Məhkəməsinin *5 mart 2*26-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin mümkünsüzlüyü barədə məlumat verməmişdir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 2.3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 1*-cü maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək; g) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir. 189.3-cü maddəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. Işçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin (sərəncamın, qərarın) surəti ona təqdim olunmalıdır. 19*.3-cü maddəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

36. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun: 23.3. Ümumi təhsil sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır: 23.3.5. ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək; 23.3.8. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

37. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ### 2*24-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”: 1.1. Bu Qaydalar təhsilverənlərin etik davranış qaydalarını, prinsiplərini, habelə onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir. 1.2. Bu Qaydalar bütün növ təhsil müəssisələrində çalışan təhsilverənlərə şamil edilir. 1.4. Hər bir təhsilverən öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri rəhbər tutaraq bu Qaydaların müddəalarına əməl etməyə borcludur. 2.4. Mədəni davranış: 2.4.1. təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır; 2.4.2. təhsilverən xidməti fəaliyyəti ilə əlaqədar iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı və onları dəyərləndirməlidir; 3.3. Təhsilverən birbaşa və yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və (və ya) tapşırıqları yerinə yetirməyə borcludur. 5.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir. 5.2. Müəssisə rəhbəri: 5.2.1. kollektivi bu Qaydalarla tanış etməlidir; 5.2.2. təhsilverənin davranışının bu Qaydalara uyğunluğuna nəzarət etməli, onun təhlili və müzakirəsini aparılmalıdır; 5.2.3. təhsilverənləri hüquqa və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir; 5.2.4. etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir; 5.2.5. müəssisənin kollektivini və ictimaiyyəti bu Qaydaların pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə məlumatlandırmalıdır; 5.2.6. bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 4*2.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 4*. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2*11-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Apellyator Balakən Rayon Məhkəməsinin *5 mart 2*26-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2**5-ci il ## ###### tarixli, *4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

44. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, *9 oktyabr 2*25-ci il tarixdə Balakən rayonu Poştbinə kənd * nömrəli tam orta məktəbinin müəllimi İddiaçı “səviyyəsizlər, sürüyərəm sizi” kimi ifadələr işlədərək, direktor nümayəndə1 ilə mübahisə etmişdir. Bu səbəbdən iddiaçıya həmin tarixdə əmək intizamını kobud şəkildə pozduğuna və rəhbər şəxsə qarşı etik olmayan davranış nümayiş etdirdiyinə görə töhmət verilmişdir. Bu fakt iş materiallarında olan *9.1*.2*25ci il tarixdə tərtib edilmiş aktla, şahid6, şahid5, şahid4 Aslan qızı, şahid3, şahid2 yazılı izahatları və məhkəmə iclasında verdikləri izahatları ilə sübuta yetirilmişdir.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

46. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinə uyğun araşdırmalar aparmış və işdə olan sübutlara hüquqi qiymət verməklə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqni tapmadığına görə iddianın rədd olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

47. Iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

49. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 5*. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2**6-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

51. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

52. Məhkəmə kollegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Balakən Rayon Məhkəməsinin *5 mart 2*26-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 4*2-4*3 və 4**-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Balakən Rayon Məhkəməsinin *5 mart 2*26-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar