Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(5-152)-257/2026 10.03.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə iştirakları ilə, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs qismində cəlb etdiyi «qohumluq münasibətlərinin müəyyən olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs qismində cəlb etdiyi “qohumluq münasibətlərinin müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu ildə vəfat etmiş X2 ataları hesab edilməsi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X6 xx.xx.1989- cu ildə, anası X7 xx.xx.1973-cü ildə vəfat etmişdir. Ərizəçilər Ərizəçi xx.xx.1960-ci ildə, Nağıyeva (Mustafayeva) Şəkər Salam qızı xx.xx.1947-Cİ ildə, Tağıyeva (Mustafayeva) Gövhər Salam qızı xx.xx.1958–ci ildə, Əliyeva (Mustafayeva) Rəna Salam qızı xx.xx.1963-ci ildə anadan olmuşdur. X4 28 Avqust 1956-ci ildə anadan olmuşdur və xx.xx.2018-ci ildə vəfat edib. Doğum haqqında şəhadətnamədə atamın adı Alinağı olaraq qeyd olunmuşdur. Salyan şəhəri 20 yanvar küçəsi ev-139A, Yeni qaydalarla: AZ 5202, Salyan rayonu Salyan şəhəri 20 Yanvar küçəsi giriş 331 atam X12 Oğluna məxsus ********** qeydiyyat nömrəli **********59-10301 reyestr nömrəli Çıxarışa əsasən 121.1 kvm fərdi yaşayış evi xüsusi mülkiyyəti Salyan Regional “ASAN Xidmət" mərkəzində Notariat ofisində miras əmlak kimi qəbul edərkən vərəsəlik işinin görülməsi üçün qohumluq münasibətlərini sübut edən sənədlərə və mərhum atası X6 (Alinağı) övladlarının ata adlarında uyğunsuzluq olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə 1428g nömrəli məktubla Salyan Regional "ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən imtina məktubu verilmişdir. Salyan Regional “ASAN Xidmət" mərkəzində Notariat ofisində mənə rəsmi qaydada imtina məktubu verərək bildirmişlər ki, bu uyğunsuzluq səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindəm imtina edilmişdir. O, faktiki olaraq mirasi qəbul etmiş, amma sənədləşməni həyata keçirməmişdir. Eevin bütün kommunal ödənişlərini o həyata keçirir. Qəbzlər əlavə edilir. Daha sonra bu uyğunsuzluğu aradan qaldirmaq üçün Salyan Regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsinə müraciət etdi və bu uyğunsuzluqlarin aradan qaldirilmasi üçün xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-1267/2025 saylı məktubda qeyd edilmişdir: Doğumunuz və atanızın ölümü haqqında akt qeydlərində düzəliş edilməsi barədə müraciətiniz Salyan regional " ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən baxılmışdır. Müraciətinizdə Salyan rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1960-cı ildə tərtib edilmiş, 809 saylı doğumunuz haqqında akt qeydində atanızın ata adına və Salyan rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1989-cu ildə tərtib edilmiş 95 sayli ölüm haqqinda akt qeydində ölənin ata adina “ Ənnağı“- dan “Alinağı” ya dəyişiklik edilməsini xahiş etmisiniz. təqdim etdiyiniz sənədlər və əldə edilmiş akt qeydləri tərəfimizdən araşdirilmişdir. Müəyyən olunmuşdur ki, sizin doğumunuz Salyan rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1960-cı ildə tərtib edilmiş, 809 saylı akt qeydində atanızın ata adı və Salyan rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1989-cu ildə tərtib 95 sayli ölüm haqqinda akt qeydində ölənin ata adi “ənnaği“ qeyd olunub. Salyan rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1956-cı ildə tərtib edilmiş 146 saylı nikah haqqında akt qeydində nikaha daxil olan kişinin ata adı "Alinağı” qeyd edlib. Digər övladların da doğum haqqında akt qeydlərinə baxış keçirilmiş və həmin ziddiyyətlərin mövcud olduğu məlum olmuşdur. Əlavə olaraq bildiririk ki, akt qeydlərində “X5” və “Msalam Ənnaği oğlu” kimi qeyd olunanlarin eyni şəxsə münasibətdə tərtib olunduğunu iddia etdiyi halda həmin faktin təsdiqi ilə bağli və ya akt qeydinə düzəliş və ya dəyişiklik edilməsi ilə bağli məнkəmədə iddia qaldirmaq hüququnuz vardir. eyni zamanda bidirir ki, Salyan RİH Başçisinin Salyan Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 13 oktyabr 2025-ci il tarixli 5-71-6/2- 1827/2025 sayli arayişinda qeyd olunub: verilir ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan mustafayev ənnaği salam oğluna ondan ötəri ki, onun atasi mustafayev salam ənaği oğlu xx.xx.1989-cu ildə vəfat etmişdir. mərhumun daimi yaşayiş yeri ünvan 1 ünvan olmuş ölənədək onunla birlikdə yaşamiş və hazirda həmin evdə yaşayan aşağidaki ailə üzvü qalmişdir. 1.oğlu Ərizəçi- 1960-ci il 2. qizi nağıyeva (mustafayeva) şəkər salam qızı- 1947-ci il 3.qizi Tağıyeva (Mustafayeva) Gövhər Salam qızı-1958-ci il 4. qizi Əliyeva (Mustafayeva) Rəna Salam qızı -1963-cü il 5. X4 xx.xx.2018-ci ildə vəfat etmişdir. Faktiki olaraq onlar 4 nəfər vərəsə mərhum ataları X6 (Alinağı) oğlunun övladlarıyıq və bacı qardaşlarıq. təqdim olunmuş doğum haqqında şəhadətnamələrdən də görünür ki ataları X3r və sadəcə ata adlarımızda doğum haqqinda şəhadətnamədə yazildiği üçün uyğunsuzluq vardır. bütün bunlara əsasən bildirir ki, atalarə X5 hesab edilməklə vərəsəliyin qəbul edilməsi üçün müddətin keçməsi hesab edilməklə mirası faktiki qəbul edilməsinin müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.1989-cu ildə vəfat etmiş X2 ataları hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə qeyd olunanları bir daha təsdiq edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizə və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 2.2-ci maddəsində qeyd olunmuşdur ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarının 9.1-ci maddəsində qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Təqdim edilmiş iddia ərizəsindən görünür ki, ərizəçinin məhkəməyə müraciət etdiyi “qohumluq faktının müəyyən olunması barədə” ərizə vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardır. Belə olan halda, məhkəmə hesab edir ki, həmin məsələ inzibati məhkəmə icraatı qaydasında həll edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin tələbinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin Ərizəçi etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə ərizə ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs qismində cəlb etdiyi “qohumluq münasibətlərinin müəyyən olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə ərizə ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(5-152)-257/2026
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(5-152)-257/2026
10.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver