Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-473/2026 12.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Qoşaoba Sudan İstifadəedənlər Birliyinin cavabdeh Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu ziyana görə pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işçinin işəgötürənə vurduğu maddi ziyan) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və X2 ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı Qoşaoba Sudan İstifadəedənlər Birliyinin nümayəndəsi (direktoru) X7, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Qoşaoba Sudan İstifadəedənlər Birliyinin cavabdeh Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu ziyana görə pul tələbi”nə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı Qoşaoba Sudan İstifadə Edənlər Birliyi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehdən Qoşaoba Sudan İstifadə Edənlər Birliyinə vurduğu maddi ziyana görə 1855 manat və mediasiya xərcinə görə ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq Qoşaoba Sudan İstifadə Edənlər Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh Qoşaoba Sudan İstifadə Edənlər Birliyində mühasib vəzifəsində çalışsa da, lakin, 2023-cü ildən etibarən əmək müqaviləsinin bildirişində dəyişiklik edilməklə həmin Birlikdə su mirabı (suyun yığılması, təmizlənməsi və paylanması) vəzifəsində işləmişdir. Cavabdeh çalışdığı illərdə ciddi əmək pozuntularına yol verdiyinə görə onun tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin, cavabdeh xəbərdarlıqlara məhəl qoymayaraq qanunsuz əməllərini davam etdirmişdir. Belə ki, cavabdehin vətəndaşlardan birbaşa nağd pul qəbul etmək səlahiyyəti olmadığı halda, vətəndaşlardan istifadə olunmuş su pullarını toplayaraq şəxsi məqsədləri üçün xərcləmişdir. X6 İstifadə Edənlər Birliyinə maddi ziyan dəymişdir. İddiaçı cavabdehdən dəymiş maddi ziyanı birliyin hesabına ödəməsini tələb etsə də, bu istiqamətdə müsbət bir nəticə əldə edə bilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən rayon prokurorluğuna müraciət edilmiş və müraciət əsasında müvafiq araşdırmalar aparılaraq vətəndaşların izahatları alınmışdır. Vətəndaşlar, ödənişləri şəxsən Cavabdeh verdiklərini təsdiq etmişdirlər. Eyni zamanda, müstəqil auditor "xxxx" MMC tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş audit rəyində cavabdehin qanunsuz hərəkətləri nəticəsində birliyə ümumilikdə 1855 (bir min səkkiz yüz əlli beş) manat məbləğində maddi ziyan dəydiyi göstərilmişdir. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
3. Cavabdeh Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Qoşaoba Sudan İstifadə Edənlər Birliyi ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qoşaoba Sudan İstifadə Edənlər Birliyinə vurduğu maddi ziyana görə 1855 manat pulun və mediasiya xərcinə görə ödənilmiş 60 manat dövlət rüsumunun ondan alınaraq Qoşaoba Sudan İstifadə Edənlər Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz iddiasına sübut kimi auditor “xxxx” MMC tərəfindən verilmiş audit rəyini iddia ərizəsinəəlavə etmişdir. O, hesab edir ki, Auditorlar Palatasının siyahısında “xxxx” MMC-nin adının olmaması ona əsas verir ki, onun verdiyi rəyin heç bir hüquqi qüvvəsi yoxdur və sübut kimi qəbul edilə bilməz. Bundan başqa iddiaçı Qoşaoba Sudan İstifadə Edənlər Birliyi eyni predmet üzrə və eyni əsaslarla ##.##.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmiş, lakin, iddiaçının subyektiv hüququ olmadığı üçün iddia təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı Qoşaoba Sudan İstifadə Edənlər Birliyinin nümayəndəsi -X7 audit rəyini və yığılmış pulların adlı siyahısını əsas gətirərək çatışmamazlıq (1855 manat) 2024-cü ilin yaz aylarına təsadüf etdiyini bildirsədə, lakin Eldəniz Vəliyevin təqdim etdiyi sənədlərdə ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinədək olan dövr üzrə maliyyə hesabatlarının yoxlanılması üçün auditorla müqavilə bağladığı görünür. Müqavilənin şərtlərinə uyğun tələb olunan əsas sənədlər auditora təqdim edilməmişdir. Eldəniz Vəliyevin bu hərəkətləri onu deməyə əsas verir ki, onun tələb etdiyi 1855 manat uydurmadır və özünün qanuna zidd əməllərini gizlətmək üçün Prokurorluğa və Məhkəməyə bu cür üsullara onu işdən qovmaqla öz oğlunu onun yerinə işə götürməkdən ibarət olmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq 1855 manat pul tələbinə dair” iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı X3 İstifadə Edənlər Birliyinin icraçı direktoru X7 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, ##.##.2020-ci il tarixdən etibarən Qoşaoba sudan İstifadə edənlər birliyinin icraçı direktoru vəzifəsində çalışır. Cavabdeh Cavabdeh ilk dəfə ##.##.2021-ci il tarixdə Qoşaoba Sudan İstifadə edənlər birliyinə işə qəbul etmişdir. Əslində həmin şəxsin vəzifəsi su mirabı olsada texniki səhv olaraq onunla mühasib kimi əmək müqaviləsi bağlanılmışdır. Lakin sonradan əmək müqaviləsində dəyişiklik edərək onu, su mirabı vəzifəsinə keçirmişdir. Cavabdeh vətəndaşlardan su üçün müəyyən olunmuş məbləği şəxsən yığaraq birliyin bank hesabına köçürmədən şəxsi məqsədləri üçün xərcləmişdir. Bununla bağlı rayon prokurorluğuna müraciət edilmiş və müraciət əsasında müvafiq araşdırmalar aparılaraq vətəndaşların izahatları alınmışdır. Vətəndaşlar, ödənişləri şəxsən Cavabdeh verdiklərini təsdiq etmişdirlər. Eyni zamanda, müstəqil auditor "xxxx" MMC tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş audit rəyində cavabdehin qanunsuz hərəkətləri nəticəsində birliyə ümumilikdə 1855 (bir min səkkiz yüz əlli beş) manat məbləğində maddi ziyan dəydiyi göstərilmişdir. Cavabdeh dəfələrlə mənimsədiyi pulu birliyin hesabına köçürməsini tələb etsədə müsbət nəticə əldə edə bilməmişdir. Odur ki, iddianın təmin olunmaısnı xahiş edir.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı X3 İstifadə Edənlər Birliyinin icraçı direktoru X7 ilə 2021-2024-cü illər ərzində bir yerdə çalışmışdırlar. Belə ki, o, əvvəllər X3 İstifadə Edənlər Birliyində mühasib vəzifəsində çalışsa da, 2023-cü ildən etibarən isə həmin Birlikdə su mirabı (suyun yığılması, təmizlənməsi və paylanması) vəzifəsində işləmişdir.İddiaya münasibətdə isə bildirir ki, vətəndaşlardan pulu bəzən nəğd qaydada əldə etsədə lakin,əldə etdiyi pulları birliyin direktoru X7 vermişdir. Əldə olunmuş pulları şəxsi məqsədləri üçün istifadə etməmişdir. Buna əsasən iddianın rədd olunmasını xahiş edir.
6. Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə, iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh maddi ziyana görə 1855 manat və mediasiya xərcinə görə ödənilmiş 60 manat dövlət rüsumu olmaqla, cəmi 1915 manat pul tutularaq Qoşaoba Sudan İstifadə Edənlər Birliyinin hesabına ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Cavabdeh Qoşaoba Sudan İstifadə Edənlər Birliyində mühasib vəzifəsində çalışsa da, lakin, 2023cü ildən etibarən əmək müqaviləsinin bildirişində dəyişiklik edilməklə həmin Birlikdə su mirabı (suyun yığılması, təmizlənməsi və paylanması) vəzifəsində işləmişdir. Məhkəmə cavabdehin “xxxx” MMC tərəfindən verilmiş audit rəyini mübahisələndirməsinə münasibətdə bildirir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının Zərdab Rayon Məhkəməsinə ünvanladığı ##.##.2025-ci il tarixli № *** saylı məktubda qeyd olunmuşdur ki, ## ###### 2025-ci il tarixdən etibarən Azərbaycan Qiymətləndiricilər Palatasının Nizamnəsi qüvvəyə minmiş və Palata rəsmi fəaliyyətə başlamışdır. Eyni zamanda həmin məktubda qeyd olunmuşdur ki, həmin tarixdən sonra təqdim olunmuş audit rəylərində palatanın şəhadətnaməsini və ixtisasını təsdiqləyən sənədin tələb olunması zəruridir. Buna əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş “xxxx” MMC tərəfindən verilmiş audit rəyi köhnə dövrlərə təsadüf etdiyindən sübut kimi qiymətləndirilməlidir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Zərdab Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli № *(***)-***/**** saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh cavabdeh Qoşaoba Sudan İstifadə Edənlər birliyinə qarşı “əmək haqqı tələbi” nə dair iddiası qismən təmin olunmuş, həmin iş üzrə X7 “işçinin işəgötürənə vurduğu ziyana görə pul tələbi” nə qarşılıqlı iddiası isə subyektiv hüququ olmaması səbəbi ilə rədd olunmuşdur. Həmin qətnamədə X7 iddia qaldırmaq üçün subyektiv əsaslarının olmaması qeyd olunmaqla yalnız həmin mübahisə ilə bağlı Qoşaoba Sudan İstifadə Edənlər birliyinin iddia qaldırmaq hüququ izah olunmuşdur. Buna əsasən məhkəmə hesab edir ki, hazır ki, ziyanlıq birbaşa Qoşaoba Sudan İstifadə Edənlər birliyinə dəydiyi üçün onun iddia qaldırmaq üçün subyektiv əsasları vardır.
9. Bundan əlavə məhkəmə qeyd edir ki, Zərdab Rayon prokrorluğunda aparılmış araşdırmada Cavabdeh vətəndaşlardan nəğd şəkildə pul yığması və yığılan pulları özünə əmək haqqı kimi götürməsi sübuta yetirilmişdir. Mənimsənilən məbləğin miqdarı isə iş materiallarında olan audit rəyi ilə tam sübuta yetirilir.
10. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını, həmçinin tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini araşdırıb, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək vəAzərbaycan Respublikası Auditorlar Palatasının müstəqil auditoru "xxxx" MMC-nin ##.##.2024-cü il tarixli, EQ-**/** saylı rəyinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tam əsaslıdır və təmin edilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi, 71-ci maddəsi, 72-ci maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16, 68, 69, 70, 71, 76, 191.1, 192.1, 192.2, 194.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmiş, iş üzrə hüquqa deyil, hakimin şəxsi mülahizələrinə əsaslanan qərar qəbul olunmuş, məhkəmənin çəkişmə, bərabərlik və faktlar əsasında keçirilməsi prinsipi unudulmuşdur. 14.Birinci instansiya məhkəməsi onun Qoşaoba Sudan İstifadə Edənlər Birliyinin fəaliyyətindən və Birliyin direktoru X7 qanunsuz əməllərindən, bir çox qurumlara, o cümlədən hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərə barmaqarası baxmış, həmin şikayətlərin, o şikayətlərdə göstərilən məlumatların hazırki iddia ilə əlaqəsini nəzərə almamış, almışdırsa belə şəxsi fikirlərinə istinad edərək bütün bunları X7 xeyrinə şərh etmiş, iddiaçının yalan ifadəsini əsas götürmüşdür. İlk növbədə məhkəmənin istinad etdiyi əsas sənədlərdən biri olan Zərdab Rayon Prokurorluğunun ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla bağlı bir neçə məqamı bildirmək istəyir: Həmin qərar X4nun əməllərindən etdiyi şikayət əsasında aparılmış araşdırmanın nəticəsi olaraq qəbul edilmişdir. X7 hazırki iddia üzrə təqdim etdiyi nağd pul alınan vətəndaşlarla bağlı məlumatları onun öz şikayətində göstərdiyi, X7 onu məcbur edərək bir çox vətəndaşlardan nağd pul toplatmasını, daha iri torpaq sahiblərindən isə özünün pul topladığı barədə xüsusatların eynisidir. Məhkəmə üçün nədənsə sözügedən mübahisəli pul vəsaitinin 2023-cü ilə aid olması, aradan keçən 3 maliyyə ilə ərzində X7 nəyə görə bu faktla bağlı susmasını, hüquq-mühaifizə orqanlarına və ya məhkəməyə müraciət etmədiyini, Birliyin həmin dövrə aid maliyyə hesabatlarını və sair əhəmiyyətli sualları aydınlaşdırmaq istəməmişdir. Hətta qeyd edir ki, həmin dövrdə o, Birlikdən işdən çıxarılmamışdır. X4 barəsində şikayəti ilə əlaqədar Zərdab rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ##.##.2024-cü il tarixdə qəbul edilmiş, bundan sonra ##.##.2024-cü ildə Birlik tərəfindən onunla əmək müqaviləsinə xitam verilmişdir. Zərdab Rayon Məhkəməsinin istinad etdiyi digər sənəd “xxxx” MMC tərəfindən verilmiş müstəqil auditor hesabatıdır. O, məhkəmə prosessi zamanı da həmin rəylə razı olmadığını bildirmiş, auditorun X7 tərəfindən təqdim edilmiş məhdud sənədlər əsasında rəy verdiyini, həmin rəyin əsas hesab edilməməli olduğunu qeyd etmişdir. Hesab edir ki, həmin rəy məhkəmə ekspertiza mərkəzinə göndərilməli və mübahisəyə dair ekspert rəyi alınmalı idi. Bildirir ki, audit rəyinin yalnız 2023-cü ili əhatə etməsinin səbəbi X7 2024-cü ilə aid bir çox nöqsanlarını gizlətmək məqsədi daşımışdır. Bununla bağlı bir çox ödəniş qəbzlərini məhkəməyə təqdim etmiş, digər dəlilləri də təqdim edəcəkdir.
15. E.Vəliyevin prokurorluğa təqdim etdiyi bank çıxarışlarına əsasən ##.##.2023- ##.##.2024-cü illər ərzində Birliyin hesabına 46961 manat vəsait mədaxil, 46388,53 manat vəsait isə məxaric olunduğu bildirilir. Bu məbləğləri keçən illərə (4 il 4 aya) bölsək, 10672 manat mədaxil, 10542 manat məxaric olunduğu görünür. Bu isə sənədlərin saxtalaşdırılmasından xəbər verir. Çünki elə onların ikisinin illik əmək haqqı 9012 manat təşkil edir. Prokurorluğun qərarında E.Vəliyevin verdiyi ifadəyə əsasən 2024-cü il ərzində onun cəmi 790 manat pul verdiyini bildirir. Lakin sonradan Məhkəməyə təqdim olunan sənədlərdən məlum olur ki, o, 790 manat yox, 1786 manat su pulu vermişdir (bəzi sənədləri bank vermədiyi üçün təqdim edə bilmir). 1786 manatdan 835 manatını E.Vəliyev öz adından, 626 manatını sakinlərin adından bank hesabına ödəmişdir. Lakin qalıq 290 manatın (25 nəfərə yaxın vətəndaşın ödənişi deməkdir) mənimsənilməsi şübhəsi yaradır. Hesab edirəm E.Vəliyevin 835 manatı (bu isə 80 nəfərə yaxın vətəndaşın ödənişi deməkdir) öz adından bank hesabına keçirtməsində məqsədi yalnız gələcəkdə onu günahlandırmaq üçün şahid bazası yaratmaqdan ibarət olub. Nədənsə bu faktlar da məhkəmənin nəzərindən yayınıb. 2024-cü ilə aid auditora heç bir rəsmi sənəd təqdim edilmədiyi təqdirdə, auditor tərəfindən E.Vəliyevin şifahi məlumatlarını, prokurorluqda dindirilən vətəndaşların ifadələrini əsas götürərək rəy verməsi və məhkəmənin bu rəyi əsas sübut kimi qəbul edərək qərar qəbul etməsi absurd bir məsələdir. Çünki həm iddiaçı, həm dindirilən vətəndaşlar hadisənin 2024-cü ilin yaz aylarına təsadüf etdiyini bildirirlər.
16. Odur ki, Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmənin kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyaisya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsini xahiş emtişdir. 19.Məhkəmənin kollegiyasının iclasında iştirak edən iddiaçı Qoşaoba Sudan İstifadəedənlər Birliyinin nümayəndəsi (direktoru) X7 apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 10-cu maddəsinin ç bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 192-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda;
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Apellyator Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
28. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh Qoşaoba Sudan İstifadə Edənlər Birliyində 2023-cü ildən su mirabı (suyun yığılması, təmizlənməsi və paylanması) vəzifəsində işləmişdir. İddiaçı cavabdehin vətəndaşlardan birbaşa nağd pul qəbul etmək səlahiyyəti olmadığı halda, vətəndaşlardan istifadə olunmuş su pullarını toplayaraq şəxsi məqsədləri üçün xərcləməsi, nəticədə Qoşaoba Sudan İstifadə Edənlər Birliyinə maddi ziyan dəyməsini əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən iddia qəbul edilməmişdir. Qeyd olunun xüsusatla bağlı iddiaçı tərəfindən Zərdab rayon prokurorluğuna müraciət edilmiş və müraciət əsasında müvafiq araşdırmalar aparılaraq vətəndaşların izahatları alınmışdır. Vətəndaşlar, ödənişləri şəxsən Cavabdeh verdiklərini bildirmişlər. Eyni zamanda, müstəqil auditor "xxxx" MMC tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş audit rəyində cavabdehin qanunsuz hərəkətləri nəticəsində birliyə ümumilikdə 1855 (bir min səkkiz yüz əlli beş) manat məbləğində maddi ziyan dəydiyi göstərilmişdir.
29. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və baxılan iş üzrə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir. 30.Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Birliyin direktoru X7 barəsində hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərin hazırki iddia ilə əlaqəsinin araşdırılmaması, Zərdab Rayon Prokurorluğunda aparılmış araşdırma materiallarının o cümlədən izahatların dəyərləndirilməməsi, birinci instasiya məhkəməsinin istinad etdiyi “xxxx” MMC tərəfindən verilmiş müstəqil auditor hesabatının obyektiv olmamasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
31. İşdə olan, Azərbaycan Respublikası Auditorlar Palatasının müstəqil auditoru "xxxx" MMC-nin Qoşaoba Sudan İstifadə Edənlər Birliyinin 2023-cü il üzrə maliyyə hesablarının auditi üzrə hesablanmış ##.##.2024-cü il tarixli, EQ-**/** saylı rəyindən görünür ki, yekun olaraq Cavabdeh hərəkətləri nəticəsində “xxxx” MMC-nə təqdim edilmiş sənədlər əsasında təsdiq olunmuş dəymiş maddi zərər 1855.00 manat təşkil etdiyini bildirmişdir.
32. Həmçinin iş materillarına əlavə edilmiş Zərdab rayon prokurorluğunun icraatında olmuş **-C/** saylı araşdırma materialı üzrə vətəndaşlardan alınmış izahatlardan görünür ki, onlar istifadə etdiklərin suyun ödənişlərini nağd şəkildə Cavabdeh verdiklərini bildirmişlər.
33. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin VII hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
36. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
38. Belə ki, cavabdeh tərəf öz etirazlarının əsası kimi “xxxx” MMC tərəfindən verilmiş audit rəyi ilə razı olmadığını bildirsə də, həmin rəyin mübahisələndirilməsi üçün əsaslı sübut təqdim edə bilməmişdir.
39. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.